Kəmalə Abıyeva : - Göylərin altında, yerin üstündə...
Ədəbiyyat
07:15 / 22.05.2025
Baxış sayı: 5483
Göylərin altında, yerin üstündə,
hərdən havada da qovrulur adam.
Saxtalar içində öz özünə də
təsəlli verməkdən yorulur adam.
Yorulur yalanı doğru bilməkdən,
yorulur doğrunu yalan bilməkdən.
hərdən gülüşündən utanır adam,
yorulur yalandan üzə gülməkdən...