Elnur   Uğur  - Heç nə istəmirəm həyatdanur ...

Ədəbiyyat 15:00 / 23.08.2026 Baxış sayı: 457

Heç nə istəmirəm həyatdan,

Alacağımı aldım.

O da aldı.

Bu bir oyun idi böyüklər oynadılar

Ortada qaldım.

Yaxşı ki,

Yaşamağa ümid verən arzular cücərtdi sevgim.

Yaxşı ki,

Səni sevdim,

Həyat!

Hər səhər Günəş doğanda

Eşqin sancısını çəkdi gözlərim.

Hər gün öz içimdən doğdu körpə bədənim.

Hər gün bir az da sevdim,

Anladım.

İnsan uduzanda daha çox sevirmiş.

Udmaqdan başqa heç nə istəmirmiş.

Mən də heç nə istəmirəm

Tək bu təkqapılı ömür adlı oyunda

Qalib olmaq istəyirəm.

Sevirəm hər gün daha çox,

Bütün qalibiyyətlər sevgiyə borcludur.

Arzu da sevginin körpəsidir,

Ümiddə sevginin atəşidir.

Və atəşdə yanmadan,

Şaxtada donmadan sevmək

Sevmək deyil.

Mən həyatı belə sevirəm,

Daha heç nə istəmirəm.