Ağaevli Əli Hacı -  Qoşa hörüklərin ayıra bilmir

Ədəbiyyat 09:25 / 14.11.2026 Baxış sayı: 857

Qoşa hörüklərin ayıra bilmir,

Keçmişdə qoyduğum xatirələrdən !

Gözünün yaşları boğmasın deyə,

Yapışdım şeirimin sətirlərindən !

 

Ortaya nə yaxşı söz kimi düşdüm,

Yayındım ox atan kipriklərindən !

Yollar xəstəsiyəm,yoluma çıxdın

Sevgimin günahsız körpəliyindən !

 

Sənə öz havamı gətirmək üçün,

Məftilsiz keçmişəm sərhədlərini !

Keçid məntəqələri eşqin adına,

Baxışa almayıb sənədlərimi !

 

Bircə sən tərəfə yol dincəlməyib,

Dincə qoymamışam küçəni,tini !

Bütün günahlara çətir tutmuşam,

Sənə çatdırmağa yaşam ətrini !

 

Dilim gözəlləşib adına söz-söz,

Qələm bayraq kimi gəlib görüşə !

Səni həyatıma kitab yazmağa,

Gedib o,dünyanı görüb gəlmişəm !

 

Qoşa hörüklərin ayıra bilmir,

Keçmişdə qoyduğum xatirələrdən !

Gözünün yaşları boğmasın deyə,

Yapışdım şeirimin sətirlərindən !