MÖVSÜM ƏHMƏD : -  “İLAN OVÇULARI”

YAZARLAR 12:48 / 21.01.2026 Baxış sayı: 336824

 

                                      (ROMAN)

 

                                          I HİSSƏ

 

   “Xalqın rahatlığını qorumaq üçün hər zaman özlərini təhlükəyə atan və hər an canlarından belə keçməyə hazır olan qəhrəman polislərimizə ithaf olunur”

 

 

   

 

 

 

 

 

                                                                     

 

 

 

                                                              BAKI-2014

 

 

 

 

 

            

              TOYUQ HİNİ

 

  Gecə yarı idi. Xəzər dənizi yenə min illər boyu ruhunun heyrətamiz yaddaşına rəğmən dünyanın ən həzin musiqisindən qat-qat həzin olan zümzüməsilə, insanın əsəblərinə heç bir iynənin və yaxud dərmanın gətirə bilmədiyi dərəcədə sakitlik gətirirdi. Gecə öz zil qara yorğanını bağların üzərinə örtsə də, günəşdən nur alıb bədrlənmiş ay, bağları, şeytanın, Uca Allahdan intəhasız dərəcədə gücsüz olduğunu göstərən bir amil kimi zülmətin işıqdan nə qədər zəif və gücsüz olduğunu nümayiş etdirirdi. Meynələrə, əncir ağaclarının budaqlarına, kollara yapışıb zil səslə oxuyan ilbizlərin və arabir hürüşən itlərin səsindən başqa bir səs-səmir duyulmurdu. Yüngülcə meh əsirdi. Abşeron bağlarında həyat min illər bundan əvvəl olduğu kimi davam edirdi. Hər şey Uca Allahın nizama düzdüyü kimi hərəkətdə idi. İki saatdan sonra günəş yenə doğacaq və hər tərəf işığa boyanacaqdı. Yəqin ki, qiyamətə qədər də Uca Yaradanın hökmü ilə həyat beləcə də davam edəcəkdi.

  Zülfüqar bağda tək idi və səhərdən axşama qədər yük maşının sükanını hərlədiyi üçün möhkəm yorğun olduğundan, bağa dönəndən bir qədər, yəni yüngülvarı şam eləyəndən sonra Xəzərdən axan şəfaverici havanı ağ ciyərləri daha yaxşı udsun deyə pəncərəni açıq qoyub, elə pəncərə önündə o qədər də hündür olmayan, açılıb-bağlanan çarpayıda daş kimi yatmışdı və yəqin ki, evdən təxminən on metr aralıda yerləşən toyuq hinindən, toyuqların, ələlxüsus da səkkiz aylıq qırmızı xoruzun qulaq deşən qaqqıltısı olmasaydı, səhərə, daha doğrusu altı tamama qədər elə ağır bir qaya parçası kimi də yatağında hərəkətsiz qalacaqdı.

 Səhər saat səkkiz tamamdan etibarən, axşam saat səkkizə qədər az fasilələrlə ağır, gərgin fiziki işdə çalışan, daha doğrusu iri yük maşının sükanı arxasında oturan, bu səbəbdən də olduqca yorğun olduğu üçün toyuq hininin qapısını qıfıllamağı unudan Zülfüqar, toyuqların səs-küyündən o an oyanmasa da, təxminən yarım dəqiqə sonra gözlərini açıb əvvəlcə hinə tülkü, çaqqal, ya da ac, oğru köpəklərdən birinin yəqin ki, lağım ataraq  soxulduğunu zənn etdi və ayağa durunca şalvarını ayağına keçirib həmişə qapının ağzında qoyduğu möhkəm ağacdan olan dəyənəyi götürüb qaçaraq hinə yaxınlaşdı. Hinin qapısını azca aralı görüncə “dörd ayaqlı” oğrunun ölümü çatdığını özlüyündə yəqin etdi:-“Dayan, indi boynunu elə sındırım ki, səsin lap Kürdəxanıya qədər getsin”,-düşünüb hinə girdi və qapı ağzındakı cəmisi on gün bundan qabaq bənd elədiyi elektrik lampasının işə salanını yuxarı çəkdi. Hində “dörd ayaqlı” oğru-filan yox idi. Əksinə “ikiayaqlı insan”, təxminən 16 yaşında bir qız var idi.

O, bir küncə qısılıb tir-tir titrəyirdi.

 Zülfüqar bir neçə saniyə ona diqqətlə tamaşa etdi. Şübhəsiz ki, bu oğru deyildi. Bənizi saralmış, gözlərində güclü qorxu ifadəsi olan,  zərif bir qız idi. Zülfüqar onun bu toyuq hininə oğurluq məqsədilə girmədiyini dərhal anladı. Qızdan nəsə soruşmaq istədi, lakin qız onu qabaqlayıb, dili topuq vura-vura, çənə ata-ata dilləndi:

-Bağışlayın, bağışlayın, mən bura, mən bura.. Bilirsiz, məni girov götürüblər, mən qaçmışam, onlar yəqin məni axtarırlar, yəqin indi bura gələcəklər. Yalvarıram mənə kömək eləyin, yalvarılram! Amma onların silahı var.

 Bir qədər uzaqdan kişi səsləri gəlməyə başladı.  Zülfüqar dərhal işıığı söndürdü:

-Qorxmayın, mən sizi onların əlinə vermərəm. Bir qədər o tərəfdə kəpək və buğda kisələri var. Bəziləri dolu, bəziləri yarımçıq, bəziləri boşdu. Ora keçin və boş kisələrdən birini başınıza keçirib yerdə oturun!

 Qız qaranlıqda Zülfüqarın dediklərini eləməyə başladı. Kişi səsləri yaxınlaşırdı. Zülfüqar bu səfər pıçıldadı:

-Boş kisəni tapdınızmı?

 Qızın güclə eşidiləcək səsi gəldi:

-Tapdım.

-Keçirdin başınıza, tez!

 Qız artrıq kisəni başına kerirdiyi üçün boğuq səsi eşidildi:

-Keçirtdim!

-Lap yaxşı. Yerinizdən tərpənməyin və qorxmayın!

 Zülfüqar bunu deyib əlini yandırmasın deyəşalvarının cibindən cib yaylığı çıxarıb elektrik lampasını burub patrondan çıxartdı və yaylığı, həm də onu cibinə qoyub hindən çıxdı. Toyuqların qaqqıltısı kəsilmişdi. Elə bu vaxt olduqca cüssəli, birinin boyu az qala iki metr olan yaşları təxminən 30-35 arası üç nəfər quldur açıq qapıdan içəri soxuldular. Həyətin işığı yandığı üçün onlar Zülfüqarı, Zülfüqar da onları yaxşı görürdü. Onlardan biri, gözləri tünd göy rəngli, alnında o qədər də böyük olmayan çağıq olanı Zülfüqara səsləndi:

-Hey, sən burda təksən?

-Hə, təkəm!

-Bu vaxtı təkbaşına burda neynirsən?

-Bura mənim tək bağım deyil, həm də evimdi. Mən burda yaşayıram.

-Deməli qışda da burda qalırsan, hə?

-Hə!

-Bura bax, bura bir qız gəlib?

 Zülfüqar dodağını büzdü:

-Nə qız? Bura qız-zad gəlməyib.

Göy-göz bayaqdan aşağı tutmuş tapançanı onun üstünə tuşladı:

-Düzünü de! Onsuz da axtaracağıq, əgər qızı burdan tapsaq, güllələr başını bir hala salacaq ki, valideynlərin səni tanımayacaq!

 Zülfüqar zorla olsa da üzünə təbəssüm verdi:

-Balaca qız uşağının bura qaçıb gəlməsini hardan müəyyənləşdirmisiz?!

 Göy-göz o biri banditlərə baxıb üzünü Zülfüqara çevirdi:

-Sən onun balaca qız uşağı olduğunu hardan müəyyənləşdirdin?

-Özünüz dediz ki, qız uşağı.

-Mən qız uşağı demədim, qız dedim.

-Onda bağışlayın, qulağım sözü o şəkildə alıb.

 O, əliylə hər tərəfə işarə elədi:

-Buyurub axtara bilərsiz.

 Quldurlar  Zülfüqara ani nəzər salıb əvvəlcə ev-eşiyi, sonra isə həyət -bacanı axtarmağa başladılar. Onlardan biri, boyca nisbətən kiçiyi toyuq hininə girdi və dərhal bayıra çıxıb Zülfüqarın üstünə qışqırdı:

-Hey, buranın işığı yoxdu?

 Zülfüqar əllərini yana açdı:

-Yox, yoxdu. Toyuqlar onsuz da hava qaralan kimi yatırlar da..

 Quldur cibindən fənər çıxarıb işıqlandırdı və yenə toyuq hininə girdi. Toyuqlar yad adam görüb yenə də qaqqıldaşmağa başladılar. Quldur diqqətlə hini seyr elədi. Qız nəfəsini çəkmədiyi üçün kisənin içində vahimıdən ödü ağzına gəlirdi. Lakin qızın təlaşı əbəs idi. Səfeh quldur onsuz da heç bir şey anlamadı və bayıra çıxdı.

 Quldurlar Zülfüqarın yaşadığı evi, eyni zamanda bütün ətrafı yaxşıca axtardılar, əlləri boşa çıxınca quldurbaşı yenə üzünü Zülfüqara tutdu:

-Bura bax, yəqin ki, səndə mobil telefon var?!

 Zülfüqar izi bir qədər də uzaqlaşdırmaq üçün yüngülcə başını tərpətdi:

-Əlbəttə var!

 Quldurbaşı iki addım ona tərəf gəldi:

-Ver bura görüm!

 Zülfüqar evə girdi və bir neçə saniyə sonra qayıdıb əlindəki mobil telefon aparatını quldurbaşıya uzatdı:

-Buyur!

 Quldurbaşı telefon aparatını alıb bir qədər yoxladı, sonra ayağının altına atıb sındırdı. Zülfüqar özündən asılı olmayaraq bir addım ona tərəf gəldi:

-Sən neynirsən, telefonu niyə sındırısan? O, mənim bir aylıq maaşımdır.

 Quldurbaşı vargücü ilə onu sinəsindən itələdi:

-Kişinin bir aylıq maaşı imiş..

 Zülfüqar arxası üstə yıxlmışdı və başı da azca divara dəyib əzilmişdi. O, başının əzilən yerini ovuşdura-ovuşdura ayağa qalxdı və dərindən köksünü ötürüb yavaşca yaxınlıqdakı səkinin üstündə oturdu. Quldurbaşı ona yaxınlaşıb tapançanı gicgahına söykədi:

-Ayağa dur görüm, tez!

 Zülfüqar onun qəddarlıq ifadə eləyən göy gözlərinə nəzər salıb yavaş-yavaş ayağa qalxdı. Quldurbaşı ona yaxındakı tut ağacını göstərdi:

-Ağaca söykən, cəld ol!

Zülfüqar bir söz demədən yaxınlaşıb ağaca söykəndi. Quldurbaşı  bəstəboylu quldura işarə elədi:

-Qaqqulu, bir dənə ip tap, bunu möhkəmcə ağaca sarı!  

 Qaqqulu tez bir zamanda onun əmrini icra etdi, daha doğrusu paltar asılan zivəni kəsib Zülfüqarı bərk-bərk ağaca sarıdı. Quldurbaşı nəhəng quldura səsləndi:

-Kələz, sən burda qal! Biz Qaqquluyla ətrafı dolaşaq. Diqqətli ol!

 Kələz səsinin lap yoğun yerinə saldı:

-Oldu Coni, arxayın ol!

 Coni diqqətlə dörd bir tərəfə nəzər saldı. Təxminən dörd yüz metr aralıdan zəif bir işıq görünürdü.

 O, işıq görünən kimi Qaqquluya başıyla işarə elədi və onlar açıq darvazadan bayıra çıxdılar. Zülfüqarı fikir götürmüşdü:-“Yazıq qız, bir az da kisə başında qalsa, bağrı çatlıyacaq. Bir çarə tapmaq lazımdır, yoxsa gec olar”.

 O, bir az da düşünüb Kələzə baxdı və sanki özü-özüylə danışırmış kimi sakitcə dilləndi:

-Bura bax, qızıl sandıqca sahibi olmaq istəyirsən?

 Kələz ona nəzər saldı və xırıltısından güclə başa düşüləcək səslə dedi:

-Mənə nömrə gəlmək istəyirsən tula?

 Zülfüqar gülümsədi:

-Nə nömrə canım, məgər sənin kimi nəhəngə nömrə gəlmək olar?! Adamın boynunu bir ana sındırarsan. Özü də ki, tapançan da var. Doğru deyirəm, Mən dünən Bilgəhdəki padşah imarətlərinə bənzəyən villalardan birindən içi qızıl, brilyant dolu sandıqça əkişdirmişəm və o tərəfdə basdırmışam. Əgər qollarımı açsan, sandıqçanı sənin ixtiyarına verərəm. Necə deyərlər, mənə azadlıq, sənə isə dəyəri ən azı beş milyon olan sandıqca.

 Gicbəsər Kələz iki quruşluq ağlıyla bir qədər düşünüb Zülfüqara yaxınlaşdı, bir anın içində cibindən iti bışaq çıxarıb ipləri kəsdi, sonra bıçağı qatlayıb cibinə qoydu və tapançasını Zülfüqara tərəf tuşladı:

-Düş qabağıma gedək! Bax deyirəm, əgər dediklərin doğru olmasa, səni dəlik-deşik edəcəyəm, ya da elə silahsız-zadsız boynunu sındıracağam!

 Zülfüqar evin yaxınlığındakı taxta-puşa işarə elədi:

-İzn ver, gedim bel götürüm.

 Kələz başı ilə “get”,-dedi.

 Zülfüqar taxtapuşa girdi və bir qədər keçəndən sonra əlində iti bir bel ordan çıxıb sol əliylə təxminən qırx metr aralıda yerləşən sıra-sıra əncir ağaclarını göstərdi:

-O ağacların arxasındadır. Fənərini hazır tut!

 Kələz fənərini cibindən çıxarıb yolu işıqlandırdı, sonra ağaclara tərəf tutdu. Zülfüqar qabağa düşdü, bir qədər sonra onlar əncir ağaclarını ötdülər. Zülfüqar yarı çalaya oxşayan bir yeri göstərdi:

-Burda basdırmışam. Amma xeyli dərində.

 Kələzin səsi sanki dərin bir quyunun içindən gəldi:

-Qazı görüm, tez!

 Zülfüqar tez-tez qazımağa başladı və bir qədər sonra bel daşa ilişdi. O, qazmanı saxlayıb süni bir təbəssümlə dərindən nəfəs aldı:

-Budur!

 Zatən səbrsiz olan Kələz, burda səbrindən əsər-əlamət olmadığını dərhal nümayiş etdirərək fənəri çalanın içindəki ağır daşın üstünə saldı və iki metrlik qəddini bir xeyli əydi. Zülfüqara da elə bu lazım idi, o zaman kəsiyində beli yuxarı qaldırıb var gücü ilə Kələzin boynuna möhkəm bir zərbə endirdi, Kələz bəəildəyib yerə çökdü, Zülfüqar bu səfər onun kürək nahiyəsinə iki zərbə də endirdi və Kələz tamamilə huşunu itirdi. Zülfüqar dərhal onun yerə düşmüş tapançasını və fənərini götürüb vargücü ilə evinə tərəf yüyürdü. Elə o sürətlə də evə girib köynəyini və ködəkcəsini götürdü. Toyuqların qaqqıltısına yuxudan oyananda əyninə təkcə şalvarını geyinmişdi və adi ev başmaqları ilə həyətə çıxmışdı. Odur ki, əynində sadəcə olaraq nazik materialdan olan ensiz çiyinli mayka olduğundan bayaqdan bəri xeyli üşümüşdü. Ona görə də, köynəyini və ködəkcəsini əyninə geyinəndən sonra, elə tələm-tələsik də corablarını ayağına keçirdim ayaqqabı sarıdan varı-yoxu köhnə tuflilərini  geyinib hinə tərəf yüyürdü. Bir qədər sonra hinə girib  kisəni qızın başından çıxardı. Qız vahimə içində olsa da, arada fürsət tapıb bir neçə dəfə kisəni başından çıxardığına görə nəfəs almışdı və huşu başında idi. Zülfüqar onun əlindən tutdu:

-Gedək, tez gedək burdan!

 Onlar hindən çıxdılar və gücləri çatdıqları sürətlə ordan uzaqlaşmağa başladılar. Zülfüqar çox sürətlə qaçırdı və qızı da özüylə həmin sürətlə qaçırdırdı. Hində qaldığı təxminən iyirmi dəqiqənin çox hissəsini başında kəpək kisəsi keçirən və şübhəsiz ki, ağ ciyərlərinin tənəffüsü zamanı xeyli çətinlik çəkən qız, nə qədər yüngül çəkili olsa da, Zülfüqardan qat-qat çox təngənəfəs olmuşdu. Odur ki, bağların arasıyla təxminən üç yüz metr qaçandan sonra bunu açıqca hiss eləyən Zülfüqar ayaq saxlayıb qızı yoğun gövdəli bir xartut ağacının arxasına çəkdi:

-Yaxşı, sən bir az dincini al, yoxsa ürəyin lap ağzına gəlib.

 Qızın o qədər də geniş olmayan sinəsi sürətlə qalxıb-enirdi. Zülfüqar vaxtdan istifadə edib sol əlindəki fənərlə şalvarının kəmərinə taxcdığı tapançanı çıxarıb yaxşıca gözdən çeçirdi:

-“Robson”. Hı, hərbi xidmətdə əlimdə həmişə avtomat silah olub. Piyada alayında xidmət eləmişəm. Amma ömrümdə ilk dəfədir ki, əlimdə tapança tutmuşam.

 O, tapançanın darağını açıb ordakı güllələri nəzərdən keçirib darağı bağladı və üzünü qıza tutdu:

-Amma sən heç qorxma! Hərbi xidmətdə gülləni ən sərrast atanlardan biri mən idim. Nişangahdakı orta dairəni çox vaxt dəqiq vururdum.

 Qızın hələ də sinəsi sürətlə qalxıb enirdi. O, nəsə demək istəyirdi, lakin gözləyirdi ki, bu təngənəfəsliyi nisbətən keçib getsin. Saniyələr keçdikcə quldurların hər an onları haqlayacağından bərk qorxan qız nəhayət zamanın çox daraldığını nəzərə alıb olduqca çətinliklə dilləndi:

-Səndə mobil telefon var yəqin?!

 Zülfüqar birdən nəyisə xatırlayıb qəzəblə başını buladı:

-Mən nə axmağam. Telefonumu ayaqlarının altına salıb sındırdılar. Mən isə axırıncı zırrama kimi o pəzəvəngin telefonunu götürmədim.

 Qız çiyinləri qalxıb düşə-düşə soruşdu:

-Hansı pəzəvəngin?

 Zülfüqar sağ əlini yuxarı qaldırdı:

-Onun da, o boyu iki metrdən yixarı, heyvan var e. Adı Kələzdi, nədi, onun?! O birilər uzaqdan zəif işıq görünürdü, ora üz tutdular. Mənim isə ağaca sarımışdılar. Mən o yekə uzunqulağı aldadıb əl-qolumu açdırdım. Sonra isə bellə vurub bayıltdım.

 Onsuz da saatlarla vahimə içində olmuş qızın gözlərinmdə bir az da artıq qorxu ifadə olundu:

-Bellə vurub bayıltdın?! Birdən ölər, ha?!

 Zülfüqar çiyinlərini çəkdi:

-Nə bilim?! Bəlkə də.. Amma lap heyvan kimidi..

-Mən çox qorxuram! Axı o ölsə səni tutarlar, özü də mənim ucbatımdan!

-Sənin ucbatından niyə? Sən mənı deməmişdin ki, vur beli onun təpəsinə!

 Qız yazıq-yazıq dinləndi:

-Hər halda mən qaçıb sizin hinə girməsəydim, sən də evində rahat oturacaqdın, daha bu quldurlara görə başın cəncələ düşməyəcəkdi.

 Zülfüqar bir anlıq ulduzlara bürünmüş göyə nəzər etdi:

-Hər şeyin hökmünü verən Uca Allahdır! O Ulu Yaradan səni quldurların əlindən xilas eləməkdən ötrü məni seçib! Mən də buna görə Ona intəhasız dərəcədə minnətdaram. Ona görə də narahat olmağına dəyməz! Ancaq elə bil yaddaşıma şiş batdı həmin an ki, o heyvərənin telefonunu götürmədim.

-O, pəzəvəngin telefonu yoxdu. Telefon ancaq onların başçılarında var. Atamla, özü də gizli nömrəylə yalnız o əlaqə saxlayırdı.

 Qız bunu deyib ağlamsındı:

-Bircə atamla əlaqə saxlaya bilsəydik. Onlar atamdan mənə görə düz əlli milyon manat pul istəyiblər. Özü də deyiblər ki, əgər polisə məlumat versən, qızını öldürəcəyik. Mən bilirəm ki, atamın o qədər pulu yoxdu.

 Zülfüqar gözlərini yoldan ayırmadan soruşdu:

-Səni qaçırıb mənim evimdən nə qədər aralı bir yerə gətirmişdilər?

 Qız çiyinlərini çəkdi:

-Bilmirəm?! Onu bilirəm ki, ikimərtəbəli bir ev idi. Yəqin onlar mənim qaça biləcəyimə şübhə eləmədiklərinə görə əl-qolumu bağlamamışdılar. Özləri isə aşağıda, yəni birinci mərtəbədə yeyib-içirdilər. Mən yavaşca pəncərəni açdım. Orda budaqları pəncərəyə tərəf uzanan əncir ağacı var idi. Mən budağın üstünə çıxdım və çox çətinliklə yerə endim. Düşən kimi ətrafa baxdım, hər tərəf qaranlıq idi, lakin uzaqdan işıq görünürdü. İşığa tərəf götürüldüm. Təxminən beş dəqiqə var gücümlə qaçdım. Görünən işıq sizin həyətin işığı imiş. Bağışlayın, mən darvazıanı döymədim, çünki onlar səsi duya bilərdilər. Nə yaxşı ki, siz darvazanı qıfıllamamısız və elektrik lampasını hündür tirin yuxarısına vurmusuz. Yoxsa mən işığı görə bilməzdim. Beləliklə həyətə girdim və zəif işıq yanan yerə, yəni toyuq hininə girdim, vəssalam!

 Bu səfər Zülfüqar qıza nəzər saldı:

-Təxminən yeddi yüz metr qaçmısan.

 O, yüngülcə başını buladı:

-Mən toyuq hinin lampasını gecələr yana-yana qoyuram ki, toyuqların gözləri görsün, bir təhlükə olanda səs-küy salsınlar ki, mən xəbər tutum. Buralarda çoxlu tülkü və çaqqal var. Həm də gecələr işıq yananda toyuqlar hər gün yumurtlayırlar. Yumurta isə mənim çörək kimi hər günlük azuqəmdir.

 O, yüngülcə ah çəkdi:

-İndi Allah bilir o yırtıcılar mənim toyuqlarımın başına nə müsibət gətirəcəklər?!

 Qız kövrək nəzərlərlə ona baxdı:

-Mənə görə sizə nə qədər ziyan dəydi. Amma narahat olmayın, atam hamısını artıqlamasıyla ödəyər.

 Zülfüqar qıza bir qədər narazı halda nəzər salıb üzünü yenə yola tutdu. O, quldurlar duyuq düşməsin deyə fənəri söndürmüşdü. Onların mütləq bu tərəfə gələcəyini ehtimal etdiyindən yenə tanımadığı, cəmisi yarım saat bundan qabaq gördüyü qızı quldurların əlindən xilas etmək üçün öz həyatını yenə təhlükəyə ataraq yenə qızın əlindən tutub özüylə qaçırmağa başladı. O, bütün bu yolları yaxşı tanıyırdı. Lakin bahar fəslində, yəni buralarda bağları olan insanların bağa köçməyinə hələ bir neçə ay qaldığı bir zamanda, gecənin yarısı hansısa bir minik avtomabili tapılacağına ümid eləmək ağılsızlıq idi.

 Quldurlar, yəni Coni ilə Qaqqulu mənasız “axtarış”dan bezib geri qayıdanda, şübhəsiz ki, Kələzi yerində tapmadılar, çünki Kələz hələ də huşsuz idi, Zülfüqarın vurduğu bu bel zərbələri onu elə bayıltmışdı ki, sanki bu dünya ilə o biri dünya arasında, cəhənnəmə bənzər bir yerdə idi. Coni onu yerində görməyincə bu səfər onun “axtarışı”na çıxdı və təxminən bir dəqiqədən sonta onu bayılmış vəziyyətdə tapdı. Onu bu vəziyyətdə görən kimi Coni elə bağırdı ki, sanki eşşəyə dağ basırdılar:

-Lənət olsun, lənət olsun! Mən bu heyvərəyə iş tapşırmışam, bu heyvan isə burda ölü eşşək kimi düşüb qalıb.

 Qaqqulu yaxınlıqda düşüb qalan belə işarə elədi:

-Coni, o alçaq, Kələzi bellə vurub.

 Sonra o əyilib Kələzin kəmərini axtardı:

-Tapançasını da götürüb.

 Coni yerə tüpürdü:

-Tfu! Deməli qız onun evində imiş. Necə olub ki, biz qızı tapa bilməmişik?!

 O, huşu başına qayıtmaq istəməyən Kələzin pencəyinin yaxasınsdan yapışıb var gücü ilə onu tərpətdi:

-Ey, dur, dur görüm!

 Kələz bir anlıq zorla da olsa gözlərini açdı və iki butulka araq içib sərxoş olmuş adamlar kimi nəsə mızıldanıb yenə gözlərini yumdu. Conu onu bir də tərpətdi:

-Dur ayağa səfeh!

 Kələz yerindən tərpənmədi. Coni onu zorla ayağa qaldırmaq istədi. Qaqqulu da ona yardıma gəldi. Lakin çəkisi ən azı 140 kiloqram olan bu nəhəngi ayaq üstə qaldırmağa gücləri çatmadı. Coninin qəzəbdən azğı köpükləndi:

-Elə bir ölü eşşəkdir. Cəhənnəmə ki, qoy qalsın burda. Nə olar, olar?!

 Sonra o, gözünü bir qədər uzağa dikdi:

-Uzağa gedə bilməzlər.

 Bunu deyib başıyla Qaqquluya işarə elədi:

-Getdik!

 Onlar qızın arxasıyca gəldikləri yolla geri qayıtdılar və orda saxladıqları minik avtomobilinə oturdular. Coni dərhal mühərriki işə saldı:

-Tez əsas yola çıxmaq lazımdır. Söz yox ki, onlar şəhərə tərəf qaçırlar və harda olurlarsa olsunlar həmin yola çıxacaqlar. Çünki başqa yol yoxdu.

 O, bunu deyib avtomobili olduqca sürətlə sürməyə başladı.

 Zülfüqargili əsas yola tərəf artıq bir xeyli qaçmışdılar və bir az da keçsəydi ora çatacaqdılar, lakin artıq yaxınlaşmaqdqa olan avtomobilin səsi Zülfüqara ayaq saxlamağa və diqqətlə geriyə dönüb yola baxmağa vadar etdi. Bir neçə saniyə sonra avtomobilin uzaq faralıarının işığı göründü. Zülfüqar ətrafa baxdı, dərhal yenə qızın əlindən yapışıb yol kənarındakı kolluğun arxasına yüyürdü və kolluğun arxasında qızla bərabər diz üstə oturdu.

 Avtomobil onların yanından ötüb bir qədər irəlidə əsas yol başlanan yerdə əylədi. Coni ilə Qaqqulu avtomobildən düşdülər və hər ikisi əllərindəki fənərlə ətrafı olduqca diqqətlə nəzərdən keçirməyə başladılar. Avtomobilin gur işıqları da bu işdə onların köməyinə gəlirdi. Zülfqarla qız isə geniş kolluğun arxasında demək olar ki, nəfəs almadan gizlənmişdilər. Zülfüqar hər ehtimala qarşı ömründə ilk dəfə əlinə götürdüyü tapançanı hazır tutmuşdu. Bir qədər sonra Coni sağ əlində tapança, sol əlində fənər onlara yaxınlaşmağa başladı və yəqin ki, kolluğa yaxınlaşan kimi arxasına keçib oranı da yoxlayacaqdı.

 Qız tir-tir titrəsə də, il yarım cəbhədə ən azı yüz dəfə ölümlə üz-üzə gələn Zülfüqar qətiyyən qorxmurdu. Özü də əlində bir tapança da var idi. Lakin zatən, əgər sivil həyatda ömrü boyu kimisə öldürməyi ağlına belə gətirməyən bu gənc atəş açmaq istəmirdi. O, öz gücünə arxayın idi, bilirdi ki, süpürləşsələr Coniyə qalib gələr. Lakin onlar iki nəfər idi, özü də hər ikisində isti silah var idi. Bu işləri çox çətinləşdirirdi.

 Zülfüqar nəfəsini içinə çəksə də, bir neçə saniyə bundan əvvəl düşündüyü baş verdi. Coni çəkisi təxminən 80 kiloluq Zülfüqarı və 50 kiloluq qızı gizlədən enli kolluğun arxasına keçdi, lakin fənəri onların üstünə tuşlamağa macal tapmadı, Zülfüqar ildırım sürətiylə şığıyıb onun qarnının altına möhkəm bir yumruq ilişdirdi. Coni bağırıb yerə aşdı və Zülfüqar bayaqkı cəldliklə tapançanın lüləsini onun gicgahına dirəyib gur səslə dilləndi:

-Tapançanı yerə at və yoldaşına de ki, o da silahını atıb əllərini yuxarı qaldırsın, yoxsa gicgahının sinirlərinin neçə miyard olduğunu tibbi ekspertlər sayacaq. Tez ol!

 Qaqqulu silahını irəli uzadıb onlara tərəf yüyürürdü, Coninin xırıltılı və titrək səsi onu saxladı:

-Qaqqulu tapançanı yerə at, özün də əllərini yuxarı qaldır!

 Qaqqulu bir an dayanıb fənəri səs gələn istiqamətə tuşladı, lakin artıq ayağa durmuş və gicgahına tapança lüləsi söykənmiş Coninin həyatının təhlükədə olduğunu görüb yavaşca silahını yerə atdı.

 Zülfqarın səsi bayaqkından da möhkəm gururldadı:

-Tapançanı ayağınla bu tərəfə itələ, tez ol!

 Qaqqulu onun dediyini elədi. Zülfüqar qıza işarə elədi:

-Dur o tapançanı götür, gətirib mənə ver, qorxma!

 Qız hələ də titrəyirdi, odur ki, yırtıcı quş görmüş sərçə kimi bütün varlığı əsə-əsə, olduqca zorla da olsa Zülfüqarın tapşırığını yerinə yetirdi.

 Bir qədər sonra Zülfüqar Conini və Qaqqulunu yerə çökdürmüşdü və onlara tərpəndikləri halda beyinlərini dağıdacaqlarını demişdi.

 O, Conidən qızın telefon aparatanı nə etdiyini soruşdu. Coni hıqqana-hıqqana aparatı sındırdığını söylədi.

 Zülfüqar bunu eşidən kimi əlini Coninin kəmərinə salıb onun telefonunu çıxartdı və aparatın rahat işlədiyini görüb qıza uzatdı:

-Sənin adın nədi?

 Qız yalnız indi yavaş-yavaş özünə gəlirdi və nədənsə udqunaraq Zülfqarın sualına cavab verdi:

-Nəzrin..

-Nəzrin, atana zəng vur və de ki, sağ-salamatsan, quldurların əlindən xilas olmusan. Burda bağ massivindəsən, əsas yolun lap yaxınlığında, Gəlib səni aparsın, amma gələndə polislə gəlsin. Polis də bu əclafları aparsın ki, heç olmasa bir neçə il camaat onların törətdiyi təhlükələrdən azad olsun.

  Nəzrinin titrəməsi hələ də keçməmişdi. O, əlləri əsə-əsə telefonu Zülfüqardan aldı və böyük bir təhlükədən qurtulduğuna baxmayaraq güclü bir həyəcan içində atasına zəng vurdu.

 Atası telefonunu dərhal rabitəyə qoşmasa da, bir qədər sonra olduqca titrək səsi eşidildi:

-Mənə bir zaman verin, yalvarıram, qızıma toxunmayın, mən hökmən istədiyiniz məbləği sizə çatdıracağam.

 Nəzrin atasının sözünü yarımçıq qoydu:

-Bu mənəm ata, mən.. Narahat olma ata, mən sağ-salamatam. Məni bir cavan oğlan quldurların əlindən xilas eləyib, qorxma ata, o quldurları tərksilah eləyib. Quldur mənim telefonumu sındırmışdı, odur ki, mən həmin quldurun telefonu ilə zəng vururam. Mən bağ massivində əsas yolun yaxınlığındayam. Gəl məni apar ata. Amma məni xilas eləyən oğlan deyir ki, özünlə polis də gətirsin ki, bu quldurları həbs eləsinlər.

 Nəzrinin atası qızı oğurlandığı vaxtdan bəri və 45 illik ömrünə dəyən keçirdiyi dəhşətli sarsıntıya rəğmən özündən asılı olmayaraq inildədi:

-Aman Allah, mən söz tapa bilmirəm. Sanki yuxu görürəm. Mən bu dəqiqə, bu dəqiqə gəlirəm qızım. Bu dəqiqə özümü pölislərlə birlikdə ora çatdıracam. Sən o igid oğlana de ki, onları möhkəm saxlasın! Mən bu dəqiqə...

 O, qapıya tərəf gedə-gedə polis idarəsinə zəng vurmağa başladı. Bayaqdan onun 20 saat bundan əvvəl girov götürülmüş qızı ilə telefon söhbətinə diqqətlə qulaq asan və nədənsə rəngi dəyişən Rəvanə demək olar ki, ona tərəf yüyürüb qolundan tutdu:

-Sən neynirsən Paşa?

 Paşa kliniki ölüm keçirib yenidən həyata qayıtmış adam nəzərləriylə ona baxdı:

-Polisə zəng vururam.

 Rəvanə aparatdan yapışdı:

-Sən dəli olmusan?

 Paşa çiyinlərini çəkdi:

-Niyə ki?

 Bir düşün, əli silahlı quldurların əlindən Nəzrini bir dənə cavan oğlan necə xilas eləyə bilər?! Bu quldurların nömrəsidir Paşa. Onlar silahı Nəzrinin üstünə çəkib onu qorxuzublar ki, sənə zəng eləyib belə desin.

-Axı nəyə görə? Özləri bilərəkdən özlərini polisə təslim eləsinlər, hə?! Nəzrin dedi ki, bağ massivindəyəm, quldurlar da tərksilah olunmuş halda burdadılar.

 Rəvanə bu səfər daha artıq öyüd verən rolunu icra etdi:

-Sən yüz faiz əminsənmi, qızın indi bu dəqiqə bağ massivindədir, hə?

-Əlbəttə, aparatın ekranında da oranın adı yazılıb.

-Nə olsun ki, yazılıb. Sən polislə birlikdə ora çatana qədər onlar qızı tamam başqa yerə apara bilərlər.

-Mən Nəzrinlə tez-tez əlaqə saxlayacam.

 Rəvanə qəzəblə çığırdı:

-Odla oynayırsan Paşa. Mən yüz faiz əminəm ki, əgər polisə zəng vursan, Nəzrini bir daha görməyəcəksən. Zəng vurma, zəng vurma deyirəm sənə! Qıza yazığın gəlsin!

 Paşa dodağını qəribə şəkildə büzdü:

-Axı niyə onlar belə axmaq bir oyun oynamalıdılar?!

-Onlar quldurdular, başa düşürsən, quldur. Yəni monyakdılar.

-Axı əlli milyon manat pul..

-Nəzrin çox gözəl, zərif, incə bir qızdır. Onun cəmisi on altı yaşı var. Monyaklar isə bu cür qızları təkcə pula görə oğurlamırlar. Onlar qıza təcavüz eləyə bilərlər. Sən polislə birlikdə ora yetənə qədər, yazıq qızı olduqca acınacaqlı vəziyyətdə və ölmüş görərsən.

 Paşanı indi əvvəlkindən də artıq dəhşət bürüdü:

-Bəs onda mən neyləyim?

-Mən yüz faiz əminəm ki, onlar səni aldadırlar. Daha doğrusu bəhanə eləyirlər ki, qıza təcavüz eləsinlər.

 Paşa dodaqlarını bvir-birinə keçirdti:

-Heç bilmirəm neyləyim?!

 Rəvanə sol əliylə də ondan yapışdı:

 Polisə zəng vurma! Məni özünlə apar! Əgər məsələ həqiqətən Nəzrinin dediyi kimidisə, daha doğrusu quldurlar Nəzrini qorxuzub ona bu sözləri dedirtməyiblərsə, yəni o cavan oğlan onları doğurdan da tərksilah eləyibsə, o zaman elə ordan polisə zəng eləmək olar. Yox əgər, qız hələ də mən dedyim kimi quldurların əlindədisə onda onlarla əlaqə saxlayarsan və deyərsən ki, mənim polislə ünsiyyət qurmağdan qətiyyən xoşum gəlmir, vəssalam! Onda yəqin ki, Nəzrini o əxlaqsızların əlindən xilas eləməkdən ötrü bir ümid qığılcımı yaranar. Əlli milyon pulu yerin deşiyindən olsa belə tapıb verərsən ki, qızı bizə sağ-salamat qaytarsınlar.

 Paşa köksünü ötürdü:

-Mən o qədər pulu hardan tapa bilərəm?! Bilmirəm neyləyim?! Bir az da belə getsə havalanacağam.

 Rəvanə sözünə Paşadan da çox təlaşlanmış bir şəkildə davam elədi:

-Bir şey fikirləşərsən Paşa. Tez gedək, eşidirsən, yoxsa Nəzrini itirə bilərik.

 Paşa bu səfər köksünü elə bir şəkildə ötürdü ki, sanki tək nəfəsini deyil, bütün orqanlarını bayıra üfürdü:

-Yaxşı, qoy sən deyən olsun! Gedək!

 Paşa avtomobilini çox sürətlə sürürdü, səhərə az qaldığı üçün hələ yollarda tıxac yox idi, odur ki, onlar bağ massivindəki, əsas yola cəmisi yarım saatdan sonra çatdılar. Onlar ora çatanda hava azca işıqlanmışdı. Odur ki, Nəzrin atasının par-par parıldayan maşınını uzaqdan yaxşı gördü və dərhal o istiqamətə yüyürdü. Bir qədər sonra Paşa avtomobilini qızının lap yaxınlığında saxlayıb düşdü və qızını elə bağrına basdı ki, Nəzrin onun nəhəng gövdəısinin içində tamamilə görünməz oldu. Hər ikisi göz yaşlarını saxlaya bilmədiyi üçün atanın göz yaşları qızının, qızın göz yaşları atasının sifətini tamamilə yaş etdi.

 Paşa o qədər sevinirdi ki, quldurlara tərəf bir neçə saniyə nəzər yetirsə də, güclü sevinc hissləri onu quldurların üztünə hucum eləməyə qoymadı.

 Bu ərəfədə isə Rəvanə süni bir göz yaşıyla Nəzrini bağrına basdı:

-Əgər sənə bir şey olsaydı, mən intihar eləyərdim. Axı mənim Paşadan və səndən başqa heç kimim yoxdu.

 Nəzrin bu ona qarşı daim buz kimi soyuq olan və həmişə də saxta bir hərarət saçmaq istəyən qadını heç vaxt sevməmişdi və onun indiki vay-şivəni də qıza olduqca süni görünürdü. Lakin qızcığaz indi elə bir vəziyyətdə idi ki, nəinki bu daim niqablanmış ögey anasını, hətta ən qatı düşmənini belə bağışlayardı. Odur ki, bu on ildən bəri daima onun zəhləsini tökən qadını atasının onunla evlənib evə gətirdiyi müddətdə ilk dəfə olaraq, özü də düz üç dəfə öpdü.

 Zülfüqar bir qədər kənardan onlara tamaşa eləsə də, o polis maşınlarının gələcəyini güman etdiyi üçün gözü artıq yaxşı görünməkdə olan yolda idi. Bir qədər sonra Paşa zərurətən ona əvvəlcə ani olaraq nəzər saldı və özünü tənbeh edirmiş görüntüsü ilə sağ əlini yelləyib ona yaxınlaşıb bağrına basdı:

-Çox sağ ol oğlum, çox sağ ol! Vallah bilmirəm necə təşəkkür eləyim?! Sən mənim üçün elə bir iş görmüsən ki, bu yaxşılığın və igidliyin əvəzi heç bir şey ilə ödənməz. Bilmirəm kimsən, tanımıram, amma çox-çox şükürlər olsun Uca Yaradana ki, hələ də bizim torpaqda buz cür mərd, qorxmaz, tanımadığı bir qızdan ötrü özünü təhlükəyə atan igidlər yetişir. Sənin üçün neyliyə bilərəm oğlum?! De, nə desən, imkanım daxilində yerinə yetirməyə hazıram.

 Zülfüqar gülümsədi:

-Mənə heç nə lazım deyil. Bu mənim bir insan kimi borcumdur. Mən öz insanlıq vəzifəmi yerinə yetirmişəm, vəssalam!

 Paşa onun öz əlləri kimi iri əllərindən tutdu:

-Kaş bu məmləkətdə hamı sənin kimi öz insanlıq vəzifəsini yerinə yetirəydi. Onda düşmənlər də bizim torpaqlarımızı işğal eləyə bilməzdilər.

 Zülfüqar yüngülcə başını tərpətdi:

-Əlbəttə! Siz çox doğru buyurursuz. Əsas da bax budur.

 Paşa böyük bir səmimiyyətlə soruşdu:

-Sənin adın nədir?

-Zülfüqar.

 Valideynlərin sənə çox gözəl ad qoyublar. Bu adın olduqca böyük mənası var.

 Zülfüqar başını tərpətdi:

-Elədir, mən özümdən narazı olsam da, təkcə adımdan çox razıyam.

 Paşa gülümsədi:

-Bax, buna deyirlər ki, özü başdan-başa eyibli olanlar, hər kəsdə eyib axtarır, eyibsiz adamlar isə yalnız özlərində eyib axtarır.

 Zülfüqar tərifdən tamamilə xoşlanmadığı üçün başını bulayıb yenə yola baxdı:

-Bağışlayın, bəs polis harda qaldı?

 Paşa yüngülcə sağ əlini başına vurdu:

-Hə, indi zəng eləmək olar.

 O bunu deyib əks istiqaməyə boylandı:

-Doğurdan bəs hanı, hanı quldurlar?

 Zülfqarla Nəzrin də həmin istiqamətə baxdılar və Zülfüqar birdən olduqca iti sürətlə kolluğa tərəf qaçdı. Aman Allah, qolları bağlı quldurlar burda yox idilər. Kimsə onların iplərini kəsib onları azad etmişdi. Onlar isə silahsız, eyni zamanda tapançaları Zülfüqarda olduğu üçün bu şəraitdə yenidən quldurluq eləməyi lazım bilməyib daban almışdılar.

 Zülfüqar olduqca qəzəblə, özü də bir qədər qaçaraq dörd tərəfə boylansa da, onlardan əsər-əlamət yox idi.

 Bir qədər sonra isə Rəvanə təxminən otuz metr aralıda bitmiş yoğun gövdəli söyüd ağacının arxasından göründü və yaxınlaşıb ona olduqca təəcüblə baxan ərinin qulağına pıçıldadı:

-O qədər həyəcan keçirmişəm ki, damarlarım tamam boşalıb. Su başına çıxmışdım.

 Zülfüqar birdən nəyisə xatırlayıb əlini quldurlarıln təxminən 100 metr irəlidə dayanmış avtomobilinə tərəf uzatdı:

-Amma maşınlıarı burdadır.

 O, bunu deyib var gücü ilə avtomobilə tərəf qaçdı. Elə bu anda da avtomobil hərəkətə gəlib olduqca iti sürətlə təzə asvalt verilmiş enli yolla şütüdü. Zülfüqar;-“Lənət şeytana!,-deyib Paşaya tərəf yüyürdü:

-Onlar maşınlarına minib qaçdılar. Amma nömrəni götürdüm. Onları təqib eləmək lazımdır.

 Rəvanə bunu eşidən kimi iti addımlarla Zülfüqara yaxınlaşdı:

-İgid oğlan, qorxulu bir təhlükədən güclə qurtiulandan sonra, yenidən başını cəncələ salmağmı istəyirsən?! Axı qız da möhkəm qorxub. Bax, hələ də özünə gəlməyib. İndi əgər Paşa onların ardınca sürsə, bu daha çox təhlükə törədə bilər. Qoy cəhənnəm olsunlar! Birdə ki, mən əminəm ki, o maşın onların özlərinə məxsus deyil. Görəsən onu da hardansa çıpışdırıblar. \

 Zülfüqar kəmərindən onlara məxsus mobil aparatı çıxardı:

-Amma mobil telefonları məndədir. Polis bununla onlar haqqında məlumat toplaya bilər.

 Rəvanə əlini ona tərəf uzatdı:

-Onu mənə ver, baxım görüm!

 Zülfüqar təəcüb içində telefonu ona uzatdı. Rəvanə aparatı alıb bir qədər uzaqlaşdı və orda düymələri basıb geri qayıtdı:

-Burda Paşanın telefon nömrəsindən başqa heç nə yoxdu. Belə çıxır ki, quldurlar polisə iz buraxmamaqdan ötrü telefonlarında da nömrə saxlamırlar. Harasa zəng eləyəndən sonra dərhal həmin nömrəni silirlər!

 Zülfüqar tez dilləndi:

-Amma polis onsuz da bu telefon aparatı vasitəsilə onların kimlərlə zəngləşdiyini, kimlərlə əlaqə saxladığını hökmən aydınlaşdırar.

 Rəvanə başını buladı:

-Onlar qurtulub qaçdılar. Yəqin indi polis onları tapa bilməsin dyə cilddən-cildə düşəcəklər. Bu isə yenə Nəzrin üçün də, elə sənin üçün də çox təhlükəlidir! Niyə başını bəlaya salmaq istəyirsən?!

 Rəvanə bunu deyib quldurlara məxsus mobil aparatı ayağının altına atıb sındırdı:

-Yaxşısı budur belə eləyim ki, bir daha ağramayan başımıza dəsmal bağlamayaq.

 Zülfüqar onun bu hərəkətindən xeyli narazı qalsa da, Paşa əlini yelləyib arvadının sözünü təsdiqlədi:

-Hə, Rəvanə düz elədi, qoy cəhənnəm olsunlar! Əsas odur ki, qızım Nəzrin də, sən də sağ salamatsız.

 Zülfüqar isə hansı yollasa onun bağladığı ipləri qırıb əkilən quldurların polis tərəfindən yaxalanmağını istəyirdi, odur ki, inadından əl çəkmədi:

-Quldurlardan biri, Kələz adlı birisi bayılmış halda mənim yaşadığım bağdadır. Əgər onu yaxalayıb polisə aparsaq, polis ondan o biri quldurların yerini öyrənər və dərhal onları həbs eləyər.

 Rəvanə yenə ərini qabaqladı:

-Onu sən bayıltmısan?

-Hə!

-Nəylə vurmusan?

-Bellə.

-Hə, deməli özünü işə salmaq istəyirsən.

 Zülfüqar çiyinlərini çəkdi:

-Axı niyə? Mən onu tərksilah eləmək üçün vurmuşam. Başqa əlacım yox idi.

 Rəvanə başını buladı:

-Nə olsun ki?! Məgər polisi tanımırsan?! Onu vurduğun üçün hökmən sənin üçün də iş açacaqlar. Əgər ölübsə günahın olmadığı halda qolların qandallanacaq! Yox əıgər sağdısa, yəqin ki, özünə gəlib və qaçıb gedib.

 Paşa arvadının sözünə qüvvət verdi:

-O, düz deyir oğlum. Mən bildiyim qədər əgər vurduğun zərbələrdən ölməyibsə, indiyə qədər huşu söz yox ki, başına qayıdıb.

 Bu dəfə Nəzrinin hələ də titrəyən səsi eşidildi:

-Mən çox qorxuram ata.

 Paşa qızını qucaqladı:

-Nəyə görə qızım? Artıq hər şey yaxşıdı.

 Nəzrin bir az da atasına qızısldı:

-Birdən o quldur ölsə, onda axı Zülfüqarı tutarlar.

 Paşa qızının başından öpdü:

-Narahat olma qızım, əgər elə bir şey olsa, mən ölkəmizdəki ən güclü vəkili taparam və ona nə qədər lazımdır pul ödəyərəm ki, məhkəmədə Zülfüqarın tamamilə günahsız olduğunu aşkara çıxarsın.

 Paşa qızından ayrılıb Zülfüqara yaxınlaşıb çiyinlərindən yapışdı:

-Bizimlə gedək!

 Zülfüqar təəcüblə soruşdu:

-Niyə?

-Sənin elədiyin yaxşılığın əvəzini az da olsa çıxmaq istəyirəm!

-Üzr istəyirəm, min dəfə üzr istəyirəm, axı mən bayaq dedim ki, bu mənim insanlıq borcumdur. Siz bunun əvəzində mənə nəsə versəz, mən bu borcu ödəməkdən məhrum olaram. Birdə ki, mən kimsəyə yaxşılıq eləməmişəm, özümə eləmişəm, yalnız özümə. Bunu yaxşı anlamaq üçün Həzrət Əli əleyhəssalamın haqqındakı rəvayətləri oxumalısız!

 Paşa əllərini onun çiynindən götürdü:

-Hökmən oxuyaram!

 O, qızına və arvadına baxıb üzünü yenə Zülfüqara tutub əllərini yana açdı:

-Bura bax oğlum, sən insanlıq borcunu ödəmisən və bu borcun qarşılığında heç bir şey istəmirsən. Amma mənə insanlıq borcumu ödəməyə imkan vermirsən. Səndən bir söz soruşmaq istəyirəm, olarmı?

 Zülfüqar başını tərpətdi:

-Əlbəttə olar!

-Sən harda işləyirsən?

-Burda üzümçülük plantasiyası var. Orda yük maşını sürürəm. Mən cəbhədə tankçı olmuşam, ona görə də əvvəlcə məni orda traktorçu kimi işə götürmüşdülər. Amma sonra  boş üzüm yeşikləri gətirmək və məhsul yığılan vaxt dolu yeşiklərini aparmaqdan ötrü mən yük maşını həvalə elədilər. Ona görə də artıq iki aydır yük maşını sürürəm. Bilirsiz, mən cəbhəyə sürücülük kursunu bitirib getmişdim. Lakin orda məni tank sürmək, daha doğrusu sürücü-mexanik olmaqdan ötrü xüsusi kursa göndərdilər. Sonra isə necə deyərlər tankın içində düşmənlə üz-üzə..

 Paşa bir qədər heyrət içində soruşdu:

-Döyüşlərdə iştirak etmisənmi?

-Hə! İki ildi cəbhədən dönmüşəm.  Möhkəm yaralanmışdım. Amma əcəlim tamam olmadığı üçün ölmədim. Ancaq düz üç ay Gəncədə qospitalda yatdım, özü də çox ağır vəziyyətdə..

  Zülfüqar  danışdıqca Nəzrin onu heyrətlə seyr edirdi. O, Zülfüqara vurulmamışdı, daha doğrusu əksər yaşıdı olan qızlar kimi xəyallarında eşq məcaraları qursa da, keçirdiyi çox güclü vahimə ilə bağlı kimsəyə vurulmaq gücündə deyildi. Lakin bu igid oğlan get-gedə onun gözündə daha da böyüyürdü. Bu səbəbdən cəmisi iki saat bundan əvvəl toyuq hinində tanışlıqlarına baxmayaraq, çox istəyərdi ki, bu igid daim onun ətrafında olsun. Həm də Nəzrinə elə gəlirdi ki, əgər Zülfüqar onun yanında olsa, daha onu heç kim, heç vaxt girov götürə bilməz.

 Nəzrin zaman kəsiyində bütün bunları düşünərkən atası Zülfüqarın yenə qolundan yapışdı:

-Gəl səni öz şirkətimdə sürücü kimi işə götürüm. Mebel maşınında. Mənim mebel dükanlarım var. Müştərilər üçün evlərinə mebel daşıyarsan. Razısan?

 Zülfüqar qəribə tərzdə gülümsədi:

-Razıyam!

 Paşa dərhal pencəyinin döş cibindən vizit kartlarından birini çıxarıb ona verdi:

-Sabah, daha doğrusu saat təxminən 10 tamamda mənim bu nömrəmə zəng vur! Burda həm də mənim şirkətimin nömrəsi var.

-Mütləq vuraram!

 Zülfüqar sözünü bitirməmiş başını buladı:

-Lənət şeytana!

-Sənə nə oldu?

-Quldurlar necə ki, Nəzrinin telefonunu, mənim də mobil aparatımı ayaqlarının altına salıb sınıq-sınıq elədilər.

 Paşa dərhal əlini cibinə salıb ordan pul çıxarıb Zülfüqara uzatdı:

-Al, özünə təzə telefon al! Daha burda insanlıq borcu-filan yoxdu. Quldurlar mənim qızımı girov götürdükləri üçün sənin telefonunu sındırıblar. Odur ki, bunu məndən hökmən almalısan!

 Zülfüqar köksünü ötürüb bir neçə yüzlükdən ibarət pul dəstini aldı:

-Nə deyirəm ki?! Təşəkkür edirəm! Amma burda pul çoxdu. Mənim mobil aparatımın dəyəri 200 yüz manat idi.

 O, bir neçə yüzlük ayırıb Paşaya uzatdı:

-Mən iki yüz manat götürdüm, qalanını geri alın!

 Paşa artıq bir qədər əsəbi halda dilləndi:

-Sən nə adamsan belə?! Niyə məni belə aşağılayırsan?

-Allah eləməsin! Nə aşağılamaq canım?! Pulun artığını qaytarıram.

 Nəzrin iki addım atıb Zülfüqarın lap yaxınlığında dayandı:

-Lütvən xahiş edirəm Zülfüqar, o pulları geri qaytarma!

 Nəzrinin səsində o qədər istilik və nəvaziş var idi ki, Zülfüqar bir an qurudu və nədənsə özü də bilmədən gözləri yaşardı. Sonra isə heç bir söz demədən yüzlükləri cibinə qoydu.

 Bir qədər sonra onlar Zülfüqarla xudahafizləşib avtomobilə mindilər. Paşa maşını enli yolda 180 dərəcə döndərib şəhərə tərəf sürdü. Bir neçə saniyə sonra isə onun avtomobili tamamilə görünməz oldu.

 Zülfüqar evinə təxminən iyirmi dəqiqədən sonra çatdı və dərhal demək olar ki, yüyürüb Kələzi vurduğu məkana gəldi. Şübhəsiz ki, Kələz burda yox idi. O, xeyli vaxt əvvəl, daha doğrusu Zülfüqarın onun dostlarını tərksilah elədiyi zaman özünə gəlib aradan əkilmişdi. Onun həmin yerdə olmadığını görən cavan dərindən nəfəs aldı. O, o heyvərənin ölə və yaxud ölümcül yaralanacığdan qorxduğu üçün bayaqdan möhkəm narahat idi. Yox əgər boyu iki metr olan quldur özünə gəlib özü öz ayağı ilə aradan çıxmışdısa demək daha qorxulu bir şey yox idi, daha doğrusu kimisə öldürdüyü ya da ağır yaraladığı üçün çək-çevirə salmayacaqdılar.

 Arıq günəş öz üfüqündə sanki sıx meşəni xatırladan buludların arxasından əməlli-başlı boylanmışdı. Zülfüqar artıq ağır addımlarla toyuq hininə girib toyuqları yemlədi, sonra ordan çıxıb hinin qapısını möhkəmcə bağladı və evə girdi. Bir azdan işə getməliydi. Odur ki, yüngülcə nahar eləmək qərarına gəldi. Lakin birdən yadına düşdü ki, Nəzrinin atası ona vizit kartını verib ki, hökmən ona zəng vursun. “Bəlkə məni elə bu gündən işə götürəcək. Belə olanda daha bu biri işə getməyimin fərqi yoxdu. Həm də heç olmasa bir saat yatıb dincəlmək pis olmaz. Yoxsa bütün gecəni demək olar ki, yatmamışam. Yaman yorulmuşam”.

 Zülfüqar bunu fikirləşib quldurlardan aldığı tapançaları birini kəmərindən, birini gödəkcəsinin qoltuq cibindən, digərini isə gödəkcəsinin yan cibindən çıxarıb bir qədər tamaşa elədi, sonra nə fikirləşdisə ikisini dolamba, birini isə yastığının altına qoydu və özünə uyğun olmayan tərzdə tənbəl-tənbəl soyunub yatağına girdi və bir qədər sonra onu dərin bir yuxu apardı.  

                                             *  *  *

   Nəzrin evlərinə gələndən sonra da yenə də girov götürüləcəyinin qorxusundan atasının ikiadamlıq çarpayısında uzandı. Paşa canından çox sevdiyi qızının başını qolunun üstünə qoyub bir söz demədən ipək saçlarını hey sığallayırdı.  Təbii ki. onun bu hərəkəti Rəvanəni açmadı, çünki o, illərdir özü Paşanın qolları arasında yatmağı adət eləmişdi.  Qızcığaz isə acı bir yuxudan oyanmış kimi atasına sığınıb özündən asılı olmayaraq olub keçənlər barəsində düşünürdü. Doğulandan bəri atası onun arxası-dayağı olmuşdu. Lakin gənc qız hələ bu gün özünə başqa bir arxa-dayaq da tapmışdı. Uca boylu. Yaraşıqlı, cəsur, mərd bir arxa-dayaq.  Zülfüqarın əsl kişi cizgiləri ilə və namusla nəqşlənmiş surəti onun gözünün qabağından getmirdi. Bu insan yaranandan bəri bəşəriyyətin davamı üçün vücuda gələn, klassiklərin əsərlərinin ana xəttini təşkil eləyən, onları oxucuların qəlbini hüzünləndirmək üçün risalələr  yazmağa məcbur edən, qəlbləri ovsunlayıb ehtizaza gətirən, sonu gah xoşbəxtliklə, gah bədbəxtliklə bitən “aşiq-məşuq” hekayəyəti üçün dramatik bir mövzuya çevrilən “eşq” idimi?!  Nəzrin hələ bunu dərk eləmirdi. Məsələ burasında idi ki, Nəzrinin bacısı qardaşı yox. O. validenylərinin tək övladı idi və nədənsə ona elə gəə bilərdi ki,, hələ bir neçə saat bundan qabaq tanıdığı Zülfüqar artıq onun böyük qardaşıdır. Lakin bu da Nəzrinin qəlbindəki təlatümləri yatızdırmaq üçün kifayət etmirdi.

Nəzrinin doğma anası təxminən on il bundan əvvəl, hələ cəmisi  26 yaşında ikən, amansız xəstəlikdən bir neçə ay yataqda qalıb vəfat eləmişdi. Arvadı öləndən bir müddət sonra Paşa evini sahmana salan, xörək bişirən, paltarları, qabları yuyan və altı yaşlı qızına analıq eləməkdən ötrü Rəvanə ilə evlənmişdi.  O vaxt Rəvanənin otuz iki yaşı var idi, lakin hər gün bədən tərbiyəsi ilə məşğul olan və ümumiyyətlə bədəninə yaxşı qulluq eləyən bu qadına iyirmi beşdən çox yaş vermək olmazdı. O, indi də, yəni on ilə yaxın bir müddət keçməsinə baxmayaraq görkəmini itirməmişdi. Paşa ilə hansısa bir toy məclisinə və yaxud başqa bir ziyafətə gedən zaman həm boy-buxunu, təndürüstlüyü, ağbənizliliyi, həm də cazibədarlığı ilə bütün qadınlardan fərqlənirdi. O, Nəzrinin anası ölənə qədər Paşanın katibəsi idi.  O zamana qədər aralarında heç bir şey olmasa da, söz yox ki, öz arvadına çox sadiq olan Paşa bir erkək xaylağı olduğundan ürəyində bu olduqca yaraşıqlı qadını çox xoşlayırdı. Lakin çox sevib evləndiyi qadınına xəyanət eləməməkdən ötrü yanında katibə işləyən bu qadınla “alışıb-verişməyi” heç ağllına belə gətirməmişdi. Nəzrinin anası rəhmətə gedəndən sonra isə məsələ başqa bir şəkil aldı. Paşanın öz katibəsinə qarşı olan hissləri əvvəlkindən xeyli qabardı. O, daha Rəvanə adlanan bu qadına sadəcə “çox cazibədardır”,-düşüncəsi ilə deyil, “əgər razılaşsaydı onu evimin xanımı edərdim”,-fikri ilə baxmağa başladı. Rəvanə isə onun hər baxışını, sözünü çox gözəl anladığı, eyni zamanda onun “elani-eşqi”ni səbirsizliklə gözlədiyi üçün, arvadı ölən bu “kalan kişi”nin qarşısında əgər qəzəlxan-şair Əliağa Vahidin təbiri ilə desək, “nazi-qəmzəsini, gülüşünü, şux baxışını” daha da rövnəqli etməyə başladı və nəhayət ki, Paşadan bir gün gözlədiyi ifadəni eşitdi:-“Rəvanə xanım, deməyə də utanıram, mənim evimin xanımı olarsanm?!”

  Rəvanə xanıma da elə bu lazım idi. Paşanın dediyi bu söz onun ürəyinə elə yağ kimi yayıldı ki, artıq uzun zamandır onun qarşısında rol oynamağı belə yaddan çıxdı və bu anda olduğu kimi olub sanki elə ərinmiş yağ kimi axıb getdi və elə baxışlarla Paşaya baxdı ki, bu baxışlar onun içindəki qığılcımı bir anın içində güclü bir alova çevirdi və Paşa artıq özündən biixtiyar Rəvanənin əlindən tutub özünə tərəf çəkdi..

 Bu “elani-eşq” səhnəsindən az sonra onlar evləndilər. Əlbəttə bu anasını itirən Nəzrinin qətiyyən ürəyindən deyildi, çünkü onun qəlbindəki ana boşluğunu onsuz da kimsə doldura bilməzdi. Lakin Rəvanə olduğu kimi görünməyən adam idi və qəlbində bu yetim qıza nifrət eləsə də, üzdə ona özünü olduqca mehriban, qayğıkeş göstərə bilirdi. Nəzrin isə çox sadəlöhv qız idi və analığı tərəfindən göstərilən nəvazişi olduqca səmimi qəbul edirdi. Bu səbəbdən də zaman keçəndən sonra Rəvanə Nəzrin üçün anasını əvəz eləyə bilməsə də, onu o qədər də darıxmağa qoymur, gecələr yatmamışdn qabaq cürbəcür əhvalatlar danışır, hadisələr nəql edir, hekayətlər quraşdırırdı. Bunlar Nəzrin üçün bəzən maraqsız olsa da, yaşı az olsa da, yüksək mədəniyyətinə rəğmən diqqətlə qulaq asır, bəyənməsə belə analığının qəlbini qırmamaqdan ötrü, -“bəyəndim”,-deyə söyləyirdi.

 Qızın ondan razı qaldığına əmin olandan sonra onu yatmağa göndərən Rəvanə Paşanın otağına gedir və hər gecə yatağa uzanmamışdan əvvəl, Nəzrini öz doğma balası kimi sevdiyini, bir ana kimi ona mehrini saldığını və onu öz ciyərparası hesab etdiyini söyləyirdi.

 Nəzrin isə atasının əksinə olaraq zaman-zaman öz həssas qəlbi ilə bu qadının saxtakarlığını hiss eləyir və hər gün də bir az onun süni istiliyinin əslində buzdan ibarət olduğunu dərk eləyirdi.

  Paşa isə Rəvanənin Nəzrinə qarşı olan bu yalançı səmimiyyətindən çox məmmun olur və onunla evlənməkdə yanılmadığını zənn edərək onu tək sevgilisi kimi deyil, eyni zamanda əsl həyat yoldaşı kimi bağrına basırdı.

 Lakin Paşa yanılmışdı, özü də çox yanılmışdı, çünki Rəvanə onun düşündüyü və gördüyü kimi deyildi. Sanki bir iblis tüğyan edirdi bu qadının qəlbində. Əslində o göründüyünün tam əksinə idi. Şübhəsiz ki, Paşa onun iç üzünü nə zamansa görəcəkdi, söz yox ki, o zaman peşman olacaqdı, lakin Rəvanənin çox məkrli qadın olmağına görə deyil, özünün nə qədər səfeh olduğuna görə peşman olacaqdı.

 

             MEBEL MAŞINIIN SÜRÜCÜSÜ

Heç olmasa bir saat yatıb dincəlmək üçün yatağa uzanan Zülfüqar düz on iki tamamda, özü də yenə ara vermədən banlayan qırmızı xoruzun səsinə yuxudan oyandı. Özü də bu dəfə də yatağından dik atıldı, lakin bu dəfə gecəyarısı olduğu kimi deyil, sadəcə olaraq bir saat əvəzinə saatlarla yatdığına görə yatağından sıçrayıb cəld saata baxdı və saatın on ikinin üstündə olduğunu görüb dərindən köks ötürüb başını bulayaraq Paşaya zəng vurdu, Paşa ona, onu gözlədiuini söylədi və Zülfüqar cəld geyinməyə başladı.

 O, Pasanın şirkətinə düz saat bir tamamda çatdı. Lakin Paşa öz kabinetində yox idi. O, sexlərə baş çəkməyə getmişdi. Katibə qız, Zülfüqara dedi ki, Paşa müəllim təxminən yarım saatdan sonra qayıdacaq. Zülfüqar gözləməli oldu. Paşa qızın dediyi vaxtdan da təxminən iyirmi dəqiqə gec döndü və Zülfüqarı görən çox sevincək olub onunla əl tutdu:

-Gecikdiyinin səbəbini yaxşı anlayıram! Gecə yatmamısan, ona görə də yatıb qalmısan.

 Zülfüqar əllərini yana açdı:

-Gərək bağışlayasız.

 Paşa əlini onun çiyninə qoydu:

-Allah bağışlasın! Əlbəttə, gecə bu mənim heç ağlıma gəlməyib. Gəl, gəl içəri!

 Onlar olduqca geniş və işıqlı kabinetə daxil oldular. Paşa ona yer təklif elədi:

-Otur igid oğlan!

 Zülfüqar başı ilə razılığını bildirib oturdu.

  Paşa əlini masanın üstündəki düyməyə basdı və dərhal katibə kabinetə daxil oldu. Paşa üzünü ona tutdu:

-Sərxanı çağıtdır, sonra isə bizim üçün bir pürrəngi çay gətir.

 Katibə qız bir söz demədən yüngülcə başını tərpədib kabinetdən çıxdı. Paşa Züıfüqara baxdı:

-Sənə iri bir maşın verəcəyəm! Onunla həm bizə lazım olan ləvazimatları, həm də müştərilərin evinə hazır mebelləri daşıyacaqsan. O mebel sexi burdan təxminən iyirmi dəqiqəlik bir yerdə yerləşir. Həmin maşın da onun həyətindədir. Sürücülük vəsiqəni götürmüsən də yəqin?!

 Paşa dərhalı əlini gödəkcəsinin qoltuq cibinə salıb sənədlərini çıxartdı:

-Əlbəttə Paşa müəllim!

-Gözəl! Mənə göstərməyinin o qədər əhəmiyyəti yoxdur. Sərxan səni əvvəlcə Qafurun yanına aparacaq, o işlərə Qafur baxır. Sonra Sərxanla birlikdə sexə gedəcəksən. Hə, qoy bunu da deyim biləsən. Ayda 500 manat maaş alacaqsan. Özü də mebel alan müştərilər özləri sənə nə hörmət eləsələr, o sənin. Birdə ki, mən günorta saat bir də sexdəki işçilərə isti xörək verdirirəm. Əvvəlcə toyuq ətində bişmiş şorba, sonra hərəyə üç ədəd halal sosiska, həm də kampot. Əgər saat bir radələrində reysdə olsan, yeməyini hökmən saxlayacaqlar. Odur ki, yol boyu insanın mədəsində xora əmələ gətirən şeyləri alıb yeməyi heç ağlına belə gətirmə!

 Zülfüqarın iyirmi iki yaşı var idi. Valideynlərinin hər iksi, anası o uşaq olarkən, atası isə o hərbi xidmətdə olatkən dünyalarını dəyişmişdilər.

 Onlar üç uşaq idilər. Böyük qardaşı Nazim, bacısı Dürdanə və hamıdan kiçiyi Zülfüqar. Atalarıl rəhmətə gedəndə Zülfüqar hərbi xidmətdə idi,  böyük qardaşı Nazim isə artıq dörd il idi ki, hərbi xidmətdən dönmüşdü və Zülfüqarın tam əksinə olan xasiyyətinə rəğmən ağır işlərdə işləməyi özünə təhqir hesab elədiyi üçün şəhərin mərkəzi ticarət mərkəzlərinin birində ayaqqabı satışı ilə məşğul olurdu. Dürdanə isə tibb texnikumunu bitirmişdi, elə bitirən andan da uzaq qohumlarından olan iyirmi dörd yaşlı Fərruxa nişanlanmlış  və iki aydan sonra ərə getmişdi. Atasını, qardaşlarını çox sevdiyi üçün tez-tez əli dolu gəlib onlara dəyirdi. Fərrux yaşı o qədər də çox olmasına baxmayaraq çox zirək idi, vəzifəli və pullu dayısının yardımı ilə özünə dükan açmışdı, ət alveri ilə məşğul olurdu, alveri də yaxşı getdiyi üçün pis qazanmırdı və tək özünə və yenicə alıb gətirdiyi gəlinə deyil, anasına, özündən kiçik bacısına da baxırdı. Həm də bir baxışdan aşiq olduğu Dürdanənin bir sözünü iki eləmədən onu ata evinə əli dolu yola salmaq üçün lazımi qədər para verirdi. Lakin  Dürdanənin atası rəhmətə gedəndən bir qədər sonra, daha doğrusu qırxı çıxan günün səhərindən etibarən onların həyatına daim evlər yıxan, tifaqlar dağıdan şeytan girdi. Bunun səbəbi isə əslində paxıl bir adamın atdığı qara böhtan idi. Dürdanə tamamilə ləkəsiz olduğu halda xainin yaxdığı ləkə onu, onu çox sevən Fərruxun gözündən bir anın içində göydən yerə vurdu. Şəri isə Dürdanəyə Fərruxun əmisi qızı, Dürdanəni hər vasitə ilə Fərruxdan boşatdırıb, özünü ona sırımaq istəyən Gülnaz atmışdı. Gülnaz Fərruxgili ilə eyni malikanədə, daha doğrusu dədə-baba mülkündə bir həyətdə yaşayırdə. Gülnazın valideynləri biyabırçı bir səbəb üzündən onu evdən qovmuşdular və o dərhal Fərruxun anası Şərgiyyənin yanına gəlib özünün günahsız, valideynlərinin haqsız olduğunu deyərək göz yaşı tökmüş, Şərgiyyə də onun göz yaşlarına inanaraq ona həyətin küncündə yaşamağa ev vermişdi. O, tək yaşayırdı, özü də ofislərdən birində katibə kimi çalışırdı. Dürdanə həmin həyətə gəlin gəldiyi gündən onu gözü götürməyən və bu həddindən artıq bacarıqlı, səliqəli, ədəb-ərkanı, mədəniyyəti çox yüksək, hər şeyin yerini bilən, dayanmadan çalışan, tez bir zaman içində necə deyərlər bir dəvənin yükünü bir xoruza yükləməyi bacaran, zamanı qabaqlayan bir cəldliklə ləzzətindən doymaq olmayan təamlar bişirən, şahanə süfrə hazırlayan, isməti isə bir çoxlarına nümunə ola biləcək Dürdanəni, yaxşı pul qazanan Fərruxdan boşatdırıb ona ərə getmək üçün bir bəhanə axtarırdı. Budur, nəhayət ki, bu bəhanəni də tapdı və yazıq qızı boşatdıra bilməsə də, ərinin, qayınanasının və baldızının gözündə heçə endirməyi bacardı.

 Dürdanəyə iyrənc böhtan atmaqdan ötrü ona imkan verən hadisə isə belə olmuşdu. Dürdanə Fərruxun ad günü münasibətilə yaxşı bir tort hazırlamaqdan ötrü bəzi ərzaqlar almaq üçün evlərinin yaxınlığındakı super marketə getmişdi və iri dükanın içində qəfildən ayağı sürüşüb yerə yıxılmış, yıxılarkən qoftası yaxındakı dəmir rəfin tinağına ilişdiyindən tamamilə cırılıb yayarsız hala düşmüşdü. Dürdanə yıxılarkən həmin dükanda çalışan Hidayət adlı cavan oğlan dərhal ona tərəf yüyürmüş, bir qədər əzilmiş, qolu sıyrılmış Dürdanəni yerdən qaldırmış, bir sözlə ona yardım etmişdi. Dürdanə əzildiyi üçün deyil, qoftası cırıldığı və kürəyi bir qədər göründüyü üçün biyabır olduğunu düşünüb çox utanmışdı. Bu zaman Hidayət həqiqətən də bir qardaş şəfqətilə öz pencəyini çıxarıb onun çiyninə salmış və ,-Narahat olma bacım, bu dəqiqə yaxındakı dükandan kofta alıb gətirərəm,-demişdi. Bir qədər sonra Hidayət yaxındakı dükandan təzə kofta alıb gətirmiş və Dürdanəyə qoftasını dəyişmək üçün piştaxtaların arxasındakı otağa dəvət eləmişdi. Dürdanə həmin otağa keçərək cırıq koftanı təzəsilə dəyişmiş və otaqdan çıxaraq həm koftanın pulunu ödəmiş, həm də Hidayətə çoxlu-çoxlu təşəkkürlər eləmişdi. Bu ərəfədə həmin dükana ərzaq almaq üçün gələn Gülnaz, xəlvət bir yerdə dayanıb mobil telefonu ilə Hidayətin Dürdanənin çiyninə pencək saldığını, sonra onu otağa dəvət elədiyini və qızın otaqdan çıxdığını çəkmiş, lakin qızın günahsız olduğunu bildirən səhnələri telefonunun ekranına almamış, məhz qızı ləkələməkdən ötrü ona lazım olan mənzərələri çəkərək, ərzaq almağı belə yadından çıxarıb, Dürdanə evə gəlib çatana qədər özünü əmisi arvadının, yəni Fərruxun anası Şərgiyyənin yanına yetirmiş, mobil telefonuna çəkdiklərini ona göstərmişdir. Şərgiyyə xanım isə bu ana qədər gəlinindən nə qədər razı olsa da, bu andan etibarən “mələk donuna girmiş şeytan” olan gəlininə nifrət eləməyə başlamış, bir qədər sonra bu barədə məlumat alan Fərrux, cürbəcür andlarla “özünü təmizə çıxarmaq istəyən” Dürdanəni möhkəm döymüş və onu artıq dünyanın ən iyrənc adamı hesab elədiyini bildirmiş və ona;-“Səni boşamayacağam Dürdanə, çünki boşasam rahat yaşayarsan! Sənin başına bu geniş dünyanı dar eləyəcəyəm və nəinki elədiyin əxlaqsızlığa görə, hər aldığın nəfəs üçün peşmançılıq çəkəcəksən”,-demişdi.

 Bununla da Dürdanənin qara günləri başlamış, həmin günə qədər dünyanın ən xoşbəxt adamlarından biri olduğu halda, həmin gündən etibarən həyatı məşəqqətlərlə, zillətlərlə dolmuş və dünyanın ən bədbəxt adamlarından birinə çevrilmişdi. Ən pisi isə o idi ki, Fərux ona evdən bayıra çıxmağı yasaqlamış, o zamandan Dürdanə nəinki atasını, qardaşlarını görməmiş, hətta atası rəhmətə gedəndə belə onun hüzür məclisinə gedə bilməmiş, eyni zamanda nə artıq illərdir dünyasını dəyişmiş anasının, nə də yenicə ölmüş atasının qəbirlərini ziyarət edə bilməmişdi.

 Məsələ burasındadır ki, Dürdanənin başına gələnləri  bilən kimi atası Kərim ağır ürək iflici keçirib ölmüşdü. Qəribə burasında idi ki, bütün bunlar Dürdanənin böyük qardaşı Nazimi o qədər də narahat eləməsə də,  həm Dürdanənin başına gələn acı hadisə, eyni zamanda bacısına qarşı olan haqsızlıqlar, bundan əlavə atasının bu hadisə ilə başlı qəfil ölümü kiçik qardaşı Zülfüqarı çox sıxır, acılar çəkdirirdi. Lakin buna baxmayaraq Zülfüqar bacısını bu zillətlərdən heç cürə qurtara bilmirdi. Bunun əsas səbəbi isə Zülfüqarın Fərruxdan qorxmağı deyildi, o, yeznəsindən qətiyyən qorxmurdu, məsələ burasında idi ki, Fərruxun dayısı Bakıdakı rayonlardan birinin prokuroru idi, özü də qanun-qanun bağırsa da, rüşvətxorun, alçağın yekəsi idi. Bu səbəbdən də əgər Zülfüqarla Fərruxun arasında münaqişə yaransaydı, Zülfüqar tamamilə haqlı olmasına baxmayaraq haqsız hesab olunacaq, günahı olmadığı halda günahkar kimi ittiham olunacaq və yəqin ki, cavan ömrü həbsxana divarları arasında çürüyəcəkdi. Odur ki, bacısının işgəncələr altında yaşadığına, eyni zamanda Fərruxla şəhərdə bir neçə dəfə qarşılaşdığına, bundan əlavə də yeznəsinin ona tərs-tərs baxdığına, hətta təhqiramiz sözlər deməyinə baxmayaraq üzünü yana çevirib uzaqlaşmış, arxasına belə baxmadan həmin məkanı tərk etmişdi. Fəqət bunun başqa bir səbəbi də var idi, əgər Zülfüqar Fərruxla çənə-boğaza çıxsaydı, onsuz da zülmə məruz qalmış bacısının güzaranı daha pisləşəcəkdi, belə ki, dayısına çox güvənən Fərrux yazıq qızı bir az da artıq döyəcək, biədəb sözlərlə təhqir eləyəcək, bir sözlə gününü əvvəlkindən də artıq göy əsgiyə bürüyəcəkdi. Bir sözlə Zülfüqar heç cürə bacısını qırx arşın quyunun dibindən çəkib çıxara bilməsə də, onun həmin quyuda tamamilə boğulmamağından ötrü və bir gün nəhayət ki, Dürdanənin bu quyudan azad olacağı ümidilə səbr eləməyi, səbr eləməyi və yenə də səbr eləməyi lazım bilirdi.

 Zülfüqarın böyük qardaşı Nazim isə Zülfüqar hələ hərbi xidmətdə olarkən, atasının qırxı çıxandan bir qədər sonra Mayilə adında birisi ilə evlənmişdi və Zülfüqar hərbi xidmətdən dönənə qədər ona aid olan evi də zəbt eləyib həyat sürürdülər.

 Zülfüqar əsgərlikdən qayıdarkən ona aid olan, daha doğrusu atasından ona miras qalan iki otağı zəbt edilmiş gördü. Söz yox ki, bu fitva Nazimin arvadı Mayilədən gəlmişdi, çünki o, gəlin gəldiyi gündən bütün bu malikanəni öz şəxsi mülkü hesab eləyirdi və Nazimi elə tovlamışdı ki, Zülfüqar hərbi mundirdə sevincək halda evə daxil olarkən Nazim onu sanki doğma qardaşı kimi deyil, yad bir adam kimi qarşıladı. Zülfüqar buna çox təəcüb etsə də üzə vurmayıb böyük qardaşısını bağrına basdı, qardaşı isə iyrənirmiş kimi onu sinəsindən itələyərək;-Səndən barıt iyi gəlir, mənim barıt iyinə allergiyam var”,-demişdi. Zülfüqar isə zorla da olsa gülümsüyərək,-“Mən tank sürürdüm qaqaş, düşmənlə döyüşə girəndə tankın lüləsindən snaryadı düşmənin üzərinə də mən atmırdım, əsgər yoldaşlarım atırdı. Birdə ki, indiki güllələri daha barıtla hazırlamırlar, tamam başqa şeylərdən hazırlayırlar. Bu səbəbdən də məndən barıt iyi gələ bilməz”,-söyləmişdi. Nazim isə onun cavabından heç xoşlanmadığından üz-gözünü turşudub keçib bir kənarda oturmuşdu. Lakin bu hələ dərdyarı idi, çünki Mayilə Zülfüqarı görüncə üz-gözünü elə turşuTmuşdu ki, Nazim onun yanında toya getməli olmuşdu, bu zaman Mayilə Sovetlər Birliyi zamanı paytaxt Moskvadakı “Soyuzmutfilm”in çəkdiyi cizgi filmlərindəki ifritələrə bənzəmişdi və Zülfüqar onun iyrənc sifətini bir də görməməkdən ötrü dərindən köksünü ötürüb həyətə çıxmış və möhkəmn ac olmasına, evə çatan kimi qarnını yaxşı-yaxşı doyuracağına ümidinin puça çıxmasına baxmayaraq həyətə çıxıb bir daşın üstündə oturaraq siqareti-siqaretə calamışdı. Bir qədər keçəndən sonra qonşu qadın Dilarə xala onu görüb, yetim oğlanı sanki öz doğma oğlu cəbhədən dönübmüş kimi bağrına basmış, Zülfüqarın etirazına baxmayaraq onu öz evinə aparıb quzu ətininin qıymasından təzəcə bişirdiyi yarpaq dolması yedirtmiş, albalı kampotu içirtmiş, sonra isə mürəbbəli pürrəngi çay vermişdi.

 Zülfüqar hərbi xidmətdən dönəndən sonra atasından ona da miras qalan malikanədə cəmisi iki ay yaşadı və qardaşı arvadı tərəfindən iyrənc bir böhtana düşüb dədə-baba mülkünü tərk etməyə məcbur oldu. İfritə Mayilə ona elə bir ləkə yaxmışdı ki, bacısı Dürdanənin belə düşdüyü şər bunun yanında toya getməli idi. Mayilənin uydurduğu böhtana görə Zülfüqar qardaşı Nazim evdə olmayanda guya dəfələrlə ona elani-eşq eləmiş və hər dəfə rədd cavabı aldığından nəhayət şəhvətini cilovlaya bilməmiş, Mayiləni zorlamaq istəmiş, bu zaman Mayilə çığır-bağır salıb qonşuları köməyə çağırmış və qonşular da bu rüsvayçılığın şahidi olmuşdular. Əslində isə Mayilə fitnəsinin baş tutmasından ötrü zorla Zülfüqarın ağuşuna girmək istəmiş, lakin zatən əxlaqı olduqca təmiz olan Zülfüqar söz yox ki, buna razılıq verməmiş, Mayilə zorla onun köynəyinin düymələrini açmaq istəyərkən qəzəblənib onu şillə ilə vurmuşdu. Bundan sonra Mayilə qəfildən bağıraraq öz paltarını cırmış,-“Burax məni alçaq, binamus, tərbiyəsiz, oğraş, burax, qoymayın, kömək eləyin!”,-kimi ifadələr işlədərək qonşuları köməyə çağırmış, qəfil atılan şərdən özünü itirirərək donub qalmış Zülfüqarı göstərək,-“Bu oğraş mənə sataşmaq istəyirdi, görürsüz paltarımı da cırdı, özünüz şahid olduz, gördüz ki, bu düdük nə qədər əxlaqsız imiş”,-deyərək yazıq oğlanı rüsvayi-cahan eləmişdi. Mayilənin bu dəhşətli böhtanına Dilarə xala qətiyyən inanmasa da, o biri qonşular inanmış və növbə ilə gəlib Zülfaqarın ləkəsiz sifətinə tüpürmüşdülər. Zülfüqar isə bu zaman o qədər özünü itirmişdi ki, sanki havalanmış adamlar kimi əvvəlcə yavaş-yavaş  gülmüş, sonra isə qəhqəhə çəkmişdi.

 Nə isə, Mayilənin planı baş tutmuşdu, möhkəm daşlardan inşa olunmuş hündür dörd otaqdan, uzun işıqlı eyvandan, geniş mətbəxdən ibarət mülkdən Zülfüqarın “mitilini” bayıra atmış və bu qədim abidə adlandırmaq olan malikanənin əgər əri oğraş Nazim nəzərə alınmasa, yeganə sahibəsinə çevrilmişdi.

 Zülfüqara isə həqiqətən də onu öz balası kimi sevən, ona atılan mundar böhtana qətiyyən inanmayan Dilarə xala öz bağında yer vermiışdi, daha doğrusu onsuz da türkiyəli məhşur bir cərraha ərə gedib, İstanbulun ən görkəmli yerlərindən biri “Qasımpaşa”da üç mərtəbəli imarətdə yaşayan, eyni zamanda ərinin yanında tibb bacısı kimi çalışan qızı Zümrüdün artıq heç vaxt gəlib o bağda yaşamayacağına, özünün isə əri Cəmil rəhmətə gedəndən sonra isti yay günlərini bağda keçirmək istəmədiyindən, hər dəfə  qızı Zümrüdlə birlikdə Türkiyənin və bütün dünyanın ən məhşur istirahət mərkəzlərindən biri Antaliyada keçirdiyindən, Dilarə xala demək olar ki, iki otaqlı evi, şirin sulu quyusu, iki tonluq çəni, iri toyuq hini, hər cür meyvə ağacları, üzümlükləri olan 25 sotluq bağını Zülfüqara bağışlamışdı. Zülfüqar artıq neçə müddət idi ki, qış-yay bu bağda yaşayırdı. Daha doğrusu elə sadəcə olaraq yaşamırdı, hər gün işdən gələndən sonra qış fəslində, qar-yağış yağmayan vaxtlarda torpağı belləyir, əncir ağaclarının dibini basdırır ki, şaxta vurmasın, torpaq oyanarkən, qaratoyuqlar bahar müjdəsi verib xoş nəğmələt oxuyan zaman rahat oksigen udsunlar deyə ağ şanı, qara şanı, kişmiş və başqa süfrə üzümləri yetişən meynələrin dibini açır, əncir ağaclarının dibini qışda doldurduğu torpaqlardan azad eləyir, bir müddət keçəndən sonra, bağı alaq otları basmasın deyə onları dibindən qopardır, bağda yetişən alma, armud, nar, heyva, gavalı, albalı, gilas, pırnıx, ərik, şaftalı ağaclarına qulluq edir, diblərinə gübrə verir, bir sözlə bağı dağa yox, əsil bağa çevirirdi. Özü də o, bütün bunları bu bağda gözü olduğu üçün deyil, bəlkə də Dilarə xanımın haçansa qocalığını keçirəcəyi ümidilə, ya da Türkiyədə ərdə olan qızının nə vaxtsa ailəsi, cocuqları ilə yay mövsümünü bu bağda dincələcəyi fikri ilə edirdi.

 Dilarə xanım isə bu bağda çox zəhməti olan əri Cəmil rəhmətə gedəndən sonra sanki burdan küsmüşdü. Belə ki, mavi Xəzərin ləpədöyənindən cəmisi üç yüz metr aralıda yerləşən, təkcə havası elə bir sıra xəstəliklərə dərman olan və səhhətinə qulluq eləyən insanın ömrünü ən azı iyirmi il uzada biləcək qədər səfalı olan qumu qızıl, meyvələri şəfalı bu bağa üz tutmaq istəmirdi.

 Zülfüqarın isə bu bağ işinə yəqin ki, Uca Yaradının intəhasız şəfqətilə çox yaramışdı. İşdə olduğu zaman başı işə möhkəm qatışan, işdən gələndən sonra isə bir qədər çörək yeyib bir qədər də bağda əlləşəndən sonra çarpayısında uzanıb dincələn gəncin Xəzərin olduqca həzin şırıltısı, bahar öz yaşıl köynəyini bağların üzərinə salmamışdan belə cürbəcür quşların bir-birinə bənzəməyən səsi, oksigen dolu dəniz havasının ağ ciyərlərini yüz faiz hava ilə təmin etməsi onun bağa köçənə qədər tarıma çəkilmiş əsəblərini xeyli sakitləşdirir, gələcəyin işıqlı olacağına ümid verirdi.

 

                                               * * *

  Artıq düz bir ay idi ki, Zülfüqar Paşanın mebel sexlərinin hazırladığı Avropanın ən yaxşı mebellərindən qətiyyən geri qalmayan mebelləri müştərilər üçün evlərə daşımaqda idi. Bu sexlərin istehsal elədiyi  başqa mebel sexlərinin düzəltdiyi mebellərdən ucuz və xeyli keyfiyyətli mebellərin müştərisi çox olduğundan Zülfüqarın da işi çox idi, belə ki, o, hər gün səhər səkkizdən axşam saat yeddiyə, bəzən isə səkkizə, həyya doqquza qədər maşın sürürdü. Onun sürdüyü mebel-yük maşını yerli arabalardan olsa da, nə o qədər də uzaq olmayan keçmişdə buraxılan Sovetlər Birliyi, daha doğrusu əsasən Rusiya avtomobil zavodlarının buraxdığı maşınlardan, nə də Avropada, Yaponiyada, Koreyada istehsal olunan yük maşınlarından zəif deyildi, əksinə olduqca mühhərikinə və iri, möhkəm yük yerinə rəğmən daha etibarlı, keyfiyyətli idi. Bu maşının üstünlüklərindən biri də, onun xeyli az yanacaq işlətməsi idi. Belə ki, Zülfüqar ərazisi dünyanın böyük şəhərlərindən kiçik olsa da, qoynunda şütüyən avtomobillərin sayı ərazisinə görə həddindən artıq çox olan və bu səbəbdən də tez-tez tıxaclar yaranan Bakı şəhərinin prospektlərində, uzun küçələrində maşın sürərkən onu mənzil başına gecikdirən tıxaclara görə tez-tez köksünü ötürməsinə baxmayaraq bu maşını sürməkdən həzz alırdı və mühərriki saat kimi işləyən bu yük avtomobilini hər gün ən azı doqquz saat sürsə də və bu onu fiziki cəhətdən bir qədər yorsa da, ruhi cəhətdən qətiyyən yormurdu.  

  Bu gün də şiddətli bir leysanın altında kabinədə Heybət və Nüsrət adında iri mebelləri maşına mindirib, mənzil başına çatandan sonra isə maşından düşürüb evlərə aparan əkiz qardaşlar yanında oturan Zülfüqar növbəti müştərinin evinə mebel aparandan sonra mebel sexinə qayıtmaqdan ötrü şəhərin ən böyük prospektlərindən birilə orta sürətdə maşını hərəkət elətdirən Zülfüqar, mebel sexinə təxminən üç kilometr qalmış uzaqdan qəlbini çox sıxan bir səhnənin şahidi oldu.

 Səki ilə  güclü yağışın altında əynindəkilər tamamilə islanmış, çəkisi qırx kiloqramdan artıq olmayan və orğun-orğun gah geriyə boylanaraq, gah sağa-sola baxan bir qız qaçırdı.  Qızın olduqca solğun sifəti dəhşətli bir vahimə ifadə edirdi. Sanki yazığın arxasıyca yırtıcı bir pələng gəlirdi. O, bütün varlığı payız fəslində güclü tufanda əsən xəzan yarpağı kimi əsirdi və sanki bu dəqiqə qırılıb düşərək param-parça olacaqdı. Əvvəlcə ona ötəri nəzər salıb, sonra ildrım vurmuş kimi özünü sükan arxasında bir baş yuxarı atan Zülfüqar bu bədbəxt qızı tanıdı və nə yaxşı ki, qızı bu vəziyyətdə görərkən zaman kəsiyində keçirdiyi hal onu qəza törətməyə vadar eləyə bilmədi. O, maşını orta sürətlə sürdüyü üçün tezliklə saxlaya bildi və olduqca cəld bir sürətlə avtomobildəm düşüb qıza tərəf yüyürdü.

 Pəhləvan cüssəli, fiziki gücləri elə pəhləvan qədər olan nəhəng qardaşlar Heybətlə Nüsrət şübhəsiz ki, onun bu hərəkətinə məətəl qaldılar və ani olaraq bir-birinə baxıb maşından düşərək Zülfüqarın qaçdığı tərəfə istiqamət götürdülər.

 Zülfüqar qıza çox tez bir zamanda yetişdi və arxası ona tərəf olan qızın qolundan tutdu. Bir an arxadan onun qolundan tutaraq onu saxlayan adamın ona artıq illərdir zülm eləyən adam olduğunu düşünən qızın onsuz da solğun bənizi meyid bənizi kimi ağardı və o dəhşətli bir sarsıntı içərisində zərif başını geriyə çevirdi. Yox, yox, bu ona illərdir işgəncə verən, onu hər gün aşağılayan, təhqir eləyən, günahsız olduğu halda fahişə adlandıran, tez-tez yumruqla vurub gözünün altını göyərdən, günlərlə yemək yeməyə qoymayan, azadlıqdan mərhum edilmiş və həbsxanaya salınmış məhkimlar kimi dörd divar arasında saxlayan faşist ruhli adam deyildi. Bu onun şirin-şəkər kiçik qardaşı Zülfüqar idi.

 Yağışın daha da güclənməsinə baxmayaraq bacı-qardaş bir-birinə sarılmışdı. Hər ikisi için-için ağlayırdı. Dürdanə içini çəkə-çəkə,-“Tez gedək burdan qaqaş, indi Fırrux gələr, tez gedək qaqaş”,-söylləyərkən, Zülfüqar  ondan cəmisi iki yaş böyük bacısının işgəncələrdən yüz ilin xəstəsinə bənzəyən solğun çöhrəsindən gözünü ayırmayaraq ağlaya-ağlaya,-“Qorxma bacım, heç qorxma, and olsun valideynlərimizin ruhuna ki, bundan sonra o sənə barmağını belə toxundursa onu parçalayaram. Mən bilmirdim, vallah bilmirdim bacı, daha doğrusu bilirdim, amma daha bu qədər yox. Gör binamus səni nə hala salıb. Mən ondan bunun hesabını alacağam, mütləq alacağam bacı”,-dedi.

 Bu olduqca dramatik, həm ürək sızladan, eyni zamanda bacı-qardaşın neçə illərin həsrətindən sonra qovuşmasına rəğmən qəlb ovunduran mənzərədən demək olar ki, heç nə anlamasalar da, bu nəhəng cüssələrinin tam əksinə olaraq kövrək ürəkli əkiz qardaşlar Heybətlə Nüsrət də səssizcə ağlayırdılar.

 Fərruxun, qayınanasının, hətta on altı yaşlı baldızının artıq neçə vaxtdır ona verilən dözülməz zülmlərindən bezən və evdə zindana salınmış məhbus kimi saxlandığından əli heç bir yerə çatmayan Dürdanə nəhayət ki, fürsət tapıb, baldızı Züleyxanın ərdə və hətta barmağında nişan üzüyü belə olmadığı halda qarnının böyüməsindən, daha doğrusu bətnində uşaq olduğundan, ailədə az qala faciə ilə bitəcək hadisə ilə bağlı həmin ərəfədə unudulduğundan istifadə edib ordan qaçmışdı.

 Dürdanə, artıq Allahdan başqa kimsədən qorxmayan və hər hansı bir mənəm-mənəm deyənə cavab verəcək cəsarəti, gücü olan qardaşının yanında olsa da, illər ərzində gözünü çox qorxutmuş Fərruxla üz-üzə gəlməkdən çox ehtiyat elədiyi üçün, Zülfüqar onu maşının yük yerinə mindirməyə məcbur oldu.

 Zülm əlindən qaçıb qurtulsa da Dürdanənin təlaşı əbəs deyildi və nə yaxşı ki, kabinəyə, qardaşının yanına deyil, maşının bağlı yük yerinə minmişdi. Çünki Zülfüqar bacısını ora mindirib avtomobili hərəkətə gətirəındən təxminən beş dəqiqə sonra arxadan siqnal səsləri eşitdi və güzgüdən baxıb Fərrxuxun öz minik avtomobilində onun arxasınca gəldiyini gördü. Zülfüqar, Fərruxla şəhər içində istər piyada olsun, istər nəqliyyat vasitəsində, fərqi yoxdur, hərdənbir rastlarşırdı. Hər dəfə də Fərrux ona tərs-tərs baxıb dodaqaltı nəsə mızıldanır, bəzən isə səsini qaldırıb təhqirə keçirdi. Daha doğrusu oğru elə qışqırırdı ki, doğrunun bağrı yarılırdı. Bu rastlaşma isə söz yox ki, Dürdanə ilə bağlı idi. Dürdanə evdən qaçandan bir qədər sonra bundan xəbər tutan Fərrux, Dürdanənin qardaşlarına bu barədə məlumat verməyi yersiz hesab eləyərək, bir-iki qohumuna, tanışına zəng vurub “xain aravdı” barədə kimsənin məlumatı olmadığını yəqin edib öz şəxsi minik avtomobilinə minərək Dürdanənin axtarışına çıxmışdı.  

  Zülfüqar maşını saxladı. Fərrux da öz maşınını saxlayaraq düşüb iti addımlarla yük avtomobilinə tərəf gəılib maşının qapısı ağzında dayandı və hikkəsindən titrəyə-titrəyə dilləndi:

-Bacın evdən qaçıb. Bəlkə yerini sən bilirsən?!

 Əslində Zülfüqar qəzəbindən ondan da çox titrəyirdi və fikrindən keçirdi ki, düşüb bunun ağzını ovuşdursun. Lakin Allahın dərgahından qovulmuş kor şeytana lənət oxuyub, insanda Uca Allahın ən çox xoşuna gələn fəzilətlərdən biri olan səbrini basaraq qəzəb cilovunu səbrinin əlinə verirdi.

 Fərrux yük maşınının qapısının dəstəyindən yapışıb əvvəlkindən bir az da bərk bağırdı:

-Eşitmirsən nə deyirəm?! Onun yerini bilirsən?!

 Zülfüqar qapını açıb düşdü və tarıma çəkilmiş əsəblərinin cilovunu əlində yenə möhkəm saxladı:

-Sənin mənəvi keyfiyyətlərin çox yüksək olduğundan mən doğma bacımı illərdir görməmişəm. Sən onu dörd divar arasına məhkun eləyib saxlamısan və yəqin ki, ona faşistlərin konus-düşərgədə əsirlərə verdikləri işgəncələrdən daha çox işgəncə vermisən. İndi isə onun yerini məndən soruşursan.

 Fərrux bir az da irəli gedib qəfildən Zülfüqarın yaxasından yapışdı:

-Bacın mənə xəyanət eləyib, namusumu ayaqlar altına atıb, həyatımı zəhərləyib, sən isə utanmaz-utanmaz ona haqq qazandırırsan. Görürəm ki, Dürdanənin qardaşı da elə öz tayıdır. Belə çıxır ki, siz nəsillikcə namus, qeyrət bilməmisiz. Yəqin sənin anan da elə düz yolun yolçusu olmayıb.

 Burda daha Zülfüqar öz səbrindən üzr istəyib, elə hərbi xidmətdə olarkən öyrəndiyi ağrıdoğurucu bir fəndlə zaman kəsiyində

əlini  atıb Fərruxun köynəyinin yaxasından yapışmış əlindən yapışıb elə qardı ki, az qaldı Fərruxun beş barmağından dördü qırılsın. Fərrux zarıltılı səslə qışıraraq aşağı çökdü. Zülfüqar isə bu səfər hələ yeniyetmə vaxtlarında güləşlə məşğul olarkən öyrəndiyi fəndlərdən birini işlədərək onu üzü üstə yerə uzatdı:

-Nə olursa olsun gərək bunu deməyəydin. Mən səni hər şeyə görə, illərlə bacıma verdiyin dəhşətli zülmlərə görə, hər dəfə şəhərdə mənimlə rastlaşanda ağzına gələni danışdığına, təhqiramiz sözlər işlətdiyinə görə, hər şeyə görə bağışlayardım. Amma mələklər qədər pak, namusu hər şeydən üstün tutan, özü də illərdir dünyasını dəyişmiş anam haqqında bu cür iyrənc söz işlətdiyinə görə heç vaxt bağışlamaram. Bilirəm, dayın prokurordu və sən ona güvənib cırtqozluq eləyirsən. Amma daha bu mənim heç vecimə də deyil. Odur ki, bax burda, doğma şəhərim Bakının sakit küçələrindən birində hər şeyin, bacıma elədiyin zülmlərin, verdiyin işgəncələrin və anamın ünvanına işlətdiiyin mundar ifadənin hesabını səndən alacağam!  

 Zülfüqar bunu deyib üzü üstə uzandırdığı Fərruxun qolunu var gücü ilə arxaya qardı. Fərrux elə bağırdı ki, sanki çaqqal pələngin dişinə keçmişdi. Heybətlə Nüsrət, Fərruxun layiq olduğu cəzanı aldığını zənn etdiklərindən bir kənarda durub başlarını məmmunluqla tərpədərərək sanki iki heyratı xoruz döyüşərkən biri o birisini döyərək əzib-tökərkən aldıqları həzz qədər həzz alırdılar. Fərruxun bağırtısına artıq bir xeyli adam da yığılmışdı və bir az keçsəydi gözü qızmış Zülfüqar Fərruxun qolunu geri qarıb dirsəyindən sındıraraq onu ömürlük şikəst eləyəcəkdi. Lakin başqa əlac olmadığını görüb maşının yük yerindən düşmüş Dürdanə qardaşını qucaqlayıb;-“Eləmə qaqaş qurban olum, eləmə”,-deməsi onu bunu eləməkdən saxladı.

 Onsuz da illərdir qəlbi qırılmış, ürəyi sınmış bacısının mucul olmuş ürəyini bir də sındırmaq istəməyən Zülfüqar qeyzindən əssə də, Fərruxun qolunu buraxdı və özündən asılı olmayaraq yaxındakı səkidə oturub hönkür-hönkür ağladı. Bir qədər sonra Dürdanə də onun yanında oturaraq başını qardaşının enli çiyninə qoyub hönkürürdü. Fərrux isə hələ də yerindən qalxa bilmədiyi üçün elə hey ufuldayırdı. Hadisə yerinə yığılan adamlar bundan heç bir şey anlamasalar da, bu ürək sızladan mənzərəyə baxıb, sanki kuliminassiya nöqtəsi ruhları sarsıdan bir teatr tamasına baxırlarmış kimi göz yaşlarını saxlaya bilməyib ağlayırdılar. Heybətlə Nüsrət isə göz yaşları içində tez-tez köks ötürüb başlarını bulayırdılar.  

 Fərrux oraya yığılmış adamların köməyilə ayağa dursa da, qolunun və ümumiyyətlə bütün bədəninin olduqca güclü ağrısından yarı huşsuz vəziyyətdə idi, bu səbəbdən də bir az öncə baş vermiş hadisə, daha doğrusu Zülfüqar onu əzib-tökərkən, Dürdanənin onu qardaşının əlindən almağı səhnəsini yaddaş mexanizminə dəqiq-dürüst köçürdə bilməmişdi və bundan əlavə də arvadının orda olduğunu yuxu görürmüş kimi duymuşdu. Həm də ki, Fərrux qaynı Zülfüqar tərəfindən elə cəzalanmışdı ki, indiyə qədər mənəm-mənəm deyən, prokuror dayısına güvənib döşünə döyən, çoxlarına yuxarıdan aşağı baxan bu cavan bir anın içində özünün nə qədər aciz, zəif olduğunu dərk eləyib, xəcalətindən yerə girirdi və Zülfüqar tərəfindən möhkəm döyüldüyünə rəğmən, gücünün yalnız qardaşının tam əksinə olaraq zərif, incə Dürdanəyə çatdığını anlamışdı. Lakin bütün bunlarla yanaşı canı möhkəm ağrısa da, eyni zamanda şəxsi avtomobilini zorla idarə etsə də, yol boyu prokuror dayısı vasitəsilə Zülfüqardan intiqam alacağını, onu ən azı 15 il müddətində həbsxana divarları arasına saldıracağını ümid edirdi.  

 Amma boşa çıxdı Fərruxun ümidləri. Çünki hələ evə çatmamışdan anası zəng vurub, Dürdanəni tapıb-tapmadığını soruşmadan ağlaya-ağlaya;-Oğlum bu gün bədbəxtliklər üz verib, bacının rüsvayçılığı, xəyanətkar arvadının evdən qaçmağı bir yana dursun, dayını bir az bundan qabaq rüşvət üstündə həbs eləyiblər. Özü də bu işə respublika prokuroru özü nəzarət eləyir. İşləri şuluqdu qardaşımın, yazıq hamımıza arxa-dayaq idi. İndi aqibəti nə olacaq Allah bilir?! Bilmirəm başıma haranın külünü töküm, bacın elə, arvadın evdən qaçıb, dayın da ki, belə”,-dedi.

 Fərruxun üstünə sanki iri bir qazan qaynar su tökdülər. Bu, bu gün ona dəyən üçüncü, özü də ən ağır zərbə idi. Daha o, nəinki Zülfüqardan qisas ala bilməyəcəkdi, ümumiyyətlə adam arasına çıxa bilməyəcəkdi.

 Axşam işdən sonra Zülfüqarla birlikdə bağa gələn Dürdanə isə çox narahat idi. Söz yox ki, o, Fərruxun dayısının həbs edildiyindən xəbərsiz idi və qardaşı üçün çox qorxurdu, bu səbəbdən də həm illərlə çəkdiyi acılara rəğmən, həm də tez-tez Zülfüqarın ona yenə dörd-beş yaşlı, toppuş bir uşaq siması kimi görünən simasına tək bacı deyil, bir ana şəfqətilə baxıb xoşbəxtlik ümmanlarında pərvazlanmaq istəsə də, indi bu dəqiqə polis maşınlarının sirenalarının gələcəyini və canından çox sevdiyi kiçik qardaşının polislər tərəfindən qandallanacağını düşünüb heç cürə həmin ümmanlara qalxa bilmirdi.

 Lakin Dürdanənin qorxusu, təlaşı cəmisi bir neçə saat çəkdi, çünki gecəyə az qalmış televizora baxarkən kanallardan birində Fərruxun dayısının külli miqdarda rüşvət aldığına görə həbs olunduğu elan edildi. Kimsənin, hətta düşmənin belə başına gələn bəlaya sevinməyən Dürdanə, buna da sevinmədi, lakin qardaşına görə ürəyi xeyli rahatlandı, çünki bilirdi ki, illərdir dayısına güvənən Fərrux daha Zülfüqarın qapısına daş ata bilməyəcək, çünki döyülməyi ilə əlaqədar polisə şikayət eləsə, polis daha onun dayısından qorxmadığından işə düz baxacaqdı və Dürdanənin şişmiş üzünə, gözlərinin altındakı göylərə və qoyduğu başqa nişanlara baxmaq kifayət edəcəkdi ki, Fərruxun özünü canlı insana qarşı illərdir zorakılıq elədiyi üçün həbs eləsinlər.

 İllərdir yaxşı pul qazanan, keyflə ömür sürən, günahsız arvadına verdiyi işgəncələrdən həzz alan, gözü ayağının altını görməyən, həyatının həmişə belə davam edəcəyini düşünən Fərrux isə bir günün içində üstü par-par-parıldayan, içi cəng atan bir qab kimi sınıb parçalanmış və iç üzündəki cənglər görünmüşdü. Bu sınıqları bir yerə yığıb yamamaq və cəngləri qalaylatdırmaq bir daha mümkün deyildi.

 Zülfüqar isə xoşbəxt idi, o, illərlə zülm altında yaşayan və həsrətində olduğu bacısına qovuşmuşdu. Bundan sonra bacısı ona analıq, o da bacısına atalıq eləyəcəkdi. Daha kimsə onun bacısının bir telinə belə toxuna bilməzdi.

 Bir neçə gündən sonra Zülfüqar, Paşaya ağız açıb bacısını mebel dükanlarından birində xəzinədar vəzifəsində çalışmağına nail oldu. Bu dükan elə bir dükan idi ki, Bakı şəhərinin əhalisi ən çox mebelləri bu dükandan alırdı və Zülfüqarın da işi elə əsasən bu dükanla bağlı idi. O, məhz bu dükanın mebellərini müştərilər üçün evlərinə daşıyırdı, odur ki, tək evdə deyil, elə burda da daim görmək istədiyi bacısını görürdü. Dürdanə də hər onu görüncə,-“Canım qaqaşım, bacın sənə qurban olsun, sənə gələn qada-başa mənə gəlsin”,-deyir, Zülfüqar da öz növbəsində”,-Allah eləməsin bacı, Allah Allahlığı xatirinə elə eləsin ki, qada-bala bundan sonra nə sənə, nə də mənə gəlsin”!,-deyə cavab verirdi.

 

 

                           * * *

 

 Paşa illərdir ki, arvadı Rəvanəni yağ içində böyrək kimi bəsləsə də, bir sıra bəşər övladına xas olan acgözlük ona heç cürə rahatlıq vermirdi. O, az qala padşah saraylarına bənzəyən imarətin, ordakı həm qədim, həm müasir göz oxşayan bahalı ev əşyalarının, milyonlarla pulunu, o cümlədən tək Bakıda deyil, bütün keçmiş Sovetlər Birliyi ölkələrində ən keyfiyyətli, davamlı və görkəmləri baxanları valeh eləyən mebel dəstləri istehsal eləyən mebel sexlərinin, mebel dükanlarılnın tək sahibi olmaq istəyirdi. O, özünü Paşaya onu dəlicəsinə sevən birisi kimi göstərsə də, əslində qətiyyən olduğu kimi görünməyən bu qadın həm Paşanın, həm də onu gənc qızı Nəzrinin ölümünü arzulayırdı. Məsələ burasında idi ki, əksər kişilər kimi qadın nəvazişinin həqiqi və yaxud saxta olduğunu anlamaqda çox aciz olan Paşa, bu başdan-başa niqablanmış qadına möhkəm aşiq idi və bəzən həqiqətən də məhəbbətin gözü kor olduğu üçün onun iç üzünü görmək iqtidarında deyildi. Nəzrinə gəldikdə isə o, yenə əvvəlki kimi analığının bütün hərəkətlərinin, danışığının saxta olduğunu bütün qəlbi ilə duyurdu. Lakin qızcığaz,-“Bəlkə səhv eləyirəm, bəlkə o, heç də mən düşündüyüm kimi deyil”,-düşüncəsilə tez-tez özü-özünü məzəmmət edir, fikirlərinin yalnış olduğuna rəğmən ürəyində özü-özünü məzəmmət edirdi.

 Rəvanə isə çox peşəkar, istedadlı bir aktrisa kimi səhnədə obraz yaradırmış kimi daima rolda idi və hətta buna o qədər aludə olurdu ki, ikiləşmə prosesi onun ali sinir fəaliyyətinə çox güclü təsir etdiyindən havalanacağından qorxub, xəlvət bir guşəyə az müddətdə olsa da özünə qayıtmaq üçün bədənnüma ayna qarşısında dayanıb özünün əslində kim olduğunu və bu ailəyə, daha doğrusu Paşa ilə Nəzrinə sonsuz dərəcədə nifrət etdiyini pıçıltı ilə dəfələrlə təkrar edirdi. Lakin onun bu atası ilə qızından əlavə bir düşməni də var idi ki, bu da Zülfüqar idi. Bu tanımadığı cavan oğlan onun aylarla düşünüb nəhayət həyata keçirmək istədiyi planını pozmuşdu. Çünki əgər Zülfüqar araya soxulub Nəzrini onun öyrətdiyi adamların əlində xilas etməsəydi, xəzinəsində on beş milyondan çox pul olmayan Paşa gözünün ağı-qarası qızını girovluqdan azad eləməkdən ötrü, onu girov götürmüş adamlar tərəfindən tələb olunan pulun qalanını, yəni otuz beş milyonu kimlərdənsə borc almağa məcbur olacaqdı və bu para bütünlüklə, əgər onun içindən cəmisi goqquz min manat quldurlara verilən pul nəzərə alınmasa, bütünlüklə ona çatacaqdı və bundan sonra Paşa borclarını qaytarmaqdan ötrü bütün malikanəsini içindəkilərlə birlikdə, mebel sexlərini, dükanlarını, bir sözlə hər şeyini satmağa məcbur olacaqdı. Belə ki, bundan sonra müflisləşmiş Paşa onsuz daha Rəvanəyə lazım olmayacaq və əlində əlli milyon pul olan bu riyakar qadın cavan, yaraşıqlı bir oğlana ərə gedəcək və istədiyi vaxt onu başqa birisi ilə dəyişəcək, pulun bir hissəsini banklara qoyub il-ildən artıracaq, zaman-zaman milyarderə çevriləcək, ətrafını qulluqçular, nökərlər əhatə edəcək, bir sözlə kraliçalara məxsus bir həyat sürəcəkdi. Amma meydana “mərdimazar” çıxdı və Rəvanənin arzularını tamamilə alt-üst elədi. Bu səbəbdən də Rəvanə, Zülfüqara dəhşətli dərəcədə nifrət eləyirdi və ondan hökmən intiqam alacağını, bu geniş dünyanı başına dar eləyəcəyini düşünürdü.

 Nəzrin isə Zülfüqara aşiq olmuşdu, özü də hələ girov götürüldüyü hadisə ilə əlaqədar o zaman güclü sarsıntı keçirdiyindən Zülfüqara qarşı olan hisslərini keçici, müvəqqəti hesab eləsə də, bir müddət keçəndən, yəni ruhundakı güclü qorxu ötüb-keçəndən sonra, özündən asılı olmayaraq Zülfüqarın mərdlik, cəsarət və xeyirxahlıq yağan siması onu yuxu aparana qədər gözünün qabağında olur, yuxusunda da hər gecə onu görürdü. Özü də qızcığazın Zülfüqarla bağlı gördüyü yuxular yalnız bir mövzu əhatəsində olurdu. O, hər gecə yuxuda Zülfqarın ona sarı, onun da Zülfüqara sarı qaçdığını və qara kölgəyə bənzər bir məxluqun onların arasında dərin bir uçurum qazdığını və göydən par-par parıldayan bir daşın həmin məxluqun başına düşüb onun özünü qazıdığı uçuruma saldığını görürdü. Bundan sonra Nəzrin təlaş içində yuxudan oyanır, gecə lampasının işığında bunun yenə yuxu olduğunu dərk edib dərindən bir ah çəkərək yarıyuxulu halda Zülfüqarla bağlı xəyallara dalıb yenə yuxuya gedirdi.

