Elnur  Uğur -  Soba da heç isitmir

Ədəbiyyat 18:13 / 14.11.2026 Baxış sayı: 599

Soba da heç isitmir,

Boşluğunun yerini.

Sənin sənsizliyindir,

Faciəmin dərini.

 

Mənim bu faciəmdə,

Hər pərdədə təkliyim.

Vurulub bölünməklə,

Nə qaldı ki, çəkməyim?

 

Göz zillənib divara,

Bir nöqtədə asılı.

İçimdə bir avara,

Elə sənə qısılıb.