Ələddin  Əzimli - DOĞULUŞ

Ədəbiyyat 18:20 / 13.11.2026 Baxış sayı: 696

 

" Sözlərdəki sən "dən

 

Doğuldu

axşamkı gecənin səhəri.

Sərin bir meh oxşadı

yenicə açılan çiçəkləri,

dənizin mürgülü ləpələrini.

Göylərdən

mavi donlu, yaraşıqlı buludlar

həsrətlə

boylandı bu mənzərəyə başıaşağı.

Küçəmizin

kənarından keçən arxın suyu

buruldu həyətimizə.

Salamladı bağçamızı,

bağçadakı ağacları,

çəmənləri,

körpə, kövrək yarpaqları.

Sıyrılıb

bir gecəlik ayrılıqdan,

axşamkı qürubdan,

doğuldu,

yenidən geri döndü

hərarətli,

sədaqətli Günəş