 Zülfüqar isə Nəzrinə vurulmamışdı və atasının şirkətində çalışmağına baxmayaraq qızı demək olar ki, unutmuşdu. Bunun bir səbəbi də var idi. Zülfüqar Nəzrini gördüyü zaman ondan, əsasən də onun, milyonçu qızı olduğuna baxmayaraq  sadədən də sadə olmağından çox xoşu gəlsə də, qızın analığı Rəvanədən heç xoşlanmamış və o, qızla bağlı hər şeyə burnunu soxan kimi görünmüş və bu görüntünün də saxta olduğunu anladığından, əgər Nəzrinin əlindən tutmaq istərsə onun mələk niqabı taxmış analığı hökmən araya girəcəkdir düşüncəsi ilə möhkəm iradəsinə rəğmən qıza qarşı olan xoş hisslərini ruhundan kənarlaşdırmışdı.

 Bir də ki, zatən Nəzrinlə qarşılaşdığı zaman qardaşı arvadı tərəfindən iyrənc bir böhtana düşmüş, bu böhtanla əlaqədar dədə-baba mülkündən didərgin olmuş, çox sevdiyi bacısı zülm içində çapalayan Zülfüqar xəyalında eşq səhnələri qurmaq hayında deyildi. Çox cavan olmasına baxmayaraq başqa-başqa biçimdə xeyli dərdi vardı. Hansı bir qızısa sevmək, onunla sevda bağçalarında gəzib aşiqanə şeirlər, şərqilər söyləməyi heç ağlına belə gətirmirdi. Bundan əlavə də vətən torpağının 20 faizi işğal altında olan bir vətən övladının zatən keyf sürməsini vətənə xəyanət hesab edirdi, o belə düşünürdü ki, hər bir bir insanın bu dünyada yaxşı mənada keyf sürməyə haqqı olsa da, ana torpağı işğal altında olan bir vətəndaş bunu yalnız vətən düşmən tapdağından xilas olandan sonra eləyə bilər. Buna görə də işdən sonra istirahət edərkən hətta televiziya kanallarında əsasən xəbərləri dinləyir, bəzən mənalı, dramatik, tərbiyəvi xarakterli, əsasən də 50-ci, 60-cı, 70-ci illərdə Azərbaycanfilm tərəfindən istehsal olunmuş  bədii filmlərə və ya dünyanın ən nəhəng dramaturqu Hüseyn Cavidin dahiyanə əsərləri əsasında hazırlanmış teatr tamaşalarına, eyni zamanda əsasən Azərbaycanın tarixi ilə bağlı tarixi verilişlərə, bundan əlavə Azərbaycanın nəhəng sənətkarları Nizami Gəncəvi, İmaməddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Seyyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abbas Səhhət haqqında hazırlanan verilişlərə baxır, muğam oxuyan peşəkar xanəndələrin  ifasına qulaq asır, şou, əyləncə ilə bağlı heç bir verlişə baxmırdı.

 

 

                               * * *

 

 Bacısına qovuşandan sonra Zülfüqarın iliyinə qədər açılmış yarası bir xeyli yüngülləşmişdi. Bacı-qardaş işdən qayıdandan sonra bir-birinin dərdinə şərik olur və bununla da bir xeyli rahatlıq tapır, dərdlərini yüngülləşdirirdilər. Bundan əlavə də özündən iki yaş yaş kiçik olsa da, artıq dağ kimi arxasında dayanmış qardaşının yanında qırx illik məhbusluqdan qurtulmuş adamlar kimi azad yaşayan, bu səbəbdən də artıq yediyi ona nuş olan, illərlə qan azlığından daim başı gicəlləndiyi halda, elə bu bağdakı meyvələrin  möcüzəvi xeyirindən, sahilndəki insanlara bol-bol vitamin ötürən mavi Xəzərin ruh oxşayan havasından artıq başı tamamilə gicəllənməyən, meyid rəngindən tamamilə fərlənməyən rəngi bir xeyli yaxşılaşan, çəkdiyi zülmləri, ona verilən işgəncələri tamamilə yaddaşından atmağa çalışan Dürdanə qardaşına kiçik yaşlı uşağa göstərilən qayğı kimi qayğı göstərir, hər axşam işdən dönəndən sonra onun üçün ləziz yeməklər bişirir, tez-tez onun az kirlənmiş və yaxud tamamilə kirlənməmiş paltarlarını yuyur, səhərlər işə getməmişdən samavara od salıb qaynadır, pürrəngi çay dəmləyir, səhər yeməyi hazırlayır, süfrə salıb onun necə iştahla yemək yeməsinə tamaşa eləyirdi.

 Fərrux isə az qala depressiya vəziyyətində idi. Bunun bir neçə səbəbi var idi. Bunlardan biri və ən rəzillik gətirəni onun on altı yaşlı bacısı Züleyxanın qarnında bic doğulacaq uşağın olması, ikincisi günahsız olduğu halda illərlə zülm elədiyi arvadı Dürdanənin evdən qaçması, üçüncüsü isə əsl adı Ramiz olsa da, hamının “Tonyarım” kimi tanıdığı çəkisi əmn azı 180 kiloqram olan dayısının külli miqdarda rüşvət almağı üstündə həbs olunması idi. Fərruxgilin ailəsi hesab edirdilər ki, həyat onlara qarşı çox amansız və ədalətsiz olub ki, başlarına birdən-birə, özü də eyni vaxtda bu cür müsibətlər gəlib. Lakin əlini daim harama uzatmış Tonyarımın dəstəyi ilə həmin günə qədər xoşbəxt yaşayan və haramdan gələn pulları geninə-boluna xərclədikcə gün-gündən meşşanlaşan, özü də o qədər meşşanlaşan ki, günahsız gəlinə olduqca qəddarcasına zülmlər eləməkdən həzz alan bu ailə heç cürə məhz onların özlərinin törətdikləri günahlara görə, müqəddəs Qurani-Kərimdə Zatı-Sifətlərini bəyan edən 99 addan biri “Əs-Səbur” olan, yəni cəza verməkdə səbr edən Uca Allah tərəfindən gəldiklərini dərk eləmirdi.  

 Tonyarıma gəlincə isə onun on illərlə törətdiyi günahlar və cinayətlər nəhayət ki, tüstüsüz alova çevrilib onun özünü yandırmağa başlamışdı. İyirmi üç il prokuror vəzifəsində çalışan, bu müddət ərzində saysız-hesabsız günahlar eləyən, son zamanlarda isə lap həddini aşan Tonyarımın nəhayət ki, başı əlhəd daşına dəymişdi. Onu bir şəhid ailəsinə elədiyi eşidənləri az qala əsəb xəstəliyinə sala bilən bir haqsızlığa görə respublika prokurorunun sanksiyası ilə həbs eləmiş, sonra elə məhz respublika prokurorunun göstərişi ilə dosyesi yaxşı-yaxşı yoxlanılmış, prokuror işlədiyi iyirmi üç il müddətində cürbəcür şəxslərdən üst-üstə gələndə 150 milyon rüşvət aldığı aşkara çıxmış, bundan əlavə ən qatı cinayətkarların, monyakların, uşaq zorlayanların, narkotik satanların ailələrindən külli miqdarda rüvət almağı, eyni zamanda zərərçəkmiş insanların onun başdan-başa şər və böhtan olan ittihamnamələri ucbatından həbsxana divarları arasında çürüməsi aşkarlanmışdı. Bu adam o qədər həddini aşmış və çaşmışdı ki, 19 yaşlı qardaşı aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş 13 yaşlı qızı zorlayıb sonra da öldürən bir monyakın adamından, daha doğrusu atasından yarım milyon manat rüşvət alıb, onu ruhi xəstə adı ilə elə məhkəmə salonundan azadlığa buraxdırmışdı. Lakin şəhidin və bədbəxt qızcığazın anası bu dəhşətli haqsızlıq qarşısında  məğlub olmamış, respublika prokuroruna məktub yazaraq bütün bunları bütün təslifatı ilə ona bildirmiş, respublika prokuroru da öz növbəsində həm qanunu əsas tütaraq, həm də əsl kişilik göstərək bu işi etibar elədiyi adamlara yaxşı-yaxşı yoxlatdırmış və tez bir zamanda Tonyarımı ifşa edərək həbsxanaya saldırmış, eyni zamanda həmin monyakı, onun Tonyarıma yarım milyon manat rüşvət verən atasını, bundan əlavə də məhkəmə prosesində iştirak edən hakimi, vəkili həbsxanaya atdırmış, həm də Tonyarımın iyirmi üç il müddətindəki qara işlərini araşdıtdırmış, bir çox neqativ halların üzə çıxmasına, bir çox riyakar sifətlərin açılmasına bilavasitə özü nəzarət etmişdi.   

 Düşdüyü depressiyadan heç cürə ayıla bilməyən və hər gün ən azı yüz dəfə intihar eləmək istəyən, lakin bunun qarşısını almaq üçün evdən çıxıb bir az gəzişən, siqareti-siqaretə calayan Fərrux, bu gün də belə bir gəzintiyə çıxmış, siqaretinin qurtardığını görüb siqaret almaq üçün vaxtilə Dürdanənin yıxılıb qoftasının cırıldığı super-marketə girmişdi.

 Olduqca fikirli bir halda pulunu ödəyib siqareti aldı və dükanı tərk etmək istərkən gözü cüssəli, boy-buxunlu cavana sataşdı. Cavan oğlan burda nəzarətçi işləyirdi, belə ki, onu mühafizəçi də adlandırmaq olardı. Bu cavan hardansa Fərruxa tanış gəlirdi, lakin heç cürə xatırlaya bilmirdi. Lakin onu birdən sanki elektrik cərəyanı vurdu və iti addımlarla gəlib oğlana yaxınlaşıb bütün varlığı titrəsə də, sakit səslə dilləndi:

-Dürdanə ilə harda tanış olmuşduz?

 Oğlan ruhi xəstəyə baxan kimi ona baxdı:

-Dürdanə kimdi qaqaş?

 Fərrux bir addım da irəli gəldi:

-Özünü tülkülüyə qoyma və sualıma cavab ver, Dürdanə ilə harda tanış olmuşduz?

 Oğlanın gülümsəməkdən başqa çarəsi qalmadı:

-Qaqaş, sən məni kiminləsə səhv salırsan, mən Dürdanə adında qız tanımıram.

 Fərrux mobil telefonunu cibindən çıxarıb vaxtilə Gülnazın telefonundan köçürdüyü görüntünü ona göstərdi:

-Tanımırsan demək, bəs bu nədi?!

 Oğlan görüntüyə baxıb əvvəlcə bir şey anlamasa da, sonra həmin hadisəni yadına sala bildi:

-Hə, xatırladım, bu qızın bax burda, lap bu dayandığım yerdə qəfildən ayağı sürüşdü və o, yerə yıxıldı. Yıxılan zaman qoftası bu piştaxtaya ilişdi, bu piştaxta həmin ərəfədə yerindən oynamışdı, təmirə ehtiyacı var idi. Bundan bir gün sonra müdirimiz onu təmir elətdirdi. Hə, nə isə qızın qoftası cırıldı. Yazıq qız çox utanırdı, belə görünür ki, çox tərbiyəli qız idi. Söz yox ki, mən buna dözə bilməzdim, odur ki, pencəyimi ona verdim ki, geyinsin. Bax burda həmin görüntü yoxdu. Belə görünür ki, kimsə bunu xainlikcə eləyib. Çünki mən qızı ordakı otağa dəvət elədim və dərhal gedib onun üçün təzə qofta alıb gətirdim. O da otağın itçində qoftanı geyinib çıxdı və qoftanın pulunu mənə verib təşəkkür eləyərək getdi. Bu görüntünü kimsə montaj eləyib və qızı rüsvay eləməkdən ötrü görüntüləri bir-birinə iyrənc şəkildə calayıb.

 Fərrux yenə çılğınlığından əl çəkməyib oğlanın yaxasından yapışdı:

-Yalan deyirsən alçaq! Bunların hamısını özündən uydurursan.

 Oğlan bir anın içində Fərruxun əlini yaxasından qoparıb onu yüngülcə itələdi, lakin son hadisələrlə əlaqədar xeyli zəifləyən Fərrux müvanizətini tarazlaya bilməyib yıxıldı. Oğlan isə qəzəblə dilləndi:

-Bura bax, sən artıq əməlli-başlı çaşdın! Get ağlına dua yazdır! Özünü psixatora göstərsən də pis olmaz. Sənə dedim ki, mən o qızı tanımıram bədbəxt! Onu burda görmüşəm və o vaxtdan heç vaxt qarşıma çıxmayıb. Əgər o qızla mənim aramda nəsə olsaydı, bunu açıq-aşkar deyərdim. Səndən qorxuram bəyəm?! Ay bədbəxt, heç ayaq üstə dayana bilmirsən ki, o qədər zəifsən ki, yüngülcə itələdim, yıxıldın!

 Oğlan, daha doğrusu Hidayət, əlini cibinə salıb ordan son model mobil telefon çıxartdı və aparatın ekranındakı görüntüləri bir qədər o yan, bu yana çevirdi, sonra onu hələ də ayağa qalxmayan Fərruxun gözünün qarşısına tutdu:

-Bax, ay bədbəxt, bizdə hər şey burda qoyulmuş kameralar vasitəsilə görüntüyə alınır. Bax burda xəlvət yerdə bir qadın da dayanıb gizlicə bunları telefonuna çəkir. Yəqin aləmi bir-birinə o yazıq qıza böhtan atmaq üçün qarışdırıbmış. Bütün bunların görüntüsünü indi bu dəqiqə ümumi manitordan köçürtdüm.

 Fərrux əvvəlcə Hidayətin olduqca qəzəbli görünən simasına əzər salıb sonra telefonun ekranına baxdı və ekranda onun dediklərinin yüz faiz həqiqət olduğunu gördü.

 Fərruxun telefonu o yıxılanda yerə düşməmişdi, odur ki, hələ də əlində idi. Hidayət bir anın içində telefonu onun əlindən alıb görüntünü ora köçürtdü və telefonu xeyli sərt şəkildə ona verdi:

-Bunu da özündə yadigar saxla və o, montajçıya de ki, şeytan kimi riyakarlıq eləyib fitnə-fəsad törətməkdənsə, gedib bədii filmlərin montajçısı işləsə bu ona daha çox xeyir gətirər.

 Fərruxun başına elə bil çəkic vururdular, ürəyi isə elə tez-tez döyünürdü ki, sanki bu dəqiqə köksündən çıxıb parçalanaraq ətrafa dağılacaqdı.

 Lakin artıq onun necə deyərlər nazilə oynamaqdan bezmiş Hidayət onun içində baş verənlərin tamamilə fərqinə varmadan qolundan yapışıb ayağa durğuzdu və onu qapıya tərəf apardı:

-Daha yetər! Sənə çox zaman sərf elədim, lap başımı ağratdın! Tez cəhənnəm ol burdan, yoxsa burunsuz çıxacaqsan!

 Hidayət bunu deyib Fərruxu bayıra atdı, belə ki, Fərrux qapı ağzındakı pillələrin üstündə də duruş gətirməyib yıxıldı.

 Fərruxu elə dükandan mal alıb çıxan bir gənc oğlan ayağa qalxızanda o, Dürdanəyə illərlə haqsızlıq eləyini yalnız indi anladığı üçün sonsuz bir peşmançılıq içində için-için ağlayırdı. Lakin artıq gec idi, düşünürdü ki, Dürdanə heç vaxt onu bağışlamayacaq.  

 Gülnaz isə Tonyarımın artıq bütün əmlakı, o cümlədən nəinki öz ailəsi ilə birlikdə yaşadığı evdəki, illərlə bacısı gilə haram qazandığı pullarla alıb gətirdiyi olduqca bahalı ev əşyaları belə müsadirə olunmaqla bağlı müflisləşməkdə olan Fərruxa daha özünü sırımaq fikrində deyildi. Ona dayısı prokuror, əli pulla oynayan evinin içərisi padşah saraylarındakı kimi göz qamaşdıran Fərrux lazım idi. İndiki Fərrux isə hətta dörd-beş ay bundan qabaqkı daim döşünə döyüb mənəm-mənəm deyən Fərruxdan fərqli olaraq yoluq cücəyə bənzəyirdi.

 Fərrux, Gülnazla küçə qapısından iri həyətə girən kimi rastlaşdı. Dürdanəyə atılan böhtanın onun daşının altından çıxdığını öyrəndiyindən xəbəri olmayan riyakar Gülnaz əvvəlcə həmişəki kimi obraza girib gülümsəyərək ona salam vermək istəsə də, qəlbindəki çirk qaynayaraq buna imkan vermədi və o, özündən asılı olmayaraq üz-gözünü turşudub üzünü yana çevirərək ötüşüb getmək istədi, lakin Fərruxun xeyli əsəbi, eyni zamanda tutqun səsi onu dayanmağa məcbur elədi:

-Gülnaz, mən bu gün hər şeyi öyrəndim!

 Üz-gözü onsuz da yığılmış Gülnaz, gözlərini bir az əydi:

-Nəyi?

-Sənin Dürdanə üçün qurduğunun mundar bir şantaj olduğunu.

 Haçansa ifşa olunacağını heç ağlına gətirməyən Gülnaz əvvəlcə bir qədər tutulsa da, onsuz da daim bərəlmiş kimi görünən qurbağa gözlərini bir az da bərəltdi:

-Nə gic-gic danışırsan?! Hı, gələ də, həmişə belə olur, yaxşılıq eləyirsən, onun əvəzində isə qarşına pislik çııxır. Mən sənin namusuna ləkə gəlməsin deyə bunu eləmişəm, yoxsa mənim nəyimə lazımdır, istəyir belə dünya dağılsın. Hı, bu da mənim yaxşılığım.

 Fərrux mobil telefonunu cibindən çıxarıb ekranını açdı və həmin görüntünü ona göstərdi:

-Burda, bax burda hər şey olduğu kimi çəkilib, Görürsən, Dürdanənin ayağı sürüşüb yıxılır, yıxılarkən qoftası mismara bənzəyən o zəhirmatra ilişdiyi üçün cırılır, bu oğlan orda nəzarətçi işləyir, dərhal ona yardım eləyir, bədəni görünməsin deyə dərhal pencəyini verir, sonra Dürdanəyə piştaxtaların arxasındakı otağa keçməyi buyurur. Bundan sonra gedib onun üçün təzə qofta alıb gətirir, Dürdanə otağın içində cırılmış qoftasını çıxarıb təzəni geyinir və otağdan çıxıb oğlana qoftanın pulunu ödəyib çıxır. Sən isə bax burda, xəlvət yerdə dayanmısan, bütün bunları çəkirsən. Sonra isə dükandan çıxıb görüntünü elə bir hala gətirirsən ki, hamı Dürdanənin qoftasının otağın içində həmin oğlan tərəfindən cırıldığını və onların orda guya intim vəziyyətdə olduğunu güman eləsin.

 Gülnazın deməyə sözü yox idi. Bir anın içində onun iç üzü üzə çıxmışdı. Bir qədər sonra hər kəs onun nə qədər mundar bir insan olduğunu biləcəkdi və yəqin ki, o, bu biyabırçılıqdan ömrünün axırına qədər qurtara bilməyəcəkdi.

 Bu, özünü çox ağıllı hesab eləyən, əslində şeytanın alətinə çevrilmiş bu səfeh qadın heç vaxt dərin düşünə bilmədiyindən, yenə də dar düşüncə ilə qəfildən əl atıb son zamanlar çox zəifləmiş, xeyli arıqlamış, rəngi solmuş Fərruxun əlindən telefonu almaq, yerə çırpıb sındırmaq istədi. Çünki elə düşündü ki, həqiqəti əks etdirən görüntünü məhv eləsə, Fərruxun son hadisələrlə bağlı havalandığını, ona böhtan atdığını və psixi pozuntusuna rəğmən öz bahalı mobil telefonunu sındırdığını söyləyib, biyabırçılıqdan canını qurtara bilər. Lakin bu əbləh qadın 30 yaşına çatsa da, hələ də anlamamışdı ki, kişi xaylağı nə qədər zəifləsə də, əgər güləşlə və bu kimi idmanlarla məşğul olan qızları nəzərə almasaq yenə də  qadından güclüdür.

 Odur ki, Gülnaz elə sıçrayan zaman Fərrux əlini geri çəkdi və Gülnazın əli boşa çıxdı, özü də bu azmış kimi büdrəyib yıxıldı.

 Pis yıxılmışdı Gülnaz, yıxılarkən qolları dizləri, qıçları siyrilmişdi.

 Fərrux nəinki onu durğuzmağa meyl göstərmədi, əksinə onun istiqamətinə bir parça tüpürüb uzaqlaşdı.

 Gülnaz üstə güclə-bəla ilə ayağa qalxıb bir daşın üstündə oturub həm ifşa olduğu, həm də möhkəm əzildiyi üçün zülm-zülm ağlayırdı.

 Bu əhvalatdan bir qədər sonra son günlərdə on altı yaşlı qızının kimliyini hələ də öyrənə bilmədikləri adamdan hamilə qalması, onun üçün dünyalara dəyən, illərlə əsasən günahsız adamların qollarına qandal vurduran, indi isə özü tələyə düşən qardaşı Tonyarımın qolları qandallı təcridxanaya aparılması və tək qardaşının deyil, onların da əmlakının müsadirə olunacağı barədə qərar çıxarılağını eşitdiyi ilə bağlı möhkəm sarsıntılar,  əsəbilik keçirən Fərruxun anası Şərgiyyənin dərdlərinin üstünə bir dərd də gəldi. O, Fərruxun telefonunun ekranına baxandan sonra vaxtilə hər işindən çox razı qaldığı gəlini Dürdanəyə qarşı nə qədər haqsızlıqlar etdiklərini düşündükcə sonsuz bir peşçmançılıq çəkib hövüllənir, eyni zamanda Gülnazın nə qədər mundar bir adam olduğunu fikirləşdikcə əsəbləri ikiqat tarıma çəkilir, ürəyi partlamağa, ödü dağılmağa gəlirdi.

 Qapının zəngi çalındı və və içi qızıl, brilyant dolu gəmizi dəryaya qərq olmuş kimi görünnən Şərgiyyə ağır addımlarla gedib qapını açdı. Onların qapısına artıq iki dəfə iki nəfər huquq mühafizə orqanı işçiləri gəlmişdi. Hər ikisində onlar evə və evdəki əşyalara nəzər salıb qeydlər eləmişdilər. Bunu isə Şərgiyyə ilk dəfə idi ki, görürdü. Bu  orta boylu, bir qədər arıq, azca kürən, şıq geyimli, saqqalı qırxılı, saçı daranmış, şalvarı ütülü, çəkmələri parıltılı, orta yaşlı bir adam idi. Onun əlində o qədər də böyük olmayan çanta var idi. Şərgiyyə onu qapıda görərkən, o adam nə qədər sakit və təmkinli görünsə də, özündən asılı olmayaraq onsuz da onu bu neçə vaxt ərzində rahat buraxmayan təlaşı bir xeyli artdı.

 Səliqəli adam başı ilə ona yüngülcə salam verdi:

-Bağışlayın Şərgiyyə xanım sizi narahat eləyirəm. Neyləmək olar, bu mənim vəzifəmdir?!

 Rəngi bir xeyli avazımış Şərgiyyə könülsüz olaraq onu içəri dəvət elədi:

-Buyurun evə!

 Onlar içəri keçdilər, Şərgiyyə ona yer göstərdi. O, oturdu və dərhal çantanı masanın üstünə qoyub açaraq ordan bir qovluq çıxarıb açdı, sonra həmin qovluğun içindən sancaqlanmış bir dəst kağız götürdü və kağızları bir qədər vərəqləyib barmağını kağızlardan birinin üstünə qoydu:

-Bütün burdakılar qardaşınız keçmiş prokuror Nərimanzadə Ramiz Nəriman oğlunun dilindən alınaraq yazılıb. Baxın, burda onun öz imzası da var. Yəqin ki, qardaşınızın imzasını yaxşı tanıyırsız?! İllərlə huquq işçisi olduğu üçün, qanun qarşısında yalan ifadə verməyin və törətdikləri əməllərin qanundan gizlətməyin nə qədər ağır cinayət olduğunu, bunun nəylə nəticələnə biləcəyini çox yaxşı bilən Nərimanzadə Ramiz Nəriman oğlu elə düşünürəm ki, artıq qanundan heç bir şeyi gizlətməmiş, indiyə qədər, yəni 23 il müddətində cürbəcür adamlardan, başqa-başqa vaxtlarda 150 milyondan artıq aldığı rüşvətin hara və kimlərə sərf edildiyini sözbəsöz,  kəlmə-kəlmə qeyd etmişdir. Burda, bu sənəddə sizin maddi vəziyyətini yaxşılaşdırmaqdan ötrü, sizə, yəni Nərimanzadə Ramiz Nəriman oğlunun bacısı Dadaşova Şərgiyyə Nəriman qızına bağışladığı irili-xırdalı, dəyərləri ümumilikdə iki milyon manat olan 150 min manat dəyərində mənzil, ev əşyaları, ziynət əşyaları, xalı-xalçalar, oğlunuz Dadaşov Fərrux Dadaş oğlu üçün alınan son model avtomobil və  dəfələrlə bəzən ayda bir, bəzən iki aydan bir, bəzən isə üç-dörd aydan bir, ayrı-ayrı vaxtlarda aldığı rüşvətlərə rəğmən ən azı üç min manat pul verdiyi haqda izahat vermişdir. Bundan əlavə Nərimanzadə Ramiz Nəriman oğlu sizin, yəni bacısı Dadaşova Şərgiyyənin, onun bütün bunları rüşvətlə əldə etdiyini bildiyiniz halda buna nəinki etiraz eləmədiyinizi, əksinə bunları halal mal kimi qəbul etdiyinizi söyləmiş, eyni zamanda bunların hamısını öz dəsti-xətti ilə bu sənəddə qeyd etmişdir.

 Şərgiyyəni əgər elektrik cərəyanı vursaydı, yəqin o, bundan daha zəif zərbə olardı. Onun rəngi göyərmiş, başındakı damarlar şişmişdi. Bunun əsas səbəbi isə illər ərzindəki acgözlüyünün aşkara çıxması yox, qardaşının satqınlığı idi. Düşünürdü ki, kaş heç olmasa bu müstəntiqdi, müfəttişdi, xəfiyyədi nədi, bura gəlməmişdən ölsəydi, qardaşı Tonyarımın nə qədər rəzil bir adam olduğunu bilməzdi.

 Səliqəli adam sənədləri qovluğun içinə, qovluğu isə çantanın içinə qoyub çantanı bağlayıb ayağa qalxdı:

-Mənim adım Xəlifədir. Xəlifə Sultan oğlu. Cinayət Axtarışları Şöbəsinin  müstəntiqiyəm. Bizim şöbənin rəisi polis polkovniki Sübhan Poladovun göstərişi ilə Nərimanzadə Ramiz Nəriman oğlunun törətdiyi cinayətlərə rəğmən istintaq işini mən aparıram! Siz məsuliyyətə cəlb olunursuz Şərgiyyə xanım. Siz də oğlunuz Dadaşov Fərrux Dadaş oğlu da. Oğlunuz indi hardadır?

 Şərgiyyə elə göz yaşı tökürdü ki, bəlkə də ayağının altına ləyən qoysaydılar, həmin ləyən ən azı yarıya qədər dolardı. O, olduqca yanıqlı səslə inildədi:

-Məni aparın! Hansı cəzanı verirsiz verin! İstəsəz güllələyin! Onsuz da bu biyabırçılıqdan sonra adam arasına çıxa bilməyəcəyəm. Amma yalvarıram, oğluma dəyməyin! Yalvarıram Xəlifə müəllim, onsuz da mənim bədbəxt oğlumun başı bəlalıdır. Onun heç bir günahı yoxdur, and içirəm ki, onun dayısının rüşvətxor olmağından xəbəri yox idi, bütün işlərin səbəbkarı mənəm. Mən daim o bədbəxti aldatmışam. Aldadım demişəm ki, dayının xaricdə yaşayan milyoner azərbaycanlı dostu var, bütün bu pulları dayın üçün o göndərir, o da istəyir ki, biz də onun kimi firavan yaşayaq. Bundan ötrü də bizim bütün maddi tələbatımızı hər cəhətdən təmin edir.

 Xəlifə yüngülcə gülümsədi:

-Amma qardaşınız sizin dediyiniz kimi ifadə verməyib Şərgiyyə xanım. Onun ifadəsinə görə oğlunuz Dadaşov Fərrux Dadaş oğlu dayısının güslü bir rüşvətxor olduğunu çox yaxşı bilirmiş.

 O, əlilə yüngülcə çantaya vurdu:

-Burda hamısı qeyd olunub. Başa düşürəm, siz anasız, oğlunuzu boya-başa çatdırmaqdan ötrü çox əziyyət çəkmisiz. Amma, bayaq da dedim, qanuna yalan ifadələr vermək sizin işinizi yalnız ağırlaşdıra bilər. Narahat olmayın, mən ürəyiyumuşaq adamam və sizin indi dediklərinizi qeyd eləməyəcəyəm. Amma unutmayın ki, huquq mühafizə orqanları işçilərinin arasında çox sərt, ürəyi daş adamlar var. Onlara yalan ifadə versəz, daş ürəkləri qaya parçasına çevrilər. Bir də ki, bizim şöbənin rəisi Sübhan Poladov haram yeyənləri heç cürə bağışlamır! Yalan ifadə verənlər isə onun ən qatı düşmənləridi. Bunu ona görə deyirəm ki, sizi də, oğlunuzu da o özü də dindirəcək! Çalışın dindirilən zaman ona qətiyyən yalan ifadə verməyin! Bu sizin xeyrinizə olar! Hə, birdə ki, oğlunuza telefonla məlumat verin, tez evə gəlsin! Çünki bir azdan bunra polis maşını gələcək və onu da, sizi də polis idarəsinə aparacaq. Tapşırın ki, qanundan qaçmağı heç ağlına belə gətirməsin, yoxsa öz işini ən azı birə-on artıra!.

 Bayaqdan boğazı qəhərlənən Şərgiyyənin nitqi də tutuldu, b u səbəbdən də nəsə demək istədisə bacarmadı.

 Xəlifə isə onun az qala ölüm həddinə çatan halına qətiyyən əhəmiyyət verməyib küçə qapısına tərəf getdi və qapıya çatmamış geri dönüb üzünü artıq ağlamağını buraxıb çənə atan  Şərgiyyəyə tutdu:

-Yaxşı olar ki, vəkil tutasız. Mən yaxşı, güclü vəkillər tanıyıram.  İstəsəz telefon nömrələrini sizə verə bilərəm.

 Şərgiyyə ürəyi ağzına gəldiyi üçün artıq zorla nəfəs aldığından yalnız yüngülcə başını tərpətməyə gücü çatdı. Artıq onun üzünə nəzər salmayan Xəlifə pencəyinin cibindən bloknot və qələm çıxarıb nəsə yazdı və bloknotdan bir vərəq çıxarıb Şərgiyyəyə yaxınlaşıb vərəqi ona uzatdı:

-Burda Azərbaycanda ən güclü vəkilin mobil telefonunun nömrəsi var. Elə indi, bu dəqiqə onunla əlaqə saxlasaz yaxşı olar.

 Şərgiyyə əlləri əsə-əsə vərəqi aldı.

 Xəlifə isə sağıllaşmadan dönüb qapıya tərəf addımalayaraq bayaqdan azca aralı qalmış küçə qapısından çıxdı. O, küçə qapısından çıxandan az sonra Gülnaz qapıdan içəri girdi və daş üstündə oturub aramsız olaraq göz yaşı tökən Şərgiyyə ilə göz-gözə gəldi. İllərlə onun yazıq Dürdanə haqqında uydurduğu böhtana inanan və bunun müqabilində gəlininə oğlu Fərruxdan az zülm eləməyən Şərgiyyə bir neçə gün əvvəl Gülnazın olduqca riyakar birisi olduğunu dəlil-subutla öyrənsə də, indi onun üzünə heç olmasa bir parça tüpürmək iqtidarında deyildi. İndi o, elə bir halda idi ki, əgər cəsarəti çatsaydı hökmən intihar eləyərdi.

 Fərrux onun Dürdanəyə qara yaxmaqdan ötrü iyrənc bir montaj hazırladığını biləndən sonra dərhal özünə “unitas” alveri ilə məşğul olan bir məşuq tapmış Gülnaz isə yer üzündə ən həyasız bir adam olduğu üçün, kim tərəfindən olur-olsun, özünü ona dəyə biləcək hər sözə, hər hərəkətə qarşı hazırlamışdı və bu barədə ona veriləcək suallara cavab verməkdən ötrü, öz bağırtısı ilə doğrunun bağrını yaran oğrunun bağırtısından da qat-qat güclü bağırtılar hazırlamışdı. Daha doğrusu ona qarşı gələn hər kəsin bağrını yara biləcək qədər zəhərli sözlər fikirləşmişdi. Odur ki, indi onsuz da taun xəstələrinə bənzəyən əmisi arvadının qarşısından keçərkən, ,-“Qara məni basınca, mən qaranı basım”,-zərb misalına rəğmən, Şərgiyyə ona tərs-tərs baxmaq əvəzinə, o, Şərgiyyəyə tərs-tərs baxdı. Söz yox ki, öz hayında, öz vayında olan Şərgiyyə onun bu həyasız hərəkətinə əhəmiyyət vermədi. Gülnaz isə Şərgiyyənin yarı ölü vəziyyətində olduğunu görüb əslində çox qorxaq, lakin qarşısındakının zəif olduğunu görüb ürəklənərək hay-küyü uzaqlarda eşidilən qapı köpəyi kimi onun iki addımlığında dayandı:

-Tonyarımı basdılar getdi, hə?!

 Şərgiyyə güclə eşidiləcək səslə dilləndi:

-Sevinirsən?

 Gülnaz kinayə ilə gülümsündü:

-Onun hesabına illərdir yeyib-içirdiz, gözünüz də ayağınızın altını görmürdü.

 Şərgiyyə yaylıqla gözünün yaşını sildi:

-Ola bilər! Amma onu da bil ki, sənin də yaşadığın  o ev də Tonyarımın pulu ilə alınıb.

 Gülnaz ağzını timsah ağzı kimi açdı:

-Hansı pulu ilə?! Bəyəm o pulları zəhmətilə qazanmışdı Tonyarım?!

 Şərgiyyə yenə gözlərinin yaşını sildi:

-Nə istəyirsən Gülnaz?

 Gülnaz bu dəfə bir az da artıq rişxəndlə güldü:

-Nəyin var ki, səndən istəyim ay yazıq?! Necə deyərlər hayın gedib, vayın qalıb!

 Şərgiyyə yaylığı cibinə qoydu:

-Yaxşı bəs bədbəxt Dürdanədən nə istəyirdin ki, yazıq qıza o cür ləkə yaxdın? Ayıb deyilmi Gülnaz?! Axı niyə o hoqqanı çıxarıb araya nifaq saldın. Oğlumun ailəsini dağıtdın. Sənə nə yamanlığımız keçmişdi? Biz də sənin felinə uyub illərlə gəlinin gününü göy əsgiyə bürüdük. Axı nə vermişdin bizə kl, ala bilmirdin? O bədbəxt Dürdanə sənə neyləmişdi axı? Bizi də günaha batırdın, günaha.. Ayıb olsun sənə Gülnaz, ayıb!

 Gülnaz yenəı ironiya ilə gülümsədi:

-Hı, günah, ayıb.. Tutalım bu oyunu mən qurmuşdum, amma görürdüm ki, sizə elə bəhanə lazım imiş ki, gəlini bütün günü yıxıb sürüyəsiz. Ağlınız olaydı mənə inanmayaydız. Gör nə qədər əbləhsiz ki, ağıma-bozuna baxmadan sanki əlinizə əla fürsət keçibmiş kimi başladız Dürdanəni yerbəyerdən təpikləməyə. Bütün günü aşağıladız, söydünüz, təhqir elədiz. Fərrux onu elə döyürdü ki, sanki qaydasız döyüşdə rəqibini yumruqlayırdı. İndi de görək, məim günahım çoxdu, yoxsa sizin?! Amma fırladıb bütün günahlarınızı yalnız mənim boynuma yıxmaq istəyirsiz. Olmayacaq, olmayacaq, başa düşdün Şəgqiyyə xanım. Eşalonla gəlsəz də, mənə heç nə eləyə bilməyəcəksiz. Neyləmişəmsə, əlimin içindən gəlib. Qoy bütün dünya bilsin, heç vecimə də deyil. Kim cürət eləyib mənə ilişsə, başına müsibət gətirərəm. Kimin hünəri var gəlsin, gəlsin ki, atasını dalına sarıyım!.

 Şərgiyyə bunları ondan eşidən kimi yenə ağlamağa başladı və Gülnaz bir addım da irəli gəlib onun lap yaxınlığında dayandı:

-Hı, ağla, ağla, onsuz da bundan sonra həyatın boyu ağlayacaqsan.

  Şərgiyyə ağlaya-ağlaya onun kərtənkələ gözlərinə bənzəyən gözlərinə baxdı:

-Məndən nə istəyirsən Gülnaz?! Allah xatirinə məni rahat burax! Görmürsən nə gündəyəm?! Nə qır-saqqız olub yapışmısan yaxamdan?!

 Gülnaz uzun dırnaqı olan nazik barmaqlarını o qədər uzatdı ki, az qaldı şəhadət və uzun barmağı Şərgiyyənin gözünə girsin:

-Hələ qır-saqqız olub yaxanızdan yapışmamışam, yapışanda görəcəksizin ki, analar necə övladlar doğub. Sənə dedim, yenə də təkrar edirəm, özü də bundan sonra bir də təkrar eləməyəcəyəm, əgər mənim sözümü danışsaz, tək sənin deyil, o gülməşəkər oğlun Fərruxun da, o, qarnında uşaq gəzdirən qızının da, gözlərinizi bir deşikdən çıxardacağam!

 Gülnaz bunu deyib Şərgiyədən bir qədər aralandı və daha üzünü Şərgiyəyə deyil, onun evinin qapısına tutdu:

-Onu da yadından çıxartma ki, əsl biyabır olan mən deyiləm, sənsən, çünki on altı yaşında qızın bic doğacaq. Mən sənin yerinə olsaydım, özümü çoxdan asmışdım.

 Gülnaz sözünü bitirib nə ağıllı kimi, nə də gic kimi qeyri-adi hərəkət edərək Şərgiyyədən uzaqlaşıb həyətin o başındakı evinə tərəf getdi.

 Şərgiyyə isə onun ardınca baxmadan yavaş-yavaş başını aşağı salıb bir müddət ağlamağına davam elədi. Bir qədər sonra isə olduqca çətinliklə ayağa qalxıb evə girdi və göz yaşları içində mobil telefonunu götürüb onların evindən təxminən iki kilometr aralıda yerləşən parkda olduqca pərişan halda skamyada oturan oğlu Fərruxa zəng vurdu.

 Onların qapısına təxminən yarım saatdan sonra polis maşını gəldi. Bu zaman Fərrux küçə qapısından təzəcə içəri girmişdi. Polis nəfərləri Fərruxu qandallasalar da, bir azərbacanlı-müsəlman olduqları üçün qadına hörmət əlaməti olaraq Şərgiyyənin qollarına qandal vurmayıb polis maşınına mindirdilər.

 

                               * * *

 

     Bu əhvalatdan bir neçə gün sonra Fərruxgilin evi, əşyaları ilə birlikdə qanun keşikçiləri tərəfindən müsadirə olundu və bunun da üstündən təxminən bir ay keçəndən sonra onların evi Daşdəmir adında kombi ticarəti ilə məşğul olan bir tacirə satıldı. Daşdəmir dərhal təmiri o qədər də pis olmayan evi yenidən başdan-ayağa qədər təmir elətdirdi və bacısı oğluna bağışladığı köhnə evindəki əşyaları ora daşıtdırdı. Lakin yeni evlənmiş bacısı oğlunun mebeli olmadığına görə evdəki mebellərə toxunmayıb Bakıda ən məhşur mebel mağazası olan Paşa müəllimə aid mağazaya üz tutdu və burdan əla mebel dəsti alıb iki əkiz qardaş Nüsrətlə Heybətə məhz Zülfüqarın maşınına yüklətdirdi. Sonra isə artıq sükan arxasında oturmuş Zülfüqara:-“Arxamca sür övlad”,-olduqca qəşəng görünüşlü minik maşınına əyləşib yola düzəldi.

 Söz yox ki, Zülfüqar onu tanımırdı və maşını hara sürəcəyini də bilmirdi. Odur ki, yol boyu əkiz qardaşlar Nüsrət və Heybətlə söhbət eləyə-eləyə Daşdəmirin yeni ev aldığı ünvana gəlib yetişdi və küçə qapısının önündə maşını saxlamamışdan onu qəribə bir həyəcan bürüdü;-“Aman Allah, bura bacım Dürdanənin vaxtilə gəlin gəldiyi həyətdir. Amma mən Paşa müəllimin mebel dükanından mebel alan bu adamı tanımıram?!”.

 Nüsrətlə Heybət maşının yük yerindən mebelləri daşımağa başlamışdılar, odur ki, enli küçə qapısı açıq idi və Zülfüqar həyətin içini əməlli-başlı görürdü. Əkiz pəhləvan qardaşlar mebelləri məhz vaxtilə Dürdanənin yaşadığı evə daşıyırdılar. Daşdəmir isə içəridə idi. Fərruxun həbs olunduğundan, bu evin əşyaları ilə birlikdə müsadirə olduğundan Zülfüqarın qətiyyən xəbəri yox idi, odur ki, təəcüb hissindən gözləri bir qədər böyümüşdü və bu dəqiqə dünyada ən zəhləsi getdioyi adamlardan biri olan Fərruxun da həyətdə görünəcəyini düşünürdü ki, bu zaman Fərruxun anası, Dürdanənin qayınanası Şərgiyyə həyətin küncündəki komaya bənzər evdən çıxdı. O, olduqca pərişan görünürdü və bu zaman həyətə çıxan Daşdəmirə;-“Mübarəkdir, sağlığınıza qismət olsun”.-deyib küçə qapısına tərəf gəldi. Zülfüqar bu qadının da onun bacısına illərlə zülm elədiyini çox yaxşı bilirdi. Odur ki, özündən asılı olmayaraq bir qədər ona çəp-çəp nəzər salıb üzünü başqa səmtə çevirdi.

 Şərgiyyə xanım açıq küçə qapısından çıxdı və mebel maşınının yanından ötüb keçdi və birdən iki addım geri atıb maşının kabinəsinin lap yaxınlığında durdu və məyus-məyus soruşdu:

-Sən Zülfüqar deyilsən a bala, Dürdanənin qardaşı?!

 Zülfüqar ağır-ağır başını çevirdi:

-Hə Zülfüqaram!

 Zülfüqar bunu deyib üzünü yenə başqa səmtə çevirdi.

 Şərgiyyə aşağı səslə soruşdu:

-Mənim gəlinim Dürdanə sənin yanındadımı?

 Zülfüqar ona baxmadan cavab verdi:

-Hə, mənim yanımdadı! Özü də bundan sonra həmişə mənim yanımda olacaq!

 Bunu deyib Zülfüqar xeyli qəzəbli halda üzünü Şərgiyyəyə çevirdi:

-Oğluna de ki, yaşamaq istəyirsə Dürdanənin arxasınca gəlməsin! Yoxsa boynunu sındıraram!

 Şərgiyyə yazıq-yazıq dilləndi:

-Nə danışırsan ay bala?! Axı Fərrux sənin bacının dalınca necə gələ bilər ki, bədbəxt uşaq neçə vaxtdı barmaqlılar arasındadı!

 Zülfüqar bir anlıq duruxdu və bu dəfə tez bir zamanda üzünü Şərgiyyəyə tutdu:

-Barmaqlıqlar arasında?

-Hə ay bala, barmaqlıqlar arasında! Yazıq uşaq heç nədən bada getdi. Dayısı ilişəndən sonra bizi də məsuliyyətə cəlb elədilər, çünki çünki bütün ev-eşik, içindəki əşyaları, Fərruxun son model maşını, bir sözlə nəyimiz var idisə hamısı qardaşımın rüşvətlə qazandığı pulklar ilə alınmışdı.

 O, həyətə işarə elədi:

-Görürsən, evimizi əlimizdən alıb mebel gətirdiyiniz Daşdəmirə satıblar. Bizə isə həyətin küncündəki komanı veriblər.

 Şərgiyyə bunu deyib ağlamağabaşladı:

-Bİr günün içində çox bədbəxt olduq oğlum, çox! Bacına haqsız yerə çox zülmlər elədik oğlum, odur ki, Allah bizi cəzalandırdı. Bütün işlərin mayandası..

 Şərgiyyə əlini həyətə tərəf uzatdı:

-O riyakar Gülnazdadı! O, bacın üçün jantaj düzəltdi. Biz başı batmıqlar da inandıq! Dürdanə kinsiz qızdı, bəlkə də məni bağışlayar, amma mən özümü heç vaxt bağışlamayacam oğlum, heç vaxt! Çünki Gülnazın qurmasına inanıb mələk kimi pak, günahsız olan gəlinimin gününü göy əsgiyə bürüdüm!

 Şərgiyyə bunu deyib ağlaya-ağlaya uzaqlaşdı.

 Zülfüqarın isə bu qadın illərlə onun bacısına haqsızlıqlar elədiyinə baxmayaraq ürəkdən süzülən göz yaşları onun ürəyini ağratmışdı, bu səbəbdən də məğrur, əzəmətli və cüssəli görünüşünün əksinə olaraq olduqca kövrək bir insan olduğundan gözləri yaşarmışdı.

 Axşam Zülfüqar bacısına bu gün gördüklərini qısaca şəkildə nəql elədi və Dürdanə ondan heç bir söz soruşmadan təxminən on dəqiqə səssiz-səsszi göz yaşı töküb ağladı.

 

 

 

                KOSMETİKA SALONU

 

 Zülfüqarın həyatında yaxşılığa doğru bir addım da atılmışdı. Belə ki, Paşa bu neçə müddət ərzində onun işində çox məsuliyyətli olduğunu, verilən tapşırıqları canla-başla yerinə yetirdiyini, həm əməlində, həm sözündə doğru-dürüst olduğunu, bütün bunlardan əlavə əla avtomobil idarə etdiyini görüb, öz sürücüsünün artıq qocalıb işləyə bilmədiyindən, Zülfüqarı özünə, yəni onu gəzdirən maşına sürücü götürmüşdü.

 Zülfqarın yeni idarə elədiyi maşın sürücü ilə birlikdə səkkiz adam tutan və bütün minik avtomobillərindən dörd dəfə böyük yük yeri olan qara rəngli bir avtomobil idi. Maşının çox iri salonu var idi, oturacağları rahat idi, ondan yanacaq iyi gəlmirdi, dərəyə düşəndə, təpəyə çıxanda o qədər rahat qalxıb-enirdi ki, içindəkilər bunu qətiyyən hiss eləmirdi. O, iki körpülü idi və mühəriki 400 at gücünə bərabər idi, lazım gələndə onu saatda 280 kilometr sürətlə sürmək olardı, səs boğanı elə düzəldilmişdi ki, dağa dırmaşsa belə səsi qətiyyən eşidilmişdi. Bir sözlə bu maşın sadəcə olaraq mühərrikli bir avtomobil olsa da, o qədimdə igidləri belində gəzdirən cins ərəb atı kimi idi və ona minən hər kəs çox məmmun qalırdı. Əsasən isə bu maşın Zülfüqarın o qədər xoşuna gəlirdi ki, ondan düşmək belə istəmirdi.

 Zülfüqarın baxtının çiçək açmağa başlamasının bir göstəricisi də ondan ibarət idi ki, Paşa ona işdən sonra bağdakı evinə bacısı ilə birlikdə bu maşınla getməyə və işə gələndə də bu maşınla gəlməyə icazə vermişdi. İşdən sonra vacib bir iş çıxsaydı və dərhal maşın lazım olsaydı əgər, buna görə Paşa qətiyyən narahat deyildi, çünki onun idarə etməyi xoşladığı və lazım gələn anlarda özünün, həm də ailəsinin ayağını yerdən götürə bilən son model başqa bir avtomobili də var idi. Bundan əlavə isə Paşa gecənin yarısında belə mobil telefonla zəng vurub Zülfüqarı çağıtdıra bilərdi, Zülfüqar isə artıq maşın sürməkdə o qədər peşəkar idi ki, bağdan Paşa gilin evinə qədər olan 30 kilometr yolu ən geci iyirmi dəqiqəyə qət eləyə bilərdi.  

 Söz yox ki, atasının bu cür qərara gəlməsi Nəzrini çox sevindirmişdi. Çünki o, indiyə qədər mebel dükanlarının qarşısında maşın saxlayan Zülfüqarı görmək çox müşgül idi, indi isə o, səhər saat səkkizdən etibarən axşam yeddiyə qədər atasını gəzdirən və günortalar atasını nahara evə gətirən, eyni zamanda Paşanın təkidilə içəri girib onunla birlikdə nahar eləyən bu igid oğlanı demək olar ki, hər gün görürdü. Bu isə onda Zülfüqara həyatı boyu qovuşmaq ümidini artırır, Zülfüqarın onlara hər qədəm basması ilə əlaqədar, onun Nəzrinə sadəcə bir qardaş şəfqətilə nəzər salmasına baxmayaraq onun xəyallarının haçansa gerçəyə çevriləcəyi müjdəsini verirdi. Nəzrinin Zülfqarla bağlı qurduğu xəyalların haçansa gerçəyə çevriləcəyinə işıq tutan bir şey də var idi ki, Zülfüqar onun atasını gəzdirən gündən, atasını iş yerinə buraxmamışdan onu təhsil aldığı kollecə maşınla aparır və təxminən saat iki ilə üç arasında həmin kollecdən evə gətirirdi. Hər gün səhər Zülfüqar onu kollecə apararkən, Paşa da maşında olurdu, belə ki, Nəzrin maşından düşəndən sonra Zülfüqar onun atasını iş yerinə aparırdı. Söz yox ki, aşiq oldğu oğlanla təklikdə qalmaq istəyən qızın bu o qədər də ürəyincə olmurdu. Lakin Zülfüqar Nəzrini kolecdən evə gətirərkən o, təxminən cəmisi on beş dəqiqə onunla təklikdə olsa da, bundan əlavə o yavaş-yavaş əsirinə çevrildiyi oğlanın yanındakı oturacağda deyil, arxa oturacağda otursa da və bu müddət ərzində hündür kürəkli oturacağın ucbatından onu demək olar ki, görməsə də, hənirtisini duyur, bu olduqca az hallarda baş versə də, cüssəli qamətinə rəğmən yoğun, eyni zamanda məlahətli səsini eşidirdi.

 Nəzrinlə oxuyan qızların demək olar ki, hamısı bir dəfə olsa belə təmiz havanı sevdiyi üçün əksər hallarda avtomobilin qabaq qapısının şüşəsini daim açıq qoyan Zülfüqarı görmüşdülər və o, onlara qətiyyən nəzər salmadığına baxmayaraq, bu üz-gözündən səmimiyyət tökülən cavanın yaraşıqlı simasından çox xoşları gəlmişdi. Odur ki, yeri gəldikcə Nəzrinlə zarafatlaşıb,-“Kaş bizim də belə sürücümüz olardı”, “Ehtiyatlı ola xanım-qız, birdən vurularsan, çünki sürücünüz çox yaraşıqlıdır”, “Məni bu cür oğlan dərsə gətirsəydi, heç maşından düşməzdim, dərs əvəzinə oturub onun eyibsiz sifətinə tamaşa eləyərdim” və ilaxır kimi ifadələr işlədib Nəzrini guya cinlətmək istəyirdilər. Nəzrinin isə onların bu zarafatlarından bir üzü gülür, bir üzü ağlayır, nəmli gözlərilə incik halda sağ əlini yelləyib üzünü başqa səmtə çevirir, bundan sonra qızlar hətta düşməninə qarşı belə kin saxlamağı bacarmayan, milyoner övladı olmasına baxmayaraq sadədən də sadə, təvəzökar, eyni zamanda ən azı elə oxuduqları kollecdə ən gözəl olan bu qızı onlarla tez barışsın deyə qucaqlayıb-öpür, ondan gülə-gülə üzr diləyir, o da öz növbəsində dərhal onları bağışlayır və onların zarafatlarından incimədiyini söyləyirdi.

 Əslində isə Nəzrin bu zarafatlardan nəinki incimirdi, əksinə yağ kimi ürəyinə yayılırdı. Çünki sinif qızlarının onun vurulduğu oğlan haqqında bu cür müsbət sözlər işlətmələri onun Zülfüqara vurulmaqda səhv buraxdığının üstündən xətt çəkirdi.

 Lakin Nəzrinə əzab verən bir hiss var idi. Zülfüqar onun gözlərindəki eşq işartılarını ya duymurdu, ya da duymaq istəmirdi, daha doğrusu Nəzrinin bəzən gəldiyi qənaətə görə onu sevmirdi. Əlbəttə qızcığaz bəzən səhv elədiyini düşünürdü. Çünki Zülfüqarın olduqca abırlı, həyalı, eyni zamanda ağır təbiətli bir gənc olduğunu yaxşı bilirdi. Lakin oğlanın igidlik və mərdlik saçan gözlərində özünə qarşı başqalarından heç bir şeylə fərqlənməyən dalğaları görəndə Zülfüqarın onu sevmədiyini yəqin edir və bu da öz növbəsində onu çox pərişan edirdi.

 Lakin bütün normal insanlar ümidlə yaşadığı kimi, Nəzrində ümidlə yaşayırdı. Bu səbəbdən də o, bir gün Zülfüqarın baxışlarına ona qarşı eşq şüalarının saçıldığını görəcəyinə ümidləndiyi üçün düşgünlüyə qapılmır, zərif varlığının tam əksinə olaraq, əsasən də quldurların onu girov götürdükləri andan etibarən ruhunda əmələ gələn güclü iradəsinə rəğmən indiyə qədər necə həyat sürmüşdüsə, o cür də həyatına davam edirdi.  

 Rəvanə isə Nəzrinin tam əksinə olaraq ərinin Zülfüqarı öz şəxsi sürücüsünə çevirməyindən qətiyyən razı deyildi, çünki o, Zülfüqara dəhşətli dərəcədə nifrət edirdi və ifşa olunacağından qorxmasaydı, elə Zülfüqarın onların evinə qədəm basdığı birinci gün onun xörəyinə, ya çayına zəhər qatıb öldürərdi.

 Zülfüqarı hər görəndə hiddətindən öz qabını çatladan tünd sirkə kimi çatlamaq həddinə gələn Rəvanə, zorla olsa da özünü ələ alıb üzünə saxta təbəssüm verir, sonra isə yan otağa keçib onun planlarını alt-üst elədiyi az deyilmiş kimi gəlib evinin yuxarı başında əyləşən bu cavanı heç olmasa bu evdən, Paşanın şirkətindən uzaqlaşdırmağı nə vasitələrlə eləyə biləcəyi haqqında düşünürdü. Lakin günlər keçsə də və Zülfüqar onun fikrincə günbəgün  az qala bu evin sahiblərindən biri kimi şişdikcə şişsə də, bunun qarşısını almaq üçün bir vasitə tapılmırdı ki, tapılmırdı.

 Lakin qəlbi riyakarlıqla yoğrulmuş Rəvanə nəhayət ki, bu vasitəni tapa bildi.

 O, tez-tez ərinin o qədər də asanlıqla qazanmadığı pulların başına daş salmaqdan ötrü saç düzümünü tez-tez dəyişməkdən, eyni zamanda sifətini makiyag elətdirməkdən ötrü vaxtlı-vaxtsız, yerli-yersiz kosmetika salonuna gedirdi. Burda onun öz işini çox yaxşı bilən, amma qadın və kişi olduğu bilinməyən dəllək-ustası var idi.  Onun adı həm Samir, həm də Samirə idi. Belə ki, qadınların bəziləri ona Samir, bəziləri isə Samirə deyirdilər. Hansı adla çağırıldığının fərqinə qətiyyən varmayan bu adam, güləndə qadın kimi gülür, öskürəndə kişi kimi öskürür, siqaret çəkəndə siqaretin tüstüsünü siqaret çəkən qadınlar kimi tavana tərəf üfürür, şərab içəndə isə şərab şüşəsini şərab aludəsi olan kişilər kimi birnəfəsə başına çəkirdi. O, Rəvanə kimi imkanlı qadınların ustası olduğundan yaxşı pul qazanmasına baxmayaraq ailəsi yox idi, tək yaşayırdı, alababat bir evdə yaşasa da, şəxsi avtomobili də yox idi və hər gün işə taksi ilə gəlib-gedirdi. lakin hər gün ən azı beş yüz manat pul qazanan, deyib-gülməyi, zarafat eləməyi, bir çox hallarda arvad-arvad danışmağı çox sevən bu adamın bu pulları hara xərclədiyini kimsə bilmirdi.

 Rəvanə artıq neçə il idi ki, onun müştərisi idi və ən azı həftədə bir dəfə onun qarşısında oturub saçına və sifətinə cürbəcür şəkillər verdirirdi. O, çox güclü usta idi və hər dəfə Rəvanədən aldığı yüzlüyə əsasən onun saçını və üzünü istənilən şəklə sala bilirdi. Rəvanə isə öz növbəsində kosmetika salonuna bəzən saçları düz girib, qıvrılmış halda, bəzən qıvrım girib şüvlənmiş, bəzən şabalıdı girib saralmış, bəzən qara girib yaşıl rəngə düşmüş halda çıxırdı.

 Bir gün Rəvanə Samirin və yaxud Samirənin yeni bir müştərisi ilə tanış oldu.  

 Zülfüqar tək Paşanın deyil, onun ailəsinin də sürücüsü olduğundan Rəvanəni də istədiyi vaxtlarda mobil telefonu vasitəsilə çağırışından kosmetika salonuna aparırdı. Rəvanə ən qatı düşmənilə bir maşında əyləşsə də, ərinin işdə olduğundan, özünün isə avtomobil idarə etməyi bacarmadığından, daha doğrusu Bakının başdan-başa tıxaclarla dolu prosperktlərində, küçələrində maşın sürməyə qorxduğundan, eyni zamanda taksiyə artıq pul verməməkdən ötrü dünyada ən çox nifrət elədiyi adamın idarə etdiyi maşınla getməyə məcbur olurdu.

 Onu adəti üzrə bu dəfə də kosmetika salonuna Zülfüqar gətirmişdi.

 O, salona girəndə Samirənin, heç vaxt ömründə görmədiyi cavan bir qadının saçlarına düzüm verdiyini gördü. Salamlayıb yaxındakı rahat kreslolardan birində əyləşdi. Samirə dərhal dil-azıq elədi:

-Rəvanəcan, çox yox, bir on dəqiqəyə bu gözəlin saçını qurtarıram, cəmisi on dəqiqəyə.

 Rəvanə ona yalnız profili görünən “gözəl”ə baxdı:

-Narahat olma Samirçik, on dəqiqə olmasın, on beş dəqiqə olsun, mən gözləyərəm.

 Samir səhvə yol vermədən olduqca diqqətlə işləyə-işləyə Rəvanəyə baxmadan dilləndi:

-Bu ceyran birinci dəfədir ki, bura gəlir. Ona bu yaxınlarda mənim adımı veriblər. Mən də istəyirəm ki, o da məni sənin tək müştərilərim kimi çox bəyənsin.

 Rəvanə əllərini bir qədər yana açdı:

-Oo, mən heç şübhə etmirəm ki, o səni çox bəyənəcək. Çünki sən Samirçik, bir dənəsən.

 Samir bu sözlərdən çox xoşlanıb bu səfər Rəvanəyə yüngülcə nəzər saldı:

-Mənim haqqımda dediyin bu cür sözlərə görə çox sağ ol Rəvanəcan. Bu dəqiqə mən ona elə bir şəkil verəcəyəm ki, bir müddət özü-özünü tanımayacaq və sənin sözlərinin nə qədər həqiqət olduğunu dərhal başa düşəcək.

 Samirin dediyi kimi təxminən on dəqiqə sonra yeni müştəri ilə iş bitdi. Həqiqətən də Samirə ona elə saç düzümü vermiş və ümumiyyətlə onun görkəmini elə dəyişmişdi ki, yəqin ki, bu görkəmdə ən yaxın tanışları onu belə görsəydilər, bir an tanımayacaqdılar. O, ayağa qalxıb sonra bir neçə saniyə də qarşısındakı iri aynaya baxa-baxa yaxınldakı kresıodan çantasını götürüb açdı və bir qədər orda axtarış edib dərindən köksünü ötürdü:

Buna bax, pul qabım yadımdan çıxıb evdə qalıb. Biyabır oldum.

 Samirə halını pozmadan nəsə demək istədi, lakin Rəvanə onu qabaqladı:

-Biyabır niyə olursan gözəl. Samirçikin haqqını indi mən sənin əvəzinə ödəyərəm.

 O, çantasından bir vizit kartı çıxarıb ona uzatdı:

-Bu da mənim ünvanım, telefon nömrələrim. Sonra haçan ürəyin istəyər, zəng vurarsan, sürücümü göndərərəm pulu verərsən alıb gətirər. Səni qonaq da eləyə bilərəm, burda nə var ki?!

 O, bunu deyib çantasından pulqabını çıxarıb açdı və ordan iki dənə yüzlük çıxarıb Samirə uzatdı:

-Al, Samirçik, yüzü mənim, yüzü də bu xanımın.

 Samir gülümsəyib pulu aldı və yenə nəsə demək istəyirdi ki, təzə müştəri ifrat dərəcəsində yaltaq bir sifət gətirdi:

-Oh, oh, siz necə də gözəl insansız, necə də gözəl insansız, nə yaxşı ki, nə yaxşı ki, hələ də yer üzündə bu cür insanlar var. Tanımadığı adama inanan, pak, təmiz, ləkəsiz.. Bilmirəm, bilmirəm, sizə necə təşəkkür eləyim?! Çox sağ olun, çox sağ olun! Bilirsiz indi biz elə bir zəmanədə yaşayırıq ki, sizin kimi insanları adam yalnız öz xəyalında canlandıra bilir. Demək varmış belələri, varmış. Min dəfə, min dəfə sizə təşəkkür edirəm.

 Rəvanə başını buladı:

-Bu nədi ki canım?! Hamımız insanıq. İnsan insana əl tutmalıdır. Bu bizim insanlıq borcumuzdur.

 Təzə müştəri əlini yellədi:

-Yox, yox, bu indiki zamanda möcüzədi, möcüzə. Siz xeyirxah olduğunuz qədər də təvəzökar insansız. Siz bu cür yaxşılığı yalnız insanlıq borcu hesab edirsiz. Əslində bu milyonlara qismət olmayan çox yüksək bir keyfiyyətdir.

 Bu dəfə Samir söhbətə qatıldı:

-Bax indi də Rəvanə xanımın bu keyfiyyəti üzə çıxdı. Düşünürəm ki, hələ onun bilmədiyimiz xeyirxahlıqlarını bundan sonra daha çox görəcəyik.

 Təzə müştəri yalnız indi ayna qarşısından kənara çəkildi:

-Vay, mən evə necə gedəcəyəm?! Evim də o qədər yaxında deyil. Onda gərək ayaqla gedim.

 Rəvanə ayna qarşısında oturub yerini rahladı:

-Ayaqla niyə gedirsən ki?! Maşınımıza nə gəlib. Bu dəqiqə sürücüyə zəng vurub başa salım, sən get otur maşına, Samir mənimlə işini qurtarana qədər səni aparsın evinə sonra da qayıdıb məni aparsın.

 Təzə müştəri sağ əlini yellədi:

-Yox, yox, bu lap ağ olar.

 O, üzünü Samirə tutdu:

-Samirçik, mənə beş manat borc verə bilərsən?!

 Samir bir qədər narazı halda əlini xalatının cibinə salmaq istədi, lakin Rəvanə bu dəfə də onu qabaqlayıb dərhal çattasından bir onluq çıxarıb təzə müştəriyə uzatdı:

-Al gözəl! Özün də heç narahat olma! Pul nədi ki?! Kağızdı, kağız.. Adi bir kağız.. Hansı ki, kağızı insanlar ağac yarpaqlarından istehsal eləyirlər. Əslində bu kağızların başqa kağızlardan nə fərqi var ki?!

 Təzə müştəri pulu alıb obraza girdiyi üçün gözlərini yaşartdı:

-Yox, siz bir möcüzəsiz, möcüzə. Yəqin mən bundan sonra nə qədər yaşasam, bir daha sizin kimisinə rast gəlməyəcəyəm.

 Ayna qarşısında oturub saçını tamamilə başqa şəklə saldıran Rəvanəyə ən azı on dəqiqə insanı iyrəndirən sözlərlə yaltaqlanıb dil tökəndən sonra təzə müştəri sağollaşıb salondan çıxdı, taksi saxlamaqdan ötrü gözlərini bir müddət küçəboyu gəzdirdi, nədənsə taksilər görsənmirdi. O, buküçə ilə kəsişən küçədən taksi tapmaq düşüncəsilə küçə ilə aşağı düşdü və birdən gözü bir qədər aşağıda səki kənarında dayanmış qara rəngli, uzun bir maşına dəydi. O, “O, kalan qadının maşını yəqin budur”,-deyə fikirləşdi və  bir qədər ayaq saxlayıb maşına  nəzər saldı. Sürücü maşında sükan arxasında əyləşmişdi. Maşının şüşələri bir qədər qara rəngə çaldığından təzə müştəri onun üzünü yaxşı görə bilmirdi. Lakin sağ qapının pəncərəsindən yaxşı-yaxşı baxandan sonra o, sürücünün keçmiş cəngavərlərə bənzəyən sifətini gördü və qəfildən yırtıcı aslan görmüş tülkü kimi diksinib başını geri çəkmək istərkən, sürücü də başını çevirib onu gördü.

 Özünə yeni, özü də kalan rəfiqə tapdığı üçün bayaqdan sevinc içində olan təzə müştərinin türk qardaşlarımız demişkən bütün moralı pozuldu. O, özündən asılı olmayaraq geriyə sıçradı və iti addımlarla yeriyib bacardığı qədər qara maşından uzaqlaşdı.

 Məsələ burasında idi ki, o, pəncərədən baxarkən nə qədər cəld hərəkət eləsə də  Zülfüqar da onu görüb tanımışdı. Bu qadın onu dəhşətli bir böhtana salan, onun gənc həyatına zəhərlər püskürən binamus qardaşı Nazimin arvadı Mayilə idi.

 Bir qədər sonra Rəvanə solondan çıxıb qara maşına əyləşdi.  Mayilə isə Rəvanənin məhz bu maşına əyləşəcəyini güman etdiyi üçün xeyli uzaqda durub güdürdü və o, zənninin onu aldatmadığını duyunca, dodaqlarını iyrənc şəkildə büzdü:

-Gör gəlib hara soxulmusan Zülfüqar. Eybi yoxdur, mən bunun qarşısını hökmən alacağam. Bunun qudurmağına bax, sürdüyü maşına, gəzdirdiyi xanıma bax?! Sən görərsən Zülfüqar!..

 Axşama yaxın təxminən altı tamamda Rəvanəyə zəng gəldi. O, tanış olmayan nömrəni telefonun ekranında görüb qaşlarını çatdı, sonra isə dodaqlarını büzüb düyməni basaraq telefon aparatını qulağına tutdu:

-Alo, kimdi?

 Mayilənin səsi eşidildi:

-Mənəm Rəvanə xanım, bayaq kosmetika salonunda əvəzinə Samirə pul ödədiyiniz qadın.

Rəvanə yüngülcə başını buladı:

-Sənə dedim axı narahat olmağına dəyməz. Məgər qaçhaqaçdır?! Yüz manat nə olan şeydir ki?! Niyə tələsirsən canım?! Birdə ki, mən o pulu sənə bağışlamışam, bildin?! Çünki xasiyyətin, mehribançılığın, mədəniyyətin, danışıq qabiliyyətin çox xoşuma gəldi. Ona görə də ürəyini buz kimi elə!

 Mayilənin səsində bayaqkından da qat-qat çox yaltaqlıq duyuldu:

-Sizə qurban olaram Rəvanə xanım. Elə misilsiz mənəviyyatınız var ki, yalnız heyrət edə bilər. Sizin kimi adamın ayaqlarını yuyub suyunu içmək lazımdır.

 O, bunu deyib səsini yavaşıtdı:

-Amma bilirsiz, əslində mən sizə bu pul məsələsinə görə zəng vurmamışam. Məni sizinlə bağlı bir məsələ çox narahat eləyir. Ona görə sizə zəng elədim.

 Rəvanənin gözləri təəcüb doğurdu:

-Anlamadım?

-Sizi o qədər sevdim, sizə o qədər vuruldum ki, heç vaxt istəmərəm və imkan vermərəm ki, sizə iyrənc adamlar tərəfindən zərbələr dəysin. Bilirsiz, mən bayaq salondan çıxanda sizi gəzdirən maşına ötəri nəzər saldım və sürücünüzü gördüm. Məsələ burasındadır ki, mən o adamı çox yaxşı tanıyıram.

-Tanıyırsan?

-Hə, tanıyıram, özü də çox yaxşı tanıyıram, çünki o mənim qaynımdır.

-Qaynındır?

-Hə! Çox təəsüflər olsun ki, bu nə qədər acı olsa da, həqiqətdir. Rəvanə xanım, yenə də deyirəm, sizə gələn qada-bəla mənə gəlsin. Bu səbəbdən də bunu deməyi özümə borc bilirəm. Deyirəm qoy biləsiz ki, bu adam yer üzündə ən riyakar, ən mundar adamlardan biridir. Mən onun qardaşıyla ailə quranda o hərbi xidmətdə idi, hərçənd ki, mən onun həqiqətən də hərbi xidmətdə olduğuna inanmıram. Nə isə, biz ailə qurandan bir neçə ay sonra o, ordan evə döndü. Onların valideynləri ölmüşdü. Anaları neçə il əvvəl, ataları isə cəmizi bir neçə ay qabaq. Bir bacıları var, o da ərdədir. Hə, bu gəldi, özü də nə gəldi. Elə gələn gündən qardaşı evdə olmayanda mənə gic-gic komplimentlər deməyə başladı. Söz yox ki, mən bunları sərtliklə qarşılayıb hər dəfə onu acıladım. Nəhayət bir dəfə qardaşı işdə olanda qəfildən o məni çarpayıya yıxıb paltarımı cıraraq zorlamaq istədi. Əlbəttə, mən buna imkan vermədim, qışqırdım. Səsimə qonşular gəldi və hər şeyi gözlərilə gördülər. Rəvanə xanım, əgər mənə inanmırsızsa, bizimlə bir həyətdə yaşayan qonşulardan soruşa bilərsiz. Bütün qonşularımız, hamısı bu alçağın nə qədər iyrənc adam olduğuinu bildilər. O isə rəzil olduğunu görüncə elə həmin an evdən qaçdı. Onu da deyim ki, mən onu o vaxtdan görməmişdim, yalnız bu gün sizin maşınınızın sükanı arxasında gördüm. Ehtiyatlı olun Rəvanə xanım, bu adam çox təhlükəlidir, çox. Onun əlindən hansı alçaqlıq desən gələr. Bu səbəbdən də sizə görə çox narahatam Rəvanə xanım, çox.

 Söz yox ki, Mayilə, Rəvanənin onun Zülfüqar haqqında dediklərindən olduqca pərişan olacağını düşünürdü. Lakin Rəvanə nəinki pərişan deyildi, o, çox sevinirdi. Buna görə də bu adamın yüz faiz Zülfüqar olduğuna əmin olmaqdan ötrü Mayiləyə bu sualları verdi:

-Bəlkə səhv eləyirsən ceyran, bəlkə oxşadırsan?! Sənin qaynının adı nədi?

-Mən səhv eləmirəm Rəvanə xanım, bu odur, adı da Zülfüqardır!

 Rəvanə kinli-kinli gülümsünüb Mayiləyə təşəkkür edərək telefonu xəttdən ayırdı, sonra birdən nəsə düşünüb Mayiləyə zəng çaldı:

-Bəs sənin öz adın nədi gözəl?

-Mənim adım Mayilədir Rəvanə xanım.

-Sən indi mənim üçün danışdıqlarının hamısını bircə-bircə ərim Paşaya danışa bilərsənmi?!

-Əlbəttə danışa bilərəm. Özü də nə vaxt istəsəz.

-Bir azdan ərim işdən gələcək. Bir qədər sonra mən sizə zəng vuraram, taksiyə oturub gəlin. Mənim vizit kartım sizdə var. Orda evimizin ünvanı var. Narahat olmayın maşın pulunu verəcəyəm.

-Bu nə sözdür Rəvanə xanım. Artıq pul qabım mənimlədir. Siz sadəcə zəng vurun, mən o dəqiqə özümü sizə yetirim!

-Danışdıq!

 Bir saat sonra Mayilə Paşa gildə Rəvanəyə danışdıqlarını Paşaya danışdı və onun Zülfüqarın ünvanına dediyi sözlər o qədər inandırıcı idi ki, həm də  Hollivud aktrisalarının belə bacara bilməyəcəyi dərəcədə obraza elə girmişdi ki, Paşanın Zülfüqar barədəki rəyi tamamilə dəyişdi. O, neçə vaxt ərzində binamus adama inandığı üçün özünü məzəmmət elədi.

 Sözünü bitirib Mayilə utanmadan Rəvanədən maşın pulu alaraq çıxıb  gedəndən sonra əslində çox sevincək olduğu halda özünü məyus göstərməyə çalışan Rəvanə üzünü dünya başına uçulmuş kimi görünən Paşaya tutdu:

-Belə görünür ki, o alçaq Nəzrini girov götürən o quldurlarla əlbir imiş!

 Bayaqdan Zülfüqar haqqında deyilənlərin hamısını eşidən və ürəyi bərk qısılan Nəzrin zəif səslə söhbətə qarışdı:

-Bu ola bilməz! Hamı mənim gözümün qabağında olub. O, hardan bilə bilərdi ki, mən quldurların əlindən qaçıb məhz onun yaşadığı həyətdəki toyuq hininə girəcəyəm, harda bilə bilərdi? O, mənim üstümdə özünü təhlükəyə atdı. Quldurlar onu bir neçə dəfə öldürə bilərdilər. Birdə ki, əgər quldurlarla əlbir idisə niyə onları tərksilah eləyib, məni atama təhvil verdi?! Buna görə atamdan bir qəpik də pul istəmədi, hələ bu azmış kimi quldurların sındırdığı telefonun pulunu da almaq istəmədi.

 Rəvanə əlini Nəzrinin ləökəsiz üzünə sürtdü:

-Bunlar hamısı yəqin onun qurmaları olub ki, atanın hüsnü-rəğbətini qazansın və qazanıb da. Görürsən cındırından cin hürkdüyü halda, gəlib o boyda şirkət sahibinin özünün, ailəsinin sürücüsünə çevrilib. Yəqin gələcəkdə də səninlə evlənib bu boyda mirasın sahibi olmaq istəyirmiş.

 Nəzrin güclü etiraz əlaməti olaraq başını buladı:

-Yox, yox, bu ola bilməz. O, neçə vaxtdır məni də dərsə aparıb gətirir, özü də üzümə belə nəzər salmır. Mənmlə bir sinifdə oxuyan qızların əksəriyyətinin ondan xoşları gəlir. Hər dəfə məktəbin qapısı yaxınlığında o maşını saxlayanda ona tamaşa eləməkdən ötrü az qala bir-birinin başına dırmaşırlar. Özü də hamısı gözəl-göyçək qızlardır. O, isə onlara qətiyyən məhəl qoymur, qətiyyən. Bilirsiz, mənə elə gəlir ki, bu qadın ona böhtan atır.

 Nəzrin atasına yaxınlaşdı:

-Ata, bunu yaxşı-yaxşı yoxlamaq lazımdır. Mən o qadına qətiyyən inanmıram.

 Paşa demək olar ki, ara vermədən ah çəkib köksünü ötürürdü. O, nəsə demək istədi, lakin Rəvanə araya soxuldu:

-Ay qız, nəyə inanmırsan, nəyə?! Eşitmədin nə dedi?! Dedi ki, əgər mənə inanmırsızsa, həyətimizdə yaşayan qonşulardan soruşa bilərsiz. Bir də ki, bu boyda yalan, bu boyda yalan olmaz canım.

 O, üzünü Paşaya tutdu:

-Paşa, Nəzrin hələ uşaqdır, özü də çox sadəlöhvdür. Bu səbəbdən də insanları yaxşı tanımır. Mənə elə gəlir ki, Zülfüqarı günü bu gün rədd eləsən peşman olmazsan.

 Nəzrin yenə etiraz etdi:

-Ata, hər gün səhər mən dərsə gedəndə sən də maşında olursan, lakin mən dərsdən evə qayıdanda sən maşında olmursan. Məni bir dəfə quldurlar girov götürüblər, monyaklardan çox qorxuram, amma Zülfüqar yanımda olanda, daha doğrusu maşını o idarə eləyəndə, mən çox rahat oluram, hiss eləyirəm ki, o əgər yanımdadırsa, mənə nə quldurlar, nə də başqaları xətər toxundura bilməz. Mən qorxuram ata, çox qorxuram. O vaxt məni quldurlar girov götürəndə elə sarsıntılar keçirmişəm ki..

 Nəzrin bunu deyib ağlamağa başladı. Əslində onun ağlamağının səbəbi bir də quldurlarla üz-üzə gəlməyin qorxusu deyildi, nə Mayiləyə, nə də Rəvanəyə inanmayan qızcığaz nə olursa olsun, Zülfüqardan ayrı düşmək istəmirdi.

 Rəvanə isə iki ayağını bir başmağa dirəmişdi. Bu dəqiqə imkanı olsaydı Nəzrini vurub öldürərdi. Lakin həmişəki kimi maskalanmağa məcbur idi. O, yenə hiylə niqabını üzünə taxdı:

-Ay qız, ay mənim canım, axı neyçün başa düşmək istəmirsən ki, o Zülfüqar özünü mələk kimi təqdim eləməknən Paşadan gələcəkdə çox şeylər qopartmaq istəyir.

 O, əlilə evə işarə elədi:

-Bu boyda imarətin, bütün malikanənin, o boyda şirkətin, bir sözlə Paşanın bütün var-yoxunun sahibi olmaq istəyir.

O, yenə üzünü Paşaya tərəf çevirdi:

-Paşa, əzizim, sən Nəzrinə fikir vermə, o saxtakarı buralardan uzaqlaşdır. Yoxsa mən polisə müraciət eləməli olacağam.

 Nəzrin əllərini yana açdı:

-Nəyə görə? Nə günah işlədib ki? Polis onu nədə günahlandıracaq?

 Rəvanəin kibri burda bir qədər üzə çıxdı:

-Ay qız, deyəsən ona aşiq olmusan, hə?!

 Burda Rəvanə bir qədər haqlı olsa da, onsuz da bayaqdan əsəbiliydən özünə yer tapa bilməyən Nəzrin onun bu sözü ürək təmizliyindən deyil, riyakarlıqdan doğan bir fikirlə söylədiyi üçün, eyni zamanda nə olursa-olsun özündən böyüyə cavab qaytarmağı ədəbsizlik hesab etdiyindən başını sadəcə olaraq hirslə çevirib o biri otağa keçdi.

 Bayaqdan bir söz danışmayan Paşa yalnız bundan sonra sərt bir şəkildə Rəvanəyə baxdı:

-Daha bu qədər də yox da Rəvanə! Bir az sözlərinə diqqət etsən, ədəb qaydalarına daha çox riayət etmiş olarsan.

 Sanki bayaq yaltaqlı mücəssəməsi olan Mayilədən yaltaqlıq öyrənmiş kimi Rəvanə həmişəkindən daha yaltaq göründü:

-Nə danışırsan əzizim, mən onu öz balam kimi sevirəm, bu səbəbdən də istəmirəm dırnağına daş dəysin.

  Paşa acıqla üzünü başqa səmtə çevirdi:

-Bəs o nə sözdür ona deyirsən?! “Bəlkə Zülfüqara vurulmusan?!” O, hələ on altı yaşında uşaqdır. Heç səndən gözləməzdim, heç..

-Mən elə sözgəlişi dedim. İnan ki, heç bir pis niyyətim yoxdur Paşa. Səni də, Nəzrini də çox sevirəm. Axı mənim sizdən başqa kimim var?!

 O, bir az da irəli gəlib Paşanın qolundan yapışdı:

-Biz ailəyik Paşa. Bir canlının bədən üzvüləri kimiyik. Sizə dəyən zərbə həm də mənə dəymiş olar. Mən yalnız və yalnız Nəzrinin xoşbəxtliyini istəyirəm. Bilirsən qadınlar çox həssas olur. Mən o Zülfüqarın içində bir məkr gizləndiyini elə vaxtdan duymuşdum. O, bizim ailəyə bəla gətirə bilər əzizim. Yalvarıram, nə qədər ki, bu ailədə faciələr baş verməyib, rədd elə onu Paşa, çox yalvarıram.

 Paşa ondan bir qədər aralanıb siqaret yandırdı:

-Yaxşı səhər açılar, gələndə məni işə aparmağa, ona deyərəm ki, maşının açarlarını təhvil versin və özünə başqa yerdə iş axtarsın!

 Rəvanə yenə Paşadan yapışdı:

-Yox Paşa, səhər yox, elə indi. Dəmiri isti-isti döyərlər Paşa. Səhərə qədər min cür hadisələr ola bilər. Yalvarıram Paşa.

 Paşa köksünü ötürüb siqaretinə bir neçə dəfə dərin qullablar vurub mobil telefonunu götürüb Zülfüqara zəng vurdu. Bu ərəfədə Dürdanə şam yeməyi hazırlamışdı və Zülfüqar süfrə kənarında əyləşib bacısının bişirdiyi nəfis təamdan yeməyə başlamışdı. O, telefonun ekranında Paşanın adını görəndə, nəsə vacib bir iş çıxdığını zənn edib telefonu xəttə salmaq üçün düyməni basıb onu qulağına tutdu:

-Buyurun Paşa müəllim sizi eşidirəm!

 Paşanın güclə eşidiləcək boğuq səsi gəldi:

-Evimizə gəl, səni gösləyirəm!

 Zülfüqar heç bir şey hiss eləməyib,-“Baş üstə”,deyərək telefonu xəttdən ayırıb stolun üstünə qoydu və daha yemək yemədən ayağa durub geyinməyə başladı.

 Dürdanə maraq etdi:

-Nə olub qaqaş?

 Zülfüqar qara gödəkcəsini əyninə geyinib telefonu gödəkcənin cibinə qoydu:

-Paşa müəllim çağırır. Yəqin yenə ailə üzvülərindən hansınısa harasa aparmaq lazımdır.

 O, asılqandan ayaqqabı geyinəni götürüb kətildə əyləşərək ayaqqabılarını geyinməyə başladı:

-İşimdi də bacı. Neyləmək olar ki?!

 Dürdanənin isə bu çağırışın heç də ürək açan olmayacağı ürəyinə dammışdı. Buna görə də tez bir zamanda evdən çıxıb maşını hərəkətə gətirib bir anın içində ordan uzaqlaşan qardaşından nigaran qaldı.

 Zülfüqar axşam görüşünün ürək açamadığını yalnız evə daxil olarkən Paşanın indiyə qədər görmədiyi olduqca sərtləşmiş sifətini görəndə hiss elədi. Paşa ona baxmadan əliylə yaxındakı masanı göstərdi:

-Maşının açarlarını masanın üstünə qoy və get özünçün iş axtar! Sənin haqqında xoşagəlməz sözlər eşitmişəm. Daha sənin nə özümün, nə də ailəmin ətrafında dolaşmasına imkan verə bilmərəm.

 Zülfüqar dərhal elə əlində tutduğu açarları masanın üstünə qoydu:

-Mən dolaşa deyiləm Paşa müəllim və kimsənin də ətrafında dolaşmıram. Xahiş edirəm bir qədər sözlərinizə fikir verəsiz. Mən sizin sürücünüz olmağıma görə sizə yalvarmamışdım, özünüz bunu mənə təklif etmişdiniz. Mən birinci dərəcəli sürücüyəm, odur ki, günü səhər özümə iş tapacağam, buna görə də qətiyyən narahat deyiləm.  Amma qəbul eləsəz əgər sizə bir kiçik qardaş kimi tövsiyəm var. Hər yoldan ötənin fitvasına getmək, hər fitnə-fəsad törədənin felinə uymaq sizi və ailənizi yalnız uçuruma apara bilər.

 Zülfüqar qapıya tərəf gedib geri çevrildi:

-Yanınızda işlədiyim müddətdə xoş günlər yaşadım. Buna görə də sizə çox minnətdaramn. Uca Allah mənə nə qədər ömür veribsə ömrüm boyu sizə əbədi xoşbəxtlik arzulayacağam. Çox yaxşı bilirəm ki, siz yüksək mənəvi keyfiyyətlərə mailk insansız. Amma əfsuzlar olsun ki, qəlbləri həsədlə, kinlə dolu insanlar öz törlarına sala biliblər. Bu səbəbdən də mən sizdən qətiyyən incimirəm. Bir gün bütün bunları çox yaxşı anlayacaqsız. Hə, onu da deyim ki, bilirəm bu oyun hansı daşın altından çıxıb. Mənim qeyrətdən boş qardaşımın arvadı Mayillədən. Onu bir neçə saat bundan qabaq kosmetika salonunun yaxınlığında gördüm. Saçını boyatdırmağından o saniyə anladım ki, kosmetika salonundan çıxıb. Yüz faiz əminəm ki, mənim haqqımda uydurduğu böhtanları Rəvanə xanıma danışıb. Əsas odur ki, mənim yeri-göyü, həyatı xəlq edən Uca Allah yanında alnım açıq, üzüm ağdır. Onu və ümumiyyətlə mənə badalaq vuranların hamısını Uca Allaha tapşırmışam. Qoy Allah versin onların cəzalarını!

 Zülfüqar bunu deyib qapıdan çıxdı və məsələ burasında idi ki, o, işdən çıxarılmağına və bu ailədən uzaqlaşmağına görə qətiyyən məyus deyildi, nədənsə əksinə, sanki üstündən bir dağ götürülmüşdü.

 Müqəddəs Qurani-Kərimin son surəsi olan “Ən-Nas” (İnsanlar) surəsində Uca Allah buyurur: Bismilləhir-Rəhmənir-Rəhim. Ya Muhəmməd! De ki, pənah aparıram  insanların Rəbbinə. İnsanların ixtiyar sahibinə. İnsanların Tanrısına. Vəsvəsə verən, Allahın adı çəkiləndə isə qaçıb gizlənən şeytanın şərindən. O şeytan ki, insanların ürəyinə vəsvəsə salır. O şeytan ki, cinlərdən də olur, insanlardan da.

 Dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid müqəddəs Qurani-Kərimdən qaynaqlanan, eyni zamanda poeziya nəhənglərimiz Nəsimi, Füzuli və başqalarının öz möhtəşəm əsərlərində işlətdiyi, məhz müqəddəs Qurani-Kərimin mübarək ayələrindən qaynaq götürən bədii ifadə vasitələri olan “əks”, “bədii sual”, “bədii nida” kimi poetik qəliblər əsasında qələmə aldığı məhşur “İblis” əsərini bu cür misralarla bitirir:

 

           İblis nədir, cümlə xəyanətlərə bais,

           Ya hər kəsə düşman olan insan nədir, iblis?!

 

  Yəni həm müqəddəs Qurani-Kərimə istinad eləsək, həm də öz yaradıcılığında müqəddəs Qurani-Kərimin mübarək ayələrindən bəhrələnən Hüseyn Cavidə müraciət eləsək, şeytanın təkcə cinlərdən olduğunu deyil, insanlardan olduğunu da gözəl bir şəkildə anlayarıq. Yəni bir qisim insanlar vəsvəsə gətirən şeytana o qədər tabe olurlar ki, nəhayət də özləri də şeytana çevrilirlər. Bu əsərdəki üç qadın, Rəvanə, Mayilə, Gülnaz da məhz insan cildində olan şeytanlar idi. Gözəl, xeyirxah, əməlisaleh insanlar başqalarına xeyir verməkdən, yaxşı işlər görməkdən, yıxılanı durğuzmaqdan, ev tikməkdən həzz aldıqları kimi, bunlar da ev yıxmaqdan, pislik eləməkdən, insanlara ziyan verməkdən, tifaqlar dağıtmaqdan həzz alırdılar. Belə ki, əgər dünyanın güclü alimləri insanın iç üzünü göstərə bilən bir cihaz düzəldə bilsəydilər, bu zaman bu hər üç qadının içindəki çirkləri görən insanların bağrı çatlaya bilərdi. İçləri həsədlə, paxıllığla, kibrlə, kinayə ilə dolu olan bu üç qadın rəzalətdə, alçaqlıqda, xainlikdə bir-birilə bəhsə girə bilərdilər.

 Bu üçünün arasında Maylə isə daha dəhşətli və təhlükəli bir şeytan idi. Belə ki, içindəki kibr durmadan onu gicəllədirdi. Onun nəfsi o qədər güclü idi ki,  istəyi yerinə yetirilməsəydi, illərlə ona yemək yedizdirən sonra qəfildən quduzlaşıb sahibini parçalayan köpəklər kimi onun içərisini dağıda bilərdi. Bu səbəbdən də əgər həmin gecə Rəvanədən Zülfüqarın işdən çıxarılması barədə xəbər almasaydı, ürəyi partlamaq dərəcəsinə gələcəkdi.

 Lakin onun olmayan səbrinin daşması bu gecə də çox uzun sürmədi. Rəvanə həyətə çıxıb, kimsə eşitməsin deyə xəlvət bir yer seçib ona zəng vurdu və bu “şad xəbəri” ona çatdırdı.

 Rəvanə xəttdən ayrılandan sonra Mayilə evin içərisində göbək ata-ata rəqs eləməyə başladı. Rus xalqının təbirincə desək, lapux əri onun cahiliyyət dövründən qalma bu seksual rəqsinin mənasını anlamasa da, bu gecənin nəşə ilə keçəcəyini düşünüb oğraşlığına rəğmən onun üçün çəpik çalaraq ona qoşulub o da eynilə onun kimi göbək atmağa başladı.

 Onların bu iyrənc rəqsi davam edərkən, Mayilənin qayaları parçalaya bilən fitvası ilə “gül” kimi işindən olan Zülfüqarı çox sevən Nəzrin olduqca məyus halda öz yatağında uzanıb artıq heç bir ümid verməyən fikirlərə dalmışdı. Qızcığaz Mayilənin Zülfüqara böhtan atdığını çox gözəl dərk eləsə də, buna görə tək Mayiləni və yaxud Zülfüqarı işdən, həm də onların ailəsindən uzaqlaşdırmaqdan ötrü çox canfəşanlıq eləyən Rəvanəni deyil, bütün dünyanı günahlandırır, dünyada haqq-ədalətin olmadığını, pis adamların qurduğu tələlərin nəticəsində yaxşı insanların dərin quyulara yıxılması haqqında düşünürdü.

Bundan əlavə o, çox sevdiyi Züslfüqarı bir də görməyəcəyi fikrilə dəhşətə gəlir, taleyinin ona acı zəhərlər içirməyə başladığını zənn edirdi.

 Nəzrini sadəcə olaraq yaxşı, xoşxasiyyət, mehriban bir qız kimi qəbul eləyən Zülfüqar isə, qızcığazın iri, ala gözlərində özünə qarşı eşq işartıları hiss eləsə də, bunu on altı yaşlı bir qızın ötəri bir  hissi olaraq, onu görməyincə keçib gedəcəyini düşündüyündən onun günahsız çöhrəsini xatırlamamağa çalışır və ümumiyyətlə bu ailə barədə düşünməyin tamamilə mənasız bir şey olduğunu fikirləşirdi.

 Zülfüqarın bu olduqca gözəl, tərbiyəli, atasının milyonçu olmasına baxmayaraq sadədən də sadə olan bu qıza aşiq olmamasının bir neçə səbəbi var idi. Bu səbəblərdən biri, maddi cəhətdən çox zəngin bir kişinin qızıyla evlənib necə deyərlər onlara qabırğa olmağını istəməməsi, ikincisi hər cəhətdən ona çox saxtakar görünən, tək ənlik-kirşan altında deyil, bir şeytan niqabı altında olan Rəvanədən iyrənməsi, üçüncüsü isə həm valeynlərini itirən, həm bacısının illərlə zülm içində olmasını hələ də həzm eləyə bilməyən, həm də iyrənc bir böhtana düşən bir adamın  hansısa, lap gözəllər-gözəli olsa belə aşiq olması onun fikrincə sərsəmlikdən başqa bir deyildi.

 

 

                                              JAQA

 

Həbsxanalar islah-əmək kaloniyası adlanırlar. Əgər Dövlətin qanunlarına əməl olunarsa, həbsxanaya düşən cinayətkar burda hökmən islah edilməli və artıq evə buraxılarkən tamam başqa bir adama çevrilib çıxmalıdır. Lakin tarix göstərir ki, qəlbi, ruhu, varlığı cinayət püskürən insanlar heç bir zaman həbsxanadan islah olunub çıxmayıblar, əksinə burda özləri kimi adamların arasında daha pozularaq cəza müddətlərini çəkəndən sonra  azadlğa buraxılıblar. Bu səbəbdən də oğurluq, qarət, soyğunçuluq, zorlama, narkotik satmaq və başqa cinayətlərə görə həbs olunan adamlar öz müddətlərini oturub azadlğa çıxandan bir müddət sonra yenə hökmən nəsə bir cinayət işlədib həbs olunurlar. Nəsə bir böhtana düşüb həbsxanaya atılan və yaxud hansısa bir binamusu onun yaxın bir adamına qarşı elədiyi təcavüzə görə bıçaqladığına görə dörd divar arasına salınan günahsız adamlar isə bunların tamamilə əksinədir. Onları varlığı cinayət eləməkdən ötrü təlatümə gəlmədiyindən həbsxanaya atılandan sonra başlarını aşağı salıb, həbs müddətlərini çəkdikdən sonra bir də bura qayıtmaq istəmədiklərindən həbsxananın həyətindəki sexlərdə və yaxud həbsxanaya məxsus düşərgələrdə hansısa bir əmək failiyyətilə bağlı onlara verilən tapşırıqlarını yerinə yetirib həbs müddətlərinin nə vaxt başa çatacağını gözləyirlər.

 Bu səbəbdən də həmişə həbsxanalarda əsasən iki cür dustaqlar  oturur. Bir qisim qatı cinayətlər törətmiş və zatən qalan bütün həyatını yalnız cinayət törətməklə keçirəcəyini planlaşdıran canilər, başqa bir qisim isə cinayətə qətiyyən meyli olmadığı halda, ya riyakar adamlar tərəfindən qara ləkə yaxıldığından tutulan, ya da əxlaqsız bir adamın onun bacısına, ya arvadına qarşı elədiyi və yaxud eləmək istədiyi əxlaqsız hərəkətə görə həmin adamı bəzi hallarda yumruqlarıyla, bəzi hallarda hansısa soyuq silahla, bəzi hallarda isə küt alətlərlə vurub öldürən, ya da ölümcül hala salan günahsızlar.

 Məhz buna görə də xasiyyətləri tamamilə bir-birindən fərqlənən iki cür insanlar arasında çox zaman həbsxana divarları arasında qarşıdurmalar yaranır, bunun nəticəsində bəzən məsələ o qədər şişirdi ki, bir-birini, əsasən də canilərin, yuxarıda deyildiyi kimi bu iyrənc həyatdan qurtarmağı səbrsizliklə gözləyən insanların bıçaqlanmağına səbəb olurdu.

 Lakin həbsxanalarda az qisimdə də olsa, üçüncü növ insanlar var idi. Belə ki, bu adamlar çox günahkar adamlar olsalar da “cinayətkarlar aləmi”nin üzvü deyildilər, bu adamlar əsasən vaxtilə həm cinayətkarların, həm də günahsızların həbsinə fərman imzalayan adamlar idi. Onlar özləri vaxtilə huquq mühafizə orqanlarında çalışmış, əsas etibarilə illərlə, cürbəcür adamlardan aldıqları külli miqdarda rüvşətə görə cəzalanaraq həbsxana divarları arasına salınmışdılar.

 Əvvəlki fəsillərdən oxucuya tanış olan ləqəbi Tonyarım, əsl adı Ramiz olan keçmiş prokuror da belələrindən idi və artıq üç ay idi ki, təcridxanadan məhkəmə salonuna aparılandan və orda ona səkkiz il iş kəsiləndən sonra Bakıda ən məhşur həbsxanalardan biri, əslində başqa adı olan, lakin hamının “Şkid” kimi tanıdığı həbsxanaya salınmışdı.

 Bu həbsxanada vaxyilə paqon daşımış və ümumiyyətlə orqan işçisi olmuş hər kəsə qarşı dəhşətli nifrət var idi və burdakı “bezpridel”lər həmin adamları eşşək yerinə minib sürür, cürbəcür işgəncələr verir, bütün günü qulaq deşə bilən biədəb sözlərlə söyüb təhqir edir, gecə yuxuda olarkən ayaq barmaqlarının arasına kağız qoyub odlayır və onların “velisobed sürməyinə” baxıb qəhqəhə çəkib gülürdülər.

 Lakin Tonyarımın burda da bəxti gətirmişdi. Onun bəxtindən bu həbsxananın rəisi onun köhnə dostlarından biri idi, buna görə də ora düşən kimi onu dustaqlardan ayrı salmış, içində soyuducusu, televizoru, sobası, qamutu, dolambı, asılqanı, yumuşaq yatağı olan çarpayısı, bir sözlə hər cür şəraiti olan ayrıca otaq vermiş, bundan əlavə də cürbəcür oyunlar oynayıb darıxmasın deyə həmin otağa kompyüter qoydurmuşdu.

 Əlbəttə, həbsxana rəisi Tonyarımın xətrini nə qədər çox istəsə də, bütün bunları onun üçün boş yerə eləmirdi, bir zamanlar ona elədiyi yaxşılığın əvəzini qaytarırdı.  Belə ki, həbsxana rəisi hələ çox gənc olduğu, daha doğrusu polis orqanlarında təzəlikcə çalışdığı zaman, bir nəfər qanun pozandan “süd pulu” alarkən daha yuxarı orqanlarda çalışanlar tərəfindən yaxalanıb şəhər şöbəsinə gətirilmiş, burda bir gün saxlanılandan sonra haqqında dəmir deşə bilən bir akt tərtib olunub artıq təcridxanaya aparıldığı zaman, hansısa bir işlə bağlı bura gəlmiş Tonyarımla rastlaşmış, gənc polisin adi bir “süd pulu” aldığına görə tutulduğunu bilən Tonyarımın isə bir qədər bundan qabaq bir “müştəri”sindən aldığı yüz  min dollar ilə bağlı keyfi kök olduğundanaktı alıb baxandan sonra gülərək,-“Əşi bir qələtdi eləyib, neyləyib ki, süd pulu alıb da, buraxın getsin, xəcalətinizidən çıxar, o çıxmaz, mən çıxaram”,-demişdi.

 Tonyarımı artıq neçə ildir “səxavət mücəssəməsi”  tanıyan gənc polisin işinə baxan müstəntiq hər zaman Tonyarımdan işi keçə biləcəyini düşünüb gülümsəyərək aktı cırıb tullamış və gənc polisi təcridxanaya aparmaqdan ötrü polis maşınına mindirmək üçün aparan polis nəfərlərinə onu buxarmağı tapşırmışdı.

 Öz işinə qaytarılan gənc polis isə o zamandan bəri süd pulu almaqda çox ehtiyatla tərpəndiyi üçün nəinki bir də qollarına qandal vurulmamış, əksinə artıq suyu da üfürüb içdiyindən, zaman-zaman böyümüş və həbsxana rəisi vəzifəsinə qədər yüksəlmişdi.

 O vaxtdan Tonyarıma borcunu qaytarmaq haqqında düşünən həbsxana rəisinin əlinə indi əla imkan düşmüşdü. Buna görə də o, onun fikrincə günahsız yerə bura düşən Tonyarımın vəhşi dustaqlar arasında saxlanılıb zülmlər, acılar çəkməyə imkan verməmiş, ona həbsxanadı “lüks” otaqlardan birini verib ona hər cürə qayğı göstərdi.

 Belə ki, Tonyarım bütün günü yeyib-içir, çarpayıda uzanıb televizora baxır,  ürəyi istəyəndə kompyüteri açıb “dava-dava” və yaxud başqa gic-gic oyunlar oynayırdı.

 Bir sözlə əslində həbsxanaya deyil, kurorta düşən Tonyarımın keyfi kök idi və bahalı siqaret tüstülədə-tüstülədə səkkiz il həbs müddətini oturub, zirəkliyi və bacarığına rəğmən yenə əvvəlki işinə qayıdacağı rüşvəti isə daha sayla deyil, kilo ilə alacağı barədə düşünürdü.

 Fərruxun isə həbsxana həyatı dayısınkının tamamilə əksinə idi.

 Azadlığda olanda prokuror dayısına güvəndiyindən özünü qabağından yeməyən bir cayıl hesab eləyən Fərrux zatən Zülfüqar tərəfindən dərs alandan sonra özünün cılız bir adam olduğunu anlamağa başlamışdı. Lakin bu hələ o vaxt xalqın dili ilə desək, jurnal idi, bədii film, özü də acı səhnələrlə dolu bir bədii film hələ qabaqda imiş. Belə ki, Fərrux həbsxanaya düşən andan təkcə cılız insan deyil, hətta anasından ayrı düşmüş iki günlük bir cücə qədər zəif olduğunu anladı. Çünki həbsxanaya salınan gündən orda oturan xuliqan bir adam tərəfindən ələ salınmağa, məsxərəyə qoyulmağa, çox vaxtlarda yeməyi əlindən alınmağa, gün ərzində ən azı on dəfə qapaz yeməyə başlamışdı. Bu xuliqanın əsl adı Xeyrəddin idi, lakin o, cinayətkarlar aləmində “Jaqa” kimi tanınırdı. Bunun səbəbi isə onun 50-ci illərdə ekranlaşdırılmış bir hind filmindəki banditbaşı Jaqanın oynayan aktyora çox bənzəməsi idi. O da eynilə Jaqa kimi hündür boylu, dombagöz, sifətinin rəngi olduqca qara bir adam idi. Jaqanın otuz yaşı olsa da, yaşından xeyli qoca görünürdü və onu birinci dəfə görən adamlar onun ən azı əlli yaşı olduğunu zənn edirdilər. Jaqa on üç yaşından həbsxana divarları arasında ömür sürürdü. Belə ki, hələ on üç yaşlı bir yeniyetmə olarkən, küçədə bir qızın əlindən çantasını alıb qaçmışdı. Təxminən iki saatdan sonra Jaqanı tutmuşdular və o gündən etibarən onun həbsxana həyatı başlamışdı. O vaxtdan bəri üst-üstə gələndə artıq on beş il idi ki, otururdu Jaqa, həm də axırıncı dəfə həbs olunanda bu onun artıq dördüncü cinayət işi idi. Hər dəfə də əsasən oğurluq üstə həbs olunmuş, axırıncı dəfə isə məhəllədəki bir qızın adaxlısını, bu səbəbdən də tez-tez onların məhəllələrinə gəlib-gedən gənc bir oğlanı durduğu yerdə bıçaqlayıb ölümcül hala saldığı üçün həbsə alınmışdı.

 Həbsxana həyatını çox sevirdi Jaqa. Çünki burda dustaqlar arasında onun hörməti var idi. Əslində hörmət deyəndə başdan xarab olduğu üçün, hər an kimisə öldürə biləcəyindən ehtiyat elədikləri üçün onunla çox ehtiyatla rəftar eləyirdilər. Ələlxüsus da onunla bir kamerada oturan dustaqlar ona yaltaqlanırdılar ki, başlarını cəncələ salmasınlar.

 O, kamerada daim yuxarı başda oturur, dustaqlardan hansısa çay dəmləyən kimi birinci onun üçün gətirir, siqaret istəyəndə bir neçə dustaq qaça-qaça gəlib siqaret qutularını ona tərəf uzadır, sonra isə bir neçə tərəfdən alışqanlar odlanıb onun siqaretinə tərəf uzanırdı.

 Bir sözlə kamerada bir adamın işi Jaqasız keçmirdi. Dustaqların arasındakı münaqişələri də yalnız o həll eləyirdi.

 Fərrux kameraya salınan zaman da Jaqa həmişəki kimi yuxarı başda, padşah taxtda əyləşən kimi əyləşmişdi. O, son zamanlar arıqlayıb uzaqbaşı əlli kolo qalmış, gözlərinin altı şişmiş, içəri girəndən orğun-orğun o tərəf, bu tərəfə göz gəzdirən Fərruxu barmağı ilə yanına çağırdı:

-Alə, bura gəl görüm!

 Fərruxun bu üz-gözündən yalnız banditlik yağan adama diqqət yetirincə onsuz da avazımış rəngi meyid kimi ağardı və o qorxa-qorxa Jaqaya yaxınlaşdı. Jaqa dərhal ona sual etdi:

-Bura neyçün düşmüsən alə?

 Fərrux udqundu:

-Böhtana düşmüşəm.

 Bayaqdan yastığa söykənən Jaqa azca dikəldi:

-Sənə böhtan atıblar ki, guya uşaq zorlamısan, hə?

 Fərrux başını buladı:

-Xeyr! Başqa məsələdi. Əmlak məsələsi. Guya mənə məxsus olan şeylər dayım tərəfindən rüşvətlə alınan pulların hesabına alınıb.

 Jaqa bir az da dikəldi:

-Dayan, dayan, bəlkə sən o, Tonyarımın bacısı oğlusan, hə?!

 Fərrux yalan danışsaydı, bir qədər sonra onsuz da Jaqa bu barədə öyrənəcəkdi. Bu isə Fərrux üçün heç yaxşı olmayacaqdı. Odur ki, o, zorla başını tərpətməyə məcbur oldu:

-Hə, elədir, mən Tonyarımın bacısı oğluyam.

 Bunu eşidən Jaqa kürsüsündən düşdü və cibindən olduqca iri, iti və par-par yanan bir bıçaq çıxarıb əlində yellədi:

-Sənin dayın çox pisliklər eləyib. Mən on üç yaşında ikən ilk dəfə həbs olunanda da, o məni ittiham elədi.

 Jaqa yavaş-yavaş onların ətrafına yığılan dustaqlara baxdı:

-Axı mən onda hələ uşaq idim.

 O, çiyinlərini yuxarı qaldırdı:

-Bir qızın çantasını götürüb qaçmağın axırının nə ilə bitəcəyini qətiyyən dərk eləmirdim.

 O, əllərini yana açdı:

-Ağlım kəsmirdi, heç kəsmirdi. Bunun dayısı uşaq olduğum üçün elə ittihamnamə yaza bilərdi ki, məni az yaşlı olduğuma görə elə məhkəmə salonundan buraxardılar. Onda bəlkə mənim həyatım tamam başqa cür olardı. Gedib mən də hamı kimi oxuyardım, bir az böyüyəndən sonra işləyərdim, sonra ailə sahibi olardım, oğlum, qızım olardı, hə?!

 Dustaqlar cürbəcür şəkildə başlarını tərpətdilər.

 Jaqa üzünü Fərruxa çevirib sözünə davam elədi:

-Sənin dayın mənim həyatımı tamam əksinə çevirdi. Çox pis iş gördü sənin dayın. Bilrsən, nəyə görə dayın mənim üçün o cür ağır ittihamnamə yazdı?! Çünki mənim adamlarım onu görmədilər.

 Jaqa qəribə şəkildə güldü:

-Axı necə görə bilərdilər. Mən yetim uşaq idim, valideynlərim yox idi, mənə rəhmətlik nənəm baxırdı, o da ayda cəmisi səksən manat pensiya alırdı. Başqa kimsəm yox idi.

 O, əlini qəribə şəkildə dustaqlara tərəf uzatdı. Onlar dərhal yerbəyerdən siqaret qutuları çıxarıb ona uzatdılar. Jaqa bir siqaret götürdü və artıq ona tərəf uzanmış alışqanlardan birilə siqaretini alışdırdı və tüstünü ciyərlərinə elə çəkdi ki, sanki illərdir siqaret həsrətində idi. O, siqaretinə ard-arda bir neçə dəfə qullab vurub sözünə davam elədi:

-Sizi lənətə gələsiz, lənətə! Dayın kalan adamlardan külli miqdarda pul alıb onları buraxdırırdı, mənim kimiləri isə plan dolsun yerə onların əvəzinə həbs elətdirirdi. Burda oturanların da bir qismi sənin dayının əclaflığının ucbatından burda can çürüdürlər. Deməli dayın qazanıb gətirirdi, siz də padşah kimi yaşayırdız, hə?!

 Fərruxun söz yox ki, cavab verməyə sözü yox idi. O, həm xəcalətindən, həm də qorxudan başını aşağı salmışdı.

 Jaqa qəfildən sol əliylə onun boğazından yapışdı:

-Nə, tuği-lənət olub keçmisiz bounumuza, hə?!

 Fərrux həm boğulur, həm də qorxusundan tir-tir titrəyirdi.

 Jaqa bağırdı:

-Cavab ver əclaf, tez ol! Yoxsa səni bu dəqiqə iyrənc bir donuzu pələng parçalayan kimi parçalayaram.

 Fərruxun ürəyi ağzına gəlirdi. O, bu dəqiqə öldürüləcəyini və yaxud ürəyinin partlayacağını düşündüyü üçün az qala ruhu bədənindən çıxırdı. Lakin onun bu halı o qədər də uzun sürmədi. Jaqa onun ağ-appağ ağarmış sifətinə tərsinə bir sillə çəkib onu buraxdı. Fərrux gicəllənib yerə yıxıldı və yıxılan kimi Jaqa ona möhkəm bir təpik ilişdirdi:

-Səni öldürməyəcəyəm! Amma burda oturduğun müddətdə sənə elə işgəncələr verəcəyəm ki, anadan əmdiyin süd hər gün qətrə-qətrə burnundan gəlib tökülsün. Həm də bunu ona görə edəcəyəm ki, illərlə sənə yağlı tikələr yedizdirən o, əxlaqsız dayına gündə on min dəfə lənət oxuyasan!

 Əslində Fərruxun qara günləri dayısı həbs olunandan başlamışdı. Bu isə artıq qara günlər deyildi, qəbr əzabı idi. Jaqa hər onun yanından ötəndə onun başına elə qapaz salırdı ki, az qalırdı gözləri yerə tökülsün. Bundan əlavə yeməkxanada qəfildən vurub onun yeməyini dağıdır, arxadan təpik vurur, üzünə tüpürür, gecə yuxuda ikən kağız qoyub barmaqlarının arasını yandırırdı. Bir sözlə Fərrux elə bir zülm içində idi ki, özünü sakitləşdirmək üçün ağlamağ belə onun dadına yetmirdi. Amma məsələ burasında idi ki, Jaqa ona zülm eləyəndə illərlə Dürdanəyə elədiyi zülmləri yadına salır və bunun ona Uca Allah tərəfindən bir cəza olduğunu dərk eləyir, Dürdanəyə qarşı elədiyi haqsızlıqlara görə sonsuz peşmançılıq çəkir, lakin atalardan qalma olduqca hikmətli bir zərb-misala rəğmən sonrakı peşmançılığın heç bir fayda vermədiyini yəqin edirdi.

 Onlara gündə üç dəfə tamamilə dadsız şəkildə düyüdən hazırlanmış horra, südsüz, duzsuz sıyıq və qabığı fərli-başlı soyulmamış, suyun içində qum təpəcikləri şəklində kartof püresi verirdilər. Əslində bu yeməkləri elə dustaqların özləri bişirirdi. Fərruxa gəlincə isə o, tez-tez naryada göndərilir, gecələr çoxlu kartof soyur, gündüzlər çirkli qabları yuyur, bəzən də dustqaların qabağından qalan yeməkləri zibilliyə tullamağa gedirdi.

 Məsələ burasında idi ki, bu dadsız yeməklərin heç də hamısını yemək Fərruxa qismət olmurdu. Çünki gündə azı bir dəfə Jaqa yeməkxanada onun yeməyini vurub dağıdır, sonra isə başına güclü qapaz salıb, arxadan möhkəm təpik ilişdirirdi.

 Bu səbəbdən də həbsxanaya əlli kilo gəlmiş Fərrux, bir neçə ay müddət ərzində düz on kilo da arıqlamış və qırx kilo qalmışdı və yəqin ki, bir qədər də belə getsəydi, həm hər gün ən azı ayı qapazı kimi ağır on qapaz, bir o qədər də dəvəquşu təpiyi kimi təpik yeyən Fərrux, sağalmaz xəstəliyə tutulacaq və yəqin ki, bir müddət sonra elə həbsxanadaca dünyasını dəyişəcəkdi.

 Lakin yəqin ki, Dürdanəyə elədiyi zülmlər qədər özü zülm çəkdiyindən nəyahət ki, onun zülmlərinə də son gəldi. Bu isə belə baş verdi.

 Həbsxanaya əsl adı Rafiq, ləqəbi Sapay olan bir nəfəri gətirdilər. Bu adam cinayətkarlar aləmidə o qədər tanınmasa da, Bakı şəhərinin Sovetski ərazisi deyilən yuxarı məhəllələrində vurub-yıxmaqla, qaydasız döyüşlərdə dünya çempionu olan idmançıların həsəd aparacları dərəcədə əlbəyaxa döyüşlərdə savaşmaqda, lazım gələrsə iyirmi nəfər güclü kişinin belə öhdəsindən gələ bilməklə ad çıxarmışdı. Əslində idmanın heç bir növü ilə məşğul olmayan Sapay, beş yaşından etibarən beş mərtəbəli binanın başına binanın divarıyla dırmaşa bilir, üçüncü mərtəbənin pəncərəsində aşağı tullanır, ən bəd qoyun itinin boynunu sındırır, bir sözlə əslində milyonların bacarmadığı, yalnız uydurmadan ibarət sinemalarda gördüyü şeyləri həqiqətdə bacarırdı. Sapay ikinci dəfə idi ki, həbsxanaya düşürdü. İlk dəfə o da Jaqa kimi yeniyetmə, daha doğrusu on dörd yaşında ikən özüylə yaş bir qıza söz atan iyirmi yaşlı bir oğlanı bıçaqladığına görə düşmüşdü. Onda Sapay cəmisi iki il həbsxanada oturmuşdu. Sonra Dövlət rəhbərinin əhv fərmanına əsasən azadlığa buraxılmışdı. İndi isə o, lotuluq iddəasına düşən “Kitay” ləqəbli bir nəfəri döyüb ölümcül hala gətirdiyi üçün həbsxanaya salınmışdı. O, uşaq-muşaq, qorxaq, aciz adamların yanında xoruzlanan, döşünə döyməkdən əlini az qala sinəsindən götürməyən Kitayı elə döymüşdü ki, qolu, qıçı, ağzı, burnu qırılmış, hər iki qaşı partlamış, çənəsi sınmışdı. Belə ki, o, Sapay tərəfindən aldığı zədələrdən reyanimassiyaya düşmüş və həkimlər onu demək olar ki, ölümdən xilas eləmişdilər.  

