Şakir  Xanhüseynli - nəfsi çox irəli keçirməyəsən

Ədəbiyyat 16:24 / 15.11.2026 Baxış sayı: 684

***

nəfsi çox irəli keçirməyəsən,

hər şey demirəm ki,

bir şeylər ola...

barını dərməyə budaq əyəsən,

sayasan bir, iki... bir şeylər ola...

bağlı bir mücrüyə əl uzadasan,

gah sağa baxasan, gah da ki, sola;

dünya ləzzətindən sən də dadasan,

olmayan yerində bir şeylər ola...

yaxın bir ölkəni, uzağı ya da

tutub xəyalında düşəsən yola...

bilirəm, işləməz qəlbin dayaza,

səninçün dərində bir şeylər ola..