Aləmzər  Sadıqqızı - Bilmirsən..

Ədəbiyyat 22:01 / 28.07.2026 Baxış sayı: 220

.

Səndən öncə yaşamışam bilirəm,

Amma necə yaşamışam bilmirsən.

Taleyimdə Ana adlı ağrını ,

Necə , nə cür daşımışam bilmirsən...

 

Mən anadan Ana kimi doğuldum...

Əvvəl-əvvəl bir həsrəti böyütdüm.

Ay dolandı, il dolandı əzizizim...

Fəsil-fəsil dərdlərimi göyərtdim.

 

Sən hər yerdə mənimləydin bilirəm...

Addım-addım ürəyimdə yol gələn,

Yorulanda əllərimdən tutanım,

Darıxanda ürəyimə su səpən...

 

İllər ötdü yanımızdan görmədik,

Bir şəhərdə yadlar kimi yaşadıq.

Bəlkə elə dönə-dönə rastlaşdıq,

Tanısaydıq bəlkə çoxdan qoşaydıq

Durub indi həyatıma gəlmisən...

Həyatımın heç olmayan adamı.

Heç bilmirəm necə dönüm başına,

Bilmirəm ki, necə alım qadanı...

28. 7.2010