 Jaqa, Sapayın adını eşitmişdi, lakin onun haqqında danışılan sözlərin uydurma olduğunu güman eləyirdi, odur ki, onun başçılıq etdiyi kameraya yeni salınan adamın Sapay olduğunu biləndə, onu da öz hökmranlığı altına salmaqdan ötrü adəti üzrə onu da barmağıyla yanına çağırdı.

 Sapay onun barmaq işarəsini görüb bir söz demədən ona yaxınlaşdı və qəfildən sıçrayıb onu həmişə oturduğu kürsüsündən yerə saldı, sonra onu elə vurdu ki, Jaqa huşunu itirdi.

 Bundan sonra Sapay bütün dustaqlara nəzər saldı. Onun gözləri bu zaman qəzəblənmiş pələng gözlərinə bənzəyirdi. Bu cür baxışların sahibinin daha nələr törədə biləcəyini anlayan dustaqlar bir nəfər kimi geri çəkildilər. Sapay əyilib huşu başında olmayan Jaqanı yerdən qalxızdı və divara söykəyib üzünü dustaqlara tutdu:

-Mən bu əbləhi bir dəfə uzaqdan görmüşəm, odur ki, tanıyıram, adı Jaqadır. Bu bədbəxt elə bilir ki, hər kəs bunun ayağının altında kölgə olmalıdı. Mənim adım Sapaydı, eşitmisiz, Sapay! Bundan sonra bunun hökmranlığı bu kamerada sona gəldi. Əgər bunu müdafiə eləmək istəyirsizsə yaxına gəlin! Sizi qorxuzmuram, sadəcə olaraq deyirəm, hamınız bir yerdə yıxıb sürüyərəm! Hamı da qulaqlarında sırğa eləsin! Bundan sonra burda ağa mənəm! Kim qəbul eləmək istəmirsə desin!

 Kimsədən səs çıxmadı. Sapay yavaş-yavaş özünə gələn Jaqanın yaxasını buraxıb boğazından yapışdı:

-Eşitdin?! Səninləyəm, eşitdin?!

 Bu dəqiqə qırtlağının qırılacağını düşünən Jaqa zorla başını tərpətdi.

 Sapay, Jaqanı buraxıb onun daim oturduğu kürsüyə qalxdı. Bir qədər sonra dustaqlar möhkəm qorxuya düşüb yaxınlaşaraq ona siqaret təklif elədilər. Sapay bir siqaret götürdü və ona tərəf uzadılan alışqanlardan biri ilə siqaretini yandırdı.

Kameradakı bütün dustaqlar Sapayın onlara nə cür ağalıq eləyəcəyini indidən bilə bilmədikləri üçün təlaş içində idilər.

Fərruxun  isə sanki üstündən dağ götürülmüşdü. Çünki o Sapayı yaxşı tanıyırdı. O, vaxtilə Sapay yaşayan məhəllədəki ət dükanında ət satmışdı. Sapay ondan dəfələrlə ət almışdı və bu “əjdaha”nın hörmətini qazanmaq üçün Fərrux hər dəfə ona əla ət vermiş bir çox hallarda isə pul almamışdı.

 Söz yox ki, hələ onu görməyən Sapay bir qədər keçəndən sonra onu görüb tanıyacaqdı və yəqin ki, onun  bundan sonrakı həyatı daha bu qədər zillət içində keçməyəcəkdi.

 Lakin buna baxmayaraq Fərrux, Sapay vasitəsilə Jaqadan intiqam almaq fikrində deyildi. Çünki yuxarıda deyildiyi kimi Dürdanəyə qarşı törətdiyi haqsızlıqlardan çox peşman idi və Jaqa tərəfindən ona olunan zülmü buna qarşılıq olaraq bir cəza hesab edirdi. Bu səbəbdən də daha kimsəyə zülm eləyib daha artıq günaha batmaq istəmirdi.

 Jaqa isə Sapay tərəfindən həm döyülüb, həm də aşağılanıb biyabır olduğundan, daha nəinki bu kamerada, ümumiyyətlə bu kalonda qalmaq istəmirdi. Odur ki, özünü həbsxana rəisinin yanına salıb fikrini ona bildirdi.

Həbsxana rəisinin adı Fikrət idi, o, Jaqanı diqqətlə dinləyəndən sonra, bic-bic güldü:

-Sən durduğun yerdə bu dustaqlar arasında çəkin olan həbsxanadan getmək istəməzsən, yəqin kimsə aşının suyunu verib.

 Fikrət bunu deyəndən sonra ayağa durub kabinetinin pəncərəsinə yaxınlaşıb ordan həbsxananın həyətində işlədiyi sexlərdən çıxıb nahareləməkdən ötrü yeməkxanaya axışan yüzlərlə dustağa nəzər saldı:

-Mən iyirmi ildi həbsxana rəisiyəm. Dustaqların fikirlərini oxumaqda bu müddət ərzində əməlli-başlı təcrübə toplamışam.

 Birdən onun gözü həm boy-buxunu, həm bazbrutu ilə başqa dutaqlardan fəqlənən Sapaya sataşdı:

-Hə, bu yeni dustaq.. Axı onu sənin ağalıq elədiyin kameraya salıblar. Onun haqqında eşitmişəm. Deyirlər lap Allahın bəlasıdır.

 O, üzünü Jaqaya tutdu:

-Yəqin o, sənin başını əlhəd daşına vurub. Yaxşı narahat olma, onsuz da deyirlər ki, iki qoçun başı bir qazanda qaynamaz. Mən Sərxanla danışaram. O, mənim dostumdur. Səni ora köçürdərik.

 Fikrət bunu deyib Jaqaya kabinetin qapısını göstərdi:

-Gedə bilərsən!

 Jaqanı on gündən sonra Tonyarımın da oturduğu Sərxanın başçılıq elədiyi həbsxanaya köçürtdülər.

 Jaqa ora köçürüləndən iki gün sonra Sərxan onu yanına çağıtdırdı və nəzarətçiyə başı ilə,-Çıxa bilərsən”,-komandası verib Jaqaya əli ilə oturmaq təklif elədi. Jaqa rahat kətillərdən birində oturdu. Sərxan nəzarətçinin kabinetdən çıxdığına əmin olandan sonra Jaqaya nəzər saldı:

-Səni burda da yaxşı tanıyırlar, eləmi?!

 Jaqa başını tərpətdi. Sərxan sözünə davam elədi:

-Sənin başına gələnləri eşitmişəm. Fikrət mənim çox yaxın dostumdur, onun sözünü yerə sala bilməzdim. Zənn edirəm başa düşürsən ki, bu həbsxanadakı dustaqlar da, bir müddət sonra sənin o, nədi adı, hə, Sapay tərəfindən döyüldüyünü biləcəklər. Bu isə sənin çəkini çox aşağı salacaq. Yəni hörmətdən düşəcəksən. Söz yox ki, sən bunu istəmirsən, düzdümü?!

 Jaqa ah çəkdi:

-Elədir nəçənnik.

 Sərxan cibindən çox bahalı siqaret qutusu çıxarıb açaraq Jaqaya uzatdı. Jaqa bir siqaret götürdü:

-Çox sağ ol nəçənnik.

 Sərxan öz növbəsində qutudan bir siqaret çıxarıb öz damağına qoydu və alışqan çıxarıb həm Jaqanın, həm də öz siqaretini alışdırıb siqaretinə dərin bir qullab vurdu:

-Mən də istəmirəm, heç istəmirəm. Ona görə elə eləyəcəyəm ki, Sapayın səni əzməsini burdakı dustaqlar uydurma hesab eləsinlər və onların arasında elə fikir formalaşsın ki, guya Sapay səni deyil, sən Sapayı sındırıb tökmüsən. Elə ona görə də yerini dəyişərək səni bura gətirmişik. Yəqin bu sənin ürəyincə olar, elə deyil?!

 Jaqa minnətdarlıq hissi ilə Sərxana baxdı:

-Əlbəttə nəçənnik. Buna görə sizə çox minnətdar olaram nəçənnik və həmişə qulluğunuzda hazır olaram.

 Fikrət öz kreslosunda oturub siqaretinə bir neçə qullab vurdu:

-Elə mən də istəyirəm ki, sən cəza müddətin başa çatana qədər mənim qulluğumda hazır olasan. Bu səbəbdən də səni bütün bu həbsxananın ağası eləyəcəyəm. Özü də bunu necə eləməyi mən çox yaxşı bilirəm. Bunun əvəzində isə sən mənə kamera divarları arasında gizli işlər görən dustaqlar haqqında məlumatlar verəcəksən.

 Bu sözdən Jaqa tutuldu və özündən biixtiyar başını aşağı dikdi. Sərxan onun onun üzündəki,-“Mən satqın deyiləm və heç vaxt da adam satmaram”,-ifadəsini çox yaxşı duyduğu üçün ayağa qalxdı:

-Özün bil! Onda bu həbsxanadakı qəhbələr də səndən daha hörmətli olacaqlar.

 Sərxan “qəhbələr” deyəndə həbsxanada oturan tərbiyəsiz adamları nəzərdə tuturdu. O, sözünə bir az ara verib yenə davam elədi:

-Mən istəyirdim sənin üçün yaxşı olsun. İndiki mənim təklifimi qəbul eləmirsən, Fikrətə zəng vurub deyim, səni yenə ora, özü də Sapay ağalıq eləyən kameraya köçürtsünlər.

 Bu yerdə Jaqa özündən biixtiyar ayağa qalxdı:

-Yox nəçənnik, min dəfə yox.. Nə desəniz hazıram, təki məni o yırtıcının yanına saldırmayın!

 Sərxan gülümsəyərək əlini onun çiyninə qoydu:

-Hə, indi danışdıq.

 O, əlini götürüb şəhadət barmağını qaldırıb əlini hədələmək ifadəsi ilə tərpətdi:

-Amma məni aldatmaq fikrinə düşməyəsən, sonra bütün ömrün soyuq suyun içində keçər.

 Jaqa köksünü ötürdü:

-Yox nəçənnik, aldatmaram. Kim öz şadlığına şitlik eləyər ki.. Bundan sonra siz tapşıracaqsız, mən yerinə yetirəcəyəm.

 Sərxan ona qapını göstərdi:

-Hələlik gedə bilərsən. Lazım olanda çağıtdıracağam!

 İndiyə qədər bir çox cinayətlər işlədən, lakin heç vaxt heç kimi satmayan Jaqa onun kabinetindən hələ kimsəni satmasa da, artıq satqın kimi çıxdı. Bu onu narahat eləsə də, artıq buna öyrəşməli idi. Çünki bundan sonra onun onsuz da ömrünün axırına qədər keçən həbsxana həyatı satqınlıqla keçəcəkdi. Bundan çıxış yolu isə yox idi. Sapay tərəfindən döyülənə qədər daim mənəm-mənəm deyən, qabağından yeməyən, özünü kimsədən qorxmayan bir qabadayı hesab eləyən Jaqa onsuz da daha əvvəlki Jaqa deyildi. O, məğlub olmuşdu və bundan sonra daim məğlub olacaqdı. Vay o gündən ki, dustaqlar, ələlxüsus da, cinayətkarlar aləminin üzvüləri bundan xəbər tutaydı.. Onda Jaqa Sapay tərəfindən döyüldüyündən ən azı milyon dəfə artıq aşağılıq hesab olunacaq, hamı ona iy vermiş nəcis kimi baxacaqdı.

 Bu fikirlərlə Jaqa başı gicəllənə-gicəllənə nəzarətçinin nəzarəti altında yeməkxanaya tərəf getdi və içəri girən kimi başı möhkəm gicəlləndiyindən oturacağlardan birində oturdu.

 Təxminən bir həftədən sonra Sərxanın dediyi kimi Jaqanın bura köçürülməmişdən guya pələngdən də yırtıcı olan Sapayı əzib-tökməsi xəbəri dustaqlar arasında yayıldı və dustaqlar ona xüsusi hörmət göstərməyə başladılar, cinayətkarlar aləminin üzvüləri isə kiçik bir toplantı keçirib onu “Paxan” seçdilər və özləri bütün bu həbsxananın ağalığını ona tapşırdılar.

 Bu minvalla da Jaqanın həbsxana həyatı yenə bir xeyli dəyişdi, lakin bunun arxasında Jaqadan ötrü olduqca dərin bir uçurum var idi ki, o, özü haçansa bu uçuruma yıxılacağını çox yaxşı bilirdi.

 

 

                             * * *

 

 Fərruxun anası Şərgiyyəyə gəlincə isə onu məhkəmədə respublikada ən güclü vəkil olan Kamal Kamalzadə müdafiə etdiyi və bir qadın olduğu üçün elə məhkəmə salonundan buxarmışdılar. Əslində Şərgiyyə, oğlunun azadlğa buraxılmasının müqabilində özünün həbs cəzasına razı ikən, vəkil Kamal Kamalzadə məhz Fərruxun inadkarlığı ilə anasının müdafiəsini öz boynuna götürdüyündən, Fərruxa vəkillik eləyə bilməmiş, bu səbəbdən Fərruxu işinin mütəxəssisi olmayan zəif bir vəkil müdafiə etdiyi üçün əlindən bir şey gəlmədiyinə görə yuxarıda deyildiyi kimi Fərrux bir neçə ay əvvəl əmək-islah kalonayisına göndərilmişdi.

 Göylərin ağırlığı başına çökmüş qadın hər şeyə görə çox peşman idi. Bir tərəfdən ona və ailəsinə illərlə maddi yardım göstərən qardaşı Tonyarımın həbsi, bir tərəfdən oğlu Fərruxun zindana salınması, bir tərəfdən qızı Züleyxanın biyabırçılığı, bir tərəfdən də əmlakları müsadirə olduğundan ikimərtəbəli evlərinin əllərindən alındığından həyətin küncündə bir vaxtlar taxta-tuxta yığılan iri toyuq hininə bənzər bir komada məskunlaşmaları üst-üstə qalanıb qadının qamətini ikiqat əymişdi. Lakin Şərgiyyə bunlara çox çətin olsa da dözə bilərdi, bircə Gülnazın hər qarşılaşdıqları zaman ona tərəf püskürdüyü zəhərlər olmasaydı.

 Həyətdə hər üz-üzə gələndə Gülnaz ən ibnəli adamlar kimi onu yerli-yersiz təhqir eləyir, ələ salır, məsxərəyə qoyur, rişxənd eləyir, sonra isə kinayə ilə gülərək ondan uzaqlaşırdı.

 Şərgiyyənin on altı yaşlı qızı Züleyxa isə qarnına kim tərəfindən uşaq qoyulduğunu deməyərək həmin adamın adını gizlıi saxlayır və tez-tez intihar eləmək fikrinə düşür, lakin buna sadəcə olaraq cəsarəti çatmadığı üçün özünü öldürmürdü.

 Gülnaz isə yuxarıda qeyd olunduğu kimi yıxılana balta çalanlardan olduğu üçün həm Şərgiyyəni, həm də bədbəxt qızı gündə azı otuz dəfə neştərləyirdi. Həm Şərgiyyə, həm də Züleyxa bu az bir zaman içində insandan ifritəyə çevrilən ərdovadan möhkəm qorxurdular. Bunun bir səbəbi də onları bu cinniyənin təcavüzündən qoruyan, müfafiə eləyən bir insan yox idi. Adı hələ də polis idarəsinin rəflərində olan Şərgiyyə, Gülnazdan polisə şikayət eləməyə söz yox ki, cürət eləmirdi. Bunun bir səbəbi də Şərgiyyənin bu şikayətdən sonra onlara acı dərslər verə biləcəyinin qorxusundan doğurdu.

 Bir sözlə dərdləri üst-üstə yığılan Şərgiyyə həm özü, həm də qızı Gülnaza tərəfindən təhqir olunarkən aciz qalır, bu ifritənin hucumlarına cavab verə bilmir, bu zaman gücünü yalnız göz yaşlarına verib zülm-zülm ağlayırdı.

 Bəla burasında idi ki, nə Şərgiyyə, nə qızı, nə Fərrux, Gülnaza ömrü boyu heç bir yamanlıq eləməmişdilər və nəinki yamanlıq eləməmişdilər, maddi sıxıntıya düşəndə maddi yardım göstərmiş, əlindən tutub qaldırmışdsılar. Əslində Gülnnazın hal-hazırda onlarla bir həyətdə yaşadığı ev də onlara məxsus idi. Çünki təxminən beş il bundan qabaq gəlin getrdiyi gecə bakirə olmadığına görə ər evindən qovulan, sonra isə məhz bu biyabırçılığa görə doğma atası tərəfindən ata evindən bayıra atılan Gülnaz boynuna yeddi yaylıq salıb ağlayaraq əmisinin evinə pənah gətirmiş, əmisi bir neçə il əvvəl vəfat etdiyindən göz yaşı tökə-tökə Şərgiyyəni, yəni əmidostusunu,-“Oğlan narkomanmış, bu səbəbdən də kişilikdən məhrum imiş, bu səbəbdən də əlindən bir şey gəlmədinə görə, mənə böhtan atdı ki, guya bakirə deyiləm. Sonra bayıra çıxıb hay-küy saldı, atama zəng vurub o ki, var uydurdular, sonra məni ordan qovdular. Evə gedincə o alçaqların şərinə inanan atam da məni bayıra atdı. Sənə pənah gətirmişəm əmidostu, heç olmasa sən məni qovma, inan ki, mənim heç bir günahım yoxdu, indiyə qəıdər mənə bir erkək xaylağının barmağı da dəyməyib”,-deyə Şərgiyyəni aldada bilmişdi. Şərgiyyə isə ona inanıb ona qoşularaq ağlamış, sonra onu bir müddət öz yanında saxlamış, daha sonra isə həyətin o başında onun üçün iki otaqlı, hamamı, tualeti ayrı olan bir evi ona vermiş, hətta ev əşyaları almışdı. Bundan sonra Gülnaz həmin evə köçmüşdü. Bundan əlavə Tonyarım bacısı Şərgiyyənin xahişi ilə Gülnazı yaxın dostlarından olan iş adamlarından birinin yanında işə düzəltmiş, bir sözlə o, bu ailədən, ələlxüsus Şərgiyyədən daim yaxşılıq görmüşdü və əgər belə demək mümkünsə artıq beş il idi ki, onun çörəyini yeyirdi. Özü də hələki bu dünyada çox bəxtəvər yaşayan, elədiyi günahların cəzaslnı çəkməyən Gülnazın bəxti yenə də orda gətirmişdi ki, Şərgiyyəgilin əmlakları, həm də daşınmaz əmlak olan evləri müsadirə olunarkən, Gülnazın evinin sənədləri onların evlərinin sənədlərindən ayrı olduğuna görə orqan işçiləri onun evinin belə demək mümkünsə Tonyarımın pulu ilə deyil, ev sahibinin şəxsi vəsaiti ilə tikildiyini güman eləmişdilər. Bir sözlə gəlin gedənə qədər min oyundan çıxan və zifaf gecəsi paxırı açılan, bu səbəbdən həm oğlan adamı tərəfindən, həm öz doğma atası tərəfindən qovulan, sonra isə qaçıb bu ailəyə pənah gətirən Gülnaz bu ailədən yaxşılıqdan başqa bir şey görməmişdi. Lakin atalar demişkən, çörəyi dizinin üstündə olan və çörək itirən Gülnaz bütün bunlara cavab olaraq, yazıq Dürdanəyə böhtan atıb ailəyə nifaq salaraq onların gün-güzaranını pozmuşdu. Buna rəğmən də əgər ataların,-“Kimi parçalayarsan, çörək verəni”,-zərb misalına baxsaq, insan qiyafəsində gəzən şeytanların insanların rahatlığını pozmaqdan ötrü dəridən qabıqdan çıxdıqlarının daim şahidi olarıq.  

 Lakin ataların başqa bir zərb-misalı da var,-“ Dinsizin öhdəsindən imansız gələr”. Tarix göstərir ki, daim,-“Burda mənəm, Bağdadda kor xəlifə”,-deyənlərin aqibəti nəticədə çox acınacaqlı olub. Hökmən meydana kimsə çıxıb və həmin cığalın başında qoz sındırıb.

 Gülnazın da aqibəti belə oldu. Şərgiyyəgilin imarəti huquq müfazə orqanları tərəfindən müsadirə olandan sonra, ora beş nəfər üzvü olan bir ailəyə satıldı və həmin ailə satılan günün elə səhəri həmin imarətə köçdü. Bu ailə böyük bizneslə məşğul olan ata-Daşdəmirdən, evdar qadın olan ana-Yasəməndən, əvvəllər məktəb müdiri olmuş, bir neçə il bundan əvvəl təqaüdə çıxmış nənə-Aynadan, Daşdəmirlə Yasəmənin övladları, Füzuli adına Əlyazmalar İnsitutunda elmi işçi kimi çalışan Oqtaydan və iki ay bundan əvvəl dzüdo üzrə Azərbaycan çempionu olmuş, eyni zamanda Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetində təhsiul alan Şəfəqdən.

 Ailə həmin həyətə təzə köçəndən bəri bütün ailə üzvüləri həm Şərgiyyə, həm Züleyxa, həm də Gülnazla mehribancasına salamlaşaraq ötüb öz evlərinə gedirdilər. Lakin bir müddət keçəndən, yəni Gülnazın yerli-yersiz Şərgiyyəni və qızı Züleyxanı təhqir elədiyini görəndən sonra həyətə təzə köçən ailənin on səkkiz yaşlı qızı Şəfəq nəhayət ki, bu haqsızlıqlara dözə bilməyib Gülnaza yaxınlaşaraq sakitcə dilləndi:

-Niyə bu yazıqlara zülm eləyirsən, Allahdan qorxmursanmı?!

 Gülnaz tərs-tərs ona baxdı:

-Sən gedib öz işinlə məşğul olsan, sənin üçün lap yaxşı olar.

 Şəfəq yarım addım da irəli gəldi:

-Bəs sən niyə gedib öz işlərinlə məşğul olmursan?! Artıq necənci dəfədir görürəm ki, bu insanları yerli-yersiz təhqir eləyirsən. Özünü nə hesab eləyirsən?! Ölkə dərəbəylikdir bəyəm?!

 Bu dəfə Gülnaz yarım addım ona tərəf gəldi:

-Bura bax cavan qız, deyəsən atanın pulları səni çox qudurdub. Amma mən nə sənin atanın pullarından, nə də özündən qorxan deyiləm! Lazım olsa hamınızı, yəni bütün ailənizi əlimin içində əzib muma döndərərəm. Ona görə də deyirəm, məni hövsələdən çıxarma! Yoxsa pis olar!

 Şəfəq qətiyyən təmkinini pozmadı:

-Pis olsa, yalnız sənin üçün olar. Buna görə də xəbərdarlıq eləyirəm, əl çək bu insanlardan!

  Bu yerdə Gülnazın səbri tükəndi, daha doğrusu ibnəsi coşdu, odur ki, zəriflikddə heç də tay-tuşlarından seçilməyən Şəfəqin saçına əl atmaq istədi, lakin zaman kəsiyində özünü yerdə gördü. Bir qədər sonra Şəfəq onu dzyudo müəllimlərindən öyrəndiyi ağrıdoğurucu fəndə saldı. Gülnaz tülkü dişinə keçmiş xoruz kimi elə güclü səslə qaqqıldayırdı ki,  bir qədər sonra səsə Şəfəqi atası, anası və qardaşı gəldilər. Şəfəqin qardaşı Oqtay dərhal yüyürüb Gülnazı bacısının əlindən aldı. Valideynləri və nənəsi yerbəyerdən Şəfəqi tənbeh eləməyə başladılar.

 Bir qədər sonra ara sakitləşdi və hər şey qaydasına düşdü.

 Lakin neçə vaxtdır yerə-göyə sığmayan, quduz it kimi hər kəsi qapan Gülnazın dişləri sındırılmış, burnu möhkəm ovulmuşdu, o daha nə Şərgiyyəyə, nə də Züleyxaya zülm edə bilməyəcəkdi.

 Lakin qəlbi kinlə alovlanan Gülnaz artıq Şəfəqdən intiqam almaq fikrində idi. Əgər əlində imkanı olsaydı elə günü bu gün həm Şəfəqgilin evini, həm də Şərgiyyəgilin komasını od vurub yandırardı. Lakin Gülnaz ömrünü həbxsana divarları arasında çürütmək istəmirdi. O, istəyirdi ki, bu həyətdəkilərin hamısını xilası mümkün olmayan batağlığda batırsın və buna görə onu kimsə suçlamasın. Yalnız bundan ötrü dərin düşünmk, olduqca güclü bir plan hazırlamaq, polis qarmağına keçməməkdən ötrü tədbirlər tökmək lazım idi.

 

 

                                                       * * *

 

 

 Jaqa artıq neçə ay idi ki, Sərxanın cəsusuna çevrilmişdi. Özü də o, Sərxanla dustaqlar şübhələnməsinlər deyə bilavasitə düybədüy deyil, hamına başqa nəzarətçilərə nisbətən xoşsifət, gülərüz görünən Sədiyar vasitəsilə əlaqə saxlayırdı. Sərxan tez-tez hardansa əldə elədiyi narkotikdən hər gün təxminən 200-250 qram civarında gizlicə Sədiyarla Jaqaya çatdırır, Jaqa tez bir zamanda onsuz da ən azı 80 faizi narkoman olan dustaqlar arasında onu əridir, bir müddət sonra Jaqanın “çuğulluğu” ilə nəzarətçilər axtarış aparıb narkotik kisəçiklərinin bir qismini ələ keçirərək Sərxana ötürür, daha sonra Sərxan yenə narkotik kisəciklərinin üstünü düzəldib əvvəlki çəkisinə gətirərək Sədiyar vasitəsilə Jaqaya çatdırır, Jaqa da öz növbəsində bu kisəcikləri dustaqlar arasında paylayıb əldə elədiyi məbləği Sərxana çatdırırdı.

 Söz yox ki, hələlik Jaqanın Sərxana çuğulluq eləməyini dustalar arasında bilən yox idi, çünki dustaqlar kimdən şübhələnsələr də, üç yaşından cinayətkarlar dünyasına üzv olan, istər “qanuni oğrular”, istər “avtoritetlər” arasında böyük hörmət qazanmış Jaqadan şübhələnməyi ağıllarına belə gətirmirdilər. Bu bədbəxtlərin də bəlası onda idi ki, Jaqanın geroyin kisəciklərini dustaqxanaya necə keçirdiyinin fərqinə varmırdılar və zatən narkotik qəbul eləməkdən sıyığa dönmüş beyinlərilə dərin düşünə bilmədiklərinə görə bunun Jaqa tərəfindən bir qəhrəmanlıq kimi dəyərləndirirdilər.

   Bu gün yenə istirahət günü idi deyə dustaqlar həbsxananın iri və geniş həyətində var-gəl edərək bir-birilə söhbət edirdilər. Sərxana gəlincə isə əslində o, bu gün istirahət etməli halda vacib bir işdən ötrü həbsxanaya gəlmişdi. O, həbsxananın həyətinə girərkən dustaqlar onu görərkən bu gün onun bura gəldiyindən təəcüb etmişdilər. O, isə həmişəkindən fərqli olaraq onlara nəzər salmamış, əyri-əyri onları süzməmiş, bir sözlə onlara qətiyyən əhəmiyyət vermədən ötüb keçmiş və binaya daxil olub pillələrlə qalxaraq öz kabinetinə daxil olmuşdu. Əslində onun belə bir gündə necə deyərlər qaça-qaça bura gəlməsi sabah həbsxanaya yuxarı orqanlar tərəfindən axtarış dəstəsi göndəriləcəyini oralarda çalışan yaxın bir qohumundan eşitməsi idi. Onun isə seyfində  hal-hazırda yarım kiloqram geroyin var idi. Əlbəttə, o, güc nazirliyinin nümayəndələrinə-“Bunlar dustaqlardan tapılıb”,-deyə bilərdi. Lakin bunun həngaməsi o qədər uzun ola bilərdi ki, bu qədər geroyinin bura hansı üsulla keçirildiyi səbəbindən onu tək həbsxana rəisliyindən kənarlaşdırmazdılar, həm də onu böyük bir cinayətkar kimi həbsə alar və ümumiyyətlə yək onu deyil, bütün həbsxana işçilərini damlayardılar.

 Bu səbəbdən də Sərxan narkotik kisəciklərini daha nə Jaqa, nə də başqası vasitəsilə dustaqlar arasında əritməməli, tez burdan kənarlaşdırmalı idi. O, həm də yuxarıdan gələnlər həbsxanada bir qram narkotik aşkarlanmasın deyə az bir zaman içində nəzarətçilər vasitəsilə bütün kameraları axtartdırdı və dustaqların hələ ağzını açmadığı narkotik kisəciklərini yığışdırtdı. Bu dəfə söz yox ki, dustaqların  narkotik kisəciklərini harda gizlətdiyini ona Jaqa xəbər vermişdi. Həm də bu dəfə də nəzarətçilər geroyin kisəciklərini kimsəin ağlına gəlmədiyi yerlərdən tapırdılar. Məsələ burasında idi ki,  ayda bir dəfə onlarla görüşməyə gələn yaxınlarından külli miqdarda pul alıb geroyin kisəcikləri alan narkoman dustaqlar heç biri geroyin kisəciklərini gecələr yatdığı kameralarda gizlətmirdilər. Bu dustaqlar da başqa dustaqlar kimi həbsxananın iri həyətində yerləşən cürbəcür sexlərdə çalışdıqları üçün geroyin kisəciklərini həmin sexlərdəki dəlmə-deşiklərdə, ya da dəzgahların altında gizlədirdilər. Bütün bunları artıq neçə aydır dustaqlar arasında ağalıq eləyən Jaqa çox yaxşı bilirdi və Sədiyar vasitəsilə Sərxana çatdırırdı. Söz yox ki, nəzarətçilər Sərxanın göstərişilə həmin sexlərdə də axtarış aparıb geroyin kisəciklərinin böyük bir qismini aşkarlayan zaman onların kimə məxsus olduğunu arayıb-axtarmır, sadəcə olaraq geroyin kisəciklərinin siyahısını, çəkisini və sayını tərtib edib Sərxana təqdim edirdilər. Sərxan da öz növbəsində bütün bu işlərin mayandası olduğunu qətiyyən bilməyən nəzarətçilər şübhəyə düşməsinlər deyə narkotik kisəciklərini saxta sənəd vasitəsilə guya Dövlətə təhvil verəcəyi fikrini formalaşdırır, burda da onu “dürüst adam” kimi tanıyan nəzarətçiləri də şox asanlıqla aldadırdı.

 Dustaqlara gəlincə isə onlar Sərxanı sadəcə olaraq qəddar bir rəis kimi tanısalar da, bütün bu planların ona məxsus olduğunu bilmirdilər. Lakin bu dustqaları o qədər də düşündürmürdü, onlar tez-tez onların ”sirrini” Sərxana xəbər verən cəsusu axtarırdılar, lakin bu müəmmanı tapmaq qaranlıq otaqda iynə axtarmaq qədər müşgül idi. Birdə ki, yuxarıda deyildiyi kimi onların cinayətkarlar aləminin qanun keşikçilərindən hesab elədikləri Jaqanı az qala öz liderləri hesab eləyirdilər və bu satqının məhz o, olduğuna heç vaxt inanmazdılar.

 Lakin hər müəmmanın dörd bir yanının açılmasının mümkün olmadığı kimi görünməsi pupun içindəki tırtıl kimidir. Kənardan baxan aylarla ağac budağında tərpənməyən bu pupun nə vaxtsa çatlayacağına və içindən qanadlı bir məxluqun çıxacağına inana bilməsə də günlərin birində pupun qabığı çatlayır və onun içində nə gizləndiyi aşkara çıxır.

 Qoy dünyanın ən mundar həyatı olan həbsxana həyatı, ordakı minsifətli insanlar burda qalsın, bir az da Zülfüqardan söhbət açaq.

 

                                       

 

                  DOLANDIRAN DOLANDIRAR

 

                                       

 Paşa, Zülfüqarı və bacısını işdən azad eləyəndən bir müddət sonra Zülfüqar hələ Sovetlər Birliyi zamanı ən yaxşı yük maşını hesab olunan və indiki yük maşınlarından nəinki geri qalmayan, daha güclü mühərrikə malik “Zil-130” markalı yük avtomobili sürməyə başlamışdı. Söz yox ki, maşın 1960-cı illərdə buraıxıldığından xeyli köhnə idi, ona təzə mühərrik salınmamışdı, odur ki, təzə olduğu zaman çəkə bildiyi yükün yarısını güclə çəkə bilirdi. Lakin altı  o qədər çürümədiyi üçün hələ bir yəqin bir-iki il də davam gətirə bilərdi.

 Zülfüqar əsas bazadan tikinti aparılan yerlərə samasvala yüklənərkən sına bilməsi ehtimal olunan tikinti materialları daşıyırdı və işi çox ağır idi. Bu ağırlıq isə əsasən günün ən azı 12 saatını maşın sürməsi idi. Söz yox ki, əgər maşının mühərriki təzə olsaydı, 12saatlıq iş günü onu o qədər də yormzadı, lakin mühərrik köhnə olduğundan maşın bir az çox yüklənən kimi səs salır, kifayət qədər sürətlə hərəkət edə bilmir, qədərindən çox yanacaq işlədir, bir sözlə ona əziyyət verirdi.

 Lakin yeniyetmə vaxtında anasını, hərbi xidmətdə olarkən atasını itirmiş, cəbhədə olarkən ölümün gözünə dik baxmış, çəkisi ən azı 40 tonluq tankla döyüş vaxtı düşmənin üstünə yerimiş, bu zaman məhşur və olduqca hikmətli ümummüsəlman,-“Ya şəhid ola, ya qazi”,- şüarına rəğmən əslində şəhid olmağı qazi olmaqdan da üstün tutaraq, şəhid olmaqdan ötrü can atan, yeri gələndə yoldaşlarını mühafizə eləməkdən ötrü tankı saxlayıb avtomatını götürüb tankdan çıxaraq, Koroğlu kimi nərə çəkib mundar ermənilərlə ölüm-dirim savaşına girən və onları elə Koroğlu düşmənlərini lərzəyə salan kimi lərzəyə salan Zülfüqar söz yox ki, bu çətinliyi də polad iradəsini toplayıb adlayırdı.

 Bacısı Dürdanəyə gəlincə isə o, Paşa, qardaşını işdən çıxardandan sonra, Paşanın mebel dükanında xəzinədar kimi çalışdığından dərhal işi ilə vidalaşmışdı və hələ ki, iş tapa bilməmişdi, odur ki, qardaşı işdən dönənə qədər bağda tək qalırdı. Zülfüqar isə 12 saat iş rejiminin üstünə ən azı bir saat da şəhərdən bağa qədər üç dəfə marşrut avtobusları dəyişdiyindən iki saat da yol gəldiyini əlavə etsək axşamdan keçmiş, yəni gecə on tamamda evə dönürdü. Söz yox ki, bu zaman qurd kimi ac olurdu və Dürdanənin bişirdiyi ləziz təamı yeyəndən sonra bir xeyli özünə gəlir və bacısı ilə bir qədər söhbət eləyəndən sonra səhər tezdən duracaq deyə kəlləsini atıb daş kimi yatırtdı.

 Mayilə isə söz yox ki, Zülfüqarı işdən çıxartırmaqla, eyni zamanda Paşadan və ailəsindən uzaqlaşdırmaqla ürəyi soyumamışdı. O, zatən ona heç bir pislik eləməmiş və onun elədiyi rəzilliklərə heç bir qarşılıq verməmiş Zülfüqarı bədbəxtdən də bədbəxt eləməkdən ötrü planlar cızmaqda idi. O, qaynına qarşı törətdiyi və törədəcəyi alçaqlılar haqqında əri Nazimə deyəndə, özü super oğraş olduğu halda qardaşı Zülfüqarı oğraş hesab eləyən Nazim nəinki buna qarşı çıxmır, əksinə,-“Elə cancigər, o mundara bunlar da azdı”,-deyirdi.

 Mayilənin Zülfüqardan intiqam almağının əsas səbəbi isə gənc oğlanın müsbət mənəvi keyfiyyətləri, nəcib sifətləri idi. Bundan əğlavə o zatən qəlbən çox çirkin bir adam olduğu üçün mənəviyyatca təmiz, namuslu adamlara nifrət edirdi. O, ruhunu tamamilə şeytana satdığı üçün yalnız şər işlərə meyl göstərirdi və bu səbəbdən də təmiz insanların hamısının ölümünü, bədbəxtçiliyini istəyirdi. Bu iblis qadın həm də çox tərbiyəsiz biri idi. O, əri olmamışdan onlarla kişi ilə ünsiyyətdə olmuşdu və indi də ərli bir qadın olduğu halda tez-tez özünə məşuqlar tapır, istədiyi zamanda da bu məşuqları dəyişirdi. Bu zaman belə bir sual meydana çıxırdı?! Bu qadın fahişə ikən niyə ərə gedirdi?! Bu sualın cavabı isə aydın idi, Mayilə elə tipli qadınlardan idi ki, onlar cəmiyyətə özlərini təmiz bir qadın kimi göstərməkdən ötrü qeyrətdən boş bir kişi tapıb ona ərə gedirlər və onu tanıyan insanlar da ərli bir qadın olduğunu düşünüb onun haqqındakı “boş-boş” sözlərə inanmasınlar.

 Əslində Mayilə oynaşlarını dəyişməklə özünə pullu bir məşuq axtarırdı, fəqət məsələ burasında idi ki, o, bir qədər cavan olsa da, sir-sifətini nə qədər makiyaj elətdirsə də gözəl görünmürdü. Buna görə də hər kişinin, ələlxüsus da cibi pulla oynayan kişilərin qətiyyən xoşuna gəlmir, yalnız tuman arxasınca qaçan bəzi şəhvətli əbləhləri özünə çəkə bilirdi. Bu şəhvətli əbləhlər də onunla uzaqbaşı bir ay ünsiyyət qurandan sonra ondan iyrənməyə başlayır və bir bəhanə tapıb ondan uzaqlaşırdılar. Bu səbəbdən də Mayilə tez-tez oynaşlarını dəyişməyə məcbur olurdu.

 Bu dəfə isə Mayilənin oynaş sarıdan bir balaca bəxti gətirmişdi. O, bu səfər  əsl adı Balakişi olan “Hərnozi” ləqəbli birinə rast gəlmişdi. Bu adamın qırx yaşı var idi, üz-gözü başdan ayağa çopur olduğu üçün Mayiləyə qədər onu heç bir qadın, hətta tərbiyəsiz qadınlar da yaxına buraxmamışdılar. İri qəssab pişiklərinə bənzədiyinə görə “Hərnozi” ləqəbi verilən bu adam elə yaşlı erkək pişiklər kimi idi, yəni erkək pişik dişi pişik görəndə dərhal havalanan kimi, Hərnozi də açıq-saçıq qadın görəndə gözləri kəlləsinə çıxırdı. Lakin söz yox ki, əsasən polisdən çox qorxduğu üçün dişlərini qıcıdır, özünü zorla ələ alır, gücü yalnız həmin qadına başı-ayağı olmayan kopmpilimentlər söyləməyə çatırdı. Bu zaman açıq-saçıq qadın başını azca döndərib onun qətiyyən xoşa gəlməyən görkəminə baxır və sadəcə başını bulayaraq ötüb gedirdi. Bu səbəbdən də Harnozinin hər dəfə ümidləri puça çıxırdı. Hərnozi də yük maşını sürürdü və eynilə Zülfüqar kimi tikinti materialları daşıyırdı. Lakin Zülfüqarla onun arasında fərq bu idi ki, o, on iki saat deyil, səkkiz saat sükan arxasında olurdu və idarə elədiyi yük maşınından gündə ən azı bir dəfə xaltura məqsədilə  istifadə edirdi. Bunun səbəbi isə onun işlədiyi qaraşın rəisinin onun qohumu olması idi. Qarajın rəisinin adı Gülmurad idi, o, Hərnozinin əmisi qızının əri idi, buna görə də onu başqaları, deyək ki, Zülfüqar qədər yükləmir, eyni zamanda gündə iki saat oğurlanıb xaltura eləməsinə göz yumurdu. O ki, qaldı tikintidəki prorablara, onlar yük daşınmasına görə, yük maşınları qarajının rəisinə bağlı idi, çünki maşınlar həmin qaraja məxsus idi, bu səbəbdən də onlara yük daşınması barədə ancaq yük maşınları qarajının rəisi əmr verə bilərdi. Hansı maşın neçə saat, nə qədər yük daşıyacaq, bu onun qərarlarına əsasən həll olunurdu. Birdə ki, prorablar üçün nə fərqi var idiki, təki tikinti materialları vaxtlı-vaxtında tikinti sahələrinə gətirilsin, ordakı tullantılar da vaxtlı-vaxtında ordan aparılsın.

 Mayilə, Hərnozi ilə əslində elə Zülfüqara məxsus olan evi, daha doğrusu iki otağı, mətbəxi və eyvanı təmir etdirdiyi, həyətə bəzi tikinti materialları aldırıb gətirtdiyi zaman tanış olmuşdu. Ustalar təxminən bir ay orda işləmişdilər və bu müddət ərzində Hərnozi düz beş dəfə ora tikinti materialları daşımışdı. Ustalar onların evində çalışdıqları zaman Nazim işdə olduğundan Mayilə onlara çay gətirəndə, müəyyən tapşırıqlar verəndə onların qarşısında nə qədər əzilib büzülsə də, həm əxlaq cəhətdən saf olduqları, həm də bu qətiyyən gözəl olmayan qadına tamahlanmadıqlarına görə ona məhəl qoymur, sadəcə öz işlərini görürdülər.

 Hərnozi isə tamam başqa idi. O, dəhşətli dərəcədə ac idi, odur ki, sir-sifətdən xeyli çirkin olan Mayilənin işvə-nazı elə birinci dəfədən onu məftun etmişdi. Bu səbəbdən də o, bu qadından zəhmət, yəni yol haqqı almamışdı.

 Mayilə də öz növbəsində bu heyvərənin ondan çox xoşlandığını görüb, həm pulu cibində qalsın, həm də imkanı daxilində bu eşşəyi soysun deyə, onun qarşısında sındırdıqca sındırmış, onu,-“Siz olduqca xeyirxah insansız”,- deyə hey tərifləmişdi. Bununla da onların arasında ünsiyyət yaranmağa başlamışdı.

 Hərnozi həmin həyətə düz beş dəfə tikinti materialları daşımış və ordan düz beş dəfə tullantı aparmışdı və buna görə Mayilədən bir qəpik də pul almamışdı məhz beşinci dəfədən sonra ürəklənib gizlicə Mayiləyə görüş təyin eləmiş və onlar ertəsi, yəni bazar günü xəlvət bir yerdə görüşmüş, Hərnozi də öz növbəsində həmin gün işləmədiyindən Mayiləni o qədər də təzə olmayan öz şəxsi minik maşınına otuzdurub bağına aparmış, yalnız axşam yenə maşına qoyub həmin yerə gətirmişdi.

 Ömründə qadınla ünsiyyət bağlamayan qırx yaşı tamamında Mayiləni tapmışdı və onu əldən buraxmaq fikrində deyildi, belə ki, əgər bu qadın ərdə olmasaydı, onunla dərhal evlənərdi. Lakin Mayilə o boyda evi-eşiyi əlindən buraxmamaqdan ötrü Nazimdən boşanmaq fikrində deyildi, bir də ki, bu cür lapuxdan boşanmağın nə mənası var idi ki?! Onsuz da Nazim gözüylə görən oğraşlardan idi, belə ki, gəlib arvadını yad kişiylə bir yataqda tutsaydı, sadəcə olaraq yad kişini bayıra atıb, bir söz demədən arvadı ilə yatardı.

 Mayilə artıq üç ay idi ki, Hərnozi ilə görüşürdü. Bu gün də bazar günü olduğu üçün Hərnozi onu bağa gətirmişdi. Bahar fəsli girdiyi üçün havalar qızmağa başlamışdı. Hərnozi evin qabağında samavara od salmışdı, Mayilə isə mətbəxdə xırda-mırda mətbəx işləri ilə məşğul idi. Günorta saat təxminən iki olardı və birdən həyət darvazası döyüldü. Hərnozi dərhal darvazaya tərəf gedib onu açdı. Zülfüqar qapıda göründü. Onun əlində kiçik bir çanta var idi. Hərnozi onu görən kimi dərhal içəri dəvət elədi:

-Qaqaş, gəl, gəl içəri!

 Zülfüqar sol əlini yelləyib əlindəki çantaya işarə elədi:

-Çox sağ ol Balakişi qədeş, maşın yağı xahiş eləmişdin, gətirmişəm, dedim bəlkə sabah qarajda görüşə bilmədik. Ona görə də bura gətirdim.

 Hərnozi çantanı alıb açdı və içindəki maşın yağı dolu dəmir qabı götüüb çantanı Zülfüqara qaytardı:

-Ay çox sağ ol qaqaş, çox sağ ol! Qaqaş sən əntiqə oğlansan, əntiqə! Gəl, gəl içəri!

 Zülfüqar yenə əlini yellədi:

-Yox Balakişi qədeş, mən gedim!

 Elə bu vaxt Mayilə səs ona tanış gəldiyi üçün əlinin işini saxlayıb pəncərədən baxdı və Zülfüqarı gördü. Bu elə bir an idi ki, əgər iki saniyə də pəncərədən gec boylansaydı o, Zülfüqarı görməyəcəkdi. Lakin gördü o qatı düşmənini və içindəki zəhərli ilan dərhal baş qaldırdı.

 Hərnozi, Zülfüqarı yola salandan sonra maşın yağı qabını kiçik anbara aparıb yenə öz işinə davam eləmək istədi, lakin elə maşanı əlinə təzəcə götürmüşdü ki, əlinə yenə də Zülfüqara pislik eləməkdən ötrü əlinə fürsət düşən Mayilə ona yaxınlaşdı:

-Balakişi, sən o düdüyü hardan tanıyırsan?

 Hərnozi dodaqlarını büzdü:

-Düdük kimdi?

-İndi o, qapıda görüşdüyün adamı deyirəm.

-Sən onu tanıyırsan?

-Çox yaxşı tanıyıram.

-Bəlkə səhv salırsan?

-Səhv-zad salmıram. Onun adı Zülfüqardı. Mənim qaynımdı. Çox binamus, biqeyrət adamdı.

 Hərnozi təəcüblə dilləndi:

-O, üç aydı mənimlə bir qarajda işləyir. Tez-tez də olmasa hərdən görüşürük. Sözün düzü mən müddət ərzində ondan heç bir pislik görməmişəm. Sakit uşaqdı, salır başını aşağı öz işiylə məşğul olur.

 Mayilənin onsuz da eybəcər sifəti bir az da eybəcərləşdi:

-Ay onu sakit ilan vursun!

 Hərnozi uzun şişlə sönməkdə olan samavarın iç bacasını qarışdırdı ki, yenidən alışdıra bilsin:

-Axı o, sənə neyləyib ki?

 Mayilə dodaqlarını bir-birinə sıxıb-açdı:

-O, məni təhqir eləyib, ləkələmək istəyib, neyçün başa düşmək istəmirsən, zorlamaq istəyib.

 Hərnozi samavarı yenidən alışdırdı:

-Nəsə mənim buna heç inanmağım gəlmir.

 Mayilə onun əlindəkiuzun şişdən yapışdı:

-Mənə inanmırsan demək?!

 Hərnozi gülümsədi:

-Yox canan, elə demək istəmədim. Sadəcə olaraq bu adam mənə tamam başqa cür görünüb, ona görə.

 Mayilə acıqla dilləndi:

-Bura bax Balakişi, dediyinə görə işlədiyin qarajın rəisi sənin qohumundur. Əgər istəyirsənsə mən bir də bu bağa gəlim və səninlə yatağa uzanım, o, Zülfüqarı qarajdan rədd elətdirəcəksən, yoxsa məndən incimə, bildsin?!

 Hərnozi iki daş arasında qalmışdı. Elə bir az bundan qabaq onun üçün təmənnasız maşın yağı gətirən və öz işində çox səliqəli, zəhmətkeş olan cavan oğlanı işdən kənarlaşdıqmaq, yoxsa bu fitnə-fəsad törədən qadından birdəfəlik əl çəkmək?! Əgər bu qadın ondan üz döndərərsə, yenə də illərlə ac canavar kimi gecələr yatağında qovrulacaq, hər açıq-saçıq qadın görəndə ağlı başından olacaq.. Bəs hansını seçsin? Nəhayət Hərnozi onun üçün bir qədər çətin olsa da, Mayilənin tələbini yerinə yetirməyi üstün tutdu və elə ertəsi gün qaraj rəisinin kabinetinə girib Zülfüqarın “binamusluğu” haqqında ona məlumat verdi. Söz yox ki, qaraj rəisi də bu çox işgüzar cavanı əldən buraxmaq istəmirdi, lakin qardaşının arvadına pis gözlə baxan insanı söz yox ki, heç bir normal düşüncəli adam rəhbərlik etdiyi bir müəssisədə saxlamaq istəməz. Bu səbəbdən də Hərnozi ona bu barədə məlumat verdiyi günün səhəri Zülfüqar səhər işə gələrkən, elə giriş qapısından içəri girən kimi özünün işdən azad olunması elanını divardakı qərarlar yazılmış lövhədən oxudu.

 Bu dəfə bu riyakarlığın hardan sıçradığını bilməyən Zülfüqar, qaraj rəisinin yanına girib nəyə görə işdən azad edildiyini belə soruşmadan dərhal kadrlar şöbəsinə gedib sənədlərini götürərək qarajdan uzaqlaşdı.

 Bunun ertəsi günü Hərnozi bu barədə mobil telefon vasitəsilə Mayilə xəbər verəndən sonra Mayilə yenə də bir neçə dəqiqə göbək ataraq rəqs elədi və barı açıb bu münasibətlə iki qədəh tünd konyak içdi.

  Zülfüqarın isə qanı qətiyyən qara deyildi, çünki o, həyatında  belə hallar baş verən zaman, vaxtilə atasından eşitdiyi, atasının isə olduqca mömin bir qadından öyrəndiyi bir rəvayəti xatırlayıb göylərə baxır və Uca Allahın qüdrətinə intəhasız şükürlər edirdi.

 Mömin bir qadından eşitdiyi rəvayəti isə rəhmətlik atası ona bu şəkildə söyləmişdi: “Keçmiş zamanlarda olduqca zəhmətkeş bir kişi varmış. O, bir neçə sənət bilirmiş və lazım olanda bu el sənətlərinin hər biriylə məşğul olub külfətini dolandırırmış. Özü də hamının usta Heydər kimi tanıdığı bu kişi uşaqlarını sağlam böyütməkdən ötrü gündüzlər çox əlləşir, yaxşı pul qazanır və axşam evə yaxşı bazarlıq eləyib dönürdü. Zövcəsi də öz növbəsində ləziz yeməklər bişirir və bir qədər sonra bütün ailə süfrə kənarına yığışıb şam edirdilər.

 Günlərin bir günü Şah Abbasla, vəzir Allahverdixan təğyir-libas olub şəhərin məhəllələri boyu gəzirlərmiş ki, görsünlər əhalinin hakimiyyətə qarşı münasibəti necədir?! Onlar usta Heydərin evinin yanından keçərkən, evdən gələn zəfəranlovun iyi onları vurur. Onlar bir-birinə baxıb qapını döyürlər. Qapını usta Heydər açır və onları dərviş bilib dərhal evə dəvət eləyərək süfrə kənarında otuzdurur. Şah Abbasla vəzir Allahverdixan zəfəranplovdan doyunca yeyəndən sonra şah Abbas usta Heydərdən soruşur:

-Nə işlə məşğul olursan?

 Usta Heydər,-“Dülgərəm, əziz qonaq”,-deyə cavab verir.

 Bir qədər sonra Şah Abbasla vəzir Allahvverdixan xudahafizləşib usta Heydərin evini tərk edirlər.

 Səhər tezdən Şah Abbas taxta çıxıb hökm verir:-Bu gündən dülgərlik sənəti qadağan olunur, əgər kimsə dülgərliklə məşğul olsa boynu vurulacaq!”

 Axşam yenə Şah Abbasla vəzir Allahverdixan təğyiri-libas olub usta Heydərin evinə gəlirlər. Usta Heydərin isə ocağının üstündə yenə zəfəranplov dəmə qoyulmuşdu. Usta yenə də qonaqları zəfəranplova qonaq eləyir. Şah Abbas bu dəfə belə bir sual verir:

-Usta, eşitdiyimə görə şah dülgərlik sənətini qadağan eləyib. Sən nə işlə məşğul oldun ki, yenə axşam evdə qazanın qaynadı?

 Usta Heydər belə cavab verir:

-Dolandıran dolandırar! Mən bu elanı eşidən kimi daha dülgərlik eləməyib dulusçuluq elədim və qazandığım pulla qazanımı qaynatdım.

 Bu axşam da qonaqlar zəfəranplov yeyib evdən çıxırlar. Ertəsi günü sübh tezdən yenə Şah Abbas taxtına çıxıb elan verir:

-Bu gündən dulusçuluq sənəti də qadağan olunur! Əgər kimsə bu sənətlə də məşğul olsa dar ağacından asılacaq!

 Bu gün axşam yenə də şahla vəzir dərviş paltarı geyinib ustanın evinə gəlirlər. Nə qədər qəribə olsa da ustanın qazanı yenə ocağın üstündə idi və zəfəranplovun iyi insanı bihuş edirdi.

 Şah süfrə kənarında əyləşən kimi yenə ustadan soruşur:

-Axı şah dulusçuluq sənətini də qadağan edib. Bəs sən bu gün işlə məşğul oldun ki, zövcən zəfəranplov asdı?

 Usta gülümsəyir:

-Dolandıpran dolandırar! Nə çox dünyada sənət. Bu gün misgərliklə məşğul oldum ki, yenə axşam evdə qazan qaynasın.

 Şah Abbasla vəzir Allahverdixan saraya qayıdandan sonra səhər çağı şah yenə taxta çıxıb belə bir hökm verir:

-Bu gündən misgərlik sənəti də qadağandır!

 Lakin axşam usta Heydərin evindən yenə zəfəranplov iyi gəlirdi.

 Beləliklə şah bütün sənətləri qadağan edir, yalnız cəlladlıq sənətini saxlayır. Usta Heydərin başqa əlacı qalmadığından cəlladlıq eləməkdən ötrü saraya üz tutur. Onu dərhal cəllad kimi işə götürüb olduqca iri və iti bir qılınc verirlər. Şah Abbas isə belə bir qanun qoymuşdu ki, cəlladlar yalnız kiminsə başını kəsəndən sonra zəhmət haqqı alırdılar. Həmin axşam şah Abbasla vəzir Allahverdixan yenə usta Heydərə qonaq olur və həmişəkindən daha ləzzətli zəfəranplov yeyirlər.

 Ertəsi günü təxminən on beş yaşlı bir yeniyetməni guya hansısa cinayət elədiyinə görə saraya gətirirlər. Üzünü örtmüş şah Abbas vəzifəsinə elə dünən təyin olunmuş cəllada, yəni usta Heydərə:-“Tez ol vur bunun başını!”,-deyə əmr edir. Uşaq isə dayanmadan:,-“Mənim heç bir günahım yoxdur, heç bir günahım yoxdur, mənə böhtan atıblar”,-deyərək təkrar edir.

 Usta Heydər əlini qılıncın qəbzəsinə atıb deyir:

-Böyük hökmdar, əgər bu uşaq həqiqətən günahkardırsa qoy bu qılınc onun boynunu elə vursun ki, bir qətrə qanı da yerə düşməsin, yox əgər günahkar deyilsə qoy bu qılıncın tiyəsi taxtaya dönsün!

 Usta Heydər bunu deyib qılıncı qınından çıxarır və hamı onun tiyəsinin taxtadan olduğunu görür. Bunu belə görünən şah Abbas daha özünü saxlaya bilməyib usta Heydərin yaxasından yapışır:

-De görüm nə fırıldaq eləmisən, məni aldada bilməzsən?!

 Bu vaxt şah Abbasın üzündəki örtük açılır və usta Heydər onun hər axşam ona qonaq olan dərvişlərdən biri olduğunu görür. O, daha başqa əlac olmadığından, belə deyir:

-Allahdan gizli deyil, səndən nə gizli hökmdar, sarayda mənə bu qılıncı verən kimi aparıb tiyəsini satdım və həmin pula bazarlıq eləyib evə apardım. Qılıncın polad tiyəsinin əvəzinə isə taxta qayırıb saldım, vəssalam!

 Şah Abbas gülümsəyir:

-Yaman kələkbazmışsan usta. Yaxşı bunu anladım. İndi mənim bir sualıma cavab ver? Hər dəfə mən vəzir Allahverdixanla dərviş libasında sənin evində qonaq olanda bir söz işlədirdin; “Dolandıran, dolandırar”, bunu mənə anlat!

 Usta Heydər sakitcə dillənir:

-Dolandıran hər kəsin ruzisini verən Ər-Rəzzaq olan Allahdır. Mən dilandıran dolandırar deyəndə Uca Allahı nəzərdə tuturdum, çünki o, heç vaxt nə məni, nə də ailəmi ac qoymayıb!”

 Zülfüqar da bu el rəvayətini özünə şüar eləmişdi. Çünki o, yüz faiz əmin idi ki, Uca Allah onun da, bacısının da ruzisini həmişəki kimi verəcək. Bu səbəbdən də hansısa bir rəzil tərəfindən atılan daş nəticəsində işdən çıxardılığına görə tamamilə heyfislənmirdi.

 Dürdanə isə qardaşının işdən çıxarıldığını eşidəndə yenə xeyli pərişan oldu. O da Zülfüqar kimi bu dəfə fitnənin kim tərəfindən törədildiyini bilməsə də, qardaşının əksinə olaraq o qədər məyus oldu ki, bir kənara çəkilib o ki, var göz yaşı tökdü. Zülfüqar isə evə qayıdandan bir müddət sonra sənədlərini də götürüb iş axtarmağa getmişdi. Həmin gün çox yer gəzsə də iş tapmadı. Ertəsi gün bir neçə işə düzəltmə obyektlərində oldu, lakin bu işə baxanların hamısı Zülfüqar birinci dərəcəli sürücü olduğuna baxmayaraq, sadəcə başlarını buladılar. Zülfüqar onların üz-gözlərindən hiss edirdi ki, nəsə bir təmənna gösləyirlər. Onun isə rüşvət almaqdan və rüşvət verməkdən zəhləsi gedirdi. Bir də ki, onsuz da pulu yox idi. Amma olsaydı da bir qəpik verməzdi. Bu minvalla o, düz bir ay iş axtarsa da, iş tapılmadı ki, tapılmadı. Evdə isə artıq diş qurtalamağa çöp belə qalmamışdı. Bütün ərzaqlar tükənmişdi. Bacı-qardaşın daha çörək almağa belə pulları yox idi və bu səbəbdən də düz üç gün ancaq su içib, tamamilə ac qaldılar.

 Onsuz da illərlə əri Fərrux və onun anası tərəfindən zülm çəkmiş, çox vaxt bir tikə çörəyi belə ona qıymadıqlarına görə əriyib çöpə dönmüş, bu səbəbdən çox zəifləmiş, yalnız qardaşının himayəsinə sığınandan sonra bir qədər özünə gəlmiş Dürdanyə üç günün aclığı öz təsirini göstərmişdi. Belə ki, onun rəngi yenə xeyli avazımış, gözləri çuxura düşmüş, bir sözlə bədəni xeyli taqətdən düşmüşdü. Zülfüqar isə bacısına nisbətən çox sağlam olduğundan aclığa dözsə də, bacısının bu halı ona az qala qəbr əzabı verirdi. O, Dürdanəni xəstəhal gördükcə özünü qınayır, bir ay müddətində səhərdən-axşama qədər Bakı şəhərinin demək olar ki, bütün küçələrini, prospektlərini, meydanlarını o baş, bu başa o ki, var var-gəl eləsə də, iş tapa bilmədiyindən özünü tənbəl, bivec, tüfeyli hesab edirdi.

 Amma çox mömin bir insanın olduqca hikmətli bir kəlamı var,-“Beş gün ayın qaranlığı, beş gün də aydınlığı olar”. Birdə ki, axı hər kəsin ruzisini verən, dolandıran Ərhəmər-Rahimin olan Uca Allah sevərək yaratdığı insanları bəzən bir qədər imtahana çəksə də, sonra hökmən onların müşgül işlərini asanlaşdırır. Belə ki, Uca Allah müqəddəs Qurani-Kərimin 94-cü surəsi olan “Əl-İnşirah” (Açılma və genişlənmə) surəsinin beşinci ayəsində belə buyurur,-“Əlbəttə hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq  çətinliklə hasil olar).

 Həqiqətən də yenə də Uca Yaradanın imtahanından şərəflə çıxan bacı-qardaşın tale üzlərinə güldü. Zülfüqar hərbi xidmətdə olarkən onların diviziya komandiri olmuş, indi isə müdafiə nazirliyi tərəfindən daha yüksək vəzifəyə qoyulmuş general-leytinant Balaş Dünyamalıyevlə şəhərin mərkəzi küçələrindən birində rastlaşdı.

 Zülfüqar səki ilə gedirdi və yanından ötüb-keçən maşınların söz yox ki, heç birinə tərəf nəzər salmırdı. Lakin gözəl bir maşında arxada oturan,  vaxtilə onun sinəsinə cəbhədə göstərdiyi igidliklərə görə özü orden taxmış general onu tanıyıb, sürücüyə maşını saxlamağı göstəriş verdi.

 General maşını saxlatdırandan sonra sözü yox ki, özü maşından düşmədi və sürücüyə Zülfüqarı göstərib yavaş səslə,-“Düş o, oğlanı bura çağır”,-söylədi. Sürücü maşından düşəndə Zülfüqar ordan təxminən on beş metr uzaqlaşmışdı. Sürücü isə onu arxadan çağırmağın ədəbsizlik olduğunu düşünüb qaçaraq özünü ona çatdırdı və generalın tələbini ona yetirdi.

 Hələ ki, nə baş verdiyini anlamayan Zülfüqar, çiyinlərini çəkib maşına yaxınlaşdı və maşının içində generalı görüncə özündən asılı olmayaraq üst-başını düzəltdi. General əli ilə -ona,-“Maşına otur”,-göstərişini verdi. Zülfüqar onun yanında əyləşən kimi general onunla əl tutdu:

-Necəsən igid oğlan?

 Zülfüqar yenə özündən asılı olmayaraq əlini sinəsinə qoyub padşah qarşısında təzim edirmiş kimi başını azca aşağı əydi:

-Çox təşəkkür edirəm cənab general, yaxşıyam.

 General əli ilə sürücüsünə,-“Sür”,-işarəsi verdi. Sürücü maşını hərəkətə gətirdi. General əlini Zülfüqarın çiyninə qoyub gülümsədi:

-Bilmirəm bu sirridir ki, axır vaxtlar tez-tez yuxuma girirsən və sanki qeybdən bir səs gəlir ki,-“Bu igid bir qədər dara düşüb, ona kömək eləməlisən!”

 Zülfüqar Allaha çox inanırdı, bu səbəbdən də inanan adamların gördüyü rəhmət yuxularının ya yuxu görən adamın özünə, ya da tanıdığı bir kimsəyə işıq gətirəcəyinə qətiyyən şübhə eləmirdi. Bu səbəbdən də onun bədənindəki tükləri qeyri-ixtiyari olaraq biz-biz oldu. Söz yox ki, cəbhədə sinəsinə orden taxmış bu generalı Uca Allah onunla rastlaşdırmışdı.

 Zülfüqar təxminən on dəqiqədən sonra generalı gəzdirən maşından düşdü. Çoxdandı ürəkdən gülməyən bu cavanın üzü gülürdü və bu gülüş artıq ürəkdən gəlirdi. General onu öz müavininin, daha doğrusunu desək general-mayor Camal Camalzadənin sürücüsü kimi işə düzəltmişdi.

 Əslində Camal Camalzadə həmin vəzifəyə yenicə təyin olunmuşdu. Bu səbəbdən ona da onu gəzdirməkdən ötrü əla bir maşın vermişdilər. Sürücünü isə özü təyin eləməli idi. İki gündü ki, həm cəbhə görmüş, həm də birinci dərəcəli nisbətən cavan bir sürücünün axtarışında idi ki, general Balaş Dünyamalıyev zəng vurub onun üçün belə bir adamı tapdığını və elə indicə yanına göndərəcəyini söylədi. Neçə gündü sürücüsü olmadığına görə maşını özü idarə eləyən Camal Camalzadə özündən rütbəcə böyük Balaş Dünyamalıyevə buna görə çox təşəkkür elədi. Amma iş elə bununla bitmədi. General Balaş Dünyamalıyevə təşəkkür eləsə də, vətəninin hərbi sirrlərini özündə saxlayan Müdafiə Nazirliyinin ən yuxarı təşkilatlarından biri olan hərbi müəsisəsnin generalı kimi onu maşınla gəzdirəcəyi adamın tez bir zamanda bütün tərcümeyi-halı ilə yaxşı-yaxşı tanış oldu və yalnız bundan sonra ona sükan etibar eləməyi lazım bildi.

 Zülfüqarı görəndən sonra cavanın boy-buxunu, əzəmətli və olduqca səmimi görkəmi Camal Camalzadənin o qədər xoşuna gəldi ki, daha qərərgahda görüşəcəklərini gözləməyib, zəng vurub Balaş Dünyamalıyevə bir də öz dərin minnətdarlığını bildirdi.

 

 

                              * * *

                                              

 Artıq düz üç ay idi ki, Zülfüqar general Camalzadəni gəzdirirdi. Bu müddət ərzində o, generalı dörd dəfə cəbhə bölgəsinə aparmışdı. Bir dəfə də cəbhə bölgəsində olarkən maşından düşüb bir qədər gedəndən sonra düşmənin təxminən iki kilometrdən atılan snayper gülləsi genaralı haqlamamışdan saniyənin bəlkə də yüzdə birində Zülfüqar bunu duymuş, zaman kəsiyində sıçrayaraq generalı yerə yıxmış və bununla da onu qəfil düşmən gülləsindən xilas etmişdi. Bunu görən əsgərlərimiz həmin snayperi nişangaha götürərək susdurmuşdular. Məhz Zülfüqarın sayəsində yüz faizli ölümdən xilas olan general Camalzadə ondan o qədər razı qalmışdı ki, bunu dil ilə ifadə eləmək mümkün deyildi. Həm maşını xətasız idarə eləmək bacarığı, həm ədəb-ərkanı, özünü çox təmkinli aparması, insanı heyrətə salacaq dərəcədə səbri də generalı valeh eləmişdi. O, Balaş Dünyamalıyevdən Zülfüqarın cəbhədə bir tankçı kimi göstərdiyi igidliklər haqqında da eşitmişdi. Bütün bunlara görə general Camalzadə bu az müddət ərzində Zülfüqara çox bağlanmış, onu kiçik qardaşı kimi sevmişdi.

 Bu gün də Zülfüqar sübh tezdən yuxudan oyandı və həmişəki kimi Dürdanənin artıq samavarı qaynatdığını, çay dəmlədiyini və səhər yeməyi üçün süfrə hazırladığını gördü.

 Zülfüqar buz kimi soyuq su ilə əl-üzünü yuyandan sonra mərhəba götürüb qurulandı və süfrə kənarında əyləşib, kraxmallı ağ süfrəyə, süfrədəki əla pendirə, kərə yağına, xamaya, ətiri adamı vuran lavaşa bir qədər tamaşa eləyib üzünü artıq onun üçün çay gətirən bacısına tutdu:

-Mənim bacımdan yoxdu da.. Bir dənəsən Dürdanə, bir dənə. O, axmaq Fərruxun boyuna qamış ölçüm ki, sənin qədrini bilmədi. İndi sənin kimiləri çıraqla axtarırlar.

 Dürdanə çay stəkanını süfrəyə qoydu:

-Yaxşı görək, çıraqla, yox bir projektorla.. Mən nəyəm ki?! Sən qızlar, gəlinlər, analar, nənələr görməmisən. Əllərinin səliqəsinə yalnız heyrət eləmək olar. Məni o qədər də şişirmə qaqaş, yoxsa mən də Allah eləməmiş eqoizm xəstəliyinə tutularam.

 Zülfüqar lavaşın içinə yağla pendir qoydu:

-Şişirtmək niyə?! Olduğun deyirəm. Sən çox bacarıqlısan bacı. Sənin kimi adamlarçün deyirlər ki, bir dəvənin yükünü bir xoruza yükləyir.

 Dürdanə özü də süfrə kənarında əyləşdi:

-Dəvənin yükünü xoruza yükləmək mümkün deyil. Bu zərb-misalı deyən adam da çox şişirdib. Dəvəyə ən azı yarım ton yük yükləmək olar. Amma xoruzun belinə yarım kilo yük qoysan, yəqin ki, bir az sonra beli sınar. Birdə ki, axı xoruz yük daşımaz.

 Bu vaxt hindən qırmızı xoruzun banı eşidildi. Dürdünə əlini səs gələn istiqamətə uzatdı:

-Özü də xoruz hay-küy salıb banlamaqdan başqa bir şey bilmir.

 O, stəkanına iki çay qaşığı şəkər tozu töküb qarışdırdı:

-Bir də ki, adamın üstünə tullanmaq.

 Zülfüqar yeməyini saxladı:

-O, sənin üstünə tullanır bəyəm?

 Dürdanə bir qurtum çaydan içdi:

-Əvvəllər tullanmırdı, amma dünən hinə girdim ki, toyuqlara yem verim, bir də baxım görüm yumurtamayıblar, üstümə hucum elədi, elə tullandı ki, az qaldı gözümü çıxartsın.

 Zülfüqar da bir qurtum çay içdi:

-Bəs belə?! Neçə gündü ət yeməmişik. Qoy yeməyimi yeyim, durub onun nazik boğazını üzəcəm, sən də axşama inşəllah onu yaxşıca qızardarsan.

 Ürəyi həddindən artıq yuçuşaq olan Dürdanə bir qədər yanıqlı səslə dilləndi:

-Eləmə qaqaş! Axı o quşdu, şuuru yoxdu. Sənə də söz demək olmur e. Kəsmə xoruzu qaqaş. Mən biləni sabah sənin maaş alan günündü. Gedib bazardan yaxşı dana əti alarsan, mən də küftə-bozbaş bişirərəm. Bu xoruzun yaşı da çoxdu. Xoruz da yaşlandıqca əti daşa dönür. Saatlarla qoyursan odun üstünə bişmir. Kəsmə onu qaqaş, mənim xatirimə.

 Zülfüqar əllərini yana açdı:

-Axı üstünə tullanır. Toyuqlara necə yem verəcəksən, yumurtaları necə götürəcəksən?

 Dürdanə onun əlindən tutdu:

-Mən bir yol taparam qaqaş, amma kəsmə başını, ürəyim ağrayır yoxsa..

 Zülfüqar əyilib bacısının alnından öpdü:

-Sən lap mələksən bacı. Belə də ürək olar?!

 O, Dürdanədən yaşca kiçik olsa da, bir böyük qardaş kimi onun saçlarını tumarladı:

-Sənin ürəyin çox ağrayıb bacı. Mən bir də sənin ürəyinin ağrayacağına imkan vermərəm. Qoy sən deyən olsun! Amma onu elə yerə salacağam ki, daha sənin üstünə tullana bilməsin!  

 Qardaşının yenə də onun sözünü yerə salmadığını görən Dürdanə minnətdarlıq əlaməti olaraq onun üzündən öpdü və onlar səhər yeməyinə davam elədilər.

 Zülfüqar böyük rütbəli zabitlərin maşınlarının saxlandığı parka çatanda saat səkkizə on beş dəqiqə işləmişdi. O, yenə həmişə kimi maşını bir balaca müayinədən keçirib mühərriki hərəkətə gətirtdi və generalın arxasınca getdi. General həmin parkdan təxminən yarım saatlıq bir məsafədə yerləşən şəhərin çox sakit küçələrindən birində yaşayırdı. Zülfüqar da elə təxminən yarım saata generalın olduqca geniş darvazasının yaxınlığına çatdı və mobil telefonla generala qapıda gözlədiyini bildirdi.

 General isə həmişəkinin əksinə olaraq ona,-“Maşının qapısını bağla, içəri gəl”!-dedi.

 Zülfüqar təəcüblə dodağını büzüb daravazadan içəri girdi. General arvadı Pakizə xanımla həyətdə dayanmışdılar və xeyli məyus halda nə haqdasa söhbət eləyirdilər.

 Zülfüqar yaxınlaşıb salamlaşdı. General dərhal ona tərəf çevrildi:

-Mən işə maşın tapıb gedərəm. Sən Pakizə xanımı Tovuza aparmalısan, özü də bacardığın qədər tez! Bizim bu gün səhər iclasımız var! Günortadan sonra mən də bir maşın tapıb özümü çatdıracağam.

 Zülfüqar sual verməyin yersiz olduğunu düşünüb sadəcə başını tərpətdi:

-Oldu cənab general!

 O, Pakizə xanıma baxdı. Onun gözlərində yaş var idi. Zülfüqar söz yox ki, bunun nəsə xoşa gəlməyən bir səbəbi olduğunu dərhal duydu.

 Zülfüqar olduqca peşəkar bir sürücü idi, odur ki, maşını qovduqca qovdu və onlar düz dörd saat ərzində Bakıdan xeyli uzaqda yerləşən Tovuz şəhərinə çatdılar. Pakizə xanımın gedəcəyi mənzilə isə cəmisi on dəqiqəyə yetdilər. Yol boyu bir kəlmə də danışmayan və yalnız göz yaşı tökən Pakizə xanım maşından düşdü və açıq darvazadan içəri girdi. Olduqca iri həyətdə yüzdən çox adam yığılmışdı.

 Bir qədər sonra Zülfüqara hər şey aydın oldu. Pakizə xanımın səksən yaşlı anası rəhmətə getmişdi.

 Həmin gün Zülfüqar qadının hüzür mərasiminə hazırlıq məqsədilə Pakizə xanımın xahişilə bir neçə dəfə gah ərzaq gətirməkdən ötrü, gah da Tovuzun kəndlərində yaşayan yaxın qohumlardan olan qoca kişiləri və qadınları yas yerinə daşımaqdan ötrü hey ora-bura sürdü. O, həmin gün həddənindən artıq yorulsa da, bir insanın, bir müsəlmanın hüzüründə çalışmağı, əlindən gələn köməyi əsirgəməməyi savab bir hesab elədiyindən bu yorğunluq ona əziyyət kimi yox, bəlkə də bir istirahət kimi görünürdü.

 General Camalzadəyə gəlincə isə o, qadını yerdən götürən zaman özünü yetirə bilməsə də, axşam təxminən altı tamamda özünü hüzür mərasiminə çatdırdı və onu gətirən maşın dərhal geriyə qayıtdı.

 General təxminən üç saat orda oldu və başı ilə Zülfüqara,-“Gedək,”,-işarəsi verdi.

 Bir qədər sonra onlar yola düşdülər, Pakizə xanım isə söz yox ki, orda qaldı. Zülfüqar qadının üçü çıxandan sonra yenə Tovuza gedib onu gətirməli idi.

 Qayıdarkən daha tələsmədiyinə görə Zülfüqar beş saat maşın sürdü. Yol boyu onlar bir xeyli söhbət elədilər. Nədənsə kimsəyə öz şəxsi həyatı barədə söhbət açmayan Zülfüqar, generala uşağlığından bu yana başına gələnlərdən, nə kimi hadisələrlə qarşılaşdığından, eyni zamanda qardaşı arvadının ona qurduğu tələlərdən danışdı. Belə ki, Zülfüqar həm də generalın yüzdən çox sualına cavab verməli oldu və bu suallara cavab verərkən dilinə bir kəlmə də yalan gəlmədi. Dünya görmüş general isə bu cavabların yalnız səmimiyyətlə verildiyini çox gözəl anladı və maşından düşərkən əlini Zülfüqarın kürəyində şapılladıb sonra düşdü.

  Zülfüqar həmin gecə olduqca yorğun olduğundan, hətta bacısının bişirdiyi badımcan dolmasının dadına belə baxmadan evə girən kimi yatdı.

  Buna baxmayaraq o, səhər yenə tezdən durub həmişəki kimi Dürdanənin düzəltdiyi süfrənin kənarında oturub bu dəfə əməlli-başlı nahar elədi və geyinib yola düzəldi. General Camalzadə maşına oturan kimi ilk sözü bu oldu:

-Qayınanam rəhmətə getdi. Pakizənin bir qardaşı qızı var, atası Qarabağ müharibəsində hələ onun bir yaşı olarkən şəhid olub, anası da cəmisi iyirmi yaşı olan ərinin ölümünə dözə bilməyib ürəyi dayanıb. Qıza nənəsi, yəni Pakizənin rəhmətə gedən anası baxıb. İndi də arvad dünyasını dəyişib, yazıq qız tək qalıb. Onun hələ cəmisi on altı yaşı var. Orta məktəbi bu il qurtarıb. Dünən Pakizə ilə danışdıq. İstəyirəm nənəsinin qırxı çıxandan sonra gətirim onu burda yaxşı bir işə düzəldim. Ali məktəbə girmək fikri olsa, lap yaxşı.  Amma sözün açığı istəmirəm, bizimlə bir evdə yaşasın. Ona görə də fikrim var ki, həyətin yuxarı küncündə onun üçün iki otaqlı bir ev tikdirim. Mətbəxi, eyvanı, hamam-tualeti də olsun. Belə daha yaxşıdı. Hərçənd ki, bir xeyli xərcim də çıxacaq. Deyirsən bir müddət tikinti sahələrinə yük maşını ilə tikinti materialları daşımısan. Yəni tikinti materiallarını yaxşı tanıyırsan, bilirsən hansı yaxşıdı, hansı pis, qiymətləri neçəyədi, düzdümü?!

 Zülfüqar başını tərpətdi:

-Elədir cənab general!

-Buna görə də istəyirəm mənə kömək eləyəsən! Daha doğrusu bu işi verim sənin ixtiyarına. Bundan sonra hər gün elə ki, məni iş yerinə çatdırdın, həmin evin inşaatıyla məşğul olarsan. Sənə ev ərsəyə gələnəcən lazımi qədər pul verəcəyəm.

 General cibindən bir neçə yüzlük çıxarıb ona uzatdı:

-Al, bu siftə üçün. Sonra da nə qədər lazımdı verəcəyəm. Günü bu gün başlayarsan. Belə ki, arvadın qırxı çıxana qədər ev hazır olsa yaxşı olar. Oldu Zülfüqar?!

 Zülfüqar sol əlini sükandan buraxmadan sağ əliylə pulu alıb pencəyinin içəri döş cibinə qoydu:

-Oldu cənab general, arxayın olun! İnşallah qırx gün keçməz ki, ev hazır olar!

 Bununla da onların söhbəti bitdi və Zülfüqar elə həmin gündən etibarən generalın tapşırığını yerinə yetirməyə başladı.

 Zülfüqara tikinti materiallarını müntəzəm şəkildə generalın həyətinə daşımaqdan ötrü bir yük maşını lazım idi. Bu işi isə onun vaxtilə çalışdığı qarajdan yalnız Hərnozi eləyə bilərdi. Zülfüqar onun qaraj rəisinin qohumu olduğunu bilməsə də, istədiyi vaxt “xaltura” elədiyini və bu səbəbdən ona heç bir söz gəlmədiyini bilirdi. Zülfüqar bunu Hərnozinin köhnə bir sürücü olmağı və zirəkliyi ilə bağlayırdı, odur ki, ilk olaraq elə onunla zəngləşdi.

 Telefonunun ekranında Zülfüqarın nömrəsini görəndə Hərnozi onun işdən çıxarılmağının baisi o, olduğunu bildiyini zənn edib, əvvəlcə xəttə qoşulmaq istəmədi, lakin sonra nə fikirləşdisə aparatı qulağına tutdu və Zülfüqarın ondan sadəcə olaraq bir həyətə  tikinti materialları daşımaq lazım olduğunu bildirəndə şübhəsi dağıldı və hardasa onunla bağlı günahını yumaq üçün onun təklifinə böyük məmmuniyyətlə razılaşdı.

 Bir saatdan sonra onlar tikinti materialları satılan nəhəng bir dükanın qarşısında görüşdülər. Hərnozi Zülfüqarın sürdüyü maşını görəndə heyrətdən gözləri böyüdü. Onun kəlləsinə çıxmış gözlərinə qətiyyən əhəmiyyət verməyən Zülfüqar isə bir xeyli tikinti materialı alıb Hərnozinin maşınının yük yerinə yüklətdirdi və ona,-“Arxamca sür”,-işarəsi verdi.  

 Təxminən yarım saatdan sonra onlar generalın həyətinə çatdılar və Zülfüqar tərəfindən tutulmuş iki dənə fəhlə yükləri boşaldıb həyətə daşıdılar. Zülfüqar, Hərnoziyə iki dənə onluq uzadıb, sabah yenə həmin dükanın qarşısında onu gözləyəcəyini söylədi.

 Hərnozi pulları alıb cibinə qoydu və təəcüblə generalın ikimərtəbəli imarətinə baxdı:

-Sürdüyün maşına söz ola bilməz qaqaş, yaxşı soruşmaq ayıb olmasın, kimi gəzdirirsən belə?

 Zülfüqar da necə deyərlər onun gözü ilə bir qədər imarətə tamaşa elədi:

-General Camal Camalzadəni.

 Hərnozi məmmunluqla başını tərpətdi:

-Əla! Əladan da əla qaqaş! Sağ əlin başıma! Bax buna deyərlər ki, biyabandan gülüstana təşrif buyurmaq. Bu məni çox sevindirdi. Yaxşı qaqaş, mən gedim, yoxsa zəhləmi tökərlər. Yolçu yolda gərək.

 Hərnozi yük maşınına minib mühərriki hərəkətə gətirdi və yola düzəldi. Əslində o, Zülfüqarın generalı gəzdirməyinə nə sevinirdi, nə də kədərlənirdi, amma bu onu o qədər təəcübləndirmişdi ki, elə maşındaca zəng edib bunu məşuqəsi Mayiləyə bildirdi.

 Mayiləyə isə əgər bütün nəslin qırılıb desəydilər, bu qədər partlamazdı. O, bunu eşidən kimi bəlkə də yüz rəngə düşdü, gah qızardı, gah bozardı, gah qaraldı, gah ağardı, gah saraldı, gah göyərdi, gah da başqa rənglər aldı. Bir sözlə havalanmaq dərəcəsinə gələn bu paxıllığının qurdu yalnız öz içini yeyən sərsəm qadın ürəyi partlamasın deyə vanna otağına girib təxminən bir saat ilıq duş qəbul elədi.

 Ordan çıxanda bir qədər özünə gəlsə də, artıq Zülfüqarı məhv eləməkdən ötrü hətta böyük təhlükə törədə bilən bir vasitəyə əl atacağı və ona heç bir pislik eləməyən bu cavan oğlandan dəhşətli bir intiqam alacağı barədə düşünürdü.

Bu səbəbdən də zəng vurub Hərnozidən həmin generalın hansı hərbi müəssisənin rəhbərlərindən biri olduğunu və həmin hərbi müsəsisənin harda yerləşdiyini öyrənməsini tələb elədi. Ertəsi gün səhər tezdən Hərnozi general Camalzadənin hansı müəssisədə çalışdığını və kabinetinin harda zəng vurub ona dedi.

 Bundan sonra Mayilə güzgünün qarşısında dayanıb generalla necə danışacağını, Zülfüqara necə böhtan atacağını, hansı üsulla generalı aldadacığını o ki, var məşq elədi və təxminən yarım saatdan sonra abırlı görünməkdən ötrü sinəsi, qolu, qıçı bağlı paltar geyininərək evdən çıxıb yola düzəldi. 

 General Camalzadənin, eyni zamanda rütbəcə ondan da böyük olan Balaş Dünyamalıyevin işlədikləri hərbi müəssisənin iri və hündür qapısı qarşısında əli avtomatlı iki əsgər dayanmışdı, Mayilə ora yaxınlaşmaq istəyərkən qapının açıldığını və ordan minik maşını olmağına baxmayaraq xeyli iri bir maşının çıxdığını gördü. Maşının sürücü tərəfdəki pəncərəsi açıq idi və Mayilə sükan arxasında məhz Zülfüqarı görən zaman özündən asılı olmayaraq yenə geri sıçrayaraq səkidəki yoğun gövdəli söyüd ağacının arxasında gizləndi. Söz yox ki, generalı iş yerinə çatdırıb, onun tapşırığına əsasən həyətlərində tikinti işinə nəzarət eləməkdən, həm də lazım olan tikinti materialları almaqdan ötrü gedən Zülfüqar onu görmədi və sükanı sağa buraraq enli küçə ilə yoluna davam elədi.

 Mayilənin paxıllıq hissləri o qədər güclənmişdi ki, bütün varlığı əsirdi, belə ki, bir neçə saniyə harda olduğunu, nə planlaşdırdığını belə unutdu. Lakin bir qədər sonra zorla da olsa özünü ələ alıb hərbi müsəsisəsin qapısına tərəf getdi və orda dayanan əsgərlərə general Camalzadə ilə görüşmək istədiyini bildirdi.

 Əsgərlər bir ağızdan,-“Bura hərbi müəsisədir xanım, buraxılış vəsiqəsi olmadan bura kimsə buraxılmır”!-dedilər.  

 Mayilə dərhal başa düşdü ki, həyasızlığı burda keçməyəcək, odur ki, daha bir söz deməyib geriyə çəkildi və generalla axşam onun evində görüşəcəyini qərarlaşdırdı.

 

 

 

                        QARMAQ

 

 Pakizə xanım anasının qırxı çıxana qədər Tovuzda qalacaqdı. Bu səbəbdən də Zülfüqar axşam saat altı tamamda onu evə gətirəndən, xidmətçi qadın da artıq öz işini bitirib getdiyindən general evdə tək idi, oturub televizorda hərbi verilişə baxırdı ki, küçə qapısının zəngi çalındı. General manitordan baxdı, küçə qapısının ağzında tanımadığı bir qadını görüb təəcübləndi, lakin bunun nəsə bir səbəbi var deyə fikirləşib evdən çıxaraq küçə qapısını açdı. Mayilə dərhal dil-ağız tökdü:

-Siz məni tanımırsız cənab general, odur ki, telefonla sizə zəng vurmağı ədəbsizlik hesab elədim. Bu səbəbdən də fikirləşdim ki, sizinlə üzbəüz dayanıb söhbət eləsəm daha mədəni olar. Səhər işlədiyiniz hərbi müəssisəyə getmişdim, lakin qapıda dayanan əsgərlər məni içəri buraxmadılar.

 Onsuz da daim ciddi görünən generalın sifəti bir qədər də ciddi görkəm aldı:

-Bağışlayın, siz kimsiz?

 Mayilə bir az da artıq obraza girdi:

-Vətənini, torpağını, dövlətini, xalqını, millətini çox sevən bir insan. Buna görə də istəmirəm vətənimin sizin kimi igid oğulları vətən xainlərindən zərər çəksin.

 Generalın özündən asılı olmayaraq sağ qaşı yuxarı qalxdı:

-Kimdi bu vətən xaini?

 Mayilə gözünü dörd tərəfə gəzdirdi:

-Burda deyə bilmərəm cənab general, əgər mümkün olsaydı, evdə hər şeyi söyləyərdim.

 General da olduqca narazı halda özündən biixtiyar o yan, bu yana nəzər salıb sağ əliylə ona həyəti göstərdi:

-Keçin içəri!

 Bir qədər sonra onlar masa arxasında elə Mayilənin dediyi kimi üzbəüz oturdular. General şəhadət barmağı ilə hər tərəfi par-par parıldayan masanın üstünü taqqıllatdı:

-Hə, deyin görək o vətən xaini kimdi?

 Mayilə bir qədər susub sözə başladı:

-Sizin sürücünüz, Zülfüqar.. Mən onu çox yaxşı tanıyıram.

 General masanın üstündəki bahalı siqaret qutusundan bir siqaret götürdü:

-Hardan tanıyırsız?

-O mənim qaynımdır, yəni ərim Nazimin qardaşı.

-Deməli qaynınızdır, hə?

-Hə!

-Yaxşı onun vətən xaini olduğunu hansı dəlillərlə subut eləyə bilərsiz?!

 Mayilə guya dəhşətə gəlirmiş kimi gözləini yumub açdı:

-O, hərbi xidmətdən evə qayıdandan bir müddət sonra içib möhkəm sərxoş olmuşdu və cəbhədə əsgər yoldaşlarının bir neçəsini xəlvətcə öldürdüyünü dedi. Özü də bunu elə eləyibmiş ki, hamı onların düşmən tərəfindən öldürüldüyünü zənn eləsin.

 General siqaretini alışdırdı:

-Bu nə zaman olub?

 Mayilə bu dəfə fikirləşmədən dilləndi:

-Üç il bundan qabaq. O, hərbi xidmətdən cəmisi iki ay idi ki, qayıtmışdı.

 General siqaretinə qullab vurdu:

-O zaman bu barədə polisə məlumat verdinizmi?

 Mayilə bir qədər tutuldu:

-Yox, xeyr!

-Nədən?

-Nə bilim?! Sözün düzü o vaxt bu mənim heç ağlıma gəlmədi.

-Bəs niyə indi gəldi?

 Mayilə bir az da artıq tutuldu:

-Onun sizin sürücünüz olduğunu eşidincə sanki birdən ayıldım. Fikirləşdim ki, o alçaq sizə xətər toxundura bilər. Düşündüm ki, siz vətənə çox lazımlı adamsız, sizin kimi generalların sayəsində məhz vətən qorunur, əmin-amanlıqda olur.

 General siqaretin külünü külbabıya tökdü:

-Səhv eləmirəmsə sizin hal-hazırda yaşadığınız ev, onun dədə-baba mülküdür, elədi?!

 Mayilə tutulduğu üçün generalın sualına cavab verə bilmədi. General sözünə davam elədi:

-Amma o bağda qalır, bacısı ilə. Hərçənd ki, ərindən boşanmış bacısının da atadan qalma malikanədə yaşamağına haqqı var. Özü də mən bildiyimə görə Zülfüqar neçə ildi bağda yaşayır, yəni siz ona ilk dəfə böhtan atan zamandan.

 Mayilə titrədi:

-Mən?. Mən ona böhtan atmışam?

 General yenə siqaretinə qullab vurdu:

-Bəli böhtan atmısız. Sonra yenə böhtan atmısız, sonra yenə şərləmisiz, indi də ona ləkə yaxmaq istəyirsiz. Mən əminəm ki, yük maşınları qarajından da onun kənarlaşdırılmasında sizin əliniz var.

 General bunu deyib özündən biixtiyar ayağa qalxdı:

-Bura bax qadın, siz məni abdalmı hesab edirsiz?! Hər kəsi aldada-aldada cəbhədə sinəsinə rütbəcə məndən də böyük general Balaş Dünyamalıyev orden taxdığı, bir tankçı olaraq  onlarla düşməni məhv eləyən, vətənə, torpağa, dövlətinə, xalqına çoxlarına nəsib olmayan qeyrətlə, sədaqətlə xidmət eləyən və nəhayət mənim özümü cəbhə bölgəsində olarkən qəfil erməni gülləsindən xilas eləyən Azərbaycanın igid bir oğluna o ki, var qara yaxmısız. Özünüz də o qədər kütsüz ki, bunu da anlamırsız ki, mən bağça müəllimi deyiləm, ali bir hərbi müəssisəinin yüksək rütbəli zabitiyəm. Biz özümüzə sürücü götürəndə onun bütün tərcümeyi-halı ilə yaxından tanış oluruq və onun əsl vətəndaş olduğunu dəqiqliklə öyrənəndən sonra onu işə götürürük.

 Nə deyəcəyini, vəziyyətdən necə çıxacağını bilməyən Mayilə də ayağa durmuşdu. Özü də bu dəfə obraza girib ağlamaq istəsə də, heç cürə alınmırdı. Üzr istəmək isə artıq lazımsız idi. General onun paxırını açmışdı.

 General Camalzadənin boyu çox uca idi, bu səbəbdən də boyu bir metr əlli santimetrdən böyük olmayan Mayilə onun az qala qıçı boyda görünürdü. Bəlkə də elə buna görə general ona tərəf az qala ikiqat əyildi:

-Özünüz də Allahınıza şükür eləyin ki, qadınsız. Mən isə qadınlara heç vaxt əl qaldırmıram. Əgər kişi olsaydız, sizi möhkəmcə əzişdirərdim, sonra isə cinayət məcəlləsinin günahsız insanlara böhtan atmaq maddəsilə həbs elətdirərdim. İndi isə gedin burdan, özü də arxanıza da baxmayın! Bunu da qulaqlarınızda sırğa eləyin ki, əgər bir də tək Zülfüqara deyil, kiməsə böhtan atsaz, onda mənim fikrim dəyişəcək!

 Mayilə generalın evindən çıxanda elə tərləmişdi ki, sanki ən azı yarım saat  isti hamamda buxar qəbul eləmişdi. Onun güclü ağlamağı gəlirdi, lakin ağlaya bilmirdi. Uduzmuşdu Mayilə bu səfər, özü də bu dəfə şeytanı onun köməyinə gələ bilməmişdi, əvvəlki əbləhlərdən çox fərqli olaraq vətənin qorunmasında xidmətləri olan general Camalzadə onun paxırını açıb onu rəzil eləmişdi.

 Fəqət zəhərli əqrəb zəhərini buraxmaqdan ötrü ova çıxırsa və belə bir ov onun rastına çıxmırsa, bu vaxt qarşısına gələn hər şeyi, hətta torpağı, daşı belə sancır. Mayilə bu dəfə zəhərini buraxa bilməmişdi, əgər bir müddət də keçsəydi içindəki zəhər özünü dağıdacaqdı. Bu səbəbdən də o, zəhərini hökmən bayıra çıxarmalı və zəhərini kiminsə üzərinə axıtmalı idi. Hər qarşısına çıxanı zəhərləmək isə ona baha başa gələ bilər, daha doğrusu polis onu asanlıqla yaxalaya bilərdi və onu tezliklə qolları qandallı həbsxanaya aparardılar. Lakin hələ vaxt var ikən zəhəri püskürməli idi, yoxsa gec olardı.

 O, evə girəndə Nazim ayaqlarını bir-birinin üstünə aşırıb qabağında təzə dəmlənmiş qəhvə, siqaret çəkərək Hollivud istehsalı olan əxlaqsız qadınlar haqqında tamamilə mənasız bir filmə baxırdı. O, Mayilə içəri girəndə ona ani olaraq nəzər salıb üzünü yenə televizora tutdu:

-Hardan gəlirsən canan?

 Əsəbdən bütün orqanları təlatümə gəldiyindən, oğraş Nazim Mayiləyə olduqca əcaib-qəraib göründü və bir anlıq onu əsəblərini tarımdan da tarıma çəkən Zülfüqarın böyük qardaşı Nazimin qarşısındakı ağır şüşə külqabını onun başına çırpıb üz-gözünü qana boyamaq istədi. Lakin içində fırtınalar qopan bu ifritənin şuuru nə qədər dumanlansa da hələ ki, onu idarə eləyə bilirdi. Odur ki, çox çətinliklə də olsa özünü ələ alıb televizora nəzər saldı:

-Qəhbələrdən filmə baxırsan, hə?!

 Nazim bir qurtum qəhvə içdi:

-Necə bəyəm, olmaz?!

 Mayilə acıqla dilləndi:

-Yox olmaz!

 Nazim gözlərini televizorun ekranından ayırıb ona tərəf baxdı:

-Niyə? Burda nə pis şey var ki?!  Biz kişilərin külli-ixtiyarı qəhbələrin əlində deyil məgər?

 Mayilə fısıldadı:

-Başa düşmədim?! Deməli sənin külli-ixtiyarın qəhbələrin əlindədi, hə?! Belə çıxır ki, mən qəhbəyəm, hə?!

 Nazim bir qədər başqa cür poza aldı:

-Yox, elə demək istəmədim, qəhbə niyə olursan?! Sən mənim sevgilimsən. Məgər mən qəhbə ilə evlənərdimmi?!

 Mayilə onun üzünə marıtladı:

-Yox Nazim, dil çaşar düzünü danışar deyiblər. Bir az bundan qabaq sən məni dolayısı ilə qəhbə adlandırdın. Dedin ki, biz kişilərin külli-ixtiyarı qəhbələrin əlindədi. Biz kişilərin dedin, biz kişilərin..

 Nazim başqa çarə qalmadığını görüb pultla televizoru söndürdü:

-İşə düşmədik?! Mən elə-belə sözgəlişi deyirdim Mayiləcan. Sən mənim gözümdə çox pak, təmiz bir qadınsan.

 Mayilə onun qolundan yapışdı:

-Məni təmiz qadın kimi dəyərləndirsəydin, elə deməzdin. Mənimlə barda tanış olmuşdun. Bəli, o vaxt mən bədənimi satırdım, amma səninlə ev olandan sonra mənə səndən başqa bir kişinin barmağı dəyməyib. Hərçənd ki, sən özün də əməlli-başlı bir kişi də deyilsən. Yoxsa özünü məndən artıq hesab eləyirsən, hə?! Ayaqlarıma qapanmışdın onda, yalvrırdın mənə, deyirdin hər şeyə razıyam, təki mənim arvadım olasan. Mənim də sənə yazığım gəldi, amma sən məni bir az bundan qabaq qəhbə adlandırdın. Əlbəttə, səndən daha başqa nə gözləmək olar ki?! Sən dünyanın ən mundar adamı Zülfüqarın böyük qardaşı deyilsən məgər?! Bax indi görürəm ki, qanınız bir olduğu üçün səninlə onun arasında heç bir fərq yox imiş. İndiyə qədər rola girmisən demək Nazim. Məni ələ salmısan, barmağına dolamısan. Bu sənə baha başa gələcək Nazim, baxarsan!

 Mayilə bunu deyib mətbəxə keçdi və ordan iri bir ət bıçağı görtürüb qayıtdı. Bıçaq çox iti idi və Nazimin gözündə həmişəkindən daha çox parıldayırdı. Söz yox ki, bu parılrını yaradan güclü qorxu idi.

 Nazim bu dəfə doğurdan da heç nədən işə düşmüşdü. Məsələ burasında idi ki, o, Mayiləyə indiyə qədər buna bənzər çox sözlər demişdi, Mayilə heç vaxt buna görə əsəbləşməmiş, əksinə bu cür sözlər onun canına yağ kimi yayılmışdı. İndi isə onu tanımaq olmurdu. Əslində bədbəxt Nazim yalnız indi illərdir qardaşı Zülfüqar onun ucbatından evdən didərgin düşmüş, bacısı haqqında isə məlumat belə almağa imkan verməyən buu qadının əsl simasını görürdü.  

 Kiçik qardaşı Zülfüqara qətiyyən bənzəməyən, donuz kolbasası yeməkdən isə bədənində adrenalini həddindən artıq çox olduğundan olduqca qorxaq bir adam olan Nazim, gözlərindən yırtıcılıq və ifritəlik tökülən qadının ölüm saçan baxışlarından çox qorxdu və onu elə qorxu həyəcanı bürüdü ki, Mayilənin ayaqlarına yıxılıb min dəfə üzr diləmək, yalvarmaq istədi.

 Əlində olduqca iti bıçaq olan Mayilə isə sanki bilərəkdən tələsmədən ağır-ağır ona yaxınlaşırdı. Bıçaq isə elektrik lampasının işığı altında get-gedə daha çox parıldayırdı və göz qamaşdırırdı.

 İfritə qadın ağır-ağır bir neçə addım da atıb bəlkə də dünyanın ən qorxaq adamlarından biri olan Nazimin yarım addımlığında dayandı. Onun baxışları indi həqiqətən də kimisə çalmağa hazırlaşan dünyanın ən zəhərli ilanı olan kobra baxışlarına bənzəyirdi. Nazimdən tər su yerinə axırdı, o, tufan zamanı güclü küləyin təsirindən enib qalxan qanqal kimi tir-tir titrəyirdi.  

 Əslində bir neçə il bir damın altında yaşadıqlarından Mayilə bu bədbəxtin olduqca qorxaq olduğunu çox yaxşı bilirdi, buna görə də məqsədi aydın idi, onun bağrını çatladıb öldürmək. Bundan ötrü söz yox ki, onun düşüncəsinə görə onu kimsə ittiham eləməyəcəkdi. Yox əgər indi bağrı çatlamasa, bunu başqa bir vaxt icra eləmək.

 Lakin bir neçə saat bundan qabaq ağıllı bir insana məğlub olan ifritə qadın öz xarakterinə rəğmən indi tez bir zaman içində çox riyakarcasına plan cızmışdı. Odur ki, qəfildən sol əliylə Nazimin boğazından yapışdı və iti bıçağın ucunu onun boğazı ilə çənəsinina arasına söykədi, lakin bıçağı onun boğazına çəkmədi, çünki bir qədər sonra onun düşündüyü kimi oldu, Nazimin qorxudan bağrı çatladı və ağzından qan gələrək tapıltı ilə yerə yıxıldı.

 Mayilə onun öldüyünə əmin olandan sonra dərhal yüyürərək bıçağı mətbəxdə yerinə qoyub həmin otağa qayıtdı və əllərini üzünə qoyub bar-bar bağırmağa başladı:

-Kömək eləyin, kömək eləyin! Vay-vay, mənim yazıq bəxtim. Başım necə də bəlada imiş. Öldü, öldü bədbəxt, öldü. Bu nə bədbəxtlikdi mənim başıma gəldi.

 Bir qədər sonra artıq bəziləri yatmağa hazırlaşan qonşular onun leş yeyən kaftar it səsinə oxşayan səsinə yığışdı və nəinki bədbəxt Nazimin bağrının onun tərəfindən çatladıldığını bilmədilər, əksinə ərinin qəfil ölümü ilə bağlı ona təsəlli və başsağlığı verdilər. Lakin qonşu qadınlar bununla yanaşı Mayiləni artıq çox yaxşı tanıdıqlarına görə onun tökdüytü göz yaşlarına inanmadılar. Onlarla divar qonşusu olan Xavər xala isə Nazimin qəfil ölümündə artıq Mayilədən şübhələnmişdi, odur ki, nəinki onun göz yaşlarına inanmadı, əksinə səksən beş yaşına rəğmən bir kənarda oturaraq hey Mayiləni şübhəli-şübhəli süzdü.

 Nazimin ölümündən təxminən bir saat sonra Dilarə xala tərəfindən qəflətən ürəyi partladığı barədə məlumat alan Zülfüqar dərhal bacısını da götürüb dəhşətli bir təlaş içində telefonla taksi çağıraraq hadisə yerinə tələsdi. Bağdan ora taksi ilə təxminən  qırx dəqiqəlik yol idi, lakin Zülfüqar taksi sürücüsünü tələsdirdiyindən o, taksini saatda ən azı yüz kilometr sürətlə idarə eləyib onları iyirmi beş dəqiqəyə ora çatdırdı. Bütün yolu ona yad bir adam, Zülfüqara isə düşmən kimi münasibət bəsləyən Nazim üçün yol boyu göz yaşı töküb hönkür-hönkür ağlayan Dürdanə maşından düşən kimi yüyürə-yüyürə əvvəlcə qapısı açıq həyətə, ordan da evə girdi.

 Nazimin üstünə mələfə çəkmişdilər, Mayilə qonşu qadınlarla bir kənarda oturub guya ağlayırmış kimi yalandan tez-tez yaylıqla gözlərini silirdi. Dürdanə evə girən kimi yüyürüb özünü qardaşının cəsədinin üstünə saldı və görənlərin, eşidənlərin ruhunu sarsıdacaq dərəcədə yanıqlı səslə oxşayıb ağı deməyə başladı.

 Zülfüqar bacısından bir neçə saniyə otağa daxil oldu. Mayilə onu görən kimi ayağa qalxıb bayquş ulamasına bənzər bir səslə dilləndi:

-Nə üzlə bura gəlmisən, get burdan tez, yoxsa polis çağıraram!

 Mayilənin generalla görüşündən artıq xəbəri olan və polad iradəsinə rəğmən yenə özünü ələ alan, lakin qardaşının qəfil ölümü ilə bağlı ruhunda zəlzələlər baş qaldıran Zülfüqarın gözləri bu səfər qığılcılm saçdı:

-Qardaşım rəhmətə gedib, özü də bura mənim atamın evidir, bu evdə mənim payım var! Çağır, istəyirsən polis yox e, nə çağırırsan çağır, onsuz da mən burdan gedən deyiləm!

 O, bunu deyib Nazimin cəsədinə yaxınlaşdı və dizi üstə çökərək bacısına qoşulub bir müddət için-için ağladı. Sonra isə mələfəni açıb bir qədər cəsədə tamaşa elədi və ayağa qalxıb üzünü Mayilənin yanında oturmuş qonşu qadınlara tutdu:

-Siz bilərsiz, Nazim son vaxtlar ürəyindən və yaxud ümumiyyətlə səhhətindən şikayət eləyirdimi?!

 Orda üç nəfər qonşu qadın var idi, özü də hər üçü artıq çoxdandı ki, Mayilənin fahişə olduğundan xəbərdar idilər və bu səbəbdən də onun nə göz yaşlarına, nə də bir sözünə inanmırdılar. Bundan əlavə də onun qaynı Zülfüqara böhtan atdığını da artıqanalamağa başlamışdılar.

Qadınların üçü də Zülfüqarın sualına rəğmən bir-birinə baxıb başlarını buladılar.

 Zülfüqar sanki öz-özünə danışırmış kimi dilləndi:

-Axı onun heç cəmisi iyirmi yeddi yaşı var. Qonşu qadınlar da deyir ki, səhhətindən qətiyyən şikayətlənmirdi. Yox, burda nəsə var.

 O, bunu deyib mobil telefonunu çıxarıb general Camalzadəyə zəng vurdu:

-Alo, mənəm cənab general! Bağışlayın ki, gecə vaxtı zəng vurub sizi narahat eləyirəm. Məsələ burasındadır ki, qardaşım qəfildən rəhmətə gedib, onun cəmisi iyirmi yeddi yaş var idi cənab general, özü də hamının dediyinə görə heç bir yerindən şikayətlənmirmiş. Onun qəfil ölümü məni çox şübhəyə salıb cənab general?!

 General Camalzadənin səsi eşidildi:

-Əgər şübhələnirsənsə, narahat olma! Mən indi ora istintaq qrupu gətirərəm! Sən sadəcə olaraq ünvanı de!

 Zülfüqar oranın ünvanını deyəndən sonra generalın yenə səsi gəldi:

-Bir az sonra istintaq qrupu orda olacaq! Mən özüm də gəlirəm!

 Zülfüqar məmmunluqla başını tərpətdi:

-Təşəkkür edirəm cənab general, gözləyirəm!

 O, telefonu xəttdən ayırıb kəmərinə keçirtdi. Bir qədər sonra general özü ona zəng vurdu. Zülfüqar dərhal telefonu qulağına tutdu:

-Eşidirəm cənab general! Cinayət Axtarışları Şəbəsinin rəisi Sübhan Poladov?! O, özü bura gəlir?! Çox gözəl cənab general! Allah sizdən razı olsun cənab general!

 Zülfüqar yenə telefonu xəttdən ayırıb kəmərinə keçirdi. Mayilənin isə üzü səyirirdi, o indi tələyə düşüb çıxa bilməyən siçovul halında idi. Yavaş-yavaş onu soyuq tər basırdı. Bunun səbəbi isə Zülfüqarın Sübhan Poladovun adını çəkməsi idi. Mayilə bu ismi çox yaxşı tanıyırdı. Hələ düz on üç il bundan qabaq uşaq oğruları ilə əlbir olduğuna görə onların bütün bandit dəstəsi yaxalanarkən, operativ qrupa məhz Sübhan Poladov başçılıq eləmişdi və onun qollarını da şəxsən özü qandallamışdı.

 Mayilə yumurtası tərs gəlmiş toyuq kimi gicəllənirdi. Bir-birini təkzib edən fikirlər onun beynində çuğlayırdı. Əgər Poladov bura gələnə qədər qaçıb aradan çıxsaydı, ondan daha çox şübhələnəcəkdilər və hara getsə də onsuz da bu ən açılmayan cinayətləriin üstünü açmaqda, ən qatı caniləri həbs eləməkdə uzun illərdir ad çıxaran, əslində artıq neçə il bundan qabaq polkovnik rütbəsi verilərək Cinayət Axtarışları Şöbəsinə rəis seçilməsinə baxmayaraq, hamının sadəcə olaraq  mayor Sübhan Poladov kimi tanıdığı, uzun illər əsasən istintaq qrupunun rəhbəri kimi çalşdığı şöbədə yenə açılmaz düyünləri açmaq məhz onun iştirakı ilə mümkün olduğu üçün,  əvvəlki kimi əsasən ağır cinayətlər baş verən zaman yenə istintaq qrupuna rəhbərlik edən bu “ovçunun” iti qarmağından yaxa qurtara bilməyəcəkdi. Çünki Poladov onu tanıyacaqdı və dərhal ondan şübhələnib çoxları üçün olduqca sirrli olan deduktiv üsulunu işə salaraq hökmən onu ifşa eləyəcəkdi. Bu səbəbdən də bədəni get-gedə buzlayırdı və ona elə gəlirdi ki, bir neçə saat bundan əvvəl qorxuzub öldürdüyü Nazimdən indi bu dəqiqə daha çox qorxu içindədi.

 Sübhan Poladov öz qrupu ilə birlikdə evə girəndən bir neçə saniyə sonra general Camalzadə də qapıda göründü.

 General Camalzadə bu artıq yaşı altmışı haqlamış saçları qar kimi ağarmış huquq mühafizə orqanları əməkdaşını iyirmi il idi tanıyırdı. O zaman Poladov, general hələ kapitan rütbəsində olarkən onunla birlikdə zabitlər yetişdirən məktəbdə dərs deyən bir neçə Azərbaycan zabitinin yatdıqları yerdə öldürülməsi ilə əlaqədar öz məxfi üsulunu işə salmış və tez bir zamanda Azərbaycan hərbiçilərinin arasına soxulmuş və hamının Şərəfzadə Şərəf kimi tanıdığı, əslində Ermənistan xüsusi təşkilatı tərəfindən cəsus kimi göndərilmiş Qriqoryan Movsesi ifşa edib yaxalayaraq Milli Təhlükəsizlik Nazirliyinə təhvil vermişdi. Məhz buna görə də general Camalzadə sürücüsü Zülfüqarın böyük qardaşı Nazimin şübhəli ölümü ilə əlaqədar ona zəng vurmuş və əgər bu işdə cinayət varsa, üstünü açmasını ondan xahiş eləmişdi.

 Sübhan Poladov içəri girən kimi özünə məxsus şəkildə əvvəlcə cəsədə qətiyyən nəzər salmayaraq ətrafa göz gəzdirdi və gözü durmadan axıtdığı soyuq tərdən döşəməni xeyli islatmış Mayilələyə sataşınca bir neçə saniyə onu hardan tanıdığını düşündü və az zaman içində onun kim olduğunu yadına salıb, dərhal ona yaxınlaşdı:

-Sən burda nə gəzirsən?

 Mayilənin səsi xeyli titrədi:

-Mən mərhumun həyat yoldaşıyam.

 Sübhan Poladov ani olaraq ətrafa bir də göz gəzdirdi:

-Niyə titrəyirsən?

-Ərim ölüb ona görə.

 Poladov üzünü Mayilədən bir qədər kənarda oturmuş Xavər xalaya tutdu:

-Bağışlayın xanım, sizin əriniz sağdımı?

 Xavər xala başını tərpətdi:

-Yox, artıq iyirmi ildi dünyasını dəyişib.

-Ərinizi çox sevirdizmi?

-Əlbəttə! Düz qırx beş il evli olduq, rəhmətlik iynənin ucu qədər də məni incitmədi. Ona görə də hər cümə axşamı artıq iyirmi ildi onun üçün “Yəsin” oxutdururam.

-Əriniz öləndə titrəyirdizmi?

 Xavər xala başını buladı:

-Xeyr, tamamilə titrəmirdim.

-Axı deyirsiz ki, onu çox sevirdiz?!

-Hə, çox sevirdim, amma niyə titrəyim ki?! Öldü, bu nahaq dünyadan köçdü haqq dünyaya.. Özü də titrəsəydim, iki il bundan qabaq nəvəm Zəfər Qarabağda şəhid olanda titrəyərdim də. Ürəyim ağradı, gözlərim qaraldı, başım gicəlləndi, amma titrəmədim.

 Xavər xala bunu deyib bir qədər çətinliklə də olsa kətildən ayağa qalxıb bir kənarda oturub zülüm-zülüm ağlayan Dürdanəyə yaxınlaşaraq qucaqladı:

-Buna deyirlər e, bacının canı qardaşda, qardaşı canı itdə.

 O, bunu deyib Dürdanənin başından öpdü:

-Başın sağ olsun qızım, üzmə özünü, ölüm haqdı, bir az gec, bir az tez. Allah rəhmət eləsin! O biri qardaşından muğayat ol!

 Xavər xala bunu deyib yenə əvvəlki yerinə qayıdıb kətildə oturdu.

 Elə bu ərəfədə Nazimin ölümündən yalnız indi xəbər tutan Dilarə xala içəri girdi və böyük bir həyəcan içində demək olar ki, yüyürərək gəlib əvvəlcə Dürdanəni, sonra da Zülfüqarı öpərək bir söz demədən oturub xısın-xısın ağlamağa başladı.

