Ehtiram İlham - İSTƏMƏM
Ədəbiyyat
09:30 / 14.11.2026
Baxış sayı: 760
Göz açandan heyranıydım,
Ruhumdan ötən, istəməm.
Mələyə-mələyə qaldım,
Arzum bir çətən, istəməm.
İzimdən yoluna varan,
Sözümdən xəyala dalan.
Üzümdən nurunu alan,
Özümdən gedən istəməm.
Dərddən özgə verdiyi nə?
Gördürdüyü, gördüyü nə...
Daş ələnsin gördüyümə,
Xəyaldan itən istəməm.
Bir misqal eşq - təki olsun,
Ehtiramın yükü olsun.
Götürün, sizinki olsun,
Mən belə vətən istəməm.
14.11.26