Xəyalə Sevil - Heç nə...
Ədəbiyyat
22:07 / 28.07.2026
Baxış sayı: 253
Üzümün, gözümün suyu
Selə gedəcəksə... Heç nə.
Belə başlayan bu ömür
Belə gedəcəksə... Heç nə.
Açılmayıbdı sarğısı,
Hələ ağrıyır ağrısı...
Mən bildiyim yanlışların
Nə idi ki, bəs doğrusu?
İlahi, xəbərin olsun,
Elə bezdirirlər məni.
Taleyə inandırırlar,
Səndən küsdürürlər məni...
Üzümün, gözümün suyu
Selə gedəcəksə... Heç nə.
Belə başlayan bu ömür
Belə gedəcəksə... Heç nə