Kəmalə Abiyeva - Bu payız

Ədəbiyyat 14:01 / 12.09.2025 Baxış sayı: 1880

 

Nə tez gəldi bu payız?

Təbiətmi tələsdi,

yoxsa ki, tələsdik bz?

Yenə küləklər əsdi…

Payızın ahımı küləklər,

yoxsa soyuyan nəfəsimiz?

Nə tez gəldi bu payız…

Yenə yağdı yağışlar…

Bəlkə elə payızın gözləridi buludlar?

Bəlkə də həsrətimiz.

Nə tez gəldi bu payız…

Yaşıl-yaşıl yarpaqlar saralıb töküldülər.

bəlkə elə ağaclar göz yaşı tökürdülər?

Bu saralan yarpaqlar ağacların göz yaşı

yoxsa sevgisiz yaşanan günlərimiz?

Nə tez gəldi bu payız…

Günəşin oduna da isinə bilmirik biz.

Payızmı günahkardı,

ya payız günəşinə dönən ürəklərimiz?