 Bununla əlaqədar sözünə bir qədər ara verən Poladov yenə əvvəlkindən bir az da artıq titrəyən Mayiləyə baxdı:

-Amma sən tir-tir titrəyirsən. O vaxtı uşaq oğruları dəstəsinin üzvü olaraq yaxlananda da belə titrəyirdin. Özünü ələ al, hələ sənə çoxlu suallarım olacaq. Onlara cavab verməyə borclusan. Yalan ifadə versən isə özünü olduqca pis vəziyyətdə qoyacaqsan.

 Poladovun Mayiləyə “uşaq oğruları dəstəsinin üzvü olaraq yaxalanarkən də belə titrəyirdin”,-deməsi otaqdakı bütün insanları, qonşu qadınları, bu gün axşam onun ifritə sifətini görmüş və onu evindən qovmuş, bayaqdan mayorun yanında durub onu nifrətlə süzən general Camalzadəni, Zülfüqarı, Sübhan Poladovla gələn istintaq qrupunu və hətta istintaq qrupu gələndən sonra bir kənara çəkilib durmadan göz yaşı tökən Dürdanəni də heyrətə gətirmişdi.

 Bir qədər sonra bayaqdan cəsədi müayinə eləyən tibbi ekspert Mahir Kərimzadə cəsəddən ayrılıb Sübhan Poladova yaxınlaşdı:

-Cəsədin üzrərində zorakılıq əlamətləri yoxdu Sübhan müəllim, onu boğmayıblar, çünki əgər boğsaydılar bu dərhal bilinərdi. Bir də ki, kürək nahiyəsinin tamamilə qaralması isə onun güclü infarkt keçirdiyini göstərir. Ancaq mərhumun boğazı ilə çənəsi arasında kiminsə sol əlinin barmaq izləri var, bir də boğazının tən ortasında iti bıçaq ucunun izi var. Bundan belə məlum olur ki, kimsə sol əliylə mərhumun boğazından yapışmış, sağ əliylə isə bıçağı onun boğazına söykəmişdir.

 Poladov onun sözlərinə əlavə etdi:

-Ancaq mərhumu nə boğmağa, nə də bıçaqlamağa ehtiyac olmamışdır, çünki bədbəxtin məhz qorxudan bağrı çatlamışdır.

 O, bunu deyib masasnın üstündəki yarısına qədər qəhvə olan fincana işarə eldərək üzünü ekspert Lətif Lətifova tutdu:

-Fincanın üzərindəki əl izlərinə baxdınızmı?

 Lətifov başını tərpətdi:

-Bəli Sübhan müəllim, fincanın üsərindəki barmaq izləri mərhuma məxsusdur.

 Sübhan Poladov gözlərini funcandan ayırmadan dilləndi:

-Qəhvə yarıya qədər içilib. Belə çıxır ki, mərhum qəhvəni axıra qədər içə bilməyib.

 O, üzünü hələ də titrəməsi keçməyən Mayiləyə tutdu:

 Mərhum ölərkən evdə kim var idi?

 Mayilə süni şəkildə inildədi:

-Mən! Başqa heç kim!

-Qəhvəni kim dəmləmişdi?

 Mayilə udqundu:

-Özü dəmləmişdi. Mən bayırdan gəldim, gördüm ki, oturub televizora baxaraq qəhvə içir və birdən ayağa qalxdı, ürəyini tutub yerə yıxıldı.

 Sübhan Poladov hələlik Mayiləyə sual verməyib o biri otaqları gəzdi, sonra mətbəxə keçib Lətif Lətifovu səslədi:

-Lətif müəllim bir dəqiqə bura gəl!

 Lətif dərhal mətbəxə keçdi, Poladov ona divardan asılan parıltılı ət bıçağını göstərdi:

-Gör bunun üzərində təzə barmaq izləri varmı?

 Lətif bir söz demədən əlindəki kiçik cihazı bıçağın üzərində gəzdirdi:

-Var Sübhan müəllim, özü də lap təzədir. Təxminən iki saat bundan əvvəl kimsə bu bıçağı əlinə götürüb. Qadın barmaq izlərinə oxşayır.

 Sübhan Poladov mətbəxi yaxşıca arayandan və soyuducunu açıb baxandan sonra bir söz demədən başı ilə Lətifə,-“O biri otağa keçək”,-işarəsini verdi. Onlar cəsəd olan otağa keçən kimi Poladov, Mayiləni Lətifə göstərdi:

-Gör bu qadının barmaq izləridirmi?

 Mayilə bunu eşidən kimi gözləri hədəqəsindən çıxa-çıxa ayağa qalxdı. Lətifov onun barmaq izlərini götürəndə onun əlləri elə titrəyirdi ki, ekspert  bir qədər əlləşməli oldu.

 Lətifov Mayilə ilə işini bitirib barmaq izlərinin şəklini Poladova göstərdi:

-Bıçağın üzərindəki barmaq izləri bu qadına məxsusdur Sübhan müəllim!

 Mayilə qurbağa qurultusuna bənzər səs çıxartdı:

-Bəli mənim barmaq izlərimdir, nə olsun ki?! Məgər mən o bıçaqla kimisə öldürmüşəm?! Rəis haqsızlıq edirsən. Günahım olmadığım halda zorla subut eləmək istəyirsən ki, guya ərimin ölümündə mən günahkaram. Axı bayaq da dedim, o, qəfildən ürəyini tutub yerə yıxıldı. Burda mənim nə günahım var axı?!

 Poladov tibbi ekspert Mahir Kərimzadəyə baxdı:

-Yoxla gör, mərhumun boğazındakı barmaq izləri bu barmaq izlərilə uyğun gəlirmi?

 Mahir Kərimzadə bir söz demədən lupaya bənzər xüsusi cihazla hər iki tutuşdurdu:

-Özüdü ki, var Sübhan müəllim, hər iki iz eyni adamın barmaq izləridir.

 Poladov bıçağı Mayiləyə tərəf tutdu:

-Sən sol əlinlə mərhumun boğazından yapışmısan, sağ əlinlə isə bıçağı onun boğazı ilə çənəsinin arasına söykəmisən. O yazıq isə görünür dəhşətli sarsıntı keçirib və buna görə də bağrı çatlayıb ölüb. Yəni onun ölümündə yüz faiz günahkar sənsən!

 Mayilə özünü güclü toplayıb dilləndi:

-Siz qanunu pozursuz, mənim Nazimi qorxuzub öldürməyimə şahidiniz yoxdur. Siz bunu heç bir şeylə subut eləyə bilməzsiniz.

 Poladov qəribə tərzdə gülümsədi:

-Şahidimiz sənin onun boğazında qoyduğun və bıçağın üzərindəki barmaq izləridir. Yox əgər buna şahid olan hansısa bir insanı tapmayacağımıza ümid eləyirsənsə, buna görə də qətiyyən narahat olma, mən bütün açdığım cinayətlərdə olduğu kimi inanıram ki, buna da şahid tapılacaq. Arxayın ola bilərsən!

 Maylə ağzını büzdü:

-Hardan tapacaqsız o şahidi, yerin deşiyindən çıxaracaqsız?! Ola bilər, əlbəttə, məni böhtana salmaqdan ötrü yalançı şahid də tuta bilərsiz.

 Bunu eşidən Poladov bu dəfə daha güclü hucuma keçdi:

-Əlbəttə sən bıçaqla mərhumu vurmamısan, lakin bıçağı onun üstünə çəkib onu qorxuzmusan, buna görə bıçağın üzərində sənin iki saat bundan qabaqki əl izlərin var. Yenə də təkrar edirəm, onu elə qorxuzmusan ki, bədbəxtin bağrı çatlayıb. Söz yox ki, bir neçə il bir evdə yaşadığınızdan mərhumun çox qorxaq adam olduğunu yaxşı bilirdin və məhz buna görə də bu üsulu seçmisən ki, onun ölümündə kimsə səni günahkar bilməsin. Lakin bıçağın üzərindəki barmaq izləri açıq-aşkar dəlil-subutdur, sən bundan heç bir vəchlə yaxa qurtara bilməzsən. O ki, qaldı sənin hansı səbəb üzündən bədbəxti qorxuzub öldürməyinə, heç maraq etmə, onu da araşdırıb tapacayıq!

 General Camalzadə bayaqdan sonsuz bir nifrətlə Mayiləni süzürdü və gözlərini demək olar ki, ondan ayırmamışdı. Yalnız indi nəzərlərini bu olduqca riyakar qadından ayırıb Poladova tutdu:

-Sübhan müəllim, bu qadın bir neçə saat bundan qabaq qaynı Zülfüqara yeni böhtanlar atmaqdan ötrü mənim evimə gəlməyə belə cürət eləmişdi. Özü də elə bir şey düşünüb planlaşdırmışdı ki, inanın ki, mən əsəbləri çox sakit adam olduğuma baxmayaraq qəzəbdən dişimi-dişimə sıxırdım.

 Poladov özünəməxsus bir təmkinlə soruşdu:

-Nə deyirdi k?

 General yenə acıqlı baxışlarını Mayiləyə tərəf yönəltdi:

-Dedi ki, guya mənim sürücü kimi cəmisi üç aydır işə götürdüyüm Zülfüqar, yəni bunun qaynı, hərbi xidmətdən qayıdandan bir müddət sonra içib sərxoş olarkən ağzından qaçırdıbmış ki, cəbhə dostlarından bir neçəsini gizlicə öldürübmüş və bunu elə eləyib ki, hamı onların düşmən tərəfindən öldürüldüyünü zənn eləsin.

 General başı ilə bayaqdan dilini-dodağını çeynəyən Zülfüqara işarə elədi:

-Əslində isə bu oğlan cəbhədə bir tankçı kimi dəfələrlə qəhrəmanlıq göstərdiyinə və onlarla düşməni məhv etdiyinə görə orden-medallarla təltif olunub. Özü də ömründə spirtli içgilər içməyib. Çox şükürlər olsun ki, o, mənə bu qadının kim olduğunu, ona nə kimi böhtanlar atdığını artıq nəql eləmişdi. Belə görünür ki, bu dəfə də mənim sürücüm işləməyi bu qadının qurdlarını oyadıbmış.

 Palodov əlavə elədi:

-Lakin sizin yanınızda qurdlarını bayıra tökə bilmədiyindən evə gələndən sonra onları o cavan oğlanın qardaşının üzərinə sıçradıb.

  Elə bu vaxt Xavər xala dilləndi:

 -Daha biz də buna qətiyyən şübhə eləmirik. Bir də ki, nəçənnik, mən bu divarın o tərəfindəki evdə tək yaşayıram, bunun səsi elə əri ölməmişdən də elə gəlirdi ki, mən yuxudan dik atıldım. Bilmirəm nəyə görəsə bədbəxti hədələyirdi, düzü nə dediyini yaxşı eşitmədim, qoca arvadam da, qulağım bir az ağır eşidir.  Amma təkcə bədbəxt Nazimin səsini eşitdim, o deyirdi ki, bıçağı yığışdır Mayilə, bıçaq gecə vaxtı uzanır.

 Poladov yenə Mayiləyə baxdı:

-Şahid istəyirdin, bu da sənə şahid. Artıq biz yox, uşaq da anlayar ki, mərhumu sən öldürmüsən!

 O, bunu deyib qapıda dayanmış iki polis nəfərinə Mayilə göstərdi:

-Aparın!

 Polis nəfərləri dərhal yaxınlaşıb Mayiləyə onların qabağına düşməsini işarə elədilər.

Mayilə başqa çarə olmadığını görüb onların qabağına düşdü və qapıya çatmamışdan Dilarə xalanın səsi eşidildi:

-Çox dərin quyular qazdın Mayilə, yazıq uşağı şərlədin, qardaşlar arasına nifaq saldın, bu malikənin yeganə sahibi olmaqdan ötrü dəridən qabıqdan çıxdın. Nəhayət bədbəxt Nazimin bağrını çatlatdın! Axırda amma qazıdığın quyuya özün düşdün! Nə gözəl deyib atalar,-“Bir qarış yer yiyisiz deyil”. Çünki hər şeydən xəbər tutan Haqq Allah var və Haqq olan Allah gec-tez günahkarın hökmən cəzasını verir!

Mayilə bağırmaq, çığırmaq, “mənə şər atırlar, bilmirəm məndən nə istəyirlər, mən şikayət eləyəcəyəm, məgər ölkənin yiyəsi yoxdu”,-demək istədi, lakin boğazı quruduğundan, nitqi isə lal adamlar kimi tutulduğundan heç nə bacarmadı, odur ki, polis nəfərlərinin qabağına düşüb getməkdən başqa çarəsi qalmadı. Küçəyə çıxarkən isə hələ polislər onu maşına mindirməmişdən qaçmaq istədi, lakin qıçları da tutlduğundan bu üsuldan da istifadə edə bilmədi.

 

 

                              * * *                                               

 

 Mayiləni iki gün idi şöbəyə gətirib yarıqaranlıq bir yerə salmışdılar, səhər çoxdan açılmışdı, lakin saatlar idi ki, onunla maraqlanan yox idi. O, bir küncdə oturub başını aşağı dikmişdi və nə qədər düşünürdüsə bir çıxış yolu tapa bilmirdi. Çünki elə bir huquq mühafizə orqanının qarmağına ilişmişdi ki, indiyə qədər bu qarmağdan bir dənə də olsun cani yaxa qurtara bilməmişdi. Əvvəlki uşaq oğurluğu üstündəki həbs cəzası isə onun cinayət məsuliyyətindən yaxa qurtarmağına heç bir ümid vermirdi.  

 Bütün bunlardan əlavə o möhkəm ac idi və zatən olduqca iradəsiz bir qadın olduğuna görə qətiyyən ac qala bilmirdi. O, elə adamlardan idi ki, bir tikə çörəyə görə anasını, atasını, bir sözlə hər nəyi varsa satardı. Aclıq isə tədricən onun əhədini kəsirdi. Yenə saatlar keçdi. O, hey titrəyirdi, lakin bu dəfə təlaşdan deyil, acından titrəyirdi.

 Nəhayət günorta saat ikini keçəndən sonra gözətçi qapını açdı və əli avtomot silahlı polis çavuşu onu biradamlıq kameradan çıxarıb apardı və bir qədər sonra artıq Sübhan Poladovun masa arxasında əyləşdiyi bir otağa gətirdi.

 Poladov onu görən kimi ona oturmaq üçün yer təklif elədi. O, oturdu və Poladov dərhal sözə başladı:

-Dünən də dedim, yalan ifadə vermək yalnız ziyanına olacaq və cəzanı ikiqat artıracaq. Odur ki, suallarımın hamısına doğru-dürüst cavab ver! Mərhumla harda tanış olmuşdun?

 Mayilə bir müddət dinmədi, sonra isə həyat şüarı olan yalanına başladı:

-O, ayaqqabı dükanında ayaqqabı satırdı. Bir dəfə mənim ayaqqabı almaqdan ötrü yolum həmin dükana düşdü. Ondan bir cüt ayaqqabı alıb yola düzəldim. Təxminən iki yüz metr getmişdim ki, gördüm dükanı bağlayıb düşüb dalımca! Dedim nə istəyirsən, dedi ki, səninlə tanış olmaq istəyirəm. Bununla da onunla tanışlığımız başladı.

 Poladov ona ikinci sualını verdi:

-Bəs sən özün o vaxtı harda işləyirdin?

 Mayilə əvvəlcə bir qədər tutuldu, lakin sonra yenə uydurdu:

-Mən bağça müəlliməsi idim o zaman!

-Hansı bağçanın müəlliməsi idin?

 Mayilə yenə tutuldu, lakin özünü toplayıb Poladovun sualına cavab verdi:

-Abbas Səhhət küçəsi ilə Xosrov Ruzbeh küçəsinin birləşdiyi yerdə bir bağça var, oranın!

 Poladov qəribə şəkildə gülümsündü:

-Abbas Səhhət küçəsi ilə Xosrov Ruzbeh küçəsini sən birləşdirmisən?! Bura bax qadın, axı mən sənə dedim ki, yalan danışsan, öz işini çətinliyə salacaqsan! Abbas Səhhət küçəsi ilə Xosrov Ruzbeh küçəsi tamam başqa-başqa yerlərlə yerləşir və ümumiyyətlə həmin küçələrdə uşaq bağçası yoxdur! Sən kimə torba tikirsən?! Bİrdə ki, mən sənin artıq sənin tərcümeyi-halınla tanış olmuşam! Sən zatən heç bir müəsisəsdə çalışmamısan! Mərhum ərinlə tanış olan ərəfədə isə gecələrini barda keçirmisən! Özü də ərin ola-ola məşuqların da olub. Həm də onları tez-tez dəyişmisən! Sonuncu məşuqun “Hərnozi” ləqəbli, əsl adı Balakişi olan bir yük maşını sürücüsü olub. Görürəm nəfəsin yalanla gedib-gəlir! Ona görə də səninlə başqa cür danışacağam!

 Poladov bunu deyib otağdan çıxdı və bir qədər sonra əlində o qədər də böyük olamayan bir kisə qayıtdı. O, kisənin qaytanını açandan bir qədər ordan uzunluğu txminən iki metr olan gözlüklü ilan çıxdı və Mayiləyə tərəf sürünüb şahə qalxdı. Mayilə dərhal ölü rəngi aldı və əvvəlcə nəsə demək istəsə də nitqi tutuldu və nəhayət öz həyasız xislətinin tam əksinə olaraq güclə eşidiləcək səslə dedi:

-Sal onu kisəyə rəis, yalvarıram! Deyərəm, hamısını necə var elə də danışaram! Amma yalvarıram sal onu kisəyə!

 Poladov zaman kəsiyində ilanın boynundan yapışıb onu kisəyə salaraq kisənin qaytanını bağladı və üzünü Mayiləyə tutdu:

-Hə, indi şübhə eləmirəm ki, hər şeyi dəqiq-dürüst danışacaqsan!

 Mayilə dərindən nəfəs aldı:

-Hə! Hə!

 Poladov kisəni bir kənara qoydu::

-Sənin gecələrini keçirtdiyin bar Stepan Razin adlı küçəndə yerləşir! O bara hamı “Styopa barı” deyirlər. Mən məhz sənin dosyenlə maraqlanarkən, həmin gecə barı da diqqətimi cəlb elədi və araşdırıb gördüm ki, o barın müdiri Dadaş Dadaşov ordan həm gizli qumarxana kimi, həm də fahişəxana kimi istifadə eləyir! Bu səbəbdən də onu həbs eləyib, barı bağlatdırdım! İndi de görüm mərhum ərinlə nə vaxt və necə tanış olmuşdun?

-Mən barda saatı iyirmi manatdan qonaqlarla..

-Bu mənim sualıma cavab deyil. Sənin bara gələn qonaqlarla saatı neçə manatdan fahişəlik eləməyin məni qətiyyən maraqlandırmır. Mənim sualıma cavab ver! Mərhumla necə və nə vaxt tanış olmuşdun?

-Mərhumla dörd il bundan qabaq aprel ayının on üçündə gecə yarısı tanış olmuşdum və elə yataqda ikən mənə evlənmək təklif elədi, mən də qəbul elədim. Elə gecə ilə məni evlərinə apardı və ertəsi günü biz nigah idarəsinə getdik, vəssəlam!

 Poladov onun sözünə əlavə etdi:

-Bir ildən sonra mərhumun kiçik qardaşı hərbi xidmətdən qayıtdı və bir neçə gün keçməmiş sənin riyakarlığınla evdən didərgin düşdü. Niyə ona böhtan atdın?

-Nə böhtan?! Böhtan-zad atmadım! Qəfildən üstümə gəlib məni zorlamaq istədi, özü də elə qızmışdı ki, paltarımı cırdı. Mən haray salıb qonşuları çağırdım və onlar onin binamusluğunu gözləri ilə gördülər.

 Poladov qəzəblə dilləndi:

-Bura bax qadın, burda mənim üçün nağıl danışma! Ağlı başında olan kişi sənə heç vaxt tamah salmaz! Deyəsən ilanı bir də kisədən çıxarmalı olacağam!

 Poladov bunu deyib yenə kisənin ağzını açmaq istədi. Lakin Mayilənin vahiməli səsi onu saxladı:

-Eləmə rəis, yalvarıram! Söz verirəm ki, hər şeyi doğru-dürüst söyləyəcəyəm! Qələt elədim! Ancaq çıxarma o ilanı kisədən! Mən çox qorxuram!

 Poladov əlini kisədən çəkdi:

-Hə, danış görək!

-O, çox yaraşıqlı idi, onunla yatağa girmək istəyirdim. Amma o buna razılıq vermədi, mən zorla onu özümə çəkmək istəyəndə məni şillə ilə vurdu və mən də paltarımı cırıb qonşuları haraya çağırdım və səs-küy saldım ki, guya Zülfüqar məni zorlamaq istəyib.

-Qonşular da inandılar?! Çünki əla rola girmişdin.

-Hə! Amma təkcə Dilarə xala mənə inanmadı.

-Və Zülfüqar küçədə qalmasın deyə bağ evinin açarlarını ona verdi. Amma əslində sən Zülfüqarın qara qaşına, qara gözünə vurulmamışdın! Sənin fitnən ev üstündə idi, ev! Sən Zülfüqarı onun dədə-baba mülkündən didərgin salmaq üçün bu cür plan cırzmışdın.

 Mayilə nəsə demək istədi, lakin Poladov əlini qaldırdı:

-Rəvanə xanımla bəs necə tanış oldun?

-Kosmetika salonunda.

-Onun Zülfüqarı tanıdığını hardan bildin?

-Onu ora maşınla Zülfüqar gətirmişdi. Zülfüqarı küçədə gördüm və Rəvanə xanım həmin maşına minəndə başa düşdüm ki, onların ailəsini gəzdirir.

-Dərhal da riyakarlıq üsulunu işə saldın və elə həmin axşam Zülfüqarın işdən çıxarılmasına nail oldun. Amma indi səndən bir söz də soruşacağam. Buna da dəqiq cavab ver. Sən zəng eləyib Rəvanə xanıma Zülfüqarı şərləyəndə, o sənə dərhal inandımı?

 Bu dəfə Mayilə nədənsə bir qədər tutuldu, lakin Poladovu aldatmaq ona çox ağır başa gələ bilərdi. Odur ki, bu suala da doğru cavab verməkdən başqa çarəsi qalmadı:

-Hə, dərhal inandı.

 Poladov siqaret yandırdı:

-“Nə danışırsan, o çox yaxşı oğlandı, bəlkə səhv eləyirsən, əminsənmi?!”,-bu cür sözlər işlətmədi?

-Xeyr! Mən zəng vurub Zülfüqara böhtan atan kimi..

-Sanki elə bunu gözləyirmiş kimi, sənə inandı..

-Elədir!

 Poladov üzünü kənara tutub sanki öz-özüylə danışırmış kimi aşağı səslə dilləndi:

-Deməli Zülfüqarın onların ailəsini gəzdirməsini istəmirmiş. Görəsən bunun səbəbi nədir?

 O yenə üzünü Mayiləyə tutdu:

-Bəs Rəvanə xanımın əri, o necə, sən Rəvanə xanımın xahişi ilə onlara gedib Paşa müəllimə də o böhtanlarını söyləyəndə necə, o da dərhal qəbul elədimi?

-Xeyr! O, sanki inanmaq istəmirdi. Lakin Rəvanə xanım onu inanmağa məcbur elədi. Lakin qızı Nəzrin mənə tamamilə inanmadı.

 Poladov ayağa qalxdı:

-Bu günlük bəsdi. Tapşıracam sənə yemək və çay versinlər. Görürəm ki, möhkəm acsan. Sabah yenə gələcəyəm. Sabah yenə də bu gün ki, kimi hər şeyi dəqiq-dürüst danışarsan. Bu sənin xeyrinədir.

 O, qapıdakı çavuşu səsləri:

-Çavuş, gəl qadını kameraya apar!

 Çavuş dərhal içəri girib Mayiləyə baxdı. Mayilə ayağa qalxıb onun qabağına düşdü. Çavuş onu kameraya gətirdi və bir qədər sonra Poladovun dediyi kimi onun üçün yemək və isti çay gətirdilər. Yemək mərcimək şorbasından və iki fal çörəkdən ibarət idi. Mayilə möhkəm ac olduğu üçün yeməyi böyük iştahla yedi və çayı da elə içdi ki, sanki yarım sutka deyil, günlərlə susuz qalıb. O, yemək yeyə-yeyə, çay içə-içə hey düşünürdü:-“Cəhənnəm olsun Rəvanə də, o birisi də, bu birisi də. Onlar onsuz da məni gəlib burdan azad eləməyəcəklər. Ona görə də bu yırtıcı canavarın suallarına düz cavab verməliyəm. Onsuz da daha bu palçığa batmışam. Bu əclaf Poladov köhnə qurddu. Onu aldatmaq mümkün deyil. Hər şeyi danışacağam. Yoxsa ilanı yenə kisdən çıxarar. Bunu da yaxşı bilirəm ki, bir adamı qorxuzub öldürmək, hansısa bir silahla, ya küt alətlə öldürməkdən cinayət məcəlləsi qanunlarına görə xeyli yüngül qətl sayılır. Hər şeyi boynuma alsam, işim xeyli yüngülləşək və mənə uzaqbaşı on il iş verəcəklər. Amma yaxşı vəkil tuta bilsəm, on il, səkkiz ilə də düşə bilər. Ancaq kimin vasitəsilə tutum bu vəkili? Bankda xeyli pulum var, nə olsun ki?! Bayırda kimsəm yoxdur. Əgər Poladovun sullarına bu gün ki, kimi düzgün cavab versəm, elə onun vasitəsi ilə vəkil tuta bilərəm. Mən ilişdim, özü də möhkəm ilişdim. Poladovun sullarından hiss elədim ki, Rəvanəyə də qarmaq atmaq istəyir. Qoy atsın! Allah vurub Rəvanəni. Qancığın əri milyonerdi deyə, lap kraliçalar kimi yaşayır. Zəhləm gedir sifətindən. Ona yaltağlanmaqdan üz-gözüm əyilib. Mən ilişmişəmsə, qoy o da ilişsin! Yaxşı, mənim Zülfüqara nifrət eləməyimin səbəbi var. Bəs Rəvanə?! O, niyə Zülfüqara nifrət eləyir? Bunun səbəbi nədi? Bəlkə Zülfüqarın ağuşuna girmək istəyirmiş?! Yox, bunun nəsə başqa bir səbəbi var. Yəqin ki, bunu o qoca tülkü Poladov tapacaq. Qoy tapsın, onda bilərəm ki, nə var, nə yox”?!

 Mayilə bu cür düşüncələrlə naharını bitirdi və bir qədər sonra çavuş gəlib boşqab və metal fincan qoyulmuş məcməini götürüb apardı. Çavuş qapıdan çıxandan sonra qapıdakı keşikçi yenə qapını möhkəm qıfılladı. Mayilə dəmir çarpayıya uzandı və yenə nələrsə düşünmək istəsə də onu möhkəm yuxu apardı və sabah səhərə qədər daş kimi yatdı.

 

 

                                              * * *

 

 Ertəsi gün saat təxminən on tamamda Poladov dənizkənarı çayçılardan birində Zülfüqarla üzbəüz oturmuşdu. O, bir qədər əsəblərə sakitlik gətirən Xəzərə tamaşa eləyib üzünü Zülfüqara tutdu:

-Paşa müəllimlə necə tanış olmuşdun?

 Zülfüqar da sanki onun gözüylə bir neçə saniyə Xəzərə tamaşa eləyib üzünü ona tərəf çevirdi və Nəzrinin girov götürülməsi ilə bağlı hadisəni, eyni zamanda Paşa müəllimlə tanışlığını nəql etdi. O, quldurların qəfil yoxa çıxdığını danışanda Poladov onu saxladı:

-Xahiş edirəm, bu yerini bir də danış!

 Zülfüqar həmin səhnəni bir də nəql elədi.

 O, sözünü bitirəndən sonra Poladov bir qədər düşünüb dilləndi:

-Belə çıxır ki, onları tərksilah eləyəndən sonra, onlardan alıb götürdüyün silahlar səndədi.

 Zülfüqar bir qədər pərt halda başını tərpətdi:

-Elədir Sübhan müəllim!

 Poladov bir qədər narazı halda başını buladı:

-Sən bilirsən ki, belə şeylərə görə cinayət məcəlləsinin maddələri var?!

 Zülfüqar köksünü ötürdü:

-Bilirəm Sübhan müəllim!

-Bəs niyə onları gətirib polisə təhvil verməmisən?

 Zülfüqar başını aşağı saldı:

-Günahkaram Sübhan müəllim! Sözün düzü həmin quldurların məndən qisas almaq üçün yenə bağa gələ biləcəklərindən ehtiyat eləyirdim!

 Poladov əllərini yana açdı:

-Əcəb işdi! Quldurlar on altı yaşında qızı atasından milyonlar qopartmağa görə girov götürürlər, onu girovluqdan xilas eləyən cavan oğlan isə həm gəlib bu barədə məlumat vermir, həm də onlardan götürdüyü isti silahları gizlədir. Buna nə ad vermək olar, hə?!

 Zülfüqar başını yuxarı qaldırmadan dilləndi:

-Mən bayaq da dedim, onlar haqqında polisə məlumat vermək istəyirdim Sübhan müəllim, lakin Paşa müəllimin arvadı Rəvanə qoymadı!

 Poladov artıq çayçının gətirdiyi armudu stəkandakı pürrəngi çaydan bir qurtum içdi:

-Yaxşı, bu barədə sonra söhbət eləyərik! O, tapançaları isə sabah gətirib bizim şöbəyə təhvil verərsən və deyərsən ki, rəisə artıq bu barədə məlumat vermişəm! Əgər maraq etsələr, de ki, əlaqə saxlayıb soruşa bilərsiz!

 Sonra Poladov məhz onun Nəzrini quldurların əlindən necə xilas eləməyi ilə bağlı ona bir neçə sual verəndən sonra, quldurların fotorobotunu hazırladacağını və ona göstərəcəyini söylədi. Bundan sonra Poladov, Zülfüqara yenə bir neçə sual verdi. Daha sonra isə daha bu barədə sual verməyib Mayilənin böhtanları barədə suallar verdi və dəqiq cavablar alandan sonra Zülfüqarın əlini cibinə salmağını gözləmədən çay pulunu masanın üstünə qoyub ayağa qalxdı:

-Bunları bilmək mənim üçün çox vacibdi övlad. Odur ki, sənə təşəkkür edirəm və mənə elə gəlir ki, yenə səninlə görüşmək istəsəm və buna görə general Camalzadədən icazə alsam, etiraz eləməzsən?!

 Zülfüqar gülümsədi:

-Əlbəttə Sübhan müəllim!

 Poladov əlini ona uzatdı:

-Hələlik!

 Zülfüqar yüngülcə onun əlini sıxdı:

-Hələlik Sübhan müəllim! Hə, bunu da deyim ki, sizin haqqınızda hələ yeniyetmə vaxtlarımdan eşitmişəm. Etiraf eləyim ki, sizinlə bir masa arxasında oturub çay içməyi özümə şərəf hesab eləyirəm!

 Sübhan o biri əliylə onun əlinə yüngülcə vurdu:

-Mən də sənin kimi igidlə bir masa arxasında turub çay içməyi olduqca əlamətdar sayıram. Amma sənə bir tövsiyə eləyim! Heç vaxt ehtiyatı əldən vermə! Necə deyərlər, suyu da üfürüb iç! Yoxsa başını cəncələ salarsan!

 Bundan sonra Poladov sağ əlini yüngülcə yuxarı qaldırdı:

-Sağ ol övlad!

 Beləliklə onlar ayrıldılar. Poladov sağ, Zülfüqar sol tərəfə getdi.

 Bir qədər sonra Zülfüqar maşına minib mühərriki hərəkətə gətirdi. Onun üzü uzun zamandan bəri ilk dəfə idi ki, ürəkdən gələn bir sevinclə gülürdü. O, inanırdı ki, Sübhan Poladov kimi polis işçilərinin sayəsində qara qüvvələr zaman-zaman yanıb külə dönəcək.

 

                                                 *   *   *

    Rəvanənin bir neçə ay bundan qabaq əlli milyon para əldə etməkdə bəxti gətirməsə də, daha doğrusu Zülfüqar onun planlarını dağıtsa da, indi Paşanın bütün mirasını əlinə keçirmək ümidi əvvəlkindən də çox artmışdı. Çünki Nəzrin möhkəm xəstə idi və həkimlər ona olduqca qorxulu bir xəstəlik dioqnozu qoymuşdular. Bəlkə də bu xəstəlik onun o zaman Rəvanənin fitvası ilə onun quldurlar tərəfindən girov götürülərkən möhkəm qorxması ilə əlaqədar idi. Həkimlərin dioqnozuna görə qızcığaz nə qədər güclü müalicə alsa belə uzaqbaşı altı ay yaşaya bilərdi. Söz yox ki, bu da bütün günü yalandan göz yaşı tökən Rəvanənin Paşanın bütün mirasına sahib olmaq ümidini maneəsiz artırırdı.

 Paşanın gözünün ağı-qarası bir övladı var idi və indiyə qədər ona çox uğurlu görünən taleyi indi ona olduqca ağır zərbə vurmuşdu. Onun yeganə övladı ağır xəstə idi və sağalmağına heç bir ümid yox idi. Bu səbəbdən də Paşa gözü yaşlı gəzir, dərdini söyləməyə adam tapmırdı və yeməkdən-içməkdən elə qalmışdı ki, az müddət ərzində nəhəng cüssəsi əriyib onu yüz ilin xəstəsinə döndərmişdi.

 Nəzrinin sağalmaz xəstəliyə tutulmasına çox sevinən Rəvanə isə gözdən pərdə asmaq üçün tez-tez ərinə qoşulub ağlayır, guya Rəvanəni öz doğma övladı kimi sevdiyini söyləyir, əgər o ölərsə, onun da sonu gələcək kimi fikir formalaşdırırdı.

 Lakin Rəvanənin bütün ümidləri Sübhan Poladovla qarşılaşandan sonra yavaş-yavaş sönməyə başladıı, çünki Poladov olduqca iti qarmağını artıq ona da ilişdirmişdi və əgər yeddi başı olsaydı belə o, bu qarmağdan yaxa qurtara bilməyəcəkdi.

 İlk “tanışlıq” isə belə oldu.

 Səhər saat doqquz tamamda qapının zəngi çalındı. Rəvanə qapıya gəlib açdı və qapı qarşısında artıq onu təpədən-dırnağa qədər süzən yaşı altımışı ötməsinə baxmayaraq saçları qar kimi ağarmış, geniş alınlı, olduqca cüssəli,  

pəhləvan qədd-qamətli Poladovu gördü.

 Poladov dərhal pencəyinin döş cibindən vəsiqəsini çıxarıb ona göstərdi:

-Cinayət Axtarışları Şöbəsinin rəisi Sübhan Poladov. Siz Rəvanə xanımsız, elə deyilmi?!

 Rəvanə təəcübləndi:

-Bəli mən Rəvanə xanımam. Mənimlə işiniz var?!

 Poladov vəsiqəni yenə cibinə qoydu:

-Bəli! Sizinlə işim var, daha doğrusu sizə bir neçə sualım var?

 Rəvanə çiyinlərini çəkdi:

-Nəylə əlaqədar?

-Bir neçə ay bundan qabaq quldurlar qızınız, daha doğrusu ərinizin qızı Nəzrini girov götürüblərmiş, onunla əlaqədar.

 Rəvanəni özündən asılı olmayaraq soyuq tər basdı və ev xalatının cibindən dəsmal çıxarıb tərini sildi:

-Bununla əlaədar mənə nə kimi sullarınız ola bilər ki?! Mən Paşa ilə hadisə yerinə gedəndən bir az sonra quldurlar qaçıb getdilər və biz Nəzrini götürüb evə gəldik, vəssalam! Mənim onlar haqqında daha heç bir məlumatım yoxdur. Sözün düzü mən onların üzünü belə fərli-başlı görmədim. Çünki Zülfüqar onların ikisini də yerə uzatmışdı.

 Poladov əlilə evin içinə işarə elədi:

-Məni evə dəvət eləmək fikriniz yoxdu?!

 Rəvanə dərhal guya əl-ayağadüşdü:

-Əlbəttə, əlbəttə! Buyurun, buyurun içəri! Bağışlayın ədəbsizlik elədim!

 Poladov içəri keçdi:

-Allah bağışlasın!

 Rəvanə ona yer göstərdi:

-Buyurun əyləşin! Çay, qəhvə, mineral su, ya meyvə şirəsi?!

 Poladov əlini yellədi:

-Heç birindən lazım deyil, təşəkkür edirəm! Zəhmət olmasa əyləşin Rəvanə xanım və mənim suallarıma cavab verin! Hə, doğurdan, Nəzrin evdədimi?

Rəvanə saxta şəkildə kövrək bir görkəm aldı və demək olar ki, pıçıltı ilə dilləndi:

-Yatıb! Bilirsiz o, möhkəm xəstədi, çox möhkəm! Həkimlərin dediyinə görə yazıq qızın ömrünün sonuna çox az qalıb.

 Rəvanə bunu deyib oturdu və on altı yaşlı qızcığazın saalmaz xəstəliyinə görə dərhal bikef olan Poladov ona növbəti dəfə sual verdi:

-Bu sualım quldurlara aid deyil, başqa adam haqqındadır. Mayilə xanımı hardan tanıyırsız?

 Rəvanə bir an duruxdu, lakin özünü dərhal ələ aldı:

-Onunla gözəllik salonunda tanış olmuşduq.

-Həmin ərəfədə sizin ailənizi gəzdirən Zülfüqarla şəxsi-qərəzliyiniz var idimi?

 Rəvvanə çiyinlərini çəkdi:

-Xeyr!

-Ümumiyyətlə ondan bir pis hərəkət görmüşdüzmü?

-Yox!

-Zülfüqarın cəbhədə göstərdiyi igidliklərə görə orden-medallarla təltif olunmasından xəbəriniz var idimi?

-Əlbəttə! Paşa onun bütün tərcümeyi-halı ilə tanış idi və mənə də bu barədə məlumat vermişdi.

-Bəs niyə birinci dəfə gördüyünüz, həm də tamamilə tanımadığınız bir qadının fitvası ilə onu işdən çıxartdırdınız?

 Rəvanə əllərini bir qədər yana açdı:

-Mayilə onun haqqında elə sözlər dedi ki..

-Siz də dərhal inandız, elədimi?!

 Rəvanə bir qədər kənara baxdı:

-Nə bilim?!

-Axı o, sizin ailənizin üzvü olan Nəzrini girovluqdan xilas eləmişdi və bundan əlavə onun cəbhədə igidlik göstərib orden-medallarla təltif olunmasından da xəbəriniz var idi.

-Nə bilim? Namus elə şeydi ki?! Mayilə onun haqqında xoşa gəlməz sözlər danışandan sonra istəmədim bizim ailənin ətrafında binamus adam dolaşsın. Axı Nəzrinin cəmisi on altı yaşı var.

 Bu vaxt içəri otaqdan Nəzrinin öskürək səsləri gəlməyə başladı. Rəvanə dərhal süni bir şəkildə kədərli bir görkəm alıb ayağa qalxaraq otağın içində bir qədər var-gəl eləyərək aşağı sələdilləndi:

-Xərçəngdi yazıq qız, ağ ciyər xərçəngi.

 Bir az sonra Nəzrinin öskürəyi keçdi və içəridən cavan bir tibb bacısı çıxaraq üzünü Rəvanəyə tutdu:

-Yenə sistem qoşdum. Axşam gəlib həm sistemi dəyişəcəyəm, həm də iynə vuracağam. Hələlik mən gedim!

 Rəvanə bir söz demədən başını tərpətdi. Tibb bacısı  başı ilə Poladovla da sağollaşıb evdən çıxdı.

 O gedən kimi Rəvanə Nəzrin yatan otağa girib bir qədər sonra çıxdı və yenə olduqca aşağı səslə dilləndi:

-Vəziyyəti çox ağırdı qızcığazın.

 Bu vaxt Nəzrinin yenə öskürək səsləri eşidildi. Poladov öskürək səslini dinləyib sanki öz-özüylə danışırmış kimi dilləndi:

-Adətən ağ ciyər vərəminə tutulanlar bu şəkildə öskürürlər. Bəs nəyə görə bu qızcığaza xərçəng dioqnozu qoyublar.

 Rəvanə yenə sanki pıçıldadı:

-Siz nə danışırsız, onu əməlli-başlı müayinədən keçiriblər, o ağ ciyər xərçənginə mübtəla olub. Atası da, mən də qan ağlayırıq. Yazıq Paşa bir ay müddətində arıqlayıb çöpə dönüb. Heç bilmirəm onun axırı nə olacaq?! Siz də bizim bu vəziyyətimizdə gəlib mənimlə mənə tamamilə aid olmayan şeylər haqqında sorğu-sual eləyirsiz..

 Poladov bir qədər sərt görkəm aldı:

-Xahiş edirəm sözü başqa məcraya yönəltməyin Rəvanə xanım və sualıma dəqiq cavab verin! Necə oldu ki, qətiyyən tanımadığınız bir qadına inanıb yaxşıca tanıdığınız adamı işdən çıxartdırmağa nail olduz? Sizin tanımaya-tanımaya inandığınız və yüz manat pul bağışladığınız Mayilə xanım uzun illərin cinayətkarıdır. On üç il bundan qabaq biz onu uşaq oğruları dəstəsinin üzvü kimi həbs eləmişdik. O vaxt ona səkkiz il iş kəsmişdilər. İndi isə biz onu ərinin qatili kimi yaxalamışıq. Hansı səbəbdən siz bu cani qadına inandız? Aldığım məlumatlara görə siz özünüzdən başqa kimsəyə inanmırsız.

 Mayilənin cani olduğunun fəqrində belə olmayan Rəvanə öz sualları ilə onu çaşdıran Poladovun qarşısında özünü tamamilə itirmişdi, nə deyəcəyini bilmirdi, odur ki, başını bulamaqdan başqa çarəsi qalmadı:

-Bilmirəm! Heç bilmədim necə oldu?!

 Poladov ayağa qalxdı:

-Mənim bura gəlməyimin güclü bir səbəbi var Rəvanə xanım! İndi gedirəm, amma yenə gələcəyəm və sizə çoxlu suallar verəcəyəm! Çalışın sullarıma dəqiq-dürüst cavab verin! Qanunu aldatmaq olmaz!

 Rəvanə səsini qaldırdı:

-Həddinizi bilin! Unutmayın ki, bir qadınla danışırsız!

 Poladov ona baxmadan dilləndi:

-Səs-küy salmayın! Evdə xəstə uşaq var! Bunu da unutmayın ki, kişi ya qadın, qanun qarşısında hamı hesabat verməyə borcludur! Bir də ki, qoy sizə yenə xatırladım və sualıma dəqiq-dürüst cavab istəyim, indiyə qədər kimsəyə inanmadığınız halda hansı səbəbdən ilk dəfə gördüyünüz, tamamilə tanımadığınıəz bir qadına dərhal inandız? Bilirəm ki, bu suala cavab verməkdə çətinlik çəkirsiz, bu səbəbdən də gələn dəfə bura gələndə məhz bu sualın cavabını özüm sizə deyəcəyəm. Hələlik!

 Poladov bunu deyib evi tərk etdi.

 Rəvanəni isə dəhşət bürümüşdü. Hər şey onun düşüncəsilə yaxşılığıa gedərkən bu qənbərqulu hardan pırtlayıb çıxdı belə?!

 Fəqət cinayətə meyl eləməkdə əslində heç də Mayilədən geri qalmayan qadın indiyə qədər anlamamışdı ki, haqq mütləq haçansa öz yerini tapmalıdı və onu da, Mayiləni də və başqa bu tipli insanları özünə tabe eləyən nəfs, hökmən haçansa bir gün öz çirkini onların öz üstünə axıdır.

  Zülfüqar səhər saat səkkiz tamamda general Camalzadəni iş yerinə apararkən, generalın rabitə aparına zəng gəldi və general dərhal aparatı ağzına tərəf tutdu. Bir qədər sonra isə o, aparatı kəmərindəki qabına keçirib dilləndi:

-Cinayət Axtarışları Şöbəsinin rəisi Sübhan Poladov səninlə görüşmək istəyir. Deyir əgər mümkündüsə dəniz kənarındakı çayçıya gəlsin! Bir saatdan sonra səni orda gözləyəcək!

 Zülfüqar saat doqquza beş dəqiqə qalmış artıq həmin çayçıda çay masasının arxasında oturub çay sifariş eləmişdi və Poladovu o qədər də gözləməli olmadı, çünki o, masa arxasında oturandan cəmisi bir dəqiqə sonra Poladov da həmin masanın arxasında oturdu və əvvəlcə Zülfüqarın üzünə baxmadan bir müddət gözü ilə görə biləcəyi hər tərəfə diqqət elədi və nəhayət üzünü ona tutdu:

-Sabahın xeyir igid oğlan! Özünü necə hiss eləyirsən?

 Zülfüqar gülümsədi:

-Əlayam Sübhan müəllim! Səhər saat doqquz tamamda mavi Xəzərin sahilində Cinayət Axtarışları Şöbəsinin rəisi ilə bir masa arxasında oturan bir adamın keyfi sizbilən necə olar?!

 Poladov da öz növbəsində gülümsədi:

-Yaxşı olar inşallah! Əvvəlcə çaymızı içək, sonra birqədər söhbət eləyək, sonra da durub gedək həmin üç quldurun fotorobotlarını müəyyənləşdirməyə! Etiraz eləmirsən ki?!

-Yox, əlbəttə!

 Poladov bir qurtum çay içdi:

-Şübhə eləmirəm ki, hər üçünün sifəti yadında qalıb.

 Zülfüqar başını tərpətdi:

-Əlbəttə! Çox yaxşı qalıb!  

 Təxminən beş dəqiqə ordan-burdan danışandan sonra onların həm söhbəti bitdi, həm də stəkanlarındakı çayı içib bitirdilər və çayçının pulunu ödəyərək ayağa qalxıb Cinayət Axtarışları Şöbəsinə yollandılar.

 Sübhan Poladov düz üç gündən sonra, yalnız bu dəfə axşam, yəni Paşa evdə olanda onların qapılarının zəngini çaldı. Bu səfər Paşa qapını açdı və heç vaxt görməsə də Rəvanənin təsvir etdiyinə görə gələn adamın Sübhan Poladov olduğunu dərhal yəqin elədi. Poladov da öz növbəsində onun ev yiyəsi olduğunu yəqin elədi və əlini pencəyinin döş cibinə salıb vəsiqəsini çıxarmaq istəyərkən Paşa sağ əlini yuxarı qaldırdı:

-Ehtiyac yoxdu, bilirəm, siz Cinayət Axtarışları Şöbəsinin rəisisiz! Sübhan Poladov! Buyurun içəri!

Poladov evə keçdi və Paşa ona üç gün bundan əvvəl oturduğu yeri göstərdi:

-Əyləşin!

 Poladov oturdu, nəsə demək istəyirdi ki, Paşa onun sözünü ağzında qoydu:

-Zəhmət olmasa deyin ki, mənim arvadımdan nə istəyirsiz?!

 Poladov onun cəmisi qırx beş yaşı olmasına baxmyaraq ən azı yetmiş yaşında görünən simasına baxdı:

-Bir neçə sualıma cavab istəyirəm!

 Paşa köksünü ötürdü:

-Qızım xəstədi, onsuz da başımızı itirmişik, siz də o gün gəlib yazıq Rəvanəni lap divara yeritmisiz. Əşi cəhənnəm olsun o, Mayilədi, nədi, o qadın! Mən başa düşmürəm, əgər o qadın canidisə, buna Rəvanə neyləsin?! İndi bir işdi olub, o qadın fitnə törətməkdən ötrü Zülfüqara böhtan atıb, biz də inanmışıq, mən də onu işdən azad eləmişəm. Rəis, axı kimisə işə götürmək, kimisə işdən çıxarmaq mənim öz işimdi, mən sahibkaram, biz də bazar iqtisadiyyatı ilə gedən bir ölkənin huquqi vətəndaşlarıyıq. Axı biz daha o lənətə gəlmiş Sovet ölkəsində yaşamırıq! Hər kəs özünün ağasıdı. Siz bura gələndən düz üç gündü Rəvanə o qədər əsəbilik keçirib ki, sinirləri tamamilə pozulub. Nə istəyirsiz bizdən?

 Poladov təmkinini qətiyyən pozmadı:

-Boş yerə hay-küy salmayın Paşa müəllim, istər sosializm olsun, istər kapitalimz, hamı qanun qarşısında cavabdehdi. Mən Dövlət məmuruyam və istədiyim vaxt da, istədiyim şəxsdən hesabat almağa huququm var!

 Bu vaxt Rəvanə içəri otaqdan çıxıb tərs-tərs Poladovu süzdü və olduqca əsəbi halda keçib yan tərəfdəki kresloda əyləşdi:

-Dövlət məmurusuz deyə günahsız insanların əsəbləri ilə oynamalısız?!

 Poladov bayaqdan əlində saxladığı çantanı açıb ordan kiçik bir qovluq çıxartdı:

-Günahsız insanlar qanuna çox yaxşı riayət edirlər və onlarla sorğu-sual apararkən heç zaman əsəbilik keçirmirlər.

 O, qovluğdan iki dənə fotoşəkil çıxarıb masanın üstünə atdı:

-Zəhmət olmasa bu şəkillərə baxın Rəvanə xanım!

 Rəvanə kreslodan durub yaxına gəldi və diqqətlə şəkillərə baxdı. Şəkillərə baxan kimi onun sifəti meyid kimi ağardı. Poladov barmağı ilə fotoşəkillərə işarə elədi:

-Bu adamları tanıyırsızmı?

 Rəvanə zorla başını tərpətdi:

-Xeyr, tanımıram!

 Poladov barmağı ilə şəkilləri Paşaya göstərdi:

-Bəs siz necə Paşa müəllim, bu adamları tanıyırsızmı?

  Paşa olduqca diqqətlə şəkillərə baxdı və başını buladı:

-Heç vaxt görməmişəm.

 Poladov fotoşəkilləri əlinə götürüb Paşaya yaxınlaşdırdı:

-Diqqətlə baxın Paşa müəllim! Yaddaşınızı işə salın!

 Paşa yenə bir müddət gözlərini fotoşəkillərdən çəkmədi və bir qədər sonra dilləndi:

-Deyəsən bunlar Nəzrini girov götürən quldurlardır. Lakin o vaxt mən onlara o qədər də diqqət yetirə bilməmişdim!  Bəlkə də səhv eləyirəm!

 Rəng verib rəng alan Rəvanə araya söz qatdı:

-Yəqin səhv eləyirsən Paşa?!

 Paşa çiyinlərini çəkdi:

-Bəlkə də..

 Poladov fotoşəkilləri yenə masanın üstünə qoydu:

-Ola bilər! Lakin qızınız Nəzrin onları çox yaxşı tanıyır!

 Rəvanənin dili-dodağı əsdi:

-Xəstə qızı narahat eləməyin!

 Bu vaxt Nəzrin içəri otaqdan tibb bacısının köməyilə ora yaxınlaşdı və zorla da olsa masanın üstündəki fotoşəkillərə baxdı:

-Bəli Sübhan müəllim, bu onlardır. Birinin adı Qaqqulu, o birinin ki, Conidir. Ancaq biri də var idi, adı Kələz. Onun şəkli burda yoxdur.

 Poladov qovluğdan bir fotoşəkil də çıxarıb masanın üstünə qoydu:

-Kələz budumu qızım?

 Nəzrin dərhal başını tərpətdi:

-Özüdür ki, var!

 Poladov minnətdarlıq hissi ilə Nəzrinin əlindən tutdu:

-Çox sağ ol qızım! Sən get dincəl və onu da bil ki, biz dünən Zülfüqarın köməyilə bu quldurların üçünü də yaxalamışıq.

 Nəzrinin gözlərinin zəifləmiş işığı sanki xeyli gücləndi:

-Yaxalamısız?!

 Poladov fotoşəkilləri yenə qovluğa qoydu:

-Hə qızım! Mən bu barədə Zülfüqardan məlumat alandan sonra fotorobotlarını çəkdirib ona göstərdik və onların dəqiq fororobotlarını müəyyənləşdirəndən sonra dərhal onların izinə düşdük və dünən axşam əvvəlcə iki metrlik boyuna görə çoxundan fərqlənən Kələzi yaxaladıq. Onu bir az çək-çevirə salandan sonra bu birilərin də yerini dedi. Bir saatdan sonra biz onları da həbs elədik.

 Poladov qovluğu çantaya qoydu:

-Mən bu gün səhər onların hər üçünü dindirdim. Hər şeyi etiraf elədilər və səni girov götürməyin tapşırığını kimdən aldıqlarını da dedilər.

 Bunu eşidən Paşa kətildən qalxdı:

-Kimdən alıblarmış?

 Poladov sakitcə üzünü artıq tamamilə özünü itirmiş Rəvanəyə tutdu:

-Rəvanə xanımdan!

 Rəvanə boğuq səslə dilləndi:

-Yalandır, böhtandır! Bunu siz özünüz qurmusuz!

 Poladov yenə təmkinini pozmadı:

-Zülfüqar quldurları tərksilah eləyib əl-qollarını bağlayıbmış və Nəzrini quldurlardan bir qədər uzaqda atasına təhvil vermək üçün Paşa müəllimin avtomobilinin yaxınlığına gətiribmiş. Həmin nöqtədən əli-qolu bağlı quldurlar görsənmirlərmiş. Paşa müəllim avtomobilinin yaxınlığında Nəzrini bağrına basıb Zülfüqara təşəkkür eləyən ərəfədə siz su başına getmək bəhanəsilə yetişib quldurların əl-qolunu iti bıçaqla açmısız və onlar üçün qaçmağa şərait yaratmısız. Mən şübhə eləmirəm ki, siz həmin iti bıçağı da ərinizdən gizlin məhz bundan ötrü götürmüsüz və onu qoynunuzda gizlətmisiz ki, kimsə görməsin! Mən quldurları ayrı-ayrılıqda dindirdim. Hər üç quldurun dediyinə görə siz buna görə onların hərəsinə üç min manat  pul vəd eləmisiz. Əlbəttə, sizin nə məqsədlə bunu edlədiyinizi hələlik bilmirəm, lakin inanıram ki, bunu mənə özünüz deyəcəksiz!

 Poladov bunu deyib kəmərindən rabitə aparatını götürüb düymələrdən birini basdı və dərhal içəri iki nəfər polis nümayəndəsi daxil oldu. Poladov onlara əli-ayağı titrəyən Rəvanəni göstərdi:

-Aparın!

 Polislər dərhal yaxınlaşıb Rəvanəni apardılar. Poladov üzünü Nəzrinə tutdu:

-Allah sənə şəfa versin qızım! Sağ ol! Hə, narahat olma! Mənim çox güclü bir həkim dostum var! Onu göndərəcəyəm səni yaxşı-yaxşı müyinə eləsin. O gün sənin öskürəyini eşitdim. Mənə elə gəlir ki, sənin xəstəliyin o qədər də qorxulu deyil.

 Sonra o üzünü Paşaya tutdu:

-Narahat olmayın Paşa müəllim, sizi bir daha narahat eləməyəcəyik!

 O, bunu deyib çantasını götürərək qapıya tərəf getdi və açıq qapıdan bayıra çıxdı.

 Paşa isə elə bir halda idi ki, sanki yuxu görürdü. Onun rəngi göm-göy göyərmişdi, təzyiqi həddindən artıq qalxmışdı. İndi onun beynində ildrım sürətilə belə fikirlər dolaşırdı;,-“Mən gör kimə inanmışam bu neçə ildə, deməli iblislə bir dam altında yaşamışam. Bu qadın bu illərdə hər gün mənim də, bədbəxt qızımın da ayağının altını qazıyırmış, amma mən gör nə qədər əbləhəm ki, heç nədən xəbərim olmayıb. Aman, bu nə dünyadı belə?! Kim lənətlədi bu dünyanı?! Artıq kimə inanasan, kimə bel bağlayasan?! Yox, bu dəhşətdi, dəhşət! Lap sidqim sıyrıldı bu dünyadan. Gör bir ha, şeytan insan cildinə girib gözümün qabağında hoqqalar çıxardırmış, mən isə yatmışam qəflət yuxusunda. Sən nə qədər əbləh imişsən Paşa, nə qədər səfeh imişsən?! Öl Paşa, öl! Sənə bu da azdı! Gör, gör kimə inandın, kimə inandın?! Deməli u mundar qadın mənim uşağımı girov götüzdürübmüş?! Nə qədər iyrənc imiş. Elə o vaxt qorxub mənim Nəzrinim və zəhirmarın da bünövrəsi o zamandan qoyulub. Bunun isə banisi Rəvanə imiş. Pul istəyirdin Rəvanə, deyəydin, nə qədər istəsən verərdim. Bəs niyə mənim bircə yavruma qarşı bu cür fitnə hazırladın?! Axı neyləmişdi sənə yazıq qızcığaz?! Mənim qızım mələklər qədər pak, günahsız, ləkəsizdir. Nə istədin ondan Rəvanə?! Sən nə dəhşətli bir qadınmışsan! Zəhərin içində imiş, içində. Özünü elə göstərirdin ki, guya mənim qızımı öz doğma balan kimi sevirsən. Allah sənə lənət eləsin Rəvanə! Allah sənə gündə min dəfə lənət eləsin Rəvanə”!

 Bu cür fikirlərlə təzyiqini son həddəgətirib çatdıran Paşa birdən ürəyini tutub aşağı əyildi. Nəzrin bunu görüb möhkəm xəstə olmağına baxmayaraq atasına tərəf yüyürdü:

-Ata, ata, sənə nə oldu?

 Paşanın alın damarları elə şişmişdi ki, sanki bu dəqiqə partlayacaqdı, o, yarıhuşsuz vəziyəttdə idi. Nəzrin ağlaya-ağlaya atasının qolunu boynuna salmaq istədi ki, onu divanda uzandırsın, çox zəiflədiyi üçün gücü çatmadı və bu bir tərəfə dursun, onu möhkəm öskürək boğdu. Bunu belə görən tibb bacısı dərhal özünü yetirib son zamanlar xeyli arılqladığından, çəkisi azalmış Paşanı divana uzandırdı və cəld tibb çantasını açıb ona iynə vurdu. Sonra isə Nəzrinin yardımına yetişib cəld ona öskürək kəsən dərman verdi.

 Bir qədər sonra Paşa da, Nəzrin də özlərinə gəldilər və tibb bacısı Nəzrini içəri otağa aparıb yatağına uzandırdı.

 

 

                            

 

 

                         KƏFƏNİ YIRTDI

 

 

  İki gündən sonra yenə axşam çağı Nəzringilin qapısının zəngi çalındı. Üst-üstə aldığı zərbələrdən xeyli taqətdən düşən Paşa öz əvvəlki sağlam cüssəsinnə uymayan bir ləngərliklə yavaş-yavaş gedib qapını açdı. Qapıda təxminən əlli yaşında hündür boylu, enlikürək, alnı geniş, ağ bənizli, saçları bir xeyli tökülmüş bir kişi durmuşdu. Onun əlində orta böyüklükdə bir qəribə şəkildə çanta var idi. O, Paşanın təəcüblü baxışlarına cavab olaraq dərhal soruşdu:

-Siz Paşa müəllimsiz?

 Paşa başını tərpətdi. Kişi özünü təqdim elədi:

-Şəfaəddin Şəfiyev. Həkiməm. Məni Sübhan Poladov göndərib. Tapşırıb ki, Nəzrin adında xəstə qızı müayinədən keçirim.

 Paşanın gözlərində az da olsa ümid qığılcımı göründü:

-Hə, buyurun, buyurun, keçin içəri!

 Şəfaəddin içəri keçdi, Paşa dərhal ona yer təklif elədi. Şəfaəddin oturmayıb sağ əlini yuxarı qaıdırdı:

-Əvvəlcə qızcığazı müayinə eləyim, sonra oturmağa vaxt tapılar Paşa müəllim.

 Onlar Nəzrin yatan otağa keçdilər. Paşa işığı yandırdı. Nəzrin oyaq idi və üzü nə qədər solğun görünsə də dərin açılan iri, ala gözləri sanki ilk dəfə gördüyü bu olduqca ağıllı simalı həkimdən şəfa diləyirdi.

 Şəfaəddin dəhal onun nəbzini tutdu  və Paşaya tərəf dpndü:

-Zəhmət olmasa qızın rentgen şəklini gətirin!

 Paşa dərhal başqa otağa keçdi və bir neçə saniyə sonra əlində rentgen şəkili qayıtdı. Şəfaəddin şəkili alıb bir qədər diqqətlə baxdı və yenə üzünü Paşaya tutdu:

-Qızı hansı klinikada müayinə eləyiblər?

 Paşa aşağı səslə cavab verdi:

-Leyli Məcnun meydanının yaxınlığındakı klinikada.

 Şəfaəddin yenə şəkilə nəzər saldı:

-Bəs dioqnoz kim qoyub?

-Qədimov Ziyadxan adlı həkim.

 Şəfaəddin şəkli Paşaya qaytardı:

-Mən inanıram ki, bu qız xərçəng deyil. Paşa müəllim onu mən işlədiyim, daha doğrusu baş həkim olduğum xəstəxanaya aparmalıyıq! Orda onu yenidən rentgenə salmaq lazımdır!

 Sonra o, Nəzrinə baxdı:

-Narahat olma qızım, sağalacaqsan inşallah! Mən yüz faiz əminəm ki, sən xərçəng deyilsən, sadəcə olaraq sənə möhkəm soyuq dəyib, əvvəlcə sətəlcəm olmusan, əhəmiyyət verməmisən, yəqin soyuq su içmisən, tərli-tərli soyuq havaya çıxmısan, bu səbəbdən də sətəlcəm vərəmə döndərib.  Sənə düzgün dioqnoz qoymayıblar, ağ ciiyərinin sağ tərəfi tamamilə yara olduğu üçün ağ ciyər xərçəngi olduğunu zənn ediblər və xərçəng iynələri yazıblar ki, ağrılara dözə biləsən. Ağ ciyər vərəmi kimi müalicə almadığına görə ciyərindəki yara get-gedə daha çox açılmağa başlayıb. Amma inşallah biz bu yaranı bağlayacağıq!

 Bununla da Şəfaəddin sözünü bitirdi. Nəzrini atasının maşını ilə onun baş həkimi olduğu xəstəxanaya götürdülər və dərhal bir də rentgenə saldılar və eyni zamanda qanını yoxlayıb, hüceyrələrini əkdilər. Bir qədər sonra cavablar çıxdı. Şəfaəddin qızın xərçəng olmadığına yüz faiz əmin olduğunu subut eləməkdən ötrü orda işləyən həkimlərin bir qismini, daha təcrübəlilərini çağırdı. Onlar cavablara baxıb hamısı qızın xərçəng yox, ağ ciyər vərəmi olduğunu təqsdiqlədilər.

 Paşanın uçmağa qanadı yox idi. Nəzrinin ciyərinin bir tərəfi tamamilə sıradan çıxsa da, o biri ciyəri salamat idi və qızın ciyərinin xəstə hissəsini müalicə eləyəndən sonra o, Şəfaəddin həkimin dediyinə görə əgər özünü bir də soyuğa verməsəydi, qidalı yeməklər yesəydi, bir sözlə səhhətinə qulluq eləsəydi, hələ bundan sonra ən azı altmış il də yaşaya bilərdi. 

 Sevincindən nə edəcəyini, Şəfaəddinə nə cür minnətdarlıq edəcəyini bilməyən Paşanın indi iştəhası əməlli-başlı açılmışdı, odur ki, Nəzrini orda qoyub evə dönəndən sonra əməlli-başlı şam yeməyi yedi və mobil telefonla zəng vurub qızının halını soruşan kimi yatağına girib uzun sürən yuxusuz gecələrdən sonra dərin bir yuxuya getdi.

 Nəzrini iki gündən sonra əməlyyat elədilər və məhz Şəfaəddinin başçılığı ilə keçirilən əməliyyat olduqca uğurla bitdi.

 Bir qədər sonra Paşa qızıyla görüşdü. O, əməliyyatdan təzə çıxdığı üçün hələ özündə deyildi. Lakin buna baxmayaraq atası onun üzündə həyat işartıları gördü və qızının sarıqlı başından öpüb özünü saxlaya bilməyərək elə ordaca hönkür-hönkür ağladı.

 Bir qədər sonra Paşa ağlamağını saxlayıb göz yaşlarını silərək yenə Nəzrini öpüb ordan çıxdı və dəhlizdə Şəfaəddinlə üz-üzə gəldi. Paşa bir söz demədən yaxınlaşıb Şəfaəddinin əllərindən öpdü. Sonra əlini cibinə salıb avtomobilinin açarlarını çıxararaq Şəfaəddinə uzatdı:

-Məni heç bir şey bu qədər sevindirə bilməzdi. Yeganə övladımı mənə qaytardız. Bilirəm, qızıma şəfa verdiyinizə görə məndən pul almayacaqsız. Eşitdiymə görə xəstələri sağaltmağınıza görə heç vaxt xəstələrin yaxınlarından pul almırsız. Onlar buna görə yalnız xəstəxanaın büdcəsinə müəyyən qədər pul ödəyirlər.  Bu səbəbdən də sizə zəhmət haqqı olaraq pul vermək istəmirəm. Birdə ki, bu yaxışılığın əvəzini trilyonlar belə ödəyə bilməz. Lakin çox xahiş edirəm doktor, məndən sadəcə olaraq altı ay bundan qabaq aldığım son model maşını pay kimi götürəsiz.

 Şəfaəddin başını bulayıb onun açar tutmuş əlini bükdü:

-Şəfa verən Allahdır Paşa müəllim! Biz həkimlər vasitəçiyik. Bu bizim borcumuz, peşəmiz, vəzifəmizdi. Ən çox da vətəndaşlıq borcumuzdu. Unutmayın ki, mənə qızınızın sağlamlığını bərpa eləməkdən ötrü iki həkim, iki tibb bacısı kömək eləyib. Belə çıxır ki, sizin son model, yəqin ki, qiyməti ən azı 150 min manat olan avtomobiliniz beş yerə bölünməlidir. Aa, lap yadımdan çıxmışdı, bəs sanitarlar?! Axı onlar da əməliyyat bitəındən sonra təmizlik işləri aparıblar. Görürsüz, bu bölgü heç cürə mümkün deyil. Birdə ki, bayaq da dedim, hər bir xəstə Uca Allahın hökmü, mərhəməti, inayəti ilə şəfa tapır. Əgər Allahın hökmü olmasa, həkimlər nə eləsələr də bir xəstə sağalmaz. Siz Paşa müəllim, Uca Yaradana, yalnız Ona gecə-gündüz şükürlər edin və ömrünüzün axırına qədər unutmayın ki, yeganə övladınızı mərhəmətlilərin ən mərhəmətlisi Allah sizə qaytardı! Məsləhət olaraq qəbul eləməyin, sadəcə olaraq bir tövsiyə vermək istərdim Paşa müəllim, əgər paranız çoxdusa, ehtiyacı olanlara zəkat verin! Həzrəti Muhəmməd əleyhəssalatu-vəssəlləmin mübarək hədisi-şərifinə rəğmən yetim başına sığal çəkin! Xəstə qızınıza baxın və pulsuzluq üzündən müalicə ala bilməyən xəstələri yadınıza salın! Odur ki, imkanınız daxilində onlara kömək eləyin! Yıxılanların əlindən tutub qaldırın!

 Şəfaəddin həkim bunu deyib Paşadan uzaqlaşdı. Paşa donub qalmışdı. Sanki indi onun sevinci də müvəqqəti olaraq donmuşdu. Çünki ağlı kəsəndən bəri qəflət yuxusunda olduğu halda, Şəfaəddin həkim onu bir neçə kəlmə ilə qəflət yuxusundan oyatmışdı. O, Uca Allahın varlığını yalnız indi dərk eləməyə başlamışdı. Yenə ağlamaq istəyirdi Paşa müəllim, özü də indi bayaqkından da güclü bir hövül ilə ağlamaq istəyirdi. Çünki para ilə, pulla, malla-mülklə ölçülməyən inam onun ruhuna sarılmışdı. Qəlbindəki möhür yanıb külə dönmüşdü. Bundan sonra o, gecə də, gündüz də, Allaha şükür eləyəcəkdi, daim Onu düşünəcəkdi, Onun qoyduğu yolla gedəcəkdi və pulunu-parasını daha Rəvanə kimi iblis qadınlara deyil, ehtiyacı olanlara, yoxsullara, yetimlərə, kimsəsizlərə, əlillərə, şikəstlərə paylayacaqdı.  

 Bir qədər sonra o bayıra çıxıb maşınına əyləşdi və nə fikirləşdisə maşınmı evinə tərəf sürmədi, super-marketlərin birinin yaxınlığına sürüb orda saxlayaraq ora girdi.

 O, əlində iki dolu zənbil təxminən on beş dəqiqədən sonra ordan çıxdı. Onun arxasınca market işçilərinin ikisi əlləri dolu gəlirdi. Paşa maşınının yük yerini açıb həm öz əlindəki, həm də işçilərin əllərindəki ərzaq bağlamalarını yük yerinə qoydu, yük yerində yer çatışmadığından maşının arxa qapısını açıb bir neçə bağlamanı da ora qoydurdu və işçilərin haqqını verib onları yola salandan sonra sükan arxasında oturub mühərriki hərəkətə gətirdi. Təxminən qırx dəqiqədən sonra o maşını şəhər kənarındakı yetimxananın qarşısında saxladı.

 Yetimxananın müdirəsi onun ora hansı məqsədlə gəldiyini biləndə olduqca məmmun oldu və bir qədər sonra yetimxanada tərbiyə alan uşaqların hamısı paxlava, şəkərbura, şirin çörək, şokalad və başqa növ şirniyyatlar yeməyə başladılar. Paşa onların məzlum sifətinə baxdıqca ağlı kəsəndən naz-nemət içində yaşadığına və atasının onun üçün qoyduğu mirasa rəğmən pulu-pul üstünə qoyduğundan varlandığına, dəbdəbəli həyat sürdüyünə görə sanki böyük günahlar işlədibmiş kimi onu xəcalət təri basırdı. O, Uca Allahın insan olaraq yaratdığı bu bəziləri valideynləri tərəfindən atılmış, bəziləri valideynləri öldüyündən baxımsız qalmış, bəziləri diri yetim, bəziləri isə həqiqətən anasız, atasız yetim uşaqların da onun kimi insan olduğunu, nəyə görə indiyə qədər bu kimsəsiz, qayğıya, nəvazişə atalı, analı uşaqlardan qat-qat çox ehtiyacı olduqlarını, yaşadığı məmləkətin bəlkə də on minlərlə belə uşağının da bu dünyada yaşamağa haqqı olduğunu, onların da dünyanın, eyni zamanda bu torpağın onun qədər huquqi vətəndaşı olduqlarını dərk eləmədiyini, Şəfaəddin həkimin olduqca ibrətamiz sözlərindən sonra qəflət yuxusundan ayıldığını düşündükcə öz-özünü lənətləyir, öz keçmişindən iyrənirdi. Fəqət ruhunda alışmağa başlayan iman qığılcımları isə onu bundan sonra atılmışların, kimsəsizlərin, yetimlərin, xəstələrin, şikəstlərin qayğısına qalmağa, qazancının böyük bir hissəsini onlar üçün xərcləməyə səsləyirdi.

 Yetimxananın müdirəsinin adı Xədicə xanım idi. O, olduqca əməlisaleh bir qadın idi, yetimlərə bir ana, nənə şəfqəti göstərirdi. Lakin 300 manat maaşa qulluq eləyən Xədicə xanım yetimxanada tərbiyə alan uşaqların nə istədiyi kimi qarınlarını doyuzdura, nə geyindirə, nə də heç olmasa bayram günlərində onları lazımınca əyləndirə, sevindirə bilmirdi.  Bunun səbəbi isə Dövlət tərəfindən yetimxanaya göndərilən ərzaqın, geyimin, yataq dəstlərinin, məktəb ləvazimatlarının, kiçik yaşlı uşaqlar üçün oyuncaqların və başqa şeylərin haram yeyən bir dövlət məmuru tərəfindən mənimsənilməsi idi. Həmin məmur bütün bu işlərə nəzarət edirdi və ilk növbədə dövləti aldadaraq yetimxanaya göndərilən yardımın ən azı 70 faizini mənimsəyirdi. Bir sözlə bu adam güclü korrupsiya ilə məşğul olurdu və çırpışdırdığı hər şeyi elə sənədləşdirirdi ki, hamı onu təmiz adam hesab eləyirdi. Ataxan Ataxanov adlanan bu insan yetim və atılmış uşaqların yeməyini, geyimini, bir sözlə onlar üçün göndərilən yardımları mənimsəməklə təxminən on beş il müddətində Azərbaycanın ən varlı adamlarından birinə çevrilmişdi, belə ki, onun elə təkcə banklarda beş milyarddan artıq pulu var idi. Lakin qarnı qazan-qazan ət yeməkdən həmişə doysa da, gözü heç vaxt doymayan Ataxan Ataxanov bu məbləği olduqca az hesab eləyir, cəmisi beş milyard manat pulu olduğunu özünə təhqir hesab eləyir və nəyin bahasına olursa-olsun varlanıb Amerika Birləşmiş Ştatlarında yaşayan yəhudi milyorderlərin sırasına qoşulmaq istəyirdi. Məhz buna görə təzəlikcə geroyin alverinə başlamışdı və az bir zamanda da güclü mayası olduğundan narkobarona çevrilmişdi.

 Xədicə xanım onun olduqca tamahkar bir insan olduğunu və məzlum uşaqlar üçün göndərilən yardımın ən azı yetmiş faizini mənimsədiyini yaxşı bilirdi, lakin  haqsızlığın, ədalətsizliyin tüğyan elədiyi bir vaxtda ondan şikayət eləyib necə deyərlər başını cəncələ salmaq istmirdi. Birdə ki, Xədicə xanım övladları üçün qorxurdu. Onun İraqın Nəcəf şəhərində təhsil almış ilahiyyatçı bir oğlu, ədəbiyyat üzrə gənc olmasına baxmayaraq artıq elmlər namizədi alimlik dərəcəsi almış bir qızı var idi. Oğlunun adı Davud, qızının adı isə Zeynəb idi. Davudun iyirmi səkkiz, Zeynəbin isə iyirmi beş yaşı var idi. Davud ilahiyyat mədrəsələrindən birində “Təcvid” elmindən dərs deyirdi, Zeynəb isə Nizami Gəncəvi adına ədəbiyyat insutununun elmi işçisi idi. O, elmə o qədər bağlanmışdı ki, ərə gedib ailə qurmağı tamamilə düşünmürdü. Davud isə,-“Mən nə qazanıram ki, maaşım çox azdır, gəlini evə gətirib acından öldürməyəcəyəm ki”,-deyib evlənmək istəmirdi. Nəvə arzulayan Xədicə xanım tez-tez yarı zarafatla,-“Bura monastırdı! Mənim övladlarım xristian rahib və rahibələr kimi evlənməyi günah hesab eləyirlər. Başa da düşmürlər ki, Uca Allah hər sağlam adama evlənməyi vacib buyurub. Çünki Həzrəti Adəm əleyhəssalamın vaxtından əgər insanlar evlənməsəydi nəsil necə artacaqdı”?!-deyirdi.

    Ertəsi gün Paşa təxminən iki saat yetimxanada oldu və bu müddət ərzində kimsəsiz uşaqlar nəinki olduqca dadlı şirniyyatlar yedilər, Paşa onların hamısına isti qış geyimləri, ayaqqabılar, qəşəng dərs çantaları, dəftər-qələm, xətkeş və başqa dərs ləvazimatları bağışladı. Bütün bunlardan əlavə də Paşa ordakı kiçik yaşlı qızlar üçün qəşəng kuklalar, oğlanlar üçün ayı oyuncaqları almışdı.

 Çox vaxt pərişan olan, indi isə üzləri gülən uşaqlara baxdıqca Xədicə xanım isə elə sevinirdi ki,  sanki bütün dünyanı ona bağışlamışdılar.  

 

                                 * * *

 

 Nəzrin artıq bir həftə idi ki, xəstəxanada idi və artıq bir xeyli özünə gəlsə də, hələ bir müddət tam sağalana, eyni zamanda yarası bağlanana qədər xəstəxanada müalicəsini davam etdirməli idi. Paşa gündə düz üç dəfə qızına gəlib dəyir, Şəfaəddin həkim tapşırdığı şirələri alıb gətirir və Nəzrinin çarpayısının yanında oturub bir qədər onunla şiriin-şirin söhbət eləyirdi.

 Səhər saat doqquz idi. Nəzrin yuxudan təzəcə oyanmışdı və tibb bacısı onun oyandığını görüb ona iynə vurmuşdu. Nəzrini biradamlıq palatada yerləşdirmişdilər. Odur ki, atası hər dəfə çıxıb gedən kimi o, tək qaldığından darıxırdı. İndi də onun gözü qapıda idi və sanki uzun müddətdi görməmiş kimi atasını gözləyirdi.

 Qapı açıldı və içəri bir kişi xaylağı girdi. Nəzrin əvvəlcə onun ayaqlarını gördü və atası zənn elədi, lakin gözlərini bir balaca yuxarıda gəzdirincə onun Zülfüqar olduğunu gördü.

 Nəzrini həyəcandan tər basdı. O, ailələrində bu igid oğlana qarşı haqsıqlıq olandan bəri onun həsrətində olsa da, onun indi bura, onu yoluxmağa gələcəyini heç ağlına gətirmirdi.

 Zülfüqar ona baxıb gülümsəyirdi. Onun əlində uzun bir şüşə qab var idi. O, yaxınlaşıb şüşə qabı çarpayının yanındakı kiçik dolabçanın üstünə qoydu:

-Salam Nəzrin! Sənin xəstəxanada olduğunu dünən axşam Cinayət Axtarışları Şöbəsinin rəisi Sübhan Poladovdan öyrənmişəm. Lakin dünən gec olduğu üçün bu gün səni yoluxmaq qərarına gəldim. Necəsən Nəzrin?

 Nəzrinin gözlərində sevinc göz yaşları görünürdü. Zülfüqarın onu yoluxmağa gəlişi onun üçün bəlkə də hər şeydən qiymətli idi. O, gözlərinin yaşını gizləmək üçün üstündəki yorğanüzü ilə gözlərini sildi:

-Çox sağ ol Zülfüqar!

 Zülfüqar dolabçanın üstünə qoyduğu şüşə qaba işarə elədi:

-Bu xartut şirəsidir. Misilsiz bir şeydir. Bunu sənin üçün bacım Dürdanə hazırlayıb. Allah ölənlərinə rəhmət eləsin, rəhmətlik atam deyərdi ki, bundan yüz qram içərsənsə, yüz qram qanın artar. Yəni qanındakı gemoqlabin çoxalar. Hələlik səninçün bir şüşə gətirmişəm, amma inşallah yenə gətirəcəyəm. Bu sənin tez sağalmağına daha çox kömək eləyər.

 Nəzrin nə deyəcəyini bilmirdi, daha doğrusu bilmirdi ki, Zülfüqardan həddindən artıq razı olduğunu ona hansı sözlərlə bildirsin?! Çünki həmişə ona elə gəlirdi ki, onda heç bir söz bolluğu yoxdur. Fikrini də heç vaxt əməlli-başlı çatdıra bilmir. O, sanki Zülfüqarın əlindən tutubmuş kimi əlini onun gətirdiyi şüşə qabın üzərində gəzdirdi:

-Sən o vaxtı məni quldurların əlindən xilas elədin Zülfüqar, indi də həm məni, həm də atamı bizi neçə vaxtdı aldadan Rəvanənin cəngindən qurtamağa vasitəçi oldun. Bilmirəm sənə necə təşəkkür eləyim Zülfüqar?! Atam sənə haqsızlıq eləyib səni riyakar bir qadının və mənim üçün tələ quran analığımın fitvası ilə işdən çıxartmışdı, amma sən buna baxmayaraq məni yoluxmağa gəldin. Nə yaxşı ki, bu dünyada sənin kimilər var Zülfüqar, yoxsa dünya tamamilə qaranlıqdan ibarət olardı. Şox sağ ol Zülfüqar, min dəfə sağ ol!

 Bu dəfə nədənsə Zülfüqarın da gözləri yaşardı:

-Sən də sağ ol Nəzrin! Çünki milyonlar içində yaşamağına baxmayaraq sadəliyini, mehribançılığını, xoşxasiyyətliliyini tamamilə itirməmisən. O ki, qaldı atanın məni işdən çıxarmağına, maşın da onun, ailə də onun. İstədiyi vaxt kimisə işə götürər, kimisə işdən çıxara bilər.

 Nəzrin onunsəmimidən də səmimi görünən simasına baxdı:

-Amma gərək belə eləməyəydi mənim atam! Hər şeyi dəiqiq-dürüst ölçüb-biçəydi, yoxlayaydı, sonra qərar verəydi!

 Zülfüqar yenə təbəssüm etdi:

-Yaxşı bir söz var Nəzrin,-“Xətasız qul olmaz”,-yəni səhvsiz yalnız Allahdır. Əslində Paşa müəllim gözəl insandır, buna görə də şübhə eləmirəm ki, Rəvanə xanımın iç üzü açılandan sonra atan səhvini başa düşüb və inanıtram ki, bundan sonra bir də belə səhvlər buraxmayacaq!

 Nəzrin titrək səslə soruşdu:

-Sən həyatında səhvlər eləmisənmi Zülfüqar?

 Zülfüqar sağ əlini yuxarı qaldırdı:

-Əlbəttə! O qədər eləmişəm ki..

 Nəzrinin səsi bu dəfə əvvəlkindən də yanıqlı çıxdı:

-Amma nədənsə mənə səhvsiz, xətasız görünürsən!

 Zülfüqar yüngülcə başını buladı:

-Bu sənə elə gəlir Nəzrin! Bilirsən, mənim həyatımda çox səhvlərim olub. Lakin onlardan biri o qədər böyük olub ki, mən illərlə həmin səhvimin cəzasını çəkmişəm!

-Axı sən neyləmisən Zülfüqar?

-Nəzrin, sən hələ tamamilə sağalmamısan, odur ki, bunu deyib qəlbini ağrıtmaq istəmirəm! Düzdü o səhv, bilavasitə mənim özümə aiddir, amma mən bilirəm ki, sən çox həssas qızsan, bunu sənə danışsam, qəlbin ağrıyacaq, ona görə də demək istəmirəm! İnşallah tamamilə sağalıb ayağa duarsan, onda deyərəm!

 Nəzrin bayaqkından bir qədər də aşağı səslə dilləndi:

-Mən bunu bilirəm Zülfüqar!

 Zülfüqar heyrət etdi:

-Hardan bilirsən Nəzrin?

-Şübhə eləmirəm ki, sənin səhvin səni şərləyən və analığımın əlinə bəhanə verən Mayilə ilə bağlıdır. Özü də istəyirsən deyim, öz səhvini nədə görürsən?!

 Zülfüqar yenə heyrətlə ona baxırdı. Nəzrin isə ondan cavab gözləmədən sözünə davam elədi:

-Mayilə səni böyüyüb boya-başa çatdığın mülkdən didərgin salmaq üçün sənə böhtan atıb. Sənsə bu qadının riyakar olduğunu bildiyin halda onunla bir evdə yaşamısan! Bax budu sənin səhvin! Əgər vaxtında ondan uzaqalaşsaydın, böhtana düşməzdin və bu da illərlə sənə əzab verməzdi.

 Zülfüqar donub qalmışdı. Bu nədir?! Yoxsa Nəzrinə xəstə olduğu müddətdə vergi verilmişdi?! Yox, bu Zülfüqarın toyuq hinindən tanıdığı Nəzrin deyildi. Sanki az zaman içində dünyagörmüş bir ağbirçəyə çevrilmişdi.

 O, Nəzrinə maddım-maddım baxırdı, Nəzrində onun gözlərində sonsuz heyrəti görüb dilləndi:

-Təəcüblənmə Zülfüqar, son hadisələr və üzücü xəstəlik yaşımım az olmasına baxmayaraq mənə çox şeylər öyrətdi. Əslində mən neçə ay bundan qabaq çox avam bir qız idim. Amma artıq taleyin sınağından keçmişəm və o toyuq hinində ilk dəfə qarşılaşdığın Nəzrin deyiləm! Artıq insanlara inanmıram Zülfüqar! Əlbəttə bu qətiyyən sənə aid deyil! Mən bayaq da dedim, sən mənə xətasız görünürsən! Çünki səni tanıdığım müddətdən özünü çox alicənab, mərd və əsl kişi kimi aparmısan! Sən olduğun kimi görünürsən Zülfüqar və zəmanə insanlarına bənzəmirsən! Buna görə də mən sənə hər şeyə görə və nəhayət indi məni, gözü daim palatanın qapısında qalan xəstə bir qızı gəlib yoluxduğuna görə sənə hədsiz təşəkkürlər eləyirəm Zülfüqar!

 Zülfüqar mələklər qədər məsum olan bu qızcığazı bir arxadaşı kimi bağrına basıb öpmək istəyirdi. Lakin İslam ehkamları bunu qadağan elədiyindən fikrindən vaz keçdi.

  Bir qədər sonra Zülfüqar Nəzrinlə xudahafizləşib palatadan çıxdı və dərhal da Paşa ilə üz-üzə gəldi. O, başı ilə Paşa ilə salamlaşıb ötüb getmək istədi, lakin üç-dörd addım atmışdı ki, Paşa arxadan onu səslədi:

-Zülfüqar!

 Zülfüqar ayaq saxlayıb geri döndü və Paşaya baxdı. Paşa xəcalət içində idi və hardan başlayacağını, nə deyəcəyini özü də bilmirdi.

 Zülfüqar onun susduğunu görüb dilləndi:

-Mənə sözünüz varsa deyin, Paşa müəllim! Əgər burda nə etdiyimi soruşmaq istəyirsizsə, bildirim ki, mən qızınız Nəzrini yoluxmağa gəlmişdim!

 Paşa cibindən yaylıq çıxarıb alnının tərini sildi:

-Mən çox peşmanam Zülfüqar! Sənə haqsızlıq eləmişəm!

 Zülfüqar bir addım ona tərəf gəldi:

-Xatirinizdədisə o vaxt siz məni yad bir qadının felinə uyub işdən çıxardanda sizı kiçik qardaş kimi tövsiyə eləmişdim. Demişdim ki, hər yoldan ötənin fitvasına getmək, hər fitnə-fəsad törədənin felinə uymaq sizi və ailənizi yalnız uçuruma apara bilər. Dediyim kimi də oldu. Amma çox şükürlər olsun ki, Sübhan Poladovun səyi nəticəsində nə siz, nə də Nəzrin bu uçuruma yuvarlanmadız.

 Paşa yaxınlaşıb onun əlindən tutdu:

-Məni bağışlayaırsanmı?!

 Zülfüqar təəcüblə soruşdu:

-Nəyə görə?

-Sənə qarşı haqsızlıq elədiyimə görə!

-Siz mənə qarşı yox, hər yetənə inanmaqla özünüzə və qızınıza qarşı haqsızlıq eləmisiz! O ki, qaldı məni işdən çıxartmağınıza, bu sizin şəxsi işinizdi, buna görə kimsə sizi ittiham eləyə bilməz. Birdə ki, əslində mənim bədbəxt qardaşımın arvadı Mayilənin mənə qarşı atdığı zəhərli oxlar və bu oxlardan birinin təsirindən məni işdən çıxartmanız əslində həyatımda müəyyən qədər boşluq əmələ gətirsə də, nəticədə işimə yaradı. Mən artıq beş aydı Azərbaycandakı ən böyük hərbi müsəssilərdən birinin rəhbərinin müavini general Camalzadənin sürücüsüyəm. Düzdü aldığım maaş, sizin mənə verdiyiniz aylıqdan bir qədər azdı, amma mən artıq Dövlət müəssisəsində çalışıram, bu mənim gələcəyim üçün olduqca faydalıdır. Odur ki, sizə məni o vaxt işdən çıxartığınıza görə təşəkkür eləməkdən başqa çıxış yolum qalmır.

 Zülfüqar bunu deyib dönərək bir neçə addım getdi və nə fikirləşdisə yenə 180 dərəcə fırlanıb üzünü heykələ dönüb yerindən tərpənməyən Paşaya tutdu:

-Hə, lap yadımdan çıxmışdı Paşa müəllim, əgər icazə versəydiz, Nəzrin xəstəxanadan çıxana qədər tez-tez onu yoluxmağa gələrdim. O, çox yaxşı qızdı, bu səbəbdən də onun sağalıb tezliklə ayağa qalxmasını çox istəyərdim.

 Paşa yenə yaylıqla alnının tərini sildi:

-Əlbəttə, əlbəttə! Mən gündə üç dəfə onun yanına gəlirəm, hər dəfə mən onun yanından çıxandan sonra möhkəm darıxır. İki gün bundan qabaq sinif yoldaşları və bir neçə müəllim ona dəyməyə gəliblərmiş, lakin onları içəri buraxmayıblar. Nəzrin istəyir ki, həmişə yanında adam olsun!

 Zülfüqar pencəyinin açıq düyməsini düymələdi:

-Məni də buraxmaq istəmirdilər, generalın sürücüsü kimi vəsiqəmi təqdim eləyən kimi üzr istəyib buraxdılar. Allah Nəzrinə tezlıiklə şəfa versin! Yaxşı Paşa müəllim, mən getdim!

 Zülfüqar bunu deyib nizam-intizama riayət eləyən bir əsgər kimi fırlanaraq uzaqlaşdı.

 Peşimanlığı qəlbini sıxan Paşa isə bir qədər onun arxasıyca baxıb Nəzrin yatan palataya girdi.

 

                                           *  *  *

 

  Jaqa artıq neçə müddət idi ki, oturduğu həbsxananın rəisi Sərxanın tapşırıqlarını yerinə yetirirdi, yəni ona gizlicə geroyin çatdırılır, o da dərhal dustaqlar arasında onu əridir, dustaqlardan yığdığı pulu yenə gizli yolla Sərxana ötürür, sonra dustaqların geroyin kisəciklərinin haralarda gizlətdiyinin yerini öyrənib bunu Sərxana gizli yolla məlumat verir, Sərxan da öz növbəsində “gizli axtarış” təşkil edib geroyin kisəciklərinin bir qismini tapdırır, daha sonra isə narkobaron Ataxan Ataxanovla sövdələşib gizli seyfində saxladığı geroyin kisəciklərinin üstünü düzəldərək yenə gizli yolla Jaqaya ötürürdü. Jaqanın həbsxana rəisi Sərxanın qulbeçəsi olduğunu dustaqlar arasında bir nəfərdən başqa bilən yox idi, lakin həbsxanada dustaqlar arasında satqın olduqlarına görə “qəhbə” adlandırılan bir neçə nəfər var idi ki, onlar Jaqanın dustaqlara geroyin satmağını çox gözəl bilirdilər, buna görə onlar ayrı-ayrı vaxtlarda həbsxana rəisinilə görüşüb, ona Jaqanın dustaqlar arasında narkotik satdığını bildirmişdilər. Sərxan isə gözdən pərdə asmaq üçün hər dəfə “saxta axtarış” təşkil etmiş, lakin bu axtarış vaxtlarında nə Jaqanın, nə də geroyin qəbul eləyən dustaqların üstündən narkotik tapılmadığına görə, həmin “qəhbələr” dərhal Sərxanın huzuruna çağırılmış, Sərxan da öz növbəsində “onu ələ saldıqlarına” görə cəza olaraq onları karserə saldıraraq cəza verdirmişdi. Bu səbəbdən də satqınlarına görə peşman olan və əlləri heç yerə çatmayan “qəhbələr” hətta Jaqa bəzən onların gözü qarşısında belə dustaqlara geroyin satsa da,  daha dillərini qarınlarına qoyur və bunu görməməkdən ötrü cəld həmin yerdən yayınır, xəlvət bir yerdə dururdular.

 Jaqa hiyləgər olduğuna, eyni zamanda Sərxanla onlara toxunmayacağı barədə sövdələşdiyinə görə onlara nəiinki toxunmur, onlarla qarşılaşanda özünü elə aparırdı ki, guya onları görmür.

 Lakin Jaqa nə qədər hiyləgər olsa da, dustaqlar arasında ondan da hiyləgəri var idi və adam Jaqanın necə deyərlər cikini-bikini bilsə də çoxbilmişdiyindən hələ ki susur, özünü guya heç bir şeydən xəbəri yoxmuş kimi aparırdı.

 Bu adamın adı Cəmaləddin idi, belə ki, o da Jaqa kimi 13 yaşından dustaqxanalarda ömür sürürdü və Jaqa ilə fərqi onda idi ki, Jaqa ilk dəfə dustaqxanaya düşənəcən ona nənəsi baxmışdı, Cəmaləddin isə valideynləri tərəfindən atıldığından 13 yaşına qədər uşaq evində olmuşdu, orda tərbiyəçi-müəllimlərdən birinin cibindən 93 manat pul oğurladığına görə həbs edilmişdi və bununla da onun 13 yaşından bu yana, yəni 45 yaşına qədər olan həyatının 95 faizi dəmir barmaqlıqlar arasında keçirdi. Əsl adı Cəmaləddin olsa da, dustaqlar ona Cəmo deyirdilər, belə ki, o nə “lotu”, nə “avtoritet”, nə “mujik”, nə də çoxlarının nifrət elədiyi “bezpridel” olmasa da, qapazaltı da deyildi, necə deyərlər kimsənin corablarını da yumurdu, əsəbləri sakit olduğu qədər də başını aşağı salıb ona azadlıqdakı həyatdan daha çox ləzzət eləyən həbxsana həyatını yaşayırdı.

 Əslində 13 yaşından ömrünü həbsxana divarları arasında keçirən bu adamın bir idealist olaraq nə “lotu”, nə də “avtiritet” olmaq istəməmsində bir səbəb var idi, o çox yaxşı bilirdi bu adlarla “imenavat” olmuş insanların dostları nə qədər çox olursa, düşmənləri də bir o qədər çox olur. Çünki elə məhz cinayətkarlar aləminin üzvülərindən onlar dırmaşa bilən yüksəkliklərə dırmaşa bilməyən, onların qazandığı hörmətin heç yüzdə birini də qazana bilməyənlər onlara çox güclü şəkildə paxıllıq eləyirlər və imkan düşın kimi onları arxadan vururlar. Cəmonun indiyə qədər tanıdığı lotuların və avtoritetlərin doxsan faizi paxıl adamlar tərəfindən öldürülmüşdü, cəmisi on faizi sağ idi ki, onların da hamısının ayağının altı qazınmaqda idi. Əslində Cəmo ölümdən qətiyyən qorxmurdu, lakin qəfil, ya gecə yatdığı yerdə, ya xəbəri olmadığı halda arxadan saplanan iti bıçaqla, ya da zəhərlənərək öldürülmək istəmirdi. Məhz bu səbəbdən də cinayətkarlar aləminin altını-üstünü də bilən bu adam lotu və yaxud avtoritet kimi “imenavat” olmağa heç vaxt can atmamışdı.

 Cəmo ilə Jaqa arasında tamamilə səssiz, hay-küysüz, gizli bir düşmənçilik var idi. Bunun səbəbi isə 13 yaşından bu yana Cəmonun heç bir “lider” qarşısında boyun əyməməsinə rəğmən, bu həbsxanadı bütün dustaqların əksinə olaraq Jaqaya da tabe olmaması idi. Məsələ burasında idi ki, Jaqa bu həbsxanaya köpçürüləndən cəmisi bir həftə sonra bütün dustqalar, həbsxananın rəisi Sərxanın uydurmasına rəğmən, onun guya Sapayı döyüb xurd-xəşil eləməsinə inanandıqları üçün  onu özlərinə lider seçsələr də, Cəmo nəinki Jaqaya boyun əymirdi, hətta onu saymırdı da. Belə ki, hər bazar günü həbsxananın iri həyətində mindən yuxarı dustaq Jaqanı görərkən, oturanlar dərhal ayağa qalxdığı, ayaq üstə olanlar isə sanki bir bölük əsgər generalın qarşısında farağat durduğu kimi dayandıqları halda, Cəmo yerindən tərpənmir, oturduğu yerdə siqaretini tüstülədir və hamı kimi Jaqaya tərəf deyil, tamamilə başqa istiqamətə baxırdı. Bunun əsas səbəbi isə yuxarıda deyildiyi kimi sui-qəsd nəticəsində ölmək istəməyən Cəmonun Jaqanı çox yaxşı tanıması, hamıdan fərqli olaraq, o biri həbsxanada Sapayın Jaqa tərəfindən deyil,  Jaqanın Sapay tərəfindən “kaznit” edilməsindən xəbəri olması idi. Buna görə zatən kimsənin qarşısında əyilməyi sevməyən Cəmo bu “kazyol”un qarşısında söz yox ki, heç vaxt əyilməzdi və bir gün Jaqanın kazyolluğunu hamıya subut eləyəcəkdi, lakin bunun öz zamanı var idi, indi bunun yeri deyildi, belə ki, Cəmo bütün dustaqlardan fərqli olaraq Jaqanın Sərxanın qulbeçəsi olduğundan da xəbərdar idi və bi gün hökmən onu ifşa eləyəcəkdi, lakin bu da öz zamanını gözləyirdi.

 Bu gün də istirahət günü olduğu üçün, dustaqlara da istirahət verilmişdi və artıq iki saat olardı ki, dustaqların əksəriyyəti həbsxananın həyətində iki-iki, üç-üç gəzişə-gəzişə, bəziləri oturmuş halda və yaxud durduqları yerdə bir-birilə söhbət edirdilər.

 Budur yenə Jaqa göründü və dustaqlar onu görən kimi ayaq üstə olanlar yerlərində durdular, səkilərdə oturanlar isə dərhal ayağa qalxdılar. Lakin ayaq üstə gəzişə-gəzişə və yaxud dayanaraq deyil, oturan yerdə siqaret tüstülətməyi sevən Cəmo yenə yerindən tərpənmədi.

 Onun bu cür saymazyanalığı Jaqanı bezdirdiyi üçün ona yaxınlaşıb xırıltılı səslə dedi:

-Neçə vaxtdı burdayam, hamı da mənim kim olduğumu, nələrə qadir olduğumu yaxşı bilir. Odur ki, məni görəndə ayağa qalxırlar. Sən isə yaman yuxardan gedirsən!

 Cəmo ağır-ağır başını qaldırıb ona baxdı:

-Sən aşağı düşsən, mən də düşərəm!

 Jaqa özünə məxsus şəkildə sırtıq-sırtıq gülümsədi:

-Mənim aşağı düşmək fikrim yoxdu! Amma səni hörümçək milçəyi sıxıb suyunu çıxardan kimi əzərəm!

 Cəmo təmkinini pozmadan siqaretinə iki dərin qullab vurdu:

-Qabağında kor-koranə o qədər əyiliblər ki, arxasıüstə qalmısan, ona görə də elə bilirsən ki, hamı ayağının altında torpağ olmalıdı. Amma mənim kimsəyə əyilmək fikrim yoxdu, özü də məni əymək istəyəni elə əyərəm ki, bütün kürreyi-ərz yığışıb gəlsə düzəldə bilməz!

 Jaqa onun bu dikbaşlığına daha dözə bilməyib qoynundan olduqca iti bir bıçaq çıxardı, lakin o Cəmonu vura bilmədi, çünki bunu görən iki nəfər nəzarətçi dərhal yüyürüb bıçağı onun əlindən aldılar və onu dartıb apararaq Cəmodan uzaqlaşdırdılar. O isə gedə-gedə bağırdı:

-Bu sənə baha başa gələcək Cəmo! Səni əzib muma döndərəcəyəm Cəmo! Sənin qanın getdi!

 Nəzarətçilər Jaqanı darta-darta içəri apardılar. Cəmo isə bir kəlmə də danışmadı və yalnız bunun hesabını hökmən Jaqadan alacağına qərar verdi.

 

                                                 * * *

 

 Cəmo həbsxananın həyətindəki dustaq çarpayıları hazırlayan sexdə çalışırdı. Hər gün səhər saat səkkizdə səhər yeməyindən sonra orda işləyən dustaqlarla birlikdə ora gətirilir və ortada, yəni bir tamamda nahar fasiləsini nəzərə almasaq, axşam saat yeddiyə qədər orda çalışırdı.

 Bu gün də belə idi. Səhər saat səkizdən, yəni səhər yeməyini yeyəndən sonra çalışmağa başlamışdılar. Cəmo oz xasiyyətinə rəğmən elə adam idi ki, işləyə-işləyə, daha doğrusu dəzgah arxasında dəmir çarpayılar üçün ayaqlar hazırlaya-hazırlaya durmadan hər tərəfi seyr edirdi və sanki iki yox, dörd gözü var  idi. Birdən onun nəzəri-diqqətini dustaqlar arasında “Göbələk” adlanan boyu  bir metr qırx santimetrdən böyük olmayan, elə bədəninin cılızlığı ilə də hamıdan fərqlənən dustaq cəlb elədi. Göbələyə həmin sexi tez-tez süpürməyi və dəzgahlardan tökülən dəmir tozlarını yığmağı tapşırmışdılar. O, əlində iri şotka işləyə-işləyə başı işləməyə qarışmış dustaqlara bir müddət orğun-orğun nəzər saldı,  Cəmo dərhal bunu sezib özünü elə apardı ki, guya ümumiyyətlə Cırtdanı görmür. Göbələk ona tərəf də ani olaraq baxıb, onun da başının möhkəm olduğuna əmin olandan sonra hazır çarpayı ayaqlarından birinin rezbalı qapağını açıb ora bir neçə geroyin kisəciyi buraxdı və çarpayı ayağının üstünü əlindəki tinağı olan kiçik daşla cızıb dərhal qapağı bağlayaraq süpürgəni əvəz eləyən şotkanı götürüb tökülən tozları süpürməyə başladı.

 Cəmo onun nə elədiyini çox yaxşı görürdü, lakin Göbələk “işini” bitirən kimi dərhal özünü elə apardı ki, guya yuxarıda deyildiyi kimi ümumiyyətlə Göbələyi görmür.

 Bir qədər sonra Göbələk yığdığı zibilləri tullamaqdan ötrü çölə çıxdı və Cəmo dərhal çarpayı ayaqları olan məkana yaxınlaşıb diqqətlə baxdı. Çarpayı ayaqlarından birinin üstü daşla cızılmışdı. Cəmo o yan, bu yana nəzər salıb həmin çarpayı ayağını götürüb xəlvət yerə keçərək qapağını açıb tərsinə çevirdi, bir neçə geroyin paketi yerə töküldü. Cəmo geroyin kisəciklərini yığıb başqa bir çarpayı ayağının içində yerləşdirdi və qapağını bağlayıb, yenə dörd bir tərəfə nəzər salıb kimsənin ona fikir vermədiyinə əmin olandan sonra onu hələ hazır olmayan dəmir boruların içində gizlətdi, sonra Göbələyin daşla cızdığı çarpayı ayağının qapağını bağlayıb əvvəlki yerinə gətirdi və sakitcə işlətdiyi dəzgahın arxasına keçdi.

 Bir qədər sonra Göbələk zibilləri atıb qayıtdı və yenə süpürgəsini götürüb toz basmış yerləri süpürməyə başladı.

 Bir neçə saatdan sonra nahar fasiləsinin zəngi çalındı. Həmin sexdə çalışan dustqalar, o cümlədən Göbələk dərhal əllərinin işlərini yarımçıq qoyub nahara getmək üçün sexdən çıxdılar. Cəmo isə hamının çıxdığına əmin olandan sonra xəlvət bir yer tapıb gizləndi və gözləməyə başladı.

 Bir qədər sonra Jaqa göründü, o dörd bir tərəfə göz gəzdirib hazır çarpayı ayaqlarına yaxınlaşdı və diqqətlə onları nəzərdən keçirib üztü daşla cızılmış çarpayı ayağını tapdı və dərhal qapağını açıb ayağı üzüaşağı tutdu. Lakin söz yox ki, ona lazım olanlar onun içində yox idi. Jaqa qəzəblə çarpayı ayağını bir neçə dəfə palaz çırpan kimi çırpdı, lakin çarpayı ayağı bomboş idi. Qeyzindən göm-göy göyərən Jaqa ordakı təxminən iyirmiyə yaxın çarpayı ayaqlarının hamısının qapağını açıb başıaşağı çevirdi. Lakin onların heç birində geroyin paketləri yox idi. Həm hiddətindən, həm də qorxudan başdan-başa tərləmiş Jaqa iti addımlarla böyük sexi başdan-başa gəzdi və Cəmoya tərəf gələndə Cəmo özünə elə yer seçdi ki, Jaqa yenə onu görmədi.

 Jaqa sexdə hər dəlmə-deşiyi belə axtardı və hələ inşa olunmamış dəmirlərin içində gizlədilmiş çarpayı ayağını tapa bilmədi ki, bilmədi.

 Hirsindən dilini-dodağını çeynəyən Jaqa sexin içində bir xeyli vurnuxandan sonra demək olar ki, qaça-qaça oranı tərk etdi. Onun çıxdığına əmin olan Cəmo gizləndiyi yerdən çıxıb sexin qapısına yaxınlaşdı və həbsxananın iri həyətinə tərəf boylanıb nəzarətçilərdən başqa kimsənin olmadığını görüb sexdən çıxdı və iti addımlarla həyətin o biri başında yerləşən yeməkxanaya tərəf getdi. Nəzarətçilər onun sexdən, yəqin işini başa çatdırdığı üçün gec çıxdığını düşünüb əhəmiyyət vermədilər.

 Bir qədər sonra o, yeməkxanaya girdi və dərhal öz yeməyini alıb dəmir masa arxasında əyləşərək şorba içməyə başladı.

 Jaqa ondan bir qədər əvvəl yeməkxanaya gəlmişdi və iri əlini Göbələyin ördək boğazına oxşayan nazik boğazına qoymuşdu. Göbələk tir-tir titrəyir, and-aman eləyir, pıçıltıya bənzər səslə geroyin paketlərini çarpayı ayağına saldığını və ona dediyi kimi həmin ayağı tinağlı daşla cızdığını söyləyirdi.

 Cəmo onların səsini eşitmirdi, lakin söz yox ki, Göbələyin nə dediyini çox gözəl anlayırdı və bu da ona artıq aydın idi ki, həbsxana rəisi Sərxan dustaqlar Jaqanın onun qulbeçəsi olduğunu  bilməsinlər deyə ona geroyin paketlərini Göbələk vasitəsilə ötürür. İndi isə Jaqanın vəziyyəti heç də ürəkaçan deyildi. O, itmiş geroyin paketlərinə görə Sərxana cavab verməli olacaqdı.

 Ertəsi günü elə əsl adı Cavanşir olan, lakin həddindən artıq bəstə boyuna görə hamının Göbələk çağırdığı dustaq vasitəsilə geroyin paketlərinin itməsindən xəbər tutan Sərxan,  Jaqanı huzuruna çağıtdırdı və Jaqa nə qədər and-aman eləsə də, ona inanmayıb, geroyin paketlərini gozlətdiyini düşünərək, onu gizli bir zirzəmiyə saldırıb saatlarla işgəncə verdirdi. Jaqa burda da, yəni işgəncələr altında bağıraraq paketlərin harda olduğunundan xəbəri olmadığını yüz dəfələrlə söyləsə də, yenə ona inanmayıb təxminən iki yüz qram, yəni qiyməti ən azı iyirmi min manat dəyərində olan narkotik maddənin məhz onun tərəfindən hardasa gizlədildiyini söylədi. Odur ki, başqa əlacı olmadığından guya çarpayı sexində dustaqlar tərəfindən saxlanılan geroyin paketlərinin nəzarətçilər tərəfindən axtarışını elan elədi. Təxminən on beş dəqiqədən sonra nəzarətçilər geroyin paketlərini tapıb üzə çıxartılar.

 Sərxan yenə başqa əlacı qalmadığından onları təhvil verməkdən ötrü sənədləşdirməli oldu və ürəyində ona iyirmi min manat zərər vuran Jaqanın başına bundan da betər müsibətlər açacağına özü-özünə söz verdi.

 Jaqaya dəhşətli dərəcədə nifrət eləyən Cəmoya da elə bu lazım idi, belə ki, o artıq xüsusi biradamlıq kamerada saxlanılan Jaqanın əsl siması haqqında dustaqlara danışdı. Bundan əlavə də başqa bir həbsxanada Jaqanın Sapay tərəfindən  mələdildiyini, aşağılandığını dedi. Məsələ burasında idi ki, bunu ona bir müddət əvvəl həmin həbsxanada işləmiş, sonra bu həbsxanaya təyin olunmuş nəzarətçilərdən biri söyləmişdi. Ağalar adlı nəzarətçinin də özünü çox yuxarıdan aparan, Sərxana güvəndiyinə görə bəzi hallarda nəzarətçiləri saymayan Jaqadan zəndeyi-zəhləsi gedirdi. Ağalar əvvəlki həbsxanada işləyərkən söz yox ki, Jaqa onu görmüşdü, lakin heç vaxt ağlına gəlməzdi ki, onun Sapay tərəfindən əzildiyindən həbsxananın tamamilə başqa bir guşəsində duran Ağaların bundan xəbəri olsun. Məhz buna görə də atalar boş yerə,-“daşın da, divarın da qulağı var”,-deməyiblər. O vaxt Ağalar tez bir zamanda bundan xəbər tutmuşdu və bu həbsxanaya köçürüləndən bəri İskəndərin dəlləyinin sirri kimi ürəyində gəzdirtməyin onu az qala xəstəliyə salacağını görüb, ən sakit dustaqlardan biri Cəmoya bu “sirri” açmışdı. O zamandan da bəri Cəmo, zamanı gələndə açmaq üçün bu “sirri” qəlbində saxlamışdı. Lakin zamanı yetişdiyindən,daha doğrusu sirrin açılma məqamı gəlib çatdığından əslində bir nəfər kimi Jaqaya nifrət eləyən dustaqlar arasında bunu yaymağa başladı.

  Sərxan isə Jaqaya bir müddət işgəncələr verdirsə də, onu öldürtmədi. Bunun isə səbəbi var idi, birincisi ona görə ki, Jaqanın müəmmalı ölümü onun başını cəlcələ sala bilərdi, çünki hələ dustaqlar bir yana dursun, nəzarətçilərin 99 faizi onun həbsxanaya geroyin gətirərək əritdiyini bilmirdi. Jaqanın gizli şəkildə öldürülməsi elə ilk növbədə onları şübhəyə sala bilərdi və bu tez bir zamanda dilə-ağıza düşə bilərdi. Bu da öz növbəsində həbsxanaya bu işə baxan xüsusi təşkilatdan istintaq qrupunun gəlməsinə səbəb ola bilərdi ki, bu zaman Sərxan elə dolaşa bilərdi ki, heç cürə bu dolaşıqdan yaxa qurtara bilməzdi. Odur ki, o, Jaqadan bu barədə ağzından söz qaçırtdığı halda onun dərhal başını batıracağı ilə hədələyib onu hər gün işgəncələr verdirdiyi zirzəmidəcə gizlicə müalicə elətdirdi.

 Jaqa bir neçə gün ərzində iki nəfər nəhəng tərəfindən möhkəm döyülsə də, bədəni çox möhkəm olduğundan bir həftə müalicə alandan sonra zirzəmidən çıxarıldı və onu yenə ağalıq elədiyi kameraya gətirdilər.

 Ağalıq şirəsi ağzında qalan Jaqa kameraya girən kimi dustqaların ona tərəf yüyürüb əlini öpəcəkləri ümidiylə qəribə bir yerişlə yuxarı başa tərəf addımlamağa başladı. Kameradakı qırx dustaq onu görən kimi iylənmiş bir heyvan leşinə baxırlarmış kimi onun özündən razı hərəkinə tamaşa elədilər.

 Jaqa onların nəinki ona tərəf yüyürmədiklərrini, hətta ona nəcisdən də mundar bir şeyə baxdıqları kimi baxdıqlarını görüb kameranın tən ortasında dayanaraq bağırdı:

-On gün burda olmamışam deyə cızığınızdan çıxıb qudurmusuz. İndi sizə bu qudurğanlığın nə demək olduğuinu göstərərəm! Tez bir-bir gəlib qarşımda diz çökün!

 Dustaqların baxışları bu dəfə xeyli sərtləşdi. Onlar hələ bir söz deməsələr də, baxışlarından bir qədər sonra Jaqanın dərsini əməlli-başlı verəcəkləri açıq-aşkar duyulurdu.

 Jaqa bu dəfə əvvəlkindən də bərk bağırdı:

-Eşitmədiz?! Deyəsən arvad paltarı geymək istəyirsiz. Tez qarşımda diz çökün! Yoxsa hamınıza mavi damğası vuraram!

 Yalnız indi Fərman adlı cavan dustağın səsi eşidildi:

-Yaxı bir söz var,-“Mavi elə bilir ki, hamı mavidi”.. Sən özün sən demə mavinin yekəsi imişsən. Biz gör nə qədər əbləh olmuşuq ki, sən mavi olduğun halda, səni əsl kişi hesab eləyib burda ağalıq eləməyinə mane olmamışıq.

 Gözləri kəlləsinə çıxmış Jaqa ona yaxınlaşıb əl ataraq qəflətən yaxasından yapışdı:

-İndi dilini dibindən qopardacağam, həm də gözlərini ovub yerə tökəcəyəm ki, başqalarına da dərs olsun!

 Jaqa yenə nəsə demək istəyirdi ki, sözü ağzında qaldı. Çünki Fərman qəfildən ona elə kəllə vurdu ki, onun əli dərhal Fərmanın yaxasından qopdu və burnu partlamış halda yerə yıxıldı. Bu zaman qırx dustağın hamısı hucum eləyib onu yerbəyerdən təpikləməyə başladılar. Bəzi dustaqlar sıxlıq olduğundan buna imkan tapmadıqlarına görə bir qədər sonra irəlidəki dustaqlarla yerlərini dəyişdilər.

 Jaqa elə bağırırdı ki, elə bil bədəninə qızmış kürə basırdılar, buna görə də onun səsini nəzarətçilər eşitməyə bilməzdi, odur ki, dustqalar onu yerbəyerdən döyməyə başlayandan təxminən iki dəqiqə sonra kameranın polad qapısı açıldı və dərhal bir neçə nəzarətçi yüyürüb Jaqanı dustaqların əlindən, daha doğrusu ayağından aldı.

