Adıl Şirin : - Sənsiz Ay doğmur, gülüm...

Sənsiz Ay doğmur, gülüm,
Gecə qara bir kədər.
Tənhalığa açılır
Pəncərəmiz hər səhər.
Ah, qəlbim, çoxmu çəkər,
Bu yalnızlıq yağmuru?
Ürəyimdə ağlayıram,
Amma gözlərim quru.
Ah, qəlbim, çoxmu çəkər,
Bu dərd, bu qəm, bu kədər.
Tənhalığa açılır,
Pəncərəmiz hər səhər.
Bir sevda diləmişdik,
Ayrılıqsız, cəfasız.
Sənsiz Ay doğmur, gülüm,
Gəl, gəl, gəl, ay vəfasız.
Ah, qəlbim, çoxmu çəkər
Bu sevda yolçuluğu.
Səadət aradım qismət olmadı,
Dilimdə bir vəfasız gözəlin adı...
Sənsiz Ay doğmur, gülüm,
Gecə qara bir kədər.
Tənhalığa açılır
Pəncərəmiz hər səhər...