Arzu ADA - <Ədəbi> əl çalanlar
Yenises.az Arzu ADAnın HƏR KƏSƏ AÇIQ MƏKTUB - ŞEİRİNİ TƏQDİM EDİR! Oxuyaq!!!! Və bacarsaq DÜŞÜNƏK!!!!
,
...
Gəlin.
Sözüm sizədir...M.Cəlil demiş
Şeiri oxumadan. şedev ..yazanlar,
Qələminiz var olsun..deyib qələmi heç görməyənlər..)
Buranı kecək
Qələmi 60 qəpiklik <odnarazovıy> qələmdir də )
.Ürəyimə toxundu...yazıb ürəyi daş olanlar!
Şair ..Səmada bulud .
Sən məni unut ..yazıb
Siz: ..Dərin fəlsəfə..deyirsiniz .
Şair <anama həsr edirəm >yazır,
Siz: Vətən yanğısı! . yazırsınız
Oxumayıb axı..
Mətndən xəbəri yox. .
Bir dəqiqəyə bir profili likeləyib bitirir
Nə olsun əsas ŞƏKİLDİR ..
Şeir zaydı, amma müəllifin gözəl fotoları var
Yarıcılpaq
Effektlidirsə..
Demək.. dahidir.. vazkecilməzdir
Əcəb dodaqları ..<kəsilmiş> burnu ..kleyli sacı var !
Sizin tərifiniz — 50 qəpiklik saqqızdır.
Çeynə, dadı yox.
Tüpür.. yapışır.
Şair də inanır, dediklərinizə ..sonra gedir .M.Araza. Bəxtiyara ..R.Rövşənə. .M Cəlilə ultimatom yollayır .
Hər şeirə eyni şərh:
Qələminiz susmasın.
Qələmi susube. . 10 ildir, xəbəri yox qələmdən ..
Qısırlaşdırıblar şairləri yalan təriflərlə ..
Yaza bilmir
<Belinə banka..ürəyinə stend )>..alqışlar ...türlü türlü..sıra... sıra , yan ...yana .
Saxta likecilər .. :
Nə gözəl misralar.. yazır ..şerin... yazının altına .
Ürəyində söyür.
Like dilənçiləri...
Tərif yazır ki, ona da yazsınlar.
Ədəbiyyat yox, barter.
..25 manatlıq set bazarı
Ədəbiyyat QARIŞIR O BİRİ BAZARLARA
KASIBIN BİT BAZARINA ..ROZALARIN ƏT BAZARLARINA
ORTADA QALAN SƏNSƏN ...SƏN YAZIQ VƏTƏN !
Sizin . <bravolarınızdan> ədəbiyyat zibilliyə döndü.
Hər qafiyəbaz özünü Füzuli sanır.
Füzuli qəbirdə deyir:
. ..< Məni qatmayın bu işə..
MƏNLƏ İŞİNİZ OLMASIN .>
..ADAM. !
Başa düşmürsənsə.. sus. !
Susmaq da mövqedir.
İndi ədəbi əl çalanlar oxuyub qızaracaq, amma yenə də altdan :
. . Qələminiz var olsun ..yazacaqlar.
Çünki refleksdir.
Bonus cibində qalsın...təki
Şeirə dəryadır . okeandır ' yazırsınız,
Halbuki arx da deyil.
Şərurdakı Gümüşlü gölüdür)
Durub..axmır. .
Yalan tərifi gəmiyə mindirsiniz,
Amma şeir üzmür, batır.
Sizin bravo'nuz xilasedici jilet deyil,
Daşdıre ...daş...
Bağlayırsınız şairin boynundan...ayagından ...
Yorulun. usanın.. utanın.
Pisdir?
Pisdir de.
Ürəyinizmi yanır ?
Şair ağlayar, ..mı deyirsiz.
Cəhənnəmə kimi ...qoy aglasın .
Düzələr.. !
Ölsə...basdırarıq..yas da verərik..
25 manat kartıma vur 5 şerini dərc edərik .yazırlar messencerlərə ..
Bəsdirin .
Ədəbiyyat bazarını baglayın
Seir əmtəə deyil..
Ədəbiyyat atanızın işlətməsi ..holdinqi ...şirkəti deyil .
Tərif ...borcun hec deyil.!
.Dost ol ... sevgili ol.. nə olursunuz olun təki ədəbiyyatı.. şeriyyatı alət etməyin şəxsi münasibətinizə
Vicdanın var?
Onu işlət.
Sizin əhsəninizdən şairlərin boyu uzanmır,
( Deyilənə görə coxunun boyu 1.m.50 santımdır. )
Burnu uzanır.
Pinokyo olublar hamısı.
Bir gün yalan danışanda burnu klaviaturaya dəyəcək.
Feys tüstülənəcək
Di gəl Marka cərimə ödə )
Şeir zay, tərif bol
Yalançı çox, düz yol yox
Mərd tənqid istəyirəm... başqalarının şerlərinə
.Bir az da gülək . )..
Mən ....tərif istəyirəm .
Öz şerlərimə ))
..
Zibilləməyin..
Görünən bu ki coxunun klavyaturasında bəyənmə düyməsi var
Amma vicdan yoxdur .
Sözə xəyanət etməyin...