Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltaraşlıq əsəri Azərbaycan Prezidentinə təqdim edilib - FOTO

14:47 / 06.12.2022 Baxış sayı: 1229

Görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltaraşlıq əsəri Prezident İlham Əliyevə təqdim olunub.

Əsər Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov dekabrın 6-da Prezident İlham Əliyevin qəbulunda olan zaman təqdim edilib.

Qeyd edək ki, Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərliyi dövründə digər Qafqaz xalqları kimi, Dağıstan xalqına qarşı da nəzərdə tutulmuş sürgünün qarşısını almışdı. Buna görə Dağıstan ağsaqqalları adından ona tərkində uşaq olan atlının əks olunduğu heykəltaraşlıq əsəri hədiyyə edilib.

Bu əsər bundan sonra Prezident İlham Əliyevin iş otağında olacaq.