 Bir qədər sonra Jaqanı həbsxana xəstəxanasına götürdülər və bu dəfə o, Sərxanın adamları tərəfindən aldığı yaralar hələ tam sağalmadığından, daha doğrusu yaralarının üstünə daha ağır yaralar gəldiyindən, ən pisi isə orqanlarında daxili qanaxma baş verdiyindən cəmisi iki saat yaşayıb dünyasını dəyişdi.

 Sərxanın isə Jaqanın bu şəkildə ölümü ilə əlaqədar hökmən başı ağrıyacaqdı. Lakin onun vəziyyətdən çıxmaq üçün yaxşı imkanı da var idi. Bu isə Jaqanın qırx dustaq tərəfindən ölənə qədər döyülməsi idi. Yəni onun Jaqaya işgəncə verdirdiyini və bunun hansı səbəbdən edildiyini bilməyəcəkdilər.

 Jaqanın dustaqlar tərəfindən döyülüb öldürülməsi ilə əlaqədar ertəsi gün həbsxanaya xüsusi istintaq qrupu gəldi. Onlar qırx dənə dustağı ayrı-ayırılıqda dindirdilər. Söz yox ki, onlar Jaqanın həbsxananın rəisi Sərxana çuğulluq etdiyindən xəbərləri olsa da, onu məhz bu səbəbdən döyüb öldürdükləri üçün bunu istintaq qrupunun üzvülərindən gizlədilər və Jaqanın sadəcə olaraq onların üstündə ağalıq eləmək istədiyinə görə onu  döydüklərini söylədilər. İstintaq qrupu da bu səbəbdən “kollektiv cinayət” törətdiklərinə görə onların cəza müddətini bir xeyli artırdı, belə ki, məsələn cəza müddətinin bitməsinə cəmisi iki il qalmış dustağın cəzasının üstünə beş il də cəza gəldi və bununla dustaqlar özlərini sanki qırx arşın quyununun dibinə atmışdılar.

 Sərxan isə dustaqlar dindirlən və ümumiyyətlə istintaq qrupunun üzvüləri həbsxanadan çıxıb gedənə qədər sanki iynə üstündə otursa da, bu dəfə də sudan quru çıxmışdı. Çünki kamissiya üzvüləri onun həbsxana divarları arasında hansı hoqqalardan çıxdığından tamamilə xəbər tutmadan həbsxananı tərk etmişdilər. Odur ki, bir müddət keçirdiyi vahimələr, sonra da güclü sevinc hissi ilə əlaqədar bir neçə həftə iyrənc əməlləri ilə məşğul olmadı. Amma neyləmək olar ki, insan elə ilk yaranışdan tamahkardır və tamah onu həmişə mundar işlərə cəlb edir.

 Sərxan artıq hər bir qorxunun sovuşduğunu və yəqin ki, bu tərəfə qorxu yellərinin əsməyəcəyini güman edib yenə dünyada ən asan yolla ən çox qazanc gətirən narkotik alverini özünə peşə seçdi, daha doğrusu yaxın tanışı Ataxan Ataxanovdan narkotik alıb həbsxanada əritməyə başladı.

 Ataxan Ataxanov isə yuxarıda deyildiyi kimi əlində bir sıra ixtiyar olan yüksək vəzifəli bir dövlət məmuru idi, belə ki, gecə-gündüz vətənpərvərlikdən dəm vurub döşünə döydüyündən özündən daha böyük vəzifə sahibləri arasında hörmət qazanmışdı. Onlar onu olduqca pak və əsl vətənpərvər hesab eləyirdilər. Söz yox ki, bu da ona əliəyriliklə, korrupsiya ilə məşğul olmağa və rezpublikadakı bütün narkobiznesin başında dayanaraq narkobaronluq eləməyə böyük şans verirdi. Sərxan isə onun bu işdə onlarla köməkçilərindən biri idi və o, məhz elə tək Sərxanın vasitəsilə il ərzində ən azı yarım milyon pul qazanırdı. Lakin onun necə deyərlər əlinin altında onlarla Sərxan kimilər var idi, buna görə də ona təkcə elə narkotikdən il boyu iyirmi milyon manat gəlir gəlirdi.

 Lakin Ataxan Ataxanovun qazancı tək bununla bitmirdi. Yuxarıda qeyd edildiyi kimi o, həm yetimxanalara göndərilən maddi yardımın əksəriyyətini mənimsəyirdi, həm də ehtiyac içində yaşayan ailələrə dövlət tərəfindən ödənilən sosial təminatın əksər hissəsini ələ keçirirdi və bununla da onun bunlardan qazandığı illk gəliri ən azı əlli milyon manat təşkil eləyirdi.

 Lakin bu da hamısı deyildi. Ataxan həm də bütün bunlardan daha iyrənc, daha mundar işlərlə də məşğul olurdu. Belə ki, o, əsasən ermənilərdən ibarət, 1918-ci ildə Azərbaycan xalqının kütləvi surətdə qətlinə fərman vermiş Stepan Şaumyanın adını daşıyan “Şaum Terror Təşkilatı”na satılmışdı və onların fitvası ilə şəhərdəki həm çox gənc və həm də çox gözəl qızları imkan düşdükcə oğurlatdırıb, “Şaum Terror Təşkilatı”nın Bakıdakı fəal üzvülərindən biri, əsil adı Tavakalyan Vaqarşak, qondarma adı isə Zərgər Gözəlov olan adama ötürür, Gözəlov da öz növbəsində cürbəcür gizli yollarla, terror təşkilatının maliyyə imkanlarını artırmaqdan ötrü olduqca baha qiymətə vahabilik məzhəbini qəbul eləmiş milyarder ərəb şeyxlərinə satırdı. Buna görə Ataxana yaxşı pul ödənirdi. O, hər gözəl qızı oğurlatdırandan sonra təşkilatdan yarım milyon dollar pul alırdı. Terror təşkilatı yaşları on səkkizdən çox olmayan olduqca gözəl qızların birini ərəb şeyxlərinə ən azı iyirmi milyon dollara satırdılar. Əsasən neftdən gəlirdən çox varlanan və elə banklaradakı hesablarında hərəsinin ən azı qırx milyard pulu olan harınlamış ərəb şeyxləri üçün bir gözəl qıza görə iyirmi milyon dollar ödəmək olduqca cüzi bir şey idi. Lakin erməni terror təşkilatı elə təkcə gözəl qızlardan gələn gəlirdən əsasən Türkiyədə terror törətməkdən ötrü bu pullarla çoxlu bombalar, silahlar əldə eləyir, təşkilatın terror törədən üzvülərini ərzaqla təmin edir, onlar üçün gizli iqamətgahlar inşa etdirir, eyni zamanda terror törətməkdən ötrü Türkiyədəki obyektləri təyin etməkdən ötrü olduqca müasir cihazlar, aparatlar alırdılar. Ataxanın isə təkcə oğurlatdığı qızlardan gələn gəliri illik ən azı qırx milyonu təşkil edirdi. Bununla da əgər üst-üstə gəlsən Ataxan Ataxanovun ümumi illik gəliri üç yüz milyon manatdan artıq idi, lakin bu da onun ac gözünü doyuzdurmadığından on qat varlanmaqdan ötrü yenə başqa vasitələr axtarırdı.

 

 

                                      RƏFİQƏLƏR

 Nazim, Zülfüqara qarşı nə qədər haqsız və Dürdanəyə qarşı nə qədər soyuq olsa da onun ölümü ata bir, ana bir qardaşına və bacısına olduqca pis təsir eləmişdi. Odur ki, onlar imkan daxilində onun məzarın üstünə gəlir və general Camalzadənin təmənna gözləmədən verdiyi pulla tikilən qəbrin üstündə göz yaşı tökərək “Yə-Sin” oxudurur, “Fatəhə” verir, salavat çevirir, hər gəldiklərndə ən azı bir saat məzarın üstündə olur, məzarı otlardan təmizləyir, yuyur, sonra da elə göz yaşı tökə-tökə cəmizi iyirmi yeddi il ömür sürmüş Nazimlə vidalaşıb oranı tərk edirdilər.

 Mayiləni isə Nazimin qatili kimi, həm də ikinci həbsxana cəzası olduğu üçün düz on bir il günə-gün oturmaqla azadlığdan məhrum eləmişdilər. Məsələ burasında idi ki, Nəzrini girov götürmək üçün plan cızan və üç dənə quldur vasitəsi ilə bunu icra edən Rəvanəni də məhz Mayilə oturduğu həbsxanaya gətirmiş, eyni zamanda onunla bir  kameraya salmışdılar.

 Lakin onlar burda nəinki sivil həyatda olduğu kimi daha rəfiqə deyildilər, əksinə düşmən idilər. Çünki Rəvanə Mayilənin ərinin ölümü ilə bağlı Sübhan Poladovun qarmağına keçmişdi, belə ki, əgər Mayilə əri Nazimi öldürməsəydi, cinayət axtaranların ən təhlükəlisi Poladov, Nazimin kiçik qardaşı Zülfüqarı tanımayacaqdı və Zülfüqar da ona, ona iş vurmuş Mayilə ilə əlaqədar olaraq Rəvanə, eyni zamanda Nəzrinin girov götürülməsi haqqında söyləməyəcəkdi. Belə ki, Rəvanənin Nəzrini girov götürmək üçün plan cızması və bu işə bilavasitə başçılıq eləməsi qiyamətə qədər gizli qalacaqdı.

 Məhz bu səbəbdən də Rəvanə onun səkkiz il iş almasına səbəb olan Mayiləyə dəhşətli dərəcədə nifrət edir, ona rast gəldiyi günə və ona inandığına görə özünü lənətləyirdi.

 Mayilə də Rəvanənin nəyə görə ona nifrət elədiyini yaxşı anladığından ona nəyisə subut eləməyə çalışmır və onun səkkiz il həbsxana divarları arasında çürüyəcəyinə bais olduğuna görə üzrxahlıq da eləmir, əksinə özünü elə aparırdı ki, guya onun əri Nazimin qatili olmağına məhz Rəvanə səbəbkardır.

 Onlar eyni kamerada otursalar da, eyni zamanda qadın dustaqlardan ötrü yay-qış geyimləri hazırlayan sexdə birlikdə çalışsalar da, bir-birini dindirmir, tez-tez bir-birini acıqla süzürdülər və sanki bir neçə müddət bundan qabaq bir-birinə qarşı yüksək mədəniyyət nümayiş elətdirən,  bir-birinə qarşı ən yüksək etik prinsiplərə riayət edən, kənardan baxanlara özlərini olduqca ədəbli kimi göstərən qadınlar deyildilər. Çünki yüksək mədəniyyət onların içindən gəlmirdi, onlar həmişə obrazda olmuşdular, zatən çirkli mənəviyyatlarının tam əksinə olaraq görənlərin gözlərindən daim saxtakarlıqlarıyla pərdə asmış və bununla da çoxlarında özlərinə qarşı müsbət fikirlər oyada bilmişdilər.

 Lakin indi burda, hər kəsin olduğu kimi görünməyə məcbur olduğu bir yer olan həbsxanada, onların iç üzü yavaş-yavaş açılmaqda idi və zaman keçməyəcəkdi ki, onların ruhundakı çirkləri görməkdən ötrü heç bir müasir cihaza ehtiyac qalmayacaqdı.  

 Onlarla bir kamerada oturan onların bir-birinə olan acıqlı baxışlarından onların bir-birinə nifrət elədiyini çox yaxşı duymuşdular və ruhun hiddətindən doğan bu baxışların nə vaxtsa onların arasında hökmən saçyolduya səbəb olacağını bəlkə də səbrsizliklə gözləyirdilər.

 Lakin qadın dustaqların bir qismi illərlə dörd divar arasında oturmaqlarına baxmayaraq iki qadının savaşına baxmaq üçün səbr kasaları aşıb-daşmadı, çünki günün birində gecə vaxtı yatmağa hazırlaşarkən, Mayilə Rəvanəyə arxadan kül elədi və kameranın işığı hələ söndürülmədiyindən Rəvanə elektrik lampasının işığında onun iki əlinin onun arxasında yuxarı qalxıb endirdiyinin kölgəsini gördü və dərhal dönüb Mayiləyə hucum çəkərək hər iki əliylə onun onun qarğa boğazına oxşayan eybəcər boğazından yapışdı:

-Qəhbə, sən kimin başına kül qoyursan?

 Mayilə də öz növbəsində onun qollarından tutdu:

-Əlini çək, qəhbə də özünsən!

 Rəvanə onu boğmağa çalışdı:

-Bu dəqiqə sənin qırtlağını qıraram, onda bilərsən ki,  arxadan kül qoymaq necə olur?!

 Rəvanə bunu deyib hər iki əlinin baş barmaqları ilə Mayiləni həqiqətən də boğmaq istədi. Lakin Mayilə üzü-üzlər görmüş, artıq bir dəfə uşaq oğurluğu üstündə səkkiz il oturmuş, günahlar burulğanında bərkə-boşa düşmüş yırtıcı bir qadın idi, odur ki, o, nə qədər çətin olsa da, Rəvanənin barmaqlarını boğazından ayıra bildi və imkan tapıb onun sifətinə küçə davasında davakar kişilərin ən çox istifadə elədiyi kimi möhkəm bir kəllə vurdu. Bundan olduqca möhkəm ağrı duyan Rəvanə ağzı-burnu partlamış halda çığırıb yerə yıxıldı və Mayilə onun üstünə uzanıb onu yumruqlamağa, üz-gözünü cırmağa başladı.

 Həbsxana qanununa görə onları kimsə ayırmırdı və nəinki ayırmırdı, qadın dustaqlar böyük həzz ilə qaydasız döyüşə tamaşa edirlərmiş kimi onların savaşına baxırdılar.

 Beləliklə Mayilə, Rəvanəni o qədər döydü ki, Rəvanə tamamilə huşunu itirdi, yalnız bu zaman onun ölə biləcəyindən qorxan və buna görə daha heç vaxt həbsxanadan çıxa bilməyəcəyini düşünən Mayilə ondan əl çəkib ayağa qalxdı.

 Bir qədər sonra dustaqlar aparıb Rəvanənin üz-gözünün, ağız-burnunun qanını yudular və onu çarpayısına uzatdılar. Bu minvalla da o, düz səhərə, yəni qadın dustaqların artıq yuxudan oyanıb əl-üzlərini yumağa gedənə kimi zarıdı.

 Mayilə isə onların döyüşündən sonra dərhal yatağına uzanıb bir qadın kimi yox, nəhəng kişilər kimi yoğun-yoğun xoruldayan, hamının tük saldığı əslində adı Xalidə olan, lakin bütün qadın dustaqların “Ataman” adlandırdığı, altı ay bundan qabaq azadlığa buraxılan və varlı bir adamın evini qarət etdiyinə görə yenidən səkkiz il iş aldığı üçün məhz bu gün bura salınan, fəqət hamının çox yaxşı tanıdığı və çəkindiyi, həqiqətən də Ataman olan bu yırtıcı qadının qorxusundan daha Rəvanəyə,-“azzar, “dərd”, “ağı”, “zəhirmar”,-kimi sözlər deməsə də, Mayilə də, lakin bədənin ağrılardan və aşağılanmağı səbəbindən deyil, Rəvanəyə vurduğu zərbələrin həzzindən sübhə qədər gözünü yummadı.

 Səhər isə onun bütün sevinci, həzzi bir anın içərisində uçub getdi. Çünki yuxudan duran kimi Ataman onu yanına çağıtdırıb dedi:

-Döydüyün arvad zərif bir arvaddı, özü də sənin kimi ikinci sudebnisti deyil. Savaçmağınızın səbəbi sənin arxadan onun başına kül qoymağın oldu. İndi mənə anlat görüm arxadan niyə onun başına kül qoyurdun?

 Mayilə ilk dəfə bu qadını elə dünən, o məhkəmə salonundan birbaşa onun oturduğu kameraya gətirilərkən görmüşdü və onun triniajda bədənini şişirdən handa bir Hollivud aktyorlarından daha iri bədəni, əzəzləli qolları, bir metr səksən santimetrdən yuxarı boyu, kişi səsi kimi yoğun səsi olan pəhləvan cüssəli qadından dərhal qorxmağa başlamışdı.

 Hamının Ataman adlandırdığı bu pəhləvan cüssəli qadın atasını körpəliyində itirmişdi, anasını isə o səkkiz yaşında ikən Mətanən adlı mafioz bir qadın aldadaraq tora salıb boynuna səksən min pul qoyandan sonra, pulu ödəyə bilmədiyi üçün zorlatdırıb öldütdürmüşdü.  Anasının faciəli ölümündən sonra daim intiqam hissi ilə yaşayan Ataman böyüyüb on doqquz yaşına çatanda arayıb anasının qatillərini tapmış, öncə Mətanəti boğub öldürmüş, sonra isə anasını zorlayanın cinsiyyət orqanını kəsib qətlə yetirmiş, daha sonra isə anasının ölümündə əlləri olan digər iki nəfəri də dəlik-deşik edərək cəhənnəmə vasil eləmişdi.

 Bir müddət qanundan qaçıb gzilənə bilən Atamanı nəhayət ki, Poladov yaxalamışdı və onun bu qədər adamı belə vəhşicəsinə qətlə yetirdiyini öyrənəndən sonra, bütün bunların intiqam məqsədilə törəndiyi üçün Atamanın xeyrinə cinayət işi tərtib edib prokurora vermiş və məhz Poladovun köməyi nəticəsində Ataman cəmisi on dörd il azadlıqdan məhrum olmuşdu.

 Hamı qorxurdu Atamandan, özü də təkcə dutaq qadınlar deyil, nəzarətçi qadınlar da tük salırdı ondan. Çünki bu yırtıcı qadının təkcə bir zərbəsi kifayət idi ki, həmin adam ən yaxşı halda üç ay xəstəxanada yatsın. Onun zəhmi həm də elə görkəminə biçiilmişdi. Lakin hər kəsin bir peşəsi olduğu kimi, dünyanın ən riyakar insanlarından biri olan Mayilənən də peşəsi yalan danışmaq idi. Bu səbəbdən Atamana baxdıqca Mayilənin bütün varlığı donsa da, yalansız nəfəs ala bilmədiyi üçün yenə yalan söylədi:

-Onun ilanlığı nəticəsində məni ərimin qatili kimi həbs eləyiblər. Əslində mən ərimi öldürməmişəm, onun sadəcə olaraq güclü infarkt vurdu, buna görə öldü. Bir də mən onu nəyə görə öldürməli idim ki?! O, bədbəxt mənə güldən ağır söz deməmişdi. Amma ərim öləndən sonra canavarlar gəlib keçmişdə nələr olduğunu da qaşıdılar və o, köhnə qurd Poladovun mizrağı buna da ilişdi. Bu isə böyük miras sahibi olmaqdan ötrü milyoner ərinin on altı yaşında qızını girov götüzdürübmüş. Poladov qızı girov götürənləri tovlayanın bu olduğunu bilincə bunu qamarladı və bu alçaq da ona yalandan elə ifadə verdi ki, guya mən həmin qızı girovluqdan azad eləyən ərimin qardaşına böhtan atmışam. Poladov da bunu əsas tutaraq vaxtilə səkiiz il həbsaxanada oturmuş biri kimi ərimin qətlini mənim boynuma yıxdı.

 Hər cəhətdən kişiyə bənzəyən Ataman elə kişi kimi də qəlyan çəkirdi. O, Mayiləyə diqqətlə qulaq asandan sonra cibindən tənbəki çıxarıb qəlyanını doldurmağa başladı:

-Yalan demirsən ki?

 Mayilə dar çiyinlərini qaldırdı:

-Yox, əlbəttə yox.

 Ataman kibrit çıxarıb qəlyanını alışdırdı:

-Yalan deyirsən qancıq! Deməli mənə yalan deməyə cürətin çatdı, hə?! Özün də uyduranda çaşdın. Çünki mən Sübhan Poladovu yaxşı tanıyıram! O, heç vaxt balıqsız yerə qarmaq atmır və kimsəni günahsız yerə barmaqlılar arasına göndərmir! Əslində o, mənim qarşımda həmişə kötük kimi olub. Lakin nə olursa-olsun, o peşəkar bir canavardı və heç vaxt səhv eləmir! Əgər öz ərini öldürməsəydin, o heç vaxt səni noxtalamazdı. Gərək səni ittiham eləyənin o, olduğunu deməyəydin. Burda da başqa bir ad uyduraydın! Onda bəlkə sənə inanardım! Nəyə görə öldürmüsən ərini?

 Mayilə yenə nəsə uydurmaq istəyirdi, lakin tuhundakı qorxu onun dilini elə qıfıllamışdı ki, dodaqları sanki bir-birinə tikilmişdi.

 Ataman susduğunu görüb səsini qaldırdı:

-Eşitmədin nə deyirəm? Cavab ver qancıq?

 Mayilə titrəyir və susurdu.

 Ataman bu dəfə səsinin lap yoğun yerinə saldı:

-Nə təmənnan var idi?

 Mayilə yenə cavab verə bilmədi.

 Ataman qəlyanına dərin bir qullab vurub onu yanında dayanmış qadına verdi və bir addım atıb Mayilənin yarım addılmlığında dayandı:

-Bu sənə baha başa gələcək!

  Mayilənin qazan kimi qaynayan vahiməsi bu dəfə onun dilini açdı və  Atamanın ayağlarına düşərək əhv diləməyə başladı:

-Yox, yalvarıram, mənə yazığın gəlsin! Mən çox bədbəxt bir qadınam! Lap körpə ikən valideynlərim tərəfindən atılmışam, gah onun, gah bunun küncündə yaşamıyam, acı taleyim məni sonra gətirib uşaq oğrularına calaşdırıb. Sonra da..

 Mayilənin sözü ağzında qaldı, dustaq qadınlardan Familə adlı qadın uca səslə dilləndi:

-Mən bunu tanıyıram! Gecə barlarının birində acgöz həriflərə bədənini satırdı. Sonra axmağın birinə ərə getdi.

 Ataman Familədən bunu eşidən kimi qəfildən Mayilənin üzünə elə bir sillə çəkdi ki, o iri kos kimi fırlanıb döşəməyə yıxıldı və burnundan qan fışqırmağa başladı. Onun burnunun qanına qətiyyən əhəmiyyət verməyən Ataman onun saçından yapışıb ayağa qalxızdı:

-Demək yenə yalan dedin, hə, ləçər?! Mən yüz faiz əminəm ki, səni valideynlərin atmayıblar, fahişəlik üstündə evdən qovublar! Yenə mənə yalan söylədin, odur ki, bundan sonra daim sidik təmizləyəcəksən!

 Ataman bunu deyib Mayilənin o biri üzünə yenə möhkəm bir sillə şəkdi. Mayilə yenə də əvvəlki kimi bir neçə dəfə fırlıanıb döşəməyə çırpıldı və onun ikinci zərbədən bir az da çox partlamış burnunun qanı döşəməyə yayıldı.

 Səhərə qədər həm Mayilə tərəfindən aldığı zərbələrdən, həm də uzun illər padşah arvadı kimi yaşaya-yaşaya indi bir dilənçi qədər də qiyməti olmadığından səhərə qədər zarıyan Rəvanə bayaqda bu səhnəni seyr edirdi və Mayilənin həm möhkəm döyüldüyünü, eyni zamanda aşağılıqdan da aşağılandığını görüncə artıq sevinc hissləri ona yad olsa da, bu müddət ərzində heç olmasa bədən ağrıları unuduldu.

 Ataman isə əslində Mayiləyə təkcə yalan söylədiyinə görə dustaqlar arasında ən aşağı cəza olan sidik təmizləmək cəzası vermirdi, o, özü də yeri gələndə yalan danışırdı. Məsələ burasında idi ki, Atamanın elə dünən ilk gördüyü andan bu ifritəyə bənzəyən qadının simasından xoşu gəlməmişdi. Əslində çirkinlikdə heç də ondan geri qalmasa da, Atamanın çirkin qadınları görməyə gözü yox idi və bu səbəbdən də bu tipli qadınlar o həbsxanada olan zaman daim onun göstərişilə kamerada hamının iyrəndiyi işlərlə məşğul olmağa məcbur olurdular.

 Bir qədər sonra iki nəfər qadın dustaq Mayiləni yerdən qaldırıb burnunun qanını yumağa apardılar. Başqa bir qadın isə döşəmə taxtası və əsgi götürüb döşəməyə yayılmış qanı silməyə başladı. Ataman isə kameradakı bütün dustaqlara səsləndi:

-Bu mundar qadın mənə yalan söyləməyə cürət elədi, odur ki, bu gündən etibarən sidik təmizləyəcək. Şübhə eləmirəm ki, bunu hamınız eşitdiz!

 Bunu deyəndən sonra o, kameraya nəzər yetirdi və gözü Rəvanəyə sataşınca barmağı ilə onu yanına çağırdı:

-Ey gözəlçə, bura gəl görüm!

 Rəvanə titrəyə-titrəyə ona yaxınlaşdı. Ataman diqqətlə onu başdan-ayağa süzdü:

-Səni hansı cinayət məcəlləsinin maddəsinə görə həbs eləyiblər?

 Mayilənin gününə düşmək istəməyən Rəvanə bir kəlmə də yalan söyləməməyi qət eləyib, hansı cinayətə görə həbsxanaya salındığını ona danışdı. O, bütün bunları nəql eləyəndən sonra Ataman özünəməxsus şəkildə o biri qadınların başından ən azı bir yarım dəfə böyük olan başını buladı:

-Deməli Britaniya kraliçası yaşayan həyatı yaşamaq istəyirmişsən, ona görə də çörəyini yediyin adamın qızını girov götüzdürmüsən! Özü də deyirsən ki, qızın atası sənin bir sözünü iki eləmirmiş. Yox, günah səndə olmayıb, günah o bədbəxtin özündə olub ki, səni bu qədər qudurdub. Amma qudurmağa yanaşı əla rola da giribsənmiş. Bura bax, sən xəyənatkar qadınsan, sənə gözünün yağını yedizdirən adama xəyanət eləmisən! Amma hər şeyi mənə düz danışdığına görə sənə dəyməyəcəyəm! Yox əgər mənə xəyanət eləmək fikrinə düşsən, səni lüt soyundurub lampuçkadan asaram!

 Ataman bunu deyib bütün dustaqlara səsləndi:

 Buna dəyməyin! Qoy srokunu yaşasın!

 Sonra o, yenə Rəvanəyə baxdı:

-Get həyatını yaşa! Mənə də gündə min dəfə çox sağ ol de!

 Rəvanə onun qarşısında ikiqat əyildi:

-Sənə necə təşəkkür eləyəcəyimi bilmirəm, daha doğrusu buna mənim savadım çatmır. Min dəfə çox sağ ol!

 Rəvanə nəsə demək istəyirdi ki, kameranın dəmir qapısı açıldı və qadın nəzarətçilərin başçısı ora girdi:

-Cəld olun, sıra ilə həyətə, ordan da iş başına!

 Bütün dustaqlar dərhal sıra ilə düzləndilər və nəzarətçi kameranı başdan-başa nəzərdən keçirəndən sonra başı ilə onlara,-“Çıxın”,-komandası verdi və qadın dustaqlar kameradan çıxmağa başladılar. Ataman nəzarətçilərin başçısına baxıb əli ilə zorla ayağa durub, Atamanın vurduğu sillələrin təsirindən hələ də özünə gələ bilmədiyi üçün ləngər vura-vura arxada gələn Mayiləyə işarə elədi:

-O, burda qalsın! Tualeti təmizləyəcək!

 Nəzarətçi etirazını bildirməyərək, sadəcə olaraq başını tərpətdi.  

 Qadın dustaqlar kamerdana çıxandan sonra dəmir qapı arxadan mögkəm qıfıllandı və onsuz da başı hələ də gicəllənən Mayilə zorla çarpayılardan birinin üstündə oturub çaqqal ulamağına oxşar səslə ağlamağa başladı. Çünki əslində əsil qara günləri bu gündən başlamışdı və yəqin ki, cəza müddətini çəkib qurtarana qədər qəbr əzabı çəkəcəkdi. Odur ki, çaqqal kimi ulaya-ulaya bu sözləri işlətdi;-“Uduzdum, uduzdum. Vurdular məni, vurdular! Gücüm çatmadı, çatmadı! Bacarmadım, bacarmadım! Özü də elə yıxdılar ki, daha ayağa qalxmağa gücüm yoxdu! Peşmanam, çox peşmanam! Gərək Nazimi öldürməmişdən, o mundar Zülfüqarı öldürəydim, öldürəydim! Ölmək ölməkdi, xırıldamaq nə deməkdi?! Onsuz da ilişdim, qoy elə o alçağı öldürüb ilişəydim də.. Neyçün tələsdin Mayilə, neyçün?! Yox Zülfüqar, elə bilmə ki, səndən intiqam ala bilməyəcəyəm! Yəqin bir gün mən bu zindandan çıxacağam və onda o mundar bacın Dürdanə, o sənin dərdindən dəli-divanə olan Nəzrin sənin cəsədin üstündə vay-şivən qoparacaqlar! Görəcəksən Zülfüqar, indi mən peşmanam, amma bir gün sən peşman olacaqsan, özü də çox peşman olacaqsan!”

 Qadın dustaqları bazar gününü çıxmaq şərtilə hər gün olduğu kimi yenə həbsxanalar üçün həbsxana geyimləri hazırlayan sexə gətirdilər. Bu sex təxminən uzunluğu əlli, eni on beş metrdən ibarət iri bir sex idi və həbsxanadakı qadın dustaqların əksəriyyəti burda çalışırdı.  Odur ki, Atamananın yatdığı kameradan gələn qadın dustaqlar da, başqa kameralardan gələn qadın dustqalar kimi dərhal tikişmaşınlarının arxasına keçib çalışmağa başladılar.

  Ataman isə nə toxuculuq aləti, nədə tikiş maşını ilə əlləşmirdi, o, sexin ən yuxarı hissəsində oturub nəsə gözləyirdi, çünki o, həbsxanaya hələ dünən qayıtmışdı, buna görə də ona hələ ki, heç bir iş tapşırılmamışdı. Əslində isə o, ona sexdəki köhnə vəzifəsini tapşırılacağını gözləyirdi və gözünü də dünən möhkəm döyüldüyündən hələ də canı möhkəm ağrayan, buna görə də o biri dustaqlara nisbətən çətinlik çəkə-çəkə tikiş maşınının dəstəyini hərləyən Rəvanədən çəkmirdi.

 Bir qədər sonra nəzarətçi qadınlardan biri əlində dəftər və qələm sexə girdi və öz işiylə məğul olduğu üçün başları aşağı olan qadın dustaqlara ötəri nəzər salıb başı ilə Atamanı yanına çağırdı.

 Ataman ağır addımlarla ona yaxınlaşdı. Nəzarətçi qadın əlindəki dəftər və qələmi ona uzadıb nəsə dedi. Ataman dəftər-qələmi ondan alıb başını tərpətdi. Nəzarətçi qadın dərhal çıxıb getdi və Ataman yenə yuxarı başa keçib qələm-dəftəri ordakı kiçik masanın üstünə qoydu və dərhal gözlərini başını tamamilə yuxarı qaldırmayan Rəvanəyə zillədi.

 Atamana gözlədiyi kimi yenə həbsxanadı köhnə peşəsini tapşırdığlarına görə qələm-dəftər vermişdilər. O, yenə sexdə çalışan qadın dustaqların necə işləməyinə, dustqaq geyimlərinin tikilib başa gəlməyində çalpışmalarını dəftərə qeyd eləməli idi. Bunun səbəbi isə müdiriyyətin yaxşı çalışan və işdən yayınan qadın dustaqlar haqqında xəbərdar olması idi ki, tənbəl qadın dustaqları cəzalandırsınlar, çalışqan qadınları da qeydə alsınlar ki, Dövlət rəhbəri tərəfindən əfv fərmanı imzalananda siyahiyə məhz həmin çalışqan qadınların adlarını salsınlar.  

 Duqtaq qadınların necə çalışdıqlarına nəzarət eləyən Ataman eyni zamanda yuxarıda deyildiyi kimi Rəvanədən gözünü çəkmirdi.

 Beləliklə təxminən iki saat keçdi. Nəhayət Ataman özünəməxsus ağır addımlarla Rəvanəyə tərəf gəldi və onun lap yaxınlığında dayanıb pıçıltıya bənzər səslə dedi:

-Bu gecə iki tamamda mənim çarpayıma yaxınlaşarsan! Sənə sözüm olacaq!

 Rəvanə başını qaldırıb yüngülcə tərpətdi və Ataman yenə də ağır addımlarla yerinə qayıtdı.

 Olduqca əzgin və yorğun olduğuna baxmayaraq gecə saat iki tamamda oyana bilməyəcəyindən qorxan Rəvanə Atamanın təyin elədiyi saata qədər gözünü belə qırpmadı və vaxt yetişən kimi ehtiyatla çarpayısından qalxıb kameranın lap yuxarı başında yerləşən Atamanın çarpayısına yaxınlaşdı.

 Ataman çarpayısında oyurub qəlyan tüstülədirdi. O, Rəvanəni görən kimi ona çarpayıda, öz yanında oturmağı təklif elədi. Rəvanə oturdu. Ataman ona tərəf baxmadan qəlyanına dərin bir qullab vurdu:

-Yəqin ki, səkkiz illik cəza müddətini qulağı dinc, canı rahat başa vurmaq istəyirsən?!

 Rəvanə başını tərpətdi:

-Əlbəttə, kim istəməz ki?!

 Onda mənə diqqətlə qulaq as! Şübhə eləmirəm ki, illərlə bir yastığa baş qoyduğun məhşur biznesmen Paşanın cikini də bilirsən, bikini də, elədirni?!

-Elədir!

 Ataman qəlyanın tüstüsünü havaya buraxdı:

-Və buna da şübhə eləmirəm ki, mənə yenə yalan deməyəcəksən! Elədir?!

 Rəvanə sağ əlini yüngülcə yana açdı:

-Nəkarəyəm!

 Ataman bu dəfə üzünü ona tərəf çevirdi:

-Sənin ərin haqqında çoxdan eşitmişəm. Həm də eşitdiyimə görə o, neçə illər ərzində mebel emalında və satışında qazandığı milyonları banklarda yatızdırmır, çünki həm xakerlərdən qorxur, həm də ümumiyyətlə banklara etibar eləmir. Onları evdə, şifrəli sexdə saxlayır, elədir?!

 Rəvanə bir qədər tutulub yenə başını tərpətdi:

-Elədir!

-Buna da qətiyyən şübhə eləmirəm ki, sən o şifrələri yaxşı xatırlayırsan, elədi?!

 Rəvanə bir neçə dəfə udqunub nəsə demək istədi. Lakin Ataman onu qabaqladı:

-Adətən milyonlarını syflərində saxlayan milyonçular şifrələri, yaddaşlarından çıxarda biləcəyinə görə dəyişmirlər. Çünki milyonlar saxlanılan seyflərin şifrələri üç sıra sıralanır və bu qədər rəqəmi tez-tez dəyişmək seyf yiyəsinə baha başa gələ bilər! Düzdü, şifrələri dəyişsələr, yeni rəqəmləri hansısa bir kağıza və yaxud mobil telefonunun ekranına yaza bilərlər. Lakin kağız itə, mobil aparat sına və yaxud rəqəmlər öz-özünə silinə bilər. Buna görə də milyon sahibləri əksər hallarda şifrələri dəyişmirlər. Həm də düşünürlər ki, onsuz da şifrələri onların özündən başqa bilən yoxdur. Lakin sənin ərin kimi sadəlöhv milyonçular gözəlçə arvadlarını çox sevdikləri üçün seyflərindəki pulları həm də onların ixtiyarına verməkdən ötrü seyfin şifrələrini onlara da deyirlər. Düzdümü?

 Rəvanə olduqca çətinliklə başını tərpətdi:

-Düzdü!

 Ataman yastığnın altından bayaq sexdə dəftərdən cırıb götürdüyü kağız və orda iş bitənə qədər əlində olduğu qələmi çıxardı:

-O şifrələri və illərlə yaşadığın evə qapını açmadan hansı yolla girməyin mümkünlüyünü bura yazacaqsan!

O, qələm-kağızı Rəvanəyə verib yenə qəlyanına dərin qullablar vurdu.

Srağa gün axşam Mayilə tərəfindən möhkəm əzişdirilən sonra, bu gün səhər elə Atamanın tapşırığı ilə səkkiz illik cəza müddətində bir daha hansısa bir dustaq qadın tərəfindən güldən ağır söz eşitməyəcəyinə əmin olub həbsxanada hardasa rahat ömür sürəcəyini güman edən Rəvanənin  Ataman ona kağız-qələm uzadandan sonra gözləri qaraldı və onu dəhşətli bir qorxu bürüdü. Elə bu andaca ona yəqin oldu ki,  bir yığın qadın dustağa atamanlıq eləyən yırtıcı bir qadının qoltuğuna sığınmaq ölümdən də qat-qat qorxulu imiş. Paşanın seyfinin şifrlərini yazmaq onun səkkiz il oturub çıxaraq yenə bir Paşa kimi əbləh tapıb firavan bir həyat yaşayacağı xəyallarının üstündən qara bir xətt çəkirdi. Əgər Paşanın milyonları Atamanın planı üzrə quldurlar tərəfindən aparılsaydı, kişi və qadın cinayətkarların hamısının çox yaxşı tanıdığı olduqca təhlükəli canavar Sübhan Poladovun qartal caynağından da iti olan qarmağı hökmən ona tərəf uzanacaqdı. Çünki Rəvanə çox yaxşı bilirdi ki, cinayət axtaranların ən peşəkarı Poladov izinin tapılması müşgül olan cinayətlərin izini belə tapmaqda olduqca mahirdir.

 Beləliklə Rəvanə iki daş arasında qalmışdı, əgər şifrələri yazsaydı, gələcək həyatı səkkiz il həbsxanada oturub azadlığa çıxmaqla bitməyəcəkdi, bütünlüklə alt-üst olacaqdı, yox əgər boyun qaçırsaydı Ataman onun dərisini souyacaq, qanını içəcəkdi, yox əgər şifrələri yalandan yazsaydı, bu da öz növbəsində ona çox baha başa gələcəkdi!

 Onu soyuq tər basmışdı və beynindən ildrım sürətilə bir-birini təkzib eləyən fikirlər keçirdə-keçirdə, Atamandan möhkəm qorxduğu üçün ona heç bir sual vermədən Paşanın seyfinin hər üç sırasının şifrələrini yazdı.

 Ataman kağızı alıb kibrit yandıraraq, kibrit işığında bir qədər diqqətlə baxdı, sonra qatlayıb qoynuna saldı və qələmi geyimin iri cibinə qoydu:

-Görürəm qorxudan əsirsən, amma nahaq! Əgər yırtıcı Poladov buna görə səni qaralasa, heç nə subut eləyə bilməz! Bir şərtlə ki, sən qorxub çərənləməyəsən! O ki, qaldı mənə, əgər ilişsəm, heç vecimə də deyil, çünki mənim ölənəcən evim onsuz da bu həbsxanadır. Burda da mənim günlərim pis keçmir.

 O, sonmüş qəlyanını alışdırdı:

-Deyirlər şər deməsən, xeyir gəlməz! Əgər Poladov izə düşüb səninlə çənə-boğaz eləsə, mənim adımı tamamilə çəkməyəcəksən və bu işdən tamamilə xəbərin olmadığını, hətta şifrələri də bilmədiyini söyləyəcəksən, eşitdinmi?!

 Rəvanə yenə udquna-udquna başını tərpətdi:

-Eşitdim!

  Bununla da onların söhbəti bitdi və Rəvanə yerinə qayıdıb çarpayısına uzandı. Lakin nə qədər üzgün, əzgin və yorğun olsa da, səhərə qədər Atamanın planı ilə bağlı təlaşdan gözünü belə qırpa bilmədi.

 Əlbəttə belə bir sual meydana çıxırdı?! Necə olurdu ki, vaxtilə Paşanın bütün mirasını əldə eləməkdən ötrü cinayətə əl ataraq Nəzrini girov götüzdürən bu qadın, indi necə olur ki, Paşanın milyonlarının çalınmasından bu qədər qorxurdu?! Məsələ burasında idi ki, o vaxt Rəvanənin başı hələ əlhəd daşına dəyməmiş, uzağı tamamilə görməmiş, bu işin həbsxanada oturmaqla nəticələnəcəyini nəzərə almamış,  eyni zamanda həbsxana həyatının nə qədər ağır olduğunu tamamilə düşünməmiş, hər şeyin çox ötüb keçəcəyini və tez bir zamanda böyük bir miras sahibi olacağını fikirləşmişdi.

 İndi isə Rəvanənin başı artıq əlhəd daşına dəymişdi, o zatən cinayət eləməyin insanın başını hansı bəlalara saldığını öz varlığında daşıyırdı və bu səbəbdən də səkkiz il cəza müddətini oturub daha ağrımayan başına yaş dəsmal bağlamadan həyat sürmək istəyirdi. Lakin indi onun qarsışına olduqca ağır və nəhəng bir kötük dığırlanmışdı, belə ki, bu kötüyü kənara atmaq tamamilə onun qüdrətində deyildi və yəqin ki, əgər hansısa bir möcüzə baş verməsəydi o, bu kötüyü heç zaman özündən kənarlaşdıra bilməyəcəkdi.

 

* * *

 

 İstirahət günü qanunu üzrə dustaqların yaxınları onların görüşünə gəlirdilər. Rəvanə oturan kameradakı dustaqların da bir qisminin görüşünə gələnlər var idi və Atamanın da müsafiri olduğundan onu da görüş otağına apardılar. Onun görüşünə yaşlı bir qadın gəlmişdi və Atamanın əvvəlki həbsxana həyatında da, əksər hallarda bu qadın onun görüşünə gəlirdi, belə ki, Ataman onu balaca vaxtından götürüb saxlayan bibisi kimi qələmə vermişdi. Əslində isə bu yaşı yetmişə yaxın qadın onun əsil bibisi deyildi, Atamanın anasının faciəli şəkildə ölümündən sonra, atasını lap körpəlikdən itirən, indi isə cəmisi səkkiz yaşı ikən anasını qan içində görən yetim qıza ürəyi yandığı üçün öz himayəsinə götürmüşdü. Baxtilə bu İzafə adlanan qadın qızıl alverçisi olmuşdu və hələ Sovetlər Dönəmində Sibirin qızıl ucuz olan şəhərlərinə səfər etmiş, həmin şəhərlərdən cürbəcür ziynət əşyaları gətirmiş və Bakıda onları ikqat-üçqat qiymətinə satmışdı. Həftədə ən azı bir dəfə təyyarə ilə Sibirin başqa-başqa şəhərlərinə uçan İzafə bu minvalla həddindən çox varlanmış və Bakının “Kubinka” adlanan ərazisində ən varlı qızıl alverçilərindən birinə çevrilmişdi. O zamanlar lazımi yerlərə xərac verən İzafə heç zaman ilişməmiş və qorxub-hürkmədən qızıl alveri ilə məşğul olmuşdu. Lakin günlərin bir günü onun altı milyon rubl pulu çalınmış və huquq mühafizə orqanlarına, ona-“bu qədər pulun hardan”,-soruşucalağından qorxduğu üçün bu barədə məlumat verməmişdi. Lakin artıq on səkkiz yaşını haqlamış Ataman, bundan xəbər tutan kimi əsl qabadayılara məxsus şəkildə onun pullarını aparan dəstənin başçısının yerini öyrənərək, məsələni çözməkdən ötrü təkbaşına ora getmiş və  bu “hərəkəti” təşkil eləyən Elşən adlı oğrubaşı ilə görüşərək, pulları ondan dala istəmiş, lakin Elşən razılaşmadığından onu və ətrafındakı səkkiz banditi təkbaşına döyüb pis günə salmış və hətta əllərindən bıçaqlarını alıb alınlarında özünəməxsus “ATA” sözü yazmışdı. Ağzı-burnu partlamış Elşən, bu hənanın, o hənalardan olmadığını görüb, altı milyon rublu qəpiyinə qədər Atamana qaytarmış, o da öz növbəsində pulları gətirib, bibi çağırdığı İzafəyə vermişdi.  

  İzafə hər dəfə Ataman həbsxanada oturanda hər bazar günü zənbil dolu ərzaqlarla onun görüşünə gəlir, eyni zamanda ona istədiyi qədər pul verirdi.  İndi də bazar günü olduğundan İzafə əlidolu Atamanın görüşünə gəlmişdi.

 O, əlindəkiləri yerə qoyandan sonra üzbəüz əyləşib görüş vaxtı bitənə qədər söhbət etdilər. Otağın yuxarı küncündə hər şeyi görüntüyə alan kamera var idi və söz yox ki, Ataman bundan çox yaxşı xəbərdar idi, odur ki, Paşanın seyfinin şifrələrini yazdığı kağızı dustaq qadınlardan birinin axşamlar işdən kameraya qaydandan sonra toxuduğu bir cüt yun əlcəyin birinin içinə salmışdı. O, söhbətləri bitənə yaxın yun əlcəkləri cibindən çıxarıb İzafəyə uzatdı:

-Al bibi, bu da məndən sənə kiçik bir hədiyyə! Öz əllərimlə toxumuşam!

 İzafə əlcəkləri alıb Atamana təşəkkür edərək kiçik çantasına qoydu və görüş saatı bitdiyindən xudahafizləşib oranı tərk etdi.

 Həbsxanadan çıxandan sonra taksiyə əyləşən və arxada oturan İzafə, taksi hərəkətə gələndən bir qədər sonra, Atamanın yun əlcəkləri ona elə-belə vermədiyinə əmin olduğu üçün onları çantasından çıxarıb içlərini yoxladı və sağ taydan həmin kağızı çıxarıb ürəyində orda yazılanları oxudu:-“Bibi, bu kağızdakı şifrələri Babaxana çatdırarsan. Həm də deyərsən ki, əgər hərəkət baş tutarsa seyfdəki pulların20 faizini özü üçün götürsün, 80 faizini sənə versin ki, onları mənim üçün saxlayasan”! Bibi, ehtiyatlı ol ki, bu kağızdakı şifrələrdən Babaxandan başqa kimsənin xəbəri olmasın! Bu başdan sənə minnətdarlığımı bildirirəm”.

 İzafə kağızı oxuyandan sonra o biri üzünü çevirdi və ordakı rəqəmlərə ötəri olaraq nəzər salıb kağızı bükərək qoynunda gizlətdi.

 

                                                  * * *

 Cərrahiyyə əməliyyyatından sonra xəstəxanada bir müddət müalicə alan Nəzrin, ordan çıxandan təxminən üç ay sonra atasının təkidi ilə Abşeron yarımadasında Xəzər dənizinin demək olar ki, ləpədöyənində yerləşən sanatoriyada dincəlirdi. Paşa da öz növbəsində hər gün qızının yanına gəlib onu yoluxur, istədiyi şeyləri alıb gətirirdi.

 Bu gün artıq iki ay yarım idi ki, Nəzrin burda dincəlirdi. Bir qədər darıxsa da, buranın şəraiti, Xəzərdən gələn güclü oksigen axını, burdakı abi-həva onun çox xoşuna gəlirdi. Burda ona həm də müalicə kursu edirdilər, belə ki, on gün gündə üç dənə fərqli iynələr vurur, on gün isə istirahət verirdilər. Bu səbəbdən də Nəzrin get-gedə gümrahlaşır, vaxtilə çox şikayət etdiyi başağrıları, hava çatışmazlığı zaman-zaman aradan qalxırdı.

 Bu gün də onun yenidən müalicə kursu başlayırdı, odur ki, səhər yeməyi yeyəndən sonra ona iynə vurmalı idilər.

 O, səhər yeməyini təzə yemişdi ki, dincəldiyi otağın qapısı açıldı və içəri uca boylu, zərif qamətli, simaca olduqca gözəl və xeyli cavan bir qadın  girdi. Əynindəki ağ xalat isə onu olduğundan da zərif göstərirdi. Nəzrin bu iki ay yarım müddətində onu burda heç vaxt görməmiışdi və onun olduqca yaraşıqlı görkəminə valeh olsa da, həm də bir qədər təəcüblə ona baxdı. Yaraşıqlı qadın ona yaxınlaşdı və özünü təqdim etdi:

-Səmayə öz xahişi ilə işdən azad edildi, bundan sonra sizə xidmət mən göstərəcəyəm! Mən burda iki gündü işə girmişəm, yəqin məni buna görə görməmdin üçün bir qədər görən kimi təəcüb etdiz?!.

 O, bunu deyib iynə vurmaq üçün şprisi hazırladı:

-Zəhmət olmasa qolunuzu çırmalayın!

 Nəzrin bir söz demədən tabe oldu və yeni tibb bacısı ona iynəni elə vurdu ki, o, tamamilə ağrı hissi eləmədi.

 Tibb bacısı iynənin yerini spirtə batırılmış pambıqla sildi:

-Hə, qoftanızın qolunu rahatlaya bilərsiz! Bu gün ikinci iynənizin vaxtı günorta ikinin yarısıdır, düzdümü?!

 Nəzrin qoftasının qolunu əvvəlki kimi elədi:

-Hə!

 Təzə tibb bacısı spitli pambığı küncdəki zibil qabına tulladı:

-Hə, mən onda ikinin yarısı gələrəm inşallah!

 Tibb bacısı qapıya tərəf getdi və geri dönərək gülümsəyib otağı tərk etdi.

 Nəzrin ömründə bu qədər gözəl bir qız və yaxud qadın görməmişdi. Gənc   qadının hətta gülüşü də çox gözəl idi. Lakin Nəzrini heyrətləndirn təkcə onun gözəlliyi deyildi, qızcığaza elə gəlirdi ki, bu gənc qadını hardasa görüb, onu hardansa tanıyır, lakin heç cürə xatırlaya bilmir. Lakin birdən Nəzrinin çöhrəsi qəribə bir görkəm aldı və özü-özünə pıçıldadı:-“İndi bildim bu gözəl kimə oxşayır, əlbəttə ki, o Zülfüqara çox bənzəyir, aralarında fərq odur ki, Zülfüqar kişidir, kobuddur, enlikürəkdir, bundan xeyli hündürdür, şaqqalıdır, bu isə qadın olduğu üçün zərif və incədir. Yox Nəzrin, sən səhv eləyə bilməzsən. Bu Zülfqarın bacısı Dürdanədir, başqa cür ola da bilməz”.

 Tubb bacısı günorta ikinin yarısı onun dincəldiyi otağa gəlməli idi, lakin Nəzrin buna əmin olmaqdan ötrü bu qədər gözləyə bilməzdi, odur ki, jaketini geryinib, şərfini boynuna dolayıb otaqdan çıxdı, sakit addımlarla dəhlizdən ötüb pillələrlə aşağı düşdü və bir qədər sonra sanatoriyanın başdan-başa yaşıllığa qərq olmuş olduqca iri həyətinə çıxdı. Həyətin başqa-başqa guşələrində burda dincələn adamlar iki-iki, üç-üç skamyalarda oturub söhbət edirdilər. Sanatoriyanın xidmətçilərinin bir qismi bu həyətdən çox kiçik meşəyə oxşayan gülüstanda öz xidməti vəzifələrini yerinə yetirmək üçün o baş, bu başa hərəkət edirdilər.

 Nəzrin sanatoriyanın həyətinə çıxan kimi hey dörd tərəfə nəzər salıb həmin tibb bacısını aradı. Lakin tibb bacısı onun gözünə dəymədi ki, dəymədi, odur ki, həm Xəzərdə uçan, həm də sanki gözəllikləri ilə bir-birilə yarışa girmiş ağaclardan axan  tərtəmiz havanı tək qalan ağciyərinə yaxşı-yaxşı çəkmək üçün yaxındakı boş skamyalardan birində oturdu və axırıncı dəfə neçə ay bundan qabaq xəstəxanadan çıxmamışdan bir gün qabaq onu yoluxmağa gələrək yenə xartut şirəsi gətirən Zülfüqarın surəti gözünün qarşısında dayandı. Bu zaman Nəzrinin gözləri özündən asılı olmayaraq doldu. Qaızcığaz bunun səbəbini yaxşı dərk eləməsə də, bir şeyi bilirdi ki, həmişə onu quldurların əlindən xilas etmiş bu igid oğlanı görmək istəyir və istəyir ki, Zülfüqar daim onun yaxınlığında olsun.

 Nəzrin artıq on dəqiqə olardı xəyallara dalmışdı ki, birdən bayaqkı tibb bacısının sağ tərəfdən səsi eşidildi:

-Sənə soyuq deyil ki, gözəllər gözəli?!

 Nəzrin bir qədər diksinib başını ona tərəf çevirdi və dərhal beyninnən bu fikir keçdi;-“Hı, buna bax, özü dünya gözəlidi, amma mənə gözəllər gözəli deyir”.

 Onun xəyallardan hələ də ayılmadığını görən tibb bacısı bir də soruşdu:

-Üşümürsən ki?

 Nəzrin gülümsədi:

-Yox, qətiyyən üşümürəm.

 Tibb bacısı onun yanında oturdu:

-Özünü necə hiss eləyirsən?

 Nəzrin yenə gülümsədi:

-Əla!

-Həmişə əla olasan!

 Nəzrin gözünü onun eybsiz çöhrəsindən çəkmədən dilləndi:

-Əla günün olsun! Səndən bir söz soruşmaq olar?

 Tibb bacısı adəti üzrə sağ əli ilə sol əlini yüngülcə tumarladı:

-Əlbəttə!

-Sənin adın nədi?

-Dürdanə! Bəs səninki?

 Nəzrini sanki bir anın içində göyün yeddinci qatına qaldırdılar. O, zənnində qətiyyən səhv eləməmişdi. Odur ki, o, özündən asılı olmayaraq ayağa qalxdı:

-Dürdanə?

-Hə, Dürdanə!

-Qardaşının adı Zülfüqardı?

-Hə, Zülfüqardı! Sən onu tanıyırsan?

-Nəzrin yenə skamyada oturdu:

-Tanıyıram!

-Hardan tanıyırsan?

-Mənim adım Nəzrindi. O, səndən mənə çox danışıb.

 Dürdanə cəld Nəzrinin əlindən tutdu:

-Sən Nəzrin imişsən. Aman Ya Rəbbim, mən nə qədər key imişəm. Nəzrin, Nəzrin, deyirəm axı, başqa kim bu qədər gözəl ola bilər ki.. Sən, özü də son zamanlar, heç qardaşımın dilindən düşmürsən, elə hey səndən, sənin nə qədər təvəzökar olmağından, sadəliyindən, mehriban bir qız olmağından danışır. Sözün düzü sənin neçə ay bundan qabaq xəstələndiyini eşidib mən də çox kədərləndim, sonra qardaşımdan sənin sağalacağını eşidib çox şad oldum. Aman Allah, Nəzrin, demək sən belə imişsən. Zülfüqar həmişə deyir ki, Nəzrin dünyada ən gözəl qızdır, dünya gözəlidir. Necə də düz deyirmiş qardaşım. Sən nə qədər gözəlimişsən Nəzrin.

 Nəzrinin gözləri bayaqkından da bir xeyli çox dolmuşdu, o ağlamaq istəyirdi, lakin zorla da olsa özünü saxlayırdı. Onu bu hala gətirən isə təkcə Dürdanənin Zülfüqarın bacısı olmağı deyildi, o igid oğlanın onun haqqında dediyi xoş sözlər idi. O, həmişə Zülfüqarın öz dilindən bu sözləri eşitmək arzusunda olmuşdu, lakin öz tərbiyəsi, ədəb-ərkanı ilə çoxlarına ibrət ola biləcək bu igid, qıza bu cür sözlər deməyi heç vaxt münasib görməmiş, yalnız bacısına onun haqqında danışarkən belə müsbət kəlmələr ifadə eləmişdi.

 Çox sevincək idi Nəzrin çox.. Uzun illər idi o bu qədər sevinməmişdi, odur ki, Dürdanə ilə bir qədər xoş söhbətlər eləyib otağına qayıdandan sonra ruhunda axan sevinc hormonları onu həddindən artıq ehtizaza gətirdiyindən daha göz yaşlarını saxlaya bilməyib bir xeyli ağladı.

  Ertəsi gün bazar günü idi və sanki Zülfüqarın bura onu yoluxmağa gələcəyinə yüz faiz əmin olduğu üçün Nəzrin, bu barədə ona heç bir söz deməmiş Dürdanə ona iynə vurandan sonra sanatoriyanın həyətinə çıxıb boş skamyalardan birində oturub gözünü sanatoriyanın iri darvazasına zilləmişdi. Atası hər gün şirkətindəki işləri tamamilə sahmana salandan sonra təxminən saat dörd radələrində onun yanına gəlirdi. Bu səbəbdən də Nəzrin atasını bu vaxtlar gözləməsə də gözünü bir an olsun belə ondan təxminən əlli metr uzaqda olan darvazadan çəkmirdi. İndi ona hər dəqiqə bir saat kimi görünürdü və hər içəri girəni diqqətlə süzür, həmin adamın Zülfüqar olmadığını görüb özündən biixtiyar köksünü ötürürdü. Lakin onun həsrəti ona saatlar kimi gəlsə də, skamyada oturandan bu yana cəmisi iyirmi beş dəqiqə keçəndən sonra Zülfüqar qapıda göründü.

 Məsələ burasında idi ki, o qapıda görünən kimi,-“Bəlkə səhv eləyirəm, o deyil, bir başqasıdır”-deyə Nəzrin öz-özüylə sual-cavab eləmədi. Çünki Zülfüqar başaqlarına bənzəmirdi, Nəzrin onu heç vaxt kiminləsə səhv salmazdı. Onun canlı tablosu qızcığazın gözləri qarşısında əbədi olaraq həkk olmuşdu.

  Zülfüqarı görən kimi Nəzrin özündən biixtiyar dərhal ayağa qalxsa da, o an da həyasına bürünüb oturduğu yerdə oturdu. Qəribə isə burasında idi ki, Zülfüqarın qapıdan girən kimi gözləri o tərəf, bu tərəfi gəzmədi, elə o saniyədə Nəzrinə tərəf gəlməyi başladı.

 Nəzrinin həyəcandan varlığı titrəyirdi, onun əlləri buzlamışdı, ona elə gəlirdi ki, bu dəqiqə huşunu itirəcək. Lakin Zülfüqar gülə-gülə ona yaxınlaşdıqca həyəcanı tədricən keçməyə başladı və igid oğlan onun yarım addımlığında duranda tamamilə sakitləşdi.

 Zülfüqar onun yarım addımlığına yetişən kimi soruşdu:

-Necəsən Nəzrin?

 Nəzrin ona sözlə ifadə olunmayan bir kövrəkliylə baxdı:

-Yaxşıyam Zülfüqar, sən necəsən?

 Zülfüqar onun yanında oturdu:

-Səni görüncə bütün dərdlərim unuduldu Nəzrin! Yaxşıdan da yaxşıyam. Sözün düzü mən sənin bu sanatoriyada dincəldiyini bilməmişəm. Yoxsa çoxdan bura gələrdim. Bilirsən, mən bacım Dürdanə ilə bu sanatoriynın uzaqbaşı üç yüz metrliyində yerləşən bağda qalırıq. Nə yaxşı ki, onu məhz sənə xidmət göstərməyə təyin eləyiblər. Bilirsən bacım neçə vaxt idi işsiz idi. Düzdü mənim maaşım bizim ikimizin dolanacağına bəs eləyirdi, amma o, evdə mən işdən gələnə qədər tək qalıb çox darıxırdı. Ona görə də mən general Camalzadəyə ağız açdım, o da sağ olsun, bacımın tibb bacısı kimi işə düzəlməyi üçün əlindən gələni əsirgəmədi və nəhayət buna nail oldu, özü də onu bura, bağ evimizdən cəmisi üç yüz metr aralıdaki sanatoriyada. Axı Dürdanə neçə il bundan qabaq tibb texnikumunu bitirib. Amma əri onu işləməyə qoymurdu. Bacım neçə aydı ərindən boşanıb. Əri Fərrux indi dəmir barmaqlıqlar arasındadı. Bilirsən Nəzrin, əslində bizim şəhərdə də evimiz var, amma qardaşım Nazim həmin evdə faciəli şəkildə həlak olandan sonra bacım Dürdanə daha orda yaşamaq istəmir. Mən də onu tək buraxmamaq üçün burda qalıram. Həm də ki, onsuz da bağın yiyəsi Dilarə xala o bağı demək olar ki, bizə bağışlayıb.  Bağ da elə yerdi ki, hökmən ona baxmaq lazımdır, yoxsa cəngəlliyə dönür. Atalarımız deyib ki, bağa baxsan bağ olar, baxmazsan dağ olar.

 Zülfüqar bağ haqqında alimlik eləyən zaman Nəzrinin olduqca incə səsi eşidildi:

-Burdan cəmisi üç yüz metr aralıda yaşayırsız?

-Hə! Üç yüz metr.

 Nəzrin bu dəfə bir qədər ərköyüncəsinə soruşdu:

-Bəs Dürdanə bunu mənə dünən niyə demədi?

 Zülfüqar olduqca iri əlinin yoğun və kobud barmaqlarının beşini də açdı:

-Yəqin unudub. Dünən səni burda görəndə elə sevincək olmuşdu ki, sanki öz doğma bacısını tapmışdı. Hərçənd ki, heç vaxt üzünü görməmişdi, ona sənin haqqında yalnız mən danışmışdım.

 Nəzrin yenə ərköyünlüyünü davam elətdirdi:

-Onda mən nə qədər ki, burdayam, atamla sizə qonaq gələcəm.  

-Biz çox şad olarıq Nəzrin! Amma əvvəldən deyin ki, hazır olaq. Bacım Dürdanə əla yeməklər bişirir. Dadlı yeməklər hazırlayar, biz də kiçik bir məclis təşkil eləyərik. Şeir deməyi xoşlayırsanmı?

-Əlbəttə! Özüm də Füzulinin vurğunuyam!

 Zülfüqar sağ əlini yuxarı qaldırdı:

-Ürəyimiz birdi Nəzrin, mən Füzulinin dəlisiyəm. Hərçənd ki, böyük Şərqin poeziya günəşi Mövlanə Füzuli elə bir okeandır ki, mən heç vaxt o okeana baş vura bilmərəm, daha doğrusu buna mənim savadım çatmaz. Amma o dahi sənətkarda elə bir ahəng, elə bir axıcılıq, elə fəlsəfə var ki, mənim kimi bisavadı da özünə heyran eləyə bilir.

 Nəzrin yadına Zülfüqarın dediyi şeiri saldı:

-Amma sən özün də şeir yazırsan.

 Zülfüqar yüngülcə çiyinlərini çəkdi:

-Yazırsan deyəndə, hərdən bir elə-belə uydururam gedir. Əslində mənim kimisini şair adlandırmaq olmaz. Füzulini oxuyandan sonra isə bəzən özüm-özümdən utanıram. Bir gör o düha Məcnunun adından nə deyir:

 

              Fəzayi- eşqi ta gördüm, səlahi əqldən durəm,

              Məni rüsvay görüb, eyb etmə, ey naseh ki, məzurəm.

              Əgər çaki-giriban eyləsəm, mən etməyim, çün mən,

              Mətai-nəngdən arəm, libasi-ardən urəm.

              Mənu səhrayi-vəhşət mənzil etməm afiyət küncün,

              Əsiri-dami-zülmət olmazam, çün talibi-nurəm.

              Bəlayi-eşqi dərdi-dust tərkin qılmazam, zahid,

              Mən rəyimlə sanmın, eşq sultanında məmurəm.

   

 Bu cür misraları məhz Zülfüqarın dilindən eşitdikcə Nəzrinin yenə gözləri yaşardı və o, iniltiyə bənzər səslə Zülfüqarın səsinə sə verdi:

 

             Ya Rəbb! Bəlayi-eşq ilə qıl mübtəla məni,

             Birdən bəlayi-eşqidən etmə cüda məni.

             Az eyləmə inayətini əhli-dərddən,

             Yəni ki, çox bəlalara qıl qıl mübtəla məni.

 

  Leyli-Məcnundan bir parça olan bu şeirin arxasını dedikcə Nəzrinin gözlərindən bahar buludu kimi yaşlar tökülürdü.

  Onun gözlərindəki yaşı görüb öz gözləri də yaşaran Zülfüqar cibindən yaylıq çıxarıb qızcığazın gözlərinin yaşını sildi:

-Neyçün ağlayırsan Nəzrin, sənə nə oldu?

 Şübhə yox ki, həyalı bir qız kimi ağlamağının səbəbini nə olursa-olsun, ona heç vaxt bildirməzdi, buna görə də Zülfüqar onun gözlərinin yaşını yaylıqla siləndən sonra, özü də əlinin arxasıyla gözlərini sildi:

-Heç, elə-belə! Burda çox vaxt tək oluram, ona görə də möhkəm darıxıram.  İndi sən gəldin, çox şad oldum, ona görə də bilmirəm nədənsə gözlərim yaşardı. Nə bilim, bəlkə də dahi Füzuli məni ağlatdı?!

 Zülfüqar soruşdu:

-Bilmirsən, axşamlar bura adamları buraxırlar?

 Nəzrin çiyinlərini çəkdi:

-Bilmirəm!

 Zülfüqar bir qədər onlardan aralıda üzü sanatoriya binasına tərəf gedən cavan oğlanı səslədi:

-Qaqaş, bir dəqiqə səni olar?!

 Cavan oğlan dərhal onlara yaxınlaşdı.

 Zülfüqar sual etdi:

-Axşamlar bura adam buraxırlar?

 Oğlan nədənsə saatına baxdı:

-Əlbəttə! Bura xəstəxana deyil ki, qaqaş. Burda dincələnlərə dəyməyə gələnlərin əksəriyyəti gündüzlər işləyir, onların yalnız axşamlar vaxtı olur ki, gəlib yaxınlarını burda yoluxsunlar. Ancaq gecə saat ona kimi. Ondan sonra necə deyərlər “myortviy ças”, yəni ölü saat, hamı yatır!

 Zülfüqar əlini sinəsinə qoydu:

-Çox sağ ol qaqaş! Allah köməyin olsun!

 Oğlan əlini qaldırıb uzaqlaşdı və Zülfüqar ayağa qaıxdı:

-Bundan sonra inşallah hər axşam sənə dəyməyə gələcəyəm Nəzrin!

 Nəzrin həm sevindi, həm də tutuldu:

-Gedirsən Zülfüqar?!

 Zülfüqar sanatoriyanın darvazasına tərəf baxdı:

-Hə, bir az işlərim var, daha doğrusu bazarlıq eləməliyəm. Burda yaxında bazar var, istirahət günləri ərzaq malları həftənin o biri günlərinə nisbətən xeyli ucuz olur. Yəni əsl kasıb bazarı olur.

 Nəzrin,-“Getmə Zülfüqar, nə olar bir az da qal”!,-demək istəsə də, yenə nənələrimizdən qalma ismət pərdəsi ona bunu deməyə izn vermədi. Birdə ki, Zülfüqarın özünün dediyi kimi onsuz da sabah axşam gələcəkdi də.

 Zülfüqar gülə-gülə gəldiyi kimi gülə-gülə də getdi.

 

 

                  CIRTDAN

 

 Paşa həmişəki kimi təxminən saat beşin yarısında qızının yanına gəldi və hər gün olduğu kimi yenə yaxındakı restorandan onun üçün quzu kababı alıb gətirdi.

 Nəzrin bu dəfə həmişəkindən fərqi olaraq kababı böyük işyahla yedi və o qədər ləzzətlə yedi ki, atası nəyə görə cəmisi iki şiş kabab almağına peşman olub, ürəyində,-“Bilsəydim iki şiş də alardım”,-dedi və qızının kababı bu cür işttahla yeməsi onu göylərdə uçurtdu. Çünki Nəzrin onun tək övladı idi və Bakının ən məhşur tacirlərindən biri olduğu halda ondan başqa kimsəsi olmayan Paşa həyatda elə qızı üçün yaşayırdı. Nəzrin xəstə olarkən onun bir neçə aydan sonra öləcəyini düşünərkən o, dünyanın ən bədbəxt adamına çevrilmişdi, lakin qızcığaz Uca Allahın şəfqəqti, mərhəməti, inayəti, Şəfaəddin kimi əsil həkimlərin səyi nəticəsində sağalıb ayağa qalxınca Paşa dünyanın ən xoşbəxt bir adamı olmuşdi. Belə ki, Nəzrin hər kabab tikəsini çeynəyib udduqca sanki Paşaya hər dəfə yeni bir dünya bağışlayırdılar. Lakin Paşa bilmirdi ki, elə bu ərəfədə, yəni o, özünü dünya bəxtəvəri hesab eləyərkən, Bakıda cinayətlər aləmində ən məhşur adamlardan biri olan Babaxan onun seyfini qarət eləməyə adam göndərib.

 Babaxanın adamı onun seyfindən yeddi milyon manat dörd yüz əlli min, doqquz milyon dollar səkkiz yüz otuz min və üç milyon avro aparmışdı. Paşa bunu yalnız erttəsi gün səhər bildi, belə ki, şirkətində mədaxil, məxaric işlərində səliqə-sahman yaratmaq üçün ordan müəyyən qədər pul götürmək üçün seyfini açarkən oranı bom-boş görüb dəhşətə gəldi və təxminən beş dəqiqə ürəyini tutub kresloda əyləşəndən sonra özünü çox çətinliklə ələ alıb təzyiq salan dərman içərək Sübhan Poladova zəng vurdu.

 Poladov onun zəngindən təxminən iyirmi dəqiqə sonra bütün heyətilə ora gəldi və ekspertlər  Lətif Lətifovla   Rasim Kamalov dərhal işə başladılar.

 Poladov isə oturaraq Paşaya ilk sualını verdi:

-Seyfin şifrələrini sizdən başqa kim bilirdi?

 Paşa düşünmədən cavab verdi:

-Rəvanə. Ancaq onu siz özünüz bir neçə ay bundan qabaq həbs eləmisiz.

 Poladov növbəti sualını verdi:

-Ondan başqa bilən yox idimi?

 Paşa başını buladı:

Qızım Nəzrin ümumiyyətlə belə şeylərlə maraqlanmır, ona pul lazım olanda mənə deyir, mən də ona istədiyi qədər pul verirəm, vəssalam!

 Poladov üzünü başları möhkəm qarışıq olan ekspertlərə tutdu:

-Keçmiş arvadınızın seyfin şifrələrini bildiyiniz halda, niyə onları dəyişməmişdiz?

 Paşa köksünü ötürdü:

-Yaddaşım çox xarabdır. Şifrə çarxları isə üç sıradır. Hərəsi də səkkiz rəqəmdən ibarət. Sözün düzü qorxurdum dəyişməyəki, yadımdan çıxar! Sonra isə gərək qaynaqçı çağıraydım, seyfi qaynaqla kəssin! Birdə ki, bayaq da dedim, seyfimin qarət olacağını heç vaxt ağlıma gətirməzdim!

-Qızınız hardadı?

 Paşa yaylıqla tərini sildi:

-Dəniz kənarında sanatoriyada dincəlir.

-Siz də hər gün onun yanına gedirsiz, elədir?!

-Bəli!

 Poladov evin yuxarı künclərinə baxdı:

-Niyə bir çox zəngin adamlar kimi evinizə kamera qoymamısız, siqnalizassiya çəkdirməmisiz?

 Paşa köksünü ötürdü:

-Nə bilim?! Sözün düzü heç vaxt ağlıma gəlməzdi ki, kimsə evimə soxular. Bir də ki, düşünürdüm ki, seyfin şifrələrini ən peşəkar oğru belə aça bilməz.

 Poladov sağ əlini yuxarı qaldırdı:

-Amma açdılar! Bax məhz buna görə də atalarımız yaxşı deyib ki, ehtiyat igidin yaraşığıdır!

 Poladov bunu deyib qapısı açıq seyfə tərəf baxdı:

-Şübhə eləmirəm ki, siz dünən Nəzrinin yanında olarkən, oğru və yaxud oğru dəstəsi seyfinizi qarət edib!

 Paşa yenə tərini sildi:

-Yəqin ki, elədir!

 Lətifov üzünü Poladova tutub ona döşəməni göstərdi:

-O, tək olub Sübhan müəllim, özü də 33 ölçülü ayaqqabı geyinir.

 Bu vaxt Rasim Kamalovun səsi eşidildi:

-Bu da bütün canilər kimi əlcəklə işləyib. Odur ki, nə seyfin üzərində, nə də başqa bir yerində əl izləri yoxdur. Daha doğrusu seyfin şifrə çarxlarının və dəstəyinin üzərində əl izləri var, amma mən şübhə eləmirəm ki, bu izlər Paşa müəllimin əl izləridir. Çünki seyfin içində heç bir əl izi yoxdur. Bu da caninin əlcəklə işlədiyini göstərir.

 Poladov əli ilə ona Paşanı göstərdi:

-Hər ehtimala görə şifrə çarxlarının və dəstəyin üstündəki izlərlə Paşa müəllimin əl izlərini tutuşdur ki, hər kəs buna yüz faiz əmin olsun!

 Lətifov dərhal onun tapşırığını yerinə yetirdi və məlum oldu ki, o qətiyyən yanılmayıb.

 Bundan sonra Poladov ayağa qalxıb seyfin yaxınlığına getdi. Lətif ona yalnız izi ən azı əlli dəfə böyüdən lupa vasitəsiə ilə ayaqqabı izləri göstərdi:

-Budur onlar!

 Poladov diqqətlə izlərə baxdı:

-Aydındır! Gör qapının qarşısında bu izlər varmı?

 Lətifov dərhal evin giriş qapısına tərəf getdi və lupanı bir qədər kandarda gəzdirəndən sonra üzünü Poladova tərəf tutdu:

-Xeyr Sübhan müəllim!

 Poladov evin iri, işıqlı plastik pəncərələrinə baxdı:

-Deməli qapıdan girməyib. Özü də əgər 33 ölçülü ayaqqabı geyinirsə, çox güman ki, cırtdandır.  

 O, bunu deyib pəncərələrə yaxınlaşdı və olduqca diqqətlə pəncərələrin şüşələrini seyr etməyə başladı, sonra o biri otaqlara keçib həyətə açılan bütün pəncərələri nəzərdən keçirdi və nəhayət arxa otaqda xeyli hündürdə yerləşən bir nəfəsliyin qarşısında dayandı və üzünü onun arxasınca otaqları gəzən Paşaya tutdu:

-Paşa müəllim, bu nəfəslik əvvəlcədən açıq idimi?:

 Paşa diqqətlə nəfəsliyə baxdı:

-Xeyr! Artıq havalar soyuduğu üçün mən onu bağlı saxlayıram. Bu otaq qızımın yataq otağıdır. Amma hər gün yalnız axşamlar təxminən on dəqiqəlik açıram ki, otağın havası dəyişsin.

 Poladov gözünü nəfəslikdən çəkmədən soruşdu:

-Bəlkə dünən axşam onu açıq qoymusuz, yadınızdan çıxıb?!

 Paşa başını buladı:

-Xeyr! Bağlamışdım!  

 Poladov Lətifovu səslədi:

-Lətif müəllim, zəhmət olmasa bura gəl!

 Bir qədər keçmiş Lətifov otaqda göründü. Poladov  ona döşəməni göstərdi:

-Burda döşəməyə yaxşı-yaxşı bax!

 Lətifov dərhal ora yaxınlaşdı:

-Baş üstə!

 O, lupanı bir qədər döşəmənin üstündə gəzdirəndən sonra üzünü Poladova tutdu:

-Burda, bax burda, həm də burda 33 ölçülü ayaqqabıların izi var.

 Poladov nəfəsliyə işarə eülədi:

-Deməli burdan girib-çıxıb! Daha doğrusu bayırdan nəfəsliyi çox güman ki, bıçaq salaraq açıb içəri girib, lakin qarəti başa çatdırandan sonra pul dolu çantanı və yaxud kisəni pəncərəni açaraq bayıra tullayıb. Sonra isə pəncərəni bağlayıb, yenə yuxarı dırmaşaraq nəfəslikdən keçib aşağı tullanıb və pul dolu çantanı götürüb gedib.

 Paşa siqaret yandırdı:

-Belə çıxır ki, cani uşaqmış?

 Poladov başını buladı:

-33 ölçülü ayaqqabını uzaqbaşı on yaşlı uşaq geyinə bilər. Bu yaşında uşağın bütün bunları eləməsi ağlasığmazdır. Əlbəttə zirək uşaq yuxarı dırmaşıb nəfəsliyi açıb içə girə bilərdi. Amma şifrələri açmaq on yaşlı uşaq üçün çox çətin olardı. Birdə ki, oğrunu bu qədər pulu oğurlamağa göndərən adam söz yox ki, çox peşəkar bir cinayətkardır və o, belə yerlərə heç vaxt uşaq göndərməz. Yox əgər, onun özünün ayaq izləri burda aşkarlansaydı, bu zaman onun təxminən on yaşında uşağı nəfəslikdən girib qapını açmaq üçün özüylə götürdüyünün qənaətinə gəlmək olardı. Lakin oğrubaşının ayaq izləri bu evdə aşkarlanmadığına görə mənim qənaətim belədir ki, seyfi qarət eləyən uşaq deyil, sadəcə olaraq cırtdanboylu bir adamdır və oğrubaşı həm də ondan ona görə istifadə eləyib ki, biz seyfi qarət eləyənin uşaq olduğunu ehtimal edək, bununla da kələfin ucunu heç cürə tapa bilməyək.

 Poladov bunu deyib nəfəsliyin altındakı iri pəncərədən həyətə tamaşa elədi:

-Amma şifrələri və bu evə necə girməyin mümkünlüyünü oğrubaşıya kimsə deyib və oğrubaşı da cırtdanboylu adamı əməlli-başlı hazırlayandan sonra seyfi qarət eləməyə göndərib. Paşa müəlim isə deyir ki, şifrələri bir neçə ay bundan əvvələ qədər onun arvadı olmuş, indi isə həbsxana divarları arasında olan Rəvanədən, bir də özündən başqa kimsə bilmirmiş. Yəni şifrələri və evə qapını açmadan hansı yolla daxil olmağın mümkünlüyünü kimsə məhz ondan öyrənib və həbsxana divarları arasından insanların azad yaşadığı həyata keçirdib.

 Paşa siqaretinə dərin bir qullab vurdu:

-Bəs Rəvanəni dindirəcəksiz?

 Poladov başını tərpətdi:

-Əlbəttə! Mən yüz faiz əminəm ki, bu da onun daşının altından çıxıb. Hərçənd ki, subut eləmək çox çətin olacaq. Lakin bu ikinci plandadır Paşa müəllim, bizim ön planımızda əsl canini yaxalamaq və sizin pullarınızı qəpiyinə qədər geri qaytarmaq durur. Hərçənd ki, bu da olduqca çətin olacaq, lakin qətiyyən narahat olmayın! Biz inşallah bunu da necə lazımdır, elə də bitirəcəyik!

 O bunu deyib döşəməyə nəzər saldı:

-Bizə əvvəlcə cırtdanı yaxalamaq lazımdır.

  Bundan sonra Poladov əli ilə Paşaya,-“Arxamca gəl”,-işarəsi verib evdən çıxdı və diqqətlə  nəfəsliyi nəzərdən keçirdi:

-Eviniz kürsülü evdi. Yəni azı bir metr hündürlüyündə onun elə təkcə kürsüsüdür. Bu nəfəslik ən azı üç metr hündürlükdə yerləşir. Həyətinizdə nərdivan varmı Paşa müəllim?

 Paşa başını buladı:

-Xeyr! Həyətdə nərdivan saxlamağı heç xoşlanmıram! Çünki bir dəfə uşaq olanda nərdivandan yıxılmışam qıçım sınıb, düz üç ay yatağda qalmışam. Buna görə də ustalar evi təmir eləyəndə nərdivan üçün qonşudan xahiş edirəm!

 Deməli cırtdan bura nərdivansız dırmaşıb və arxadan iti bıçaq salaraq nəfəsliyi açıb.

 O, iri həyətin hasarlarına baxdı:

-Bu hasarların da hündürlüyü ən azı üç metrdi. Bu da onun peşakar bir idmançı olduğuna dəlalət eləyir. Əlbəttə bizim idmançılar arasında mən biləni cırtdanboylusu yoxdur. Lakin eşitdiyimə görə bəzən cırtdanboylu insanlar axmaq adamlar tərəfindən boylarına görə onları məsxərəyə qoyanların ağızlarını ovsunlar deyə hansısa bir cəmiyyətdə hər gün saatlarla idmanla məşğul olurlar. Necə deyərlər, keçəl halva yeyər, puluna minnət! Lakin məşqilər onların çəkisində çəki dərəcəsi olmadığına görə onları çempionatlara, turnirlərə aparmır. Bu həndəvərdə cırtdan boylu adam yaşamır ki, Paşa müəllim?

 Paşa başını buladı:

-Yox, mən belə birini tanımıram!

-Bəs şirkətinizdə belə bir adam çalışırmı və yaxud haçansa çalışıbmı?

 Paşa sağ əlini sağa-sola hərəkət elətdirdi:

-Xeyr! Mənim şirkətimdə çalışanların arasında belə birisi olmayıb və yoxdur.

 Mən də belə düşünürəm. Lakin seyfinizin qarətinin hansı yuvadan uçduğuna əğmin olmaqdan ötrü sizə bu sualları verdim.

 Paşa köksünü ötürdü:

-Deməli bu qarətdə Rəvanənin əli olduğuna heç bir şübhə qalmır!

 Poladov ona bir söz demədən iri həyətdən küçəyə çıxdı və diqqətlə dörd bir tərəfə göz gəzdirdi. Ondan yüz metr aralıda təxminən on iki-on üç yaşlı oğlan uşaqları futbol oynayırdılar, Poladov iti addımlarla onlara yaxınlaşdı və onlara təxminən beş metr qalmış sıçrayıb ona sarı gələn topu tutdu. Uşaqlardan biri qaça-qaça ona tərəf gəldi ki, topu alsın. Lakin o, topu uşağa uzadıb artıq qaralmaqda olan havaya işarə elədi:

-Hava qaralır, ancaq siz yenə də oynayırsız.

 Uşaq topu ondan aldı:

-Biz məhəllə yarışı keçiririk. İndi də finaldır.

 Poladov gülümsündü:

-Deməli bu küçə sizin futbol meydançanızdır. Bəs tamaşaçılarınızı hanı?

 Uşaq sol əlini yuxarı qaldırdı:

-Bizim tamaşaçılarımız özümüzük!

 Uşaq bunu deyib topu o biri uşaqlara tərəf vızıllatdı və onlara tərəf qaçmaq istədi, lakin Poladavun gur səsi onu saxladı:

-Neçə saatdı burdasız?

Saat dörddən burdayıq.

-Buralarda cırtdanboylu adam görməmisən?

 Uşaq çiyinlərini çəkib o biri uşaqlara tərəf qaçdı. Bu vaxt arxa tərəfdən əlində əsa qoca bir kişinin səsi eşidildi:

-Mən görmüşəm!

 Poladov ona tərəf dönüb onsuz da ona tərəf gələn qocaya yaxınlaşdı:

-Görmüsüz?

 Qoca dayandı:

-Hə! Mən nəvələrimə dəyməyə gedirdim, elə indi də onların yanından gəlirəm. Həmin cırtdanboylu adam yavaş-yavaş..

 O, Paşanın evi tərəfə işarə elədi:

-Üzü o yana gedirdi. Hə, mən onu əvvəlcə uşaq bildim, amma yaxınlaşanda gördüm ki, uşaq deyil, üzü, alnı başdan-başa qırışdır.

 Bu vaxt Paşa onlara yaxınlaşdı və qoca ilə salamlaşdı:

-Salam Ərəstun dayı!

 Qoca sağ əlini yuxarı qaldırdı:

-Salam Paşa müəllim!

 O, üzünü yenə Poladova tutdu:

-Hə, o cırtdanboylu adam, bax Paşa müəllimin evi olan tərəfə gəlirdi və Paşa müəllimin həyətinin hasarı tərəfdə dayanıb göyə baxmağa başladı.

 Poladov soruşdu:

-Əlində bir şey var idimi?

 Qoca başını tərpətdi:

-Əlində yekə bir çanta var idi. Uşaqlar da burda elə top-top oynayırdılar. Mən onun yanından ötüb keçdim, sonra özüm də heç bilmirəm necə oldu ki, dönüb arxaya baxdım, görürsüz də yol uzun-uzun uzanır, amma o, sanki qeybə çəkilmişdi.

 Poladov yüngülcə qocanın  əlini sıxdı:

-Çox sağ olun! Siz bizə çox lazımlı bir məlumat verdiz!

 Qoca da öz növbəsində yüngülcə başını tərpədib bəstə boyuna uyğun gəlməyən uzun və yoğun əsasının köməyilə yavaş-yavaş uzaqlaşdı.

 Poladov özü-özüylə danışırmış kimi aşağı səslə dedi:

-Biz səni tapacağıq cırtdan və insaların halal zəhmətləri ilə qazandığı pulları oğurladığına görə peşman olacaqsan! Lakin bununla bitmir, sən bizə bu işə başçılıq eləyən adamın adını deyəsəksən və o da bu oyunun quruluşunun kim tərəfdən hazırlandığını deyəcək!

 O, bunu deyib Paşaya baxdı və onlar yenə Paşanın evinə tərəf getdilər.

 Bu gün də saat dörddən sonra qızını yoiuxmağa gedən Paşa, hələ də ağır xəstəlikdən tamamilə sağalmamış Nəzrini üzməməkdən ötrü ona bu barədə heç bir şey demədi və halının olduqca pərişan olduğunu bildirməməkdən ötrü qızının yanıda olduğu müddətdə üzünə ömründə təcrübə eləmədiyi saxta sevinc ifadəsi verdi.

 

                                                * * *

 

  Axşam Zülfüqar, dediyi kimi Nəzrinin yanına gəldi, özü də bu elə bir vaxt idi ki, onun bacısı Dürdanə təzəlikcə Nəzrinə iynə vurub getmişdi.

 Zülüfqarın gəlişindən həddinən artıq şad olan Nəzrin bu dəfə ona xeyli suallar verdi, belə ki, danışıq məharəti pis olmayan Zülfüqar nəhayət onun verdiyi bu suallara cavab verməkdən bir qədər yoruldu, odur ki, onun suallarından canını qurtarmaq üçün Nəzrinə uşaq olduğu vaxtlarda yaşı doxsanı haqlamış babasının nəql etdiyi bir əhvalatı  danışmağı yəqin etdi:

-Bilirsən Nəzrin, mənim rəhmətlik babam, yəni atamın atası, mən təxminən on üç yaşımda olanda mənə bir əhvalat danışmışdı, çox maraqlı bir əhvalatdı, istəyirsən onu sənə danışım!

 Nəzrin tələsik dilləndi:

-İstəyirəm, əlbəttə istəyirəm!

 Zülfüqar da öz növbəsində əhvalatı yadında qaldığı kimi nəql etməyə başladı:

-Bilirsən, babam müharibədə, yəni ikinci dünya müharibəsində, dava maşını sürürmüş. Hamı deyirdi ki, mən ona çox bənzəyirəm. Görürsən, mən də onun kimi sürücüyəm. Nə isə.. Babam rəhmətliyin söylədiyinə görə onların hərbi alayı meşədə yerləşirmiş, yəni rus meşələrindən birində. Həmin alayda hərbi xidmətə təzə gələnlərlə iki aylıq təlim keçib sonra cəbhə bölgələrinə göndərirlərmiş. Babam isə artıq bir il imiş hərbi xidmətə yollanıbmış və həmin alaya ezam olunmamışdan bir neçə ay cəbhədə olubmuş. Sonra onu sürdüyü yük maşını ilə birlikdə həmin o meşədəki alaya göndəriblər. Hə, babam, iri bir hərbi yük maşını sürürmüş, özü də hər gün səhər tezdən alaydan təxminən iyirmi kilometr uzağa maşını sürüb hərbi anbardan çörək və ərzaq gətirirmiş. Belə ki, aşpazlar həmin ərzaqları əsgərlər üçün bişirirmiş. Əlbəttə ərzaqların arasında bişirlməsinə ehtiyac olan şeylər də varmış. Məsələn bilavasitə bizim Azərbaycandan göndərilən qurudulmuş duzlu balıq və yaxud amerikalıların yolladığı ət konservləri və ilaxır. Nə isə, babam ərzaq daşıyırmış, amma bəzən kabinəyə əsgərlər, zabitlər də müəyyən tapşırıqları yerinə yetirmək üçün minirlərmiş. Bir dəfə babam həmin anbardan ərzaq və çörək yükləyib alaya qayıdarkən onun yanına alaydakı əsgərləri müayinə eləməkdən ötrü bir həkim, bir də tibb bacısı minibmiş. Həkim təxminən otuz yaşlı cavan bir qadın, tibb bacısı isə iyirmi yaşlı bir qız imiş. Həkimin adı Olqa, tibb bacısının isə adı Nataşa imiş. Babam danışırdı ki, alaya təxminən on kilometr qalmış meşə yolunun tən ortasında nəhəng bir boz ayının yolu kəsib durduğunu gördüm. Olqa ilə Nataşa dərhal qorxudan titrəməyə başladılar. Mən isə tamamilə qorxu hiss eləmədən maşını ayıya tərəf sürdüm və düşündüm ki, ayı nə qədər nəhəng olsa da, dəmir maşından qorxub yoldan çəkiləcək. Lakin ayı qətiyyən yoldan çəkilməyib elə hey nərildəyir və qəribə hərəkətlər edirdi. Mən naəlac qalıb avtomata əl atdım və maşının qapısının pəncərəsini açıb avtomatın lüləsini ona tərəf tutub rus dilində dedim:

-Bura bax ayı, yoldan çəkil! Biz tələsirik! Canından bezmisən, nədir?! Bax, xəbərdarlıq edirəm, əgər yoldan çəkilməsən, sənin o piyli cəmdəyini xırda ayılara böləcəyəm!

 Ayı isə zərrə qədər də qorxmayıb elə hey nərildəyirdi. Mən vəziyyəti belə görüb tətiyi çəkmək istədim, ancaq yanımda oturan həkim Olqa qolumdan yapışıb, ayını öldürməməyi məndən xahiş elədi.

 Nəhayət mən məcbur olub əlimdə avtomat maşından düşdüm. Ayı mənim maşından düşdüyümü görüncə nərildəyə-nərildəyə eyni ilə insan kimi əli ilə mənə,-“Arxamca gəl”,-işarəsi verdi və ard-arda bir neçə dəfə bu hərəkəti təkrar etdi.

 Mən məcbur olub düşdüm onun arxasıyca . Arxadan Olqa ilə Nataşa yerbəyerdən,-“Axmaqlıq eləmə soldat, qayıt geri!”-deyidilər. Lakin məndə maraq hissi daha güclü olduğu üçün ayını qarabaqara izləməyə başladım. Ayı mənim onun arxasınca gəldiyimə əmin olmaqdan ötrü tez-tez başını geri çevirib baxırdı və təxminən iki yüz metr gedəndən sonra yenə geri dönüb nərildəyə-nərildəyə əli ilə məni yanına çağırmağa başladı. Mən bir qədər həyəcanlı olsam da, əlimdəki avtomata, amma ilk növbədə Uca Allaha güvənib ona yaxınlaşdım və irəlidə dərin bir dərə olduğunu gördüm. Dərənin dərinliyinə diqqətlə baxandan sonra ayının niyə bayaqdan bu cür hoqqalar çıxartdığını anladım. Dərəyə çəkisi iyirmi kilodan çox olmayan körpə bir ayı balası düşmüşdü və o, nə qədər eləyirdisə ordan çıxa bilmirdi. Ana ayı isə ən azı yeddi yüz kiloqram ağırlığında olduğundan sıldırım qayaya bənzəyən dərəyə uzanan enişlə aşağı düşsəydi dərhal otuz metrdən aşağı yıxılar və yəqin ki, parçalanıb ölərdi. Mənim isə o vaxt cəmisi altmış kiloqramn çəkim var idi, özüm də hərbi xidmətə qədər üç il idmanla məşğul olmuşdum, hələ üstəlik də cəbhəyə gələn gündən olduqca güclü təlimlər keçmişdim. Yəni mənim üçün dərəyə enmək bir qədər təhlükəli olsa da, müşgül deyildi. Odur ki, mən,-“Ya Rəbbim Səndən mədəd!”-deyib avtomatı çiynimə keçirdim olduqca çətinliklə dərəyə endim və şalvarımın belindəki qalın bez parçadan hazırlanmış kəməri çıxarıb ayı balasını avtomatımın kəmərinə bənd elədim, sonra onu qucağıma alıb dərə divarları boyu bitmiş, lakin yuxarıdakı kimi inkişaf eləməmiş cır şam ağaclarından tuta-tuta xeyli çətinlikdə yuxarı qalxdım.

 Mən ayı balasını kəmərdən açıb anasına təhvil verəndə Olqa ilə Nataşa uzaqdan bunu seyr edirdilər. Ana ayı isə balasını məndən təhvil alandan sonra yenə insan kimi bir neçə dəfə təşəkkür əlaməti olaraq baş əydi və balasını bir qədər yalayandan sonra yanına alıb uzaqlaşdı. O, uzaqlaşandan sonra Olqa ilə Nataşa yüyürə-yüyürə mənə sarı gəlib ən doğma adamları kimi boynuma sarıldılar. Mən isə tərin-suyun içində idi, özüm də qucağımda ayı balası təxminən otuz metrlik dərəni başyuxarı qalxdığıma görə elə yorulmuşdum ki, sanki elə nəhəng bir ayı ilə əlbəyaxa olmuşdum. Odur ki, bir daşın üstündə oturub təxminən on beş dəqiqə dincimi almağa, həm də tərimi soyutmağa məcbur oldum. Olqa ilə Nataşa isə qətiyyən tələsmədən bu müddət ərzində məni gözlədilər.

 Bilirsən Nəzrin, rəhmətlik babam bu əhvalatı mənə nəql eləyəndən sonra məni bağrına basıb soruşdu:

-İndi Zülfüqar, səncə ayı daha ağıllıdı, yoxsa heyvanların ən mundarı olan meymun?!

 Sözün açığı mən böyüyüb yekə bir adam olanacan, babamın niyə mənə belə sual verdiyini anlamırdım. Lakin həyatı bir qədər dərk eləyəndən sonra bunu başa düşdüm.

 Nəzrin maraqla soruşdu:

-Baban nəyə görə sənə belə sual veribmuş Zülfüqar?

 Zülfüqar gülümsədi:

-Çünki bəzi sarsaq adamlar insanın meymundan əmələ gəldiyini zənn edirlər.

 Nəzrin onun sözünə əlavə etdi:

-Hə, darvinistlər.

 Zülfüqar sözünə davam elədi:

-Hə, darvinistlər. Amma məsələ burasındadı ki, meymunun heç ayının yüzdə biri qədər də anlayışı yoxdur. Yəni meymunun balası dərəyə düşsəydi, gəlib yolu kəsərək insanları köməyə çağırmaq  onun sarsaq beyninə heç vaxt girməzdi. Mənə elə gərir ki, rəhmətlik babam məhz bu səbəbdən də mənə bu cür sual veribmiş. Əlbəttə əslində babam bu sualı mənə yox, bütün bəşəriyyətə ünvanlayırdı, çünki bir qisim insanlar hələ də anlamırlar ki, instik şuura çevrilə bilməz, yəni Uca Allah insanı ən kamil varlıq olaraq yaradıb.

 Zülfüqar orta məktəb bitirmişdi, dərslərindən də əla qiymətlərl almamışdı. Lakin həm orta məktəbdə, həm də kollecdə əlaçı oxuyan Nəzrin xəbərsiz olduğu bəzi şeylərdən onun vasitəsi ilə hali olmağa başlamışdı. Bu da Zülfüqarı Nəzrinin gözündə get-gedə bir az da yüksəklərə qaldırırdı. Belə ki, Nəzrin, Züqlfüqarı tanıdığı zamandan onu yalnız qeyrətli, namuslu, tanımadığı bir qızın üstündə ölümə gedən, bir də əla maşın idarə eləyən bir adam kimi tanısa da, indi onda yeni məziyyətlərini kəşf edir, onda zaman keçdikcə özünə lazım olan cəhətlər tapırdı.

 

                                       

 

                                           * * *

 

 Paşanın seyfinin qarəti ilə bağlı isə Sübhan Poladov hələ ki, axtarışda idi. O, artıq Bakıdakı bütün idman cəmiyyətləri ilə əlaqə saxlamış, bu cəmiyyətlərdə cırtdan boylu adamın idmanla məşğul olub-olmadığı ilə maraqlanmış, hər dəfə də məşqiçilər, müəllimlər, idmançılar belə bir adamı  tanımadıqlarını söyləmişdilər. Poladov bunu belə görüb Sumqayıt şəhəri ilə əlaqə saxladı və nəhayət ki, idman cəmiyyətlərinin birində ona bu cəmiyyətdə cırtdanboylu bir adamın “karate-do” idman növü ilə bir neçə il məşğul olduğu haqda məlumat verdilər. Poladov dərhal maşına əyləşib həmin cəmiyyətə gəldi və bununla bağlı vaxtilə həmin cırtdan boylu adama bu idmanın sirrlərini öyrətmiş Fərhad Əzizovla sorğu-sual etdi.

 Onlar həmin idman cəmiyyətində iri bir idman zalında yeniyetmələr məşq eləyərkən kənarda qoyulan skamyalardan birində əyləşib söhbətə başladılar. Fərhad Əzizov həmin cırtdanboylunun adının Qüdrətov Qalib, yaşının 30, boyunun 1 metr 30 sanyimetr olduğunu, eyni zamanda olduqca cəld və bacarıqlı birisi olduğunu dedi.

 Poladovun növbəti sualı belə oldu:

-Fərhad müəllim, deyə bilməzsiz o, neçə ölçülü ayaqqabı geyinirdi?

 Fərhad bir qədər düşünüb dilləndi:

-Səhv eləmirəmsə otuz üç, hə otuz üç!

 Poladov ona yenə sual verdi:

-Bəs onun harda yaşadığını deyə bilməzsizmi?

 Fərhad ani olaraq yeniyetmələrin səs salaraq məşqinə baxıb üzünü ona çevirdi:

-Onu bilirəm ki, əvvəllər o burda, yəni Sumqayıtda yaşayırdı, ancaq dediyinə görə evlərini satıb Bakının hansısa kəndində ev aldılar. Bax, bu mənim yadımda deyil. Elə bununla da əlqədar daha məşqlərə gəlmədi.

Poladov sağ əlinin baş barmağını şəhadət barmağına sürtdü:

-Yaxşı-yaxşı fikirləşin Fərhad müəllim, bəlkə xatırladız?!

 Fərhad bir qədər düşünüb başını buladı:

-Heç cürə xatırlaya bilmirəm. Yox, yadıma sala bilmirəm.

 Poladov üzünü növbə ilə “kata” göstərən yeniyetmələrə tutdu və Fərhada baxmadan sual etdi:

-Yəqin ki, onu yarışlara aparmırdız?!

 Fərhad yenə başını buladı:

-Xeyr! Onun çəkisində çəki dərəcəsi yalnız on iki yaşına qədər uşaqlar arasındadı. Biz isə onu o yaşda uşaqlarla birlikdə yarışa aparsaydıq, kimsənin yox, öz idman şərəfimizə xəyanət etmiş olardıq. Bilirsiz onun cəmisi otuz beş kiloqram çəkisi var idi.

 Poladov onun sözünə əlavə etdi:

-Mən elə belə də düşünürdüm.

 Poladov sözünü bitirməmişdən ikinci məşqçi, daha doğrusu Fərhadın köməkçisi yeniyetmələri beş dəqiqəlik tənəffüsə buraxaraq gəlib onların yaxınlığında oturdu.

 Poladov əli ilə ona işarə elədi:

-Bəlkə Qabilin Bakının hansı kəndinə köçdüyünü köməkçiniz bilir?!

 Fərhad əlini başına apardı:

-Hə, doğurdan ha..

 O, üzünü köməkçisinə tutdu:

-Seyfullla, Qabil yadındadı?

 Seyfulla bir az da yaxında oturdu:

-Qabil?! Hanıs Qabil?! Hə, o, bəstəboy Qabil?! Hə, əlbəttə!

-Onun hara köçdüyü xatirindədimi?

 Qabil bir qədər düşünüb cavab verdi:

-Hə, yadıma düşdü, Sumqayıtdakı evlərini satıb Fatmayıya, Fatmayı bağlarına, özü də dəniz kənarına köçdülər.

 Poladov soruşdu:

-Onların dəniz kənarına köçdüklərini hardan bilirsən?

 Seyfulla, Fərhada baxdı:

-Yadınıza gəlir Fərhad müəllim, mən bu yay bu yeniyetmələri dəniz kənarında məşq eləməyə aparmışdım. Onda biz Fatmayı dənizinə getmişdik, özü də Pirşağıya lap yaxın bir yerə. Daha doğrusu Fatmayı ilə Pirşağının arasına. Bilirsiz, bizim Pirşağıda bağımız var, buna görə də mən bilirəm ki, həmin yerdə dəniz kənarında adam çox az olur və rahat məşq eləmək olar. Nə isə, orda ləpədöyəndə uzaqlarla məşq eləyirdim, birdən dənizə gözüm sataşdı, gördüm uzaqda bir baş görünür, özü də güclə seçilir, yəni kimsə dərin bir yerdə üzür. Mən daha əhəmiyyət verməyib məşqi davam elətdirdim, əsasən də komute məşqlərini. Bir qədər sonra özümdən asılı olmayaraq gözüm yenə həmin dənizdə üzən adama sataşdı. O, artıq bir xeyli sahilə yaxınlaşmışdı. Mən yenə nəzərlərimi ondan ayırıb məşqə davam elədim və təxminən iki dəqiqə keçməmiş yenə özümdən biixtiyar nəzərlərim ona tuşlandı və gördüm ki, bu təxminən on yaşlı bir uşaqdır. Məni heyrət bürüdü və özüm də istəmədən ayaqlarımı bir xeyli suya salıb diqqətlə bu uşağı seyr etməyə başladım. Bir qədər sonra o, bir xeyli də sahilə yaxınlaşdı və mənim təxminən iyirmi metrliyimə çatanda  mən onun on yaşlı uşaq deyil, vaxtilə bizim cəmiyyətdə sizdən karate dərsləri alan Qabil olduğunu gördüm.

 Bir az sonra o, sahilə çıxdı. Görüşdük və mənə dedi ki, burdan təxminən yeddi yüz metr aralıda, amma Fatmayı bağlarında “Onmetrə” deyilən yerdə kupçalı ev almışıq.

 Poladov ona diqqətlə qulaq asandan sonra ayağa qalxdı və həm Fərhada, həm də Seyfullaya təşəkkür edərək xudahafizləşib yola düzəldi.

 İdman cəmiyyətindən çıxan kimi isə onu gəzdirən minik maşınına əyləşib sürücüyə dəniz kənarına və elə dəniz kənarı yolla Fatmayı bağlarına tərəf sürməyi göstəriş verdi. Sürücü də öz növbəsində mühərriki işə salıb dəniz kənarına tərəf istiqamət götürdü.

 Onlar Sumqayıtdan Fatmayı bağlarına, sürücü maşını dəniz kənarı ilə sürətlə sürdüyü üçün təxminən iyirmi dəqiqəyə çatdılar və “Onmetrə” deyilən guşəni tapmaq da onlar üçün çətin olmadı. Bura yolun eni yüz il bundan qabağa qədər on metr olduğu üçün “Onmetrə” deyirdilər. Lakin sonra tamahkar insanllar öz bağlarının sahəsini həmin yol vasitəsi ilə genişləndiriyi üçün həmin yolun eni uzaqbaşı üç metr qalmışdı.

 Poladovun göstərişi ilə Fərəməz adlanan sürücü maşını burda yavaş-yavaş sürürdü və yol kənarında bitən olduqca yoğun gövdəli bir tut ağacının yaxınlığına çatanda təxminən on beş yaşında iki yeniyetmənin bir-birilə möhkəm dalaşdığını gördülər. Poladov cəld maşını saxlatdırıb düşdü və yaşı artıq altımışı haqlamasına baxmayaraq bədəncə möhkəm və sağlam yeniyetmələri dərhal bir-birindən ayırdı və Fərəməz də maşından düşüb  onun köməyinə gəldi. Poladov oğlanlardan birinin arxadan kəmərindən yapışmışdı, odur ki, o dartınsa da onun əlindən çıxa bilmirdi. Poladov bir qədər acıqlı səslə dilləndi:

-Dalaşmayın, sakit olun! Niyə bir-birini qırırsız?! Ayıb deyilmi?!

 Fərəməzin tutub saxladığı oğlan da onun əlindən dartındı:

-Görmürsən bunu, söyüş söyür. Dayan, sən hələ baxarsan!

 O biri oğlan nə qədər eləyirdisə Poladovun əlindən çıxa bilmirdi, nəhayət  Poladov onu bir xeyli geriyə çəkib quruyub sınmış ağac kötüyünün üstündə otuzdurdu və sağ əlini pencəyinin cibinə salıb vəsiqəsini ona göstərdi:

-Sakit olmasaz, bu dəqiqə hər ikinizi aparıb basaram qoduğluğa! Eşidirsən məni?!

 Yeniyetmələr onun huquq mühafizə orqanı işçisi olduğunu bilən kimi sakitləşdilər və nəinki sakitləşdilər, hətta qorxdular da, odur ki, daha durduqları yerdə durub cınqırlarını çıxartmadılar.

 Poladov tutub saxladığı yeniyetməni buraxıb iri gövdəli, ana budaqları ən azı səkkiz metr hündürlüyə qalxan tut ağacına işarə elədi:

-Ağ tutdu bu?

 Bayaq Fərəməzin tutub saxladığı yeniyetmə dərhal cavab verdi:

-Hə! Bizim ağacdı, mayın axırında dəyir, əla tutları olur.

 O, şəhadət barmağını göstərdi:

-Bax belə-belə!

 O biri yeniyetmə əsəbi halda dilləndi:

-O, hardan sizin ağac oldu, bizimkidir. Onu mənim babam altmış il bundan qabaq əkib.

 Poladov diqqətlə ağaca və ətrafa baxdı:

 -Axı bu ağac yol kənarında bitib. Bağlar isə ya hasara, ya da çəpərə alınıb. Bu ağac heç birininizin bağında deyil!

 2-ci yeniyetmə bir neçə addım atıb əlini tut ağacının gövdəsinə qoydu:

-Babam əkib bu ağacı! Özü də hələ sağdır! Bura bağdır, atamda astma xəstəliyi var, ona görə biz ailəvi burda qalırıq. Mən hər gün dərsə bağdan kəndə gedirəm. Amma babam kənddə yaşayır, özünün də səksən yaşı var. Gedib soruşa bilərsiz.

 Poladov əllərini yana açdı:

-İnandım! Amma belə görünür ki, baban bu ağacı yol kənarında ehsan kimi əkibmiş.

 Oğlan lovğa-lovğa dilləndi:

-Hə!

 O biri yeniyetmə əlini yellədi:

-O, yalan deyir əmi! Bu ağacı əlli beş il bundan qabaq mənim babam əkib!

 Əvvəlki yeniyetmə qəribə şəkildə güldü:

-Hı, gopa bax e.. Elə goplayır ki, lap bişmiş toyuğun gülməyi gəlir.

 Poladov sağ əlini yuxarı qaldırdı:

-Yaxşı, bəsdir! Bax, biz gedirik! Amma bir də dalaşmayasız, yoxsa..

 Poladov sağ əlinin iki barmağını sol əlinin iki barmağının üstünə qoydu:

-Dama basacağam! Söz?!

 Yeniyetmələr bir ağızdan dillləndi:

-Söz!

 Fərəməz artıq sükan arxasında oturmuşdu. Poladov maşına tərəf gedib qəfildən geri döndü:

-Hə, yeri gəlmişkən, sizdən bir söz soruşum?! Belə dalaşmağı sizə kim öyrədib? Bİr-birinizə lap karateçilər kimi təpik atırsız.

 Bu dəfə də yeniyetmələr bir ağızdan dilləndilər:

-Qabil..

 Yeniyetmələrdən biri ordan təxminən yüz metr aralıda yerləşən ağ bir evə işarə elədi:

-O, o ağ evdə yaşayır. Özü də tək!

 O biri yeniyetmə əlavə etdi:

-Evində karate dərnəyi açıb, ayı otuz manata! O, əla müəllimdi. Mən cəmisi üç aydı gedirəm, amma çox şeylər öyrənmişəm.

 O biri yeniyetmə əllərini yellədi:

-Üç ay nədi ki?! Üç aya nə öyrənmək olar ki?! Mən səkkiz aydı məşqlərə gedirəm, müəllim də məndən çox razıdır, çünki mən artıq əla kata göstərirəm.  

 Poladov gözlərini qıydı:

-Otuz manata havayıdır ki.. Mən də nəvəmi qoyardım. İndi evdə olar görəsən?!

 Nisbətən uca boy yeniyetmə dərhal dedi:

-Hə! Evdədi! Çünki biz elə bir az bundan qabaq məşqdən çıxmışıq!

 Poladov yenə sağ əlini yuxarı qaldırıb dönərək maşına mindi və Fərəməzə yavaş-yavaş irəli sür işarəsi verib rassiya aparatını çıxarıb qulağına tutdu:

-Fatmayı bağ massivinə “Onmetrə” deyilən sahəyə bir canini yaxalamağa operativ qrup göndərin! Mən ordayam, gözləyirəm!

 Təxminən yarım saatdan sonra cırtdanboylu Qüdrətov Qabili müqavimət göstərərək qaçmağa cəhd göstərsə də, seçilmiş polislərdən ibarət operativ qrup tərəfindən yaxalandı və Cinayət Axtarışları Şöbəsinə aparıldı.  

 

 

                            * * *

 

 Poladov onu sorğu-sual eləyəndə artıq axşam saat goqquz idi və heç vaxt bu günün işini sabaha qoymadığından həmişəki kimi canidən bacardığı qədər tez bu işin kimlər tərəfindən təşkilatlandığını öyrənmək istəyirdi.

 Onun Qabilə ilk sualı belə oldu:

-Bu hərəkətə görə sənə nə qədər pul veriblər?

 Qabil gülümsədi:

-Hansı hərəkətə görə? Mən məni zorla qandallayanda da dedim ki, siz məni kiminləsə səhv salırsız!

 Poladov cibindən siqaret qutusu çıxarıb ona uzatdı:

-Siqaret götür!

 Qabil əlini yellədi:

-Çəkəni deyiləm!

 Poladov damağına bir siqaret qoydu:

-Səni Paşa müəllimin həyət hasarının qarşısında görən olub. Bundan əlavə də qarət elədiyin seyfin qarşısında məhz sənin ayaq izlərin var.

 Qabil yenə həyasız şəkildə gülümsündü:

-Ayaq yox, ayaqqabı?

 O, ayaqqabılarına işarə elədi:

-Bu ayaqqabılar indi dəbdədi. Bir az imkanlı atalar ölçüsü 33 olan oğlan övladları üçün məhz bunlardan alır.  

 Poladov ona tərəf əyildi:

-Mən ayaqqabı yox, ayaq dedim! Əgər sən həmin seyfi qarət eləməmisənsə ordakı izlərin niyə məhz ayaqqabı izləri olduğunu deyirsən?! Axı bu izlər sadəcə ayaq izləri də ola bilərdi, yəni oğru evə soxulmamışdan ayaqqabılarını çıxarıb sonra qarətə başlayardı. Hə, atalarımız yaxşı deyib, dil çaşar düzünü danışar. İndi sən özün də bilmədən özün-özünü ifşa etdin! Birdə ki, səni görən olub, ona görə də min dənə başın olsa da, seyfi qarət eləməyindən boyun qaçıra bilməyəcəksən!

 Qabilin sırtıq sifəti ciddiləşdi:

-Məni kim görüb? Harda görüb?

-Qoca bir kişi! Əli əsalı, yaşı ən azı səksəni haqlamış bir qoca! Sənin əlində iri bir çanta varmış. Düzdü o yaşlı adamdı, amma tükü-tükdən seçir, gözləri də qoca olduğuna baxmayaraq əla görür!  

-Gördüyü adamın məhz mən olduğunu o qoca necə subut eləyə bilər?

-Zehni, ağlı, şuuru  və yaddaşı ilə!

 Qabil dodağını büzdü:

-Hı! Mümkün deyil!

-Nədən?

-Ondan ki, mən cırtdanboyluyam. Cırtdanboylular isə hamısı bir alma kimi bir-birininə bənzəyir.

 Poladov siqaretini sümürdü:

-Amma onların arasında səndən başqa idmançı yoxdu.

-Mənim idmançı olduğumu hardan bilirsiz?

 Səni həbs eləmək istəyərkən boyları az qala üç dəfə səndən hündür olan polis əməkdaşları ilə çarpşmağından. Bunu da bilrəm ki, cırtdanboylular fiziki cəhətdən də bir qədər başqalarından geri qalırlar. Lakin sən uzun illər idmanla məşğul olduğundan özünü nəinki başqa cırtanboylulardan, hətta bir çox hündürboy adamlardan da fiziki cəhətdən üstün elmisən.

-Bəlkə cırtdanboylular arasında məndən də başqa idmanla məşğul olanlar var?!

 Poladov başını buladı:

-Yoxdu!

-Hardan bilirsiz?

 Bilirəm! Çünki həm Bakıda, həm də Sumqayıtda bütün idman cəmiyyətləri ilə əlaqə saxlamışam!

 Qabil sağ əlini hərlədi:

-Bəlkə bölgələrdə var?!

 Poladov siqaretin külünü masanın üstündəki külqabıya çırpdı:

-Lazım olsa onunla da maraqlanarıq! Amma mənə elə gəlir ki, buna ehtiyac olmayacaq, çünki seyfi qarət eləyənin məhz sən olduğuna görə əlimizdə artıq bir neçə dəlil və subut var!

 Qabil azca başını yuxarı qaldırdı:

-Nədir onlar?

 Poladov oturduğu kətildən ayağa qalxdı:

-Vaxtilə sənə Sumqayıtdakı idman cəmiyyətlərindən birində “karate-do” idman növü öyrədən müəllimlərin. Yəni Fərhad müəllim, bir də Seyfulla müəllim!

 Qabilin olduqca xırda gözləri sanki bir xeyli böyüdü:

-Onlar mənim haçansa oğurluq eləməyimin şahidi olublar məgər?

-Yox, şahidi olmayıblar! Amma məhz onlar sənin çox zirək və bacarıqlı olduğunu, düz divara dırmaşa bildiyini deyirlər.

