Şövkət Zərin Horovlu-  Qayıdın mənə

Ədəbiyyat 13:30 / 23.10.2026 Baxış sayı: 314

Axtarıb,gəzirəm soydaşlarımı,

Gəzirəm, ömrümün baharı kimi.

Məbi Xəzri.

 

İşaqlıq dostlarım, həmyaşıdlarım,

Darıxdım,hardasız qayıdın mənə .

Əzəl olduğutək tutub əl-ələ,

Səs salaq bağlara, çölə-çəmınə.

 

Köhnə məhləmizdə , arxın üstündə

Nədəndi gözümə görükmürsünüz?

Sizi yer uddumu,göylərmi çəkdi,

Bəlkə heç dünyaya gəlməmisiniz?

 

Ömür-gün əylənmir,sizi gəzirəm,

Sordum “Orta kəhriz”sisdu o ki var.

Gendən əl elədi bənövşə yeri,

Hardasız,bənövşə dərən uşaqlar?

Şağırdım gəlmişəm şəpər başından,

Qonşu Əziz dayı səs də vermədı.

Anamı soruşdum Bayram əmidən,

Yandan yeltək ötdü ,söz də demədi.

Qıfılı pas tutmuş,cəftəsi sınıq,

Qapımız yan üstə düşüb qalırdı,

Eyvanda kövrələn beşiyə külək,

Amamın əvəzi layla çalırdı.

Hardasız, uşaqlar,qayıdın,gəlin,

Yenə halay quraq,yallı da gedək.

“Bənövşə, bəndə düşə,

Bizdən sizə kim düşə”-

Oyun da oynayaq, lap əzəlkitək.

Uşaqlıq dosrlarım, həmyaşıdlarım,

Yamam kövrəlmişəm qayıdın mənə.

Əzəlkitək yenə tutub əl-ələ,

Səs salaq bağlara, çölə -çəmənə.