Fərhad Tapdıqoğlu -Vətən çağırdı

YAZARLAR 09:00 / 07.11.2025 Baxış sayı: 857

                                                                                                                                   8 Noyabr-Zəfər bayramıdır.

 

                                                                  ( hekayə)

Hərbi komissarlıqdan çağır-ış vərəqəsini alanda ,bəzilərindən fərqli olaraq çox sevindi Şahlar.

Çağır-ış məntəqəsinə getdi.Şahları Sovet Ordusu sıralarına çağır-mışdılar, Vətənə borcunu verməyə...

Hərbi xidməti başa vurandan sonra ,xidmət etdiyi şəhərdə qalıb işləmək istəyirdi.Amma Şahların valdeynləri çağır-dılar ."Qayıt evə gəl"- dedilər.

Qayıtdı ,çağrı"ldığı hərbi komissarlıqda qeydiyyata düşdü.

Şahları hərbi xidmətə qədər işlədiyi zavoda işə çağır- dılar.Sazlayıcı- çilingər işləyirdi.Dəzgah işləməyəndə operator dərhal onu çağır-ırdı. Mexaniki hissədə problem olanda özü nasazlığı aradan qaldırırdı,elektrik hissəsinin nasazılığına isə elektrik çağır-ırdı.

Bəzən elə hallar olurdu ki, istirahət saatlarında,istirahət günlərində də onu evdən çağır-ırdılar ki,sazlama- təmir işləri görsün...

Ailə qurdu,iş yoldaşlarını n hamısını toyuna çağır-dı.Hamı bir nəfər kimi,toyunda iştirak elədi.

"Sayıb,çağır-ıb,getməliyik"-düşündülər iş yoldaşları.

"Necə deyərlər çağrı-lan yerə ar eləmə,çağrı-lmadığın yeri dar eləmə".

İş yoldaşları dedilər:

"Təki xeyir işlərə çağır- sınlar.Necə deyərlər "çağır məni,çağır gəlim".

Toyu şən keçdi Şahların.

Övladı dünyaya göz açdı.

Dostlarını övladının ad gününə də çağır-dı,gəldilər ,sevincinə qoşuldular.

Şahların özü də dostların çağır-ışlarına gedirdi...

...Zavodda içlas çağır-dılar.Onu ...çağır- ış

Xalq deputatları sovetinə deputatlığa namizəd irəli sürdülər və yüksək faiz səslə seçildi...

...Qarabağ müharibəsi başladı.

"Vətən çağır-ırdı!"

"Bizim Cəbiş müəllim" filmindəki Makedon və dostlarının meyxananı əzbərdən bilirdi:

"Çağır-sın ellər gedərəm davaya"

Hər yanda qələbəyə çağır-ış şüarları səslənirdi.

Müharibəyə getdi Şahlar .

Qəhrəmanlıqlar göstərdi.

Döyüşlərin birində yaralandı.Qazidir...

...Döyüş dostlarının hər birinin çağır-ışına can- başla əməl edir Şahlar.

Bir şey onu çox narahat edirdi.Bütün sutkanı çal- çağır-dı TV- lərdə...

Xəyala dalmışdı Şahlar...

Onu telefona çağır- dılar.Danışdı.Zəng edib, çağır-an onun komandiri olmuş zabit Mehdi idi...

Komandir onu orta məktəblərin birində keçirilən görüşə çağır-dı.

Şahlar görüşdə çıxışının sonunda dedi:

---Vətən çağır-sa ,bədənimdə gəzdirdiyim qəlpələrə baxmayaraq ,yenə döyüşə

gedərəm...

Onun son cümləsinə ayağa qalxıb,əl çaldılar...

... İkinci Qarabağ müharibəsi başladı.Qazı qardaşımız Şahlar da hamı ilə kimi bu çağır-ışı gözləyirdi.

Yenə artıq dillər əzbəri olmuş sözləri xatırladı:

"Çağırsa ellər gedərəm davaya"

Vətən çağır-dı!

Qazı qardaşımız Şahlar da yaşlı olmasına baxmayaraq ,könüllülərin sırasına yazıldı.

Onun döyüş təcrübəsi kara gəldi.Ön cəbhədə vuruşmasa da, döyüşlərdə

köməyini əsirgəmədi...

Şahların oğlu da döyüşürdü...

...Torpaqlarımız işğaldan azad edildi...

Şahların oğlu da döyüşdə yaralandı,qazidir o da...

Məmurların ,imkanlıların övladları "Vətən çağır-anda " müharibəyə getməsələr də,Zəfər günlərində insanları meydana çağır- ırdılar,atəşfəşanlıq edirdilər...(((

Allah şəhidlərimizə rəhmət eləsin.

Allah hələ də bədənində qəlpələr gəzdirən ,Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı Şahlar kişi və qazi oğlu başda olmaqla bütün qazilərə şəfa versin!

Azərbaycanımızın Ordusuna eşq olsun!