Xatirə Rəhimbəyli - Bilsəm ki ,qəlbinin dərinliyində
Bilsəm ki ,qəlbinin dərinliyində
Səni didir-yeyir acı duyğular ,
Bilsəm ki könlündə adımla bağlı
İynə ucu boyda ağrı-acı var,
Halal etməyəcəm sənə bu dərdi ..
Gözlərim yoluna dikili qalıb ,
Bax, gör aramıza nə sədd çəkmisən ...
Bilsəm, xəyalında mən ola-ola ,
Qəsdən belə qansız sərhəd çəkmisən ,
Halal etməyəcəm sənə bu dərdi !!!
Bu fani dünyadan nə ummuşuq ki ?
Doğulan saatdan dərvişik ki, biz...
Biri-birimizə əzab veməyə ,
Əzməyə, boğmağa gəlmişik ki biz?
Halal etməyəcəm sənə bu dərdi ...
Eh, bu acı nədi, ehhh, bu qəm nədi ,
Dedim :"Qoy gözəllik xəyalın olsun !"
İllərlə susdum ki, dərd çəkməyəsən ...
Yolunda nə çəkdim halalın olsun!!!
...Halal etməyəcəm sənə bu dərdi...
Hər nağlın bir sonu ,sonrası olur ,
Tükənmir bu həsrət ,bitmir bu hicran .
Dilin bir söz deyir ,əməlin bir söz
Saxladın bir ömür könlü nigaran ,
Oldu ağrım-acım dillərdə dastan...
Halal etməyəcəm sənə bu dərdi !!!