Əlisəfa AZAYEV - SOYUQ QADIN
(Hekayə)
Soyuq qadın haqqında o da eşitmişdi... Hətta onu da eşitmişdi ki, həyatda soyuq qadın yoxdur. Bu soyuqluğu yaradan kişilər var... Belə qadınların qarşısına onlara layiq kişilər çıxmadığı üçün, həmişə beləcə sakit, dinməz, susqun olurlar...
Səidəni ilk dəfə görəndə də bu fikirləri yaşadı... Tanışlıqları isə çox qəribə bir şəkildə olmuşdu. Axşamüstü işdən evə qayıdanda metroda... Elan verildi ki, qatar “Bakmil” stansiyasına gedir. O da çoxları kimi yerindən qalxıb, qatardan düşəndə, onun içəridə tək-tənha qaldığını görüb səsləndi:
- Xanım düşün!
- ...
- Qatar “Bakmilə” gedir!..
- ...
- İçəridə bircə siz... Tək qalmısınız!
O, diksinmiş halda yuxudan gözlərini açdı. Ola bilsin ki, ağır işdə çalışmış, yorğun, yuxusuz idi. Bu isti, bürkülü havada onu beləcə indi şirin yuxu tutmuşdu.
- Mən elə ora gedirəm də...
- Hə?!. –Heyrət içində özünü güclə bağlanan qapının pəncəsindən qurtara bildi.
İçəridən gülümsər halda hələ də ona baxmaq da idi. Qatar tərpəndi. Pərt halda da kənara çəkildi. Nəzarətçi qız ona yaxınlaşdı:
- Vətəndaş...
- ...
- Sizinləyəm...
- ...
- Bir qədər kənarda dayanın.
Sanki o gedişi ilə onun arzu və xəyallarını da özü ilə aparmışdı. İnana bilməzsiniz, onunla bir daha qarşılaşmaq üçün neçə dəfə həmin stansiyaya getmiş, ayaq döymüşdü. Həmin gün isə onu mürgüləyən, yatmış vəziyyətdə o, nə qədər müşayiət etmiş, ona diqqət yetirmişdi. Əsl onun istədiyi qız idi... Bir beləsini necə də arzulamışdı ki, onunla qarşılaşsın. Həyat yoldaşının vaxtsız vəfatından sonra, kiçik yaşlı oğlu Elatay üçün bir ana tapa bilsin...
Həyatın elə sirli qanunları var ki... Bütün bunla o laqeyd deyil. Az-çox inanır... Buna da inanırdı ki, o qızla bir gün yenə görüşə bilər... Elə görüşdü də... Ancaq metroda, qatarda yox. Bayraq meydanında... Kiçik yaşlı qızı ilə gəlmişdi. Ona velosiped sürməyi öyrədirdi. Oğlu Elatay velosiped yığınını görüb səsləndi:
- Ata, birini də mənim üçün kirayələ...
- Bahadı axı...
- Pula qıymırsan...
- Sənin üçün dondurma alacağam.
- Mən velosiped istəyirəm.
- Yaxşı...
O da beləcə minib qızın arxasınca sürdü. Yarışırlarmış kimi fırlanmaqda idi. Bu vaxt o, qıza yaxınlaşdı. Səsləndi:
- Hə... Bu sizsiniz...
- Bəli...
- Ancaq özünüzü elə aparırsınız ki, sanki məni tanımırsınız...
- Yox...
- Ailəlisiz?..
- Həyat yoldaşım dənizdə həlak olanlardandı. Yadınızdadı da, o fəlakət... Fırtına, çovğun...
- Hə...
- Bəs siz?.. Niyə belə təksiniz?..
Tərlan başına gələnləri ona aramla söhbət elədi. Gənc həyat yoldaşı ikinci uşağa qalanda pozuldu... Heç ona həyat da bəxş edə bilmədi. Hər ikisini itirdi.
- Təəssüf... Çox təəssüf...
Qızın bu sözlərinə sanki dərin bir yuxudan ayılmış kimi diqqət kəsildi... O dedi:
- Ancaq sizdən bircə xahişim var. Bizim tanışlığımızı qızım bilməsin.
- Niyə ki?
- Yox da...
Bu niyə belə danışırdı? Qız indidən onunla əslmənada siçan-pişik oynuna girməkdə idi. Bir halda ki duldu, onun da birinə ehtiyacı var. Bəlkə, başqa birinə söz verib? Yoxsa, bundan sonra qətiyyən evlənmək istəmir.
Əlbəttə, hələlik bu barədə qəti qərar vermək tez idi. Yaxından tanış olmamış, bir-birilərini bir o qədər tanımırdılar. Səsləndi:
- Gəlin... Bir qədər sahilə tərəf gedək.
