Bəhram Bilaloğlu - Bəşər varlığına şübhə edəndən

Ədəbiyyat 09:22 / 12.11.2026 Baxış sayı: 1467

Bəşər varlığına şübhə edəndən,

Nadanlar çoxaldı bəlalar artdı.

Müasir zamandır deyən adamlar

Namusu,qeyrəti ayağa dartdı.

 

Günbəgün günlərin günü çəkildi,

Qaranlıq dünyaya zəbt edildilər.

Gözü baxanların görməyənlərin

Sonu zülmət oldu qəsb edildilər.

 

Elə danışdılar,elə dindilər,

Yuxuya verdilər dinləyənləri.

Qəflət yuxusundan ayılmayanlar

Darıxma,görəcək inləyənləri.

 

Ədəbdir,əxlaqdır insana üstün,

Çalışın ədəbsiz ədəbə gəlsin.

Sözdən qüvvətlidir bəzən təbəssüm,

Qoruyaq söz qədər əxlaq düzəlsin.