Ağaevli Əli Hacı - Dur,öz yolunu yeri
Ədəbiyyat
08:37 / 05.09.2026
Baxış sayı: 308
Dur,öz yolunu yeri
Tanrı yola gün sərib !
Mən,bu yurdda özünə
Yol gedib azan qərib !
Eşq adında dinim var,
Dilini bilənəm yar !
Dağ götürən sinəm var,
Dərdimi günə sərib !
Olmağım-haqqın özü,
Andım bildim hər sözü !
Asıb sözündən özün,
Mən,sözü yozan qərib