- Gedək də...
Onlar cıvıltı ilə uçan qağayılara baxır, əllərindəki bublik parçalarından onlara atırdılar ki, uşaqların narazılıq dolu səsləri eşidildi. Qız soruşdu:
- Jalə, nolub ki?..
- Bu məni ötür...
Onun sözlərinə güldü... Səsləndi:
- O oğlandı, sən qız...
- Oğlan olanda nolar ey?!.
Onlar eyni yaşda idilər. Bəlkə də, qız bir-iki yaş kiçik idi. İndidən belə iddialı olması pis deyildi. Kaş dərslərində də belə olaydı. Bu il birinci sinfə gedəcəkdi...
Tərlan onlar üçün dondurma, sərin su aldı. Qız pul versə də götürmədi. Gülümsədi:
- Bu gün mən alıram, səhər siz alarsınız.
- Bu da bir təsadüfdü... Həmişə bura gəlmirik ki.
Onun bu sözləri Tərlanı qorxutdu. Qıza daha yaxın olmaq, onu ələ almaq istədi... Gülümsər halda dedi:
- Bir insanla tanış olmaq istəyəndə onun hansı peşənin sahibi olmasını bilmək faydalıdı. Boş vaxt itirmirlər, bir-biri ilə təkcə tanış olurlar.
Qızın dodağı qaçdı:
- Aha... Pis fikir deyil... Mən kimyaçıyam... Kimyəvi laboratoriyada işləyirəm. Elmi işçiyəm.
- H2O...
- Su?..
- İnanın kimyadan bundan başqa elə bir şey yadımda qalmayıb...
Qız onun bu sözlərinə güclə özünü saxladı. Dilləndi:
- Maraqlı insana oxşayırsınız.
- Elə siz də... Ancaq bir az qaraqabaqsınız ey...
- Siz hansı peşənin sahibisiniz?
- Mən ixtisasca psixoloqam.
- Belə deyin...
- İstəsəniz sizin haqqınızda bir neçə söz deyə bilərəm. Ancaq qorxuram, xoşunuza gəlməsin.
- Deyin, incimərəm...
- Soyuqsuz... Soyuqqanlısınız... Qaraqabaqsınız...
- Bunları mən də bilirəm... Həyat yoldaşımın vəfatı məni sarsıdıb... O, onda həmin hadisədə ölməmişdi... Yaralı idi... Lap sağaldı da... Toyumuz günü hər şey məhv oldu...
- Bax... Nə pis...
Tərlan yenə də fikirə getdi. Qız fikirlərində çox ziddiyətli idi. Onunla yoldaşlıq etməyə dəyərdimi?
Beləcə bir azdan tezliklə ayrıldılar. Bir neçə gündən sonra taley onları yenidən görüşdürdü. Qız bu dəfə daha səliqəli, müasir moda ilə geyinmiş, xeyli gümrah görünürdü. Səsləndi:
- Hə... Necəsiniz?..
- Belə... Yaxşı...
- Gəl səni öpüm... – deyə oğlunun üzündən öpdü.
O da etika naminə onun qızını xoş dillə dindirdi, saçlarını sığalladı:
- Anan incitmir ki, səni?
- Yox...
- Bu il məktəbə gedəcəksən?
- Gedəcəyəm.
- Yaxşı oxuyarsan.
- Əlbəttə ki...
Onların münasibəti beləcə davam etməkdə idi. Birlikdə kinoya, teatra da getmişdilər. Bir gün qız onları evlərinə dəvət etdi. Dilləndi:
- Sağ olun... Niyə birinci sizə, bəlkə, bizə gedək?!
- Yox, bizə...
- Belə isə onda püşk ataq.
- Ataq...
Kiçik yaşlı uşaqlar da onların yanına toplaşmışdı. Cibindən bir xırda pul çıxararaq dedi:
- Atıram, 20 qəpiklik tərəfi düşsə bizə, gerbli tərəfi düşsə, sizə gedirik.
- Mən razı...
Atdı... Onlara gedəsi olsalar da, qız cığallıq etdi:
- Yox, onu qəsdən belə atdınız... Verin indi mən atıram...
- Buyurun...
Bu dəfə də pulun eynisi göründü. Qız yenə razılaşmadı:
- Görmürsüz... Bir tərəfi çuxura düşüb çevikdi...
Üçüncü dəfə də onlara getmək istəyi baş tutanda, qız pərt-pörtmüş halda dedi:
- Nə deyirəm ki...
