Arzu Hüseyn - Hamıdan gizlətdiyim
Ədəbiyyat
13:24 / 18.07.2026
Baxış sayı: 393
Hamıdan gizlətdiyim,
Yaralıdır ürəyim.
Gülüşümlə süfrə başında,
Üzərində pərdə çəkdiyim;
Dost-düşmən önündə,
Qəhqəhələrlə örtdüyüm
Ürəyim….
Hər kəsin dərdinə yanan,
Quşu öpən, ağaca sarılan,
Dənizlərə şeir qoşan,
Sahilə, quma qarışan
Ürəyim…
Mən boyda adamı
Qarışqa yuvası önünə,
Noğul qoyub sevindirən;
Sonra qorxan ki,
"Görən olar, görən?.."
O məsum, o uşaq ürəyim,
Yumuşaq ürəyim…