 Poladov yenə kətildə oturdu:

-Bura bax cavan oğlan! Onu da bil ki, qanuna yalan ifadələr verməklə özünü dərin bir quyunun dibinə yuvarlayırsan! Adətən canilər törətdikləri cijnayətləri boyunlarına almırlar və bu da onların həbs cəzasını ən azı iki dəfə artırır. Özün bil! Mənim borcum xəbərdarlıq eləməkdir! Onu da deyim ki, hər şeyi boynuna alsan, bu müddət ərzində səninlə apardığım sorğu-sualın üstündən xətt çəkərəm və aktı elə tərtib eləyərəm ki, guya dərhal seyfi qarət elədiyini etiraf eləmisən! Bir fikirləş, səkkiz il yüngül rejim hara, on beş il həbsxanada günə gün oturmaq  hara?! Mən bilirəm ki, sən bu qarəti özbaşına törətməmisən, sadəcə olaraq Paşa müəllmin hündür həyət hasarına dırmaşa bilmək, yerdən ən azı üç metr yarım hündürlükdə yerləşən nəfəslikdən evə girə bilmək, sonra ordan yerə tullanmaq bacarığın olduğu üçün, səni çox yaxşı tanıyan bir adam, səni bu işə qoşub. Onu da deyim ki, o adam kimdisə şübhə eləmirəm ki, cinayətkarlar aləmində çox məhşurdur. Seyfin şifrələri isə onun əlinə həbsxanadan uçub düşüb. Yaxşı fikirləş! Nə qədər ki gec deyil, nə qədər ki, törətdiyinin qarəti boynuna almadığına rəğmən akt tərtib olunmayıb, hər şeyi olduğu kimi danış! Sənə yaxşı vəkil tutmağda kömək eləyərəm! Əgər hər şeyi boynuna alsan, vəkil məhkəmə vaxtı məsələni sənin xeyirinə elə çözər ki,  sənə cinayət məcəlləsinin tələblərinə görə səkkiz il yox, uzaqbaşı üç il iş kəsərlər. Gözünü yumub-açarsan üç il başa gələr və sən də azad həyatda daha başını aşağı salıb yenə də uşaqlara karate öyrədərsən!

 Poladov yenə özündən biixtiyar ayağa qalxdı:

-Hə, nə deyirsən?! Üç illik yüngül rejimli həbsxana həyatı, yoxsa on beş illik günə-gün ağır rejimli dustaqxana ömrü?!

 Qabil bir qədər düşünüb burnunu çəkdi:

-Yaxşı rəis, onda kağız-qələm çıxar və aktı belə tərtib elə!

 Poladov yenə oturub kəmərindəki mobil telefona bənzəyən cihaza işarə elədi:

-Hələlik kağız-qələmə ehtiyac yoxdu, onsuz da nə danışacağıq hamısı bura yazılacaq!

 Qabil sağ əlilə burnunun içini qaşıdı:

-Hə, seyfi mən qarət eləmişəm!

-Kimin sifarəşi ilə?

 Qabi başını buladı:

-Onu deyə bilməyəcəyəm!

-Amma desən işin bir xeyli də yüngülləşər!

-Deyə bilmərəm!

-Qorxursan?

 Qabil üzünü sol tərəfə çevirdi:

-Məsələ qorxmaqda deyil! Sadəcə olaraq satqın titulunu üstümə götürmək istəmirəm.

 Poladov siqaretin kötüyünü külqabıya basdı:

-Yaxşı, bu barədə sonra söhbət eləyərik! Seyfdən götürdüyün milyonlarla puldan sənə nə qədər vəd eləmişdilər?

-Üç min manat!

-Verdilərmi?

-Hə! Qəpiyinə qədər!

Belə çıxır ki, səni əbləh yerinə qoyublar!

-Niyə?

-Yeddi milyon manat dörd yüz əlli mindən, doqquz milyon dollar səkkiz yüz otuz mindən və üç milyon avrodan cəmisi üç min manat! Əcəb işdir vallah! Sən əziyyət çək, özünü təhlükəyə at, amma milyonlar onların olsun, bu milyonlarla şahanə bir həyat sürsünlər, sənə isə cəmisii üç min manat dilənçi pulu versinlər! Özü də indiki zamanda üç min manat nə olan şeydi ki?! Sən isə artıq zindan həyatı yaşamağına baxmayaraq o sivil həyatda sənin hesabına keyf sürən adamların, ya da adamın adını demək istəmirsən! Hə, əlbəttə, əla plan qurublar. Bilirsən, onlar yüz faiz əmin də olublar ki, sən ələ keçəcəksən və onların adını qanundan gizlədəcəksən. Bir sözlə səni səfeh yerinə qoyublar, sən isə bunu tamamilə dərk eləməmisən! Bax, yəqin artıq acsan! Acından qarnın quruldayır! Amma onlar sənin hesabına ələ keçirdikləri pulların yüz mində bir hissəsilə bu dəqiqə hansısa restoranda delekates təamlar yeyir, sonra da gecəni.. Nə isə..

 Qabil əli ilə alnından axan təri sildi:

-On beş günə-gün yatmaq mənim üçün daha salamatçılıq olar rəis!

-Deməli onlardan qorxursan?!

 Onlarla oyun oynamaq çox təhlükəlidi, daha doğrusu onunla.. Əgər mən o adamı ələ versəm, özüm üçün qəbir qazımış olaram!

 Poladov masanın üstündəöki siqaret qutusundan yenə bir siqaret götürdü:

-Biz o adamı həbs eləyəndən sonra o, sənə necə xətər toxundura bilər?!

 Qabil bu dəfə cibindən öz boyuna tamamilə uyğun gəlməyən iri bir yaylıq çıxarıb tərini sildi:

-O, bayaq siz dediyiniz kimi cinayətkarlar aləmində çox məhşurdu və əlinin altında yüzlərlə adamı var.

 Poladov siqaretini alışdsırdı:

-O, hardan biləcək ki, onu sən ələ vermisən?!

 Qabil qəribə şəkildə gülümsündü:

-Bunu bilməyə nə var ki?! Əgər siz onu həbsə alsaz, onun adamları dərhal mənimlə maraqlanacaqlar və ələ keçdiyimi biləcəklər. O da məhz mənim onu ələ verdiyimi başa düşəcək. Bu isə mənə çox baha başa gələ bilər.

 Poladov siqaretin külünü külqabıya çırpdı:

-Onda gəl belə danışaq, sən mənə o adamın kim olduğunu, adını, harda yaşadığını deyirsən, mən də səni azad buraxıram.

 Qabil gözlərini yumub-açdı:

-Məni azad buraxsaz, ona necə subut eləyə bilərsiz ki, bu işin təşkilatçısı məhz odur?! Axı həmin seyfin qarət olunmasını ondan və məndən başqa bilən yoxdur. Özü də burda seyfin şifrələri məsələsi var. O, şifrələri ondan və məndən başqa bilən yoxdur.

 Poladov siqaret sümürdü:

-O, sənə elə gəlir. Özün fikirləş, həmin adam Paşa müəllimə aid olan seyfin şifrələrini hardan bilə bilərdi?!

Qabil bir qədər düşünüb çiyinlərini çəkdi:

-Nə bilim?!

 Məlum məsələdir ki, həmin şifrələri ona kimsə deyib. Bax, biz səni seyfi qarət eləməyə göndərən adamı həbsə almamışdan, həmin adamı ittiham eləyəcəyik, sonra isə səni seyfi qarət eləməyə göndərəni. Səni qarətə göndərən elə biləcək ki, onu ondan əvvəl həbsə aldığımız adam ələ verib, vəssalam!

 Qabil çənəsini qaşıdı:

-Axı siz o dediyiniz adamı necə tapacaqsız?

-Çox asan! Məsələ burasındadır ki, mən həmin adamı çox yaxşı tanıyıram və bilirəm ki, şifrələri Paşa müəllimdən başqa yalnız o bilirdi. Bunu mənə Paşa müəllim özü deyib.

-Bəs necə subut eləyəcəksiz?

-Paşa müəllim vasitəsi ilə.

 Qabil  yenə söz altında qalmadı:

-Bəs niyə indiyə qədər, niyə həmin adamı həbs eləməmisiz?

 Poladov siqaretinə dərin qullab vurdu:

-Çünki hələ səni həbsə almamışdıq, yəni kələfin ucunu tapmamışdıq. Daha doğrusu həmin adam özünü təmizə çıxarmağa görə, ona böhtan atmaqdan ötrü seyfin qarətinin elə Paşa müəllimin özü tərəfindən qarət olunduğunu inad eləyə bilərdi. Lakin indi bizim əlimizdə seyfin, milyonların sahibi Paşa müəllim tərəfindən deyil, onun tanımadığı bir adam tərəfindən qarət olunması barədə  subut var. Odur ki, şifrələri bilən həmin adam heç cürə cinayət məsuliyyətindən yaxa qurtara bilməz.

 Qabil yenəı bir qədər düşünüb köksünü ötürdü:

-Yaxşı, mən məni seyfi qarət eləməyə göndərənin adını sizə deyərəm, amma mənim təhlükəsizliyimə zəmanət verin!

 Sübhan yenə özündən biixtiyar ayağa qalxdı:

-Axı mən bayaq da dedim, həmin adam onu ələ verənin başqası olduğunu düşünəcək. Bundan başqa da o, sənin həbs olmadığını, azadlığda olduğunu bilincə səndən tamamilə şübhələnməyəcək!

 Qabil, Poladovun gözünün içinəbaxdı:

-Rəis, kişi kimi söz verirsinizmi, əgər o adamın adını, harda yaşadığını, haralarda olduğunu sizə desəm, məni sərbəst buraxacaqsız?!

 Poladov başını tərpətdi:

-Əlbəttə! Axı biz də babalarımızdan qalma bir mərdlik nümunəsi var, kişi tüpürdüyünü yalamaz!

 Qabil yenə bir qədər susub dilləndi:

-O, adamım adı Babaxandır.

 Poladov bu adda bir qabadayı tanıdığı üçün başını qəribə şəkildə tərpətdi:

-Hə, Babaxan.. Bu ad mənə tanışdır. Hərçənd ki, üzünü görməmişəm. O, səni hardan tanıyırdı?

 Qabil yenə burnunu çəkdi:

-Bir dəfə şəhərin xəlvəti küçələrindən birində üç nəfər cavan oğlan, onların yanından ötəndə mənim bəstə boyuma rişxənd eləyib məsxərəyə qoymağa başladılar. Mən onlara yaxınlaşıb üçünün də aşınının suyunu verdim. Sən demə həmin yer sahə müvəkkilinin köşkünün lap yaxınlığında imiş və oğlanları əzişdirərkən o  köşkdən çıxıb yüyürə-yüyürə mənə tərəf gəldi. Mən onun mənə tərəf yüyürdüyünü görüb qaçdım və o arxamca qaçmağa başladı. Mən özümdən biixtiyar adamların nisbətən gur olduğu bir küçəyə yaxınlaşdım, ordan da iki nəfər polis keçirdi. Sahə müvəkkili onları görən kimi fit verdi və onlar bu tərəfə baxan kimi məni yaxalamaqdan ötrü mənə tərəf yüyürdülər. Mən iki daş arasında qalmışdım, əgər qabağa getsəydim, o iki polis məni tuta bilərdi, arxaya qaçsaydım sahə müvəkkili məni yaxalayardı, odur ki, yaxındakı evin damına dırmaşdım və damdan-dama yüyürdüm. Nəhayət bir evin damından həyətə düşüb küçəyə çıxdım. O tərəf, bu tərəfə baxdım, polislər görünmürdülər, bir neçə saniyədən sonra bir minik maşınının mənə tərəf gəldiyini gördüm və əlimi qaldırdım. Maşının sahibi dərhal saxladı və mən tələsik ona;-“Yasamal bazarına apararsanmı”?-deyə soruşdum. O, başı ilə mənə,-“Min”,-işarəsi verdi. Mən arxa tərəfdə maşına əyləşdim. Maşın hərəkətə gələndən bir neçə saniyə sonra həm polislər, həm də sahə müvəkkili qarşıda göründü. Mən tez aşağı əyildim ki, onlar məni görməsinlər. Maşının sahibi güzgüdən mənim bu hərəkətimi gördü və maşını yavaş-yavaş onların yaxınlığından  sürüb keçdi. Təhlükə ötüşəndən sonra mən qəddimi düzəltdim və o, güzdüdən mənə baxaraq dedi:

-Yaman zirəksən, sənin o cavan oğlanları da necə döydüyünü, sonra da düz divara dırmaşıb qaçdığını, hamısını gördüm. Mən buralarda çox olmuşam, indi də bir dostumun yanına gəlmişdim, bu səbəbdən də buraları yaxşı tanıyıram. Yaxşı bilirdim ki, sən hansı evin damından düşüb küçəyə çıxacaqsan. Ona görə də maşını bu istiqamətə sürdüm.

 Mən ona təşəkkürümü bildirmək üçün dedim:

-Çox sağ ol! Mənə kömək elədin! Yoxsa indi məni aparmışdılar. Mən bunu heç vaxt unutmaram!

 Bundan sonra o, məndən bu cür dalaşmağı necə öyrəndiyimi soruşdu, mən də dedim ki, bir neçə il karate ilə məşğul olmuşam. O da mənə dedi ki, adım Babaxandır.

 Beləliklə biz tanış olduq və o məndən mobil telefonumun nömrəsini aldı. Mən Yasamal bazarının yanında maşından düşəndə onun maşınının nömrəsinə baxdım. Bu hadisədən təxminən bir həftə sonra onun maşınının nömrəsinə rəğmən oyrəndim ki, o, məhşur “Vor-zakona”dır və əlinin altında yüzlərlə adam var. Onunla tanış olandan düz altı ay sonra o, mənə zəng vurub, uşaq filarmoniyasının arxasında yerləşən qutabxanada məni gözlədiyini dedi. Həmin vaxt mən Fatmayıda deyildim, şəhərə gəzməyə çıxmışdım. Odur ki, o zəng vuran kimi dərhal ora getdim və bizim aramızda çox qısa bir söhbət oldu və həmin söhbətdən on gün sonra mən Paşa müəllimin seyfini qarət etdim.

 Poladov barmağı ilə masanın üstünü taqqıldatdı:

-Onun harda yaşadığını bilirsənmi?

 Qabil başını buladı:

-Xeyr!

-Bəs maşınının nömrəsi, indi də yadındadımı?

-Məsələ burasındadı ki, rəis, onunla tanış olandan bir qədər sonra mənə bu da məlim oldu ki, o, həmin maşını satıb. O vaxtdan bəri isə daha maşın almayıb, çünki istədiyi yerə onu yaxın dostları aparır. Amma rəis, bunu bilirəm ki, Babaxan qutab yeməyi yaman xoşlayır, əsasən də uşaq fılarmoniyasının arxa tərəfində yerləşən qutabxanaya gəlir, çünki orda çox dadlı ət qutabları bişirirlər.

 Poladov başqa səmtə baxıb yenə üzünü ona tərəf çevirdi:

-Onun görkəmi necədi?

-Orta boylu, orta bədənli, saçları bir xeyli tökülmüş, burnu bir qədər donqar, qaşları qalın bir adamdır. Təxminən əlli yaşında görünür. Özü də sifəti elədi ki, onu tanımayan adam heç vaxt onun məhşur lotu olduğunu bilməz.

 Poladov aparatı spndürüb cibinə qoydu və ayağa qalxdı:

-Sənə söz vermişəm, odur ki, sərbəst buraxılacaqsan. Amma hələlik, yəni Babaxan həbs olunana qədər, məh sənin təhlükəsizliyindən ötrü səni burda saxlamağa məcburuq.

 Bununla da onların söhbəti bitdi.

 Poladov o gecə çox yorğun olduğu üçün daş kimi yatdı, lakin səhər yuxudan duran kimi Babaxanı yaxalamaq üçün tədbir görməyə başladı.

 Polislər onun başçılığı ilə Babaxanı iki gündən sonra, məhz həmin qutabxanada yaxaladılar və Babaxan məhz Paşa müəllimin seyfinin qarət olunmasında bilavasitə əli olduğu üçün yaxalandığını eşidən tək özündən asılı olmayaraq sağ yumruğunu düyünləyib,-“Dayan cırtdan, sənin o qatıq başına elə mıxlar vurdurum ki, hamı başını eşşəklər yeyən tikana oxşatsın”,-dedi.

Poladov isə Qabilə söz verdiyi üçün ona,-“Cırtdan kimdir, nə cırtdan, hansısa cırtdanboylu adamla Paşa müəllimin setfini qarət eləmisən məgər, hə, anlaşıldı, biz amma 33 ölçülü ayaqqabının hansısa təxminən on yaşlı bir yeniyetməyə aid olduğunu düşünürdük”,-deyəndə, Babaxan dərhal inanaraq, cırtdanın ələ keçmədiyini düşünüb, qarətə başçılıq eləməyindən boyun qaçırmaqdan ötrü,-“Səh eləyirsən rəis, mən seyf-zad qarət elətdirməmişəm, ünvanı səhv salmısız, mənim bu işdə əlim-zadım yoxdur! Həm də məni həbs eləməyə əlinizdə subutunuz yoxdu. Odur ki, qollarımdakı qandaları açın və məni rahat buraxın”,-dedi.

 

                               * * *

 

 Poladov isə yenə Qabilin təhlükəsizliyini təmin eləməkdən ötrü kələfin ucu Paşa müəllimin həbsxanada oturan arvadına tərəf uzandığına görə, yəni seyfin şifrələrini Paşadan başqa yalnız onun bildiyindən onun guya ifşa olunduğunu və məhz onun vasitəsiə izin gəlib Babaxana çıxdığını söylədi.

  Babaxan, əgər cırtdan ələ keçməyəyibsə, bu yelin yalnız Ataman tərəfindən əsə bildiyinə daha şübhəsi qalmasa da bu qarətdən tamamilə xəbəri olmadığını söylədi.

 Əslində isə Poladov hələ həbsxanaya getməmiş və seyfin qarəti ilə bağlı kimsəni dindirməmişdi, onun fikri yuxarıda deyildiyi kimi bədbəxt cırtdanı, yəni Qabil Qüdrətovu Babaxanın püskürə biləcəyi oddan qorumaq idi.

 

                         * * *

  Cinayət Axtarışları Şöbəsinə gətiriləndən sonra əvvəlcə Poladov nə elədisə Babaxan cinayətini boynuna almadı ki, almadı. Nəhayət onunla çənə döyməkdən bezən Poladov olduqca ciddi bir görkəm aldı:

-İncimə Babaxan, səninlə başqa cür rəftar eləməyə məcbur olacağam!

 O bunu deyib qapıda dayanan nəhəng qamətli polis çavuşunu səslədi:

-Çavuş, zəhmət olmasa bura gəl!

 Çavuş dərhal qapını açıb ona yaxınlaşdı. Poladov ona Babaxanı göstərdi:

-Bunu lüt anadangəlmə soyundur, tez!

 Çavuş dərhal əmrə tabe olub Babaxandan yapışdı. Babaxan bağırdı:

-Neyləmək istəyirsən rəis?

 Poladov əlindəki mobil telefonu ona tərəf tutdu:

-Səni lüt anadangəlmə çəkib internetə vurub biyabır eləyəcəyəm!

 Babaxan yenə bağırdı:

-İxtiyarın yoxdu. Bu qanuna ziddir! Sən qanunu pozursan rəis!

 Poladov səsini qaldırdı:

-Bundan sənə nə? Siz ki, bizim qanunlarla hərəkət eləmirsiz, öz qanunlarınız var!

 Babaxan, artıq onu soyundurmağa başlayan çavuşun əlindən çıxmağa cəhd göstərdi:

-Məni rüsvay eləmə rəis!

 Poladov telefonu bir az da ona yaxınlaşdırdı:

-Başqa əlacım yoxdu! Sən bayaqdan özünü səfehliyə qoymusan, mən də məcburam səninlə bu cür rəftar eləyim!

 Babaxan çox çətinliklə də olsa çavuşun əlindən çıxıb bir qədər geri çəkilərək əlini qaldırdı:

-Dayan, dayan! Deyərəm, sənə nə lazımdısa deyərəm rəis. Amma bunu eləmə!

 Poladov çavuşa baxdı:

-Dur!

 Çavuş dərhal əməl eləyib geri çəkildi. Babaxan yarıya qədər çıxarılmış şalvarını əyninə geyindi və təklif gözləmədən kətildə oturdu:

-Danışaram, hər şeyi, necə lazımdısa, seyfi necə qarət elətdirmişəm, Paşa müəllimin pulları hardadı, hamısını deyərəm, amma belə eləmə rəis!

 Poladov da kətildə oturdu:

-Hə, danış görək!

 Babaxan bir anlıq ayağa durub üst-başını sahmanladı, amma sonra yenə oturdu:

-Hə, mən elətdirmişəm bunu! Pulların səksən faizi İzafə adında bir qoca qadındadı. O, Kubinkada yaşayır, Təzə Bazarın aşağı tərəfində. İyirmi faizi isə məndədir. Daha doğrusu onun çoxunu bağımda gizlətmişəm, qalanı isə özümdə, yəni evimdədi. Ondan üç min manat zəhmət haqqı olaraq cırtdana vermişəm.

 Poladov elə görkəm aldı ki, guya cırtdanı tanımır:

-Cırtdan kimdi?

-Çox qabiliyyətdi oğlandı, bir qarış boyu var, amma düz divara dırmaşa bilir. Adı Qabildi. Fatmayı bağlarında yaşayır. Sözün açığı mən əvvəl elə bildim ki, onu ələ keçirmisiz və o da məni ələ verib. Amma demə məsələ başqa cür imiş.

 Poladov cibindən siqaret qutusu çıxarıb ona tərəf uzatdı:

-Şifrələri də sənə həmin o İzafə vermişdi, hə?

 Babaxan bir siqaret götürdü:

-Hə! Amma rəis, o zibili sil ordan, xahiş edirəm!

 Poladov planşeni ona tərəf tutub bayaq çəkdiyini sildi:

-Bax sildim!

 Babaxanın sanki üstündən ağır yük götürüldü:

-Çox sağ ol rəis!

 Poladov sağ əlinin şəhadət barmağı ilə sol əlinin şəhadət barmağını qaşıdı:

-Şifrələr isə sənə məktub vasitəsilə çatdırılıb, düzdümü?!

 Babaxan başını tərpətdi:

-Elədir! Amma mən şifrələri başqa kağıza köçürüb, həmin məktubu dərhal yandırmışam. 

 Poladov yenə Babaxanın zənnini cırtdandan qaçırmaq üçün dilləndi:

-Mən onsuz da məktubun kim tərəfindən göndərildiyini bilirəm! Yaxşı, bu öz yerində! İndi isə qulaq as gör nə deyirəm! Deyirsən Paşa müəllimin seyfindən sənə çatan pullar evindədi. Evinin ünvanını de ki, gedib pulları götürüb yiyəsinə çatdıraq.

 Babaxan fikirləşmədən dedi:

-Mən indi Zülfü Adıgözəlov küçəsində yaşayıram, Əbilov klubunun lap yaxınlığında, daha doğrusu klubla üzbəüz.. Evdə Qalina adlı bir rus qadın var. Ora əslində onun evidi. O, sadəcə olaraq mənim məşuqəmdi. Onun mənim oğru olmağımdan-zaddan xəbəri yoxdu, pullar da ondadı. Ona demişəm ki, mən bu pulları qumarda udmuşam, yaxşı bir yerə qoy, yavaş-yavaş xərcləyərilk özümüzçün.

 Poladov mobil telefonunu ona tərəf tutdu:

-İndi də de ki, Qalina xanım, qumarda çoxlu pul uduzmuşam, ona görə də pulları gizlətdiyin yerdən götürüb bu adama verərsən!

 Babaxan fikirləşmədən onun dediklərini təkrar elədi və Poladov aparatı yenə kəmərinə keçirib çavuşa baxdı:

-Apar!

 Çavuş başı ilə Babaxana qapını göstərdi. Babaxan dərhal ayağa qalxıb onun qabağına düşdü və bununla da Poladovun onunla sorğu-sualı bitdi.

 Bundan təxminən yarım saat sonra Poladov yanında iki polis əməkdaşı İzafənin qapısını döydü. Bu cinayət işinin bir ucunun ona gəlib çatacağını düşünməyən İzafə evində tək idi və qapını döyənin qonşu qadınlardan biri olduğunu zənn edib, qocalığına rəğmən ağır addımlarla gəlib qapını açdı. Lakin o qapıda polis nəfərlərini görüncə dərhal rəngi qaçdı və son vaxtlar şəkər xəstəliyi ilə əlaqədar ona çox əziyyət verən təzyiqi elə qalxdı ki, bu dəqiqə öləcəyini düşünüb özündən biixtiyar zorla da olsa bir qədər kənardakı köhnə kətilin üstündə əyləşdi. Poladov onun ağarmış bənizindən və səntirləyə-səntirləyə kətildə oturmağından nə hallara düşdüyünü dərhal hiss elədi və vaxt itirmədən cibindən ürək dərmanı çıxarıb ona uzatdı:

-Alın İzafə xanım, dilnizin altına qoyun!

 İzafə əlləri əsə-əsə dərmanı alıb dilinin altına qoydu.

 Poladov diqqətlə evə göz gəzdirib ona baxdı:

-Mən özüm ürəyimdən şikayət eləmirəm, ancaq hər ehtimala qarşı ürək dərmanını özümlə gəzdirirəm ki, yanımda kiminsə ürəyi ona əziyyət versə, ona dərman verim!

 İzafənin rəngi yavaş-yavaş özünə gəlirdi. Bir qədər sonra Poladov soruşdu:

-İndi necəsiz İzafə xanım?

 İzafə çətinliklə dilləndi:

-Necə olacam rəis?! Səksən yaşım var, hələ indiyə qədər dəmir barmağlığlar arasında oturmamışam, amma görünür indi ruzigarın hökmündən qaça bilməyəcəyəm.

 Poladov bir qədər aralıda kətildə oturdu:

-Narahat olmayın İzafə xanım! Əgər şifrələrin kim tərəfindən sizə verildiyini söyləsəz, bu işdə sadəcə olaraq vasitəçi olduğunuza görə işiniz yüngül olacaq və yaşınızı da nəzərə alıb sizə uzaqbaşı iki il iş kəsəcəklər, lakin aministiya olan kimi sizi azad eləyəcəklər.

 İzafə ağlamsındı:

-Məgər iki il azdır?!

 Poladov əllərini yana açdı:

_Qanun belə tələb eləyir İzafə xanım. Məndən olsaydı sullarıma dəqiq-dürüst cavab versəydiz, sizi elə burda, evinizdə qoyub gedərdim! Axı sizin yaşda, necə deyərlər bir ayağı burda, bir ayağı gorda olan bir insanın həbsxanada nə işi var?! Amma qanun, qanundu. Özü də narahat olmayın! Biz sizin qollarınıza qandal vurmayacayıq! Özü də məhkəməyə qədər elə yerdə qalacağsınız ki, özünüzü elə evinizdə olduğu kimi huss edəcəksiz!

 Bir qədər sonra həm pulları təhvil verən, şifrələrin ona, daha doğrusu həmin məktubun ona kim tərəfindən göndərildiyini söyləyən İzafə, Poladova hər şeyi açıb bəyan elədi və Poladov polislərə onu nəzakətlə maşına mindirib şöbəyə aparmaqlarını göstəriş verərək maşına oturub Paşanın evinə sürdürdü və  dərhal Paşa müəllimlə görüşüb dilindən kağız alıb qol çəkdirərək pulları ona təhvil verdi,eyni zamanda üç min manatın artıq Qabil tərəfindən xərcləndiyini söylədi. Paşa müəllim minnətdarlıq eləyib ona zəhmət haqqı vermək istəsə də, Poladov boyun qaçırıb cinayətlərin üstünü açmağa görə Dövlət tərəfindən maaşaldığını söylədi.

Paşa isə, bu işdə Rəvanənin əli olub, olmadığını xəbər alınca Poladov,-“Mən bu gün həbsxanaya gedəcəyəm və Rəvanənin bu qarətdə barmağı olub, olmadığını yəqin edəcəyəm! Əlbəttə, mən buna qətiyyən şübhə eləmirəm! Lakin Rəvanə bunu boynuna almadan, bu barədə akt tərtib eləmək olmaz.

 Poladov bunu deyib Paşa müəllimdən ayrılıb çölə çıxdı və maşına əyləşdi. Təxminən iyirmi dəqiqədən sonra şöbəyə çatdı. Şöbənin pillələrini qalxan kimi çavuşlardan biri polis salamı verərək dilləndi:

-Sübhan müəllim, Qüdrətov Qabil sizi görmək istəyir!

 Poladov əli ilə işarə elədi:

-Gətirin!

 Bunu deyib Poladov xüsusi otağa keçdi və bir qədər sonra çavuş Qabili gətirdi. Poladov ona yer göstərdi. Qabil oturdu və dərhal sözə başladı:

-Rəis, qulağıma söz dəydi ki, Babaxanı həbs eləmisiz! Bəs belədisə niyə məni azad eləmirsiz? Axı siz kişi kimi söz vermişdiz?!

 Poladov kəmərindən aparatı çıxarıb bir neçə düymə basdı və Babaxanla sual-cavabını ona eşitdirdi.

 Babaxanın məhz onun tərəfindən seyfin yarıldığını deməsi Qabili çox heyrətləndirdi və əsəbi halda köksünü ötürdü:

-Bu da adını vor-zakona qoyub, amma sukalıq eləyir!

 Poladov aparatı yenə kəmərinə keçirtdi:

-Gördün o, seyfin yaranın məhz sən olduğunu dedi. Əgər biz səni sərbəst buraxsaq, nə olacaq?! O, sənin adını çəkəndə mən özümü elə apardım ki, guya ümumiyyətlə sənin bu dünyada yaşamağından xəbərim yoxdur. İndiki halda dostlarını satan Babaxandır, yəni satqın kimi o ad çıxaracaq. İndi özün de! Mən səni azad eləyə bilərəmmi?! Əgər azad eləsəm, bu Babaxanı çox şübhəyə sala bilər. Odur ki, bura, sonra təcridxana, sonra da həbsxana sənin üçün ən təhlükəsiz yerdi.

 Bunu deyib Poladov çavuşa Qabili gətirildiyi yerə aparmasını göstəriş verdi. Çavuş da dərhal onu hmin yerə apardı.

 Bundan sonra Poladov akt tərtib edib maşına minərək həbsxanaya yollandı.

 Həbsxanaya çatan kimi qapıda vəsiqəsini göstərib, həbsxananın rəisi ilə görüşşmək istədiyini bildirdi. Bir qədər sonra onu rəisin yanına apardılar və o, rəisdən Paşa müəllimin seyfinin qarəti ilə bağlı onun həbsxanasında oturan “Ataman” ləqəbli Xalidə Behbudova ilə görüşmək istədiyini bildirdi. Rəis dərhal ona görüş üçün boş otaq verib Atamanı gətirmək üçün nəzarətçi göndərdi və bir qədər keçəndən sonra Atamanı onunla görüşə gətirdilər. Poladov adəti üzrə dərhal ona kətildə oturmaq təklif elədi və ona sual vermək istəyərkən Ataman onun sözünü ağzında qoydu:

-Rəis, səni yaxşı tanıyıram və bilirəm ki, hələm-hələm tilova düşməyən nəhəng balıqları qarmağına keçirə bilirsən! Birinci dəfə məni qarmağına keçirdən də sən olmusan! Amma bu dəfə məndən əlini üz! Nə məqsədlə məni çağıtdırdığını bilməsəm də, sənə bildirim ki, onsuz da məndən heç nə öyrənə bilməyəcəksən!

 Poladov bu nəhəng qadının biləyindəki “maralı qamarlayan pələng” döyməsinə nəzər yetirib üzünü ona tutdu:

-Birincisi onu deyim ki, mən xəfiyyə deyiləm, Cinayət Axtarışları Şöbəsinin rəisiyəm. İkincisi isə bilirəm Xalidə xanım, bütün dustaqlar arasında “Ataman” kimi ad çıxarmısan. Özün də cinayətkarlar aləminin bütün qanunlarına riayət elədiyinə görə, başqaları kimi deyilsən, dostlarını satmırsan. Amma bunu da bilirəm ki, sən Paşa müəllimin seyfinin qarəti üçün şifrələri Rəvanə Qulam qızından almısan və buna da şübhə eləmirəm ki, onu azca sıxışdırsam, bu işin sənin köynəyindən çıxdığını söyləyəcək!

 Poladov bunu deyib, nəzarətçiyə əli ilə,-“Apar”,-göstərişi verdi.

 Nəzarətçi Atamanı aparıb qarət məsələsində şübhəli şəxs kimi həbsxana qanununa əsasən bir adamlıq kameraya saldı. Məsələ tamamilə çözülənə qədər o, burda qalmalı idi.

 Biir qədər sonra Rəvanəni Poladovun huzuruna gətirdilər. Onu görən kimi Rəvanənin rəngi elə avazıdı ki, əgər indi onun Poladovdan başqa üzünə baxan olsaydı, hansısa bir ölünün xortladığını düşünərdi.

 Poladov onun meyid sifəti gətirdiyini görüb, cibindən ürək dərmanı çıxararaq ona uzatdı:

-Buyurun Rəvanə xanım, dilinizin altına qoyun!

 Rəvanə İzafədən xeyli cavan olmasına baxmayaraq əlləri onunkuna nisbətən daha güclü şəkildə turrəyə-titrəyə dərmanı alıb, əllərindən də az əsən ağzını açıb dilinin altına qoydu.

 Poladov otağın içində bir qədər var-gəl edib, ona baxdı:

-Rəvanə xanım, mən bura sizinlə düşmənşilik məqsədilə gəlməmişəm!  Məsələ burasındadır ki, keçmiş əriniz Paşa müəllimin seyfi qarət olunub və ordan xeyli pul oğurlanıb. Paşa müəllim isə şifrələri onun özündən başqa yalnız sizin bildiyinizi söyləyir və bundan da belə nəticə çıxarmaq olar ki, cani şifrələri sizdən öyrənib! Bunu etiraf eləyirsizmi?

 Rəvanə titrək səslə dilləndi:

-Xeyr eləmirəm! Əlbəttə eləmirəm! Yəqin Paşa pulları hardasa gizlədim, məndən intiqam almaq üçün böhtan atır! Çünki mən şifrələri bilmirdim. Bir də onları Nəzrin bilirdi. Bəlkə də elə o qarət eləyib atasının seyfini?!

 Poladov sakitcə dilləndi:

-Rəvanə xanım, özünüzü səfehliyə niyə vurursuz?! Məsələ burasındadır ki, biz Babaxanı da,  onun seyfi qarət eləməkdən ötrü göndərdiyi Qüdrətov Qabili də, hətta bu işdə vasitəçilik eləyən 80 yaşlı İzafəni də həbs eləmişik!

 Rəvanə bunu eşidib ürək dərmanı qəbul eləməyinə baxmayaraq iflic vurmuş adamlar kimi gözün güclə tutduğu şəkildə titrəməyə başladı.

 Poladov isə sanki onun bu halını görmürmüş kimi üzünü başqa səmtə çevirdi:

-Özünüzü çox təhlükəli bir oyunun içinə salmısız Rəvanə xanım! Amma indi hər şeyi etiraf eləsəz, sizə sözü verirəm ki, aldığınız səkkiz il həbs cəzasının üstünə uzaqbaşı iki il əlavə olunacaq! O ki, qaldı Atamandan qorxmağınıza, buna bir əsas yoxdur! Çünki bununla bağlı sizi hökmən başqa, özü də Bakı şəhərində deyil, bölgələrdən birindəki həbsxanaya göndərəcəklər. Odur ki, zəhmət deyilsə, hər şeyi olduğu kimi danışın!

 Rəvanə beynində ildrım sürətilə dolaşan bir-birinə zidd fikirlərlə bir müddət onu soyuq tər basa-basa, ürəyinin ritmi, ahəngi pozula-pozula, həm də qısıla-qısıla nəhayət ki, olduqca aşağı səslə hər şeyi olduğu kimi danışdı.

 Poladov onunla olan söhbəti də aparatın yaddaşına yazıb Rəvanənin kameraya göndərdi və yenə Atamanı yanına gətizdirdi.

 Ataman artıq yenidən bura niyə görə gətirildiyini təxmin etdiyi üçün içəri girən kimi özünəməxsus yoğun kişi səsini xatırladan səslə dilləndi:

-Satdı məni demək qancıq! Bilirəm rəis, ona cəzalar verməyim deyə, başqa yerə göndərəcəksiz! Amma..

 O, nəhəng kişi barmaqlarına oxşayan beş barmağını bükdü:

-Onu onsuz da əlimə keçirib, ovcumun içində sıxıb xəşilə döndərəcəyəm! Bu o fahişəyə çox, çox baha başa gələcək!

 Poladov sağ əlini yana açdı:

-Bu daha sənin öz işindi! Mənə isə sənin etirafın lazım idi. Sən də bu hərəkətə başçılıq elədiyini, Rəvanənin səni satdığını söyləməklə boynuna aldın! Mənə elə gəlir ki, daha izaha ehtiyac yoxdur! Mən bu məsələ ilə bağlı öz işimi bitirdim! Sənin isə bu cinayətinə görə cəza müddətin ən azı iki dəfə uzanacaq!

 Poladov sözünü bitirib nəzarətçiyə Atamanı göstərdi. Çavuş dərhal onu qabağına qatıb kameraya apardı.

 Bundan sonra Sübhan Poladov maşına əyləşib idarəyə gəldi və Paşa müəllimin seyfinin qarətini bütünlükləəhatə edən bir akt tərtib edərək, aktı bu işlə bağlı ittihamnamələr tərtib eləyəcək prokurora təqdim etdi.

 Prokuror aktı oxuyub məmnun halda başını tərpətdi vbə Poladovun əlini sıxaraq ona dərin minnətdarlığını bildirdi.

 

                          ZƏHƏR

  Böyük bizneslə məşğul olan ata-Daşdəmirdən, evdar qadın olan ana-Yasəməndən, əvvəllər məktəb müdiri olmuş, bir neçə il bundan əvvəl təqaüdə çıxmış nənə-Aynadan, Daşdəmirlə Yasəmənin övladları Oqtaydan və Şəfəqdən ibarət olan ailə artıq səkkiz ay idi ki, vaxtilə Şərgiyyəgilin olmuş ikimərtəbəli qəşəng imarətdə yaşayırdı. Ailə başçısı Daşdəmir zəmanəyə görə hamının işinə yarayan “kombi” biznesilə məşğul olduğundan alveri əla gedirdi. Hər ay ən azı bir dəfə nəhəng konteyrlərlə Türkiyədən tonlarla kombi materialları gətizdirir və Bakıdakı iri fabrikində onları quraşdıtdırıb dükanlara satırdı. Onun oğlu Oqtayın 25 yaşı var idi, Bakı Dövlət Universitetinin filalogiya fakultəsini bitirmişdi və ərəb, far dillərini yaxşı bildiyindən, eyni zamanda “əsgi əlifba”ilə yazılmış əlyazmaları səhvsiz oxumaq məharəti olduğuna görə Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnsitutunda elmi işçi kimi çalışırdı, qızı Şəfəqin isə on səkkiz yaşı var idi, o idmançı id, düzyüdo ilə məşğul olurdu, o da qardaşı Oqtayın beş il bundan qabaq bitirdiyi BDU-da oxuyurdu, lakin huquq fakültəsində, özü də qiyabi. Şəfəqin cəmisi on səkkiz yaşı olduğuna baxmayaraq artıq idmanda bir sıra nəaliyyətləri də var idi.

 O, artıq yeddi ildir ağır idmanla məşğul olmasına baxmayaraq, zərif görünüşlü bir qız idi və onu tanımayanlar heç vaxt onun həddindən artıq güc, cəsarət və cəldlik tələb eləyən bir idmanla məşğul olduğuna inanmazdılar. Lakin nə qədər qəribə olsa da, bu belə idi və bu qızın yəqin ki, haqsevərliyi, bütün varlığı ilə vətəninə, torpağına, bayrağına bağlılığı onun simasına hopduğundan o, yüzlərlə tay-tuşundan seçilir, onu ilk dəfə görən insanlar, yenə görmək istəyir, bir sözlə onun məşğul olduğu idmanın sərt qanunlarının və bu qanunların əsasən zərif cinsin üzündə təcəssüm etdirməsinin tam əksinə olaraq olduqca mehriban çöhrəsinə bir də baxmaq istəyərdilər. Bir sözlə Şəfəq gözəl bir qız idi, lakin bu gözəllik sadəcə olaraq cismani gözəllik deyildi, onun üzünə mənəviyyatının paklığından hopmuşdu.

 Bu gün onların məşqi çox ağır keçmişdi və Şəfəq evə gələndə xeyli yorğun olduğundan anasının bişirdiyi yarpaq dolmasını yeyən kimi dincəlmək üçün yatağına uzandı və bir qədər keçəndən sonra onun başı hərlənməyə, ürəyi bulanmağa başladı. O, hələ uşaqlığdan çox sağlam bir qız idi və bu cür hallar ona qətiyyən tanış deyildi. Odur ki, buna çox təəcüb edib ayağa qalxaraq su içmək istədi, lakin qalxan kimi huşunu itirib döşəməyə yıxıldı. Anası Yasəmən o biri otaqda olsa da, Şəfəq yıxılarkən  tappıltı səsi gəldiyindən onun otağına yüyürdü və qızını yerə sərələnmiş görüncə tükürpəşdirən bir səslə çığıraraq qızını yerdən qaldırmağa çalışdı. Daşdəmirlə, Oqtay evdə deyildilər. Daşdəmirlə Oğtay işdə idilər. Ayna nənə isə öz otağında həvəngdəstə ilə ədviyyat döyürdü. O, gəlinin ürək qoparan çığırtısını eşidib dərhal əlininin işini qoyub vahimə içində qocalığının əksinə olaraq yüyürərək ora gəldi və gəlininin, nəvəsi Şəfəqin başını qucaqlayıb nalə qopartdığını gördü. Ayna nənə möhkəm bir qadın idi, ən dəhşətli hallarda belə özünü itirməzdi, odur ki, dərhal nəvəsinin nəbzini tutdu və titrəyə-titrəyə dilləndi:

-DayanYasəmən, sakit ol, uşağın nəbzi vurur. Bu dəqiqə təcili yardıma zəng eləyərəm!

 Ayna nənə bunu deyib telefona tərəf getdi:

-Aman Allahım Özün kömək ol! Nə oldu bu uşağa görəsən, nə oldu bu tifilə, gül kimi birdən soldu?!

 O, dəstəyi götürüb əlləri titrəyə-titrəyə təcili yardıma zəng vurdu.

 Təxminən on dəqiqədən sonra tibb işçiləri möhkəm zəhərlənmiş Şəfəqi xəstəxanaya, reyanimassiya şöbəsinə gətirdilər.  Daşdəmir də, Oqtay da hələ tibb işçiləri Şəfəqi təcili yardım maşınına mindirən zaman özlərini çatdırmışdılar və bütün ailə Daşdəmirin maşınına minib təcili yardım maşınının arxasınca xəstəxanaya gəldi.

 Bir qədər sonra qızcığaza on üç dənə iynə vurub mədəsini yudular və məlum oldu ki, o olduqca ağır şəkildə zəhərlənib.

 Şəfəqin vəziyyəti çox ağır idi, həkimlər hələ də onun başının üstündə idilər və hələ də onun sağ qalacağı və yaxud öləcəyini təyin edə bilmirdilər. Tək bircə şey var idi ki, qzcığaz çox sağlam idi və məhz buna görə olduqca ağır zəhərdən dərhal ölməmişdi.

 Yasəmən bir küncə qısılıb gözyaşı tökürdü, Ayna nənə özünü ələ alıb əllərini göyə açaraq Uca Allaha dua eləyirdi. Oqtay başını aşağı salıb oturmuşdu, Daşdəmir isə dəhşət içində hey dəhlizdə o yan, bu yana vargəl edirdi.

 Şəfəqi reyanimassiya otağına gətirəndən düz üç saat sonra nəhayət ki, əsas həkim ordan çıxdı, Daşdəmir onu görən kimi ona tərəf yüyürdü. Həkim ona baxıb yüngülcə başını tərpətdi:

-Şükürlər olsun ki, qızı qurtara bildik! Çox ağır zəhərlənib, çox!

 Qızının ölümdən qurtarmasını eşidən Yasəmən keçirdiyi dəhşətli sarsıntıdan sonra bu xoş xəbərə rəğmən özündən asılı olamayaq uca səslə hönkürdü. Ayna nənə duasını bitirib Uca Allaha saysız şükürlər eləməyə başladı. Bayaqdan sakitcə başını aşağı salıb oturmuş, həmişə də təmkini ilə çoxlarından fərqlənən Oqtay hışqırtı ilə ağlamağa başladı. Daşdəmir isə təxminən elə onunla yaşıd olan kişi həkimi bağrına basıb saysız minnətdarlığını bildirdi.

 Həkim xalatının cibindən yaylıq çıxarıb alnının tərini sildi:

-Sizi təbrik eləyirəm! Uca Allah qızı sizə qaytardı. Amma onun qanını analiz elədik, qızcığaz  zəhərlənib. Daha doğrusu onu stirixnin tozları ilə zəhərləyiblər. Bu həddindən artıq ağır bir zəhərdir. Nəhəng bir fili belə tez bir zaman içində öldürə bilir. Ona görə də mən cinayət axtarışları şöbəsinə zəng vurmağa məcburam. Qanun bunu tələb eləyir!

 Həkim bunu deyib onlardan uzaqlaşdı.

 Sanki qırx arşın quyunun dibindən xilas olmuş ailə heyrət içində bir-birinə baxdı. 

 Həkim Cinayət Axtarışları Şöbəsinə bu barədə məlumat verəndən on beş dəqiqə sonra Sübhan Poldov xəstəxanada peyda oldu və ailənin üzvülərinə ümumilikdə bir neçə sual verərdən sonra üzünü Yasəmənə tutdu:

-Qız zəhərlnməmişdən nə yemişdi?

 Yasəmən dərhal cavab verdi:

-Dolma.

-Ondan başqa da evinizdə dolma yeyən olubmu?

 Yasəmən çiyinlərini çəkdi:

-Xeyr!

-Dolmanı siz bişirmişdinizmi?

-Hə!

-Şübhə eləmirəm ki, təzə ətdən, saf yarpaqdan, çürüməmiş soğandan, təzə düyüdən bişirmisiz?!

-Əlbəttə!

-Aydındır!

 Poladov bunu deyib üzünü Daşdəmirə tutdu:

-Evinizə, həyətinizə baxmalıyam! Şübhə eləmirəm ki, qızı zəhərləyən adam o qədər də uzaqda deyil. Lakin buna subut lazımdır, odur ki, hər tərəfi yaxşı-yaxşı axtarmalıyam və zəhmət olmasa həyat yoldaşınız da bizimlə getsin.

 Yarı canı deyil, bütün canı qızının yanında olan Yasəmən bundan narazı qalsa da, ərinin maşınına əyləşməli oldu.

 Təxminən yarım saatdan sonra onlar həyətdə idilər. Poladov həyətə girən kimi ilk sualını verdi:

-Yəqin bu imarət sizinkidir?

 Daşdəmir başını tərpətdi:

-Elədir!

 Poladov Şərgiyyəgil yaşayan evi göstərdi:

-Burda kim yaşayır?

-Anası ilə qızı! Şərgiyyə ilə Züleyxa.

 Poladov, Gülnaz yaşayan evə işarə elədi:

-Bəs bu kimin evidir?

-Gülnaz adında bir qadının.O, tək yaşayır.

-Aydındır! Gəlin evə keçək!

  Onlar evə keçdilər və Poladov xörək bişirilən qazana, orda hələ yeyilməyən dolmalara, Şəfəqin dolma yediyi boşqaba nəzər yetirib Yasəmənə baxdı:

-Dolma olan qazana və qızınızın dolma yediyi boşqaba əl vurmayın! Dolma bişirərkən hansı qablardan istifadə eləmisisz?

 Yasəmən dərhal mətbəxdəki artıq yuyulub ləmələrə düzülmüş qabları göstərdi:

-Əti çəkəndən sonra bax bu qabda qıymanı düzəltmişəm, yarpaqları isə bu qabın içində islatmışdım.

 Poladov diqqətlə qablara baxdı:

-Əfsus ki, qablar yuyulub, onlardan iz götürmək mümkün deyil. Şübhə eləmirəm ki, siz özünüz bişirdiyiniz dolmadan dadmamısız?!

 Yasəmən başını buladı:

-Xeyr! Ancaq qyməni hazırlayarkən, şitliyinə, şorluğuna baxmaq üçün duz və istiot qata-qata iki-üç dəfə sadəcə olaraq dilimə vurmuşam!

-Siz dolma qıymasını dilinizə vurarkən acılıq hiss elədinizmi?

-Xeyr! Qətiyyən!

-Aydındır!

 Poladov bunu deyib kəmərindən rabitə aparatını çıxarıb xəttə qoşaraq ağzına tərəf tutdu:

-Rasim müəllim, Lətif müəllimi də götürün və Xətai küçəsindəki 57 nömrəli ünvana gəlin, sizi gözləyirəm. Bacardığınız qədər tez gəlin!

 Poladov rabitə aparatını xəttdən ayırıb kəmərinə keçirtdi və evin bütün pəncərələrindən həyətə baxdı. Sonra isə həyətə çıxıb həyətdən içərini seyr elədi və həyətin bir guşəsində dayanıb sanki özü-özüylə danışırmış kimi dilləndi:

-Burdan evin mətbəxi, qaz sobası, yemək hazırlanan masa və başqa mətbəx əşyaları açıq-aydın görünür. Özü də mətbəxin ayrıca qapısı var.

 O, yenə həyətə diqqətlə göz yetirdi və ilk növbədə öz evindən gizlicə onları güdən Gülnazın evinə sataşınca yenə pıçıltı ilə dedi:

-Bu evin qapısı bu imarətin mətbəxinin qapısına çox yaxındır.

  Sonra o geniş həyətin bir küncündə Şərgiyyə ilə qızı Züleyxa yaşadığı daxmaya bənzər evi də diqqətlə seyr elədi, sonra yenə bir neçə dəfə həyətdə gəzişib hər tərəfi təkrar-təkrar nəzərdən keçirtdi.  

 Poladov onlara zəng vurandan təxminən on beş dəqiqə sonra Rasim Kamalovla Lətif Lətifov həyətə girdilər. Poladov dərhal əli ilə Rasim Kamalova Daşdəmirgilin imarətinin mətbəxi ilə Gülnazın evinin arasını göstərdi:

-Rasim müəllim, bu aradakı ayaq izlərini axtarın!

 Rasim Kamalov dərhal iz axtaran aparatını işə saldı. Poladov üzünü Lətif Lətifova tutdu:

-Lətif müəllim, siz isə içəridəki izləri axtarın və mətbəxdə qazandakı dolmalara baxın!

 Lətif də öz növbəsində evə keçib iz axtarmağa başladı. Bir qədər sonra Rasim Kamalov ayağa qalxıb üzünü Poladova tutdu:

-Sübhan müəllim, otuz yeddi ölçülü qadın başmaqlarının izi..

 O, Gülnazın evinin qapısından Daşdəmir gilin evinin mətbəxinin qapısı arasına işarə elədi:

-Bu evin qapısından o evin mətbəxinin qapısına qədər uzanır.

 Poladov dərhal evə girib üzünü Yasəmənə tutdu:

-Bağışlayın, sizin ayaqlarınızın nömrəsi neçədi?

 Yasəmən yenə fikirləşmədən cavab verdi:

-Otuz səkkiz!

 Bəs qayınananızınki?

-Otuz altı.

-Bəs qızınızın?

-Otuz doqquz.

 Poladov Şərgiyyəgilə tərəf işarə elədi:

-Bəs orda yaşayan ana ilə qızının ayaq nömrələrini bilmirsiz?!

 Yasəmən və qızı Şəfəq, Şərgiyyə ilə qızı Züleyxa çox kasıb düşdükləriu üçün iki dəfə onlara öz tamamilə köhnə olmayan ayaqqabılarından bağışlamışdılar. Odur ki, Yasəmən onların ayaqlarının nömrəsini yaxşı bilirdi. Buna görə də dərhal bu suala da cavab verdi:

-Şərgiyyə xanımın ayağı mənimki ilə, qızının ayağı isə Şəfəinki ilə eyni ölçüdədi.

 Bu vaxt Lətif Lətifov, Poladova yaxınlaşdı:

-Dolmalara stirixnin tozları qatılıb Sübhan müəllim!

 Poladov yüngülcə başını tərpətdi:

-Mən elə belə də düşünürdüm!

 Bu vaxt Rasim Kamalovun səsi eşidildi:

-Mətbəxin qapısında və kandarında 37 ölçülü başmaqların izi var.

 Poladov Rasim Kamalova baxdı:

-İzləri tutuşdur! Gör həmin başmaqların izidimi?!

 Rasim Kamalov dərhal onun göstərişini yerinə yetirməyə başladı və bir qədər sonra uca səslə dilləndi:

-Özüdür ki, var Sübhan müəllim!

 Poladov yenə üzünü Yasəmənə tutub Gülnazın evinə işarə elədi:

-O evdə yaşayan qadın bu gün mətbəxə gəlib sizdən nəsə istəyibmi?

 Yasəmən başını buladı:

-Xeyr! Mən ümumiyyətlə bu gün onun üzünü görməmişəm!

-Siz mətbəxdə yemək hazırlayarkən, qayınananız ora girmişdimi?

-Xeyr! Mənim qayınanam tükü-tükdən seçən bir qadındır! Bu səbəbdən də artıq iyirmi bir ildir ki, yəni bu evə gəlin gələndən bəri mən yemək hazırlayarkən mətbəxə girmir, yəqin fikirləşir ki, bu mənim ürəyimə başqa cür gələ bilər. Bu üzdən də mən mətbəxdə olmayanda istədiyi zaman əla təamlar bişirir.

 Poladov başını tərpətdi:

-Deməli mətbəxdə siz yemək hazırlayarkən sizdən başqa ins-cins olmayıb! Yasəmən xanım, zəhmət olmasa yadınıza salın ki, bu ərəfədə harasa getmişdinizmi?

 Yasəmən yenə dərhal onun sualını cavablandırdı:

-Hə, getmişdim! Küçədən göyərti satanın səsi gəldi, mən qıymaya artıq göyərti qatmışdım, lakin süfrəyəı qoymaq üçün göyərti satanın səsini eşidən kimi dərhal küçəyə çıxb ondan bir neçə dəst vəzəri, turp, göy soğan, bir də kəvər aldım.

 Poladov daha ona sual verməyib Gülnazın evinin qapısına yaxınlaşdı və qapını döyməyə başladı. Gülnaz isə məsələdən, daha doğrusu ifşa olunacağından duyuq düşdüyü üçün əvvəlcə izi götürülən başmaqlarını yandırmaq fikrinə düşmüşdü, lakin evin içində buna imkanı olmadığı, daha doğrusu başmaqlar yanarkən tüstü və çıxacağını düşünüb, onları döşəyinin altında gizlətmişdi.

 Poladov onun qapısını döyəndən bir qədər sonra Gülnaz qapını açdı və guya heç nədən xəbəri yox imiş kimi gözlərini qıydı:

-Sizə nə lazımdır?

 Poladov dərhal cibindən vəsiqəsini çıxarıb göstərdi:

-Biz Cinayət Axtarışları Şöbəsindənik. Təxminən dörd saat bundan qabaq sizinlə bir həyətdə yaşayan Şəfəq adlı qız yeməkdən zəhərlənib. Bununla bağlı bu həyətdə axtarış aparırıq və sizin də evinizdə axtarış aparmalı olacağıq!

 Gülnaz həyasızcasına dilləndi:

-Mənim evimdə niyə? Qızın zəhərlənməsinin mənimlə nə əlaqəsi ola bilər?!

 Bu vaxt Rasim Kərimov Poladova yaxınlaşdı:

-Sübhan müəllim, mətbəxin döşəməsindən stirixnin zəhəri aşkarladıq.

 O, bunu deyib salafan kisəciyə yığdığı strixnin tozlarını ona göstərdi.

 Poladov kisəciyə ani olaraq nəzər salıb başını Gülnaza tərəf çevirdi:

-Nəinki bu həyətdəki evlərdə, ümumiyyətlə bütün bu ərazidə bu cinayətlə bağlı axtarış axtarmağa icazəmiz var! Ona görə də yaxşı olar ki, bizə mane olmayasız!

 O, bunu deyib əli ilə həm Rasim Kamalova, həm də Lətif Lətifova işarə elədi və onlar gömgöy göyərdiyi halda dayanmadan donquldanan Gülnazın evinə keçdilər. Bir qədər sonra ona məxsus 37 ölçülü başmaqlar və məhz Poladovun zəkası ilə dərman qablarının arasında olduqca kiçik bir qabın içindən bir neçə qram stirixnin tozları aşkarlandı.

 Bundan bir qədər sonra isə Daşdəmirgilin mətbəxinin həm qapısından, həm də yemək bişirilən masanın üstündən Yasəmənə məxsus olmayan qadın əl izləri üzə çıxdı.  

 Poladov hələ on beş dəqiqə bundan qabaq Cinayət Axtarışları Şöbəsindən iki polis əməkdaşı çağırdığı üçün onlar artıq burda idilər və Poladov onlara cinayəti hər vəhclə boynundan atmaq üçün,-“Mənə böhtan atırsız, zəhəri özünüz ora tökdüz, mənim heç nədən xəbərim yoxdu, mən sizdən şikayət eləyəcəyəm! Məgər dünyada haqq-ədalət yoxdu?! Sizi lənətə gələsiz və sairə”,- kimi sözlər deyən Gülnazı qandallayıb aparmağı əmr elədi.

 Gülnaz qandallananda Şərgiyyə ilə qızı Züleyxa da artıq həyətdə idilər və heyrət içində onun polislər tərəfindən necə qandallanıb aparılmasına tamaşa edirdilər.

 Daşdəmirlə Yasəmən qızları zəhərləyənin, onlardan heç bir pislik görməyən qonşu Gülnaz olduğunu biləndə hər ikisi mat oldu və Gülnaz maşına mindirilənə qədər nə bir söz deyə bildilər, nə də bütün bəşər övladının heyrətə gəldikləri vaxt insan psixologiyasında özünə çox yaxşı yer eləmiş bir-birinə baxmaq ənənəsinin əksinə olaraq tamamilə bir-birinə nəzər salmadılar. Belə ki, gücü gəldikcə çığır-bağır salan Gülnaz polis maşınına mindiriləndən sonra hər ikisi tər içində yüngülcə bir-birinə nəzər edib, yenə kəlmə kəsmədən evə girdilər və bir qədər sonra əziz qızlarından çox nigaran olduqlarından maşına minib xəxtəxanaya tərəf istiqamət götürdülər.

 

                                                   * * *

 

  Bu əhvalatdan təxminən iki saat sonra Poladov Gülnazı dindirmə otağında dindirməklə məşğul idi. Gülnaz olduqca həyasız təbiətinə rəğmən utanıb-çəkinmədən alt-üst danışır, tez-tez bozarıb-qızarır, iyrənc səslər çıxarırdı. Poladov onun mundar xislətindən doğan hərəkətlərinə tamamilə məhəl qoymadan ona suallar veriirdi. Bu suallar təkrar-təkrar verilidi və əslində bu üsul Poladovun köhnə üsullarından biri idi. Çünki cinayətkarların əksəriyyəti onlara təkrar-təkrar suallar veriləndə çox zaman bir-birini təkzib edən cavablar verirdilər və bununla da onlar özlərini ifşa edirdilər. Məhz bu səbəbdən də Poladov Gülnaza dəfələrlə verdiyi sualı yenə də verdi:

--Səndən sonuncu dəfə soruşuram, stirixnin tozlarını kimdən almışdın?

 Gülnaz bozardı:

-Cəhənnəmdən!

 Poladov yüngülcə gülümsündü:

-Cəhənnəmdə zəhər satılmır, əksinə sənn kimilər üçün ucu-bucağı görünməyən olduqca güclü alovlar hazırlanır.  Səndən söz soruşuram, stirixninini hardan əldə eləmisən, kimdən almışdın?

 Gülnaz eynilə quduz köpəklərə bənzəyən bir görkəm gətirdi:

-Dükandan almışdım!

 Poladov sərt görkəm aldı:

-Özünü tülkülüyə qoyma ifritə, dükanlarda elə şey satılmır. Özü də o, yazıq qız sənə neyləmişdi ki, onu zəhərlədin?

 Gülnazın səsi indi həqiqətən də quduz it hürüşünə bənzədi:

-Kim subut eləyə bilər ki, onu mən zəhərləmişəm, kim?

 Poladov özünəməxsus olmayan bir qəzəblə ona baxdı:

-Bütün izlər və evindən stirixnin tozlarının tapılması Şəfəqin məhz sənin tərəfindən zəhərləndiyinə təkzib edilməyən subutdur. Odur ki, bunu heç vaxt boynundan ata bilməzsən. De görüm stirixnin tozlarını hardan əldə eləmisən?

 Gülnaz leş yeyən kaftar köpək dodaqlarına bənzəyən dodaqlarını bir-birininin üstünə mindirib açdı:

-Cinayəti boynuma yıxmaq istəyirsiniz ki, cinayətin üstünü tez açmanızı hər yana bəyan eləyəsiz! Bu sizin kimi bacarıqsız polislərin köhnə üsuludur. Mən günahsızam və heç kimi də zəhərləməmişəm. Qızın zəhərlənməsində mənim əlim olduğuna sizin heç bir subutunuz yoxdur. Deyirsiz ki, guya dolmalara zəhər qatmışam. Bunu görən olubmu?! Xeyr! Görən olmayıb! Siz işiniz rəvan getsin deyə mənə böhtan atırsız!

 Poladov bu dəfə bir qədər səsini ucaltdı:

-Onların mətbəxində sənin başmaqların izləri var, Yasəmən xanım küçəyə göyərti almağa çıxarkən, siz onların mətbəxində kimsənin olmadığını görüb ora soxularaq onun hazırladığı dolma qıymasına zəhər qatmısız. Bunlar hamısı təkzibolunmaz subutdur! Bundan onsuz da boyun qaçıra bilməyəcəksən Gülnaz xanım və cinayət məcəlləsinin məhz bununla bağlı maddələri ilə də həbs cəzası alacaqsan! Şəfəqgilin mətbəxinin döşəməsindəki başmaqlarının izləri, həmin başmaqları döşəyinin altında gizlətməyin, evindən stixnin tozlarının tapılması bu cinayətin məhz sənin tərəfindən törəldiyini açıq-aşkar subuta yetirir! Bundan heç cürə boyun qaçıra bilməzsən Gülnaz xanım! Özü də həyasızlığın burda tamamilə kara gəlməyəcək! Əksinə tərtib edəcəyim akta sənin həm törətdiyin cinayəti boynuna almadığını və qızarıb-bozarmadan altdan-üstdən danışdığını qeyd eləyəcəyəm! Bu da sənin işinin üstünə iş gətirəcək! Bunlar hamısı öz yerində! Lakin stirixnin tozlarını hardan və kimdən aldığını söyləməsən, onda cəza müddətin iki dəfə də artacaq! Məhkəmədə isə səni özüm ittiham eləyəcəyəm və elə bir ittihamnamə tərtib eləyəcəyəm ki, hakim sənə ömürlük həbs cəzası kəsməyə məcbur olacaq! Odur ki, səndən yenə soruşuram! Stirixnin tozlarını kimdən almısan?

 Gülnaz bağırdı:

-Heç kimdən! Özüm istehsal eləmişəm!

 Poladov süni şəkildə heyranlığını bildirdi:

-Oo.. Demək belə şeyləri də bacarırmışsan?! Nədən istehsal eləmisən onları?

-Zəhərli göbələklərdən!

-Nəyə görə?

-İntihar eləmək istəyəndə suya qatıb içim ki, canım bu iftiralarla dolu dünyadan qurtarsın!

 Bu yerdə Poladovu özündən asılı olmayaraq gülmək tutdu və o bir qədər güləndən sonra yenə süni heyranlıqla dilləndi:

-Yox canım?! Vay-vay-vay..

 Bundan sonra Poladov qəfildən olduqca ciddi bir görkəm aldı:

-Bura bax qadın?! Stirixnin tozlarını hind qozundan alırlar. Sən hətta bunu da bilmirsən, amma uydurursan ki, guya özün istehsal eləmisən! Deməli onu sənə verən adamın adını hər vəhclə qanundan gizlətmək istəyirsən və bunu ona görə eləyirsən ki, o alçaq bu tozları sənin kimi şeytanlara verib hələ çox-çox insanların zəhərlənməsinə bais olsun! Amma narahat olma, deyəcəksən onun adını mənə, mütləq deyəcəksən! Çünki mən zəhərə qarşı zəhər püskürtməyi çox yaxşı bilirəm!

 Bundan sonra Poladov otaqdan çıxdı və bir neçə saniyə sonra əlində o qədər də iri olmayan bir kisə qayıdaraq kisənin ağzını açdı. Ordan yavaş-yavaş təxminən iki metr uzunluğunda ilanların ən zəhərlisi və ən təhlükəlisi eynəkli ilan çıxdı. Gülnaz ilanı görən kimi bu dəfə həyasızlıqdan deyil, qorxudan göm-göy göyərib titrəməyə başladı və dili topuq vura-vura dilləndi:

-Sal onu kisəyə rəis, mən çox qorxuram!

 Poladov uca səslə bir də soruşdu:

-Stirixnin tozlarını kimdən almısan?

 Gülnaz özündən asılı olmayaraq ayağa qalxıb divara qısılmışdı və yəqin ki, sehr eləyib divarı aralıya bilsəydi, divarın içinə girib orda qeyb olardı. Lakin bu imkansız olduğundan aşağı çökdü:

-Yalvarıram rəis, deyərəm, hər şeyi də etiraf eləyərəm, amma sal onu kisəyə, yalvarıram!

 Poladov bir anın içində nə elədisə ilan çox asanlıqla qayıdıb kisəyə girdi. O, kisənin ağzını başlayıb bir kənara qoydu və Gülnazın qolundan tutub kətildə əyləşdirdi:

-Hə, danış görüm!

 Gülnaz bir neçə dəfə dərindən nəfəs alıb sözə başladı:

-Samirdən!

-O, kimdi elə?

-Kosmetika salonunda qadın dəlləyidi. Ona Samirə də deyirlər. Çünki kişi ya qadın olduğu bəlli deyil.

 Poladov yüngülcə başını tərpətdi:

-Hə, bu ad mənə tanışdır. Həmin salonun harda yerləşdiyini də yaxşı bilirəm! İndi isə Şəfəqin nəyə görə zəhərlədiyiyini və bu cinayəti törətmək üçün onların mətbəxinə necə girdiyini danış! Hərçənd ki, mən sənin bunu necə etdiyini bilirəm! Amma bunlar sənin dilindən deyilməlidi ki, səhvsiz, qusursuz akt tərtib olunsun!

 Gözünü ilan olan kisədən çəkə bilməyən Gülnaz özünəməxsus olmayan sakit bir səslə sözə başladı:

-Səkkiz ay bundan qabaq Şəfəq məni möhkəmcə əzişdirmişdi.

-Nəyə görə?

-Şərgiyyə ilə qızı Züleyxanı təhqir elədiyimə görə!

-Aydındır! Davam elə!

-Mən ondan intiqam alacağıma söz vermişdim, odur ki, onun tərəfindən döyüləndən sonra çox axtardım ki, güclü bir zəhər tapım, amma heç bir nəticəsi olmadı. Bir dəfə məni köhnə rəfiqələrimdən biri kiçik bacısının toyuna çağırmışdı. Mən toya getməmişdən hmin o Samirin kosmetika salonuna getdim ki, saçımı düzəltdirim!

-Samiri əvvəlcədən tanıyırdınmı?

-Hə! Bir neçə dəfə yanında olmuşdum!

-Davam elə!

-Mən içəri girəndə o bir müştərisinin saçını düzəldirdi. Buna görə də gözləməli oldum! Samir onun saçına düzüm verdikcə qadın qayınanasının ona zülm eləməsindən, daha doğrusu qayınanasına məxsus olan ziynət əşyalarının o biri gəlinə bağışlamaq fikrinə düşməsindən danışır,-“Yox bu daha dözülməzdir, buna dözməyə daha gücüm qalmayıb, ən azı yarım milyon qiyməti olan qızıllardan, brilyantlıardan payıma heç nə düşmür. Çünki ifritə qayınanamın məni görməyə gözü yoxdur.”-deyirdi. Samir isə ona pıçıltı ilə,-“Darıxma cigər, mən sənə elə bir şey verərəm ki, qayınanan birdəfəlik susar və qızıl-brilyantlar da hamısı sənin olar. Amma o ziynət əşyalarının 20 faizi mənə çatmalıdı cigər. Bir də ki, bu haqda kimsə bilməməlidi ha?! Həm də işi elə görməlisən ki, nə polis, nə də başqa birisi bunun sənin tərəfindən edildiyindən duyuq düşməsin”!-dedi.

 Qadın isə bir sıra sözlər deyib onu əmin elədi və Samir çantasından kiçik bir qab çıxarıb ona uzatdı, qadın da qabı alıb çantasına qoydu. Həmin qadın gedəndən sonra mən ayna arxasına keçdim və Samir mənim saçıma düzüm verməyə başladı. Bir qədər sonra mən ona dedim ki, mən də həmin qabdan istəyirəm. Amma uydurub dedim ki, guya mənim qayınanam həddindən artıq varlıdır, lakin mənə nəinki bir qəpik də vermir, hətta bütün malikanəsini və var-dövlətini bir gözü kor, biri qıçı çolaq, qırx yaşı olmasına baxmayaraq hələ də evlənməmiş böyük oğlu üçün qoymaq istəyir. Bundan sonra Samir bayaqkı qadınla kəsdiyi şərtlərlə mənə də o qabdan birini verib dedi ki, bu stirixnin zəhəridir və bu qabdakı tozların hamısını qayınananın yeməyinə qatsan elə o andaca canı çıxacaq, yox əgər yarısını qatsan, ola bilər ki, xəstəxanaya çatdırılsa əgər çox sağlamdırsa yaşaya bilər!

 Mən zəhəri alıb evə gətirdim, amma qızı zəhərləməyə aylarla imkanım olmadı. Nəhayət bu gün təxminən on bir tamamda pəncərədən onun anası Yasəmənin göyərti almağa getdiyinə əmin olub həyətə çıxdım, onların mətbəxinin iri pəncərəsi olduğundan içəri açıq-aydın görünür və mən mətbəx masasının üstündə iri qabda dolma qiyməsini müşahidə elədim. Bu ərəfədə ailə başçısı Daşdəmirin işdə, oğlu Oqtayın dərsdə, Şəfəqin isə idman məşqlərində olduğunu bilirdim. Tez evə keçərək zəhəri götürüb həyətə çıxdım, hər ehtimala qarşı küçə qapısından boylanıb baxdım və Yasəmənin hələ də göyərti seçdiyini gördüm. Cəld yüyürərək qapını açıb onların mətbəxinə girdim.  Yasəmənin qayınanası içəri otaqda idi və söz yox ki, mənim mətbəxə girməyimdən xəbəri olmadı. Mən cəld qabın ağzını açıb zəhər tozlarını qıymanın üstünə tökdüm, lakin tələsdiyimdən tozların bir qismi yerə töküldü, ancaq mən zəhər tozlarını onsuz da axıra qədər qıymanın içinə tökə bilmədim, çünki içəridən Ayna nənənin səsi eşidildi, mən onun nə dediyinin, nə soruşduğunun fərqinə varmadan həyətə yüyürdüm və tez evimə girdiim. Samir mənə demişdi ki, əgər bu qabdakı tozların hamısı yeməyə qatılsa, həmin yeməkdən bir qaşıq yeyən adam dərhal ölə bilər, lakin yarısı qatılsa yaşayacağına hardasa ümid yarana bilər. Mən tozların hamısını qıymaya qata bilmədiyimə görə, Şəfəqin öləcəyini çox istədiyim üçün qabı tullamağı lazım bilməyib dərman qablarının arasına qoydum. Sözün açığı mən nəinki ələ bu tezliklə yaxalanacağımı, ümumiyyətlə bununla əlaqədar şübhə doğuracağımı tamamilə güman etmirdim. Lakin qarşıma yırtıcı bir canavar kimi çıxdınız və bu əməli törətdiyimdən bir neçə saat keçmədi ki, məni ifşa elədiz! Sizi lənətə gələsiz!

 Poladov gülərək kəmərinə taxdığı kiçik pultu çıxarıb düyməsini basdı, elə bu andaca kisə açıldı və süni ilan kisədən çıxıb şahə qalxdı. Gülnaz ilanın yalançı ilan olduğunu yalnız indi başa düşdü və iyrənc səslə qiyyə vurdu:

-Alçaq! Mundar! Məni aldadıb söz aldın demək?! Qoca canavar! Nifrət eləyirəm, hamınıza nifrət eləyirəm! Bütün bəşəriyyətə nifrət eləyirəm! Əlimdə imkanım olsaydı atom bombası olub bütün dünyanı yandırardım! Sizi lənətə gələsiz!

 O, çığır-bağır salıb bütün dünyaya lənət oxuduqca Poladov iri planşetlə  onu çəkirdi və o, yorulub əldən düşəndən sonra Poladov planşeti kəmərinə keçirib dilləndi:

-Bu videyazını dünyanın bir çox dillərinə tərcümə elətdirib sosial şəbəkələrə vuracaq və bütün dünyaya səslənəcəyəm,-“Ey bəşər övladı, yəqin ki, indiyə qədər heç biriniz canlı iblis görməmisiz?! Elə isə baxın! Bu da sizə canlı iblis! Amma elə bilməyin ki, bu təkdir, bunun kimilər nə qədər istəsəniz var və onlarla hər yerdə, hər məkanda qarşılaşırsız! Odur ki, ehtiyatlı olun ki, onlar paxıllıqdan sizi zəhərləməsin, ayağınızın altını qazımasın, badalaq vurmasın, ləkələr yaxmasın, böhtanlar atmasın! Ayıq olun ey insanlar! Özünüzü bu cür iblislərdən qoruyun”!-deyəcəyəm!

 Bundan sonra Poladov qapıdakı çavuşu çağırıb Gülnazı dama aparmağı əmr elədi və bir qədər sonra maşına əyləşib iki nəfər polis əməkdaşı ilə birlikdə Samiri yaxalamağa getdi.

 Samir kosmetika salonunda növbəti müştərisinin saçına düzüm verməklə məşğul idi ki, birdən Poladovun göstərişilə polis nəfərləri salona girib onu bir qədər kənara çəkərək qollarına qandal vurdular.

 Samir iyrənc səslər çıxararaq,-“Mən qadın dəlləyiyəm, bu nə özbaşınalıqdır, mən siuzdən şikayət eləyəcəyəm, mən günahsızam, məni həbs eləməyə sizin ixtiyarınız yoxdu”,-dedi, lakin Poladov onun çantasından bir neçə qab stirixnin tozları aşkarlayandan sonra səsini kəsdi və kişi ya qadın olduğu bilinməsə də qadınlara məxsus bir tərzdə hönkür-hönkür ağlamağa başladı.

 Bundan yarım saat sonra o da başqa cinayətkarlar kimi dindirmə otağlnda idi və Poladovun suallarına cavab verirdi. Poladov öncə ona belə bir sual verdi:

-Stirixnini hardan əldə eləyirsən?

 Samir burnunu çəkdi:

-Özüm hazırlayıram!

-Nədən?

-Hind qozlarından!

-Necə hazırlayırsan, bizə də başa sal, biz də hazırlayaq və sənin kimi əqrəblərə verək ki, daha kimsəni çala bilməsinlər?!

-Bu uzun haqq-hesabdı rəis!

-Onu harda hazırlayırsan?

-Evimdə!

-Evini axtarmağa heyət göndərmişəm, bir azdan işlərini bitirib bura gələcəklər! Polis akademiyasını yenicə bitirmiş oğlum Nəcməddin də onların arasındadır və onlar gəlib evində nə var, nə yox, hamının haqqında mənə məlumat verəcəklər! Amma mən şübhə eləmirəm ki, o zəhəri sən özün hazırlamırsan! Sən hansısa bir vətənimizə, dövlətimizə xəyanət eləyən bir təşkilatın üzvüsən və buna da şübhə eləmirəm ki, sən o fili belə öldürə biləcək qədər təsiri olan zəhəri təkcə qayınanalarını və yaxud ərlərini zəhərləmək istəyən müştərilərinə satmırsan, o zəhər dolu qabları guya müştəri adıyla yanına gələn vətən xainlərinə verirsən! Onlar da imkan daxilində xalqın vətənpərvər, namuslu, təəsübkeş övladlarını zəhərləyib öldürür.

 Poladov huquq mühafizə orqanı işçisi kimi artıq otuz beş ildən yuxarı  işlədiyi müddətdə ilk dəfə olaraq dindirilən şəxsin, yəni Samirin qadın saçları kimi uzun saçlarından yapışıb başını arxaya qardı. Bu zaman Samirədən siçan ciyiltisinə bənzər bir səs qopdu. Poladov onun bağırtısına əhəmiyyət verməyib onun başını bir az da arxaya qardı:

-And olsun şərəfimə ki, əgər bütün suallarıma dəqiq-dürüst cavab verməsən boynunu sındıracağam! Hə, danış görüm!

 Poladov bunu deyib onun saçını buraxdı. Samir həım qorxudan, həm də ağrıdan bir qədər inildəyib güclə eşidiəcək səslə dilləndi:

-Hər şeyi danışacağam rəis, hər şeyi! Amma öldürmə məni, mən ölümdən çox qorxuram!

 Bu vaxt Poladovun rabitə aparatında xüsusi siqnal gəldi və o, dərhal aparatı ağzına tərəf tutdu. Bu an Nəcməddinin səsi eşidildi:

-Evi axtardıq və bir xeyli həmin zəhərdən tapdıq.

 Poladov sual etdi:

-Daha nə tapdız?

-Bir milyon yarım dollar pul!

-Bu önəmli deyil, başqa, başqa nə tapdız?

-İki kilqram dörd yüz əlli qram geroyin!

-Daha başqa nə?

-Bir sandıq ziynət əşyaları, qızıl, brilyant, sırğalar, üzüklər, qolbağlar, bilərziklər, boyunbağıları və sairə..

-Daha nə?

-İçində müəmmalı şəkildə yazılmış rəqəmlər olan qalın bir blaknot, vəssalam!

-Hamısını bura gətirin və evin qapısını möhürləyin!

 Poladov aparatı kəmərinə keçirib üzünü Samirəyə tutdu:

-Əsl adın nədi?

 Samir çiynini çəkdi:

-Samir! Samir Şamilzadə Vəfa oğlu. Şəxsiyyət vəsiqəmdə də qeyd olunub!

 Poladov yenə onun saçından yapışıb arxaya qardı:

-Səndən əsl adını soruşdum, qondarma adını yox!

 Samir bu səfər bayquş kimi uladı:

-Burax rəis, yalarıram burax! Mənim əsl adım Saakdır, Saakyan Saak, Vazgenoviç!

 Poladov onun saçını buraxdı:

-Hə, indi rahat söhbət eləyə bilərik! Təşkilatınızın adını, harda yerləşdiyini, üzvülərinin kimlərdən ibarət olduğunu bircə-bircə mənə deyəcəksən!

 Saak sülək it kimi tövşüdü:

-Təşkilatımız Şaumyanın adı ilə “Şaum Terror Təşkilatı” adlanır və Soçi şəhərində yerləşir. Başçının şərti adı Rubendir. Mən onu görməmişəm və əsl adını da bilmirəm, təkcə bunu bilirəm ki, Şauma o rəhbərlik eləyir! Onun harda yaşadığını kimsə bilmir. O, internet vasitəsilə gizli parollarla təşkilata rəhbərlik eləyir!

-Sən o parolları bilirsənmi?

-Bilirəm rəis, amma məsələ burasındadır ki, onlar mənim həbs olunduğumu bilən kimi parolları dərhal dəyişəcəklər! Siz isə məni kasmetika salonunda qanddalladığınızdan şübhə eləmirəm ki, onlar artıq bundan xəbər tutublar.

 Poladov ondan götürdükləri mobil telefonun ekranını nəzərdən keçirdi:

-Belə görünür bunun vasitəsilə onlarla heç bir əlaqə saxlamırsız, düzdümü?!

 Samir başını tərpətdi:

-Elədir rəis! Telefonla əlaqə saxlamaq təşkilatın hər bir üzvünü dərhal ələ verə bilər. Odur ki, şəxsən mən mobil telefonuma əsasən müştərilərimin nömrələrini yazıram ki, onlar mənə zəng vuranda dərhal kim olduğunu bilim.

 Poladov onun mobil aparatını bir kənara qoydu:

-İnsanları zəhərləməkdən başqa nəylə məşğul olursuz?

-Narkotik və insan orqanları alveri!

-Sonra?

-Gənc qızların oğurluğu və onların Səudiyyə Ərəbistanındakı milyorderlərə olduqca baha qiymətə satılması.

-Yenə?

-Çirkli pullarla “PKK” deyilən terror örgütü üçün silah almağlarından və yeməklə təhciz olunmaqlarından ötrü maddi yardım.

-Yəni onları bütünlüklə maaliyələşdirmək. İndi sən mənə de görüm, burda, Azərbaycandakı rəhbəriniz kimdir?

 Bu yerdə Saak susdu dili-dodağı möhkəm titrəməyə başladı.

 Poladov bir az da ucadan səsləndi:

-Eşitmədin? Cavab ver! Yoxsa boynunu sığndıraram!

 Saak bir neçə dəfə ard-arda udqundu:

-Mən bunu deyə bilmərəm rəis!

 Poladov onun saçından yapışdı:

-Deyəcəksən! Yoxsa elə yalın əllə başını bədənindən ayıraram!

 Saak zarıdı:

-Əgər bunu desəm, məni yerin altında da saxlasaz, tapıb tikə-tikə doğrayacaqlar!  

-Deməsən də mən səni parça-parça edəcəyəm!

 Saak zarıldadı:

-Yaxşısı budur öldür məni rəis! Onsuz da artıq ölmüşəm. Amma o adamın adını desəm, məni erməni xalqına xəyanət edən adam kimi harda olsam belə tapıb dəhşətli işgəncələrlə öldürəcəklər. Onların hər yerdə adamları var. Mən kosmetika salonunda dəllək işlədiyimə görə məni də yüzlərlə vasitəçilərindən biri seçmişdilər. Çünki məndən kimsə şübhələnmirdi.

 Poladov onun başını yenə geriyə qardı:

-Mən bunu bilirəm, çox yaxşı bilirəm və müştəri adıyla sənə zəhər, narkotik  ötürənlərin,  eyni zamanda gənc-gözəl qızların ünvanını, harda təhsil aldıqlarını, harda işlədiklərini, saat neçədə kollecdən, ali məktəbdən və yaxud işlədiyi müəssisədən hansı saatlarda gəlib getdiklərini, sonra kimlərin səndən zəhər alıb Azərbaycan, eyni zamanda türk xalqının layiqli övladlarını zəhərləmək üçün apardıqlarını, bundan əlavə orqan alverçilərinin kimliyini, harda yaşadıqlarını hamısını, hamısını bircə-bircə mənə söyləyəcəksən! İndi isə mənə Azərbaycanda sizə başçılıq eləyən adamın adını söylə, yoxsa sənə elə əzab verəcəyəm ki, səni bu dünyaya gətirəb erməni anana lənət oxuyacaqsan!

 Poladov bunu deyib onun başını bir az da geri qardı. Saak güclü səslə ufuldadı və artıq boynunun sınacağına əmin olub dilləndi:

-Burax rəis, burax! Boynum sınacaq yoxsa! Bilmirəm, mən o adamın nə adını, nə də haralarda olduğunu bilmirəm!  

 Poladov onun saçını buraxdı və Saak hıqqana-hıqqana dilləndi:

-Bircə onu bilirəm ki, onun çoxlu əlaltıları var. Mən onlardan birini tanıyıram, özü də qadındır, o mənim yanıma tez-tez saçıına düzüm vermək adıyla gəlib-gedir. Sözün düzü onun adının da, harda yaşadığını da həqiqətdə nə olduğunu bilmirəm, amma mən onu Gülşən adı ilə tanıyıram. O da əslində milliyətcə ermənidi, amma hamı onu azərbaycanlı bilir, mənimlə də azərbaycanca danışır ki, eşidənlər şübhələnməsin! Amma rəis, mən indi buna da yüz faiz əminəm ki, o artıq mənim sizin tərəfinizdən yaxlandığımı öyrənib və yəqin ki, ələ keçməsin deyə hardasa gizlənib.

 Saak sözünü bitirər-bitirməz onun evinə göndərilən başlarında on il bundan qabaq Poladovun yetimxanadan oğulluğa götürdüyü Nəcməddin olan istintaq qrupu otağa girdilər və dərhal Saakın evindən tapılan əşyaları masanın üstünə qoydular.

 Poladov onlara nəzər yetirib üzünü Nəcməddinə tutdu:

-Akt tərtib etdinizmi?

 Nəcməddin başını tərpətdi:

-Bəli!

 Poladov bloknotu açıb vərəqləməyə başladı və onu Saaka göstərdi:

-Bu nədi belə?

 Saak köksünü ötürdü:

-Şaum təşkilatının Bakıdakı üzvülərinin bir qisminin siyahısı, daha doğrusu mənimlə əlaqə saxlayanların kodlarla adları. Həm də parollar. Amma rəis, yenə deyirəm, onların hər yerdə adamları var və onlar artıq mənim ələ keçməyimdən xəbər tutublar və söz yox ki, bütün kodları və parolları dəyişiblər.

 Poladov bloknotu bükdü:

-Aydındı! Düşmən çox hiyləgər və tədbirlidi. Yəqin ki,belə də eləyib.

 O, həm Nəcməddinə, həm də birilərinə göstəriş verdi:

-Bunları yenidən yaxşı-yaxşı nəzərdən keçirib yeni bir akt da tərtib edərək  seyfə qoyun! Bunlar hamısı Milli Təhlükəsizlik Nazirliyinə təhvil verilməlidi. Sonra isə gedib dincəlin!

 Nəcməddin və  Cinayət Axtarışları Şöbəsinin o biri üzvüləri Saakın evindən gətirdiklərini götürüb çıxdılar  və Poladov Saakı qapıda dayanan çavuşa göstərdi:

-Apar kameraya!

 Çavuş dərhal Saakı qabağına qatıb kameraya apardı və Poladov saatına baxıb dindirmə otağından çıxdı.

 

              

               ŞƏHİDLİK ZİRVƏSİ

  Səhər tezdən General Camalzadəni hərbi müəssəyə aparan Zülfüqar yarım saat olardı ki, maşında oturub disk vasitəsilə məhşur Türkiyə ilahilər oxuyanı İsmayıl Bülbülün ifasında dahi türk mütəfəkkiri və şairi Yunus Əmrənin qəsidələrinə qulaq asırdı. Bundan böyük feyz alan Zülfüqar generalın nə vaxt qapını açıb maşına oturmağından xəbəri olmadı, yalnız general maşınının qapısını bağlayanda ayıldı və ayılan kimi də DVD-ni söndürdü. General isə ona Nizami metrosunun yaxınlığına sürməyi göstəriş verdi. Zülfüqar həmişəki kimi bir söz soruşmadan əmrə tabe olaraq maşını hərəkətə gətirib həmin istiqamətə sürdü. General öz təmkinli xasiyyətinə tamamilə uyğun olmayan şəkildə olduqca əsəbi görünürdü. Zülfüqar yaxşı bilirdi ki, hərbi müəsisədəçalışan polkovniklərdən biri Nizami metrosunun yaxınlığında Murtuza Muxtarov küçəsinin Salatın Əsgərova küçəsi ilə kəsişdiyi yerdə  ikimərtəbəli bir evdə yaşayır. Çünki artıq iki dəfə Zülfüqar elə generalın öz göstərişi ilə onu evinə aparmışdı. Lakin generalın son dərəcə əsəbiliyinin səbəbini isə söz yox ki, anlamırdı. Təxminən iyirmi dəqiqədən sonra generalı gəzdirən maşın polkovnik Maqsudzadənin qapısının qarşısında dayandı və general maşından düşüb olduqca iti addımlarla onun elə birdəfəlik küçəyə açılan qapısının zəngini çaldı. Bir qədər sonra Maqsud qapıda göründü. Onlar içəri keçdilər və içəridən generalın səsi eşidildi. O, Maqsudu nədəsə günahlandırır və ondan bu barədə hesabat verməyi tələb edirdi. Zülfüqar maşında oturduğu üçün generalın səsini eşitsə də, nə dediklərini anlamırdı, odur ki, maşından düşüb evə yaxınlaşdı və bir neçə saniyə yenə generalın dediklərini başa düşmədi, lakin təxminən yarım dəqiqə keçəndən sonra qulağı vasitəsilə səsləri alan şuuru ona ötürülən səsləri tənzimləyə bildi və o, generalın nə dediyini anlamağa başladı. Zülfüqarın ilk anladığı söz bu oldu:

-Polkovnik, sən dünən növbədə olmusan, odur ki, yenə səndən soruşuram, dünən sənin növbədə olduğu vaxt kameranı kim söndürüb, mənim otağımda seyfi kim açıb və ordan quru qoşunlarının hərbi sirrlərinin saxlandığı flyaşkardı kim götürüb?

 Maqsudun səsi generalın səsindən çox aşağı olduğu üçün eşidilmirdi, lakin general bu sualı cürbəcür şəkillərdə dəfələrlə verdiyindən Zülfüqar onların hamısını açıq-aşkar eşidirdi.  

 Bir qədər sonra Zülfüqarın mobil telefon aparatı səs saldı. Zülfüqar başa düşdü ki, general onu çağırır, odur ki, dərhal Maqsudun qapısını açıb evinə girdi. General Camalzadə onu görən kimi ona başı ilə Maqsudu göstərdi:

-Bunu maşına apar, bax qaçmasın! Bu vətənə xəyanət eləyib!

 Maqsud generala olduqca acıqlı-acılı baxırdı və birdən kəmərindən tapança çıxarıb onların üstünə tuşladı:

-Yaxın gəlsəz, hər ikinizin beynini dağıdaram, əgər yaşamaq istəyirsizsə, cəhənnəm olun və məni rahat buraxın!

 General çığırdı:

-Polkovnik, bax məhz bu hərəkətindən məlum oldu ki, həmin flyaşkardı seyfdən sən götürmüsən! Cəsus imişsən demək! Mən elə belə də düşünmüşdüm!

 Maqsud bir addım da qabağa gəlib tapançanın lüləsini generala yaxınlaşdırdı:

-General Camalzadə! İndi ölümün nə olduğunu biləcəksən! Daha sən məni təngə gətirdin!

 Maqsud bunu deyib qorxu bilmədən onu yaxalamaq istəyən generala tərəf iki dəfə ard-arda atəş açdı və tapançanı qeyzindən dilini-dodağını gəmirən Zülfüqara tərəf çevirmək istəyəndə Zülfüqar zaman kəsiyində şığıyıb var gücü ilə Maqsudun tapança tutmuş əlinə təpik vurdu, tapança onun əlindən sıçrayıb yerə düşdü və Zülfüqar onun çənəsinə olduqca möhkəm bir yumruq ilişdirib yerə yıxdı, sonra tapançanı götürərək yerdə uzanıb, güllələrdən biri ürəyinə dəydiyi üçün can verən generala tərəf yüyürüb, ona tərəf əyildi:

-Cənab general, cənab general, narahat olmayın, mən bu dəqiqə sizi xəstəxanaya çatdıraram!

 General zorla dilləndi:

-Gecdi Zülfüqar! Mən ölürəm! Amma sən alçağı qaçmağa qoyma! Tut apar onu, qoy mühakimə eləsinlər! O, vətən xainidi, cəsusdu, şübhə eləmirm ki, ermənilər üçün işləyir! Sən çox yaxşı oğlansan Zülfüqar, mən sənə çox inanıram! Odur ki, mənim ailəmdən, arvadımdan, onun qardaşı qızından göz-qulaq ol! Onları sənə, səni Allaha tapşırıram! Haqqını halal elə Zülfüqar!

 General bu sözləri deyəndən sonra Əşhədu əllalailahəilləllah və Əşhədu ənnə Muhəmmədin Rəsullullah deyib əbədi olaraq gözlərini yumdu.

 Zülfüqar onun öldüyünə əmin olan kimi əvvəlcə təxminən on il bundan qabaq hələ on üç yaşı olarkən rəhmətlik babasından öyrəndiyi bir müqəddəs Quranı-Kərimin müqbarək “Əl-Bəqərə” surəsinin 156-cı ayəsini   oxudu;-“Əlləzinə izə əsəbtəhum musibətun qalu innə lillahi və innə iləyhi raciun.” ( “O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman, biz Allahdanıq və Ona tərəf qayıdacağıq”,- deyirlər).

  Sonra isə Züfüqar özündən biixtiyar bu neçə müddət ərzində ancaq yaxşılıq gördüyü generalın cəsədinə başını qoyub hönkür-hönkür ağladı və bu anda başına arxadan Maqsudun kətillə necə zərbə vurduğundan xəbəri olmadı.

 Zülfüqar zərbədən generalın cəsədinin üstünə aşdı, lakin yaşının  az olmasına baxmayaraq bərkdən-boşdan çıxmış bu igid başında dəhşətli bir küt ağrı hiss eləsə də, Maqsudun ikinci zərbəni endirməyinə imkan verməyib sol tərəfə fırlanaraq var gücü ilə Maqsudun qarnına bir təpik vurdu, Maqsud ufuldayıb yerə yıxıldı və Zülfüqar ayağa qalxaraq onun yaxasından yapışıb durğuzdu, sonra isə əlindən yerə qoymadığı tapança ilə onun kəllə nahiyəsinə möhkəm bir zərbə vurub sarsıtdı.

 Bundan sonra Zülfüqar zəng vurub bu haqda general Balaş Dünyamalıyevə məlumat verdi. Acı xəbərdən dəhşətə gələn Balaş Dünyamalıyev dərhal polkovnik Maqsudu həbs eləməkdən ötrü qrup çağırdı və özü də maşına oturaraq hadisə yerinə gəldi.

 Onlar Maqsudun evinə girəndə Zülfüqar Maqsudu zivə ipi ilə möhkəm sarıyıb bir küncə yıxmışdı və öz başı da arxadan yarıldığından cibindən yaylıq çıxarıb qanı saxlamaqdan ötrü yaraya tutmuşdu. Belə ki, yaylıq tamamilə qana batmışdı, bu səbəbdən də Zülfüqarın başından axan qan damla-damla döşəməyə tökülürdü.

 Cinayət Axtarışları Şöbəsinin polislərindən ibarət qrup içəri girən kimi Maqsudu qandallayıb bayırda saxladıqları bağlı maşına apardı. General Balaş Dünyamalıyev isə olduqca pərişan halda təkcə müavini deyil, həm də yaxın dostu Camalzadənin cəsədinə tərəf əyilib xeyli göz yaşı tökdü, sonra isə cibindən yaylıq çıxarıb Zülfüqara uzatdı:

-Al oğlum, qoy yaranın üstünə, özün də dərhal min maşına get yaxındakı klinikaya, qoy yaranı yaxşı-yaxşı təmizləyib sarısınlar! Mən Camalzadənin cəsədini aparmaqdan ötrü maşın çağıraram! Həm də bu xainin evində axtarış üçün istintaq qrupu çağıracağam!

 General bir qədər susub soruşdu:

-Yəqin o alçağla əlbəyaxa olmuşdun, hə?!

 Zülfüqar qəmli-qəmli dilləndi:

-Elədir cənab general! O qatil qəfildən tapança çıxarıb Camalzadəni vurdu, mən birtəhər silahı ondan aldım və artıq can verən generala yardım eləmək istəyəndə o arxadan kətili başıma vurdu, lakin ikinci dəfə vurmağa imkan vermədim, vurub onu bayıltdım!

 Dünyamalıyev gözlərinin yaşını başqa bir yaylıqla sildi:

-Get oğlum, get! Yoxsa səni qan aparır!

 Zülfüqar başını buladı:

-Xeyr cənab general! İnciməyin, mən..

 Zülfüqar burda özünü saxlaya bilməyib ağladı və ağlaya-ağlaya dilləndi:

-Mən, tanıdığım müddətdən mənə öz kiçik qardaşı kimi qayğı göstərmiş bir insanın cəsədini burda qoyub heç yana getməyəcəyəm! Mən o, dəfn olunana qədər evə də getməyəcəyəm!

 Dünyamalıyev əlini onun çiyninə qoydu:

-Amma səni qan aparır?!

 Zülfüqar əlinin arxasıyla gözlərini sildi:

-Qoy aparsın! Mən Camalzadədən artıq deyiləm ki.. Birdə ki, narahat olmayın cənab general, mənim canım bərkdir, mən bir az bundan qabaq düşmənə can vermədim və yeri-göyü xəlq eləyən Uca Allahdan hələ bir qədər də ömür istəyirəm ki, xalqıma, vətənimə, torpağıma, dövlətimə, bayrağıma xəyanət eləyənlərdən intiqam alım!

 Dünyamalıyev pərişan-pərişan başını tərpətdi:

-Yaxşı oğlum, qoy sən deyən olsun!

 General bunu deyib siqaret yandıraraq kənardakı kətildə oturdu:

-Amma bilmirəm, mən onun ailəsinə, zövcəsi Pakizə xanıma bunu necə deyim, bilmirəm?!

 O, siqaretə iki dəfə dərin qullablar vurdu:

-Çox çətindi, çox! Yəqin bilirsən, onun Biləsuvarda qoca bir anası var?!

 Zülfüqar yenə gözlərini sildi:

-Bilirəm cənab general! Bir neçə dəfə mən rəhmətliyi Biləsuvara, anasının yanına aparmışam! Yazıq arvad onu görəndə o qədər sevinirdi ki, sanki bütün dünyanı ona bağışlayırdılar. 

 Dünyamalıyev dərindən bir ah çəkdi:

-Bu acı xəbəri o anaya necə çatdıracağıq, necə?! Bu nə işdi belə bizim başımıza gəldi?!

 Zülfüqar köksünü ötürdü:

-Narahat olmayın cənab general, ölüm haqdır, insan ölümə məhkumdur. General Camalzadə düşmən gülləsindən şəhid oldu və nahaq dünyadan haqq dünyaya köçdü. Allah ona qəni-qəni rəhmət eləsin! Bir neçə ay bundan qabaq mənim cavan qardaşım da xain arvadının xəyanəti nəticəsində dünyasını dəyişdi. Mən də, bacım da çox məyus olduq, çox ağladıq, çox qüssələndik. Amma zaman keçdi, hər şey yavaş-yavaş qaydasına düşdü. Allah insanı yaradıb ki, bir gün öldürsün! Hamımız öləcəyik, bir az tez, bir az gec! Siz cəbhədə bizə başçılıq eləyirdiz cənab general, biz sizin taktiki planlarınıza əsasən düşmən üzərinə yeriyirdik, savaşırdıq, öldürürdük, ölürdük. Bunu məndən də çox yaxşı bilirsiz cənab general, düşməndən nə qədər qırsaq da xeyli şəhidlərimiz də oldu. Onların bir qismi mənim yanımda şəhid oldu cənab general. Onlar ana vətənimizin cürbəcür bölgələrindən idilər. Onların bəzilərinin on səkkiz yaşı təzəcə tamam olmuşdu, hələ həyatda xoşbəxtliyin dadını dadmamılşdılar, toy görməmişdilər, ailə qurmamışdılar, onlardan xatirə kimi qalacaq övladları da olmamışdı. Lakin o biri dünyada çox yüksək məqama yüksəldilər.

 Zülfüqar əli ilə başından axan generalın verdiyi yaylıqla sidi:

-Bəlkə də eşitmisiz cənab general, bizim bir vətənimiz də sayılan Türkiyədə çox məhşur istiqlal şairi olub, Mehmed Akif Ərsoy.. Türkiyə dövlətinin istiqlal marşının sözləri onundur. Onin Çanaqqala şəhidlərinə həsr etdiyi bir poeması var. Həmin poema bu misralarla bitir:

 

                     Ey şəhid oğlu şəhid, istəmə bəndən makvər,

                     Sana ağuşunu açmış duruyor peyğəmbər!

 

 Onsuz da bayaqdan özündən biixtiyar gözlərindən yaş axan Balaş Dünyamalıyev bu iki misranı eşidəndə daha özünü saxlaya bilməyib hönkürdü və Zülfüqar da ona qoşulub yenə də hönkürtü ilə ağlamağa başladı.

 

 

                                                    * * *

 

  Camalzadəni yerdən götürəndə ən azı iyirmi min insandan ibarət bir izdiham var idi. Siravi əsgərlərdən tutmuş yüksək rütbəli generallara qədər minlərlə hərbiçi, dövlət işində yüksək vəzifə tutan məmurlar, rəzil bir xainin atdığı qəfil güllədən şəhid olmuş vətən övladını son mənzilə yola salmaqdan ötrü eyni zamanda bura toplaşan vətənpərvər insanlar və sairə.

 Generalı yüz minlərlə əhali öz evlərindən, yollardan, meydanlardan müşahidə eləsin deyə heç bir maşına mindirmədən təxminən beş kilometr yolu çiyinlərində aparırdılar. Zülfüqar üstü Azərbaycanın üç rəngli bayrağları ilə örtülmüş və şəhidlik rəmzi olan yüzlərlə qırmızı qərənfillərlə əhatə olunmuş generalın tabutuna girmişdi və başqa tabuta girənlər tez-tez bir-birini əvəz eləsə də, o, kimsəni onu əvəz eləməyə qoymur və cürbəcür telekanallardan gəlmiş televiziya işçilərinin onlarla kamerasının o istiqamətə yönəldiyinə baxmayaraq başını tamamilə yuxarı qaldırmır, olduqca pərişan halda çiynini deyil, qəlbini son dərəcə ağrıdan tabutu daşımaqda davam edirdi.

 Ondan bir az irəlidə, yəni tabutun önündə generalın iri fotoşəklini aparırdılar və olduqca yanıqlı avaza malik din xadimi müqəddəs Qurani-Kərimin Uca Allahın Zatı və Sifətlərini bildirən adlarından birini, eyni zamanda Onun intəhasız qüdrətini, bacarığını, elmini və intəhasız bağışlayan olduğunu ifadə edən məhşur “Ər-Rəhman” surəsini oxuyurdu.  

 Generalı təxminən saat dörd tamamda “Şəhidlər Xiyabanı”nda dəfn elədilər və məzarının üstünə minlərlə qərənfil düzdülər.

 Bundan sonra izdiham dağıldı və generalın evinə, daha doğrusu hüzür mərasimindən ötrü iri həyətində qurulmuş çadıra əsasən hərbiçilər və yüksək vəzifəli dövlət məmurları yığışdı.

 Əslində daim bir qədər utancaqlığı ilə fərqlənən Zülfüqar indi onların arasında tamamilə sıxılmırdı, çünki o qədər pərişan idi ki, sıxılmaq fərqində deyildi. Əslində onun burda sıxılmağına bir əsas da yox idi, çünki nə yüksək rütbəli generallar, nə yalnız televizor kanalları vasitəsilə izlədiyi yüksək rütbəli dövlət məmurları özlərini tamamilə yuxarıdan tutmurdular. Onlar da Zülfüqarın bu yaşa qədər gördüyü insanlar kimi sadə idilər. Lakin gözlər ona dikilərkən indiyə qədər sıxılan Zülfüqar, indiki halda onların əksəriyyətinin verdiyi suallara qətiyyən sıxılmadan cavab verirdi. Düzdü, bu sulları artıq ona informassiya vasitələri, teleşurnalistlər, qəzet müxbirləri lazımınca vermişdilər, lakin Zülfüqar generalların, eyni zamanda yüksək rüttbəli dövlət məmurlarının suallarına da cavab verməyi özünə borc bilirdi. Bunun isə çox mühüm bir səbəbi var idi. Zülfüqarın fikrincə Camalzadəni güllələyən alçaq polkovnik ermənilərin yaratdığı hansısa terror təşkilatının üzvü idi və bu təşkilat hələ bundan sonra çoxlu terrorlar, suiqəsdlər törədə, əhalini cürbəcür üsullarla zəhərləyə bilərdi. Lakin bu hamısı deyildi, Zülfüqar  çox yaxşı bilirdi ki, Maqsud, general Camalzadənin xüsusi seyfindən quru qoşunlarının hərbi sirrlərinin yazıldığı yaddaş kartını oğurlayıb və üzvü olduğu təşkilata ötürmək istəyib, lakin flaykard parolla olduğuna görə internet vasitəsilə bunu eləyə bilməyib. Yaddaş kartını isə düşmənə çatdırmağa imkanı olmayıb, odur ki, flyaşkard onun evindən, gizli bir yerdən aşkar edilib götürülərək yerinə qaytarılıb. Lakin Zülfüqara görə bunu hamı bilməli idi və bununla təkcə MTN və yaxud polis mübarizə aparmamalıdır, bununla bütün xalq, ələlxüsus yüksək rütbəli zabitlər, dövlət işində işləyən yüksək rütbəli məmurlar mübarizə apararaq bunun qarşısını hökmən almalıdılar. Yoxsa Azərbaycanın müstəqilliyi zaman-zaman əldən gedərdi və bir müddət sonra ümumiyyətlə Azərbaycan xalqının varlığı belə sual altında qalardı.

 Odur ki, o, verilən bütün suallara, bunlar demək olar ki, bir-birinin təkrarı olsa da dəqiqliklə cavab verir və bilavasitə generalın xain Maqsud tərəfindən necə öldürüldüyünü, ondan tapançanı necə aldığını, başının onun tərəfindən hansı şəkildə yaralandığını, sonra onu tapançanın arxası ilə vurub bayıltdığını təkrar-təkrar nəql etməkdən yorulmurdu.

     Din xadimi Uca Allahın insanı, daha doğrusu ilk insan və peyğəmbər Həzrəti Adəm əleyhəssalamı torpaqdan xəlq elədiyindən, ondan sonrakı insanları isə qan laxtasından yaratdığından, torpağın tərkibi ilə həmin qan laxtasındakı mikro elementlərin eyni olmağından, eyni zamanda Uca Yaradanın Həzrəti Adəm əleyhəssalamı yaratdığı süzülən torpağın, yəni indili dillə desək lilin və yaxud torpağın altındakı gilin bəşəriyyətin sağlamlığı üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyindən söhbət açırdı.

 O, deyirdi:

-Müqəddəs Qurani-Kərimin ilk beş ayəsi 1453 il bundan qabaq sevgili Peyğəmbərimiz Həzrəti Muhəmməd əleyhəssalatu vəssəlləmə Hirə mağarasında nazil olub. Həzrəti Muhəmməd əleyhəssalatu vəssəlləm tez-tez, özü də axşamlar tək olan Allaha səcdə eləməkdən ötrü bura gəlirdi. O zaman ərəblər, elə onun qohumları da hamısı bütpərəst idi. Lakin Peyğəmbərimiz Uca Allah tərəfindən seçildiyindən O, Allahın gözə görünməz, tək, hər şeyə qadir və Haqq olduğunu çox gözəl dərk eləyirdi və bu səbəbdən də kimsə Ona mane olmasın deyə Məkkə şəhərindən hər axşam beş kilometr yol qət edib bura gələr, alnını yerə qoyub Uca Allaha səcdə edərdi. Həmin axşam yenə gəldi Peyğəmbərimiz və birdən bütün mağaranın olduqca güclü işıqla işıqlandığını gördü. Peyğəmbəri heyrət bürüdü və bu zaman ağsaqqal görkəmində nurlu bir simanı qarşısında, daha doğrusu işığın içində gördü. Peyğəmbər ha tərəfə baxdısa Onu gördü.

 Bəli, bu Həzrəti Muhəmməd əleyhəssalaru vəssəlləmə Uca Allah tərəfindən peyğəmbərlik verilən gün idi və Uca Yaradan insanı bir qətlə qan laxtasından yaratdığını, eyni zamanda Özünün əzəmət, kərəm sahibi olduğunu, bundan əlavə insana qələmlə yazmağı  və bilmədiklərini öyrətdiyini bəyan edirdi!

 Baxın, embralogiya elmi yalnız 1973-cü ildə insanın ana bətnində bir qətrə qan laxtasından yarandığını kəşf edib, lakin Uca Allah müqəddəs Qurani-Kərimdə bunu 1453 il bundan qabaq bunu bəyan eləyib. Uca Yaradan həm də müqəddəs Qurani-Kərimdə dəfələrlə ilk insanı torpağdan yaratdığını bəyan edir. Dünya alimləri subut eləmişlər ki, torpağın qaymağı hesab edilən lil, eyni zamanda gil yuxarıda dediyim kimi insan həyatı üçün çox dəyərlidir. Məsələn batağlığlara nəzər yetirək. Əslində hamının batağlığlardan zəhləsi gedir və sual meydana çıxır?! Malyariya ağcaqanadları ilə dolu və içinə düşəni kamına çəkən bu batağlığlar axı nəyə lazımdır?! Lakin bu belə deyil, tamamilə belə deyil. Çünki bu batağlığlar havadakı radiyassiyanı özünə çəkərək havanın təmizlənməsinə səbəb olur. Yəni torpağda sanki bir maqnit xüsusuyyəti vardır. Şübhəsiz ki, hər şeyə düzgün nizam verən və nizam verməkdə tamamilə xətası olmayan Uca Allah Öz intəhasız qüdrəti, elmi ilə buna da belə nizam vermişdir. Bütün bunlar həm də Uca Allahın varlığına təkzibedilməz subutdur. Baxın, insan torpağdan yaranıb və torpağa da gedir və zaman keçdikcə çürüyüb torpağa qarışır. Bax budur həyatımızın vizit kartı! Biz öncə bunu bilməliyik! Buna görə də Uca Allahı heç vaxt unutmamamlı, onun qoyduğu yolla yaşamalı, onun qadağan elədiyi şeylərdən çəkinməliyik! İndi isə mərhumun ruhuna bir salavat verək! Allahun məsəlli əla Muhəmmədin və ali Muhəmməd! Allah qəni-qəni rəhmət eləsin!

  Hüzür mərasimi axşam təxminən səkkiz tamamda bitdi, sabah da generalın üçü olacağına görə general Balaş Dünyamalıyev çadırı sökdürmədi və çadır quranların, ümumiyyətlə hüzür mərasimində çalışanların haqqını verib, bir də general dostuna rəhmət oxuyaraq çıxıb getdi. Zülfüqar isə general Camalzadənin həyat yoldaşı Pakizə xanıma və artıq Biləsuvardan gətirilmiş anasına başsağlığı vermədən və ümumiyyətlə onları görmədən getmək istəmirdi. Odur ki, ehtiyatla qapısı hələ də açıq olan evə keçdi.

 Həm Pakizə xanım, həm də Camalzadənin anası yerdə, bir xalçanın üstə oturub bayatılar üstündə ağı deyirdilər:

 

                              Dünya viranə gedir,

                              Gör kim xəzanə gedir.

                              Qoca durur torpaqda,

                              Gənc qəbirstana gedir.

 

                              Sən ölməmişdən qabaq,

                              Yavrum, kaş mən öləydim.

                              Bir ana olanacan,

                              Qara bir daş olaydım!

 

                              Bu dünya yalan imiş,

                              Üstü dolu qan imiş,

                              Mənim günahsız yavrum,

                              Qanına qəltan imiş.

 

                               

 

 

 Onlar ağını oxuduqca Zülfüqarın özündən asılı olmayaraq gözlərindən yaşlar tökülürdü.

 Bayaqdan hüzürə gələn qadınlar çox olmuşdu, lakin onların əksəriyyəti artıq çıxıb getmişdi və içəridə Pakizə xanımgildən başqa olduqca kövrək səslə mərsiyə deyən beş nəfər qadın qalmışdı. Pakizə xanımın şəhid qardaşının qızı Səma isə bayaqdan əldə-ayaqda olmuşdu, odur ki, çox yorulduğundan bir tərəfdə oturub qəmli-qəmli ağı deyən anasına generalın anası Gülxanım nənəyə, eyni zamanda mərsiyə oxuyan qadınlara baxaraq Qarabağda şəhid olan atasını xatırlayıb ağlayırdı və mərsiyə bitən kimi üzünü bu tərəfə çevirdiyindən hələ də qapıda duran Zülfüqarı gördü və dərhal ayağa qalxıb gözlərinin yaşını silərək onun nə məqsədlə bura gəldiyini maraq etdi? Zülfüqar isə ona ani nəzər salıb Pakizə xanıma və Gülxanım nənəyə tərəf baxdı. Onlar da öz növbələrindən onu görən kimi nəzərlərini ona dikdilər. Zülfüqar sanki generalın ölümündə günahkar adam kimi başını aşağı salıb güclə eşidiləcək səslə dilləndi:

-Allah rəhmət eləsin! Allah səbr versin! Axır qəminiz olsun!

 Sonra o üzünü Pakizə xanıma tutdu:

-Pakizə xanım, vallah heç bilmirəm necə deyim?! Rəhmətlik general ölməmişdən qabaq bilmirəm nəyə görəsə sizi mənə, məni də Allaha tapşırdı. O, bu bir il müddətində çox yaxşılıqlar eləyib! Bu səbəbdən də onun vəsiyyətinə əməl eləmək mənim borcumdur!  Odur ki, nə çətinliyiniz olsa, çox xahiş eləyirəm, mənə müraciət eləyin! Əlbəttə, mənim pulum yoxdur, amma bir qardaş kimi daim qulluğunuzda duracam! Xahiş edirəm məni bu savabdan məhrum eləməyin Pakizə xanım! Çünki hansı bir işdən ötrü mənə yox, başqasına müraciət eləsəz, bu mənə çox ağır təsir eləyər!

 Pakizə xanım adi danışıqdan çox naləyə bənzər səslə dilləndi:

-Çox sağ ol Zülfüqar! O rəhmətlik də səndən çox razı idi, mən də səndən həmişə razı olmuşam, həqiqətən də səni həmişə öz qardaşım bilmşəm! Ona görə də heç narahat olma! Bir sıxıntımız olsa hökmən sənə zəng vuracağam!

