Əl8əsgər Əlioğlu - GÖRANBOY LƏTİFƏLƏRİ- 5
ÇƏKİCLƏ BAŞ YARMIŞDIM Kİ!?
Çayçı Ələkbər münaqişə zəminində çəkiclə vurub həmkəndlisinin başını yarır. İş məhkəməyə düşəsi olur. Hakim soruşur:
-Vətəndaş, siz çəkiclə bu adamın başını yararkən bilmirdinizmi ki, o ölə bilər?
Bayaqdan ayaq üstə dayanıb hakimi dinləyən Çayçı Ələkbər dillənir:
-Möhtərəm hakim, hardan biləydim?.. Axı birdən-ikiyə çəkiclə baş yarmışdım ki!?
HÖRMƏTİN DƏ ARTAR,
İZZƏTİN DƏ
Oxuyub-çalmağı elə də sərrast bacarmayan bir aşıq özünü Cinli Əliyə yaxın bilib kürrüklənir:
-A qardaş, camaatda da qalmayıb, nə qədər çalıb-oxuyuram, heç hörmət-izzət də göstərmirlər.
Cinli Əli cavabında deyir:
- Sən də nə çal, nə də oxu! Bundan sonra baxıb görərsən, hörmətin də artar, izzətin də!
KİMDİR ONU CƏNNƏTƏ BURAXAN!
Kənd cavanlarından biri Cinli Əliyə sataşmaq istəyir:
-Əli əmi, maşallah, səksən yaşına bir şey qalmayıb. Rəhmətlik dədəmə bir ismarıcım var, gedəndə onu çatdırarsanmı?
Cinli Əli dillənir:
-Yox, ay bala, mən dədənin üzünü hardan görəcəm?
-Niyə görmürsən ki, ay Əli əmi?
-Ay oğul, sənin dədən sağlığında kənddə o qədər pislik eləyib ki, kimdir onu cənnətə buraxan!