Adilə Nəzər - BU YOLUN HÜZNÜNƏ BAX

Ədəbiyyat 15:28 / 13.11.2026 Baxış sayı: 658

 

Bu yolun hüznünə bax,

Kədəri çoxmuş kimi.

Qolları qoynundadır,

Yolçusu yoxmuş kimi...

 

Uçan qanad salacaq,-

Sis, dumandı sağ-solu.

Çətin gedən olacaq

Dolu qəlblə boş yolu...

 

Durub keçmişə baxır

Könül pəncərəsindən.

Selə çevrilib axır

Qəmləri, sinəsindən...

 

İçin-için yandırır,

Tərk edib hansı bədxah?!

Eyni məni andırır,

Bu yolun hüznünə bax...