Ayaz Arabaçı - Allaha and olsun ki,

Həyat,
Allaha and olsun ki,
Sənin qəlbindəkilər
şəfqət hissləri deyil.
Ağız büzmə sözümə,
Yaxşıları ucaltmalısan,
daim-pisləri deyil..
Cəhənnəm elə getsin,
getsin,
köpük adamlar,
getsin hava adamlar.
Tərbiyəsiz- əxlaqsız
ağzı yava adamlar.
Dağıt ,
o sərhədləri,rədd elə o sədləri,
Qoyma
çiçəkləməyə heyvani məqsədləri.
Ömrümüzə oturdu
səfil yerçi adamlar..
Bu yalançı adamlar,
bu alverçi adamlar..
Qaçdım o tinə döndüm,
Qaçdım bu tinə döndüm.
Bu arxacda
az qala çoban itinə döndüm.
Həyat,zülmət verdiyin
yerlərə bir nur da sal..
Bu qoyun sürüsünün
ağzını bir qurda sal