Xatirə Fərəcli : - Götür get
Ancaq özünü sevdin sən
Saldın gözümdən istəyi.
İçin, çölün sazaq, şaxta
Dondurdun isti hissləri.
Qandığın mətləb deyilmiş
Könül işi, sevgi, demə.
Söküb param-parça etdin
Etibarı dönə-dönə.
O tapdaq, o xarabalıq
Ürəyini götür apar,
Zir-zibil qoyma geriyə
Hisslərim saflığa çapar.
Götür rəngsiz duyğuları,
Nimdaş sevgini götür get.
Gələndən elə hazırmış
Geri qayıtmağa bilet.