XƏYANƏT- Kamala Abiyeva Aydın Qızı
Ədəbiyyat
13:30 / 05.09.2026
Baxış sayı: 355
İllər sonra qəfil çıxdın qarşıma,
Nə ağrılar yaşadım mən o anda.
Bu günümdən dünənimə boylandım
Boynubükük dayanmışdın qarşımda.
Bir zamanlar sevgi dolu gözündə
Bu günümün səadətin görmədim.
Etinasız baxışlarım üzündə
Mən sadəcə əllərimi yellədim.
Üz çevirib səndən getdim harasa,
Xoşbəxtliyin harayını duymadan.
Mən səadət axtardıqca hardasa,
Səadətim boylanırmış arxadan.
Biz heç nəyi görmürük ki, vaxtında
Ömrümüzə min xəyanət edirik.
Gözümüzün önündəykən çox zaman
Səadətdən üz çevirib gedirik.