Əlizadə Nuri - Bir ipək köynək kimiyəm

Ədəbiyyat 14:00 / 18.07.2026 Baxış sayı: 366

Bir ipək köynək kimiyəm

Şirin-şirin al canımı-

Qılıncında şəkər saxla.

Bu gün bir az öldür məni

 

Sabaha da şikar saxla!

Bəlkə mən eşq torpağıyam-

Bəlkə elə pirəm, zalım?

Hər gün səni çağırsam da

 

Adını bilmirəm, zalım.

Özgəsinə qıyma məni,

Özün elə sitəm mənə.

Bir ipək köynək kimiyəm-

Yaman tez batır qəm mənə.