Arzu Əsəd - Bunlar işin əlifbasıdır.
Yazı-pozu adamı, ictimai rəyə təsir göstərmək istəyən şəxs məntiqin, fəlsəfənin əlifbasını bilməlidir. Ən azı ziddiyyət, kəmiyyət-keyfiyyət dəyişmələri, inkarı inkar qanunlarını, səbəb və nəticə, mahiyyət və hadisə, məzmun və forma, təkcə və ümumi və sair kateqoriyaları, onların arasındakı qarşılıqlı əlaqəni bilməlidir.
Bunlar işin əlifbasıdır. Sovet dövründə maksizm fəlsəfəsi adı altında da olsa oyrədilirdi və məsələn, ali təhsilli insanlar müəyyən məntiqlə düşünə bilirdilər. Mən bu yaxınlarda jurnalistlərin kampaniyasında oldum. Orada universitetin jurnalistika fakültəsinin müəllimləri də vardı. Soruşdum ki, bu gün fəlsəfə, məntiq dərsləri keçirilirmi? Aldığım cavabdan bəlli oldu ki, bir semestr, özü də çox üzdən.
Bu çox pusdir. Fəlsəfi təfəkkürü, məntiqi düşüncəsi olmayan, gözəl diksiyası, erudisiyası, yüksək məlumatlılığı olan müasir jurnalist, aparıcı həmkarlarımız Cırtdanın xəlbirdə su daşıtdırdığı Divə bənzəyirlər.Nəticədə illərlə əziyyət və zəhmətlə qazandıqları imic, nüfuz xəlbirdə daşınan su kimi əllərindən axib gedir.
Fəlsəfə və məntiq informasiya dolu qabın bütöv, deşiksiz dibidir, əsasıdır, zəmindir... Məsələn, neçə gündür qaçqınlar haqqında danışan qadın jurnalistimiz fəlsəfənin əlifbasından olan Təkcə və ümumi kateqoriyasından xəbəri olsa idi, cox sadəcə anlayardı ki, təkcəyə- yəni, bir-beş köçgünə aid olan xüsusiyyəti ümumiyə - bütün köçgünlərə aid etmək olmaz. Bu bir məntiq, anlayış xətasıdır.
O xətanı düzəltməyincə, danışmadan, yazmadan öncə təkcə ilə ümuminin qarşıliqlı əlaqəsi, eləcə də digər qanun və kateqoriyalar bir formul, bir dustur sənin beynində olmadıqca, sən nə qədər danışsan, xətalarin da bir o qədər çoxalacaq. Ali təhsil ocaqlarımızda ibtidai məntiq və fəlsəfə fənlərinin tədrisinə xususi diqqət ayırılmalıdır.