Azər Turanın 60 illik yubileyi qeyd edildi - FOTOLAR

MƏDƏNİYYƏT 16:36 / 30.11.2023 Baxış sayı: 12502

Tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Əməkdar  mədəniyyət işçisi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan Neftçala şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 60 illik yubileyi keçirilib.

Tədbirdə Aqil Abbas, Çingiz Abdullayev, Nizami Cəfərov, Elnarə Akimova və başqaları iştirak ediblər.

Ziyalılar həmçinin, Azər Turanın atası məşhur ədəbiyyat adamı, ədəbiyyatşünas İmamverdi Əbilovun ev muzeyini də ziyarət ediblər.

Qeyd edək ki, Azər Turan yaradıcılığa 1980-ci illərin əvvəllərində başlayıb, 40-dan artıq kitabı nəşr olunub, Əli bəy Hüseynzadə və Hüseyn Cavid irsinin tədqiqatçısı kimi tanınır, əsasən, türk düşüncə tarixini, türk ədəbiyyatında modernizm cərəyanı və onun təzahür şəkillərini tədqiq edib.