Ruh kimi gəl gecəmə - Ağaevli Əli Hacı
Ədəbiyyat
11:29 / 21.08.2026
Baxış sayı: 438
Ruh kimi gəl gecəmə,
Bədən biçilim sənə !
Gözlərini Ay elə,
Qaranlığın eşqinə !
Dil- sözün öz qapısı,
Haqsıza-köz qapısı !
Dil-sözün döz qapısı,
Küsdürmə onu dinə !
Qapı tapmadım göyə,
Hələ də yol üsdəyəm !
Məçiddə,Kilsədəyəm
Qoşulum hansı dinə ?!
Haqqın çərçivəsindən,
Çıxmadım bir əsimdə !
Gəl,isti nəfəsimdən
Səp boşluğun yerinə !
Dost kimi,yar kimi gəl,
Ya yetər,var kimi gəl !
Suyum yox,qar kimi gəl,
Bu,daşlığın yerinə !