Elnur Uğur Abdiyev - Elə hönkürürəm bu insanlığa...

Ədəbiyyat 09:27 / 28.03.2026 Baxış sayı: 410

Elə hönkürürəm bu insanlığa,

Hər yaşda gözümdən adamlar düşür.

Hər səhər gülərüz açdığım günün,

Gecəsi bəxtimə edam,dar düşür.

 

Bu necə sazaqdır, bu necə şaxta,

Acıdım su üstə o donmuş vaxta.

İstədim qartopu oynayım, baxta-

Gördüm lopa- lopa sulu qar düşür.

 

Elnur, sevgin olsun nifrət eyhamı,

Duyğusuzlar baxıb alsınlar kamı.

Çoxdan dəyişərdim çoxdan dünyamı,

Yaxşı ki,könlümə hərdən yar düşür.