Əli Hacı Ağaevli -  İndi xəbər tutmuşam

Ədəbiyyat 15:22 / 12.11.2026 Baxış sayı: 306

İndi xəbər tutmuşam

kimin ölübdür Əli ?!

Tək-tük səni deyən var,

hamın ölübdür Əli !

 

Neftin,qazın xəzinə

ev tikmədin özünə !

Çıxarların üzünə,

cəmin ölübdür Əli !

 

Köhnəni təzə açır,

Təzən köhnə əl çalır !

Torpağın şərab içir,

zəmin ölübdür Əli !

 

Qəmin acından gəlir,

öldür,bir ucdan gəlir !

Dayın xaricdən gəlir,

əmin ölübdür Əli !

 

 

 

 

 

Ayrılığı çox yazdın,

yüz illərin-Arazdı !

Ölmək də sənə azdı,

kamın ölübdür Əli !