Fərhad Tapdıqoğlu - Qaldı

YAZARLAR 10:47 / 15.11.2026 Baxış sayı: 808

 

Dialoq- söhbət

-Əə, bu Kamran harda qaldı? Ay Kamran heey..

--Hey.Ay Mürşüd ,arvad inəyi sağıb qurtarır,bir az qaldı,gəlirəm.

--Mən də fikirləşirəm ki,Kamran yatdı, qaldı.

--Sabahın xeyir.Yox əə, arvad barxana( şey- şüy,pay) hazırlayıb ,göyümlə( yeznə,kürəkən) Bakıya ,qızımgilə göndərdiyindən bir az gecikdi.Təzə doğan ala inəyin kətəməzini( süd halını alana qədər bulama,kətəməz olur) də yemədim, qaldı.Arvad dedi: "Sənin payın qaldı,gələndə yeyərsən"

--Həə,nolar? Bildim ,təzə bala verən inək pəyədə qaldı.Qoyunların da elə bil az görünür.

--Qara qoyun da,bənöyüş qoyun da ağulda qaldı,naxoşduyublar,gətirmədim.Ay Mürşüd,torban doludur.Bacımız elə bil səni uzaq səfərə yola salır.Evdə bir şey qaldı?(gülür)

-- Qırıq- sökükdən doldurub torbaya. Arvad dedi:"A kişi ,rənginə baxılası döyül,ye cana gəl "

Başın ücü heç nə deyə bilmədim.Dedim " arvad qazanda yemək qaldı?" ( gülür).

-- Heç soruşmuram. Toyu olan oğlun getdi şəhərə,eləmi?Kənddə neçə cavan qaldı?Suyu bol,havası gözəl ,qazı var,yolları şüşə kimi,hamının da pay torpaqları.Amma şəhərə köçür adamlar,qocalı,cavanlı..Kənddə yaşayanların otuz faizi qaldı.Evlər bomboş qaldı .

-- Həə qardaş.Elədir.Nə deyim Vallah..

Ho- ha.Çər dəymişə bax haa?!.

Kəndin şəhərə axını problem olaraq qaldı.Gəlin qalmadı kənddə.Şəhərri qızıdır də.O günü arvad təzək yapırdı, gəlin baxıb ,iyrəndi ,tez evə qaçdı.

Arvad qurut hazırladı,gəlin baxdı,gözləri bərələ qaldı.

-- Həə, düz deyirsən .Toydan babat pul qaldı?

-- Əşşi yox..Belə də.Əsas xöşbəxtlikdir.O günü gəlin evi süpürəndə arvad dedi" Qızım ,yaxşı süpür. Zibil qaldı" Arvada acıqlandım:" Ay arvad ,uşaqdır ,öyrənər"- dedim.

--Mövsümün gəlini o günləri qayınanasına elə sözlər dedi ki,hamı məəttəl qaldı.Ərinin üzünə nə qaldı deməsin.Eşidənlərin əlləri üzlərində qaldı.Elələləri də var.

-- Bizim bir tanış var şəhərdə.Danışırlar ki,qayınana gəlin tez- tez saçyolduya çıxırlar.""A yordu,yordu" mahnısını qonşuları " a yoldu, yoldu " kimi oxuyurlar.(Gülür).Qaynananın saçı neçə dəfə gəlinin əlində qaldı- deyirlər. Qardaş ,nəvələrə, şəhərə mer- meyvə göndərirsən? Bizimkilər istəmirlər,meyvələr ağacda qaldı.Biz iki nəfər nə yeyəcəyik ki?! Ağzımızda bir neçə dişimiz qaldı.

-- Bizimkilər də az yeyirlər.Mal tövləsinin üstünə tol çəkmək lazımdır.Eləcə qaldı.Görüm nə vaxt düzəldirəm. Arvad deyir: " A kişi ,səni bir işi görmək üçün dəhmərləmək lazımdır.Yoxsa " qal oğlu qaldı".

-- Gəl ,bir uşaqlığımızı,gəncliyimizi xatırlayaq.O illərdən yadında nə qaldı?

-- Uşaq vaxtı yadındadır,kəndin klubunda kino göstərərdilər. Lent qırılanda biz,uşaqlar kino mexanikə qaranlıqda qışqırardıq: " Sapojnik,sapoşnik ".Bəzən görürdün kino yarımçıq qaldı.

-- Biznən oxuyan Sadıq yaxşı oxumurdu, bir dəfə sinifdə qaldı ,amma indi şirkəti var.O günləri onun imkanlarından danışdılar,ağzım açıla qaldı.

