İslam Türkay : - XƏBƏRİN VARMI?

Mənim də qaşlarım qalındı , gözəl
Mən sənin doğmanam ,xəbərin varmı?
Qəlbim sözlərinlə alındı,gözəl
Mən sənin yağmanam , xəbərin varmı ?
Ağlasan ağlaram, gülsən gülərəm.
Yaşasan yaşaram, ölsən ölərəm...
Çağırsan...çağırsan uçub gələrəm,
Səninlə bircanam xəbərin varmı ?
Həyatın qışında-qarındayıq biz
Əkizik -- taleyin qarnındayiq biz.
Eh... iki qilinciq -- bir qindayiq biz,
Umduğun gümanam, xəbərin varmı?...