Aləmzər  Sadıqqızı - Səbəbi sənsən...

Ədəbiyyat 15:30 / 12.11.2026 Baxış sayı: 244

 

Yenə də bu səhər dolan buludam,

Bir tutam küləyəm, bir damla yağış,

Bir saz havasıyam,bir kövrək baxış,

Mənim hər halımın səbəbi sənsən!

Ağladan da sənsən,güldürən də sən,

Sevənim də sənsən, sevdiyim də sən,

Gecə də, günduz də sən mənimləsən,

Ya ölüm, ya qalım, səbəbi sənsən!

Bilməm , göydəmisən, ya yerdəmisən?

Bəlkə də könlümün söz yerindəsən,

İçdiyim sudasan, nəfəsimdəsən,

Sənsən ey a zalım, səbəbi sənsən!

12.11.2024