Rüstəm Behrudi - Mən xoşbəxt adamam--
Gündəm
12:55 / 12.09.2025
Baxış sayı: 2212
Ruhumu bədənimdən soyan
Vaxtımdı daha,
Yaşıdım bir qoca kötük də
Taxtımdı daha...
Nə yazsam, nə pozsam,
Gecdi artıq, gecdi...
Mən xoşbəxt adamam--
Yaşım bir ömrü,
Ömrüm bir ölümü,
Ölümüm bir tabutu,
Tabutum bir məzarlığı
Süsləyəcək qədər
Gözəl keçdi...