 Gülxanım nənə iniltili bir səslə onun sözünə əlavə etdi:

-Allah səni əskik eləməsin övlad! Allah səni qorusun! Allah ölənlərinə rəhmət eləsin! Mən bilirəm ki, sənin imkanın olsaydı, sinəni irəli verərdin ki, mənim oğlum ölməsin! Bunu da bilirəm ki, özünü təhlükəyə atıb qatili yaxalamısan! Hətta onunla əlbəyaxa olanda başından yara da almısan! Allah köməyin olsun oğlum!

 Zülfüqar yaxınlaşaraq əyilib Gülxanım nənənin əlindən öpdü və daha bir söz demədən gözləri yaşarmış halda oranı tərk etdi.

 

              TERROR TƏŞKİLATI

 Gülnaz, Şəfəqi zəhərləyəndən sonra Şəfəq olduqca ağır zəhərləndiyi üçün təxminən ay yarım xəstəxanada müalicə aldı və nəhayət əməlli-başlı sağalıb ayağa durdu. O, bu müddət ərzində xeyli arıqlasa və həmişə sağlam görünən çöhrəsi solğun görünsə də, zaman keçdikcə, həkimlərin məsləhəti ilə qəbul elədiyi qidalarla, eyni zamanda vitamin iynələrilə sağlamlığı özünə qayıdır, əvvəlki enerjisi tədricən bərpa olunur, solğun çöhrəsi yavaş-yavaş yenə də öz rəngini almağa başlayırdı. Şəfəq hələlik idmanla məşğul olmasa da, evdə dərslərinə yaxşı hazırlaşdığı üçün növbəti imtahan sesiyası zamanı yenə həmişəki kimi qiymət kitabçasını əla qiymətlərlə doldurmağa başlamışdı.

 Şəfəqin zəhərlənməsindən artıq aylar keçmişdi və bu gün o, Bakı Dövlət Univürsetində növbəti imtahan sesiyasında sonuncu imtahandan əla qiymət alıb sevinc içində universitet binasından çıxmışdı.  Universitetdən evlərinə qədər maşınla on dəqiqəlik, piyada isə təxminən qırx dəqiqəlik yol idi. Həkimlər ona bir neçə ay zəhərlənməsi ilə əlaqədar təmiz havada çox olmasını tövsiyə etdiklərinə və ümumiyyətlə özünün piyada gəzməyə çox həvəsi olduğundan əksər hallarda qardaşı Oqtaya zəng edib dərsin və yaxud imtahanın bitdiyini demir, nə də hansısa bir marşurut avtobusuna və ya taksiyə minməyərək təxminən dörd kilometr yolu pay-piyada qət eləyirdi.

 İndi də o, gözəl çöhrəsinə yaraşan təbəssümlə  vaxtilə Azərbaycana müstəqqilik qazandırmaqdan ötrü min əziyyətlər çəkmiş insanlardan biri Məhəmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə yaradılan universitetdən çıxıb iri prospeklərin, enli və dar küçələrin səkilərilə pay-piyada evlərinə tərəf üz tutdu.

 Şəfəq təxminən on dəqiqə idi ki, qoynunda doğulub boya-başa çatdığı, həddindən artıq çox sevdiyi dünyanın ən gözəl şəhərlərindən biri Bakının ona çox doğma olan küçələri ilə gedirdi və ona elə gəldi ki, arxasınca bir minik maşını gəlir. Şəfəq buna əmin olmaqdan ötrü qəfildən dayanıb muğam müsabiqəsində “Qran-Pri” mükafatına layiq görülən gənc muğam ifaçısının konsert-afişasına tamaşa elədi və afişaya baxa-baxa çantasından kiçik güzgü çıxarıb önünə tutaraq həmin maşının ha tərəfə gedəcəyini və yaxud dayanacağını müşahidə eləməyə başladı. Minik maşını onun yanından keçib bir az irəlidə saxladı və bu zaman Şəfəqə yüz faiz məlum oldu ki, həmin minik maşını onu güdür. Söz yox ki, Şəfəq çox gözəl, öz də gənc qız idi və bunu sadəcə olaraq hansısa bir kişinin və ya gəncin şorgözlüyü kimi qəbul elədi. Odur ki, bir qədər əsəbi halda başını bulayıb yoluna davam elədi. Lakin bir qədər sonra minik maşınının arxasınca kölgə kimi sürünə-sürünə gəldiyini və ondan əl çəkmədiyini görüb qarşıdakı “Super-market”ə girdi. Həmin dükanda bir qədər var-gəl eləyib yüngülvari şeylər alıb çantasına qoydu və dükanın bayıra baxan iri pəncərələrindən minik maşınının yaxınlığda dayandığını gördü. Bu onu bir qədər hövsələdən çıxarsa da, yenə səbrini basıb sakit addımlarla dükandan çıxaraq yoluna davam elədi.

 Şəfəq bir qədər də gedib yolu nisbətən qısaltmaqdan ötrü dalana bənzər başıaçıq bir küçəyə daxil oldu. Bura çox sakit bir yer idi və Şəfəq artıq arxayın idi ki, minik maşını bu dar küçədə hərəkət eləyə bilmədiyinə görə maşındakı avara onu daha izləməyəcək. Lakin dar küçə ilə bir qədər gedəndən sonra səhv elədiyini anladı. Arxadan addım səsləri gəlirdi, kimsə iti addımlarla bu sukunət hökm sürən dar küçə boyu onun arxasınca gəlirdi.  

Şəfəq ayaq saxlayıb dönüb baxdı. Bu canlı-cüssəli, hündürboy, kürən adam idi. Şəfəq qəzəblə ona nəzər salıb geriyə çevrilərkən kürən artıq hazır tutduğu tapançanın lüləsini onun gicgahına söykədi:

-Düş qabağıma! Mənimlə gedəcəksən! Əgər cınqırını çıxartsan, səkkiz güllənin hamısını gicgahına boşaldacağam!

 Söz yox ki, Şəfəqi də başqa zərif qızlar kimi ürkək hesab eləyən kürən onun kifayət qədər nəaliyyətləri olan bir idmançı olduğunu bilmirdi, odur ki, qızın qorxub vahimələnəcəyini və dərhal səsini çıxarmadan onun qabağına düşəcəyini düşünürdü.

 Kürən, Şəfəqin gicgahına tapança lüləsini söykəməmişdən beş-altı saniyə keçməmişdi ki, aşağı küçədən polis maşının sirenası gəldi. Əslində həmin maşındakı polislərin bu başıaçıq küçədə kürənin nə törətdiyindən qətiyyən xəbərləri yox idi, onlar bir qızın əğlindən bahalı mobil telefonunu alıb qaçan avaranı yaxalamaqdan ötrü sirena verirdilər. Lakin kürən bir an bunun onunla bağlı olduğunu düşünüb diksindi və özündən asılı olmayaraq tapançanın lüləsini bir qədər aşağı saldı. Şəfəqə isə elə bu lazım idi, belə ki, lazım gələrsə bəbirdən daha cəld olan bu qız, zaman kəsiyində vurub tapançanı onun əlindən saldı və çəkilərinin arasında xeyli fərq olmasına baxmayaraq əla bir dzyudo fəndi işlədərək onu yerə yıxaraq ağrıdoğurucu fəndə salmaq istədi. Lakin kürən çəkisi ondan iki dəfə ağır olan bir erkək xaylağı idi, odur ki, olduqca çətinliklə də olsa Şəfəqin əlindən qurtulub ayağa dura bildi. Bundan sonra onlar savaşmağa başladılar və bu savaş təxminən dir dəqiqə çəkdi, belə ki, kürən Şəfəqin olduqca güclü yumruqlarına tab gətirə bilməyib qaçmağa üz qoydu. Şəfəq başıaçıq küçədən çıxıb bir qədər onun arxasıyca yüyürsə də, istər-istəməz hələ əvvəlki enerjisinin bərpa olunmadığından və artıq xeyli müddətdir idmanla məşğul olmadığından özündə həddindən artıq yorğunluq hiss eləyib dayandı. Kürən isə qaça-qaça bayaqdan onu gəzdirən maşına mindi və Şəfəq yalnız indi həmin minik maşınını başqa birisinin idarə etdiyini gördü.

 Maşın sürətlə uzaqlaşdı, Şəfəq isə həddindən artıq əsəbləşdiyi üçün onun nömrəsini götürməyi unutdu.

 Bir qədər sonra o, başıaçıq küçəyə qayıdıb həm yerə düşmüş çantasını, həm də çantasından salafan kisəcik çıxarıb kürənin əlindən vurub salmış tapançanı götürdü və bir qədər tapançaya tamaşa eləyib onu çantasına qoyaraq yola düzəldi.

     Bir saatdan sonra Şəfəq və atası Daşdəmir, Sübhan Poladovun kabinetində idilər. Poladov, Şəfəqi diqqətlə dinləyəndən sonra, qızın  kürəni tərksilah edib aldığı tapançanı gözdən keçirdərək, əl izlərini götürməkdən ötrü isti silahı salafan kisəciyin içinə salıb ekspertlərə yolladı, sonra isə onlarla birlikdə cinayətkarların fotorobotu müəyyənlişdirilən otağa keçib, bu işin ustasını çağırdı. Həmin adam dərhal kompyüter proqramı vasitəsilə ekrana cürbəcür sifətlər gətirdi. Bu minvalla da təxminən on beş dəqiqə keçdi və nəhayət kürənin fotorobotu müəyyənləşdi. Poladov da dərhal öz növbəsində onu özünün planşetinə köçürdüb üzünü Şəfəqə tutdu:

-Narahat olma qızım, necə ki, səni zəhərləyəni tez bir zaman içində tutduq,  inşallah tezliklə o monyakı yaxalayacağıq və ona lazımi cəzalar verəcəyik!

 Bundan sonra Şəfəqlə atası Daşdəmir xudahafizləşib Cinayət Axtarışları Şöbəsini tərk etdilər.

 

          

                                             * * *

 

 General Camal Camalzadənin xəyanət nəticəsində öldürülməsindən təxminən bir ay keçmişdi və Zülfüqar, general Camalzadə faciəvi şəkildə vəfat eləyəndən sonra özü öz xahişi ilə işdən azad edildiyi üçün o zamandan bəri işsiz idi.  Özü də generalın ölümü ona o qədər təsir eləmişdi ki, nədənsə hələ də iş axtarmaq fikrində deyildi, əslində isə polis sıralarında  çalışmaq arzusu qəlbində güclü şəkildə baş qaldırdığından başqa bir yerdə işləmək onun marağında deyildi. Zülfüqar bunu həm də ona görə istəyirdi ki, doğma vətəninin daxilində gizli yollarla Azərbaycan dövlətinə, müstəqilliyinə zərər vermək, xalqın rahat yaşamağına hər vəhclə mane olmaq istəyən düşmənlərlə mübarizə aparsın! Amma o, buna görə kiməsə ağız açmağı kimdənsə bunu xahiş eləməyi özünə sığışdırmırdı. Baxmayaraq ki, o il yarım cəbhədə əsl igidliklər göstərərək idarə etdiyi tankla düşmən üzərinə yeriyərək əsgər dostları ilə birlikdə onlarla düşməni məhv eləsə də, bəzən tankı saxlayıb çıxaraq əlinə avtomat silah götürüb kol dibində gizlənən düşmənlərlə atışmağa başlayan zaman, əksər hallarda gülləsi boşa getməyib hədəfə dəysə də, bəzən isə azğın düşmənlə əlbəyaxa döyüşə girəndə təkbaşına ən azı dörd düşmənin öhdəsindən gələrək onları öz iti süngüsünün öldürücü zərbələrinə qonaq eləsə də və məhz bu cür igidliklər göstərdiyinə görə rəhbərlik tərəfindən orden-medallarla təltif olunsa da, yenə də polis sıralarına üzv olmaqdan ötrü kiməsə müraciət eləməyə utanır, elə bu səbəbdən də hələ ki, yalnız xəyallarında əynində polis mundiri daşırayaq yağı düşmənlə mübarizə aparırdı. Odur ki, fikrini dağıtmaqdan ötrü səhər bacısı Dürdanə evlərinin üç yüz metrliyində yerləşən sanatoruyaya işləməyə gedəndən sonra geyinib evdən çıxaraq şəhərə yollanır, əksər hallarda dənizkənarı parkda dənizə tamaşa eləyə-eləyə gəzib dolaşırdı.

 Bu gün də belə idi. O, səhər təxminən doqquz tamamda bağ evindən çıxmış, təxminən bir saatdan sonra şəhərə çatmış və Nizami metrosunun yanında marşurut avrobusundan düşərək uzun prospekt boyu addımlaya-addımlaya dənizkənarı parka tərəf üz götürmüşdü. Lakin bu dəfə Füzuli meydanından enli küçə ilə o biri səkiyə keçmək istərkən, iri bir minik maşını onun qarşısında saxladı. Zülfüqar maşının içinə baxıb Sübhan Poladovu gördü. O, əli ilə Zülfüqara,”-Maşına otur”,-deyə işarə elədi. Poladov arxada oturmuşdu, qabaqda isə sürücünün yanında təxminən elə Zülfüqar yaşda, boy-buxunda da ondan geri qalmayan bir polis leytnantı oturmuşdu. Sürücü özü də polis mundirində idi və Zülfüqar arxa qapını açıb Poladovun yanında əyləşdi. Poladov o maşına əyləşən kimi sürücüyə,-“Sür”,-göstərişi verdi.

 Poladov, o maşına oturandan sonra bir neçə saniyə ona tərəf deyil, yoldan keçən adamlara nəzər etdi, elə sonra da onlardan gözünü ayırmadan əlini qabaqda oturan yaraşıqlı leytnanta tərəf uzatdı:

-Tanış ol, bu mənim oğlumdur, Nəcməddin! Polis akademiyasını təzəcə bitirib! Artıq iki aydır mənim yanımdadır!

 Nəcməddin başını çevirib Zülfüqara baxıb gülümsədi. Zülfüqar da öz növbəsində onun təbəssümünü təbəssümlə qarşıladı:

-Məmmun oldum! Sözün düzü Sübhan müəllim, bir oğlunuz olduğunu bilmirdim.

 Poladov gözünü yoldan ayırmadan dilləndi:

-İyirmi dörd yaşı var. Orta məktəbi yaxşı qiymətlərlə bitirmişdi, həm də boksla məşğul olub. Nəaliyyətləri də var. Odur ki, hərbi xidmətdən qayıdandan sonra mənim təklifimlə polis akademiyasına daxil olmaqdan ötrü imtahan verdi və əla qiymətlər aldı. Oranı da elə əla qiymətlərlə bitirib!

 Əslində Nəcməddin, Sübhan Poladovun öz oğlu deyildi. Nəcməddin hələ lap körpə ikən valideynlərini itirmişdi və onu həl ağlı tamamilə kəsmədiyi bir vaxt uzaq qohumları gətirib uşaq evinə vermişdilər. On dörd yaşına qədər uşaq evində böyümüşdü. O zaman uşaq evində Nəcməddinin ən yaxın dostu, doğma qardaşı kimi sevdiyi Cəfərin müəmmalı şəkildə ölümü ilə bağlı Sübhan Poladov  ora gəlmiş və məhz Nəcməddinin köməyi ilə qatili, daha doğrusu Cəfərin ölümünə fitva verən fizika müəlliməsini həbsə almışdı. Fizika müəlliməsi həbsə alınmamışdan qabaq isə iz qalmasın deyə Cəfəri öldürən adamı artıq zəhərləyib öldürmüşdü. Fizika müəlliməsinin on dörd yaşlı Cəfəri öldürtdürməsinin səbəbi isə bu idi ki, Gülşən uşaq evinin direktoru Talıb müəllimin arvadı idi. Talıb müəllimin isə övladı olmamışdı və Cəfər də çox ağıllı, istedadlı və tərbiyəli bir uşaq olduğöu üçün Talıb müəllim onu övladlığa götürmək fikrində idi. Gülşən isə yaşı ötmüş Talıb müəllimin malikanəsinin və varidatının yeganə varisi olmaqdan ötrü on dörd yaşlı günahsız Cəfərin faciəli şəkildə qətlinə  fərman vermişdi. Daha doğrusu idman müəllimi Sabir müəllim Cəfəri hamıdan xəbərsiz tavandan, boğazından asmışdı və elə bir fikir formalaşdırmaq istəmişdi ki, guya Cəfər intihar eləyib. Lakin Sübhan Poladovun sayıqlığı nəticində cinayətin üstü açılmış və buna fitva verən Gülşən həbsə alınmışdı. Sabir müəllim isə yuxarıda qeyd edildiyi kimi artıq Gülşən tərəfindən zəhərlənib öldürülmüşdü. Məsələ burasında idi ki, Nəcməddin cəmisi on dörd yaşı olmasına baxmayaraq dostunun qatilini tapmaqdan ötrü cinayətin üstünün açılmasında Sübhan Poladova yardımçı olmuşdu. Məhz buna görə də bir müddət sonra Sübhan Poladov Nəcməddini övladlığa götürmüşdü.  

 O zamandan bəri də savadda, zirəklikdə, istedadda dostu Cəfərdən geri qalmayan Nəcməddin artıq ata dediyi Poladovun himayəsində xoşbəxt bir həyat sürürdü.

 Sübhan Poladova gəlincə isə o cavan vaxtlarında cəmisi doqquz ay evlilik həyatı sürmüşdü və çox sevdiyi qızı evinə gəlin gətirəndən doqquz ay sonra o Lənkəranda ezamiyyətdə olarkən  gəlin hamilə olduğu üçün sancısı tutduğundan onu qonşular doğum evinə aparırlar. Burda işləyən tibb işçiləri isə pul almadan heç bir qadına baxmırlarmış. Elə bu səbəbdən də tibbi yardımsız qalan gəlin uşağı doğarkən elə uşaqla birlikdə  dünyasını dəyişmişdi. Bundan bir qədər sonra xəbər tutan Poladov başına gələn bu faciə ilə əlaqədar bundan sonra həmin doğum evinin rüşvətxor işçilərini həbsə almış və heç vaxt evlənməyəcəyinə qərar vermişdi. 

 Oğlu Nəcməddini Zülfüqarla tanış eləyəndən sonra da Poladov gözünü yoldan tamamilə çəkmirdi və söhbət eləyəndə də yalnız yola baxırdı. Zülfüqar çox gözəl hiss eləmişdi ki, o, hansısa bir cinayətkarın axtarışındadır.

 Bu minvalla yenə dəqiqələr keçdi və bir neçə dəqiqəlik sukurtdan sonra Poladov sağ əlini yenə Zülfüqarın çiyninə toxundurdu:

-General Camalzadə dünyasını dəyişəndən sonra sənin öz xahişinlə işdən azad olunduğunu bilirəm! O vaxtdan təxminən bir ay keçib. Belə görünür ki, hələ də işsizsən! Şübhə eləmirəm ki, bu bacınla sənin dolanacağınıza öz təsirini göstərib, baxmayaraq ki, dəniz kənarındakı sanatoriyada tibb bacısı vəzifəsində çalışır.

 Zülfüqar ona maddım-maddım baxırdı və düşünürdü ki, bunda çox güclü vergi var ki, bütün bunlardan xəbəri var.

 Poladov isə yenə ona tərəf baxmadan sözünə davam elədi:

-Təəcübləmirsən, hə? Amma buna bir əsas yox! Məndə heç bir telepatiya yoxdur! Mən sadəcə olaraq generalı vəfat eləyənə qədər gəzdirən maşını başqa bir adamın idarə elədiyini artıq iki dəfə şəhərdə görmüşəm. İndi o maşın başqa bir generalı gəzdirir. Əlbəttə həmin generalın adı, famili məni o qədər də maraqlandırmır. Amma sənin daha həmin maşını sürmədiyini görüb, sənin haqqında general Balaş Dünyamalıyevdən soruşdum, o da mənə dedi ki, sən işdən çıxmısan! Bacının sanatoriyada işləməyini bir neçə ay mən Paşa müəllimdən görüşüb ondan qızı Nəzrinin səhhəti barəsində soruşanda o mənə demişdi. Odur ki, mən zəng vurub həmin sanatoriiya ilə əlaqə saxladım. Ordan mənə dedilər ki, bacın hələ də orda tibb bacısı vəzifəsində çalışır, vəssalam!

 Poladov ani olaraq ona nəzər yenə maşın getdikcə küçələrdən keçən adamları diqqətlə müşahidə eləməyə başladı, lakin bununla belə söhbətinə ara vermədi:

-Yaxşı bilirəm ki, cəbhədə igidliklər göstərmisən və bir ay bundan qabaq  general Camalzadəyə qəfil güllə atan əlsində erməni olan, lakin azərbaycanlı qiyafəsinə girmiş o saxta pölkovniki tərksilah eləmisən və başından yara almağına baxmayaraq, onu bizim şöbədən olan operativ qrupa təhvil vermək üçün vurub bayıldaraq sarımısan!

Zülfüqar heyrət içində soruşdu:

-Polkovnik Maqsud Maqsudzadə erməni imiş?

 Poladov ona baxmadan başını tərpətdi:

-Hə! Əsil adı Sirendir. Nersesyan Suren Avanesoviç. Şuşada doğulub böyüyüb. Buna görə də azərbaycan dilində, özü də Qarabağ ləhcəsində səlist danışırmış. 1988-ci ildə Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara qarşı qətlyamlar törətməyə başlayanda onun hələ on beş yaşı var imiş və atası onu hərbi məktəbdə oxumaqdan ötrü Rusiyaya göndərir. Orda o dörd illik hərbi məktəbdə oxuyur və məktəbi əla qiymətlərlə bitirir. Onun əla qiymətlərə hərbi məktəbi bitirməsi Azərbaycana və Türkiyəyə qarşı yaradılmış terror təşkilatı “Şaum”un başçılarının diqqətini cəlb edir. Onlar onunla Soçi şəhərində görüşürlər və onun Azərbaycan dilində səlist danışığını bilib, onu özlərinin təşkil etdiyi cəsusluq kursuna göndərirlər. O, iki il orda cəsusluq öyrənir, bundan sonra onu yenidən Rusiyaya ezam edirlər və o, bir müddət Rusiyanın cürbəcür şəhərlərində artıq azərbaycanlı adı altında hərbi zabit kimi fəaliyyət göstərir. Bir il bundan qabaq məzuniyyəti vaxtı Bakıya gəlir və nazirliyə gedərək özünü vətənpərvər kimi qələmə verib artıq bir zabit kimi xidmətni Azərbaycanda davam etdirmək istədiyini bildirir. Söz yox ki, təmiz Azərbaycan dilində və Qarabağ ləhcəsində danışa bilməsi kimsədə onun cəsus bir erməni olduğu barədə şübhə oyatmır. Orda da onun Rusiyada bu işə baxan ermənilər, daha doğrusu Rusiyadakı “Şaum Terror Təşkilatı”nın üzvüləri tərəfindən tərtib edilmiş sənədlərini, yəni hərbi biletini, şəxsiyyət vəsiqəsini  yoxlayıb onların Rusiya Dövlətinin möhürü vurulmuş sənədlərinin saxta olmadığını yəqin edirlər və onu bir hərbi mütəxəssis kimi Bakıdakı hərbi müəssələrdən birinə işləməyə dəvət eləyirlər. “Şaum Terror Təşkilatı”nın ondan tələbi isə bu idi; O, bacardığı qədər Azərbaycanın hərbi sirrlərini əldə etməli və həmin təşkilata internet vasitəsilə xüsusi kodlarla ötürməli idi. Lakin düz bir il o, buna heç cürə imkan tapa bilmir. “Şaum Terror Təşkilatı” isə onunla gizli əlaqə saxlayaraq bunu tezliklə yerinə yetirməyi ondan tələb edirdi. Bunun isə səbəbi son zamanlar cəbhədə Azərbaycan ordusunun erməni ordusuna üstün gəlməsi idi. Ermənilər zor gücünə işğal etdikləri torpaqları itirməkdən qorxurdular, odur ki, Azərbaycanın hərbi sirrlərini öyrənmək və savaş zamanı bundan istifadə edərək guya Azərbaycan ordusunu yenidən əzmək istəyirdilər. Odur ki, ona onların tələbini ləngimədən yerinə yertirməyi əmr edirdilər! Nəhayət o, bir ay bundan qabaq həmin müəssisədə növbətçi olduğu zaman tabeliyində olan leytnantların başını bir vasititə ilə qataraq general Camal Camalzadənin otağındakı kameranı söndürür və seyfi açıb ordan quru qoşunlarının hərbi sirrlərinin saxlandığı flyaşkardı götürür, lakin sirrləri terror təşkilatına ötürmək ona qismət olmur, çünki sirrlər xüsusi bir parolla idi və bu parolu yalnız general Camalzadə özü bilirdi. Seyfin şifrələrini isə o, həmin otaqda ikən Camalzadə seyfi açarkən xəlvəti planşetinə köçürdüyünə görə bilirdi. Lakin o flyaşkardı öz kiçik kompyüterində işə sala bilmədiyindən cibinə qoyaraq seyfi bağlayır və səhər tezdən növbəni təhvil verib onu yaşadığı mənzilə aparır. Burda o, terror təşkilatı ilə əlaqə saxlayıb flyaşkardı götürdüyünü yalnız onun açılmadığını məlumat verir. Onlar ona cürbəcür şifrələr göndərirlər ki, onu aça biulsin. Lakin flyaşkarddakı sirrlər Azərbaycanın özündə olduqca güclü kompyüter proqramçıları tərəfindən tərtib olunmuş çox güclü proqram əsasında qıfıllandığına görə terror təşkilatının göndərdiyi şifrələr də heç bir şeyə yaramır. Sonrası isə sənə yaxşı məlumdur. Amma bir məsələ var ki, Nersesyan Suren Avanesoviç bütün bunları etiraf eləyəndən sonra bimirəm nə sirrdisə, canı çıxdı?! Yəni birdən-birə göyərib gəbərdi. Elə buna görə də nə qədər sirri goruna apardı. Onun mobil telefonunda isə gözə gələn heç nə yox idi. Söz yox ki, tək terror təşkilatlarının üzvüləri deyil, zatən bütün qatı cinayətkarlar mobil aparatlarında nömrə saxlamırlar. Lakin bu hamısı deyil. Məsələn biz həmin  adamların telefon nömrələrini, hardan zəng vurduqlarını çətinlik çəkmədən öyrənə bilərik. Çünki bizim məhz bundan ötrü xüsusi qurğularımız, aparatlarımız var! Lakin onlar əsasən internet vasitəsilə, özü də bir-birinə xüsusi kodlarla mesaj yazaraq əlaqə saxlayırlar. Mobil telefonlarının ekranı isə adətən necə deyərlər bom-boş olur. Buna görə də hələlik həmin terror təşkilatının Azərbaycanda fəaliyyət göstərən başqa üzvüləri haqqında məlumatımız yoxdur. Lakin biz bunu hökmən qaşıyacağıq və onları ələ keçirdib ana yurdumuzda məsgən salmış şeytan yuvalarını dağıdacağıq!

 Züllfüqar, Poladova bayaqkından çox heyrətlə baxırdı və o, danışdıqca tez-tez məmnun-məmnun başını bulayırdı. Nəhayət Poladov sözünü bitirəndən sonra Zülfüqar maraq etdi:

-Sübhan müəllim, axı siz azərbaycanlı qiyafəsinə girmiş ermənidən bütün bunları necə öyrəndiz?

 Poladov gülümsədi:

-Bir stəkan qaynar suya bir çay qaşığı kakao, iki çay qaşığı da şəkər tozu  töküb içdim və gördüm ki, hər şeyi bilirəm!

 Zülfüqar burda yersiz sual verdiyini düşünüb bir qədər pərt oldu, Poladov isə onun pərt olduğunu görüb əlini onun çiyninə qoydu:

-İncimə, zarafat eləyirəm! Məsələ burasındadır ki, o alçaq sənin əllərinlə tutulub bizim şöbənin işçilərinə təhvil veriləndən sonra onu bizim polislər şöbəyə gətirdilər və mən məsələdən artıq hali olduğum üçün dərhal  göstəriş verdim ki, onu dindirmə otağına gətirsinlər. Onu ora gətirdilər və mən ilk növbədə onun görkəminə diqqət yetirdim. Kündəbədən, badımcanburun, başı sanki arxa tərəfdən maili şəkildə boynuna tərəf kəsilmiş iri sifətli biri olduğunu gördüm. Azərbaycanlılar, türklər, ümumiyyətlə müsəlmanlar  heç vaxt bu görkəmdə olmur. Əvvəlcə ona bir-iki sual verib azərbaycanca təmiz danışdığını gördüm. Odur ki, ona belə bir sual verdim;,-Fatəhə verə bilirsən”?

 O, özünü itirib soruşdu:

-Fatəh nədir?

  O, azərbaycanca nə qədər təmiz danışa bilsə də, bütün müsəlmanların dilinə çox rahat yatan “fatəhə” sözünü düzgün ifadə edə bilmədi. Bu da öz növbəsində mənim şübhələrimi daha artırdı.

 Lakin mən onun sualına cavab olaraq;-“Bu bütün müsəlmanların çox vacib olan bir duasıdır”,-dedim.

 O, çiyinlərini çəkdi:

-Mən Rusiyada böyümüşəm, bunu hardan bilim?,-dedi.

 Mən gülümsündüm;-Rusiyada böyümüsən, amma azərbaycanca təmiz danışırsan?!-dedim.

O, dərhal saxta bir vətənpərvər görkəmi aldı:

-Azərbaycan dili mənim doğma dilimdir, vay olsun o adamlara ki, öz ana dillərini bilmirlər,-dedi.

 Bu zaman mən ona dedim:

-Dilin çox səlistdir. Onda Ləİlahəilləllah de görüm!

 O, əvvəlcə çaşıb qaldı, bir qədər sonra isə dedi:

-Lailalailala.

 O, “Allahdan başqa İlah yoxdur” kəlamını deyə bilmədi və mənə yüz faiz məlum oldu ki, bu adam ermənidir. Çünki əgər bir adamın geni əsl azərbaycanlı genidirsə, özü də azərbaycan dilində səlist danışırsa, Uca Allahımn təkliyini, şəriksizliyini ifadə edən bu kəlməni hökmən deyə bilir. Mən bunu altmış yaşıma rəğmən çox müşahidə eləmişəm.

 Odur ki, mən sakitcə ona dedim:

-Sən ermənisən və şübhə eləmirəm ki, “Şaum Terror Təşkilatı”nın üzvüsən. Amma onlar səni azərbaycanlı qiyafəsinə soxmaq üçün xüsusi cəsusluq kursunda hazırlayanda əsas bir şeyi unudublar. Səni azərbaycanlıların müqəddəs dini olan İslam dini cəhətdən qətiyyən maarifləndirməyiblər. Əgər bunu eləsəydilər, sənin azərbaycanlı olmağın heç kəsdə şübhə oyatmazdı.

 Bundan sonra o hey israr etdi ki, “Mən erməni deyiləm, generalla sözüm çəp gəldi, ona görə onu vurdum. O ki, qaldı flyaşkardı seyfdən götürməyimə, mən bunu sadəcə maraq üçün götürmüşdüm və fikirləşirdim ki, bəlkə mənim də quru qoşunlarına aid yeni planlarım ola bilər ki, bizim ordumuz mənfur erməniləri tez bir zamanda məhv eləyib ana Qarabağımızı geri alsın!”

 Bu vaxt mən artıq qəzəbimi cilovlaya bilməyib qəfildən onun çeçələ barmağından yapışıb arxaya qardım, o, dağlanan eşşək kimi bağırdı, lakin mən onun barmağını qarmağda davam elədim. Bir qədər keçəndən sonra o, yalvarmağa başladı. Mən isə öz növbəmdə ona dedim ki, əgər əsl həqiqətdə kim olduğunu deməsə ona qat-qat dəhşətli işgəncələr verəcəyəm!

 Beləliklə o mənə kim olduğunu və hansı yollarla Azərbaycana gəlib çıxdığını, terror təşkilatının ondan nə tələb elədiyini, bir sözlə hamısını danışdı.

 Poladovun söylədiklərindən sonra arada təxminən iki dəqiqə sukunət hökm sürdü və nəhayət Poladov sukutu pozdu:  

-İdmanla məşğul olmusan? Yəni bir peşəkar idmançı kimi göstəricilərin olsa da, deyək ki, idman ustası və yaxud qara kəmər sahibi kimi adın varmı?

 Zülfüqar başını buladı:

-Xeyr Sübhan müəllim! Düzdü mən yeniyetmə vaxtlarımda bir neçə il yunan-Roma güləşi ilə məşğul olmuşam, lakin bir dəfə məşq zamanı möhkəm zədələndiyim üçün o vaxt rəhmətlik atam mənə daha idmanla məşğul olmağa icazə vermədi.

 Poladov yenə ona tərəf baxmadan dilləndi:

-Allah rəhmət eləsin! Bəs həmin vaxtlarda sən yeniyetmələr üzrə bir nəaliyyət qazanmışdınmı?

 Zülfüqar yüngülcə gülümsədi:

-Hə! İki dəfə yeniyetmələr üzrə turnirlərdə birinci yeri tutmuşdum və buna görə mənə diplom vermidşdilər!

-Həmin diplomlar dururmu?

-Hə! Hər ikisi evdədi. Amma sözün düzü bilmirəm hara qoymuşam?!

 Poladov yenə ani olaraq ona baxıb üzünü çevirdi:

-Onları taparsan! Bilirsən, bu oturduğumuz maşın əslində məni gəzdirən maşın deyil! Bu maşın bizim şöbəyə aid maşınlardan biridir. Sözün düzü mənə iki gündən sonra təzə maşın verməlidilər və mənə sürücü lazım olacaq, çünki əvvəlki sürücüm on gün bundan qabaq çaşıb içgili vəziyyətdə sükan arxasında oturmuşdu. Mən isə bundan xəbərsiz idim. O, isə sərxoş olduğu üçün sükanı özünə tabe eləyə bilmədiyindən maşını dəmir tirə çırpdı və özü də möhkəm yaralandı. Mənim isə bəxtim gətirdi ki, zərbə mən tərəfi almadı. Amma maşın da əzilib-töküldü. Həmin sürücü indi xəstəxanadadır, müalicə alır. Orda onu müalicə eləyən həkimlər onun sərxoş olduğunu və azı yarım litr araq içdiyini söylədilər. Bu səbəbdən də mən onu işdən azad eləmişəm. Belə ki, o xəstəxanadan çıxandan sonra gedib özünə iş axtarmalı olacaq!  Bizim şöbəyə isə hansısa bir idmançı nəaliyyti olmayanı sürücü kimi də işə götürmürlər. Yəni bizim sürücümüz də hökmən həm də polis olmalıdır, polis mundiri geyinməlidir, çünki cinayətkarları və yaxud cinayətkar qrupu yaxlamaq çox zaman olduqca çətinliklə başa gəlir. Onlar bizi görüb qaçırlar, güllə atırlar, damlara dırmaşırlar və çox hallarda da maşınlarına minib əkilmək istəyirlər. Bəzən onların sayı onları tutmağa gedən polislərin sayından çox olur, özü də hamı silahlı! Bu zaman atışma başlayır, söz yox ki, bizim polislər təlimlər keçdikləri üçün gülləni onlardan daha sərrast atırlar. Lakin məsələ təkcə bununla bitmir, onlar ələ keçməməkdən ötrü tindən-tinə, dalandan-dalana, damdan-dama qaçırlar və bir çox hallarda polislər onları yaxalayarkən pusqudan çıxb iti bıçaqla hucuma keçirlər və bəzən polislərimizi yaralayır, hətta öldürürlər də. Düzdü, sonra biz onsuz da onları yaxlayayırıq, lakin bu vaxt iş işdən keçmiş olur,  cavan polis nəfəri aramızdan gedir. Bizim sürücülərimiz həm də olduqca peşəkarcasına maşın sürməyi bacarmalıdılar ki, caniləri maşınla təqib eləyən zaman izi itirməsinlər, eyni zamanda hətta bala pişiyi belə basıb öldürməsinlər. Mən bilirəm ki, sən əla maşın sürürsən. Bundan əlavə də cəbhədə igid bir əsgər olduğun üçün sərrast güllə atırsan. Təxminən il yarım bundan qabaq da Nəzrin adlı qızı üç dənə quldurun əlindən, özü də təkbaşına xilas eləmisən!  Odur ki, daha şübhə eləmirəm ki, silahlı quldurları da bir an içində tərksilah eləyə bilirsən!

 Zülfüqarın sevincinin həddi-hududu yox idi, o ən böyük arzusuna çatmışdı və o qədər sevinirdi ki, gözləri yaşarmışdı. Odur ki, Poladova hədsiz təşəkkür eləmək istəyirdi ki, Poladov irəlidə nəsə görüb dərhal sürücüyə göstəriş verdi:

-Saxla tez!

 Sürücü dərhal maşını saxladı və Poladov bir az irəlidə səki ilə adamların arası ilə tez-tez addımlayan torpaq rəngli gödəkçə geyinmiş saçı xına rəngində, kürən, hündür boylu adamı götərdi:

-Bu odur!

 Sonra o, kəmərndən tapança çıxarıb Zülfüqara uzatdı:

-Al və hesab elə ki, artıq bizim sıralarımızdasan!

 Zülfüqar cəld tapançanı aldı və Poladov özü də kəmərinin sağ tərəfindən başqa bir tapança çıxarıb həm qabağda oturan Nəcməddinə, həm sürücü-polisə, həm də ona işarə elədi:

-Tez yaxalayın!

 Onlar maşından düşdülər və  kürən adam dərhal duyuq düşüb götürüldü. Nəcməddin vaxt itirmədən onun arxasıyca götürüldü, Poladov isə təzədən maşına mindi və sürücüyə;,-“Sür arxasınxa”,-göstərişini verdi. Sürücü maşını hərəkətə gətirib kürənin arxasıyca sürdü. Kürən həm Nəcməddinin onu yaxlayacağını, həm də polis maşınının artıq onu haqlamaqda olduğunu görüb maşınların gur olduğu yerdə əhalinin təhlükəsliyini təmin eləmək və olduqca enli küçəni keçmək üçün yaradılmış tunelə soxuldu. Nəcməddin də onun ardnca tunelə girdi. Bunu görən sürücü dərhal maşının qapısını örtüb onu tunelin çıxışına tərəf sürdü. Zülfüqar isə hələ tunelin girişi tərəfdə maşından düşüb tunelə girmişdi.  

 Kürən uzun tunel boyu çox bərk qaçırdı və həm Nəcməddin, həm də Zülfüqar onun arxasıyca sanki qaçış yarışına giriblərmiş kimi bir-birini ötə-ötə qaçırdılar. Şübhəsiz ki, Poladov artıq yaşlı bir adam olduğu üçün bu cavanlarla ayaqlaşa bilmirdi. Təxminən bir dəqiqədn sonra tunel sona gəldi və kürən pillələrlə yuxarı yüyürdü. Sürücü burda hazır dayanmışdı və kürəni yaxlamaq üçün tapançanı ona tərəf tuşladı, lakin kürən cəld tərpənib adamların arasına soxuldu və sürücü adamlara dəyməsin deyə güllə atmadı. Bu vaxt Nəcməddin və Zülfüqar tuneldən çıxdılar və artıq hər üçü kürənin arxasıyca cumdu. Kürən isə adamların arası ilə küçədən küçəyə keçir, tindən tinə burulur və sanki yorulmaq bilməyən bir köpək kimi hey qaçırdı. Nəhayət o, üzüyuxarı qalxan, nisbətən az insanın hərəkət elədiyi bir başıaçıq küçəyə girdi, məktəbə gedən təxminən on yaşlı bir qız uşağından yapışıb onu girov götürdü, özüylə bir xeyli qaçırdandan sonra tini buruldu və nəhayət  orda yerləşən mədəniyyət evinin qapısından içəri salaraq tapança çılxarıb uşağın gicgahına söykədi. Uşaq bərk qorxurdu, kürən isə onun qulağına pıçıldayırdı ki, səsini çıxarmasın, yoxsa onu öldürəcək. O, bunu deyib yenə qızı özüylə apardı və pillələrlə qalxıb mədəniyyət evinin ikinci mərtəbəsinin dəhlizinə soxuldu. İçəridə, birinci mərtəbədə rəqs kollektivinin, ikinci mərtəbədə isə musiqi ansamblının məşqi gedirdi və yəqin ki, buna görə dəhlizdə kimsə yox idi. Kürənin hərəkətlərindən bilinirdi ki, o, mədəniyyət evinin hər guşəsini yaxşı tanıyır və o, dəhlizlə keçərək mədəniyyət evinin bədii rəhbərininn kabinetinə girib içəridəki pəncərəni açdı. Pəncərə bir yaşayış evinin damına açılırdı və burdan dama qədər məsafə təxminən üç metr olardı. O, qorxudan tir-tir titrəyən və demək olar ki, ölüm halına gələn qızcığaza damı göstərdi:

-Tullan, tez ol! Yoxsa səni öldürəcəyəm! Qız başını buladı və tullana bilməyəcəyini bildirdi. Kürən bunu görüb ondan yapışdı və onu pəncərədən dama tulladı. Qızcığaz özündən asılı olmayaraq qiyyə vurdu, lakin dama yıxılmamışdan özünü yetirən Zülfüqar onu göydə qamarladı və kürən tapançanı ona tərəf uzadıb atəş açmaq istəyərkən artıq arxadan özünü yetirən Nəcməddin əlindəki tapançanın arxası ilə onu vurub bayıltdı, sonra isə üzü üstə çevirib qollarını arxaya qararaq dərhal kəmərindən qandal çıxarıb qollarını qandalladı.

 Bir qədər keçəndən sonra sürücü və onun ardınca Sübhan Poladov kabinetə girdilər. Bundan bir qədər sonra isə Zülfüqar qorxudan yarıhuşsuz vəziyyətə düşən qızcığazı qolları arasına alıb damdan dama keçərək nərdivanla aşağı düşdü, sonra isə həyətdən çıxıb həmin həyətlə yanaşı olan mədəniyyət evinə daxil oldu və az keçmədi ki, qolları arasında qız həmin kabinetə daxil oldu.

 Poladov qızın qorxudan bayıldığını görüncə dərhal cibindən ürək dərmanı çıxardı. Qızcığaz isə yarıhuşsuz idi, odur ki, Poladov dərmanı onun dilinin altına qoya bildi. Bundan sonra sürücü ilə Nəcməddin kətilləri bir-birinə birləşdirib elə elədilər ki, qızcığazı uzatmaq mümkün olsun və Zülfüqar onu kətillərin üstünə uzatdı. Elə bu zaman əsil adı Zirəddin,“İnduşka” ləqəbli mədəniyyət evinin bədii rəhbəri kabinetə daxil oldu və girən kimi də elə erkək induşka kimi səs çıxartdı:

-Vay-vay, bu qızcığaza nə olub? Ümumiyyətlə burda nələr baş verir, bir məni də başa salın da?

 Qızcığaz dərmandan sonra yavaş-yavaş özünə gəlirdi, Poladov onun saçlarını sığallayb üzünü İnduşkaya tutdu:

-Siz bu mədəniyyət evinin müdirisiz?

 İnduşka Nəcməddin tərəfindən qandallanıb kətildə oturulmuş  kürəndən gözünü çəkmədən cavab verdi:

-Xeyr! Mən buranın bədii rəhbəriyəm! Zinəddin Ziyadov.

 Poladov ona kürəni göstərdi:

-Bu adamı tanıyırsız?

 İnduşka başını buladı:

-Xeyr, tanımıram! Birinci dəfədir görürəm! Məgər o, nəsə bir cinayət eləyib?

 Poladov artıq qalxıb oturmuş qızcığazın yenə saçlarını tumarladı:

-Necəsən qızım, özünü necə hiss eləyirsən?

 Qız ağır-ağır başını tərpətdi:

-Yaxşıyam əmi!

-Adın nədi qızım?

-Nərgiz!

-Məktəbə gedirdin qızım?

-Hə!

 Poladov yalnız indi İnduşkanın sualına cavab verdi:

-O, çox cinayətlər eləyib! İndi biz onu aparıb dindirəcəyik və o, bizə kimlərlə əlaqə saxladığını, kimlərçün işlədiyini, kimlərə köləlik elədiyini, hamısını deyəcək! Əgər deməsə gözlərini ovub yerə tökəcəyik, dilini dibindən kəsəcəyik, sonra isə o, gənc qızları qamarlayan qollarını sındıracağıq, qıçlarına isə paslı mismarlar çalacağıq ki, qanqrena olub ona elə bu dünyada cəhənnəm əzabı daddırsın!

 Artıq özünə gəlmiş kürən göyərmişdi, İnduşkanın isə rəngi qaçmışdı.

 Poladov kürənin xına rəngli saçından yapışıb ona İnduşkanı göstərdi:

-Bəs sən necə bunu tanıyırsan?

 Kürən titrəyə-titrəyə başını buladı:

-Yox, yox, tanımıram!

 Poladov onun başını azca arxaya qardı:

-Bu mədəniyyət evində əvvəllər də olmuşdunmu?

 Kürən yenə başını buladı və Poladov onun başını bu dəfə əvvəlkindən xeyli çox arxaya qardı:

-Yalan deyirsən rəzil! Sən buranı çox yaxşı tanıyırsan, dəfələrlə burda olmusan! Odur ki, girişindən, çıxışından, hər guşəsindən çox yaxşı xəbərin var! Budur deyirəm, əgər elə burda burda neçə dəfə olduğunu deməsən, ilk öncə boynunu sındıracağam!

 O, kürənin saçını buraxmadan, bir qədər aşağı zaldan klarnet, qarmon və nağaranın olduqca güclü ifasından gələn musiqiyə bir qədər qulaq asıb,  İnduşkaya baxdı:

-Səhv eləmirəmsə aşağı zalda rəqs kollektivinin məşqidir, elədir?!

 İnduşka başını tərpətdi:

-Elədir! Özü də qızlardan ibarət rəqs kollektivinin məşqidir!

-Yuxarı zalda isə xalq çalğı alətləri ansamblının məşğələsidi, düzdümü?!

-Elədir!

-Belə görünür burda dərnəklər kifayət qədərdir.

 Poladov bunu deyib üzünü Zülfüqara tutdu:

-Necə oldu ki, sən burdakı pəncərənin yaşayış evinin damına baxdığını bildin və qızcığazı xilas eləməkdən ötrü məhz həmin dama çıxdın?

 Zülfüqar İnduşkaya nəzər salıb zünü Poladobva çevirdi:

-Mən səkkiz yaşından on iki yaşına qədər burda məktəblilər ansamblında tar çalmışam. Ona görə də buraları çox yaxşı tanıyıram. Amma məsələ bununla bitmir Sübhan müəllim. Mən burda məktəblilər ansamblında tar çalanda bizim bir müəllimimiz var idi, Əbdürrəhman adında. Çox gözəl bir insan, əla müəllim idi. Həm də çox mehriban adam idi.

 Zülfüqar bunu deyib başı ilə İnduşkanı göstərdi:

-Bir dəfə bu, doqquz yaşlı bir qıza guya şeir demək öyrədəcəkmiş bəhanəsi ilə kabinetə salıb ona qarşı iyrənc hərəkət eləyərkən qız qışqırdı və Əbdürrəhman müəllim onun səsini eşidən kimi məşqi saxlayıb bura qaçdı. Bu isə artıq qızcığazı soyundurubmuş.   Bunu görən Əbdürrəhman müəllim bu alçağın vurub ağzını partlatdı. Bu əclaf isə dərhal polis çağırıb onu tutdurdu. Özünü isə təmizə çıxartmaqdan ötrü qızın valideynlərinin başını bişirib onlara burda yəqin ki, haram yolla qazandığından bir qədər verdi və fikir formalaşdırdı ki, guya qızla sadəcə olaraq uca səslə şeir dedizdirirmiş, Əbdürrəhman müəllim isə başdan xarab olduğu üçün bunun üstünə hucum çəkib. O vaxt mən uşaq idim. O vaxtdan illər keçib və yəqin ki, çox dəyişdiyim üçün bu mundar adam məni tanımadı. Amma mən onu çox yaxşı tanıdım!

 İnduşka qırmızı adam idi, lakin indi rəngi o qədər tündləşdi ki, badımcan rəngi aldı:

-Bura bax cavan oğlan! Sən bəlkə də haçansa burdakı dərnəkdə hansısa bir musiqi alətində çalmısan. Ola bilər! Lakin sənin bu sayıqlamağına kimsə inanmaz! Çünki mən illərlə tər tökdüyüm bu mədəniyyət evində təkcə peşakar bir mədəniyyət işçisi kimi yox, həm də təmiz əxlaqımla, namuslu olmağımla ad çıxarmışam. Bunu bura gələnlərin, burdakı dərnəklərdə, kurslarda iştirak eləyənlərin, həm də buranın işçilərinin hamısı təsdiq eləyə bilər!

 Zülfüqar qəzəblə dilləndi:

-Mən heç də belə düşünmürəm və inanıram ki, az keçməz sənin bütün paxırların açılar!

 Poladov, Zülfüqarın çox əsəbləşdiyini görüb, onun İnduşkanı əzişdirəcəyindən ehtiyat elədiyi üçn ona Nərgizi göstərdi:

-Sən Nərgizi evlərinə ötür! Artıq o, bu vəziyyətdə məktəbə gedə bilməz! Valideynlərinə isə tapşır ki, onu həkimə aparsınlar, qızcığaz möhkəm qorxub! Sonra mənimlə əlaqə saxlayarsan!

 Zülfüqar artıq tamam ayağa qalxmış qızcığazın əlindən tutdu:

-Baş üstə Sübhan müəllim!

  Zülfüqar, Nərgizlə birlikdə kabineti tərk etdi və onlar küçəyə çıxan kimi Nərgiz zəif səsllə dilləndi:

-Əmi məni evimizə aparırsan?

 Zülfüqar başını tərpətdi:

-Hə! Bax, görürsən, polis rəisi də dedi ki, sən bu gün məktəbə gedə bilməzsən, çünki möhkəm qorxmusan. Ona görə də gərək səni evinizə aparım ki, valideynlərin səni həkimə aparsınlar.

-Atam dənizdədi əmi! O, gəmidə işləyir, onların gəmisi Türkmənistana üzür.

 Zülfüqar qızcığaza baxdı:

-Bəs anan?

-Anam evdədi. Amma əmi, xahiş eləyirəm, bunu ona demə, yoxsa o da qorxar! Anamın ürəyi xəstədi, əgər bunu eşitsə halı çox pisləşəcək!

 Zülfüqar sol əlini yana açdı:

-Bəs anana nə deyək?! O, soruşmaz ki, bəs niyə məktəbə getməyib evə qayıtdın?!

 Nərgiz çiyinlərini çəkdi:

-Deyərəm yolda başım ağradı, ona görə qayıtdım!

-Anana yalan deyərsən?! Ananı aldatmaq olmaz Nərgiz! Gəl sən hər şeyi ona olduğu kimi danış!

-Axı anamın ürəyi xəstədi, ona belə şeyləri demək olmaz!

-Bəs atan, o, neçə gündən sonra evə gələcək?

-Sabah, sabah onların gəmiləri səhər tezdən Bakı limanına yan alacaq və o, evə gələcək!

 Zülfüqar bir anlığa dayandı:

-Yaxşı, onda sən bu gün başına gələn əhvalatı anandan gizli hökmən ona danışarsan! Qoy o, səni həkimə aparsın!

 Nərgiz ağlamsındı:

-Mənim atam çox güclüdür.Əgər o, mənim yanımda olsaydı, o monyakın xəşilini çıxardardı.

 Bunu deyəndən sonra Nərgiz sanki birdən ayıldı:

-Əmi, o monyak məni qaçırdanda çantam əlimdən düşdü, indi mən çantasız necə evimizə gedim?!

 Zülfüqar çənəsini qaşıdı:

-Yaxşı, indi biz ora gedərik. Mən şübhə eləmirəm ki, çantan harda düşübsə, elə orda da qalıb. Arxayın ol Nərgiz, indi gedib çantanı taparıq!

 Zülfüqar bunu deyəndən sonra Nərgizlə birlikdə kürənin Nərgizi girov götürdüyü nöqtəyə yollandı.

 Bu ərəfədə isə Poladov əvvəlcə Cinayət Axtarışları Şöbəsi ilə əlaqə saxlayıb bir polis maşını və iki nəfər də polis nəfəri göndərmələrinə göstəriş verdi, sonra isə qolları qandallı kürəni pillələrlə aşağı endirib, qızlardan ibarət rəqs kollektivinin məşq elədiyi zala gətirdi. Həm çalğıçılar, həm rəqs kollektivinin təxminən on beş, on altı yaş arasında olan iyirmiyə yaxın qız, həm də onların təxminən qırx yaşlarında olan qadın müəllimləri onları görən kimi məşqi dayandırıb təəcüblə onlara baxmağa başladılar.

 Poladov üzünü rəqs müəlliminə tutdu:

-Min dəfə üzr istəyirəm müəllimə! Vaxtınızı da çox almayacağıq! Sadəcə olaraq həm sizdən, həm rəqs kollektivinin qızlarından, həm də çalğıçılardan soruşmaq istəyirəm?! Bunu tanıyırsızmı? Daha doğrusu burda görmüsünüzmü?

 Dərhal sanki bir azğıdan səslər gəldi:

-Tanıyırıq! O burda çox olub!

 Rəqs müəllimi əlavə etdi:

-Bu Zinəddin müəllimin yanına gəlib-gedir və tez-tez bizim məşqlərimizə tamaşa eləyir. Zinəddin müəllim deyir ki, bu Mədəniyyət İdarəsindən göndərilmiş nəzarətçidir və burdakı kollektivlərin məşqlərinə bu məqsədlə tamaşa eləyir ki, onlar haqqında Mədəniyyət İdarəsinə məlumat versin!

 Bu vaxt İnduşka zala daxil oldu və onun arxasınca da Nəcməddinlə sürücü ora girdilər.

 Poladov dərhal üzünü İnduşkaya tutdu:

-Bəs deyirdin bunu tanımıram?! Deməli əlbir imişsiz?!

 Poladov bunu deyib cibindən qandal çıxarıb Nəcməddinə uzatdı və İnduşkaya işarə elədi:

-Qandalla və maşına apar!

 Nəcməddin dərhal İnduşkanı qandalladı və dartıb zaldan bayıra çıxartdı. İnduşka isə ara vermədən bağırırdı:

-Bu böhtandır! Mənim heç bir günahım yoxdur! Mən qırx ildir burda bədii rəhbər işləyirəm! Hamı məni aydan arı, sudan duru biri kimi tanıyır! Mən mədəniyyətimizin inkişafı üçün can qoymuşam! Cürbəcür kollektivlər yaratmışam, bu illər ərzində minlərlə musiqiçinin, rəqqasın, aktyorın yetişməyində misilsiz xidmətlər göstərmişəm!

 Onun səsi get-gedə eşidilməz oldu, zaldakılar isə hələ də sanki heykələ dönmüşdülər.

 Bir qədər sonra Nəcməddin onu maşınla gələn iki polsiə təhvil verib, gözləmələrinə göstəriş verdi və özü yenə mədəniyyət evinə qayıtdı.

 Bu ərəfədə isə Poladov, kürənin boynundan yapışıb rəqs müəlliməsinə baxdı:

-Yəqin yaxşı yadınızdadır, təxminən səkkiz ya və altı ay bundan qabaq sizin kollektivin iki üzvü itmişdi, düzdümü?!

 Müəllimə başını tərpətdi:

-Hə! O, qızların yoxa çıxması mənə o qədər ağır təsir edib ki, indiyə qədər özümə gələ bilmirəm!

 Poladov kürənin boynunu sıxdı:

-İndi də sizə məlum olsun ki, qızları ayrı-ayrı vaxtlarda bu oğurlayıb. Amma bunu mədəniyyət evindən uzaqda eləyib ki, kimsə şübhələnməsin! Qızların harda yaşadığını, hansı yollarla, marşurutlarla bura gəlib-getdiyini, bir sözlə onlar haqqında hər cür məlumatı isə şübhə eləmirəm ki, bu mədəniyyət evinin bədii rəhbərindən alıb. İki gün bundan qabaq bu alçaq xəlvət bir küçədə on doqquz yaşlı bir qızı qaçırtmaq istəyərkən bacarmayıb. Şəfəq adlı qız güclü bir idmançı olduğu üçün onu vurub yıxıb. Bu isə güc-bəla ilə onu yaxalayıb pollisə təhvil vermək fikrində olan qızın əlindən çıxıb qaçıb. Lakin biz qızın köməyilə bunun fotorobotunu müəyytənləşdirdik. Bundan başqa da həmin qız bunun tapançasını da əlindən alıbmış. İndi o tapança məndədir və tapançanın üstündəki əl izləri elə bir dəlildir ki, bunun min dənə başı olsa da, cinayətini boynundan ata bilməz. İndi biz bunu şöbəyə aparıb dərisini soyacağıq və ondan kimlər üçün işlədiyini, gənc, gözəl qızları qaçırdıb kimlərə təhvil verdiyini, sonra o qızların haralara aparıldığını, hamısını öyrənəcəyik! Sizdən isə müəllimə, bir qədər vaxtınız aldığım üçün dəfələrlə üzr istəyirəm!

 Poladov bunu deyib altmış yaşı olmasına baxmayaraq, kürəni demək olar ki, sürüyə-sürüyə apardı. Sürücü də dərhal onun arxasınca çıxdı. Dəhlizdə isə burda gözləyən Nəcməddin, kürəni onun əlindən alıb sanki bir sərçəni aparan kimi küçəyə çıxartdı və dərhal burda gözləyən polis nəfərləri kürəni maşına, İnduşkanın yanına mindirdilər.

 Rəqs müəllimi və bütün kollektiv isə elə bir halda idilər ki, daha bu gün onsuz da məşqi davam elətdirə bilməzdilər. Odur ki, boğazı qurumuş müəllimə nitqi tutulduğu üçün danışa bilməyib, sadəcə olaraq əli ilə kollektivin üzvülərinə,-“Gedin”,-işarəsi verdi və kollettivin üzvüləri dərhal yan otağa keçib rəqs paltarını çıxararaq öz paltarlarını geyinməyə başladılar.

 Zülfüqarla Nərgiz isə bu ərəfədə çantanın düşdüyü yerə gəlib, çantanın hələ də yerdə düşüb qaldığını gördülər və Nərgiz dərhal çantasını götürüb çırparaq qoluna keçirtdi.

 Zülfüqar isə yenə onun balaca əlindən tutub onların evlərinə tərəf istiqamət götürdü. Təxminən on dəqiqədən sonra onlar Nərgizgilin evinin yaxınlığına çatdılar və Nərgiz əlini Zülfüqarın əlindən götürüb dedi:

-Bura bizim evimizdi, burdan daha mən özüm gedərəm əmi!

 Zülfüqar yüngülcə başını tərpətdi:

-Yaxşı Nərgiz get! Amma başına gələni atana danışmağı unutma! Sağ ol!

 Zülfüqar bunu deyəndən sonra Nərgiz evlərinin qapısına tərəf getdi və evin zəngini çalmamışdan dönüb hələ də orda dayanan Zülfüqara baxdı:

-Çox sağ ol əmi! Sən çox igid adamsan! Sən olmasaydın, yəqin ki, mən öləcəydim!

 O, bunu deyib sağ əlini bir qədər yuxarı qaldırıb tərpətdi. Zülfüqar da öz növbəsində onun elədiyi hərəkəti təkrar elədi:

-Sən də sağ ol Nərgiz! Özün də daha heç kimdən, heç nədən qorxma! Bil ki, səni qoruyan Uca Allah var və yəqin ki, bundan sonra da həmişə qoruyacaq! Hələlik!

 Zülfüqar bunu deyib 180 dərəcə dönərək uzaqlaşdı. Bu gün o, həyatında artıq neçənci dəfədir ki, pis adam üzərində zəfər çalmışdı, lakin nədənsə gözlərində yaş var idi. Onun gözlərini yaşardan isə mələklər qədər məsum, pak olan uşaqların hələ bundan sonra da monyakların əlinə keçə bilməsi qorxusu idi.

 Nərgizi evlərinə yola salandan sonra Zülfüqar zəng vurub Poladovla əlaqə saxladı. Poladov onu Füzuli meydanının yanında, üzü Mərkəzi Univermağa baxan tərəfdə gözləyəcəyini bildirdi. Zülfüqar cəld özünü ora yetirdi və həmin anda da Poladovu gəzdirən maşının onun qarşısında dayandığını gördü. Zülfüqar yenə Poladovun yanına mindi və maşın Cinayət Axtarışları Şöbəsinə tərəf istiqamət götürdü.

 Poladov elə yoldaca Cinayət Axtarışları Şöbəsinin kadrlar çöbəsinin müdiri ilə əlaqə saxladı və Zülfüqarı polis çavuşu olaraq, ona veriləcək polis maşının sürücüsü kimi işə qəbul etməsini buyurdu. Sonra isə üzünü Zülfüqara tutdu:

-Sabah səhər tezdən sənədlərinlə, yəni hərbi bilet, şəxsiyyət vəsiqəsi, əmək kitabçası ilə birlikdə kadrlar şöbəsində olarsan. O, sənə cəbhədə olduğun vaxt orden-medal veriblər ha, bax onların vəsiqələrini  mütləq özünlə götür! Hə, yaşayış yerindən arayış almağı da unutma! Bir də güləş turnirlərində sənə verilən diplomları da hökmən tapıb sabah gətir!

 Poladov bunu deyib qoltuq cibindən balaca bir kart çıxarıb ona verdi:

-Al, bunu göstərən kimi səni içəri buraxacaqlar!

 Sonra o, sürücüyə göstəriş verdi:

-Saxla!

 Sürücü dərhal maşını saxladı və Poladov Zülfüqara baxdı:

-Sənə yaxşı yol! Çalış özünü tezliklə bağa yetir ki, yaşayış yerindən tezliklə arayış alasan!

 Zülfüqar köksünü ötürdü:

-Mən şəhərdə qeydiyyatdayam Sübhan müəllim! Axı mənim öz evim şəhərdədi, “Təzə Pir” məscidi tərəfdə.

 Poladov başını buladı:

-Nə pis oldu! Sənədlərin isə yanında deyil. Buna görə də sənə bu gün yaşayış yerindən arayış verə bilməzlər! Bağa gedib qayıdana qədər isə gec olar! Artıq evlər idarəsi bağlanar! Deməli işə girməyə bir gün gecikəcəksən!

 Poladov bunu deyib yüngülcə Zülfüqarın sinəsinə vurdu və nəsə demək istəyirdi ki, pencəyinin qoltuq cibindən gələn səs onu saxladı,  odur ki, həmin nöqtəyə işarə elədi:

-Cibində nə var?

 Zülfüqar əlini pencəyinin qoltuq cibinə salıb ordan salafan kisəciyin içində sənədlər çıxartdı və bunu görən kimi başına vurdu:

-Mən nə qədər əbləhəm Sübhan müəllim! Sənədlərimi düz bir ay bundan qabaq işdən öz xahişimlə azad olanda alıb evə gələndən sonra fikirli olduğum üçün bu pencəyin qoltuq cibinə qoymuşam! O vaxtdan da bu pencəyi geyməmiışdim, bir ködəkçəm var, onu geyməyi xoşlayıram. Dünən isə bacım mənə dedi ki, gödəkçən çirklənib, qoy yuyum, hələlik pencək geyərsən! Mən də bu gün bunu geyinmişəm, amma heç bura baxmamışam!

 Poladov gülümsündü:

-Hə, deməli sabahki günün də səmərəsiz keçməyəcək! Daha ləngimə, cum arayış almağa!

 Zülfüqar sənədlərini cibinə qoyub xudahafizləşərək maşından düşdü və demək olar ki, qaça-qaça Təzə Pir məscidinə tərəf istiqamət götürdü.

   Təxminən on beş dəqiqə sonra isə Cinayət Axtarışları Şöbəsinin dindirmə otağında isə Poladov kürəni dindirməklə məşğul idi. Onun ilk sualı belə oldu:

-Adın nədir?

 Kürən başını aşağı dikmişdi və görkəmindən hiss olunurdu ki, güclü bir vahimə içindədir. Onun bu cür qorxmağına isə iki səbəb var idi. Birinci səbəb o idi ki, kimlər üçün işlədiyini, gənc, gözəl qızları kimlərin sifarəşi ilə oğurladığını desəydi, əgər tək həbsxanada deyil, yerin deşiyində gizlənsəydi belə onu öldürəcəkdilər. İkinci səbəb isə o idi ki, Poladovun olduqca zəhmli, caniyə heş bir vəchlə rəhmi gəlməyən bir görkəmi var idi. Ona elə gəlirdi ki, Poladovun suallarına düzgün cavab verməsə, onu pələng öz ovunu parçalayan kimi parçalayacaq!

 Lakin köləlik elədiyi adamlar daha dəhşətli idilər, əgər Poladov ona yırtıcı bir pələng kimi görünürdüsə, onlar qulyabanı, ərdo kimi görünürdü. Odur ki, Poladovun ilk sualına yalnış cavab verdi:

-Fərzəli, Fərzəliyev Fərzəli Fikrət oğlu!

 Poladov guya ona inanırmış kimi yenə sual etdi:

-Demək atanın adı Fikrətdi, bəs ananın adı nədi?

 Kürən bir qədər düşünüb cavab verdi:

-Elmira. Fərzəliyeva Elmira Elmir qızı.

 Poladov başını azca yana əyib Türkiyə istehsalı olan komediya filmlərindəki obrazları yamsıladı:

-Ya, öyləmi?! Öyləmi diyorsun?!

 Kürən başını buladı:

-Mən türk dilində anlamıram, rəis!

 Poladov yüngülcə gülümsündü:

-Təbii ki, anlamazsan, çünki sənin genin-qanın türk geni-qanı deyil! Yeddi arxa dönəni türk olan bir şəxs heç vaxt belə rəzil hərəkətlər eləməz!  Həm də kimsəyə köləlik eləməz!

 Poladov bunu deyib cibindən kürənin salafan kisəciyə salınmış tapançasını çıxartdı və masanın üstündəki düyməni basıb ekspert Lətif Lətifovu çağırdı. Bir qədər sonra Lətifov kabinetəı daxil oldu. Poladov dərhal ona tapançanı göstərdi:

-Lətif müəllim, bu tapançanın üstündəki əl izləri ilə bu dılğırın əl izlərini tutuşdur.

 Lətifov bir söz demədən onun tapşırığını yerinə yetirdi və üzünü ona tutdu:

-Tapançanın üstündəki əl izləri bunun əl izləri ilə eynidir cənab polkovnik!

 Poladov sağ əlini yuxarı qaldırdı:

-Təşəkkür edirəm Lətif müəllim, siz hələlik dincələ bilərsiz!

 Lətifov dərhal kabineti tərk etdi və Poladov tapançanı kürənə tərəf tutdu:

-Bu əşyayi-dəlildir! Mən bayaq da dedim ki, sənin min dənə çürümüş başın da olsa cinayətini, yox cinayətlərini boynundan ata bilməzsən.

 O, tapançanı yenə cibinə qoyub qoltuq cibindən bir biz çıxartdı və qəfildən kürənin yaxasından tutub ayağa qaldıraraq divara söykədi:

-Əgər düzünü danışmasan, bu bizlə hər iki gözünü ovub yerə tökəcəyəm! Sonra isə başında çoxlu-çoxlu dəliklər açacağam! Hə, dillən görüm!

 Kürən qorxudan titrəyirdi və çənə ata-ata dedi:

-Burax rəis, burax! Qoy cəhənnəm olsunlar, hamısını deyərəm!

 Poladov onu buraxdı və zərblə kərildə əyləşdirdi:

-Danış!

 Kürən nəfəsini dərib sözə başladı:

-Əsl adım Muxodur! Misqayev Muxo Misqayeviç. İuezit millətindənəm! Qədimdən müsəlmanlar bizə yezidi kürd deyiblər. Əslində isə biz kürd deyilik, çünki kürdlər müsəlmandır, biz isə atəşpərəstik. Atəşə tapınırıq.

 Poladov əlavə etdi:

-Əsasən isə şeytana səcdə eləyirsiniz! Ona mələk Taus deyirsiz. Sizə həm də “satanist” deyirlər! Düzdümü?

 Muxo başını tərpətdi:

-Düzdü!

 Poladov yenə əlavə etdi:

-Bineyi-qədimdən əmək fəaliyyəti göstərməklə, zəhmət çəkməklə, çalışmaqla aranız olmayıb. Dilənçiliyi özünüzə peşə seçmisiz! Yəni başqalarının hesabına yeyib-içmək, keyf sürmək! Lakin bu hamısı deyil, siz imkan düşən kimi müsəlman uşaqlarını oğurlayıb şikəst eləmisiz, yəni qolunu, qıçını kəsmisiz. Bunu ona görə eləmisisz ki, artıq verdiyiniz işgəncələrdən nəinki nəinki valideynlərini, bacı-qardaşlarını, baba-nənələrini yaddan çıxarmış, hətta öz adlarını belə unutmuş bədbəxt uşaqları özünüzlə birlikdə dilənçiliyə aparanda onlar şikəst olduğu üçün insanların rəhmi gəlib daha çox sədəqə versinlər! Lakin hamınız dilənçilik eləməmisisz! Bəziləriniz min bir fırıldaqla siyasi meydana belə atılmısız və böyük vəzifələr də əldə eləmisiz! Türkiyədə, Azərbaycanda, İraqda müsəlman adı ilə özünüzü qələmə vermisisz. Əslində isə İslam dininin ən qatı düşmənlərisiz! Bu səbəbdən də masonlara, ermənilərə, Peyğəmbər şəcərəsinin nəslini kəsmək istəyən lənətə gəlmiş Yezid ibn Müaviyəyəin aid olduğu əməvilərə olduqca böyük hüsnü-rəğbətiniz var!  Türk xalqına qarşı terrorlar törədən məhşur terror örgütü, yəni təşkilatı PKK-da ermənilərlə yanaşı sizdən də kifayət qədər var! Türk əsgərləri tərəfindən yaxalanarkən yalandan özünüzü müsəlman kürd kimi qələmə verirsiz və deyirsiz ki, guya ermənilər sizi zorla buna məcbur edir. Əslində isə türk və Azərbaycan xalqına qənim kəsilmiş ermənilərdən heç bir fərqiniz yoxdur! Buna görə də siz öz xoşunuzla ermənilərə köləlik eləyirsiniz! Ermənilər sizin üçün idealdır. Siz onları səcdə elədiyiniz şeytanla bir tutursuz və əksər hallarda onlara təmənnasız xidmət göstərirsiz! Lakin sizin ağalarınız tək ermənilər deyil! Siz masonlara da xidmət göstərirsiz və onların bütünlükdə İslam dünyasını məhv eləmək planlarını icra eləməkdə özünüzü ölüm təhlükəsinə belə ata bilirsiz! Bir sözlə siz dünyanın ən iyrənc məxluqlarından birisiz! Amma inşallah vaxt gələcək, öz ağalarınızla birlikdə mundar əməllərinizə görə Uca Allahın qəzəbinə tuş gələcəksiz! O zaman Ulu Yaradan sizi yerlə-yeksan eləyəcək! Mən buna çox inanıram!

 Poladov bunu deyib cibindən siqaret çıxarıb damağına qoydu və alışqan çıxarıb siqareti alışdırdı:

-İndi isə davam elə görüm! Bax, yenə də təkrar edirəm, nəyisə gizləsən, yalan desən, sənin üçün çox pis olacaq, çox!

 Muxo hıqqana-hıqqana sözə başladı:

-Mən Tibilisi şəhərində doğulmuşam! Orda çoxlu azərbaycanlı olduğu üçün uşaq vaxtından Azərbaycan dilini öyrənmişəm. Qohumlarımız hamısı Gürcüstanın cürbəcür yerlərində dilənçilik eləsə də, mənim valideynlərim dilənçi deyildilər. Atam ət dükanında ət satırdı. Anam isə həmin dükanda süpürgəçi vəzifəsində çalışırdı. Biz çoxlu it saxlayırdıq. Itlərimizin sayı həmişə yüzdən yuxarı olurdu. Hər gün mən valideynlərimin işlədiyi ət dükanına gedib itlərdən ötrü  alınmayıb qalan, zibilliyə tullanmalı olan sür-sümükləri yığıb gətirirdim. Beləliklə biz onları yedizdirib kökəldir və hər köpəyin təxminən iki yaşı tamam olanda o biri köpəklər görməsin deyə zirzəmiyə aparıb kəsərək dərisini soyur, iççalatını təmizləyirdik, atam da itin leşini doğrayaraq, aparıb işlədiyi ət dükanında qoyun əti yerinə satırdı.  İt ətini qoyun əti yerinə satmaqda atamın iki məqsədi var idi. Birincisi məqsəd o idi ki, bu ona yaxşı gəlir gətirirdi, ikinci məqsəd isə o ərazidə yaşayan, daha doğrusu ondan ət alan müsəlmanları it əti vasitəsilə yavaş-yavaş öldürmək.

 Poladov onun sözünə əlavə etdi:

-Söz yox ki, it əti yeyən adamın qarnına qurd düşür və həmin qurd bir neçə ayın içində həmin adamı məhv edir.

 Muxo başını tərpətdi:

-Elədir! Atam düz on il həmin dükanda ət satdı və it ətini əsl qoyun ətindən nisbətən ucuz qiymətə satdığı üçün müştərisi çox olurdu və bu müştərilər əsasən kasıblardan ibarət olurdu. Məsələ burasındadır ki, onlar it ətini aparıb ondan xörək bişirib yeyirdilər, amma nə işdisə, heç vaxt yediklərinin it əti olduğuna şübhə eləmirdilər.

 Poladov iyrəndiiyi üçün üz-gözünü turşutdu:

-Yəqin atan it ətinə nəsə qatırmış, yoxsa hökmən onun it əti olduğunu müştərilər başa düşərdilər?!

-Elədir! Atam o ətlərə azca qoç quyruğu qatırdı.

 Poladov onun sözünə yenə əlavə etdi:

-Bu da öz növbəsində zəqqum dadı verən it ətinin dadını dəyişdirirdi.

 Muxo sözünə davam elədi:

-Bu minvalla atam yüzlərlə müsəlmanın ölümünə səbəb oldu. Amma günlərin bir günü qəfildən havalanaraq qəssab bıçağı ilə anamı doğradı, sonra məni öldürmək istəyəndə mən qaçıb canımı qurtardım və qorxudan üç gün evə qayıtmadım. Yalnız üç gündən sonra eşitdim ki, atam, anamı öldürəndən sonra özünü də öldürübmüş. Odur ki, evə qayıtdım. Amma tək qalmışdım, özüm də möhkəm ac idim, evdən bir az çörək, bir qədər də köhnə pamidor tapıb yedim. Sonra itlər yadıma düşdü və onları saxladığımız iri dama girdim. Onlar isə möhkəm ac olduqları üçün hürmür, ulayırdılar və birdən üstümə hucum eləyib məni parçalamaq istədilər. Onlar məni bir-iki yerdən dişləsələr də birtəhər damdan çıxıb qapını bağladım, sonra isə həyətin bir küncündə qalıb iylənmiş sümüklərin üstünə evdən valideynlərimin məhz müsəlmanları zəhərləmək üçün gizlin saxladığı mişyak zəhəri götürüb tökərək həmin sümükləri damın qapısını açıb cəld köpəklərə atdım. Onlar dərhal sümükləri yedilər və bir qədər sonra əksəriyyəti yazıq-yazıq zingildiyərək tələf oldu. Qalanları isə ac olduqları üçün onların leşini yedilər və bir müddət sonra onlar da gəbərdilər. Mən isə tək qalmışdlm. Ac və susuz idim. Odur ki, şəhərin uzaq bir yerində yaşayan qohumlarım gilə getdim. Onlar valideynlərimin öldüyünü bilən tək məni yedizdirdilər və yanlarında saxladılar. Lakin mənim onların evində qalmağa başlayndan təxminən bir ay sonra evin yiyəsi, yəni atamın əmisi oğlu Kiso dayı gecənin yarısı məni yuxudan durğuzub çubuqla döyməyə başladı. Söz yox ki, onun vurduğu zərbələr məni çox incidirdi və mən qışqırırdım. Həm də düşünürdüm ki, onun arvadı Xilfo xala səsimi eşidib bunun qarşısını alar. Lakin belə olmadı. Məsələ burasında idi ki, Kiso dayı məni döyərkən Xilfo xala  səsimi eşidib yuxudan durdu və nəinki mane olmadı, hətta Kiso dayıya buyruq verdi ki, zərbələri daha da möhkəm ilişdirsin! Biz iuezitlərdə qadınlar kişilərdən üstün sayılır və hər yerdə də qadınlar başçılıq eləyir. Buna görə də Kiso dayı, Xilfo xalanın hər bir göstərişinə dərhal əməl edirdi. Beləliklə Kiso dayı ən azı iyirmi dəqiqə, daha doğrusu yorulana qədər məni çığırda-çığırda çubuqla döydü. Mənə elə gəlirdi ki, artıq canım çıxıb. Bu iş bitəndən sonra isə Xilfo xala mənə dedi ki, ağlayıb-zarımayım, onsuz da Kiso səninlə bunu eləməsə, bir müddət sonra kimsə eləyəcək. Səhər açılandan sonra mən onların evindən qaçmaq istədim, lakin canım o qədər ağrayırdı ki, bunu bacarmadım. Ertəsi gecə Kiso dayı yenə bunu təkrar elədi, yəni məni yenə yorulana qədər döydü. Mən yalvarırdım ki, mənə yazığı gəlsin və daha məni döyməsin. Lakin onun nəinki mənim göz yaşlarıma rəhmi gəlmədi, əksinə zərbələri daha da qüvvətləndirdi. Sonra isə Xilfo xala mənə balaca bir stəkanda qırmızı bir maye gətirib verdi və dedi ki, buna müsəlman qanı qatılıb, al iç! Mən stəkanı ondan alıb mayeni içdim. Bundan sonra isə onar mənim əllərimə dağ basdılar. Mənim səsim aləmi bürüdü və huşumu itirdim. Təxminən yarım saatdan sonra mən özümə gələndə Xilfo xala mənə dedi ki, biz bunu  ona görə eləyirik ki, səndə bütün bəşəriyyətə nifrət yaransın! Qəlbin kinlə-kudurətlə yansın ki, müsəlmanlara qarşı ömrün boyu mübarizə aparasan! İmkan daxilində onları öldürəsən, yandırıb-yaxasan, bir sözlə onları bədbəxt eləməkdən ötrü bütün gücünü, bacarığını, biliyini ortaya qoyasan! Tarixdən məlumdur ki, müsəlmanlar riyakarlıq, hiylə, kələk bilməzlər, fitnə-fəsad törətməzlər. Düşmənlə açıq-aşkar mübarizə apararlar. Müsəlman dininin əsas qayəsi isə təmiz əxlaqlı olmaqdır. Məsələ burasındadır ki, biz, yəni iuezitlər, şeytana səcdə eləyən insanlar, heç vaxt müsəlmanlarla açıq-aşkar mübarizə apara bilmərik! Onlar bizdən çox güclüdülər. Bəs belə olanda nə eləmək lazımdır?! Şübhə yox ki, riyakarlıq eləmək, aldatmaq, fitnə-fəsad törətmək, müsəlmanların arasına girib onların ayağının altını qazımaq, bütün müsəlman torpağlarına xəyanət eləmək! Biz yalnız bu cür yollarla onları əzə, onların nəslini kəsə bilərik! Lakin riyakar, məkrli, mərdimazar olmaq üçün insanın qəlbində hökmən kin-kudurət, güclü paxıllıq hissləri olmalıdır. Yalnız bu yolla tanrımız şeytanın rəğbətini qazanmaq olar. Onu da bil ki, indi bu səni incitsə də, bir müddət sonra buna çox sevinəcəksən və Kisonun sənə ötürdüyü bu hissiyyat sənin ömrün boyu ləzzətlər içində yaşamağına cığır açacaq!

 Mənim yaralarım təxminən bir aydan sonra sağaldı və bundan sonra Xilfo xala məni şəhərin ucqarında yerləşən bir zirzəmiyə apardı. Bu çox uzun dəhlizi olan bir zirzəmi idi. Orda hər tərəfdə lap qədimlərdə olduğu kimi məşəllər yanırdı və zirzəminin lap axırında zil qara rəngli libasa bürünmüş bir nəfər oturmuşdu. Onun üzü bağlı idi. Xilfo xala məni onun lap yaxına gətirib dedi ki, bunu da artıq yetişdirmişik. Qara libasa bürünmüş məxluq nəsə mızıldanaraq qarşısındakı su qabından su içib suyu üzümə püskürdü və Xilfo xala ona minnətdarlıq eləyib məni zirzəmidən çıxartdı.

 Bundan sonra onlar məni rahat buraxdılar, lakin onlar məndən əl çəksələr də artıq dedikləri kimi şeytan məndən əl götürmürdü. O, tez-tez məni tovlayır, oğurluq eləməyə, adam aldatmağa, zorlamağa, öldürməyə, xainliyə çağırırdı. Bir sözlə elə hey qulağıma pıçıldayırdı,-“Öldür, qarət elə, zorla, arxadan vur, xəyanət elə və ilaxır”. Mən isə artıq onsuz da onun zəncirli köləsinə çevrilmişdim.

 Bu yerdə Poladov ona yenə sual verdi:

-Yenə də pıçıldayırmı qulağına?

 Muxo başını buladı:

-Siz məni ələ keçirəndən sonra daha pıçıldamır.

 O, bunu deyib nəfəsini dərdi və sonra yenə söhbətinə davam elədi:

-On altı yaşıma çatanda Kiso dayı ilə Xilfo xala məni bir iuezit qızı ilə evləndirdilər. Qızın doqquz yaşı var idi. İuezit adətinə görə isə qızları doqquz yaşına çatanda artıq ərə verirlər. Arvadım dilənçi idi, Tiflisin küçələrində dolaşıb yaxşı pul qazanırdı. Mən isə işləmirdim, imkan düşəndə oğurluq eləyirdim, hərdən basabas avtobuslara miniib ona-buna sürtüşürdüm, eyni zamanda da cibə girirdim. İuezitlər əsasən kömür kimi qara olurlar, mən isə kürən olduğum üçün kimsə, ələlxüsus da gürcülər məndən şübhələnmirdilər. Daha doğrusu məni elə gürcü bilirdilər. Üc aydan sonra arvadımı iuezitlərin adəti üzrə başqa adama ərə verdilər. O, isə məndən hamilə idi. Lakin adətə görə bunun heç bir əhəmiyyəti yox idi, çünki iuezitlər hamısı bir ailədir və uşağın hansı kişinin belindən gəlməsinin heç bir əhəmiyyəti yoxdur. Mən isə düz iki il tək qaldım və bu mənim əsəblərimə təsirini göstərdi. Odur ki,  bir gün xəlvət bir yerdə bir gürcü qızını zorlamaq istəyərkən pölis tərəfindən yaxlandım. Mənə səkkiz il iş verdilər. Həbsxanada binamusluq üstündə düşdüyümə görə başıma oyunlar gətirdilər. Orda Ambarsumyan Xaçik Ambarsumoviç adlı bir erməni ilə tanış oldum. O, mənim iuezit olduğumu bilincə həbsxanada bəzi şeylər söylədi və ordan çıxandan sonra əla pul qazanacağım üçün imkan olduğunu dedi və mənə bir ünvan verib Sarkisyan Serqo adlı bir erməninin yanına getməyi dedi. Mən onunla görüşəndə;-“Bəlkə sizdə tünd, qırx illik qara çaxır ola”?!-deməli idim. Mən həbsxanadan çıxan kimi dərhal həmin ünvana getdim və qapının zəngini çalan kimi Xaçikin dediyi adam qapıya çıxdı. Mən dərhal parolu söylədim, o da öz növbəsində uca səslə-.”Var, niyə yoxdu, gəl içəri”,-deyib, məni evə apardı. Biz oturub orda xeyli söhbət elədik və o, məni “Şaum Terror Təşkilatı”nın üzvü olmağa dəvət elədi və mənə dedi ki, hər verilən tapşırığı yerinə yetirəndən sonra təşkilat tərəfindən ən azı on min dollar pul alacaqsan! Mən söz yox ki, razılaşdım. O da mənə təşkilatla gizlin əlaqə saxlamaq üçün bir ünvan verdi. Bu ünvan isə Kutaisi şəhərində idi və mən ləngimədən avtobusa minib ora gedərək həmin adamla görüşdüm.

 Poladov dərhal soruşdu:

-O, adamın adı nə idi?

-Şahnazaryan Şahnazar! O, mənə dərhal tapşırıq verib Bakıya göndərdi. Burda mən gənc, gözəl qızları qaçırdıb, Ataxan Ataxanov adında bir adama təhvil verməli idim. Bakıya gələn kimi mən Ataxanla görüşdüm. O, dövlət məmurudu və böyük bir vəzifədə çalışır. O, mənə bir neçə ünvan verdi. Bu ünvanlardan biri də həmin mədəniyyət evi idi. Onun bədii rəhbəri Zinəddin Ziyadov da təşkilata elə Ataxanın təklifi ilə yeni dəvət almışdı vəzifəsi isə çox asan idi. Ora, əsasən də rəqs kollektivinə gələn gənc, gözəl, mütanasib bədənli qızların harda yaşadıqlarını, hansı yollarla, hansı marşurutlarla, saat neçədə mədəniyyət evinə gəlib getdiklərini mənə çatdırdı. Mən isə tez-tez məşğələlərə gəlib qızları nəzərdən keçirir, hansıların ərəb şeyxlərinə daha baha qiymətə satıla biləcəyini müəyyən etmək üçün guya rəqs kollektivinin məşqini çəkmək bəhanəsilə həmin qızların planşetlə videosunu çəkir, sonra isə Ataxana ötürürdüm. O da mənə öz növbəsində hansı qızların daha münasib qiymətə satıla biləcəyini söyləyir və həmin qızı qaçırtmaqdan ötrü mənim üçün maşın təşkil eləyirdi. Amma mənim işim təkcə mədəniyyət evinin qızları ilə bitmirdi. Bəzən Ataxan mənə tamam başqa yerdə ya təhsil alan,  ya da başqa bir məşğulliyəti olan olduqca gözəl qızların qaçırılmasını tapşırırdı. Sonuncu tapşırıq isə onun Bakı Dövlət Universitetində təhsil alan Şəfəq adlı qız idi. Bu qız həddindən artıq gözəl olduğu üçün onu vahabi məzhəbində olan ərəb şeyxlərinə çox baha qiymətə satmaq olardı. Lakin gördüyünüz kimi Şəfəq çox zirək çıxdı və mən nəinki onu qaçırda bildim, əksinə o mənim ələ keçməyimə səbəb oldu.

  Poladov barmaqlarını adəti üzrə masanın üstündə taqqıldatdı:

-Bəs bu təşkilatın burdakı iqamətgahının harda yerləşdiyini bilirsənmi?

 Muxo başını buladı:

-Yox rəis, mənim hmin iqamətgahın harda yerləşdiyindən qətiyyən xəbərim yoxdu. Bilsəydim, deyərdim, onsuz da qarmağa keçmişəm, deyərdim və işimi də yüngülləşdirərdim!

 Bundan sonra Poladov indan daha heç nə soruşmayıb dəmir barmaqlıqlar arasına göndərdi və iki gündən sonra işə gələn kimi Zinəddin Ziyadovu onun huzuruna gətirməyi göstəriş verdi. Bir qədər sonra Zinəddin Ziyadovu dindirmə otağına gətirdilər və Poladov əli ilə onu gətirən polis nəfərinə,-“Çıxa bilərsən”,-işarəsi verib üzünü Ziyadova tutdu:

-Dünən kabinetindəki bütün kağız-kuğuzu yoxladım və biri səkkiz ay, o biri altı ay bundan qabaq itən qızların, yəni Zahidova Lamiyənin və Qədirova Xuramanın ünvanlarını, hansı kollecdə təhsil almalarını, ev və mobil telefonlarının nömrələrini tapdım. Əslində isə o qızların ünvanları, telefon nömrələri, hansı kollecdə oxuduqları onların rəqs müəllimində olmalı idi, səndə yox..

Ziyadov ironiya ilə gülümsədi:

-Mən mədəniyyət evinin bədii rəhbəriyəm və ora üzv olan hər həvəskarın harda yaşadığını, harda oxuduğunu bilməyim mənim borcumdur.

 Poladov masanın üstünə qoyduğu qovluğu açıb içindən həmin iki qızın cürbəcür çəkilmiş fotoşəkillərini çıxardıb ona göstərdi:

-Bunları sənin seyfindən tapmışam! Bunların bir qismi də Muxonun yaşadığı mənzildən tapılıb. Əlbəttə, Muxonun mənzilindən tək bu qızların deyil, onlarla gənc və gözəl qızların fotoşəkilləri aşkarlanıb. Lakin o qızlar sənin bədii rəhbərlik elədiyin mədəniyyət evinə gəlib-getmirlərmiş. Muxo onları başqa yerlərdə görüb və başının ağalarına onlar haqqında məlumat verib və onlar da həmin gənc və gözəl qızların elə Muxo vasitəsilə qaçırılmasını təşkil ediblər. Sənin bədii rəhbərlik elədiyin mədəniyyət evindəki qızlardan ibarət rəqs kollektivinin üzvü olan bu iki qızın isə oğurlanmasında sənin əlin var. Sən bunu heç vaxt boynundan ata bilməzsən!

 Ziyadov iyrənc şəkildə qımışdı:

-O qızların fotoşəkillərinin mənim kabinetimdəki seyfdən tapılması mənim onların oğurlanmasında əlim olduğunu subut eləyən bir amil deyil.

-Lakin sənin seyfindən rəqs kollektivinin o biri qızlarının fotoşəkilləri aşkarlanmadı.

 Ziyadov çiyinlərini çəkdi:

-Nə olsun ki?! Mən zövqlü bir adamam. O qızlar gözəl qızlar idi, mən də onların fotoşəkillərini çəkmişdi ki, hərdən baxıb həzz alım!

-Nəvən yerində qızlaramı baxb həzz alırdın?

 Nəvəm yerində və yaxud nənəm yerində. Məgər buna görədə cinayət məcəlləsinin maddələri var?! Biz İslami bir dövlətdə yaşamırıq rəis, dünyəvi-huquqi bir dövlətdə yaşayırıq. Kişilər istədikləri zaman xoşlarına gələn qadınların, qızların fotoşəkillərinə, açıq sinələrinə, baldırlarına istədiyi qədər tamaşa eləyə bilərlər. Bizdə buna bir qadağa yoxdur.

 Poladov fotoşəkilləri yenidən qovluğa qoydu:

-Görürəm sən ancaq belə şeylərlə maraqlanmısan və dövlətin başqa qanunlarından tamamilə xəbərin yoxdur, odur ki, hər vəchlə törətdiyin cinayətdən boyun qaçırmaq istəyirsən. Amma bunu o cinayətləri törətməmişdən fikirləşsəydin, bəlkə də sudan quru çıxa bilərdin. Lakin elə mədəniyyət evində biz Muxonu yaxalayarkən sən özünü ifşa elədin! Özü də bilirsən nədə ifşa elədin?! Muxonu tanımadığını iddəa etdin! Lakin həm rəqs kollektivnin üzvüləri, həm onların müəlliməsi, həm də çalğıçılar təsdiq elədilər ki, sən Muxonu çox gözəl anıyırsan və Muxo artıq bir ildən yuxarıdır ki, sənin yanına gəlib-gedir. Amma bu hamısı deyil. Sənin əxlaqsızlığını bizim yenicə işə götürdüyümüz Zülfüqar Kərimov xatırladı və bundan əlavə də sənin nə qədər oğraş bir adam olduğunu mədəniyyət evindəki cürbəcür dərnəklərə gələn həvəskarların əksəriyyəti təsdiqlədi.

Lakin bu da hamısı deyil. Sənin “Şaum Terror Təşkilatı”na köləlik elədiyini Muxo özü təsdiqlədi. Odur ki, sən gənc qızların qaçırılmasında iştirak eləməkdən başqa vətən xaini kimi də ittiham olunacaqsan və cinayətlərindən boyun qaçırdığına görə mən Sübhan Poladov səni əmin edirəm ki, sənin cəzan çox-çox ağır olacaq! Səni hələ məhkəməyə qədər siçovul basmış zirzəmiyə atdıracağam və orda ac siçovullar sənin parça-parça olmuş cəmdəyindən özləri üçün delekates şam yeməyi haırlayacaqlar.

 Poladov bunu deyib qapıda dayanan çavuşu çağırdı və çavuş Ziyadovu kameraya aparmaq istəytərkən, Ziyadov qəfildən Poladovun ayaqlarına qapanıb imdad diləməyə başladı:

-Boynuma alıram, hər şeyi boynuma alıram! Mən çox mundar adamam, çox..

 Bundan sonra o hər şeyi boynuna aldı və etiraf elədi ki, “Şaum Terror Təşkilatı”nın Bakıdakı vasitəçilərindən biri Ataxan Ataxanovla artıq üç ildir ki, tanışdır, həm də qızlardan ibarət rəqs kollektivini də məhz buna görə yaradıb ki, onların arasından ən gözəlləri seçilsin. Həm də bu müddət ərzində qızlardan ibarət rəqs kollektivinin üzvülərinin hamısının ünvanını, telefon nömrələrini, hansı məktəbdə və yaxud kollecdə oxuduğunu siyahıya almaqla bərabər, hansı marşurutlardan istifadə elədiklərini və mədəniyyət evinə və yaxud təhsil aldıqları kolleclərə və yaxud məktəblərə gedib-gələrkən hansı yollardan keçdiklərini zaman-zaman onlardan öyrənərək qeyd eləyib! Lakin bu üç il ərzində həmin rəqs kollektivinə onlarla qızın üzv olduqlarına baxmayaraq onlardan cəmisi ikisi Ataxanı silkələyib və  o, özünü Ziyadov Zinəddinə də Fərzəliyev Fərzəli kimi təqdim eləmiş Muxo vasitəsilə həmin qızları ayrı-ayrı vaxtlarda, özü də mədəniyyət evinə gəlib gedərkən deyil, təhsil aldıqları kolleclərə gedərkən qaçırılmasını təşkil eləyib ki, kimsə nə Muxonun, nə də onun bu işdə əli oldğundan şübhələnməsin!

 Ziyadov bütün bunları danışandan sonra onu da etiraf elədi ki, hər iki qız qaçırılandan sonra “Şaum Terror Təşkilatı” onun üçün üç min dollar pul göndərib. Ziyadovu eyni zamanda bunu da dedi ki, o, özünü ona da Fərzəli Fərzəliyev kimi təqdim eləmiş adamdan və Ataxan Ataxanovdan başqa terror təşkilatının üzvülərindən kimsəni tanımır və ona da yalnız Fərzəliyev vasitəsilə onlara köləlik elədiyinə görə pul çatdırırdılar. Lakin Poladov ondan da terror təşkilatının Bakıdakı iqaqmətini soruşanda, o da bunu bilmədiyini söylədi.

 Bundan sonra Poladov, Ziyadovu də başqa bir dəmir barmaqlıq arasına salınmasını göstəriş verdi və maşına oturub respublika prokurorunun görüşünə getdi.  

 Respublika prokuroru onu gülərüzlə qarşıladı və təxminən on beş dəqiqə ona qulaq asandan sonra Ataxan Ataxanovun həbsi üçün sanksiya sənədi imzalayıb ona verdi.

 Ordan çıxandan sonra Poladov dərhal Ataxan Ataxanovun işlədiyi idarəyə gəldi. Qapıda dayanan polislər onu tanıyıb Ataxana, Poladovun onunla görüşmək istədiyini xəbər verdilər.

 Ataxan öz kabinetində idi və bunu eşidən kimi bir qədər həyəcanlansa da, həm külli miqdarda puluna, həm də minsifətliliyi nəticəsində qazandığı hüsnü-rəğbətə güvənib özündən müştəbeh halda kreslosuna yayıldı və Poladov kabinetə girəndə özünü elə apardı ki, guya kabinetin qapısından Cinayət Axtarılşları Şöbəsinin rəisi deyil, hansısa bir müqəvva girib.

 Poladov da öz növbəsində onun bu cür ədəbsiz hərəkətini görüb salam vermədən əlindəki qovluğu onun masasının üstünə atdı. Bunu görən Ataxanın sağ qaşı yuxarı qalxdı:

-Bu nədir belə?

 Poladov sakitcə cavab verdi:

-Sanksiyadır!

 Ataxan dodağı büzüldü:

-Nə sanksiya?

-Respublika prokurorunun sanksiyası!

 Ataxan bunu eşidib bir balaca kreslodan qalxdı:

-Onu bura neyçün gətirmisən?

 Poladov yenə təmkinini pozmadı:

-Çünki sənə aiddir! Daha doğrusu sənin həbsindən ötrü!

 Ataxan bu dəfə kreslodan tamamilə qalxdı:

-Nə çərənlədiyinin fərqində deyilsən deyəsən?!

 Poladov əli ilə qovluğa işarə elədi:

-İnanmırsan, baxa bilərsən!

 Ataxan dərhal qovluğu açıb içindəki sənədə baxdı və səsini bir xeyli qaldırdı:

-Görürəm, o da əməlli-başlı çaşıb və mənim kim olduğumu unudub?!

 Poladov əlini yana açdı:

-Yox unutmayıb, əslində içindəki qurdların vətənimizə nə qədər ziyan verdiyini başa düşüb! Sənin yetim uşaqların haqqını yediyini, narkotik alverinin başında dayandığını və bir sıra iyrənc işlərlə məşğul olduğundan xəbərimiz var idi. Lakin mən hiss eləyirdim ki, sən daha iyrənc işlərlə məşğul olursan, odur ki, hələlik sənə toxunmurdum və ona görə toxunmurdum ki, sənin daha dərində nələr törətdiyini öyrənim! İndi şükürlər olsun Uca Allaha ki, bu gün onları da öyrəndim! Sən “Şaum Terror Təşkilatı”nın Bakıdakı köləsisən və gənc, gözəl qızları oğurlatdırıb onlara ötürürsən. Onlar da həmin qızları vahabi məzhəbindən olan ərəb şeyxlərinə hərəsini iyirmi milyon dollara satıb bu pullarla təşkilatlarını maaliyələşdirirlər. Sənə isə hər oğurlanan qıza görə yarım milyon dollar pul ödəyirlər. Amma mən şübhə eləmirəm ki, sən burda tək deyilsən və oğurlatdırdığın qızları elə təkbaşına terror təşkilatının üzvülərinə ötürmürsən. Ona görə də şöbəyə aparılandan sonra onların da başlarını hansı kolda gizlətdiyini mənə deyəcəksən!

 Ataxan artıq qorxudan titrəyirdi və elə göyərmişdi ki, sanki bu saniyə öləcəkdi. Lakin o, Suren Nersesyan kimi zəif deyildi, odur ki, nə qədər güclü sarsıntı keçirsə də, çirklə dolu ürəyi buna davam gətirə bildi.

 Bir qədər sonra Poladivla gəlmiş, fəqət bayırda mövqe tutan hündür boylu polis nəfərləri içəri girib Ataxan Ataxanovu qandallayaraq polis maşınına mindirdilər.

 Respublika prokurorunun onun həbsi haqqında sanksiya verməsi, eyni zamanda Poladovun onun bütün cinayətlərindən xəbəri olması Ataxan Ataxanovu iflic vəziyyətinə salmışdı. Bu səbəbdən də başqa çıxış vəziyyəti olmadığından işini yüngüllşdirməkdən ötrü “Şaum Terror Təşkilatı” ilə əlaqə saxladığını etiraf edərək, fəqət onların yalnız Bakıdakı dəstəsinin başçısı Zərgər Gözəlovu tanıdığını, tapşırıqları ondan aldığını, oğurlanmış qızları ona ötürdüyünü və haqqını da ondan aldığını dedi. Ancaq Ataxan Ataxanov da köləlik elədiyi terror təşkilanının Bakıdakı iqamətgahının harda yerləşdiyini bilmədiyini dedi.

 Bundan bir qədər sonra isə başda Nəcməddin olmaqla operativ qrup həm yaxalanmaqdan ötrü onlara güllə atan, lakin məhz Nəcməddinin sayıqlığı nəticəsində tapançası əlindən alınıb tutulan Gözəlov Zərgəri, həm də sonuncu dəfə baş tutmayan hərəkətdə iştirak edən, daha doğrusu Gözəlov tərəfindən Muxoya kömək üçün göndərilən minik maşınının sürücüsü Əjdər Əjdərovu qolları qandallı Poladovun huzuruna gətirdilər.

 Əjdər Əjdərov dindirilərkən hər qız oğurluğundan sonra iz qalmasın deyə bağdakı qarajında maşınının rəngini və nömrəsini dəyişdiyini, eyni zamanda bunun müqabilində Gözəlovdan hər qıza görə üç min dollar aldığını söylədi.

 Ondan sonra Poladov  əsas obyekt olan Gözəlovu dindirməyə başladı.

 Gözəlov sanki dişlərini bir-birinə keçirdib, onun suallarına cavab vermirdi. Bu isə artıq bu gün çox yorulmuş Poladovu  özündən çıxartmasa da, əsəbləşdirirdi. O, zatən əsəbi bir adam deyildi, lakin son zamanlarda baş verən hadisələr, əsas iqamətgahı Azərbaycanda deyil, başqa bir məmləkətdə yerləşən, Azərbaycandakı kölələrinin isə yeri, məkanı mçəlum olmayan “Şaum terror təşkilatı”nın Azərbaycanın mütsəqillyinə, dövlətinə, xalqına qarşı hələ nələr törədə biləcəyini fikirləşdikcə çox narahat olurdu. Bu səbəbdən də daim təmkinli, sakit görünən Poladov indi bir qədər dəyişmişdi. Odur ki, o, daha şübhəli şəxs kimi tutulanların əvvəlki kimi nazıyla oynamır, onların cinayətlərini tezliklə boyunlarına almaqlarını tələb edir və onun qızıldan qiymətli dəqiqələrini alan caniyə qarşı bəzən qanunun belə ziddinə hərəkət edərək onları ya qorxuzmaqla, ya da ağrıdoğurucu fəndə salmaqla cinayətlərini etiraf eləməyə vadar edirdi. O, çox yaxşı bilirdi ki, şübhəli şəxs kimi yaxalanan adama qarşı bu cür üsullar tətbiq eləmək qanuni bir şey deyil. Lakin başqa bir yol yox idi, çünki bu insanlar Azərbaycan xalqına, dövlətinə, bayrağına, torpağına xəyanət eləyən insanlar idi, onlarla başqa cür danışmaq mümkün deyildi.

 Gözəlov ağlasığmaz dərəcədə qatı cinayətkarlardan biri olsa da, qorxaq deyildi, onu nə Poladovun zəhmli görkəmi, nə də hədə-qorxusu qorxumurdu. Odur ki, Poladovun suallarına tamamilə cavab vermir, üzünü başqa səmtə çevirib kinli-kinli gülümsəyirdi.

 Poladov ona növbəti sual verdi:

-Bilirəm ki, lənətə gəlmiş Şaumyanın adını daşıyan “Şaum Terror Təşkilatı”nın fəal üzvülərindən birisən. Onu da yaxşı bilirəm ki, gözəl, gənc qızları cürbəcür yollarla vətəndən çıxarıb vahabi məzhəbində olan ərəb şeyxlərinə olduqca baha qiymətə satırsız və bununla da təşkilatınızın büdcəsini artırırsız. Lakin bu hamısı deyil, sizin daha təhlükəli, daha riyakar planlarınız var. Siz bütün türk dünyasını məhv eləmək istəyirsiz! Amma indi mənim bu sənə təkrar-təkrar verdiyim suala nəhayət ki, cavab ver! “Şaum Terror T.şkilatı”nın Bakıdakı iqamətgahı harda yerləşir?

 Nəhayət o, üzünü Poladova çevirdi:

-Sənin haqqında eşitmişəm! Bilirəm, köhnə qurdsan! Cinayətkarlar aləmində sənə “Məngənə Poladov” deyirlər. Çünki izinə düşdüyün adamları məngənə kimi sıxırsan və nəhayət ələ keçirib sıxıb sularını çıxarırsan! Məni də öz məngənənə sala bilmisən, amma sıxıb suyumu çıxara bilməyəcəksən! Həm də onu bil ki, mənim kimilər çoxdu. Məni cəhənnəmin dibinə göndərsən də, onlar sənin bu vətəninə ziyan vurmaqda davam eləyəcəklər. Onu da bilirəm ki, bu avam xalqın içində sənin kimlər azdı. Buna görə də onsuz da bizimlə mübarizə apara bilməyəcəksiz, necə ki, Qarabağ uğrunda gedən savaşlarda məğlub olmusuz, elə də məğlub olacaqsız!  O ki, qaldı “Şaum Terror Təşkilatı”nın Bakıdakı ünvanına, onu mən heç vaxt sizə demərəm, heç vaxt! Hünəriniz var, özünüz tapın!

 Poladov yenə özünü ələ alıb dilləndi:

-Biz Qarabağ savaşında məğlub olmamışıq, müvəqqəti olaraq torpağlarımızın bir hissəsini itirmişik! Amma alacağıq həmin torpaqları geri, buna arxayın ola bilərsən!

 Gözəlov bir azda artıqkin ifadə eləyən şəkildə güldü:

-Heç vaxt ala bilməyəcəksiz! Gücünüz çatmayacaq və nəinki ala bilməyəcəksiz, əksinə bütün torpaqlarınızı da itirəcəksiz!

 Bu yerdə Poladov daha əsəblərini cilovlaya bilməyib onun boğazından yapışdı:

-Alacağıq, hökmən alacağıq! Buna əmin ola bilərsən!

 Poladov nə düşündüsə onun boğazını buraxıb yan otağa keçdi və əlində kiçik bir kisə qayıdaraq kisənin qaytanla bağlanmış ağzını açdı. Bir qədər sonra ordan gözlüklü bir ilan çıxdı və ilan dərhal Gözəlova yaxınlaşıb şahə qalxdı.

 Gözəlov bağırdı:

-Bu ilan süni ilandır! Bu sənin qarşındakından söz almaqdan ötrü tətbiq elədiyin üsullardan biridir. Sən bununla avam xalqının nümayəndələrini qorxuza bilərsən! Mən isə sənin düşündüyün əbləhlərdən deyiləm! Sən onu pultla idarə eləyirsən!

 Poladov əllərini yana açdı:

-İndi səni çalıb iflic eləyəndə, sonra da beş dəqiqənin içində gəbərdəndə onun süni olmadığını yəqin eləyəcəksən!

 Poladov bunu deyib qapıya tərəf getdi və geri dönüb dilləndi:

-Yaxşı, gəl belə danışaq! Mən indi qapıdan çıxıb, qapını arxadan bağlayacağam! Orda çavuş onsuz da nəzarətdədi.  Səni isə ilanla üzbəüz buraxıram! Əgər belə cəsarətlisənsə ilanı öldür! Onda mən səndən daha heç nə soruşmayacağam! Yox əgər bir qram zəhəri yüz iyirmi adam üçün ölüm dozası olan bu kobra səni çalsa, onda da sirrlərini özünlə cəhənnəmə aparacaqsan! Hə, necə deyərlər, bu meydan, bu da şeytan!

 Poladov bunu deyib qapıdan çıxdı və qapını dərhal qıfılladı.

 İlan isə hələ də şahə qalxmış vəziyyətdə idi və onun görkəmi o qədər dəhşətli idi ki, özünü dünyada ən cəsur adamlardan sayan Gözəlovu üşütmə tutmuşdu. Bu zaman Gözəlov iki daş arasında idi. O, ilanın həm süni olduğunu, həm də gerçək ola biləcəyini düşünürdü. Buna görə də bir balaca olsun belə hərəkət eləmirdi, çünki çox yaxşı bilirdi ki,  əgər ibu gerçək kobradırsa, azca tərpənmək ona ölümü bahasına başa gələ bilər. Kobra isə tamamilə yerindən tərpənməyərək ölüm saçan gözlərini ona zilləmişdi. Gözəlovun boğazı da qurumuşdu və ilanın yüngül tərpənişindən ona bəyan oldu ki, bu dünyanın ən zəhərli ilanı olan kobra heç də süni deyil v bir qədər sonra onu hökmən çalıb öldürəcək! Bundan sonra Gözəlov qorxudan nəfəsini belə dərmədi ki, kobra buna görə də onu çala bilər! Bu minvalla iki dəqiqə də keçdi və həm möhkəm vahimələnmiş, həm də nəfəsini saxlamış Gözəlov huşunu itirərək tapılltı ilə yerə yıxıldı. Poladov tappıltı eşidən kimi qapını açıb otağa girdi və Gözəlovun huşunu itirdiyini görən kimi əlindəki pultun düyməsini basıb süni kobranı kisəyə saldı. Sonra isə qapıda dayanan çavuşa, bir stəkan soyuq su gətirməsini göstəriş verdi. Çavuş dərhal su gətirməyə getdi və bir qədər keçəndən sonra su gətirdi. Poladov ondan stəkanı alıb bütünlüklə Gözəlovun üzünə tökdü və Gözəlov soyuq suyun təsirindən özünə gəldi. O, özünə gələn kimi ətrafa baxıb kobranı görmədi və dərindən nəfəs alıb çavuşun köməyilə kətildə oturdu.

 Poladov bir müddət ona heç bir sual vermədi, lakin təxminən bir dəqiqə keçəndən sonra dilləndi:

-Bəxtin gətirdi ki, bu dəfə kobra səni çalmadı. Amma bundan sonra onun münasibəti sənə qarşı necə olacaq deyə bilmirəm?!

 Gözəlov özünün sırtıq səsinin əksinə olaraq zəif səslə soruşdu:

-Sən onu kisədən çıxardanda, bəs səni niyə sancmır?

 Poladov yüngülcə gülümsündü:

-Çünki məni tanıyır! Mən ona hər gün iki dənə xamyak yedizdirirəm! O, mənim iyimi bilir! Ona görə də məni sancmaz!

-Bəs onu kisəyə necə salırsan?

 Poladov çiyinlərini çəkdi:

-Mən onu kisəyə salmıram ki.. Onun kisənin iiçində balaca vaxtından yatmaqdan xoşu gəlir və kisəni görən kimi özü ora girir. Sonra mən kisənin ağzını qaytanla bağlayıram. Kisənin ağzını açanda isə ordan çıxır, çünki yad bir iy onun diqqətini cəlb eləyir! Amma nə qədər kisənin içindədi, iy hiss eləmir!

 Gözəlov nə qədər hiyləgər və çoxbilmiş olsa da, özündən daha məntiqli fikirləşən Poladovun uydurmalarına inandı və dərindən köksünü ötürüb üzünü başqa səmtə çevirdi.

 Poladov onunla üzbəüz əyləşdi:

-Hə, indi başla görək!

 Gözəlov başını yavaş-yavaş ona çevirdi:

-Bura bax Poladov, sizdə yaxşı bir misal var,”-Ölmək ölməkdi,, xırıldamaq nə deməkdi?” Gətir o kobranı, qoy məni sancıb öldürsün! Cəhənnəmə ki.. Mən onsuz da sənə heç bir ünvan verməyəcəyəm! Öldür məni! Mən ölümdən qorxmuram!

 Poladov gülümsündü:

-Amma kobranın səni çalıb öldürəcəyindən qorxuduğun üçün ürəyin getmişdi?! Əslində sən kobradan min dəfə təhlükəli olan ağalarından qorxursan!

 Gözəlovun səsi bu dəfə əvvəlkindən xeyli güclü çıxdı:

-Hə, qorxuram! Əgər onların ünvanlarını sənə desəm, məni kobranın zəhərindən bəlkə yüz min dəfə ağır zəhərləri ilə çalacaqlar! Amma yadında saxla ki, səni də çalacaqlar Poladov! Bunu unutma!

 Poladov yenə güldü:

-Mənim bədənimdə zəhərə qarşı olduqca güclü immunitet var! Mənə nə kobranın, nə də sənin köləlik elədiyin ilanların zəhəri təsir eləməz! Ona görə də onlar məni sancmağa heç cəhd göstərməyəcəklər!

 Gözəlov sanki birdən ayıldı:

-Mən axmaq imişəm, özü də lap yekəsindən! Axı sən məndən söz almayınca onsuz da öldürməyəcəksən! Bu necə olub ki, mənim ağlıma gəlməyib?! Bir də sənin ilan saxlamağın haqqında heç eşitməmişdim! Deməli saxtatı sənin ilanın! Mən isə onun gerçək ilan olmağına inanmışam!

 Gözəlov bunu deyib bozardı:

-Gətir ilanını, qoy sancsın məni! Hə, nə durmusan! Onu da bil ki, mən ölsəm, səndən hökmən bunun hesabını alacaqlar! Amma bu hamısı deyil! Məni öldürsən, mən özümlə bildiyim çox şeyləri qəbrə aparacağam və sən buna görə çox peşman olacaqsan!  

 Poladov sakitcə dilləndi:

-Yox, daha səni danışdırmağa ilan gətirməyəcəyəm! İlan sancandan sonra çünki cəmisi beş dəqiqə yaşayacaqsan, sonra sə canın qurtaracaq! Başına zəhərli böcək yeridəcəyəm və həmin böcək yavaş-yavaş başının iyrənc dərisini yeyib beyninə girəcək! Bu zaman sən dəhşətli bir əziyyətlə öləcəksən!

 Gözəlov bu dəfə səsini bir az da qaldırdı:

-İstəyirsən lap min dənə böcək yerit! Məndən onsuz da söz ala bilməyəcəksən!

 Doğrusu ilk dəfə idi ki, Poladov bu cür öz iyrənc mənsəbinə sadiq düşmənə rast gəlirdi. Odur ki, onu hələlik divara yeritməyin mənasız olduğunu düşünüb dilləndi:

-Bir neçə gün ac və susuz qalsan, hər şeyi danışmağa məcbur olacaqsan!

 Poladov bunu deyib çavuşu çağırıb başı ilə ona Gözəlovu dəmir barmaqlıq arasına salmaq göstərişi verdi. Çavuş dərhal göstərişi yerinə yetirərək Gözəlovu qabağına qatıb apardı.

 Ertəsi gün Zülfüqarı Cinayət Axtarışları Çöbəsində həm polis çavuşu, həm də polis maşının sürücüsü kimi işə qəbul elədilər və ona polis mundiri, polis vəsiqəsi, eyni zamanda isti silah verdilər.

 

 

                                             * * *

 

  Zülfüqar bir neçə gün bundan qabaq polis mundiri geyinəndən sonra bir qədər iri ayna qarşısında özünə baxdı və ona elə gəldi ki, aynadakı tamam başqa bir adamdır, çünki o polis mundirində, polis furajkasında tamamilə özünə oxşamırdı, sanki daha qamətli, daha ucaboy, daha əzəmətli görünürdü.

