Aysel Xanlarqızı Səfərl - Çöp-çöp qurduğum illər
Çöp-çöp qurduğum illər,
Bir yuvadır – dağılan.
Sən – qəzəbli dalğalar,
Mənsə səndə boğulan…
Bir zamanlar qolların
Sığınacaq, limandı.
Kirpiyim gözlərinə
Səcdə edib inandı...
Ruhumun boşluğunda
Bir yer yox, tutunası.
Qəlbimin səhrasında
Sevgin – qum fırtınası.
Gəlib məndə isindin,
Qəlbim qaldı sazaqda.
Vaxtı eşqə qalama,
Köz bitibsə ocaqda.
Göz yaşımı toplasam,
Xəzər olar bəlkə də.
Sən elə bir Gunəşsən –
Kül olmuşam kölgədə…