Əlirza HƏSRƏT  -  ÖMRÜMÜN

Ədəbiyyat 13:47 / 23.08.2026 Baxış sayı: 475

 

Tərsinə işləyir hələ,

Köhnə saatı ömrümün.

Eşq payıdır ayrılığı,

Nağıl,bayatı ömrümün.

Bax zəvvarına,pirinə,

Keçdi vaxt,ötdü qərinə.

Qarışıbdır bir-birinə,

Doğması,yadı önrümün.

Haçandı göydə uçuram,

Ahımdan puçur-puçuram.

Çöp tapmadım yuva quram,

Yandı qanadl ömrümün.

Daşır gözümdən su belə,

Gəl əl-üzünü yu belə.

Yaşamaq deyil bu belə,

Başqadır adı ömrümün.

Dağ könlüyəm duman-çəndə,

Cücərib saçımda dən də.

Qayıdarsan güllənəndə,-

Arzu,muradı könlümün.