Adil Şirin - YENƏ
* * *
Bir gül sevdasında sərxoşdu könül,
O gül, çiçək ilə düşmanam yenə.
Çərxi-fələklə davam var, könül,
Çərxi-fələk ilə düşmanam yenə.
Dağlar, haça dağlar, of, of, a dağlar,
Hardadır indi o el-oba, dağlar?
Bir qərib yolçuyam, a baba dağlar,
Tövbə eləmişdim peşmanam yenə.
Adil, neçə könül açım bu yaşda,
Bəlkə elə vuruldum bir savaşda.
İsmim yazılanda bir qara daşda,
Namaz üstə ağlar öz anam yenə.