Şövkət Qulam qızı Horovlu- Tək gedəcəm özüm

Ədəbiyyat 12:35 / 05.09.2026 Baxış sayı: 104

Acılı , şirinli xatirələrim,

Vaxt keçir sizlərdən ayrılmaq olmur.

 

Tək gedəcəm özüm

 

Mən sənin ömrünün baharı idim,

Baharın saralıb hardan biləsən?

Bir vaxt oxşadığın şəvə saçların ,

Üstünü qar alıb,hardan biləsən?

 

Açsan ürəyimin qapılarını,

Görərsən hər bürcü xatirələrdir.

Bir gün xatirənlə baş-başa qalsan ,

Onda anlayarsan darıxmaq nədir.

 

Eşqinlə dolandım dəlilər kimi,

Ahımı yollara səpdim bilmədin,

Xəyalını nurtək süzüb badəyə,

Hər gecə başıma çəkdim, bilmədin.

 

Vurğun könlüm,dünya yalan dünyadı,

Karvan da dayanıb yol ayrıcında.

Əlvida əvəzi gəl əlimdən tut,

Əllərim ovunsun barı ovcunda.

 

Bu sevgi yükünü tək daşımışam,

Canımda qalmayıb nə tab,nə dözüm.

Bil ki ,hər əzəlin bir sonu olur,

Sona da elə tək gedəcəm ,özüm.