ELİMİZİN – OBAMIZIN FƏXRİ VASİF HƏKİM
Əsli –kökü Qazax rayonunun Şıxlı kəndindən olan Vasif həkim 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur.Orada böyüyüb boya-başa çatmışdır. Amma öz doğma ata, baba yurdunu yaddan çıxmamışdır.
Həyatda yaxşı, peşəkər həkimlərlə rastlaşmaq özü də bir xoşbəxtlikdir. Bir
atalar sözündə deyildiyi kimi: ”Qismətdə olanda təbib özü qarşına çıxır”. Biz
özümüzü çox xoşbəxt hesab edirik ki, qarşımıza məhz Vasif həkim kimi bir təbib
çıxdı. Onun peşəkarlığı sayəsində atam bu gün həyatdadır.
2026-ilin mart ayının 25-də Atam bağırsaq keçməməzliyindən ağır əməliyyat keçirdi. Həmin günlərdə bayram tətili idi. Lakin bayram olsada Vasif həkim əməliyyata girdi və işini layiqincə yerinə yetirdi.Əlbəttə, insana ömrü verən uca Allahdır,amma gözəl həkimlərin işini dəyərləndirmək lazımdır. Çünki, onları da Allah çıxarır bizim qarşımıza.
2024-cü ildən isə Qazax Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi fəaliyyət göstərib.Hal-hazırda direktorun cərrahı işlər üzrə müavini vəzifəsində çalışır.
Ailəlidir, bir oğul evladı var.
2010-cu ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi
fakültəsinə daxil olub. Daha sonra “Azərbaycan gənclərinin xaricdə təhsili” dövlət
proqramı çərçivəsində baza tibb təhsilinin davamını İstanbul Universitetinin tibb fakültəsində alıb. 2015-2021-ci illərdə İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsində Ümumi Cərrahiyyə Kafedrasında və daha sonra Türkiyə Cümhuriyyəti Sağlıq Bilimləri Universiteti Prof.Dr Cemil Taşcıoğlu Şehir Eğitim və Araşdırma Xəstəxanasında uzmanlıq təhsili alıb. 2021-ci ildən Ümumi Cərrahiyyə uzmanı adını alıb.
2021-2023 –cü illərdə Bezmialalem Vakıf Universiteti Tibb Fakültəsində həkim-cərrah olaraq işləyib.
2023-cü idən etibarən Vətən qayıtmış və altı ay Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim - cərrah olaraq fəaliyyətə başlayıb. Daha sonra Sabunçu Tibb Mərkəzində Əməliyyatxana bölməsinin müdiri vəzifəsində çalışıb.
Əlbəttə, biz burada sadəcə, faktları sadalamaqla kifayətlənmək istəmirik. Əsas demək istədiyimiz odur ki, Vasif həkim sözün əsl mənasında həkimdir.O, çalışdığı illər ərzində yüzlərlə xəstəyə Şəfa vermişdir.İşini layiqincə yerinə yetirmişdir.Bu isə yüzlərlə ailəni xoşbəxt eləmək deməkdir.
Belə bir deyim var.Əgər xəstə həkimlə söhbət etdikdən sonra özündə bir yüngüllük hiss edirsə, deməli, o, əsl həkimlə rastlaşıb. Vasif həkim də məhz belə həkimlərdəndir. Atamın da hər müayinəyə gələndə Vasif həkimi görməmiş evə getməsi mümkün deyildir. Vasif həkinin öz ata, baba yurdunda belə peşəkar fəaliyyəti bizi çox qürurlandırır. Bütün xəstlərlə canla-başla maraqlanmağı qayğı göstərməyi bir sübutdur.Öz ata yurdunda belə peşəkar fəaliyyət göstərməyi bizi bir Qazaxlı olaraq çox qürurlandırır.
Bu gün biz ona şəfa verdiyi yüzlərlə insanın adından və atamın adından Vasif həkimə öz dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Çətin və şərəfli işlərində uğurlar cansağlığı arzu edirik.
Hörmətlə: Leyla Əliyeva
Qazax şəhəri