Evə taksi ilə gəldilər. Mənzilləri çox da uzaqda deyildi. Ona bir-bir otaqları göstərəsi oldu. Mərhum həyat yoldaşının çarpayısını göstərəndə dedi:
- Həmin yorğan-döşək, yastıq, örtükdü... Bu günə kimi əl vurulmayıb, dəyişilməyib. İnanıram ki, bu şəklə də kimsə əl vurmayacaq.
Qız pıçıldadı:
- Hiss olunur... Gözəl qadın olub.
Oğlan kövrək bir səslə dilləndi:
- Həm də ürək sahibi idi.
- Peşəsi nə idi...
- İncəsənətlə, rəssamlıqla məşğul idi. Şəkil çəkirdi...
- Bu şəklidə elə özü çəkib.
- Əla... İstedad sahibi imiş.
Oğlan şam yeməyi üçün süfrə açanda, qız dedi:
- Tək niyə?!. Kömək edim də...
- Onsuz da elə bir ehtiyatım yoxdur, yüngülvari yeyəcəyik də...
- Axşam yeməyi elə belə olmalıdı da... Bir də ki, biz dört nəfərik, sən niyə beş boşqab qoymusan?..
Oğlan dinmədi. Susub qaldı. Onun yerinə oğlu dilləndi:
- Bəs anam?.. Atam həmişə belə edir...
- Hə... Bağışlayın... Başa düşdüm.
Qız özünü ələ almaq üçün tez yan otağa keçdi. Arxasınca gələn oğlanı yüngülcə şapalaqladı:
- Lap kövrəltdiniz məni... Bizi bura bunun üçün gətirmisiniz...
- Gəlin... Sadəcə bir az hazır var... Ondan yeyəcəyik...
- Çox yaxşı...
- Az-çox, hamımıza çatar...
- Kifayətdi... Heç bu söhbətdən sonra mənim boğazımdan çörək keçəcək?
- Siz öz ərinizi heç xatırlamırsınız?
- Niyə ki?!. Ancaq daha bu qədər, belə yox da...
O gecə onlar birlikdə qalası oldular. Daha doğrusu, bir də xəbər tutdular ki, saat on ikini keçib. Metro, avtobus olmayacaq. Ev sahibi, oğlu da getmələrini istəmirdilər.
Gecə çox sakit keçdi... Qadın qızı ilə, Tərlan oğlu ilə yatmışdı... O arada siqaret çəkmək adı ilə otaqdan çıxanda, gəlini hələ də oyaq gördü. Fikirli kimi görünürdü... Soruşdu:
- Bəlkə, bir şeyə ehtiyac var?
- Yox... Ancaq sizinlə balkonda beləcə dayanıb, ulduzlara tamaşa etmək xoş olar...
- Ancaq ulduzlara...
- Bəli... bəli... Ancaq ulduzlara...
Onlar beləcə səhəri oyaq açdılar. Düzdü, arada hissə qapılıb bir-birilərinin əllərindən yapışsalar da, gəlin ona isti münasibət göstərmədi. Dilxor halda dedi:
- Çox soyuqsunuz... Buz təki... Bəlkə də, elə o kişini siz öldürmüsünüz...
- Bəli... Mən altı ayın gəlini də olmadım.
Heyrətləndi:
- Bu nə sözlərdi?!. Cəmi bircə günün... Bircə gecənin gəlini olmuşam...
Onlar getsə də, oğlan, narahatlıq içində qaldı. Aman Allah bu nə sözlər idi danışırdı. Bəlkə, həqiqətən də, ərini elə bu özü öldürüb?!. Onları qonaq çağıranda lap tərəddütdə qaldı. Hirsindən dedi:
- Ulduzlara tamaşa etməyə gedək?
- Bəli... Bunun nəyi pisdi ki?!
- Yaxşı... Gələrik...
Oğlu ilə onlarda olanda qadın bolluca süfrə açmışdı. Yeməyə onsuz da həvəsi yox idi. Bunun soyuqqanlılığı onu lap boğaza yığmışdı. Uşaqlar qonşu otağa, televizora baxmağa keçəndə, bir müddət hər ikisi lal-dinməz, hərəkətsiz qaldılar. Qadın arada uşaqların yanına keçib gələrək, qapını bağlaya-bağlaya dedi:
- Onlar cizgi filminə baxırlar. Çətin biz yada düşək.
- Niyə biz də balkona çıxıb ulduzları seyr edək də...
- Bizim balkondan ulduzlar yaxşı görünmür.
- Görünər...
- İnanmırsız?..
Birdən qadın əynindəki zərli, güllü xalatı başına ataraq yatağa uzandı:
- Sən bu ulduzlara bax... –dedi.
- Bu nə hərəkətdi?
- Niyə gizlədirsən?..Bunu istəmirdin?!
