Yollar ayrılıqdan keçir - Şahverən Cavad
Hər avqust ad günüm - ömürbiçənim
qısaldır ömrümü uldə bir qarış .
Təqvimi seyrəlmiş xəzan ömrümün
durub qapısında kəfənbiçən qış .
Kollara sığınan bənövşələrtək
Günlərim içində çəkir dərdini .
Bəlkə avans kimi verilib ömür ,
Həyat hər il alır verdiklərini .
Palıd kölgəsində bitən kol kimi
Həyatda çoxunun bilinmir yeri .
Yerə düşən söztək ağrınız böyük -
Ay adsız doğulub , ölən günlərim .
Anasız böyüyən bu zalım dünya ,
Analı dünyamı uçurub , getdi .
Neçə əzizlərim torpaqda deyil ,
Dərd kimi könlümün çatında bitdi .
Yollar ayrılıqdan keçir , əzizim -
Ölüm ayrılığın ən son ünvanı .
İnsan yaşlandıqca günləri saymır ,
İllər çıxdaş üçün sayır insanı .
22 . 08 . 2026