Xatirə Rəhimbəyli - Yaxdın xatirəmin xanimanını ...
Yaxdın xatirəmin xanimanını ,,
Söylə ,hara yazaq bu zulumları ?!
Zaman küləyinin əlində necə ,
Bax gör ,rəqs eləyir səhra qumları ...
Yoxdu fərmanında mərhəmət -flan,
Doğrandı könlümün körpə gülləri...
Ah,sənin hökmünlə mənim ürəyim
Mərmi yağışında ərəb çölləri .
Dəyişib insanlıq nəzəriyyəsi ,
Cəfəngiyyat imiş etibar-flan !
Bax ,hələ də varsa insan bazarı,
Gözə durmayacaq nahaq axan qan!!!
Kimin umurunda bu sızıltılar,
Güllələr açılır güllər yerinə!!!
Qəfil hücumlardan qorunmaq üçün ,
Hər kəs daş gəzdirir ürək yerinə.
Kimin umurunda ,ah ,nələr çəkir ,
Bu zalım dünyanın saf Məcnunları...
Zaman küləyinin əlində necə
Baxın ,rəqs eləyir səhra qumları....