Əşrəf Veysəlli - HAYANDA QALDI

Ədəbiyyat 09:18 / 04.04.2026 Baxış sayı: 159

 

Elə ki gecikərdim,

evdə yalqız qalardın,

İşdən gec gəldiyimdən

çox rahatsız olardın:

“- yarım hayanda qaldı?”

Tez- tez çıxar eyvana,

boylanardın hər yana,

Əl atardın telefona:

-“ görüm hayanda qaldı”.

Hərə bir xəbər deyər,

çoxları da şər deyər.

Sən isə— Xəzər, deyər:

-Kürüm hayanda qaldı.

Daha iş işdən keçib,

yaş da o yaşdan keçib.

Mənimki qışdan keçib,

barım hayanda qaldı?

Hər dərd gəlir üstümə,

həsrət gəlir üstümə.

Zülmət gəlir üstümə,

nurum hayanda qaldı?

Olur baş sındırmağım,

dəryalara varmağım.

O

HAYANDA QLDI

Elə ki gecikərdim,

evdə yalqız qalardın,

İşdən gec gəldiyimdən

çox rahatsız olardın:

“- yarım hayanda qaldı?”

Tez- tez çıxar eyvana,

boylanardın hər yana,

Əl atardın telefona:

-“ görüm hayanda qaldı”.

Hərə bir xəbər deyər,

çoxları da şər deyər.

Sən isə— Xəzər, deyər:

-Kürüm hayanda qaldı.

Daha iş işdən keçib,

yaş da o yaşdan keçib.

Mənimki qışdan keçib,

barım hayanda qaldı?

Hər dərd gəlir üstümə,

həsrət gəlir üstümə.

Zülmət gəlir üstümə,

nurum hayanda qaldı?

Olur baş sındırmağım,

dəryalara varmağım.

O balıqçı qarmağım,

torum hayanda qaldı?

Gəzməyim də az olmur,

Azmağım da az olmur.

Yaşdan bezikirəm də,

evə gecikirəm də.

Niyə demirsən axı,-

Evimizin uşağı,

qarım hayanda qaldı…

2020- ci il.

balıqçı qarmağım,

torum hayanda qaldı?

Gəzməyim də az olmur,

Azmağım da az olmur.

Yaşdan bezikirəm də,

evə gecikirəm də.

Niyə demirsən axı,-

Evimizin uşağı,

qarım hayanda qaldı…

2020- ci il.