--- Biz imkansızlıqdan oxumasaq da,Vallah oxuyanlardan az bilmirik.Ode ,Qulunun oğlu Əli,institutda oxuyanda neçə dəfə kursda qaldı,payıza qaldı.

--Televizora baxdın dünən? qiraətçi B.Vahabzadənin " Bizimki bir quru baxışa qaldı" şeirini deyəndə kövrəldim.Qocalırıq ee.

-- Mən " Mədəniyyət" kanalında İ.Əfəndiyevin " Mahnı dağlarda qaldı" tamaşasına bəlkə əllinci dəfəydi baxırdım.

--- Mənim əsgər yoldaşlarımdan neçələri rus qızlarına evlənib ,Rusetdə qaldı.Rusetdə gedib işləyib qalanlara görə minlərlə qızlar evdə qız qarıdı ,qaldı.Bu da bir problem.

- Bəs birinci,ikinci Qarabağ müharibəsindən yüzlərlə,minlərlə şəhid arvadları dul qaldı.Nişanlı qızlar qaldı.Oğlanlar azaldı,qızlar evdə qaldı.Qazilərimiz,gözsüz, əlsiz,ayaqsız qaldı.

-- Düşmənin maddi,mənəvi ziyanları ölçüyə sığmaz.Minlərlə kəndlərimiz,30 il işğalda olan şəhərlərimiz xaraba qaldı.Kəndlərimiz şəhərlərimiz işğaldan azad olunsa da, quru adları qaldı.

Orada doğulub yaşayanlara ancaq quru xatirə qaldı.

-- Demə qardaş,bu ağır dərddi.Həsənin oğlu iş qurmaq üçün bankdan pul götürübmüş, xərcləyib,banka borclu qaldı.Işi də yox,şəhərdə avara qaldı.

-- Televizorda bütün kanallarda çox zaman .şou proqramlardı, qalmaqaldı...

- Düz deyirsən.Telefonunda mahnılar var?Günorta yeməyinin vaxtına az qaldı.Bir mahnı qoş qulaq asaq.

-- Yaxşı.Qulaq as: " Nə vaxta qaldı " mahnısı.

-- Bu mahnı qurtarandan sonra "O tayda yarım qaldı" mahnısını qoşarsan.

-- Yoox, ikimiz də altmışı aşırmışıq.

"Baxmaqdan savayı gözə nə qaldı,

Əllini aşırdın ,yüzə nə qaldı" - mahnısını qoşacam.

-- Olsun...

-- Qulaq asdıq. İndi gəl nahar eləyək.Süfrəni aç,gözüm sənin o qazanında qaldı.Yadıma M.Ə.Sabir düşdü:" Orucu tutdum irəmazanda.Qaldı iki gözlərim qazanda".

Mən kotlet gətirmişəm.

-- Mən isə yarpaq dolması,daş var,çırpı var..Ocaq qalayım, qızdırım, yeyək..

.....................................

-- Allah sənə şükür! Verdiyin ruzuya şükür.Bax gör termosda çay qaldı,adama bir quruşqa süz.

---Mal- qara ,qoyun - quzu da yaxşı otlayır. Deyə bilməlik ki,ac qaldı.

-- Uşaqlıqdan bir arzum ürəyimdə qaldı.Ali təhsil almadım.Amma övladlarım hamısı təhsillidirlər.

-- Elə mən də.Bu günə şükür.

Halal zəhmətimlə yaşayıram.Haram yeyənlərin həmişə görmüşük ki,boğazında qaldı.

--- Ho- ha...

--- Axşama az qaldı.

-- Deyəsən arvad zəng eləyir.

"A kişi,qazan ocağın üstündə qaldı,gəl də".

--- Balam bizim arvad niyə zəng eləmədi? Ay da,konturu qutarmışdı. Məndə də qutarıb.Səndə kontur qaldı,varsa ver zəng eləyim.

-- Zəng elə.Konturum var,qaldı.

-- Zəng elədi:

"Ay arvad bilirəm ,gözlərin yolda qaldı.Gəlirəm".

--- Səndə "Kimlərə qaldı dünya" mahnısı var?

--- Var .Qoşdum.

--- Gedək...Ho- Ha...Mənim çomağımı görmədin?

---Ala ,butana(budur ee) burda. Ha - Ho... Getdik.....

P.S.Yazmadığım çox şey yaddaşımda qaldı.Zənnimcə iki sadə ,zəhmətkeş insanın bir günü yadda qaldı.