Ağaevli Əli Hacı- Təsəllidir dualar...

Ədəbiyyat 14:00 / 15.11.2026 Baxış sayı: 673

Təsəllidir dualar,

əlim sənə çatmadı !

Yazdığım məktublarım,

ünvanına çatmadı !

 

Əl üşüdü,göz yumuğ

dilimdəki söz-yumruğ !

Küldən də köz umuruğ,

umdum,yenə çatmadı !

 

Təklədi bu dərd məni,

yudu,qurutdu məni !

Tanrı unutdu məni,

Allah mənə çatmadı !

 

Göy gurlasa,öp yeri

yol palçıqsa,çəp yeri !

Vaxt kəpkirsiz-göp yeri,

Din imana çatmadı !

 

Vüsalından su içdi,

ayrılıqda-keçiddi !

Mən,səninçün keçindim,

ölüm sənə çatmadı !