Oğlan onun olduqca mütanasib, yaraşıqlı bədəninə diqqətlə baxa-baxa səsləndi:
- Bəs necə?!. Mən səni necə öpüb-oxşayım, sığallayım... Üzünü də örtmüsən... Bu da yeni formadı...
- Hə... Elə üstündən... Mən istəmirəm ki, bu anlar səni görüm...
- Axı niyə?!. And içmisən?
- Yox... Sadəcə qəlbim açılmır...
Oğlan gileyləndi:
- Sözə bax da... Məni ərinin yatağına salır... Deyir ki, qəlbim açılmır...
Qadın elə beləcə də dilləndi:
- Bir o qədər insafsız deyiləm. Onun yatdığı çarpayını çoxdan buradan götüzdürmüşəm. Bu taxta da o, heç vaxt yatmayıb.
- Bəs o çarpayı indi haradadı?
- Ona məxsus qonşu otaqda...
Oğlan qadının bu hərəkətindən razı halda ona yaxınlaşdı:
- Bəlkə, heç sənə toxunmağımı istəmirsən?.. –Bir əli ilə onun zərif yerinə toxundu...
- Bax da...
Oğlan istər-istəməz özünü saxlaya bilmədi. Elə xalatın üstündəncə qadının dodaqlarını öpməyə başladı... Onu hey sığallamaqda, ovxalamaqda idi. Döşlərinə toxunanda o lap diksinən kimi oldu:
- Ah...
- Qorxma, ağrıtmaram...
Bir azdan isə sanki qadın özü cuşa gəldi. Coşmuş halda ona hey komanda verməkdə idi:
- Uzan!..
- ...
- Arxası üstə!..
- ...
- Nə ləngsən belə?!.
O qədər hərəkət etdilər ki, oğlanın lap kələyi kəsildi. Təngnəfəs olmuş halda qıza baxdı. Səidə dedi:
- Bax onda... Həmin gecə də o beləcə qucağımda qaldı. Demə, ürəyi xəstə imiş, dözmədi...
Uşaqlar qapını döyəndə Tərlan lap sevinən kimi oldu. Qız səsləndi:
- Sakit olun da... Gəlirəm...
Qapını açanda Səidə dedi:
- Elətay, atanın halı pisləşmişdi. Dərman vermişəm, indi sakitləşib, yaxşıdı...
Qızı təəccüblü halda dilləndi:
- Ana sən niyə belə yarıçılpaqsan?
- -Otaq istidi... Paltarımı bu səbəbdən soyunmuşam.
Qız yenə dilləndi:
- Biz mübahisələşdik... Gəldik ki, bu mübahisəmizi ayırd edəsiniz.
Qadın tez onları qovdu:
- Keçin otağınıza... İndi mübahisə ayırd etmək vaxtı deyil...
Onlar gedəndən sonra Tərlana yaxınlaşıb soruşdu:
- Necəsən?..
- Belə də...
- Nə qaş-qabağını tökmüsən?!. Bunu istəmirdin?!.
Qadın, həqiqətən də, güclü idi. Əvvəl lap daş kimi oldu... Onu elə qucaqladı, sıxdı ki... Az qaldı ki, bir can olsunlar... Sonra elə yumşaldı ki, sanki qiymətli, tapılmayan gözəl bir incidi... Bu dəqiqə əlindən yerə düşüb çilik-çilik olacaqdı... Bir sözlə, güclü partlayış qorxusu və xoş ləzzət, yorğunluq...
Qadın yenidən onun yanında uzanaraq, onu sonsuz öpüşlərə qərq edərək dedi:
- Bu da sənin soyuq qadının... Kefini pozma... Hələ qarşıda bütöv gecəmiz var... O ki var səni yarıdacağam... Daha ulduzlara tamaşa etməyəcəyik...
- Yox, niyə?!. Ulduzlar da lazımdı... Buradan görünürlər ki...
Xanım qiyğacı baxışlarla ona tərəf baxaraq pıçıldadı:
- Beləcə hərarətlənməyimə görə sizə minnətdaram... Əsl mənada yatmış vulkan idim, oyatdınız məni... Bir də ki, o qız mənim deyil... Qardaşım qızıdı... Heç özü də bilmir...
- Deyirəm axı... Mən sizi bakirə qız bildim...
- Şükür... Özünüzdə olmusunuz...
Hər ikisi qızın bu sözlərinə gülümsədi... Yenidən öpüşdülər, qucaqlaşdılar... Haqlı sözə nə deyəsən. Həqiqətən də, soyuq qadın yoxdur. Onların qarşısına beləsi çıxanda, əsl ləzzətli həyat anları yaşayır, sağlam övlad bəxş edirlər...