Ağaevli Əli Hacı -DÜNYADA

Ədəbiyyat 13:33 / 23.08.2026 Baxış sayı: 505

Dur çıx,ey könül,bu dayaz,bu dərin dünyadan

Könül versəndə ona,kordu yerin dünyada !

Alıb,satandan uzaq,ortalığda qalıbsan

Bazara çıxmadan çürüyür,barın dünyada !

Kilsələr qan ağladır,Məçidlər-sığə yeri

Hanı,Haqqımız adına,O,varın dünyada ?!

Durginən,tövbə elə,olmağın adına sən

Belə gedişlə heç,qalmasın yarın dünyada !

Sən gəl,Şeyximizin sözlərini qəbul elə

Yaşa İman adına,İmanla yeri dünyada !