Aida Adıgözəldən   GÜNÜN SUALI

YAZARLAR, Gündəm 08:30 / 01.09.2025 Baxış sayı: 7741

Bilmirəm fərqindəsiz ya yox, ya əvvəldən beləydik abrımızı ev örtürmüş ya da qidamıza nə qatırlarsa gün gündən çoxalırıq. Pedofili, qatil, narkoman və özünü gicliyə qoymuş səylər...

Əvvəllər cəmiyyətin bəlası rüşvətxorluq idisə indi o adi çörək ağacı, hədiyyəyə, çörək verməyə çevrilib. Bu səylərin əlindən şəbəkələrə girmək olmur. İlahi, bunlar haçan artdı, kim yetişdirdi?

Onları sən yaratmısansa bəs bizi kim yaratdı? Bizə bu cəza hansı əməlimizə bədəldi axı?

Vallah bu qədər olmaz, olmamalı! Şəbəkələr azad ünsiyyət üçün yaradılıb, amma özünü apara bilməməyə hesablanmayıb. Anlayıram, cəmiyyətin əqli, ruhu, mənəviyyatı xəstə qismi hər zaman vardı, amma bunlar ən azından dövlət nəzarətində reabilitasiya mərkəzlərində müalicə olunurlardı. İndikilər sanki özünü gicliyə qoymuş biclərdi.

Bəlkə də elə onlar ağıllıdı, pul qazanmağın min bir yolu da elə o ordan keçir...