 Sevinirdi Zülfüqar, o ömründə bu qədər sevinməmişdi. Hələ lap yeniyetmə yaşlarından asayiş keşikçisi olmağa, cinayətkarlarla mübarizə aparmaq üçün polis sıralarına daxil olmağa böyük höəvəsi var idi. Lakin tale elə gətirmişdi ki, bu ona ndiyə qədər qismət olmamışdı. Lakin nəhayət, iyirmi dörd yaşının tamam olmağı ərəfəsində bu şərəfə nail oldu. Bu onun ən böyük arzusu idi. Bacardığı qədər canından artıq sevdiyi vətəni, torpağı alağ otlarından, çirkablardan təmizləmək, ütün varlığı ilə bağlı olduğu doğma xalqını cəbhədə olduğu kimi canıyla, qanıyla qorumaqvə bundan ötrü lazım gələrsə gecələr də yatmamaq, gecə-gündüz çalışmaq, çalışmaq yenə də çalışmaq..

 O, axşam da bağdakı evə polis mundirinə gəldi. Dürdanə artıq iki saat bundan qabaq işdən gəldiyi üçün onun ən çox sevdiyi xörək olan küftə-bozbaş asmışdı və həyəcanla bu gün ilk dəfə polis şərəfini yerinə yetirməyə gedən qardaşını gözləyirdi.

 Zülfüqar içəri girəndə isə qapıda dayanan ucaboylu, enlikürək, olduqca əzəmətli görünən polis nəfərini görüb özündən asılı olmayaraq bir neçə saniyə duruxdu, lakin onun Zülfüqar olduğunu görüncə yenə özündən biixtiyar qardaşıın boynuna sarıldı:

-Bacın sənə qurban ay Zülfüqar! Nə qədər yaraşır sənə bu polis geyimi!

 Dürdanə bunu deyib bir qədər geri çəkildi:

-Dayan, dayan qoy sənə bir də baxım! Yox, yox, mənim qardaşım bir dənədi!

 Sonra o, başını Zülfüqarın geniş sinəsinə qoyub ağlamsındı:

-Allah mənim qaqaşımı bədnəzərdən qorusun!

 Zülfüqar da öz növbəsində onun saçlarından öpdü:

-Sən mənə ana əvəzisən bacı! Anamız rəhmətə gedəndə mənim cəmisi altı yaşım var idi, sənin isə səkkiz! Amma mənə elə qayğı göstərirdin ki.. Əgər sən mənə illərlə qayğı göstərməsəydin, mən də başqa yetimlər kimi boynu bükük olacağdım! Amma rəhmətlik atamın nəvazişi bir yana dursun, sənin qayğıların məni anamın ölümü ilə bağlı düşə biləcəyim düşgünlükdən qurtardı. Mən səni anamın yerinə qoydum və sən mənə anasızlığı unutdurdun!

 Dürdanə onsuz da ağlamsınırdı, lakin boyu az qala iki dəfə ondan uca olmasına, görkəmi isə pəhləvana bənzəməsinə baxmayaraq hələ də elə altı yaşındakı kimi gördüyü qaqaşının ona belə sözlər deməsi onu o qədər kövrəltdi ki, daha hıçqırtısını gizlədə bilməyib əməlli-başlı ağlamağa başladı.

 Zülfüqar da kövrəlmişdi, lakin o, əziz bacısının hıçqırtı ilə ağladığını görəndə göz yaşları içində onun gözlərindəki yaşları yüngülcə barmağı ilə sildi:

-Daha ağlamaq neyçün bacı?

 Dürdanə yaylıq götürüb gözlərinə çəkdi:

-Yox mən ağlamıram, ağlamıram! Elə-belə, boş şeydir!

 Bir qədər sonra onlar Dürdanənin bişirdiyi ləziz küftə-bozbaş yeyib, üstündən də əla kənd qatığından hazırlanmış ayran içdilər.

 Bundan bir az sonra da hər ikisi möhkəm yorğun olduğu üçün yatağa uzandı və elə uzanan kimi də hər ikisini yuxu apardı.

  Aradan düz bir həftə keçdi. Gözəlov hələ də “Şaum Terror Təşkilatı”nın Bakıdakı iqamətgahının yerini deməmişdi. Poladov isə hər dəfə onu dindirəndə yeni üsullar fikirləşib tapsa da, ondan söz ala bilmirdi ki, bilmirdi. Gözəlov, Poladovun cinayətkarlarla apardığı qırx il müddətində rastlaşdığı ilk cani idi ki, öz cani dostlarını heç cürə ələ vermişrdi.

 Zülfüqar isə artıq səkkiz gün idi ki, polis sıralarında sürücü kimi çalışırdı və bundan olduca məmmun idi. Odur ki, hər axşam işdən evə dönəndən sonra, ondan iki-üç saat tez işdən gələn bacısının ləzzətindən doymaq olmayan bişirdiyi təamlardan yeyir, bacısı ilə bir az ordan-burdan söhbət eləyəndən sonra bir qədər televizora baxır, sonra isə səhər işə gecikməkdən ehtiyat elədiyi üçün hələ gecə saat on bir olmamışdan kəlləsini atıb yatırdı. Dürdanə də öz növbəsində qardaşı yatandan dərhal sonra gecə lampasını yandırıb, evin işığını söndürür və yatağına uzanıb acı keçmişini unutduran, əsasən də qardaşının xoşbəxtliyi ilə bağlı xoş xəyallarla yuxuya dalırdı.

Bu gecə də belə oldu. Dürdanənin asdığı badımcan dolmasını yeyəndən sonra pürrəngi çay içib Azərbaycanfilmin ən şah filmlərindən biri olan “Bir qalanın sirri” filminə baxdılar. Dürdanə elə filmə baxa-baxa əvvəlcə süfrəni yığışdırdı, sonra bulaşıqlı qabları yudu. Daha doğrusu qabları yuyarkən mətbəxdə olduğundan ekranı görməsə də, Həklim babanın, Elşənin, Mətanənin, Hadının, Budunun, Simnar xanın, Göy-göz kosanın səsini eşidirdi.

 Filmin yayımlanması saat yarım çəkdi, lakin filmin sonuna yaxın Elşənin Göy-göz kosanı öldürdüyü səhnəsində Dürdanə Zülfüqarın artıq yatmış olduğunu gördü və dərhal televizoru söndürüb özü də yerinə uzandı.

 Bir qədər sonra onu da yuxu apardı.

 

 

        

 

 

                                 

 

 

 

                                     ŞEYTAN YUVASI

 

 Zülfüqar ayılanda özünü qapqaranlıq bir otaqda gördü. Başı möhkəm ağrayırdı və ümumiyyətlə çox sağlam bir cavan olduğundan bu cür beyin əzən baş ağrısı ona çox yad idi.

 O, əvvəlcə sadəcə olaraq işıqlar söndüyü üçün gecə lampasının yanmadığını düşünüb şam axtarmaqdan ötrü ayağa qalxdı, lakin bir qədər sonra gözü qaranlığa alışdığından buranın onun və bacısının yaşadığı ev olmadığını dərk elədi. Bura təxminən 30 kvadrat metr olan zirzəmiyə bənzər bir yer idi. Pəncərələri yox idi, lakin iri, dəmir bir qapısı var idi.

 Zülfüqar gözü görə bildiyi qədər odanın içində  var-gəl eləyə-eləyə çıxış üçün bir yer aradı. Lakin bir qədər sonra bunun əhəmiyyətsiz olduğunu gördü. Dəmir qapı isə sanki ağır qayadan ora bənd edilmişdi. Onun içəri tərəfdən dəstəyi belə yox idi və yerindən tərpətmək qətiyyən mümkün deyildi.

 Bu minvalla bir neçə dəqiqə keçdi və nəhayət qaranlıq odanın işığı yandı və bu işıq bir an Zülfüqarı sanki kor elədi, odur ki, özündən biixtiyar sağ əlinin arxası ilə gözlərini bağladı. Elə bu vaxt divarın arxasından gur səs eşidildi:

-Durdun demək?! Elə, belə də düşünürdük! Çox sağlamsan çünki!

 Zülfüqar səsin divar arxasından gəldiyini duyunca onun hansı divar arxasındanb gəldiyini müəyənləşdirmək istəsə də bacarmadı. Lakin özünü toplayıb soruşdu:

-Bura haradır? Sən kimsən?

 Divar arxasından yenə səs gəldi:

-Bura cəhənnəmin dibidir!

 Zülfüqar dörd divardan birinə yaxınlaşıb yumruğunun yan tərəfi ilə döyəclədi:

-Düzünü de köpək?! Bura haradır?

 Onunla divar arxasından danışan şit-şit güldü:

-Ha, ha, ha! Sənə dedim ki, bura cəhənnəmin dibidir! Əlini sinənə toxundur görək! Amma kitelinin yuxarı tərəfindəki düyməyə toxunma!

 Zülfüqar bir qədər düşünüb əlini sinəsinə toxundurdu. Onun bədəninə nəsə bağlamışdılar. Özü də yuxuda ikən kitelini əyninə geyindirmişdilər. O, yuxarı düyməyə toxunmadan kitelin aşağı düymələrini açdı və bədəninə bağlanmış kiçik bombanı amıq-aşkar gördü.

 Divar arxası səs yenə davam elədi:

-Gördün ki, sənin üçün artıq cəhənnəm başlayıb! Çünki bacın da bizim əlimizdədi!

 Zülfüqar bunu eşidən kimi qəzəblə divarı təpikləməyə başladı:

-Bacımda nə işiniz var, oğraş köpəy oğlanları! Budur deyirəm, əgər bacıma dırnağınızla belə toxunsaz, sizi parçalayaram!

 Səs yenə gəldi:

-Hələ toxunmamışıq, necə ki, səni, onu da yatızdırıcı qazla bihuş edib bura gətirmişik. Amma dediklərimi eləməsən, onun başına müsibət açıb sonra da işgəncələrlə öldürəcəyik!

 Zülfüqar çığırdı:

-Sonra da mən sizin başınıza müsibət açaram və sizi elə peşman edərəm ki, nəinki bacımı bura gətirdiyinizə, hər əməlinizə görə peşman olarsız!

 Səs davam elədi:

-Özündən çıxma! Hələ dünən polis mundirini əyninə geymisən, amma cırtqozluq eləyirsən! Bu sənə heç yaraşmır! Özün də yaxşı bilirsən ki, cırtqozluğunu başına ancaq bəla aça bilər! Ona görə də əsəblərini cilovla, yaxşı-yaxşı düşün! Bacını bir də görmək, onun bişirdiyi ləziz təamlardan yemək istəyirsənsə, mənim dedikləriməəməl elə! Əgər bunu eləsən, mən bombadan necə xilas olmağın şifrələrini də sənə deyəcəyəm!

 Zülfüqar yenə qəzəblə çığırdı:

-Yalan deyirsən köpək! Səsin erməni səsinə oxşayır! Sizdən onsuz da heç bir kişilik gözləmək olmaz!

 Səs yenə eşidildi:

-Mənin erməni, ya bir başqası olmağımın heç bir əhəmiyyəti yoxdur! Özü də deyəsən çox uzatdıq! İndi sənə telefonunu qaytaracaqlar! Sonra gözlərini bağlayacaqlar və səni aparıb bir yerdə qoyaraq qayıdacaqlar. Kitelinin düymələrindən birinin əvəzinə, həmin düymədən heç bir şeylə fərqlənməyən kiçik kamera qoyulub və bombaya bənd edilib. Hər bir hərəkətin kameraya düşəcək. Əgər telefonla mesaj yazmaq fikrinə düşsən, bu bizə o an məlum olacaq! Əgər kameranı çıxartmaq fikrinə düşsən bomba o an partlayacaq! Burda isə partlatmağı heç ağlına gətirmə, çünki bacın yan otaqda bizim yanımızdadır! İnanmırsansa indi onun özüylə danışa bilərsən!

 Bir neçə saniyə sonra Dürdanənin olduqca zəif səsi eşidildi:

-Zülfüqar, özünü qoru bacı qurban! Sənin həyatın mənimkindən qat-qat qiymətlidi qaqaş!

 Zülfüqar kövrək səslə dilləndi:

-Sənin həyatın isə bacı, mənim üçün canımdan çox qiymətlidi!  Narahat olma bacı, mən bu düdüklərin başına kül ələməsəm ölən deyiləm! Yox əgər onlar sənə toxunmağa cəsarət eləsələr, nəsillərini kəsəcəyəm!

 Bundan sonra yenə düşmənin səsi eşidildi:

-Sənin çılğınlığın tələyə düşən pələngin boş-boş nərilyisinə bənzəyir! Hansı bir qədər sonra ovçular gəlib həmin pələngi gülləbaran eləyirlər, sonra isə dərisini soyub baha qiymətə satırlar. Odur ki, çox tullanıb-düşmə, unutma kı, biz istəməsək sən düşdüyün tələdən heç vaxt çıxa bilməzsən! Çünki kamera nə elədiyini, kimlərlə əlaqə saxladağını, hara getdiyini, hara gəldiyini hamısını çəkəcək və biz burdakı manitorda bunların hamısını görəcəyik!

 Zülfüqar yenə divarı yumruqladı:

-İstəyiniz nədir köpəklər?! Onu da bil ki, pələngi tələyə də salsalar, elə pələng olaraq qalır! Siz isə leşyeyən iyrənc kaftarlar kimisisz, kaftarlar pələnglə üz-üzə gələ bilmir, siz də onlar kimisisz, hətta onlardan da mundarsız!  

 Səs bu dəfə bir qədər də ucadan gəldi:

-Amma kaftarlar çox olanda pələngə yerbəyerdən hucum eləyib öldürə bilirlər.

 Nə qədər gülüncdür! Kaftarlar yüzlərlə olsa belə pələng yenə onlara can verməz!

 Səs bir az da səsini ucaltdı:

-Çox çərənlədin türk! Daha səninlə çənə yormağa vaxtım yoxdu! Zərgər Gözəlovu Zinayət Axtarışları Şöbəsində saxlandığı zirzəmidən qaçırdıb onun özünün dediyi yerə gətirəcəksən! Əgər bunu eləməsən, həm də Poladova hətta işarələrlə bunu başa salsan, bacının başına bayaq dediyim kimi müsibətlər gətirib sonra ağla sığmayan işgəncələrlə öldürəcəyik! Özün isə onsuz da bombadan xilas ola bilməyəcəksən! Bomba partlayan zaman isə tək özün tikələrə bölünməyəcəksən, ətrafında olan nə varsa göyə uçacaq və ətraf yanıb külə dönəcək! Mənə elə gəlir ki, bu qədər yetər!

 Bundan sonra səs kəsildi və işığlar da söndüyündən yenə hər tərəf zülmətə büründü. Bir qədər sonra işıqlar yenə yandı və Zülfüqar mobil telefonunu yaxınlığında gördü. O, bir neçə dəfə köksünü ötürüb telefonunu götürdü.  Bir qədər sonra dəmir qapı açıldı və Zülfüqar uzun bir dəhlizə çıxdı. Ona manitorla baxırdılar deyə yaxınlığında, ətrafında kimsə yox idi. Həm də düşmənlər onun çox zirək olduğunu bildiklərinə görə ətrafına nəzarətçi qoymamışdılar, yoxsa bir anın içində elə həmin nəzarətçini və yaxud nəzarətçiləri girov götürərək, həm bacının dərhal azad edilməsini, həm də özünün bombadan xilas olmasını tələb edə bilərdi.

 Bir qədər sonra dəhliz sona gəldi və nəhəng bir dəmir qapı açıldı. Zülfüqar qapıdan çıxdı. Bura  başdan başa qayalıq idi. Zülfüqar bu yerləri qətiyyən tanımırdı və burda düz on nəfər üzübağlı əllərində avtomat silah adam dayanmışdı. Onlardan biri bir qədər irəli gəlib gözlərin görməməsi üçün hazırlanan qara bir parçanı onun qarşısına atdı və bir söz demədən geri çəkildi.

 Zülfüqar dərhal başa düşdü ki, ondan çox qorxduqları üçün hətta əllərində avtomat silah olduqları halda yaxına gəlib gözlərini bağlamağa belə cəsarət eləmirlər. O, qara parçanı yerdən götürüb gözlərinə taxdı və düşündü ki, elə burdaca bombanı partladıb özüylə bərabər bu on nəfər əli avtomat silahlı düşməni məhv eləsin! Lakin bacısını yadına salıb bundan vaz keçdi. Bu zaman ona arxası furqonlu bir maşın yaxınlaşdı və əli avtomatlılar dərhal maşının arxasını açdılar. Zülfüqarın gözü görməsə də əli ilə yoxlayıb maşının furqonuna oturdu və onlar dərhal furqonun qapısını bağladılar.

 Maşın təxminən yarım saatdan sonra dayandı. Yol boyu Zülfüqar əvvəlcə traktor, buldozer, torpaq qazıyan kran səsləri, daha sonra ən azı minlərlə toyuq qaqqıltısı, daha sonra isə çox yaxından təyyarə, helikopter səsləri, bundan sonra isə sadəcə olaraq şose boyu şütüyən maşınların səsini eşitdi.

 Onu Xırdalandakı böyük qəbirstanlığın giriş qapısı yaxınlığında gözübağlı qoyub getdilər. Zülfüqar dərhal gözlərini açdı ki, maşının nömrəsini götürsün, lakin torpaq daşıyan “Kamaz” markalı nəhəng yük maşınların qabağı ilə gedən furqonlu maşının nəinki nömrəsini, hətta özünü belə görə bilmədi.

 Zülfüqar saata baxdı. Saat səkiizin yarısı idi. O, isə səkkiz tamamda artıq Cinayət Axtarışları Şöbəsinin binasında olmalı idi. Elə bu vaxt marşrut avtobusu göründü, bu avtobus metro stansiyasının yaxınlığına gedirdi. Odur ki, burda dayanacaq olmasa da Zülfüqar əlini qaldıran kimi sürücü onun polis mundirini görüb avtobusu saxladı. Avtobus basabas olsa da, o, birtəhər arxa tərəfdən avtobusa minə bildi. Təxminən iyirmi dəqiqədən sonra marşurut avtobusu tıxacların çox olduğuna baxmayaraq metro stansiyasının yaxınlığına çatdı. Zülfüqar dərhal düşüb metro tunelinə girdi və on dəqiqədən sonra, yəni düz səkkiz tamamda o artıq Cinayət Axtarışları Şöbəsinin binasında idi.

 O, Poladovla binanın dəhlizində görüşdü.  Poladov onu görən kimi təpədən-dırnağa qədər süzdü:

-Özünə bənzəmirsən, bu nədi belə? Xəstələnmisən yoxsa?!

 Zülfüqar başını buladı:

-Yox Sübhan müəllim, yaxşıyam! Hər şey öz qaydasındadır!

 Poladov əli ilə şöbənin həyətinə işarə elədi:

-Get maşında otur, məni gözlə! Bir yer var ora getməliyik!

 Zülfüqar yüngülcə başını tərpədib bir qədər ondan uzaqlaşdı, lakin Poladovun səsi onu geri fırlanmağa məcbur etdi:

-Bura bax Zülfüqar, bacın necədi?

 Zülfüqar köksünü ötürüb məyus-məyus başını tərpətdi:

-Yaxşıdı Sübhan müəllim, sizə salamı var! Həm də sizə dua eləyir!

 Zülfüqar bunu deyib xeyli pərişan halda dönərək uzaqlaşdı. Söz yox ki, hər zaman olduqca dərin düşünən və otuz beş illik deduktiv təcrübəsinə əsasən olduqca məntiqlə fikirləşən Poladov necə deyərlər quşu gözündən vurmuşdu, yəni beş dəqiqə bundan qabaq Zülfüqarla qarşılaşanda artıq onun nəsə bir sirr gizlətdiyini duymuşdu. Məhz buna görə də bilərəkdən ondan bacısının halını soruşmuşdu və onun bu zaman onsuz da avazımış rənginin bir xeyli də ağarıb meyid rənginə düşdüyündən onun yüz faiz sıxıntıya düşdüyünü yəqin elədi.

 Zülfüqar uzaqlaşandan sonra Poladov kabinetinə girdi və yalnız yüksək rütbəli polis işçilərinə məxsus aparatın ekranına baxdı və aparatı söndürüb Zülfüqarın və bacısının yaşadığı bağ evindəki telefona zəng vurdu. Lakin dərhal ona məlum oldu ki, həmin nömrəni xəttdən ayırıblar. Odur ki,  Dürdanənin işlədiyi sanatoriyanın müdirinə zəng vurdu:

-Alo, sizi Cinayət Axtarışları Şöbəsinin rəisi Sübhan Poladov narahat eləyir! Zəhmət olmasa diqqət edin! Sizdə tibb bacısı kimi çalışan Dürdanə  Kərim qızının növbəsi başlayıbmı? Əgər başlayıbsa, amma işə çıxmayıbsa dərhal mənə zəng vurun! Şübhə eləmirəm ki, bizim şöbənin telefon nömrəsi sizdə var!

 Poladov bunu deyib dəstəyi yerinə qoydu və dərin düşüncələr içində gözləməyə başladı.

 Təxminən iki dəqiqədən sonra onun otağındakı telefon aparatından səs gəldi və dərhal rabitəçinin səsi eşidildi:

-Cənab polkovnik, sizi sanatoriyadan arayırlar.

 Poladov dilləndi:

-Calaşdır!

 Rabitəçi dərhal calaşdırdı və sanatoriyanın müdirinin səsi eşidildi:

-Rəis, Dürdanə Kərim qızı bu gün işə çıxmayıb. Hərçənd ki, düz yarım saat bundan qabaq burda olmalı idi.

 Poladov soruşdu:

-Şübhə eləmirəm ki, o, işində çox səliqəlidir!

-Elədir rəis, onunla işləyənlər də deyirlər ki, hələ onun işə gecikdiyini görən olmayıb!

-Aydindir! Təşəkkür eləyirəm!

 Poladov bunu deyib dəstəyi yerinə qoydu. Elə bu vaxt Nəcməddin kabinetə girdi və nəsə demək istəyirdi ki, Poladov onu qabaqladı:

-Burdan dərhal evə get və paltarlarını dəyişib mülki paltar gey! Sonra isə..

 Poladov aparatı açıb ona Zülfüqargilin bağ evinin ünvanını göstərdi:

-Sonra isə bu evə get! Şübhə eləmirəm ki, evin qapısı açıqdır! Diqqətli ol! Hər tərəfi olduqca diqqətlə yoxla! Heç bir şeyi nəzərdən qaçırma! Elə ordaca mənə bu barədə məlumat ver! Əgər qonşulardan kimsə səni orda göpüb kim olmağınla maraqlansa, de ki, Zülfüqarın yaxın dostuyam, məni özü bura göndərib ki, bir şey var onu götürüm! Evə yaxınlaşanda ünvanı kimsədən soruşma! Evin sahibi kimi küçə qapısını açıb həyətə gir, başa düşdün?!

 Nəcməddin başını tərpətdi və daha bir söz soruşmadan ünvanı öz telefonuna köçürüb kabinetdən çıxdı. Onun ardınca Poladov özü kabinetindən çıxıb qapını kilidlədi və şöbənin həyətinə çıxıb maşına minərək Zülfüqara baxmadan dilləndi:

-Dənizkənarı parka sür! Orda bir balaca işim var! Həm də bir qədər təmiz hava almaq istəyirəm!

 Zülfüqar maşını hərəkətə gətirdi və dənizkənarı parka tərəf istiqamət götürdü.

 Poladov adəti üzrə arxada oturmuşdu və Zülfüqarın üzünü o qədər yaxşı görməsə də, onun qanının çox qara olduğunu, eyninin açılmadığını yaxşı duyurdu. Odur ki, bir qədər gedəndən sonra dilləndi:

-Bura bax cavan oğlan, nə olub sənə belə?! Mısmırığın yerlə gedir! Olmaya polis sıralarına daxil olmağından razı deyilsən! Hə, başa düşdüm! Axı sən elə məhəllədə doğulub böyümüsən ki, o məhəllənin cayılları heç paqon daşımaq istəməzlər! Onların ki, sürücülükdür! Hə, doğurdan ha, axı sən də sürücüsən! Qocalıqca lap yaddaşımı itiririrəm! Gözümün qabağında sükan hərləyirsən, mən isə səni sürücü kimi yox, başqa cür görürəm! A kişi, bir gül, bir danış, bir eynin açılsın! Səni qaşqabağlı görəndə mən də yanvar sifəti gətirirəm! Hə, srağagün axşam Mehdi Hüseynzadə haqqında veriliş idi! Sonra da ona həsr olunan “Uzaq sahillərdə” filmini göstərdilər, baxdınmı?

 Zülfüqar başını buladı:

-Xeyr Sübhan müəllim, baxmaq istəyirdim, lakin bacım Dürdanə imkan vermədi və kanalı fırladıb Amerika istehsalı olan “Qaçırılmış gəlin” filminə baxdı.

 Bilərəkdən bu cür obrazlı danışan və özünəməxsus olmayan şəkildə suallar verən Poladov dərhal onun sözaltı mənada nə dediyini anladı və olduqca ciddi görkəm alıb yüngülcə başını tərpətdi:

-Hə, aydındı! Deməli sən “Uzaq sahillərdə”yə baxmaq istəyirdin, amma bacın “Qaçırılmış gəlin”i seçdi.  Bir bax gör necə uyğun gəlir, qaçırılmış gəlin, uzaq sahillərdə.

 Poladov bunu deyib saxta gülüşlə güldü:

-He, he, he.. Görürsən, bu da mənim filmimim adı!

 Poladovla, Zülfüqar bu cür sözaltı mənalarla danışarkən, terror təşkilatının üzvüləri, o cümlədən onların başçıları Minas Minasyan manitor vasitəsilə onları seyr edirdi və özlərini dünyanın ən ağıllı adamları hesab eləsələr də, bundan bir şey anlamadılar.

 Bir qədər sonra Poladovla, Zülfüqar dənizkənarı parka çatdılar və Poladov, Zülfüqara dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi Gözəl” əsərinin qəhrəmanına rəğmən ucaldılmış “Bəhram-Gur” heykəlinin yaxınlığında ona maşını saxlamağı buyurdu.

 Zülfüqar dərhal maşını saxladı və onlar dəniz sahilinə yaxınlaşıb skyamalardan birində oturdular. Poladov əli ilə mavi Xəzərə işarə elədi:

-Xəzəri çox sevirəm! Əslində uşağlığım Türkan kəndində Xəzərin sahilində keçib. Yeniyetmə vaxtlarımda elə ki, havalar istiləşdi, dənizin suyu qızdı, hər gün suya girib saatlarla çimirdim. Elə üzməyi də orda öyrənmişəm!

 Poladov bir qədər susub sözünə davam eləödi:

-Çoxdandı bura gəlmirdim! Görürsən Xəzər bu gün necə sakitdi, sanki çox vaxt coşan-kükrəyən həmin Xəzər deyil! Ona görə də inanıram ki, o mənim üçün bu gün həzin nəğmələr oxuyacaq!

 Poladov sözünü bitirəndən bir qədər sonra Nəcməddin zəng çaldı. Poladov dərhal aparatını qulağına tutdu və Nəcməddinin səsi eşidildi:

-Qapının dəstəyi iri kəlbətinlə qırılıb. Gecə lampası yerə düşüb sınıb! Çarpayılardakı yorğan-döşəklər yığılmamış haldadır! Canilər başqa iz buraxmayıblar, lakin qoyduğları nişanələrdən məlum olur ki, onlar burda gecəyarı olublar!

 Poladov sakitcə dilləndi:

-Evin bütünlüklə videosunu çək və mənim aparatıma göndər, sonra isə qayıt gəl!

 Poladov bunu deyib rabitə aparatını kəmərinə keçirdi və üzünü Zülfüqara tutdu:

-Nəcməddindir! Onu Yasamalda baş vermir oğurluq hadisə ilə əlaqədar ora göndərmişəm. Hə, yeri gəlmişkən, o “Qaçırılmış qız” filminə mən də baxmışam! Əla filmdir! Mən ümumiyyətlə kriminal mövzulu filmlərə baxmağı çox sevirəm. Çünki o filmlər də bizim, yəni polisin işi yaxşıca  səciyyələndirilir. Bir də ki, ona görə o filmləri sevirəm ki, o filmlərdə canilər, qatillər, monyaklar, xainlər, bir sözlə bütün pisliklər axırda hökmən məğlub olur və polis mütləq qələbə çalır. Mən də otuz beş ildi canilərlə, qatillərlə, monyaklarla, vətən xainlərilə, bir sözlə şeytan sifətli insanlarla mübarizə aparıram və həmişə də qalib gəlmişəm və inanıram ki, inşallah bundan sonra da əgər Uca Allah mənə nə qədər ömür nəsib eləsə də ömrüün axırına qədər onların üzərində zəfər çalacağam!

 Poladov bunu deyib kəmərindən rabitə aparatıını çıxarıb ekranına baxdı. Nəcməddin artıq çəkdiyini göndərmişdi. Poladov bir qədər diqqətlə ekrana tamaşa eləyib yenə kəmərinə taxdı:

 İlanla tülkünün nağılını eşitmisənmi?

 Zülfüqar çiyinlərini çəkdi:

-Xeyr!

 Poladov yenə bir qədər mavi Xəzərə nəzər salıb üzünü ona tutdu:

-Bir dəfə buir ovçu meşəyə ov eləməyə gedibmiş və meşənin ortasında otları qurumuş bir çəmənliyə çatanda kiminsə ortalığa xeyli quru ot töküb yandırdığını görür. Düşünür ki, indi gedib alovu söndürməsəm, bütün meşə od tutub yanar! Odur ki, alovun get-gedə gücləndiyi həmin yerə yaxınlaşıb torpaq ataraq söndürməyəı başlayır və birdən hər tərəfi alovla əhatə olunmuş bir qab görür. Maraq hissi ovçunu bürüdüyü üçün yanan otların üstündən keçib qabı götürərək alov bürüməyən bir yerə qoyur. Sonra isə bir xeyli tər töküb alovu söndürür. Bundan xeyli yorulmuş və möhkəm tərləmiş ovçu yola düzəlib getmək istəyərkən gözü bayaq alovun ortasından götürdüyü qaba sataşır və qabı götürüb qapağını açır. Bu vaxt qabdan bir gürzə ilan çıxır və şahə qalxaraq deyir ki, bu dəqiqə səni çalacağam!

 Ovçu deyir ki, axı mən səni alovdan xilas elədim,həm də qabın qapağını açdım ki, azadlığa çıxasan. Sən bu yaxşılığımın əvəzində məni çalmaq istəyirsən?!

 İlan deyir:

-Hə! Çalmaq istəyirəm! Çünki mən ilanam! İlanlar isə ona yaxşılıq eləyəni də çalırlar! Sən isə səfeh olduğun üçün hələ də başa düşməmisən ki, hər tərəfə zəhər buraxan ilanı tələdən xilas etmək axmaqlıqdan başqa bir şey deyil!

 Kişi qalır mat-məətəl, bilmir neyləsin?!

 Elə bu vaxt burdan bir tülkü keçirmiş. O, ilanın şahə qalxdığını görüb soruşur:

-Burda nə baş verib?

 Kişi məsələnin nə yerdə olduğunu tülküyə anladır.

 Tülkü dərhal başını tərpədir:

-Bu əladı! İlan qardaş səni çalacaq və biz tülkülər də arxayın olacağıq ki, daha sənin tərəfindən ovlanmayacağıq! Bu məni çox sevindirdi! Amma bir məsələ var?!

 İlan ona baxmadan soruşur:

-O, nə məsələdi elə?

 Tülkü dodaqlarını büzür:

-Mən sənin boyda nəhəng ilanın bu balaca qabın içindən çıxmağına heç cür  inana bilmirəm!

 İlan fısıldayır:

-Hı, mən həmişə tülküləri çoxbilmiş, hiyləgər hesab eləmişəm, amma sən demə tülkülər meşədə ən axmaq məxluqlarmış!

 İlan bunu deyib aşağı yatır:

-Bax indi mən bu qabın içinə girəcəyəm və onda sən tülkü nə qədər kütbeyin olduğunu görəcəksən!

 İlan bunu deyib qabın içinə girir və tülkü də elə bunu gözlədiyi üçün dərhal qabın ağzını bağlayıb deyir:

-Bu bədbəxt ilan tülküləri axmaq hesab eləyir, amma başa düşmür ki, yalnız zəhər püskürməkdən başqa bir şey düşünməyən başda heç vaxt ağıl olmaz!

 Tülkü bunu deyib içində ilan olan qutunu hələ də səngiməyən alovun içinə atır və ilan yanıb külə dönür. Bundan sonra ovçu tülkü onu ölümdən xilas elədiyti üçün bir daha meşədə tülkü ovlamayacağına söz verir!

 Poladov nağılı nəql edib bitirəndən sonra yenə mavi Xəzərə nəzər saldı:

-Biz də elə bu yolla yaxşılıq başa düşməyən və hətr tərəfə zəhər püskürən düşmənlərimizi onların bizə qarşı qurduqları tələlərə salırıq!

 Poladov bunu deyib cibindən bloknot və qələm çıxarıb ordakı  bir vərəqə ərəb hərflərilə “Tülkü” yazdı və yazını Zülfüqara göstərdi:

-Burda nə yazılıb?

 Zülfüqar dərhal cavab verdi:

-Tülkü!

 Poladov bir qədər təəcüblə soruşdu:

-Sənə bu əlifbanı kim öyrədib?

 Zülfüqar yenə dərhal onun sualını cavablandırdı:

-Rəhmətlik babam!

 Poladov sağ əlini bir qədər yuxarı qaldırdı:

-Sənin rəhmətlik baban qiyamət imiş! Allah rəhmət eləsin!

-Allah ölənlərinəz rəhmət eləsin Sübhan müəllim!

 Poladov bloknotu və qələmi  ona uzatdı:

-İndi bura yazsan ki, “İlan onu ölümdən qurtaran ovçunu çalmaq istəyərkən, tülkü ilana kələk gəlib ovçunu  ilanın dişindən xilas elədi.” Onda mən sənin istedadına qətiyyən şübhə eləmərəm!

 Zülfüqar bloknotu və qələmi alıb manitor vasitəsilə onu izləyən ermənilərin zənnini yayındırmaqdan ötrü ərəb hərflərilə əvvəlcə bu sözləri yazdı: “Tülkü ovçunu”. Bu sözlərin ardınca isə o belə yazdı: “Ermənilər bacımı girov götürüblər, əvəzində Zərgər Gözəlovu qaçırtmağı tələb eləyirlər. Bədənimə bomba və kamera bağlayıblar”. 

 Poladov onun yazdığlarını oxuyan kimi gülümsündü:

-Bax bundan görünür ki, rəhmətlik baban sənə əməlli-başlı dərslər keçib!

 O, baknotu və qələmi cibinə qoyub ayağa qalxdı:

-Yaxşı, sən məniu burda gözlə, mən bir azdan qayıdıram. Mənim bu yaxınlığda vacib bir işim var. Maşınla getməyə ehtiyac yoxdu! Çünki ora çox yaxındadır!

 Poladov ordan uzaqlaşan kimi Zülfüqarın kamersanıdan səs gəldi:

-Sənə heç bir kağıza heç nə yazmayacağını demişdim! Görürəm həm bacının, həm də özünün məzarını qazımaqla məşğulsan!

 Zülfüqar sakitcə dilləndi:

-Əgər onun dediyini eləməsəydim, şübhələnərdi! O zaman siz də cici-bacınız Gözəlovu bir daha görməzdiz!

-Nə qaraladın orda?

-Onun dediklərini yazdım! Özünüzü dahi hesab eləyirsiz, amma görünür çox şeylərdən xəbəriniz yoxdu! Şübhə eləmirəm ki, yazdıqlarımı aparatınızın yaddaşına köçürtmüsüz! Odur ki, zəhmət çəkin proqramlar vasitəsilə oxuyun!

 Zülfüqarı manitor vasitəsilə ilə izləyən və onunla rabitə saxlayan Minasyan Minasın Zülfüqara inanmaqdan başqa çarəsi qalmadı. Odur ki, bir də başını ağradıb, tamamilə ona yad olan ərəb hərflərini oxumaqdan vaz keçdi. Həm də onların komyüter proqramında ərəb dilindən tərcümə olsa da, ərəb hərflərilə Azərbaycan dilindən tərcümə yox idi. Bunu isə əvvəlcətən tərtib eləməyi heç vaxt ağıllarına gətirməmişdilər. Sübhan Poladov isə bunu çox yaxşı bildiyi üçün jağıza məhz ərəb hərfləri ilə, lakin Azərbaycan dilində sözlər yazıb, Zülfüqardan lazım olan cavabı almışdı.

 “Şaum Terror Təşkilatı”nın başçısı ilə Zülfüqarın arasındakı rabitə bağlantısı bitəndən bir qədər sonra Poladov qayıdıb skamyada yenə Zülfüqarın yanında oturdu:

-Hə, mən həmin adamla görüşdüm və o mənə lazım olan məlumatları verdi. Artıq kələfin ucu əlimdədi. Sən isə nə tələb olunur, onu da yerinə yetirərsən!  Özün bilirsən ki, səndən nə tələb olunur?! Bu mənim əmrimdir! Anladın?!

 Zülfüqar başını tərpətdi:

-Əmrinizə müntəzirəm cənab polkovnik!

 Yarım saatdan sonra onlar Cinayət Axtarışları Şöbəsinin həyətində idilər. Poladov başı ilə Zülfüqara,-“Arxamca gəl”,-işarəsi verərək maşından düşdü. Zülfüqar da dəhal düşüb maşının qapısını bağlayaraq onun arxasıyca getdi. Onlar pillələrlə qalxandan bir qədər sonra Poladov üzünü ona tutub uca səslə dedi:

-Düş arxa tərəfdən aşağı mərtəbəyə, orda üçüncü kameraya yaxınlaş və nəzarətçiyə de ki, Gözəlovu yanıma gətirsin, onu dindirəcəyəm!

 Zülfüqar bir söz demədən Poladovun tapşırığını yetirməyə getdi və həmin yerə çatan kimi çavuşa yaxınlaşıb Poladovun tapşırığını ona çatdırdı. Çavuş bir söz demədən dəmir qapının iri qıfılını açıb Gözəlovu çıxardaraq qabağına qatıb apardı. Zülfüqar da ətrafı diqqətlə nəzərdən keçirə-keçirə onun arxasıyca getdi.

 Bu ərəfədə yenə “Şaum terror təşkilatı”nın üzüləri,  manitor arxasında oturub Zülfüqarın hər bir hərəkətini izləyirdilər. Söz yox ki, Zülfüqar bacısının düşmən əlində olduğunu ərəb hərfləri ilə yazıb Poladova bildirdiyini qətiyyən anlamamışdılar. Lakin yalnız indi onların başçısı əsl adı Minasyan Minas olan, qondarma adı isə Elçin Gülbəyli olan çəkisi ən azı 150 kiloqram, döşləri ən iri döşə sahib qadın döşləri kimi az qala dizlərinə dəyən adam bir qədər şübhəyə düşüb dilləndi:

-Bu Poladov çox hiyləgər birisidir! Bir tələ olmasın bu?! Niyə o məhz Zülfüqarı Vaqarşakın arxasıyaca göndərdi?! Bu məni bir qədər şübhələndirir?!

 Bu vaxt onun ən yaxın köməkçisi erməni adı Samvel Manikyan, qondarma adı isə Baxışov Baxşı olan  adam dedi:

-Qoşduğumuz kamera Zülfüqarın bütün hərəkətlərini çəkir və nə danışdığını da bizə çatdırır. O, heç cürə bunu Poladova deyə bilməz! Həm də bacısına görə qorxduğu üçün bunu eləməz! Birdə ki, o, onsuz da bilmir ki, Vaqarşakı bizə təhvil verəndən sonra onu da, bacısını da parçalayacağıq! Ona görə də mən şübhə eləmirəm ki, o, çaşıb səfehlik eləsin! Mən sizi inandırıram ki, o, elə günü sabah Vaqarşakı qaçırdıb bizə təhvil verəcək! Onun Vaqarşakın salındığı kameranı tanıması isə lap yerinə düşdü.

 Samvelin bu cür inandırıcı sözlərindən sonra Minasın şübhələri bir xeyli dağıldı və daha boir söz demədən manitora baxmaqda davam elədi.

 Bu ərəfədə isə Poladov erməni adı Vaqarşak Tavakalyan, qondarma adı Zərgər Gözəlov olan adamı dindirməklə məşğul idi. Zülfüqar da burda olduğundan və üzü onlara tərəf dayandığından ermənilər manitor vasitəsilə oranı əməlli-başlı görürdülər.

 Poladov isə bilərəkdən Gözəlovun yaxasından yapıışıb kətildən qaldıraraq divara söykədi:

-Hə, bezdirdin məni daha! Doğurdan da sənin nazınla çox oynadım! Bax sənə deyirəm, əgər bu gün də danışmasan, ağzı-burnunu qıracağam və səni elə günə salacağam ki, nə pozğun atan, nə də fahişə anan belə sağdılarsa səni tanımayacaqlar!

 Gözəlov yenə sususrdu. Poladov onun danışmadığını görüb yumruğlamağa başladı. Bu zaman manitorla onları seyr edən Minas erməni dilində bir qədər söyüşlər söyüb, guya Poladov eşidirmiş kimi azərbaycanca bağırdı:

-Dayan Poladov, sən bunun hesabını verəcəksən! Az keçməz ki, tək sənin rəhbərlik elədiyin tək o şöbənin deyil, siz türklərin bütün iqamətgahlarının külünü göyə sovurarıq!

  Poladov isə bilərəkdən Gözəlovu yun çubuğu ilə yun çırpan kimi çırpdı və elə bir hala gətirdi ki, onun huşu tam başından çıxmasa da, danışmağa heyi olmadı. Yalnız bundan sonra Poladov çavuşa, onu yerinə aparmağı göstəriş verdi.

 Ertəsi gün təxminən səhər saat doqquzda Poladov Zülfüqara vacib bir işi olduğu üçün onu Mərdəkan qəsəbəsinə aparmağı tapşırdı. Onlar maşına mindilər və Zülfüqar dərhal maşını hərəkətə gətirib Mərdəkana tərəf istiqamət götürdü. Lakin təxminən on dəqiqədən sonra maşının cəmisi bir ay bundan qabaq maşın zavodundan çıxmasına baxmayaraq, mühərrikdə nəsə çatışmazlıq baş verdiyindən durub işləmədi. Zülfüqar dərhal düşüb kapotu açdı və mühərrikə diqqətlə nəzər yetirib hər şeyin qaydasında olduğunu gördü, lakin əli ilə radiatoru yoxlayarkən, sanki təndirə toxundurubmuş kimi əli yandı, odu ki, dərhal əsgi götürüb radiatorun qapağını olduqca ehtiyatla açdı  və açınca güclü buxar ilk öncə üzünə vurdu. Zülfüqar dərhal başını geri çəkdi, lakin buxar o qədər güclü idi ki, bir an içində onun dörd çevrəsini bürüdü və o, özündən asılı olmayaraq maşından bir qədər uzaqlaşdı. Bu zaman artıq maşından düşmüş Poladov onun gözünün önünə əlindəki iri planşeti tutdu. Burda Gözəlovun qaçırılması üçün tərtib etdiyi plan yazılmışdı. Zülfüqar planşetin iri ekranında planın hər cümləsini yaxşıca oxuya bildi.

 Təxminən on beş saniyədən sonra Poladov əlini götürdü və kəlmə kəsmədən maşına əyləşdi.

 Maşınının mühərrikinin radiatorunun suyunu boşaldanın və onu bilərəkdən bu hala gətirənin Poladov olduğunu və qarşısında güclü buxar olarkən hər hansı bir kameranın bir müddət tutulduğunu yaxşı dərk eləyən Zülfüqar güclü buxarın da səngidiyini görüb ora qayıtdı və bir qədər sonra  əyilib aşağıdan radiatorun deşilib-deşilmədiyini yoxladı. Hər şey qaydasında idi, lakin Zülfüqar buna əmin olmaq üçün maşının yük yerini açıb orda hazır qoyulmuş bir konester suyu götürüb gətirərək ehtiyatla radiatora tökdü. Narahat olmağa bir əsas yox idi, radiator deşiləməmişdi.

 Zülfüqar kapotu örtüb yenə sükan arxasına oturdu və bilərəkdən dilləndi:

-Bağışlayın cənab polkovnik, sizi ləngitdim!

 Poladov səsinə bilərəkdən bir qədər əsəbilik verdi:

-Nə baş vermişdi?

-Günahkaram cənab polkovnik, radiarordan necə olubsa su çəkilib, mən isə yoxlamağı unutmuşam!

-Sən kartof daşıyırsan, yoxsa Huquq Mühafizə Orqanlarının çox mühüm bir çöbəsinin rəisini?!

 Zülfüqar da öz növbəsində səsinə pərtlik verdi:

-Bağışlayın cənab polkovnik, bu bir daha təkrar olmayacaq!

 Zülfüqar bunu deyib maşını hərəkətə gətirdi və onun idarə etdiyi maşın şose yolu ilə şütüməyə başladı.

 “Şaum terror təşkilatı”nın üzvüləri isə manitor vasitəsilə onları yenə də izləyirdilər və mühərrikdən güclü buxar qalxarkən manitorda yalnız buxar görünən vaxt təxminən iki dəqiqə əsəbdən dodaqlarını çeynəsələr də, sonra Poladovun Zülfüqara təpinməsini görüb sakitləşdilər və o iki dəqiqə ərzində nə baş verdiyindən qətiyyən xəbərləri olmadı.

 Təxminən saat on tamamda onlar Mərdəkandakı Polis Akademiyasına çatdılar və Poladov Polis Akademiyasının binasəna daxil olaraq pillələrlə qalxıb Akademiyanın rəhbərinin kabinetinə girdi.

 Əslində Poladovun Mərdəkana getməyinin elə bir əsası yox idi, o, sadəcə olaraq terror təşkilatının üzvülərini şübhəyə salmamaqdan ötrü bura, vaxtilə onunla bir yerdə təhsil alan və dostluq eləyən köhnə arxadaşının yanına gəlmişdi.

 Köhnə dost onu görəndə çox sevindi və onlar təxminən yarım saat pürrəngi çay içərək Akademiyada oxuduqları vaxtları, o vaxt ki, müəllimlərini, necə bir-birilə güləşdiklərini, qaçış yarışına çıxdıqlarını  xatırladılar. Köhnə dostu eyni zamanda son vaxtlar onun xeyli cinayətkarları yaxaladığını və bir sıra cinayətlərin üstünü açdığı haqqında məlumatı olduğunu söylədi və Poladova,-“İnanmıram ki, hansısa bir cani sənin o çox iti qatrmağın var ha, ondan yaxa qurtara bilsin”,-dedi. Bundan sonra Poladov köhnə dostunun təklifi ilə gələcəyin polis zabitlərinin dərslərinə, məşğələlərinə, şəraitlərinə baxdı və olduqca məmmun halda ordan çıxaraq maşına əyləşdi.

Dörd saatdan sonra onlar yenə şöbədə idilər və Poladov Zülfüqara maşında oturub onu gözləməsini tapşırdı.

 Bu minvalla düz bir saat da keçdi və Zülfüqarın rabitə aparatı səs saldı. O, dərhal aparatı qulağına qoydu və Poladovun səsi gəldi:

-Get çavuşa de ki, Gözəlovu yanıma gətirsin!

 Zülfüqar bir söz demədən aparatı kəmərinə keçitdi və maşından düşüb şöbənin binasına daxil oldu.

 Üç dəqiqədən sonra o, vətən xainlərinin ayrı-ayrı kameralarda saxlandıqaları qatda idi. Zülfüqar əli ilə tapançasının qoburunu yoxladı və Gözəlovun saxlandığı kameranın qarşısında dayanan çavuşa yaxınlaşıb dilləndi:

-Rəis, Gözəlovu yenə dindirmək istəyir!

 Çavuş bir söz demədən sağ tərəfdə şüşə arxasına qoyulmuş açarı götürüb kameranın qıfılını açdı, elə bu zaman Zülfüqar onun başına arxadan tapançanın dəstəyi ilə zərbə endirdi. Çavuş dərhal bayıldı və Zülfüqar  kamerarının içində dəmir mizin üstündə oturub divara söykənmiş Gözəlova baxdı:

-Tez gəl! Səni dostlarının yanına aparacam!

 Gözəlov ayağa qalxıb səntirləyə-səntirləyə qapıya tərəf gəldi. Zülfüqar onun ləngər vurduğunu görüb irəli gəlib əlindən yapışdı və onu demək olar ki, bayıra sürüdü:

-Tez ol! Yoxsa hər şey pozular! Özünü ələ al! Narahat olma! Kim görsə, deyəcəm ki,  Poladovun tapşırığıdır, bunun bədənində möhkəm zədələr olduğu üçün şöbənin nəzdindəki xəstəxanaya aparıram! Qorxma, mən Poladovun sürücüsüyəm! Məni onun yanında görmüsən! Ona görə də narahat olma! Kimsə məndən şübhələnməyəcək!

 Zülfüqar bu cür sözlərlə ayaq üstə dayana bilməyən Gözəlovu şöbənin həyətinə çıxartdı və dərhal sürüyə-sürüyə gətirib maşına əyləşdirdi. Onun bu hərəkətini həyətdə dayanan polslərdən biri görsə də, bunun bir tapşırıq olduğunu anlayıb bir söz demədi. Bir qədər sonra Zülfüqar sükan arxasına əyləşib maşını hərəkətə gətirdi və tez bir zamanda şöbənin həyətindən çıxdı.

 Terrorçular onun bütün hərəkətlərini izləyirdilər və onlar Zülfüqarın qaçırdığı adamın qondarma adı Zərgər Gözəlov, erməni adı isə Vaqarşak Tavakalyan olmasına qətiyyən şübhə eləmirdilər.

 Zülfüqar isə şöbənin həyətindən uzaqlaşanandan təxminən beş dəqiqə sonra ondan soruşdu:

-Dostların mənə səni hara aparmağımı özünün deyəcəyini tapşırıblar! Hə, de görüm indi səni hara aparmalıyam!

 Gözəlov nəsə demək istədi, lakin ağzı, dili Poladov tərəfindən partlayıb şişdiyindən danışa bilmədi.

 Zülfüqar bunu görüb səsini qaldırdı:

-Tez ol de görüm hara getməliyik! Sonra gec olar! Artıq yəqin ki, duyuq düşüblər, indi tək şöbənin deyil, Bakının bütün polislərini izimizə salacaqlar!

 Gözəlov isə daşmaq istyən, lakin bacarmayan lal adamlar kimi heç nə deyə bilmirdi.

 Bu zaman Zülfüqar bədəninə bağlanmış aparatdan terrorçuların başçısı Minasın səsini eşitdi:

-Hər şeyi görürük! O alçaq Poladov onu elə günə salıb ki, dili söz tutmur! Poladov bunun hesabını mütləq verəcək!

 Zülfüqar tez soruşdu:

-Bəs mən indi neyləyim?

 Minasın yenə səsi gəldi:

-Yallısstan qayalıqlarının arxa tərəfinə, dənizə yaxın yerə gəl!

 Zülfüqar daha sual vermədən Yallıstan qayalıqlarına tərəf istiqamət götürdü və maşını saatda 140-150 kilometr sürətlə qovmağa başladı.  Bir qədər gedəndən sonra yol polisi əlini qaldırıb onun maşını saxlamasını tələb elədi, lakin o, buna əhəmiyyət verməyib sürətlə ötüb keçdi. Yol polis nəfəri dərhal rabitə aparatını ağzına tərəf tutub nəsə dedi və polis maşınına əyləşib onun arxasıya istiqamət götürdü.

 Zülfüqar maşının güzgüsündən onun arxasınca gəldiyini görüb dilləndi:

-Gördün, əslində polis maşını olduğu üçün saxlamağa cəhd eləməməli idi. Deməli mənim səni qaçırdığımı artıq bütün polstlara xəbər veriblər.

 Lakin Zülfüqar maşını olduqca sürətlə qovduğundan yol polisi tezliklə onu itirdi və bir qədər sonra Zülfüqar Yallısstan qayalıqlarının arxa tərəfinə yetişdi.

 Burda artıq onları gözləyirdilər və Zülfüqar maşını saxlayıb düşən kimi on nəfər əli avtomat silahlı adam qayaların arasından çıxıb silahlarını Zülfüqara tərəf tuşladılar. Zülfüqar da öz növbəsində tapançasını çıxarıb Gözəlovun gicgahına dirədi və uca sələ dilləndi:

-Necə ki, danışmıqdıq, bacımı gətirin, bunu aparın!

 Bu vaxt qayalıqların arxasından Minas göründü və dərhal dilləndi:

-Tapançanı dostumun gicgahından götür, özün də unutma ki, bədənində bomba var. O bombanın şifrələrini isə məndən başqa bilən yoxdur. Əgər istəyirsənsə o şifrələri sənə deyim, silahı yerə tulla, yoxsa heç vaxt o bombadan xilas ola bilməyəcəksən!

 Zülfüqar səsini bir az da qaldırdı:

-Əvvəl bacımı gətirin, sonra mən silahı yerə atım!

  Minas bir az da yaxına gəldi və Gözəlovu diqqətlə süzdü:

-Barıv axber, vonçes? (Salam qardaş, necəsən?)

  Gözəlov zorla dilləndi:

-Lavem axber! (Yaxşıyam qardaş!)

 Minas bir qədər də yaxına gəldi və əlini Gözəlovun çiyninə qoydu:

-Spasi axber! (Gözlə qardaş!)

 Minas bunu deyib uzaqlaşmaq istədi. Lakin Gözəlovun səsi onu saxladı:

-Urez qnım axber? (Hara gedirsən qardaş?)

 Minas yenə dönüb ona yaxınlaşdı:

-Yez qnumem (Mən gedirəm) ..

 Lakin Minas sözün arxasını deyə bilmədi, çünki Gözəlovun qrimini eləmiş Poladov zaman kəsiyində qoyunundan tapança çıxarıb onun gicgahına dirədi. Bunu görən Minas bağırdı:

-İnçanım axber? (Neynirsən qardaş?).

 Poladov uca səslə dilləndi:

-Siz ermənilərin ən böyük bədbəxtçiliyi ondadır ki, biz türkləri həmişə səfeh və kütbeyin hesab eləmisisz! Əgər belə fikirləşməsəydiz, bəlkə də istəklərinizə nail olardız!

 Yalnız indi Minas onun kim olduğunu anlayıb gözləri kəlləsinə çıxmış halda çığırdı:

-Poladov?

 Poladov tapançanın lüləsini onun gicgahına sürtdü:

-Bəli Poladov! Məni əbləh hesab eləyirdin, hə?! Hə, siz ermənilərə elə gəlir ki, yer üzündə sizdən ağıllı millət yoxdu! Amma indiyə qədər anlamamısız ki, ağıllı və yaxud səfeh millətlər olmur, ağıllı və ya səfeh insanlar olur! Tez ol, tapşır silahlarını yerə atsınlar, tez! Yoxsa beynini elə şəklə salaram ki, erməni yeməkxanalarında beynini sıyığ kimi müştərilərə yedizdirərlər. Tez!

 Minas sadəcə olaraq əlini tərpətdi və dərhal on nəfər adam silahlarını yerə atdılar. Zülfüqar da öz növbəsində tapşırıq gözləmədən yerdən avtomat silahları yığıb maşına qoydu.

 Bundan sonra Poladov yenə tapançanın lüləsini Minasın gicgahına sürtdü:

-İndi isə Zülfüqarın bədənini bombadan azad elə və əmr elə ki, tez onun bacısını gətirsinlər!

 Minas yenə əli ilə göstəriş verib gicgahının üstündə tapança lüləsi Zülfüqara yaxınlaşdı. Zülfüqar dərhal köynəyini qaldırdı və Minas əlləri titrəyə-titrəyə şifrələ düymələrini basıb dilləndi:

-Hazırdır! Daha xatası yoxdur!

 Zülfüqar dərhal bombanı bədənindən açıb kənara qoydu və avtomat silahlardan birini maşından götürüb hazır dayandı.

 Bir qədər sonra Dürdanəni yarıhuşsuz vəziyyətdə gətirdilər. Zülfüqar dərhal yüyürərək bacısını qucaqladı və avtomatı çiyninə keçirdərək onu qolları arasına götürüb maşına mindirdi. Elə bu vaxt Cinayət Axtarışları Şöbəsinin on iki dənə maşını göründü və onların içindən boyları ən azı 180 olan olduqca cüssəli, qırxa yaxın silahlı polis düşərək dərhal silahlarını terrorçuların üzərlərinə tuşladılar.

 Poladov qrimini çıxararaq Minasyanı operativ qrupa başçılıq eləyən Nəcməddinə göstərdi:

-Əvvəlcə bunu maşına mindirin! Sonra o biriləri qandallayın! Sonra isə bu şeytan yuvasındakı ilanların hamısını tutub qandal vurun! Sonra oranı yaxşı-yaxşı axtarın! Mən yüz faiz əminəm ki, orda Azərbaycandakı bütün terroristlərin siyahısı var! Hamısını tutacağıq inşallah! Sonra isə şeytan yuvasını elə dağıdın ki, izi-tozu belə qalmasın!

 Nəcməddinin gur səsi eşidildi:

-Əmrinizə müntəzirik cənab polkovnik!

 Bundan sonra polislər başda Nəcməddin olmaqla əvvəlcə silahlarını yerə atmış terrorçuları qandallayıb Minasla birlikdə maşınlara mindirdilər və polislərin böyük bir hissəsi qayalıqların arasında Əlibaba və qırx quldur nağılındakı kimi “Sim-sim”i xatırladan dərin bir mağarada yerləşən terror iqamətgahına girdi. Bir qədər sonra ordan da iyirmiyə yaxın terrorçunu çıxarıb maşınlara mindirdilər. Poladov da öz növbəsində mağaraya girdi və uzun dəhlizi və onlarla hücrəsi olan mağaranı gəzdi. Polis nəfərləri burda çoxlu silah, geroyin paketləri və terror eləöməkdən ötrü cürbəcür partlayıcılar, bombalar aşkarladı. Bu mağarada eyni zamanda peyk vasitəsilə ilə idarə olunan olduqca qiymətli bir cihaz var idi. Terrorçular burdakı manitor vasitəsilə Zülfüqarın kitelinə bənd elədikləri kameradan onun nə elədiyini, hara getdiyini, kiminlə danışdığını izləmişdilər. Poladov dərhal rabitə aparatını qulağına tutub xüsusi təşkilata göyün uca qatlarında yerləşən peyk haqqında məlumat verdi. Bu peyk eyni zamanda “Şaum Terror Təşkilatı”nın həm Rasiyyada, həm Türkiyədə, həm də başqa yerlərdə terrorlar törətməkdən ötrü göyə buraxılmışdı. Terrorçular bu peyk vasitəsilə Türkiyəyə və Azərbaycana məxsus sirrləri öyrənir və hər iki ölkənin qəhrəman övladlarını aradan götürmək üçün planlar cızırdılar. Bir sözlə terroristlər bu peyk vasitəsilə iyrənc əməllərin bir qismini həyata keçirə bilirdilər.

 Poladov həmin peyk haqqında xüsusi təşkilata xəbər verəndən cəmisi iki dəqiqə sonra Azərbaycana məxsus qırıcı təyyarə raket zərbəsi ilə vuraraq peyki partlatdı və Poladov qarşısındakı manitorun qaralmasından dərhal bunu başa düşərək mağaranı tərk etdi və  maşına əyləşib Zülfüqara,-“Sür”-deyə göstəriş verdi.

 Yarı canı yarıhuşsuz bacısının yanında olan Zülfüqar dərhal maşını hərəkətə gətirib şəhərə tərəf istiqamət götürdü.

 Poladov isə yarıuzanmış halda olan Dürdanənin yanında oturmuşdu və cibindən ürək dərmanı çıxarıb ona uzatdı:

Al qızım, qoy dilinin altına! Narahat olma qızım! Şükürlər olsun Allaha ki, qardaşına qovuşdun və o, şeytan xislətli, şeytan sifətli mundarların əlindən xilas oldun! Həyat keşməkeşli və iztirablıdır qızım! Amma Uca Allah müqəddəs Qurani-Kərimdə buyurur ki, hər çətinlikdən sonra hökmən bir rahatllıq gələr!  Daha ürəyini buz kimi elə qızım, sənin rahatlığını bir daha şeytanlar poza bilməyəcəklər! Çünki inşallah biz o şeytanların bütün yuvalarını yandıracağıq!

 Zülfüqarın isə bir gözü irəlidə, o biri gözü güzgüdə idi. O, maşını idarə eləməklə yanaşı bacısından çox nigaran olduğu üçün tez-tez güzgü vasitəsilə onu seyr edirdi və nəhayət təxminən beş dəqiqə sonra  Dürdanənin huşu tamamilə özünə qayıtdı və zəif səslə dilləndi:

-Zülfüqar mənə sizdən çox danışıb, sizə bir doğma dayısı, əmisi kimi bağlanıb Sübhan müəllim! Mən isə hətta həyatda sizi görmədiyimə görə qardaşıma qibtə edirdim! İndi isə görürəm ki, siz qardaşım demişkən, darda olanları dardan çıxaran, sıxıntıya düşənlərə kömək eləyən, qırx arşın zülmət quyuya yuvarlananları ordan çıxaran, dillə ifadə olunmayacaq qədər böyük bir insansız! Allah sizi bizim başımızın üstündən əskik eləməsin! Allah sizi bizə çox görməsin Sübhan müəllim!

 Dürdanə bunu deyib özündən biixtiyar sanki doğma atasının çiyninə qoyurmuş kimi başını onun çiyninə qoydu. Poladov isə gözləri yaşarmış halda doğma balası kimi onun başından öpdü.

 Zülfüqar isə bunları güzgüdən seyr edirdi və bir kəlmə də danışmırdı. Çünki danışmaq onu ehtizaza gələn ruhunun gözlərinə ötürdüyü yaşlardan məhrum edə bilərdi. O, Uca Allahın intəhasız mərhəməti, şəfqəti, inayəti və düşmənlər üçün Allahın bəlası olan Poladovun əzmkarlığı, istedadı, qətiyyəti, bacarığı ilə həyatda yeganə doğması olan bacısına  yenidən qovuşmuşdu. Həm də bundan əlavə o məhz bu altmış yaşlı qocaman asayiş keşikçisinin sayəsində ağlı kəsəndən axtardığı həqiqəti tapmış, şərin heç vaxt xeyirə qalib gələ bilməyəcəyinə əmin olmuş və bununla da əslində həyatı dərk eləmişdi. Odur ki, illərlə çəkdiyi məşəqqətlərdən içinə yığılan acıları çıxarmaqdan ötrü ağlayırdı.

 Sükanı hərləyə-hərləyə bir neçə dəqiqə ağladı Zülfüqar. Sonra isə gülməyə başladı. Məsələ burasında idi ki, ağlamağının səbəbini biisə də, gülməyinin əvvəlcə səbəbini anlaya bilmədi, lakin sonra başa düşdü. Əslində o nə ağlamağı xoşlamırdı, nə də çox gülməyi sevmirdi. Ağlamağı illərin acısının göz yaşları vasitəsilə onu tərk etməsi idi.  Amma hey aşağı səslə gülür, gülürdü.

 Dürdanədə öz növbəsində güzgüdən ona baxıb gülümsəyirdi. Artıq hər şey geridə qalmışdı. Uca Allah öz intəhasız rəhmini onlardan əsirgəməmişdi. İrəlidə onları gözəl, işıqlı, firavan bir həyat gözləyirdi.

 Poladov, Zülfüqarın aşağı səslə gülüşünü sezincə onun da çox zaman zəhmli görünən sifətinə təbəssüm qondu və gülümsəyərək soruşdu:

-Nəyə gülürsən?

 Zülfüqar sağ əlini sükandan ayırmadan sol əli ilə gülməkdən yaşarmış gözlərini sildi:

-Heç, heç..

 Poladov əl çəkmədi:

-Yox sən elə-belə gülməzsən?! Düzünü de!

 Zülfüqar bu dəfə bir qədər bərkdən güldü:

-Sözün açığı Sübhan müəllim, elə qrim eləmişdiz və özünüzü Gözəlovun görkəminə elə salmışdız ki, mən özüm az qala inanmışdım ki, bu qaçırtığım adam Cinayət Axtarışları Şöbəsinin rəisi polkovnik Sübhan Poladov deyil, Zərgər Poladovun özüdür! Birdə ki, o terroristlərin başçısı sizə yaxınlaşanda ermənicə elə danışdız ki, açığı elə bildim çaşıb əsil Gözəlovu qaçırtmışam!

 Zülfüqar bunu deyib yenə sol əliylə gözlərini sildi:

-Axı yatsaydım yuxuma belə glməzdi ki, siz ermənicə danışa bilirsiz.

 Poladov da öz növbəsində yenə gülümsündü:

-İndi bütün bunlar bizə gülməli görünür! Amma çox yox, cəmisi yarım saat bundan qabaq hər şey çox ciddi idi. Lakin şükürlər olsun Uca Allaha ki, yenə bizi qorudu! Bilirsən Zülfüqar cinayət axtaran, cinayətkarların, vətən xainlərinin izinə düşən insan, təyyarə, helikopter, qatar, gəmi sürməyi, vaqonları bir-birindən ayırmağı, hündür binanın başına dırmaşmağı, ordan cürbəcür vasitələrlə aşağı düşməyi, sərrast güllə atmağı, düşmənin gülləsindən, soyuq silahlı hucumundan özünü qorumağı və sair və sair şeyləri bacarmalıdır. Bunlar hamısı öz yerində, lakin o, hökmən bir neçə dil bilməlidi, ələlxüsus da düşmənin dilini. Mən düz otuz beş ildi canilərlə, qatillərlə, monyaklarla, vətən xainlərilə savaşıram və şükürlər olsun Uca Allaha ki, həmişə də qalib gəlirəm. Çünki bunların hamısını, o cümlədən bir neçə dildə danışmağı peşəmin ana xətti hesab eləmişəm. O ki, qaldı mənim erməni dili bilməyimə, mən bu dili əslən Qərbi Azərbaycandan olan köhnə bir dostumdan, Təhmiraz Salehzadədən öyrənmişəm! Biz vaxtilə onunla polis akademiyasında, daha doğrusu o vaxt ora milis məktəbi adlanırdı, orda bir yerdə oxumuşuq. İndi o, bölgələrdən birində polis rəisidir.

 Poladov məhz bu cür fəzilətlərinə görə həmişəki kimi yenə düşmən üzərində qələbə çalmışdı. Zülfüqar ona, elə onun özünün köməyilə məsələnin nə yerdə olduğunu anladandan sonra çox düşünüb-daşınmış və nəhayət məsələnin çözülməsi üçün plan tərtib etmiş, Zülfüqara planını anlatmaq üçün ondan xəbərsiz maşının radiatorunun suyunun 90 faizini buraxmış, bu səbəbdən də maşın hərəkətə gələndən bir qədər sonra radiatoruyn suyu tükənməyə başladığından mühərrik fəaliyyətini dayandırmış, Zülfüqar radiayorun qapağını açarkən buxar hər tərəfi bürüdüyərkən Zülfüqar maşından bir qədər uzaqlaşdığından istifadə edərək planşeti onun gözünün qarşısına tutaraq cızdığı planı ona anlatmışdı. Mərdəkandan qayıdandan sonra isə Gözəlovun başqa kameraya salınmasını göstəriş vermiş, özü isə güzgü qarşısında qrimlənərək özünü Gözəlovun görkəminə salmış, eyni zamanda operativ qrupun hazır olmasını, əməliyyata başlayan kimi onun maşınını izləməsini buyurmuş, sonra da artıq plan üzrə Zülfüqara rabitə aparatı vasitəsilə Gözəlovu, daha doğrusu Gözəlovun qiyafəsində özünü qaçırtmasını göztəriş vermişdi.

 Əlbəttə bu son deyildi. Hələ onun ana vətəninin ayağının altını qazıyan düşmənlər kifayət qədər idi. Lakin son nəfəsinə qədər mübarizə aparacaqdı Sübhan Poladov onlarla. O, dünyasını dəyişəndən sonra isə yeni Sübhan Poladovlar meydana çıxacaqdı. Onlar ağzın, hiyləgər, məkrli və olduqca qəddar düşmənlə savaşa girəcək, düşmənə ana vətəni heç vaxt buraxmayacaqdılar.

 Belə düşünürdü artıq otuz beş ildən yuxarıdı ki, ana vətəninin vətəndaşlarıın asayişini qorumaq, insanların gecələr evlərində rahat yatmmağını, məktəbli uşaqların məktəbə qorxmadan, rahatca gedib-gəlmələrini, universitetlərdə, kolleclərdə, texnikumlarda təhsil alan tələbələrin qorxu-hürkü bilmədən təhsil almalarını, cürbəcür işlərdə çalışan insanların təhlükəsiz çalışmalarını təmin etməkdən ötrü özünü daim təhlükəyə atan, çox vaxtlar gecələr yatmayan, xalqın firavanlığı üçün canını qoyan, biliyini, bacarığını, istedadını təmənnasız olaraq xərcləyən, fəqət bütün bunları özünün sadəcə olaraq vətəndaşlıq borcu hesab eləyən Sübhan Poladov..

 

             

                         SƏMA

Acı qış yavaş-yavaş çəkilib getməkdə idi. Torpağ oyanırdı. Hələ qaranquşlar baharın müjdəsini verməsələr də qaratoyuqların füsunkar nəğmələri sanki  artıq şaxtasının kəsəri qalmayan və yavaş-yavaş uca dağların başına çəkilən qışa acıq verirdi. Gün-gündən təbiətin rəngi dəyişirdi. Hər yerə hərarət, ilıqlıq, canlanma gətirən gözəllər-gözəli bahar qız, əlindən vuran eləməkdən, uçurtmaqdan, paralamaqdan başqa bir şey gəlməyən lənətə gəlmiş “şaxta baba”nı qabağına qatıb qovduqca qovurdu.

 Bu gün çox xoş olduğu üçün Zülfüqar polis şinelini çıxarmışdı və nahar eləmək üçün Cinayət Axtarışları Şöbəsinin yeməkxanasına girəndə ordakı polislərin hamısının necə deyərlər “yayladığını” gördü.

 Özü üçün çox xoşladığı qırmızı lobya şorbası və qıymalı daşma alıb boşmasalardan birinin kənarında oturub böyük iştahla yemək yeməyə başladı. Iakin boşqabı yarı eləməmişdi ki, mobil aparatına mesaj gəldi. O, dərhal aparatı kəmərindən çıxarıb mesajı oxudu. Aparatın ekranında bu sözlər yazılmışdı: “Zülfüqar başımız bəladadı. Məni qaçırmaq istəyirlər. Mən yükün arxasında gizlənmişəm. Onlar bibimdən mənim yerimi soruşurlar. Ona işgəncə verirlər. Yəqin bir azdan yükü dağıdıb məni tapacaqlar. Kömək elə!”

 Zülfüqar mesajı oxuyan kimi yeməyini saxlayıb iti sürətlə yüyürərək yeməkxanadan çıxdı və addımlarını bir xeyli də itiləşdirib özünü Poadovun kabinetinə yetirdi və ilk dəfə olaraq qapını döymədən, icazə almadan hövlank içəri girib dili topuq vura-vura işin nə yerdə olduğunu ona anlatdı. Poladov onu dinləyən kimi bir söz demədən əli ilə ona,-“Getdik”,-işarəsi verib altmış yaşında olmasına baxmayaraq on beş yaşında bir yeniyetmə kimi yüyürərək kabinetdən çıxdı və pillələri iki-iki, üç-üç tullanaraq aşağı düşdü. Dəhlizdə onlarla qarşılaşan Nəcməddin nə baş verdiyini anlamasa da, nəsə kriminal bir hadisə olduğu üçün atasının bu yaşında bu cür sürətlə yüyürdüyünü hiss eləyib bir söz soruşmadan onların arxasınca yüyürdü. 

 On beş dəqiqədən sonra onlar hadisə yerində idilər. Lakin gecikmişdilər. Quldurlar Pakizə xanımı işgəncə ilə öldürmüş, Səmanı isə qaçırmışdılar.

 Zülfüqar qəzəbindən tit-tir titrəyir, eyni zamanda göz yaşı tökürdü, Poladov isə o qədər əsəbləşmişdi ki, dilini-dodağını çeynəyirdi. Ncməddin isə özündən asılı olmayaraq yumruqlarını düyünləmişdi.

 Tibbi ekspert Mahir Kərimzadə Pakizə xanımın cəsədinin üzərində müayinə aparandan sonra üzünü artıq iyirmi dəqiqədir özünə yer tapa bilməyən, otağın içində hey var-gəl edən Poladova tutdu:

-Cənab polkovnik, qadını boğub ödürüblər. Məsələ burasındadır ki, onun boğazında üç nəfərin əl izləri var. Bunlardan ikisinin əlləri nisbətn balaca, barmaqları nazik olub, lakin birinin əlləri çox yekə, barmaqları olduqca yoğun olub. Bundan da belə qənaətə gəlmək olar ki, qadın məhz o heyvərənin əlində ölüb. Lakin bunu da qeyd eləyim ki, qadını öldürməmişdən qabaq ona işgəncə veriblər.

 Bu vaxt döşəmənin üstündə dizi üstündə oturmuş Rasim Kamalov onlara tərəf baxmadan dilləndi:

-Burda da üç nəfərin ayaq izləri var. Onlardan ikisiinin ayaqları qadın ayaqları kimi kiçikdir. Yəni otuz səkkiz və otuz doqquz. Lakin birinin ayaqları qırx yeddi ölçüdədir.

 Bu vaxt Lətif Lətifov Poladova yaxınlaşıb yerdə səpələnən tükləri ona göstərdi:

-Bunlar saqqal tüklərinə oxşayır.

 Mahir Kərimov dərhal əyilib döşəmədə yayılan tüklərə baxdı:

-Elədir! Bu saqqal tüklərdir. Bu cür tüklərdən mərhumun əlində də var.  Özü də bir çəngə. Həm də bu tüklərin uzunluğu ən azı on iki santimetrdir.

 Poladov Pakizə xanımın cəsədinə nəzər saldı:

-Bu tüklərin saqqal tükü olduğuna əminsənmi?

 Mahir Kərimov başını tərpətdi:

-Bəli! Bu şəkildə heç vaxt saç olmur. Bunlar uzun saqqal saxlayan adamın tükləridir. 

Poladov bir də diqqətlə tüklərə baxdı:

-Əminəm ki, bədbəxt qadın bu alçaqlarla mübarizə aparıb və gücü onlardan yalnız birinin saqqalından bir çəngə tük qoparmağa çatıb.

  Poladov bunu deyib əvvəlcə evdən, sonra həyətdən çıxaraq ətrafı seyr etdi. Yaxınlığda ərzaq dükanı var idi, Poladovun gözü dükana dəyən kimi iti addımlara gedib dükana girdi.

 Dükançı yaşlı bir kişi idi və başı müştərilərə qarışıq olduğu üçün Poladov bir qədər gözləməli oldu. Bir qədər sonra dükandan xeyli ərzaq alan iki müştəri dükanı tərk etdi və Poladov yaxınlaşıb dükançı iə üzbəüz dayandı:

-Mən Cinayət Axtarışları Şöbəsindənəm. Sən dükan işlədirsən və şübhə eləmirəm ki, bu ərazidə yaşayanları səndən yaxşı tanıyan yoxdu. Məni saqqallı adamlar maraqlandırır?!  

Dükançı ona bir qəribə nəzərlərlə baxıb dilləndi:

-Allah onlara lənət eləsin! Yaman tuği-lənət olub keçiblər bizim boğazımıza! Məni narahat eləyən də odu ki, bunlara gözünün üstündə qaşın var deyən yoxdu!

 Dükançı əli ilə sağ tərəfə işarə elədi:

-Həmin üç nəfər haramzadə iki aydı burda kirayədə qalırlar. Hərdən dükana gəlirlər. Rəis, inan ki, onları görəndə mənim bütün bədənim əsir. Özlərindən də it iyi gəlir. Dükana girəndə üfunət iyi aləmi elə basır ki, ödüm ağzıma gəlir. Suya əl vurmurlar, çimmirlər, şalvarlarının balaqlarını kəsirlər. Çox iyrəncdilər, çox.

 Poladov soruşdu:

-Bu adamlar azərbaycanlıdırlar?

-Əlbəttə! Adamı yandıran da elə odur da. Əgər başqa millətdən olsaydılar, heç vecimə gəlməzdi. Axı bizim gül kimi dinimiz var! Dinimiz nə deyir, çim, qüsül al, pak ol! Peyğəmbərimiz də deyib ki, təmizlik imandandır! Yox-yox, bunlar müsəlman deyillər, qətiyyən yox! Əşi belə də müsəlman olar?! Mənə elə gəlir ki, onları hansısa qüvvələr təşkilatlandırır və məqsədləri də İslam dinini gözdən salmaqdır. Mən səhv eləmirəm ki, rəis?!

 Poladov başını tərpətdi:

-Yox, sən səhv eləmirsən ağsaqqal!

 Poladov bunu deyib dükandan çıxdı.

 Bir qədər sonra  onun göstərişi iə operativ qrup vahabilərin kirayədə qaldıqları evdə idilər, canilər isə orda yox idilər. Vaxtı isə itirmək olmazdı. Tezliklə onların Səmanı hara apardıqlarını öyrənmək lazım idi, yoxsa gec olardı.  

 Sübhan Poladov ekspertlərə dərhal evdə axtarış axtarmağı göstəriş verdi. Onlar axtarışa başladılar və iki dəqiqə keçməmiş Lətif Lətifov  dolambın siyirmələrindən birindən bir məktub tapıb gətirərək Poladova göstərdi. Poladov diqqətlə məktubu gözdən keçirdi. Məktubda tamamilə anlaşılmayan bu sözlər yazılmışdı; “Nızıq ilinkəş müdrög əv xoç midnəyəb.  Uno bıdrıçaq acağıtlaya, minəm hagtəmaqiə  niritəg. Anub ərög rib noylim lup zıskacala”.

 Ekspertlər məktubdan bir şey anlamasalar da, Poladov məktuba təxminən bir dəqiqə tamaşa edənsən sonra nəsə fikirləşib cibindən kağız, qələm çıxararaq məktubun mətnini yazmağa başladı. Sonra bir qədər ucadan oxudu: “Qızın şəklini gördüm və çox bəyəndim. Onu qaçırdıb Altıağaca, mənim iqmətgahıma gətirin. Buna görə bir milyon pul alacaqsız”.

 Həm ekstertlər, həm də Zülfüqqar heyrətlə Poladova baxırdılar. Nəhayət Rasim Kamalov udqunaraq soruşdu:

-Axı bunu necə oxuya bildiz?

 Poladov məktubu qatladı:

-Əslində burda çətin bir şey yoxdu. Məktubu yazan adam onu hamının “Qarğa dili” dediyi bir dildə yazıb. Yəni sadəcə olaraq sözləri tərsinə yazıb ki, məktub polisin əlinə keçərsə, heç nə anlaşılmasın. Amma onların ən böyük səhvi də elə burda olub. Əslində onlar qızı tapmaq və onların iaqmətgahını dağıtmaq üçün bizim əlimizə çox gözəl bir fürsət verdilər.

 Mahir Kərimov dodağını büzüb, əllərini yana açdı:

-Bəs niyə məktubu yandırmayıblar?

 Poladov yenə məktubu açıb ona tərəf tutdu:

-Diqqətlə bax! Bu məktub boş bir vərəqə yazılmayıb. Burda onların gerbi var. Görürsən, qanadlı əfi ilan öz zəhərini  günəşin üzərinə püskürür. Bu əfi ilan onların tanrısı sayılır. İlan tanrılarını yandırmaq isə onlar üçün yeganə günah sayılır. Ona görə də onlar məktubu yandırmayıblar.

 Bu dəfə Rasim Kamalov sual etdi:

-Axı onlar məktubu özlərilə götürə bilərdilər?!

 Poladov başınl buladı:

-Canilər draima cinayət törətdikləri zaman tələsir və hadisə yerində nəyisə unudurlar. Şübhə eləmirəm ki, onlar yaşlı qadını ldürüb qızı qaçırtdıaları zaman ox tələsiblər, elə buna görə də məktubuu götürməyi unudublar.

 Bu dəfə Lətif Lətifov sual verdi:

-Bəs qız? Qızın onların yanında olması polisi şübhəyə salmaz bəyəm?

 Poladov başını tərpətdi:

-Əlbəttə ki, salar! Lakin mən buna da şübhə eləmirəm ki, onlar qıza iynə vurub yatızdırıblar. Belə ki, qızın qaçırılmasından tamamilə xəbəri olmayan polis maşının içində qızı görsə, onu sadəcə olaraq yatmış hesab eləyəcək. Bir sözlə bu mundarlar qızı qaçırmamışdan hər şeyi ölçüb-biçiblər. Hə, yeri gəlmişkən, daha sizlik heç bir iş yoxdu! Siz gedin dincəlin!

 Sonra Poladov həm Zülfüqarla Nəcməddinə, həm də artıq sıra ilə dayanan operativ qrupun üzvülərinə baxdı:

-Getdik!

 Bir dəqiqədən sonra həm Zülfüqarın idarə etdiyi maşın, həm də səkkiz nəfərdən ibarət operativ qrupa aid iki polis maşını hərəkətə gəldi.

 Zülfüqar maşını saatda ən azı 140 kilometr sürətlə sürürdü. Poladov arxada olduqca sakit oturmuşdu. Polis maşınları sürətlərini nə qədər artırsalar da, maşın sürməkdə olduqca mahir olan Zülfüqaın idarə etdiyi maşına çata bilmirdilər.

 Düz qırx beş dəqiqədən sonra maşın Altıağaca gedən yoxuşla demək olar ki, sürətini azaltmadan qalxırdı və on dəqiqədən sonra başdan başa yaşıllıqlara qərq olmuş, həqiqətən də alt hissəsi bütünlüklə ağacla dolu məkana yetişdi. Elə bu vaxt qarşıdan gələn minik maşını Poladovun diqqətini çəkdi. Maşını topa saqqallı nəhəng bir adam idarə eləyirdi. Arxada isə iki nəfər saqqallı oturmuşdu. Poladov dərhal Zülfüqara maşını saxlamağı göstəıriş verdi. Zülfüqar dərhal maşını saxladı və Poladov cəld maşından düşüb əli ilə qarşıdan gələn maşına,-“saxla”,-işarəsi verdi. Lakin nəhəng sürücü maşını saxlamadı və  ona tərəf avtomat siahından atəş açıldı. Amma bunu əvvəldən duymuş Nəcməddin onlar atəş açmamışdan zamana sığmayan sürətlə geri sıçradı. Odur ki,  güllələr Poladova dəyməyib göyə uçdu. Topa saqqallı bunu görüb maşının sürətini xeyli artırdı. Ona tərəf güllə atılarkən özündən biixtiyar geri sıçrayan və bu zaman arxası üstə aşan  Poladov dərhal qəddini düzəldib yoxuşla olduqca sürətlə enən minik maşınının arxa təkərini nişangaha götürərək vaxt itirmədən atəş açdı. Minik maşını olduqca sürətlə getdiyi üçün bir neçə dəfə aşaraq uçuruma yuvarlandı və uçurumun dibinə düşər-düşməz güclü şəkildə partlayaraq yanmağa başladı.

 Zülfüqar da bayaqdan maşından düşmüşdü və Poladovun yanında dayanıb bu dəhşətli mənzərəni seyr edirdi. Nəcməddin isə bir az bundan əvvəl ona atalıq eləmiş insanı itirəcəyindən qorxduğu üçün çox kövrəlmişdi. O, nəmli gözlərilə bir söz demədən Poladova yaxınlaşıb başını onun çiyninə qoydu. Poladov da kövrəlmişdi və düşünürdü ki, Uca Allah onu məhz on il bundan qabaq uşaq evindən övladlığa götürdüyü bu mələkruhlu cavan vasitəsilə qorudu. O, cadar-cadar yanan maşından gözünü çəkmədən Nəcməddinin bir qədər cod, qara saçlarını tumarladı:

-Sən mənim həyatımı xilas elədin oğlum!

 Nəcməddin onun kobud və iri əlindən öpdü:

-Sənə məmuniyyətlə öz həyatımı qurban edərəm ata! Çünki mənim həyatım sənsiz elə puç olar ki..

 Poladov onun başından öpdü:

- Bir də bu cür fikirləri ağlına gətirmə! Mənim yaşım altmışı keçib və cinayətkarlarla mübarizə apardığım illər ərzində hər cinayətin üstünü açanda, hər caninin əllərinə qandal vuranda özümü dünyanın ən xoşbət adamı hesab eləmişəm! Bir sözlə mən istdiyim həyatı yaşamışam! Bu səbəbdən də Uca Allahdan çox razıyam! Sənin isə həyatın qabaqdadı oğlum! Odur ki, mənə görə özünü heç vaxt ölümün pəncəsinə atma!

 Maşın elə yanırdı ki, təxminən 200 metr uçurumun dibində alov ən azı 30 metr göyə yüksəlirdi. Poladov bir qədər də bu kiçik cəhənnəmi xatırladan mənzərəyə tamaşa eləıyib üzünü onlardan daha çox kövrəlmiş Zülfüqara tutdu:

-Bunlar Səmanı qaçırdan köpəklər idi, şübhə eləmirəm ki, qızı qaçırmalarına görə bir milyon alıb geri dönürdülər və hələ o biri dünyada cəhənnəmdə yanmamışdan, bu dünyada da milyonları ilə bir yerdə cəhənnəm alovuna qərq oldular.

 Poladov bunu deyib dayandığı yerdən bir xeyli aralanaraq cibindən kiçik durbin çıxarıb o qədər də böyük olmayan bu dağ qəsəbəsinə başdan-başa tamaşa elədi, sonra 90 dərəcə dönüb yan tərəfə baxdı və sağ əlini həmin istiqamətə uzatdı:

-Yaxşı ki, duman yoxdu. Yoxsa heç bir şey görmək olmazdı. Ora qəsəbədən bir qədər uzaqdır. Orda nəhəng bir villa görünür. Ətrafında da xeyli əlitüfəngli adamlar var. Mən əminəm ki, qız ordadı. Hazır olun! Br az sonra biz İslam dininin ən qatı düşmənləri ilə ölüm-dirim savaşına girəcəyik! Hazırsızmı?

 Zülfüqar durbini alıb həmin istiqamətə baxdı:

-Mən bu günü çoxdan gözləyirdim cənab polkovnik! İnanın ki, əllərim cəbhədən dönəndən sonra heç vaxyt belə gicişməyib! Biz onlardan günahsız öldürdükləri müsəlmanların intiqamını alacağıq!

 Nəcməddin Zülfüqarın sözünə qüvvət verdi:

-İnşallah onları elədikləri hər cinayətə, günaha görə peşman edəcəyik!

 Bu vaxt operativ qrupun maşınları onların həndəvərində saxladılar və boyları ən azı 180 santimetr, bədəncə çox cüssəli polis nəfərləri maşınlardan düşdülər. Poladov nəhəng villa olan məkanı onlara göstərdi:

-Tez olun, kolları qırın, maşınların üstünü örtün! Başınıza da imkan daxilində kol taxın ki, yaxınlaşdığınızı vahabilər hiss eləməsin!

 Polislər dərhal onun tapşırığına əməl eləyib hər üç maşının üstünü yaşıl kollarla örtülər, özləri isə kolların nisbətən kiçik budaqlarından qırıb boyunlarına keçirdilər və elə bir görünüş yaratdılar ki, yerə uzandan sonra kənardan tamamilə sezilməsinlər.

 Poladov, Nəcməddin və Zülfüqar da boyunarına kol keçirdilər. Poladov bir də əlini həmin istiqamətə uzatdı:

-Qız ordadır. Orda təxminən altmış nəfər əli silahlı adam var. Ora gizlənə-gizlənə, sürünə-sürünə yaxınlaşacağıq. Birdən hucuma keçəcəyik. Amma çox ehtiyatlı olmaq lazımdır ki, onarın başçıları canını xias eləməkdən ötrü qızın gicgahına tapança dirəməsin! Ona görə hər şeyi səssiz həll eləmək lazımdı. Əgər yüz faiz zərurət yaransa onda güllə atın! Çalışın onların nəfəsini səssiz-səmirsiz kəsin! Haydı, getdik!

 İyirmi nəfər pəhləvan cüssəli polis nəfəri, eyni zamanda Poladov və Zülfüqar təxminən üç yüz metr qaçandan sonra yerə uzandılar və sürünə-sürünə həmin məkana yaxınlaşmağa başladılar.

 İynə vurulandan sonra yalnız indi özünə gələn Səma on səkkiz otaqdan, iki böyük salondan, uzun eyvanlardan ibarət villanın içəri otaqlardan birində idi. Onu naxışlı və qolları, qıçları şəbəkəli bir kresloda oturtmuşdular. Qolları, qıçları açıq idi. Ona yuxu dərmanı qatılmış iynə vurulduğundan oyanandan sonra bir müddət key-key ətrafa baxıb harda olduğunu anlamadı. Lakin saniyələr keçəndən sonra nə baş verdiyini xatırlayıb dəhşətə gəldi və qatillər tərəfindən boğulub öldürülən bibisini yadına salıb inildəyərək göz yaşı tökməyə başladı.

 Bir qədər sonra otağın qapısı açıldı və ora saqqalı az qala qarnına dəyən olduqca şişman, gözləri heç bir şey ifadə eləməyən, təxminən əlli yaşında başı əmmaməli bir adamla, təxminən otuz yaşında kanalzassiyada yaşayan siçovullara bənzəyən arıq, uzun bir adam girdi. Əmmaməli adam şor gözləri ilə Səmanı süzüb anlaşılmayan dildə yanındakına nəsə dedi. Yanındakı başını tərpədib təmiz azərbaycan dilində dilləndi:

-Bu şeyxdir. Şeyx Zidan, öz ölkəsində ən varlı adamlarından biridir. Oranın neft biznesinin 25 faizi bunun əlindədir. Dünyanın hər yerində ticarət köşkləri, fabrikləri, sənaye müəssisələri, cürbəcür obyektləri, eyni zamanda yüzlərlə villaları var. Burda, bizim vətənimizdə də onun obyektləri var. İndi də bahar fəslini burda keçirməyə gəlib. Bu imarət də ona məxsusdur. Sənin şəklini görüb və səni çox bəyənib. Səni özünə arvad eləmək istəyir. Burda naz-nemət içində yaşaycaqsan. Dünyanın ən ləziz yeməklərini yeyəcək, ən gözəl libaslarını geyəcəksən. Bu imarətin xanımı olacaqsan. Əlin pulla oynayacaq. Qulluqçuların, xidmətçilərin olacaq. Hər kəs əmrinə müntəzir duracaq!

 Səma ağlamağını kəssə də, qəzəbindən əsirdi. Odur ki, bir müddət nəsə demək istəsə də, dili-dodağı əsdiyi üçün danışa bilmədi. Siçovul yosunlu adam isə, şeyx ona nəsə dedikcə ara vermədən hey basıb-kəsirdi:

-İndi çox gəncsən. Ömrün hələ qabaqdadır. Əgər şeyxin itaətində olsan, ömrün uzun olacaq və ömrünün axırına qədər çox firavan, olduqca xoşbəxt yaşayacaqsan.

 Səma yenə cəlladlar tərəfindən işgəncə ilə öldürülən bibisini xatırlayıb bir söz demədən ayağa qalxdı və əvvəlcə şeyxin, sonra da siçovul yosunlu adamın üzünə tüpürdü.

 Mundar adamlar bunu gözləmədikləri üçün əvvəlcə özlərini itirib geri çəkildilər. Sonra şeyx yenə siçovulyosunlu adama nəsə dedi. O, baş əyib otaqdan çıxdı və bir qədər keçmiş ora iki nəfər pəzəvəng adamla qayıdaraq Səmanı onlara göstərdi:

-Bu mundar qız şeyximizin üzünə tüpürməyə cəsarət elədi. Ona əvvəlcə işgəncə verin ki, öncə yarandığına peşman olsun, sonra isə gəbərdin!  

 Siçovul yosunlu adam bunu deyib şeyxlə birlikdə otaqdan çıxdı.

 Pəzəvənglər isə qətiyyən tələsmir, bir-birinə baxıb iyrənc şəkildə gülümsəyirdilər. Axı nəyə görə də tələsməli idilər?! Olduqca incə, zərif, gənc qız onların əlindən hara qaça bilərdi ki?! Lakin qızı zorlayıb sonra işgəncə ilə öldürməyə tələsməsələr də, ilk olaraq şəhvətini kim söndürəcək sualının cavabında tələsdilər. Çünki hər ikisi ilk olaraq yeri-göyü yandıran şəhvətini gənc və bakirə qızın üzərində söndürmək istəyirdi. Odur ki, dahi Azərbaycan şairi Abbas Səhhətin təbiri ilə desək, əllərindəki şikarı bölməyə razı olmadıqlarına görə işi ölüb-öldürməyə çıxartdılar. Beləki, onların arasında hakimsiz və yalnız bir tamaşaçısı olan qayda-qanunsuz bir döyüş başladı. Səma isə onların bir-birini əzişdərmələrindən istifadə eləyib “asta qaçan namərddi”,-zərb misalına rəğmən otaqdan çıxıb boş dəhlizlə yüyürməyə başlayaraq tini burulmaq istədi. Lakin burda əli silahlı bir keşikçi var idi. Səma başını gizlədib geri baxdı. Pəzəvənglər bir-birini al qana boyadıqlarına görə onun qaçmasından hələ də xəbərləri yox idi. Keşikçi əsgər isə onu görməsə də, ağır addımlarla ona tərəf gəlirdi. Səma olduqca ehtiyatla o tərəf, bu tərəfə nəzər etdi. Lap yaxınlığında sutunun bəndində içində dolu torpaqda gül yetişdirilmiş güldan var idi. Səma geriyə iki addım atıb çəkisi ən azı on beş kiloqram olan güldanı götürdü. Elə bu vaxt keşikçi dəhliz tininə yetişdi və Səmanı görən kimi tüfəngini çiynindən götürüb ona tərəf tuşlamaq istədi, lakin nəyin bahasına olursa-olsun həm namusunu qorumaq, həm də mundar quldurlardan canını qurtarmaq üçün ruhən çox güclənən qız vargücülə güldanı keşikçinin başına çırpdı. Keşikçi pələng dişinə keçmiş öküz kimi bəəldiyərək başı tamamilə qana bulaşmış halda yerə aşdı. Səma əyilib onun silahını götürdü və qaça-qaça həmin məkandan uzaqlaşaraq özünü dəhlizin sonundakı boş bir otağın içinə saldı.

 Ömründə əlinə silah almasa da, silahdan istifadə qaydasını baxdığı bəzi filmlərdən öyrənmişdi. Əslində burda çətin bir şey də yox idi, barmağı tətiyin üstünə qoymaq və lazım olanda tətiyi çəkmək. Odur ki, uzun lüləli silahın lüləsini qapıya tərəf tuşlayıb hazır vəziyyətdə dayandı. O, tamamilə tərin-suyun içində idi və dayanmadan kəlmeyi-şəhadətini deyirdi.  İndi onun əlində tüfəng var idi, odur ki, təslim olmayacaqdı, namusuna təcavüz eləyə bilməyəcəkdilər. Çünki ilk qapıdan boylananı güllə ilə vurandan sonra onu mütləq güllə-baran eləyəcəkdilər. Bu səbəbdən də şəhid olacaqdı, şəhid.

 Belə düşünürdü vaxtilə atası şəhid olmuş, sonra anası dünyasını dəyişmiş, nənəsinin himayəsində böyümüş, nəhayət nənəsi də rəhmətə gedəndən sonra bibisi əri ilə bibisinin, general Camalzadə şəhid ediləndən sonra isə yalnız ona analıq eləyən bibisinin himayəsində yaşayan Səma.

 Lakin ani olaraq otağın pəncərəsindən bayıra baxmaq Səmanın şəhid olmaq şərəfinə yüksəlmək düşüncəsini başqa səmtə çevirdi. O, təxminən əlli metr aralıda olan hasarın o biri tayında sürünə-sürünə keşikçilərə yaxınaşaraq qəfildən ayağa durub bir-bir keşikçilərin boynunu sındıran Zülfüqarı gördü. Zülfüqarla birlikdə həm Nəcməddin, həm də bir neçə cüssəli polis nəfəri də onun kimi hərəkət eləyir, arxadan qəfil hucum edib  keşikçilərin boynunu sındırırdılar.

 Səma Zülfüqarı açıq-aydın görürdü, lakin pəncərəni açıb onu səsləsəydi, hələ də yarısından çoxu sağ olan keşikçilər dərhal duyuq düşərdilər. Bu isə başlarında Sübhan Poladov olan poislərin işini çox çətinləşdirərdi. Səma çox ağıllı bir qız idi və ən çətin anlarda belə zeyni iti işləyirdi.

 Ehtiyatla pəncərədən aşağı baxdı. Onun gizləndiyi otaq üçüncü mərtəbədə olduğu üçün pəncərədən yerə qədər təxminən yeddi metr məsafə var idi. Burdan aşağı tullana biməzdi, çünki bu artıq intihar demək idi. Otağa diqqətlə nəzər saldı. Otağın içində aşağısında kiçik çarxları olan şkaf var idi. Şkafa yaxınlaşıb itələdi. Çarxları olduğu üçün şkaf rahat yerindən tərpəndi.  Yenə o tərəf, bu tərəfdə baxdı. Pəncərələrdən qarşısından uzun tüllər asılmışdı. Dərhal hərəsi ən azı iki metr uzunluğunda dörd dənə tülü dartıb qıraraq bir-birinə bənd elədi və tüllərin başındakı tülün möhkəm ipinin bir tərəfini şkafın sağ çarxının yuxarısına, o biri tərəfini sol çarxının yuxarısına bağladı.  Sonra bir-birinə bənd olumuş tüllərin o biri ucundan yapışıb pəncərəyə tərəf apararaq, tüfəngi çiyninə keçirib açıq pəncərəyə dırmaşaraq bayıra sallandı və tüllərin o biri ucu şkafın çarxlarının üstünə bağlandığı üçün şkaf pəncərəyə doğru hərəkət eləməyə başladı. Bu da öz növbəsində Səmanın yerə enməsinə şərait yaratdı. Bu ərəfədə  Zülfüqar hasar arxasında nəhəng bir keşikçi ilə əlbəyaxa vuruşurdu. Heç nədən xəbəri olmayan bu biri keşikçilər xeyli kənarda idilər.

 Səmanın yerə düşməyinə təxminən metr yarım qalmlş iki keşikçi həmin otağa girdi və vəziyyətin nə yerdə olduğunu anlamaqdan ötrü yüyürə-yüyürə pəncərəyə yaxınlaşdılar. Lakin şkaf artıq pəncərənin qarşısını tutduğu üçün onu kənara itələməli oldular. Səma şkafın dartındığını hiss edib metrə yarımdan aşağı tullandı. Keşikçilər şkafı pəncərə önündən kənarlaşdıran kimi onu atəşə tutdular. Səma dərhal özünü divar dibinə saldı və artpıq xeyli yaxınlığda olan Zülfüqar Səmanı görməsə də pəncərədən aşağı güllə yağdıran keşikçilərin boş yerə bunu eləmədiklərini başa düşüb sərrast atəşlə hər ikisini susdurdu. Keşikçilər hər ikisi pəncərədən yerə yıxıldı və tülə ilişdikləri üçün ağır şkaf da pəncərədən onların üstünə düşdü.

 Zülfüqar Səmanı görməsə də onun yaxınlığında olduğunu hiss elədiyi üçün ildrım sürətilə hasardan bu tərəfə tullandı və iti sürətlə hasara tərəf qaçan Səma ilə üz-üzə gəldi. Bu vaxt Zülfüqarın üzündə elə bir sevinc ifadəsi yarandı ki, bunu sözlə ifadə eləmək üçün Mövlanə Füzuli olmaq lazım gəlirdi.

 Zülfüqar bir söz demədən Səmanın əlindən yapışdı və onunla birlikdə zaman kəsiyində hasara dırmaşıb o biri tərəfə düşdü.

 Sübhan Poladovla Nəcməddin burda idilər. Poladov, Səmanı görən kimi özündən asılı olmayaraq bağrına basdı:

-İnanın ki, bu yaşa çatmışam, amma ömrümdə bu qədər sevinməmişdim. Afərin qızım! Sən də yaşa Zülfüqar! Yenə pölisin üzünü ağ elədin! Hər şeyi  gördüm!

 O, barmağındakı qəribə qaşı olan üzüyü göstərdi:

-Bax bununla, bu üzük divarın o tayını da göstərir!

 O, villaya tərəf baxdı:

-İndi daha qızımızı girov götürə bilməyəcəklər! İndi açıqca hucuma keçəcəyik! Axırınız gəldi!

 O, üzünü Səmaya tutdu:

-Sən burda gözlə qızım! Heç yerə tərpənmə! Heç nədən də qorxma, necə ki, qorxmamısan! Bax, tüfəngin də var! Amma elə düşünürəm ki, güllə atmağına daha ehtiyac qalmayacaq!

 O, bunu deyib üzünü Zülfüqarla Nəcməddinə tutdu:

-Getdik!

 Bir qədər sonra imarətin həyətində qanlıbir savaş gedirdi. Polislər başda Sübhan Poladov olmaqla qızmış pələng kimi vuruşdular və o qədər də keçmədi ki, quldurlardan ibarət keşikçi dəstəsinin hamısını cəhənnəmin dibiinə göndərdilər.

 Şeyx Zidan, siçovulyosunlu gədəsi Tamerlanla imarətin zirzəmisində gizlənmişdi. Lakin Sübhan Poladov professor Turan Hüseynzadənin ixtira elədiyi üzük vasitəsilə onların harda gizləndiyini dərhal bilib polislərə göstəriş verdi:

-Bu zirzəmiyə enin! Orda iki nəfər var. Yəqin bunlardan biri burdakı vahabilərin başçısı, o biri isə onun köməkçisidir.

 Sonra o, üzünü Zülfüqara tutdu:

-Sən get Səmanı maşına mindir, özün də  otur gözlə!

 Zülfüqar bir söz demədən başını tərpədib uzaqlaşdı. Elə bu ərəfədə polislərdən ikisi zirzəminin qapısını qırıb ora endilər və bir qədər sonra Şeyx Zidanla Tamerlanı qandallanmış halda pillələrlə yuxarı qaldırıb gətirdilər. Poladov şeyx Zidana baxan kimi qiyafəsindən onun azərbaycanlı olmadığını anladı. Odur ki, dərhal cibindən qarğa dilində yazımış məktubu çıxarıb o biri əlilə Tamerlanın yaxasından yapışdı:

-Bu məktubu sən yazmısan?!

 Tamerlan siçovul səsi çıxartdı:

-Mən məktub-zad yazmamısan!

 Poladov məktubu cibinə qoyub qəfildən onun sifətinə güclü bir şillə vurdu. Tamerlan top kimi fırlanıb yerə dəydi. Polislər dərhal onu durğuzub Poladovun qarşısına gətirdilər. Poladov tapançasının lüləsini onun gicgahına dirədi:

- Əgər istəmirsənsə səni bir anın içində cəhənnəmin dibinə göndərim, boynuna al, sonra da de ki, burda daha neçə qız var və onları harda gizlətmisiz!

 Tamerlan qorxudan göyərmişdi və möhkəm bir vahimə içində gözünü şeyx Zidandan çəkmirdi.

 Poladov səsini qaldırdı:

-Hə?! Tez ol cavab ver! Yoxsa bir azdan iyrənc cəsədini elə özünə bənzəyən siçovullar yeyəcək!

 Tamerlan kəkələyə-kəkələyə dilləndi:

-Məktubu mən yazmışam. Qızlara gəlincə isə onlar meşənin içində gizli bir yerdədilər.  Burdan ora təxminəın altı kilometrlik bir yol var!

 Poladov tapançanı aşağı saldı:

-Yəqin orda da keşikçilər var?!

 Tamerlan udqunaraq başını tərpətdi:

-Hə! Amma şeyx onları artıq xəbərdar eləyib. Əgər ora getsəz qızları öldürəcəklər!

 Poladov bu dəfə qəfildən tapançanın lüləsini şeyxin gicgahına dirədi:

-Ona de ki, yaşamaq istəyirsə qızları azad etdirsin və onun adamları qızları sağ-salamat bizə təhvil versinlər! Yalnız bu zaman beynəlxalq qanunlarla mühakimə olunacaq. Yoxsa onu parça-parça eləyəcəyəm!

 Tamerlan, Poladovun sözlərini şeyx üçün tərcümə elədi. Ölümdən çox qorxan şeyx ərəbcəTamerlana nəsə dedi və Tamerlan başını tərpədib üzünü Poladova tutdu:

-O, qızları azad elətdirməyə razıdır, təki onu öldürməyəsiz. Lakin bunu mən ordakı keşikçilərə bildirməliyəm. Çünki onlar da ərəbcə bimirlər.

 Poladov əli ilə Tamerlana işarə elədi.Tamerlan dərhal mobil aparatını çıxarıb zəng vurdu:

-Qızları şeyxin burdakı imarətinə gətirin! Şeyx özü belə istəyir! Tez olun, vaxtı itirməyin! Özünüz də gəlin! Hamınız! Şeyx sizin huquq mühafizə orqanlarına təslim olmağınızı istəyir! Çünki burda polislərin böyük bir ordusu var! Əmrə tabe olmayanarı dərhal öldürün!

 Tamerlan aparatı xəttdən ayırıb Poladova baxdı:

-Təxminən on dəqiqədən sonra burda olacaqlar!

 Tamerlan bunu deyəndən sonra bir qədər susub siçovul kimi ciyildədi:

-Bəs mənim aqibətim necə olacaq rəis?

 Poladov tapançanın lüləsini şeyxin gichanından ayırdı:

-Səncə pozğun bir vətən xaininin, pula, paraya görə insanlığını itirmiş, mənliyini satmış bir adamın aqibəti necə olmalıdır?

 Tamerlan yazıq görkəm aldı:

-Mən çox peşmanam rəis, çox!

 Poladov gülümsündü:

-Peşmanmı?! Məgər simasını, əqidəsini, vicdanını, namusunu itirmiş adamlarda peşmançılıq hissi olur?! Yaxşı, gəl onda belə danışaq. Səni öldürəcəym, sonra da deyəcəyəm ki, peşman olmuşam, razısan?! Əslində məndən bunun hesabını kimsə sormayacaq. Çünki mən özüm hesab soranam! Lakin deyək ki, mədəniyyət xatirinə hamının iyrəndiyi və taun, vəba xəstəliklərini hər yerə yayan  mundar bir siçovulu öldürdüyümə görə peşman olduğumu söyləyəcəm! Sonra isə sənin məzarının üstündə tualet tikdirəcəyəm ki, yoldan ötənlərin qarınları ağrayanda gəlib sənin məzarına nığırlasınlar.

 Tamerlan hönkürtü ilə ağlaya-ağlaya Poladovun ayaqlarına qapandı:

-Yox, yox, eləmə bunu rəis! Sən qanun adamısan. Qoy məni qanunla mühakimə eləsinlər! Yalvarıram, eləmə bunu rəis! Mən yaşamaq istəyirəm! Məni çevir balalarının başına, eləmə bunu rəis!

 Poladov ondan möhkəm iyrəndiyi üçün geri çəkildi:

-Mənim balalarım yoxdu! Amma əgər doğma övladım olsaydı və ömründə bircə dəfə olsun belə əxlaqsızlıq eləsəydi, mən onu huquq mühafizə orqanlarına təslim eləməzdim, çünki onu öz əllərimlə güllələyib öldürərdim. Qalx ayağa nəcis torbası! Yox, ufunət iyi verən nəcis torbası da səndən qiymətlidi. Çünki məsələn çinlilər ondan gübrə kimi istifadə edirlər. Sən isə bənzədiyin siçovulardan da betər ziyanvericisən!  Səni güllələmək azdı. Bu sənin üçün çox yüngül bir cəza olar! Səni nəhəng bir tonqal qalayıb içinə atmaq lazımdır ki, tüstün ərşə qalxsın!

 Poladov bunu deyib yaxınlığda dayanmış polislərə işarə elədi:

-Aparın, onu gözüm görməsin! Çünki o qədər iyrəncdir ki, adamın bir aylıq iştəhasını qaçırdır. Bu İslam dinini gözdən salmaq üçün dəridöən-qabıqdan çıxan, masonların sifarişi ilə milyardlarını xərcləyən satqın və əxlaqsız şeyxi də burdan rədd eləyin! Az keçməz onun Azərbaycanda da törətdiyi pozğun əməlləri inrernet vasitəsi ilə bütün dünyada yayımlanar!

 Poladov bunu deyib başı ilə yaxınlığında dayanan polislərə işarə elədi. Polislər dərhal şeyxlə Tamerlanı polis maşınına mindirmək üçün apardılar.

 On dəqiqədən sonra şeyxin malikanəsinə iki dənə şüşələri qara rəngli dörd böyük maşın yaxınlaşdı. Onların üçündən saqqaları sinələrinə qədər uzanan on altı nəfər eybəcər adam düşdü. Dördüncü maşından isə ayaq üstə dayana biməyən, arıqlayıb uzaqbaşı otuz kiloqram qalmış altı qız düşürtdülər. Bu qızlar quldurlar tərəfindən başqa-baqşa vaxtlarda oğurlanmışdı. Şeyx onların hərəsi üçün bir milyon pul ödəyib təxminən iki ay onların üzərində iyrənc şəvhətini spndürmüş, sonra isəı onları meşədəki qəsrinə göndərmişdi ki, zamanı gəldikcə onları ödədiyi qiymətdən də baha qiymətə başqa vahabi şeyxlərə satsın. Lakin hələ buna imkan olmadığı üçün qızlara narkotik qatılmış iynələr vurduraraq onları qəsrdə saxlayırdı. Qızların görkəmindən də o dəqiqə hiss olunurdu ki, onlara narkotik maddə qatılmış iynələr vurulub. Onlar güclə yeriyir və ətrafa iki litr araq içmiş sərxoş adamlar kimi lül vəziyyətdə baxırdılar.  Poladov qəzəblə tapançasını quldurlara tərəf tutdu:

-Özünüz öz xoşunuzla silahlarınızı təhvil verin! Yoxsa hamınız nişangaha çevriləcəksiz!

 Artıq bir neçə polis də silahlarını quldurlara tərəf tuşlamışdı. Quldur dəstəsinin əmrə tabe olmaqdan başqa çarələri qalmadı və on altısı da kəmərlərindən silahlarını çıxarıb yerə atdılar.

 Poladov polislərə işarə elədi:

-Əvvəlcə silahları yığın, sonra haramzadaları maşınlara aparın! Qızları isə  yenidən bunların maşınlarına mindirin!

 Polislər dərhal onun əmrini icra eləyərək, vahabiləri polis maşınlarına, qızları isə gətirildikləri maşına mindirdilər. Bundan sonra Poladov baş leytnant rütbəli polis zabitini yanına çağırıb soruşdu:

-Yəqin ki, maşın sürə bilirsən?

 Zabit başını tərpətdi:

-Əlbəttə!

-Bəs səndən başqa uşaqlar arasında sürücülük vəsiqəsi olanlar varmı?

-Əlbəttə var cənab polkovnik!

-Hamının sürücülük vəsiqəsi var!

 Poladov vahabilərin maşınlarına tərəf baxdı:

-Onda bu zibil yığınlarının maşınlarının sükan arxasına oturun! Lakin əvvəlcə bu malikanənin qapısını möhürləmək lazımdır!

 Zabit polis salamı verib müntəzir durdu:

-Əmr icra olunacaq cənab polkovnik!

 Mən gedirəm, siz də işinizi bitirib gələrsiz! Lakin tapşır şeyxin və onun köməkçisinin oturduğu maşın arxamca gəlsin! Şəhərə çatan kimi isə qızların mindiyi maşını xəstəxanaya sürsünlər. Bu yazıq qızların başı çox bəlalar çəkib. Hökmən xəstəxanada müalicə almalıdılar. Eyni zamanda qızların tapılıb xəstəxanaya gətirildikləri barədə hökmən onların vallideynlərinə xəbər verin! Şübhə eləmirəm ki, qızların vaideynlərinin övladları itənddən sonra üstlərinə dünyanın ağırlığı çöküb. Odur ki, onlara nə qədər tez xəbər versəz, o qədər yaxşıdır.

 Zabit yenə polis salamı verdi:

-Yerinə yetirələcək cənab mayor!

 Poladov əli ilə işarə eləyib maşınına tərəf gedib oturdu. Zülfüqar dərhal maşını hərəkətə gətirdi və bir qədər sonra onlar artıq yoxuşlar aşağı enirdilər.

 Yoxuşu enib düz yola çıxana qədər maşının içində sükunət hökm sürdü.

 Təxminən bir saat bundan əvvəl, vətənin bütün qızlarını öz qızı bilən və onların namusunu qorumaq üçün hər an öz canını fəda etməyə hazır olan Poladov, Nəcməddin və Zülfüqar Səmanın quldurların əindən xilas olduğundan çox məmmun olduqları halda indi Azərbaycanın ən gözəl guşələrindən olan Altıağacdan Bakıya uzanan yol boyu çox qəmgin və pərişan görünürdülər. Çünki şeytan düz qiyamətə qədər yaşayacaq, zəif iradəli insanarı özünə tabe edib onlara saysız-hesabsız günahlar, cinayətlər etməyə, qətllər törətməyə, bakirə qızların namusuna təcavüz eləməyə, vətənlərini satmağa, pozğun işlər görməyə, insanların rahatlığını pozmağa vadar eləyəcəkdi. Bir sözlə namuslu insanlar nə qədər çalışsalar da, cinayətin kökü qyamətə qədər heç vaxt kəsilməyəcəkdi. Bu səbəbdən də vətənlərini, torpağlarını, xalqlarını, millətlərini, bayraqlarını canlarından əziz tutan Poladovun, Nəcməddinin və Zülfüqarın  növbəti dəfə düşmən üzərində zəfər çaldıqlarına baxmayaraq qanları qara idi.

 

               

                    BİRİNCİ HİSSƏSİN SONU.