Adil Şirin  - NECƏ UNUDUM

Ədəbiyyat 09:07 / 05.09.2026 Baxış sayı: 337

 

Mən səni düşünürəm,

Necə unudum səni?

O bədəni, o təni

Necə unudum, neçə?

Röyamdasan hər gecə...

Gözlərinin rəngini,

 

Səsinin ahəngini.

Ürkək təbəssümünü,

Çiçək təbəssümünü

Göyərçin əllərini,

 

Xınalı tellərini,

Necə unudum, gülüm?

Bu sevdalı könlümü

Necə ovudum, gülüm?..

Adil Şirin