Şahverən  Cavad -  Ana ilk vətəndir

Ədəbiyyat 13:40 / 27.07.2026 Baxış sayı: 174

 

Günlərim quş kimi dən daşıyıblar ,

Dən - dən saçlarındı ömür təqvimim .

Könlünü dərdlərə mücrü eylədin ,

Hər gün ümid verdin mənə - pul kimi .

Vaxt ölü doğulan başdaşım olub ,

Qəlbimdə can verən xatirələrdi .

Ana ilk vətəndir - köç edən gündən

Ömür xəritəmin tamlığı itdi .

Sanki yaxasının düyməsi itib -

Divarın suvaqsız sinəsi açıq .

Salxım söyüdlərin tökülüb saçı ,

Elə bil Sibirdən - sürgündən qaçıb .

Saxta pasportdakı şəkil kimidir -

Süni təbəssümlə baxır çiçəklər .

Vəfalı ağaclar dözmürlər daha -

Bu payız baltaya sap verəcəklər .

İşıqtək dünyadan köçür analar ,

Azalır dünyanın hər gün işığı .

Saatım sənsizlik ölçür , nə vaxtdır ,

Yer də əyilibdir başı aşağı .

25 . 07 . 2026