Elnur  Uğur  Abdiyev - Altı  zəmi...

Ədəbiyyat 20:02 / 23.10.2026 Baxış sayı: 90

Altı zəmi,

üstü zəmi,

bu zirzəmi,

dünya evim.

Hardan - hara,

Qovan var a,

Qovur ora,

Mən nə bilim?

Boyun burub,

Oyun qurub,

Soyundurub,

Gedir, gəlim.

Ömür sayır,

Gün,il ayı.

Soyumayır,

Səndən əlim.

Həyat şirin,

Su,su verin!

Bu al-verin,

Sonu ölüm,

Sonu ölüm,

Sonu ölüm!